cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

پست‌های تبلیغاتی
2 571
مشترکین
+224 ساعت
+137 روز
+2230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
Berlindəki Robert Koch İnstitutu. Dünyanın infeksiyalarla ən nəhəng mübarizə mərkəzi olan bu institutun girişində bu sözlər yazılıb: Man sieht nur was man weiß (Nə bilirsə onu görür insan) 11 dekabr görkəmli alman həkimi və mikrobioloqu, 1905-ci il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı Robert Koch-un (1843 - 1910) doğum günüdür.
نمایش همه...
👍 3
EVLİLİYİN RİYAZİYYATI 1. Tanışlıq 2. Bəyənmə 3. Ürəyini açma 4. Flört 5. Eşq-məşq dövrü 6. Ciddi götür-qoy etmə 7. Ailələrlə tanışlıq 8. Evlənmə təklifi 9. Söz 10. Nişan 11. Nigah {x∈Bəy, y∈Gəlin ⇔x~y lim---> x,y [1,11] }
نمایش همه...
👍 2
00:12
Video unavailableShow in Telegram
Bu nə idi belə? Hələ də inana bilmirəm gözlərimə...
نمایش همه...
449592212_461219770051936_5055471946598406014_n.mp43.32 MB
14
Photo unavailableShow in Telegram
1683-cü ildə II Vyana müsahirəsi və Sultan IV Mehmetin məğlubiyyəti. Türk futbolçular 341 il əvvəl Osmanlı İmperiyası kimi avstriyalıları lərzəyə saldılar. II Vyana mühasirəsi Vyana məğlubiyyəti ilə nəticələnmişdi. Arzu edək ki, 6 iyulda nəticə fərqli olacaq. Türk Dünyasının yeni bir səhifə açmaq üçün yeni uğurlara əşhədu ehtiyacı var.
نمایش همه...
23👍 3👏 2
MARQARA Marqara adlı erməni kəndi. İrəvanın 30 km cənubunda, Araz çayının sahilində yerləşir. Burada bir zamanlar Ermənistanla Türkiyə arasındakı sərhəd keçid məntəqəsi yerləşirdi. Şıdırğı alver gedirdi buralarda Sovet dağılandan sonra. Ermənilər 1993-ə – Türkiyənin sərhədləri bağladığı tarixə qədər kef çəkdilər. Türkiyənin hesabına yaşayırdı erməni, İğdıra keçir, orda aldıqlarını gətirib İrəvan bazarında satır, elə buna görə də həyatda qalırdı. Aclıq və səfalət içində idi xalq, bu sərhədyanı ticarətə görə ölmədilər, qaldılar… O dövrə damğa vurmuş iki nəhəng siaysət adamı – Heydər Əliyev və Süleyman Dəmirəlin apardıqları siyasət nəticəsində bir sıra önəmli tarixi addımlar atılmışdı. Bunlardan biri də Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin bağlanması idi ki, ermənilər otuz ildə ciddi iqtisadi, hərbi nailiyyət əldə edə bilmədilər. Qarabağ Zəfərinin təməlləri də o zaman atılmış, topyekun qələbə üçün hazırlıqlara o vaxt başlanmışdı… Marqaranı bu gün ot-alaq basıb. Bir zamanlar həyatın, ticarətin coşub-daşdığı kənd xəyalətə qəsəbəyə bənzəyir. İrəvanın yaxınlığında olmasına rəğmən buranın xarabazardan fərqi yoxdur – Sovetdən qalma çürümüş yol lövhələri, ot basmış avtomobil yolları, tərk edilmiş inzibati binalar, pas atmış dəmir-dümür yığını və bir də Ağrı dağının əsrarəngiz görüntüsü... Ancaq yaxın gələcəkdə bura Ermənistanı Dünyaya bağlayacaq məntəqələrdən birinə çevriləcək. Paşinyan iqtidarı “daşları ətəklərindən tökdükcə”, xalq necə bir çıxmaza girdiyini anlayınca hər gün yeni-yeni xəbərlər eşidəcəyik. Sakit, mətbuatın diqqətindən iraq görülən bu işlər nəticəsində Türkiyə Marqara keçid məntəqəsinin açılmasına razılıq verib. Keçən il məntəqənin bərpası üçün ermənilər 2 milyon dollar pul xərcləyiblər. Araz üzərindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır. Türk və erməni mətbuatı bu günlərdə Marqarada keçid məntəqəsi ərazisində önəmli bir görüş keçiriləcəyindən yazır. Türkiyəni Marqara görüşündə xüsusi nümayəndə, ölkənin ABŞ-dakı keçmiş səfiri, Milli Təhlükəsizlik Şurasının keçmiş Baş katibi Serdar Kılıç, Ermənistanı isə Milli Assambleyanın vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan təmsil edəcəklər. İlk mərhələdə Marqara keçid məntəqəsindən ancaq 3-cü ölkələrin vətəndaşları ilə diplomatik pasportları olan iki ölkə vətəndaşları istifadə edəcəklər. Daha sonra digər sərhəd qapıları da açılacaq, iki ölkə vətəndaşlarının sərbəst gediş-gəlişinə icazə veriləcəkdir. Təbii olaraq Azərbaycanda bu xəbərləri narahatlıqla qarşılayanlar çıxacaqdır. Bu dostlarımıza belə demək istərdim: “Bir də Azərbaycan və Türkiyənin nələr qazanacaqlarını düşünün. Artıq saatlara torpaq bütünlüyünü həll etmiş bir ölkənin saatına görə əyar veriləcək”. Başqa sözlə bizim qazancımız ermənilərdən müqayisə edilməyəcək qədər çoxdur. İndən belə böyük bir regionun lider dövləti ilə hesablaşılacaq… foto: puerrtto
نمایش همه...
👍 7 3
Photo unavailableShow in Telegram
O həyatda ən çox payızı sevirdi. Bir də çaydakı alabalıqların sırtındakı saralmış ilıq payız yarpaqlarını. İndi o əbədi olaraq bütün bunların bir hissəsidir... E. Heminqueyin məzar daşı üzərindəki epitafiya
نمایش همه...
13👍 5👏 2
01:05
Video unavailableShow in Telegram
✔️Amazon 100 000-dən çox insanı əvəz etmək üçün 750 000 robotdan istifadə edir.
نمایش همه...
ssstwitter.com_1719834788972.mp46.33 MB
👍 8🤔 3 1
Aşağıdakı ölkələrin əhalisi ərəb dilində danışır və rəsmi dilləri ərəb dilidir: 1-Bəhreyn 2-Birləşmiş Ərəb Əmirlikləri 3-Əlcəzair 4-Cibuti 5-Çad 6-Mərakeş 7-Fələstin 8-İraq 9-Qətər 10-Komor adaları 11-Küveyt 12-Liviya 13-Livan 14-Misir 15-Mavritaniya 16-Qərbi Sahara 17-Səudiyyə Ərəbistanı 18-Somali 19-Sudan 20-Suriya 21 - Tunis 22 - Oman 23 - İordaniya 24-Yəmən... ■ Bu ölkələrin heç birində dövlətçilik ənənəsi yoxdur, nə demokratiya var, nə də insan haqları, bunların tamamında qadınlar ikinci dərəcəli insanlardır; ■ Heç biri dünyəvi dövlət deyil… - Dünyəvilik olmadığından müasir təhsil də yoxdur; - Çoxu şəriətlə idarə olunur; - Dünya bazarlarına çıxardıqları bir marka yoxdur; - İdmanda, sənətdə, elmdə yoxdurlar; - Heç birində fərqli fikir yoxdur; - Heç birində doğru-düzgün mətbuat yoxdur… ■ Mədəni dünyanın bunlardan öyrənəcəyi heç nə yoxdur; - Bu ölkələrdə universitetlərin sayı 500-ü keçmir (məsələn, tək ABŞ-da 5700-dən çox universitet fəaliyyət göstərir); ■ Onların demək olar ki, hamısı qan və göz yaşı tökülür, daxili münaqişə və ya müharibələr bu ölkələrin qədəridir; Müsəlman və ərəbdilli Yəmən xalqı illərdir müsəlman və ərəbdilli Ərəbistan, Misir və İordaniya tərəfindən amansızcasına bombalanır, milyonlarla yəmənli aclıq və vəba xəstəliyindən əziyyət çəkirlər. ■ Bu ölkələr türklərə nifrət edirlər. Onlar Türkiyənin ərəbləşdirilməsini istəyir, imperialistlərin müxtəlif demoqrafik planları dəstəkləyirlər… Türk Dövlətləri Dünyəvi Dövlət modellərinin qədrini yaxşı bilməli, onu qorumalı, Ana dilinin inkişafı, onun yayılması üçün çalışmalıdırlar…
نمایش همه...
👍 27 11👎 3🔥 1👏 1
ANALARIN XİLASKARI İqnas Filipp Zemmelveys (Ignaz Philipp Semmelweis, 1818-1865) alman əsilli görkəmli macar həkim-akuşeridir. Bu görkəmli professor tibbdə aseptikanın əsasını qoymuş, səhiyyədə əllərin yuyulması ilə tibbi ləvazimatların xlor suyu ilə dezinfeksiya edilməsini tətbiq etmişdir. Tarixə dahi ginekoloq-cərrah kimi düşümüş Zemmelveysə doğum sırasında ana ölümünü 0.85%-ə endirdiyi və minlərlə qadını xilas etdiyi üçün "Anaların Xilaskarı" deyirdilər. O illərdə Avropada ana ölümü 60%-ə (!) bərabər idi. Qəribədir ki, o dövrdəki elmi ictimaiyyət Zemmelveysin kəşflərinə qarşı çıxır, onu qısqanırdılar. O dərcədə cana gətirirlər ki, adamı əsəbləri dözmür, onu psixiatrik klinikaya atırlar. Gördüyü işkəncə və əziyyətlərdən Zemmelveys 47 yaşında həyatını itirir. Bu gün "Korona boş şeydir", "virus yoxdur" deyən qaragüruh o dövrdə də varmış, çox təəssüf… Zemmelveysin tibbə verdiyi töhvələr əsil qiymətini ölümündən sonra alır. Məharətli cərrahın doğuş qızdırması ilə bağlı yıxdığı doqmalar tibb tarixində əhəmiyyətli yer tutur. Avropada onun adını daşıyan çox sayda klinika və tibb mərkəzi, küçə və prospektlər, xatirəsinə ucaldılmış onlarla heykəli var. Məndən olsa Bakıdakı doğum evlərindən birinə Zemmelveysin adını verərdik. Almanlar, macarlar və avstriyalılar bundan çox məmnun olardılar. Biz də hər fürsətdə əl gigiyenasının önəmini əlimizdən gəldiyi qədər qabardardıq…
نمایش همه...
9👏 5
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.