İbrahim Nebioglu
الذهاب إلى القناة على Telegram
2 440
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
-1630 أيام
جارٍ تحميل البيانات
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26أكتوبر '26
أكتوبر '26
+8
في 2 قنوات
سبتمبر '26
+16
في 2 قنوات
Get PRO
أغسطس '26
+15
في 1 قنوات
Get PRO
يوليو '26
+7
في 1 قنوات
Get PRO
يونيو '26
+14
في 1 قنوات
Get PRO
مايو '26
+18
في 1 قنوات
Get PRO
أبريل '26
+11
في 3 قنوات
Get PRO
مارس '26
+60
في 4 قنوات
Get PRO
فبراير '26
+35
في 1 قنوات
Get PRO
يناير '26
+39
في 1 قنوات
Get PRO
ديسمبر '25
+17
في 1 قنوات
Get PRO
نوفمبر '25
+28
في 1 قنوات
Get PRO
أكتوبر '25
+17
في 4 قنوات
Get PRO
سبتمبر '25
+38
في 3 قنوات
Get PRO
أغسطس '25
+45
في 4 قنوات
Get PRO
يوليو '25
+39
في 2 قنوات
Get PRO
يونيو '25
+53
في 2 قنوات
Get PRO
مايو '25
+41
في 4 قنوات
Get PRO
أبريل '25
+42
في 4 قنوات
Get PRO
مارس '25
+66
في 4 قنوات
Get PRO
فبراير '25
+45
في 2 قنوات
Get PRO
يناير '25
+61
في 1 قنوات
Get PRO
ديسمبر '24
+63
في 1 قنوات
Get PRO
نوفمبر '24
+58
في 2 قنوات
Get PRO
أكتوبر '24
+97
في 5 قنوات
Get PRO
سبتمبر '24
+58
في 5 قنوات
Get PRO
أغسطس '24
+73
في 2 قنوات
Get PRO
يوليو '24
+75
في 3 قنوات
Get PRO
يونيو '24
+63
في 3 قنوات
Get PRO
مايو '24
+61
في 4 قنوات
Get PRO
أبريل '24
+94
في 4 قنوات
Get PRO
مارس '24
+98
في 4 قنوات
Get PRO
فبراير '24
+58
في 4 قنوات
Get PRO
يناير '24
+80
في 7 قنوات
Get PRO
ديسمبر '23
+73
في 5 قنوات
Get PRO
نوفمبر '23
+71
في 7 قنوات
Get PRO
أكتوبر '23
+82
في 5 قنوات
Get PRO
سبتمبر '23
+113
في 0 قنوات
Get PRO
أغسطس '23
+30
في 0 قنوات
Get PRO
يوليو '23
+28
في 0 قنوات
Get PRO
يونيو '23
+46
في 0 قنوات
Get PRO
مايو '23
+76
في 0 قنوات
Get PRO
أبريل '23
+106
في 0 قنوات
Get PRO
مارس '23
+162
في 0 قنوات
Get PRO
فبراير '23
+151
في 0 قنوات
Get PRO
يناير '23
+95
في 0 قنوات
Get PRO
ديسمبر '22
+62
في 0 قنوات
Get PRO
نوفمبر '22
+92
في 0 قنوات
Get PRO
أكتوبر '22
+152
في 0 قنوات
Get PRO
سبتمبر '22
+202
في 0 قنوات
Get PRO
أغسطس '22
+213
في 0 قنوات
Get PRO
يوليو '22
+101
في 0 قنوات
Get PRO
يونيو '22
+76
في 0 قنوات
Get PRO
مايو '22
+114
في 0 قنوات
Get PRO
أبريل '22
+147
في 0 قنوات
Get PRO
مارس '22
+350
في 0 قنوات
Get PRO
فبراير '22
+101
في 0 قنوات
Get PRO
يناير '22
+141
في 0 قنوات
Get PRO
ديسمبر '21
+54
في 0 قنوات
Get PRO
نوفمبر '21
+85
في 0 قنوات
Get PRO
أكتوبر '21
+315
في 0 قنوات
Get PRO
سبتمبر '21
+151
في 0 قنوات
Get PRO
أغسطس '21
+242
في 0 قنوات
Get PRO
يوليو '21
+114
في 0 قنوات
Get PRO
يونيو '21
+125
في 0 قنوات
Get PRO
مايو '21
+125
في 0 قنوات
Get PRO
أبريل '21
+311
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 15 أكتوبر | 0 | |||
| 14 أكتوبر | 0 | |||
| 13 أكتوبر | 0 | |||
| 12 أكتوبر | 0 | |||
| 11 أكتوبر | 0 | |||
| 10 أكتوبر | 0 | |||
| 09 أكتوبر | 0 | |||
| 08 أكتوبر | +4 | |||
| 07 أكتوبر | +1 | |||
| 06 أكتوبر | +2 | |||
| 05 أكتوبر | +1 | |||
| 04 أكتوبر | 0 | |||
| 03 أكتوبر | 0 | |||
| 02 أكتوبر | 0 | |||
| 01 أكتوبر | 0 |
منشورات القناة
Noyabrın 3-də keçiriləcək Konqres seçkiləri həlledici əhəmiyyət daşıyır. Demokratlar Nümayəndələr Palatasında çoxluq qazansalar, Tramp administrasiyası üzərində parlament nəzarəti güclənə, yeni araşdırmalar və impiçment təşəbbüsləri başlana bilər.
Ancaq Amerika böhranının mahiyyəti təkcə Trampın siyasi taleyində deyil.
ABŞ siyasi sistemi prezidentin böyük səlahiyyətlərini Konqresin nəzarəti, məhkəmələrin müstəqilliyi və dövlət institutlarının davamlılığı ilə tarazlaşdırmaq prinsipi üzərində qurulub. İndi bu tarazlığın nə dərəcədə işlək olduğu yoxlanılır.
Amerikanın qarşısındakı ən böyük təhlükə prezidentin qanunu pozması ehtimalından da genişdir: dövlət institutlarının mümkün qanun pozuntularını araşdırmaq və hakimiyyəti məsuliyyətə cəlb etmək qabiliyyətini itirməsidir.
Çünki demokratiyanın gücü hakimiyyətin kimin əlində olmasından deyil, həmin hakimiyyəti məhdudlaşdıra bilən institutların gücündən asılıdır.
@ibrahim_nəbioglu
| 2 | VAŞİNQTONDA SİYASİ ZƏLZƏLƏ:
Tramp, impiçment və Rusiya kölgəsi
ABŞ prezidenti Donald Tramp yenidən siyasi fırtınanın mərkəzindədir. İmpiçment təşəbbüsləri, kəşfiyyat məlumatlarının təhlükəsizliyi və Moskva ilə münasibətlər ətrafındakı mübahisələr bir sualı gündəmə gətirir: Amerika dövlət institutları prezident hakimiyyətinə nə dərəcədə nəzarət edə bilir?
Vaşinqtonda baş verənlər adi hakimiyyət-müxalifət qarşıdurmasının hüdudlarını aşır. Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ-ın siyasi institutları, təhlükəsizlik sistemi və ənənəvi müttəfiqləri ilə münasibətləri ciddi sınaq qarşısındadır. Prezidentin impiçmenti barədə müzakirələr yenidən güclənib. Lakin daha narahatedici məsələ Amerika kəşfiyyatının məxfi məlumatlarının taleyi və Ağ Evin Rusiya siyasətidir.
İmpiçment nə dərəcədə realdır?
Sentyabrın 15-də ABŞ Nümayəndələr Palatasında Trampın impiçmentini nəzərdə tutan qətnamə ilə bağlı səsvermə keçirildi. Nəticə diqqətəlayiq idi: 232 konqresmen təşəbbüsün gündəlikdən çıxarılmasına, 147-si bunun əleyhinə səs verdi, 47-si isə bitərəf qaldı. Maraqlıdır ki, təşəbbüsün dayandırılmasını 18 demokrat da dəstəklədi. Bu, müxalifətin öz daxilində belə prezidentin vəzifədən uzaqlaşdırılması məsələsində vahid mövqenin olmadığını göstərdi.
İmpiçment Amerika Konstitusiyasının nəzərdə tutduğu ciddi hüquqi mexanizmdir. Nümayəndələr Palatasında sadə səs çoxluğu ilə ittiham irəli sürülə bilər. Lakin prezidentin vəzifədən uzaqlaşdırılması üçün Senatda iştirak edən senatorların üçdə ikisinin razılığı lazımdır. Hazırkı siyasi qüvvələr nisbətində bu nəticəyə nail olmaq son dərəcə çətindir.
Deməli, impiçment təşəbbüsləri gerçəkdir, amma Trampın hakimiyyətdən uzaqlaşdırılması hələ real siyasi perspektivə çevrilməyib.
Kəşfiyyat məlumatları Moskvaya ötürülürmü?
Bu sualın tarixi kökləri var. 2017-ci ildə Tramp Ağ Evdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və səfir Sergey Kislyakla görüşərkən terror təhlükəsi ilə bağlı son dərəcə həssas kəşfiyyat məlumatlarını açıqlamışdı. Hadisə ABŞ-ın təhlükəsizlik dairələrində böyük narahatlıq yaratmışdı. Ancaq məlumatın açıqlanması ilə qəsdən casusluq fəaliyyəti arasında ciddi hüquqi fərq mövcuddur.
2026-cı ildə Trampın şəxsən Vladimir Putinə məxfi kəşfiyyat məlumatları ötürdüyünü sübut edən etibarlı dəlil hələ ortaya çıxmayıb. Bununla belə, son hadisələr Vaşinqtonun təhlükəsizlik siyasətinə yeni suallar doğurur.
Oktyabrın 13-də Ukrayna prezidenti Volodimir Zelenski Rusiya raketlərinin Kiyevə hücumundan əvvəl tərəfdaşlarından xəbərdarlıq almadıqlarını bildirdi. Həmin gün Tramp ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatları paylaşmağa davam etdiyini söylədi. Oktyabrın 14-də Reuters Ukraynanın Amerika peyk sistemlərindən asılılığı və bu sahədə yaranmış ciddi problemlər barədə məlumat yaydı.
Burada mühüm fərqi qorumaq lazımdır: Ukraynanın kəşfiyyat dəstəyindən məhrum edilməsi, yaxud həmin dəstəyin zəifləməsi Rusiyaya gizli məlumat ötürüldüyünü sübut etmir. Amma Moskvanın hərbi üstünlük qazanmasına dolayısı ilə şərait yarada bilər.
Trampın Rusiya siyasətində nə baş verir?
Son günlər daha bir mübahisəli qərar gündəmə gəlib. Tramp administrasiyasının Rusiya dizel yanacağının dünya bazarına çıxarılması ilə bağlı razılaşması ABŞ-da hər iki partiyanın nümayəndələrinin etirazına səbəb olub. Tənqidçilərin fikrincə, belə bir addım Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını genişləndirə bilər. Tramp isə qərarını dünya enerji bazarındakı qiymətlərin sabitləşdirilməsi zərurəti ilə əsaslandırır.
Əsas sual budur: Tramp Moskva ilə yaxınlaşmaqla müharibəni dayandırmağa çalışır, yoxsa Rusiyanın strateji maraqlarına xidmət edən qərarlar qəbul edir?
Birinci ehtimal diplomatik strategiyadır. İkincisi isə ittihamdır və sübut tələb edir. Lakin hər iki halda Avropanın ABŞ-a təhlükəsizlik baxımından etimadı ciddi zərbə alır.
Amerikanı nə gözləyir? | 101 |
| 3 | https://modern.az/az/analitika/840693/vasinqtonda-siyasi-zelzele-tramp-impicment-ve-rusiya-kolgesi/ | 120 |
| 4 | BEYNİNİN “ÇERTYOJU”
Bəzən bir insanın portretini çəkmək üçün onun üzünü çəkmək kifayət etmir. Onun dünyaya necə baxdığını çəkmək lazımdır.
Bu təsvir məhz belə bir oyundur: Albert Eynşteynin başı XX əsrin əvvəllərinə aid elmi-patent çertyoju kimi açılır və beynin anatomiyası əvəzinə bütöv bir fizika tarixi görünür. Alında Bor atomunun orbitləri, başqa bir qatda Feynman diaqramlarını xatırladan xətlər, temporal hissədə Minkovski işıq konusu, neyronların yerində isə sanki planetlər və elektronlar kimi hərəkət edən trayektoriyalar... Kənarda E=mc^2, ümumi nisbilik nəzəriyyəsinin tənliklərinə işarələr, ölçü xətləri, nömrələnmiş detallar və köhnə alman əlyazmasını xatırladan qeydlər.
Əlbəttə, bu, tarixi sənəd deyil. Eynşteynin 1905-ci ildə Sürixdə hazırlanmış hansısa “beyin patenti” də yoxdur. Üstəlik, şəkildəki bəzi ideyalar müxtəlif dövrlərə aiddir: Borun atom modeli 1913-cü ildə ortaya çıxdı, Feynman diaqramları isə daha sonrakı onilliklərin dilidir. Deməli, qarşımızda bir epoxanın dəqiq rekonstruksiyası yox, elm tarixinin müxtəlif qatlarını Eynşteyn obrazında birləşdirən vizual metafora dayanır.
Amma təsviri maraqlı edən də elə budur.
1905-ci ildə patent idarəsində çalışan 26 yaşlı Eynşteyn bir neçə məqalə ilə fizikanın əsas anlayışlarına toxundu: işıq, atomların reallığı, məkan və zaman haqqında təsəvvürlər dəyişməyə başladı. Xüsusi nisbilik nəzəriyyəsinin ən dərin nəticələrindən biri sadə, amma sarsıdıcı idi: zaman hamı üçün eyni sürətlə axan mütləq fon deyil. “Eyni anda” baş verən iki hadisə belə müşahidəçinin hərəkətindən asılı ola bilər.
Bu mənada şəkildəki OBSERVER –müşahidəçi sözü təsadüfən maraqlı bir sözə çevrilir.
Çünki Eynşteyn fizikasının böyük dönüşlərindən biri kainatı yalnız “orada olan şeylər” kimi deyil, hadisələr, ölçmələr və istinad sistemləri arasındakı münasibətlər vasitəsilə düşünmək idi. O, dünyanı dəyişmədi; dünyanı təsvir etmək üçün istifadə etdiyimiz koordinatların düşündüyümüz qədər toxunulmaz olmadığını göstərdi.
Şəkildə beynin içindən keçən saysız-hesabsız xətlər buna görə gözəl metaforadır. Böyük ideya bəzən yeni bir cavab tapmaqdan əvvəl köhnə sualın quruluşunu dağıtmaqdır. Hamı “zaman nə qədərdir?” deyə soruşarkən, daha təhlükəli sual ortaya çıxır:
Kimin zamanı?
Bəlkə də elmdə dahiliyin ən qəribə tərəfi budur. Dahinin beynində bizim görmədiyimiz daha çox şey olmaya bilər. Bəzən o, hamının gördüyü şeylər arasındakı əlaqəni başqa cür görür.
Və bundan sonra əvvəlki dünya yerində qalsa da, ona əvvəlki kimi baxmaq mümkün olmur.
@ibrahim_nebioglu | 222 |
| 5 | لا يوجد نص... | 209 |
| 6 | SÜNİ İNTELLEKT BUMU: YENİ İNFRASTRUKTUR ƏSRİ
Süni intellekt ətrafında gedən indiki müzakirələr çox vaxt modellərin imkanları, insan əməyinə təsiri və texnoloji rəqabət üzərində qurulur. Halbuki prosesin daha az görünən, amma bəlkə də daha mühüm tərəfi onun arxasında qurulan nəhəng fiziki infrastrukturdur. Məlumat mərkəzləri, yarımkeçiricilər, enerji istehsalı və ötürülməsi, soyutma sistemləri, fiber-optik şəbəkələr və yüksək hesablama gücü artıq süni intellekti sadəcə proqram təminatı sahəsi olmaqdan çıxarır. Söhbət tədricən bütöv iqtisadiyyatın yeni texnoloji bazasının yaradılmasından gedir.
Columbia Business School-da hazırlanmış Steyn van Nyuverburqun (Stijn Van Nieuwerburgh) tədqiqatının işçi versiyasına əsaslanan və Mark John tərəfindən təqdim edilən müqayisə bu prosesin miqyasını xüsusilə aydın göstərir. Qrafikin ən diqqətçəkən nəticəsi budur ki, 2025–2032-ci illərdə süni intellekt infrastrukturu üçün gözlənilən investisiya intensivliyi ABŞ ÜDM-inin 3,22 faizinə çatır. Bu göstərici hətta XIX əsrin böyük dəmir yolu bumunun 2,24 faizlik səviyyəsini də xeyli üstələyir. Əslində qrafikin əsas mesajı da budur: süni intellekt bumu tarixi texnoloji dönüşlərlə müqayisə ediləcək miqyasda kapital tələb edir.
Dəmir yolu ilə müqayisə burada təsadüfi deyil. XIX əsrdə dəmir yolları yalnız nəqliyyat vasitəsi yaratmamışdı; onlar bazarları birləşdirmiş, şəhərlərin və sənaye mərkəzlərinin coğrafiyasını dəyişdirmiş, yeni maliyyə və logistika sistemləri formalaşdırmışdı. Süni intellektin yaratdığı infrastruktur da oxşar şəkildə iqtisadiyyatın başqa sahələrinə yayılır. Fərq ondadır ki, bu dəfə “relslər” poladdan deyil, çiplərdən, serverlərdən, elektrik xətlərindən və məlumat ötürmə şəbəkələrindən ibarətdir. Buna görə də süni intellektin iqtisadi təsirini yalnız proqramların və chatbotların uğuru ilə ölçmək getdikcə mənasızlaşır.
Ancaq belə bir investisiya miqyası təkcə imkan deyil, risk də deməkdir. Dəmir yolu və avtomagistral kimi infrastrukturlar onilliklər boyu istifadə edilə bildiyi halda, süni intellekt üçün qurulan texnoloji avadanlıq daha sürətlə köhnələ bilər. Bu gün ən qabaqcıl hesab edilən prosessor bir neçə ildən sonra iqtisadi üstünlüyünü itirə bilər. Ona görə qarşıdakı dövrün əsas sualı yalnız nə qədər kapital xərclənəcəyi deyil, həmin kapitalın nə dərəcədə məhsuldarlığa, yeni sənaye sahələrinə və davamlı iqtisadi artıma çevriləcəyidir. Əgər bu çevrilmə baş verərsə, süni intellekt bumu internet dövründən daha çox dəmir yolları və elektrikləşmə kimi ümumi təyinatlı texnoloji inqilablarla müqayisə edilə bilər. | 315 |
| 7 | لا يوجد نص... | 260 |
| 8 | "БАБЬЕ ЛЕТО", “ARVAD YAYI”, YOXSA BASDIRMA YAYI?
İki gün əvvəl dağlara ilk qar düşdü; hətta Bolunun yamacları ağ örtüyə büründü. Elə bil payız qapını döyüb gəlişini elan etdi. Amma təbiətin öz ritmi var: soyuğun ardınca istinin qayıtması qədər təbii heç nə yoxdur. Budur, bu gün İstanbulda termometr 27–29 dərəcəni göstərirdi. Türk meteoroloqları və mətbuatı neçə gündür xəbər verirdi: “Pastırma yazı” gəlir...
Ruslar buna "бабье лето" deyir. Bəs bu qısa, zərif və mənalı zaman dilimini öz dilimizdə necə adlandıraq? Rusca kalka ilə “arvad yayı”? Amerikalılar kimi “hindi yayı” (Indian summer)? Bəlkə isveçlilər kimi “Müqəddəs Birgitta yayı”? Hər xalq bu hadisəni öz yaddaşına, öz əfsanəsinə bağlayıb.
Sentyabrın sonundan oktyabrın ortalarınadək, ilk soyuqlardan sonra isti antisiklonun gətirdiyi bu qəfil, bəzən günlərlə sürən istilər bizim coğrafiyada da yaşanır. Məncə, dilçilərimiz Amerikanı yenidən kəşf etməyə çalışmadan qardaş türk dilində hazır olan adı götürə bilərlər: “Basdırma yayı”. Bu dönəmdə gecə ilə gündüzün temperaturu bir-birinə yaxın olur və basdırma məhz belə havada ən yaxşı quruyur. Adın kökü də buradandır: süfrənin dadı ilə təqvimin sirri bir sözdə qovuşur.
Günəşiniz bol olsun... | 276 |
| 9 | لا يوجد نص... | 270 |
| 10 | Super Persuasion
İlon Mask paylaşımı... | 269 |
| 11 | Bu şəkli mən fotomontaj etmişəm. Çünki onlar real həyatda heç vaxt eyni kadrda olmayıblar...
2026-cı il Sülh üzrə Nobel mükafatına Navi Pillay layiq görülüb. Cənubi afrikalı hüquqşünas, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş hakimi və BMT-nin keçmiş İnsan Hüquqları üzrə Ali Komissarı olan Pillay bu nüfuzlu mükafata sülhün və beynəlxalq hüququn möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə görə layiq görülüb.
Bu gün onun seçilməsini gurultulu alqışlarla təbrik edərkən Pillay zarafatla: “Bu qədər çox əl çalmayın, yoxsa mükafatı Trampla bölüşərəm” – deyib və zal qəhqəhələrə qərq olub.
Tramp isə hazırda əsl “lomka”dadır, heç kefi yoxdur. İki ildir ki, xəyalları suya düşür və güman ki, gələn il də xəyal qırıqlığı ilə üzləşəcək. Çünki mövcud siyasəti ilə nə İran problemini həll edə biləcək, nə də Ukraynanın işğalına son qoymağa nail olacaq.
“Ağanəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm” prinsipi ilə hərəkət edən Donald Tramp açıq-aşkar Putin təəssübkeşliyi və sərt anti-İran mövqeyi üzündən çıxması imkansız olan bir çıxmaza girib... | 320 |
| 12 | لا يوجد نص... | 296 |
| 13 | İsveç Akademiyasının sosialist təmayüllü Ədəbiyyat komissiyası 2026-cı il Nobel Mükafatını kanadalı yazıçı Enn Karsona (Anne Carson) verdi. İsveç Akademiyası qərarını onun "klassik ənənə ilə yaradıcı və sərbəst dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaratdığı cəsarətli və yenilikçi yaradıcılığına görə" sözləri ilə əsaslandırdı.
1950-ci ildə doğulan Karson poeziyanı, nəsri, fəlsəfəni və antik yunan irsini birləşdirən, ənənəvi janr bölgüsünə sığmayan yazıçıdır. O, Homerdən Sapfoya, Evripiddən Platona qədər klassik irsi müasir insanın düşüncə və duyğuları ilə qarşılaşdırır. Məqsədi antik dünyanı yenidən nəql etmək deyil, onun əbədi suallarına çağdaş ədəbiyyatda yeni ifadə formaları tapmaqdır – onun haqqında açıq mənbələrdən öyrəndim.
Bəzi tənqidçilər Karsonun dünya ədəbiyyatına ən mühüm töhfələrindən biri ədəbi janrların sərhədlərini dəyişdirdiyini yazır, onun "Autobiography of Red " əsərini yerə-göyə sığdırmırlar. Yazıçının "Eros the Bittersweet" əsərinin isə sevgini antik fəlsəfə və poeziyanın işığında araşdırır. Ədəbiyyatçılar yazırlar ki, Karson üçün klassik ədəbiyyat toxunulmaz abidə deyil; onunla mübahisə etmək, onu yenidən yozmaq və yeni bədii formalar yaratmaq mümkündür.
Bu qısa tanışlıqdan anladığım budur ki, Karsonun yaradıcılığı klassiklərə qayıtmaq bəzən ədəbiyyatın gələcəyinə doğru getməyin ən cəsarətli yolu olduğunu göstərir.
İndi bizim kitabdan uzaq naşırlərimiz tez-tələsik Enn Karsonun əsərlərini Süni İntellektə tərcümə etdirib bir-iki həftəyə kitabı satışa çıxaracaqlar. Ancaq unutmasınlar ki, hər Nobel mükafatı laureatının kitabı bestseller olmur.
Odur ki, dostlarıma indidən deyirəm ki, mənə Karson kitabları hədiyyə etməyin. Kitab məsləsində mən "verilən atın dişlərinə baxıram"... | 332 |
| 14 | لا يوجد نص... | 258 |
| 15 | Ruslar qırmızı düyməyə bassalar çoxu işə düşməyəcək. | 277 |
| 16 | لا يوجد نص... | 881 |
| 17 | RUSİYADAN DƏHŞƏT XƏBƏRLƏRİ:
SİBİRDƏ NƏ BAŞ VERİR?
Rusiyanın İrkutsk vilayətindən gələn xəbərlər getdikcə daha ciddi suallar doğurur. Söhbət adi yoluxucu xəstəlikdən deyil, bəşər tarixinin ən dəhşətli epidemiyalarına səbəb olmuş vəba törədicisinin tədqiq edildiyi laboratoriyada baş verdiyi iddia olunan müəmmalı hadisədən gedir.
İrkutskdakı vəba əleyhinə tədqiqat institutunun 28 yaşlı əməkdaşı Darya Şipilovanın ağır pnevmoniyadan vəfat etdiyi bildirilir. Yerli mənbələr onun laboratoriyada vəba bakteriyası olan sınaq şüşəsini təsadüfən sındırdığını iddia edirlər. Bu məlumat hələ müstəqil şəkildə təsdiqlənməyib.
Ancaq bundan sonra yayılan xəbərlər son dərəcə düşündürücüdür.
Təxminən 200 nəfərin karantinə və ya tibbi müşahidəyə götürüldüyü bildirilir. ABŞ səfirliyi xüsusi səhiyyə xəbərdarlığı yayıb. Ümumdünya Səhiyyə Təşkilatının da hadisə ilə bağlı əlavə məlumat istədiyi xəbər verilir.
Ən narahatedici məqam hadisənin baş verdiyi müəssisənin xarakteridir.
İrkutskdakı institut təhlükəli yoluxucu xəstəliklərin törədicilərini araşdırır. Burada bioloji təhlükəsizlik və bioterrorizmə qarşı müdafiə istiqamətində də tədqiqatlar aparılır.
Sovet İttifaqının nəhəng və məxfi bioloji silah proqramının mövcudluğu isə tarixi faktdır. Sovet dövləti onilliklər boyu beynəlxalq öhdəliklərini pozaraq ölümcül mikroorqanizmlərin hərbi məqsədlərlə istifadəsi üzərində işləyib.
ABŞ-ın Moskvadakı səfirliyi İrkutsk hadisəsindən sonra xüsusi səhiyyə xəbərdarlığı yayıb və Amerika vətəndaşlarına Rusiyanı dərhal tərk etmələri barədə əvvəldən qüvvədə olan çağırışı bir daha xatırladıb.
Bu tarix fonunda İrkutsk hadisəsi xüsusilə ciddi araşdırılmalıdır.
Laboratoriyada əslində nə baş verib? Ölən əməkdaş hansı bakteriya ilə işləyirdi? Təhlükəli törədicinin laboratoriyadan kənara çıxması ehtimalı varmı? Nə üçün bu qədər insan karantinə götürülüb?
Hələlik Rusiyada vəba epidemiyasının başlandığını təsdiqləyən elmi dəlil yoxdur. Rusiya rəsmiləri yoluxma hallarının aşkarlanmadığını bildirirlər. Ancaq rəsmi bəyanat bütün sualları aradan qaldırmır.
Burada əsas məsələ təkcə vəba deyil.
Əsas məsələ ölümcül patogenlərlə işləyən müəssisələrdə nəzarətin, şəffaflığın və beynəlxalq məsuliyyətin nə dərəcədə təmin olunmasıdır.
Dünya COVID-19 pandemiyasının ağır nəticələrini hələ unutmayıb. Elə buna görə də təhlükəli laboratoriya hadisələri haqqında məlumatların gizlədilməsi, gecikdirilməsi və ya təhrif edilməsi ehtimalına son dərəcə ciddi yanaşılmalıdır.
Əgər İrkutskda yalnız laboratoriya qəzası baş veribsə, bunu elmi sübutlarla ortaya qoymaq lazımdır. Əgər başqa təhlükə mövcuddursa, onun miqyası dərhal müəyyən edilməlidir.
Çünki yoluxucu xəstəliklər dövlət sərhədlərini, hərbi ittifaqları və geosiyasi maraqları tanımır.
Ölümcül bakteriyaları dövlət sirrinə çevirmək olar. Ancaq onlar nə dövlət sirrinə, nə də dövlət sərhədinə tabe olur.
https://t.me/ibrahim_nebioglu | 1 573 |
| 18 | لا يوجد نص... | 230 |
| 19 | Sabah – 8 oktyabrda Nobel mükafatlarının ən çox mübahisə doğuranı, Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanacaq. Bu mükafatın yüzillik tarixi təkcə laureatların deyil, həm də seçilməyənlərin tarixidir. Tolstoy, Coys, Prust, Virciniya Vulf və Borxes kimi ədəbiyyatın istiqamətini dəyişmiş müəlliflərin Nobelsiz qalması hələ də müzakirə edilir. Boris Pasternak 1958-ci ildə mükafatı əvvəl qəbul edib, sovet hakimiyyətinin təzyiqi altında ondan imtina etməyə məcbur oldu; Jan-Pol Sartr 1964-cü ildə Nobeli öz iradəsi ilə rədd etdi. Bob Dilanın 2016-cı ildə laureat seçilməsi “mahnı mətni ədəbiyyatdırmı?” mübahisəsini alovlandırdı, Peter Handkenin 2019-cu il mükafatı isə onun Yuqoslaviya müharibələri ilə bağlı mövqeyinə görə siyasi qalmaqala çevrildi. İsveç Akademiyasının özü də etiraf edir ki, ədəbiyyat mükafatının siyasi niyyətlə verilmədiyi halda belə, onun siyasi nəticələri ola bilir.
Bu il proqnozların mərkəzində iki qadın yazıçı dayanır: çinli eksperimental nasir Can Xue və kanadalı şair, esseist Anne Carson. Müxtəlif proqnoz siyahılarında hər ikisi əsas favoritlər sırasında göstərilir, Can Xue isə bəzi mənbələrdə bir qədər önə çıxır. Ancaq bunlar yalnız gözləntilərdir: Nobel namizədləri və Akademiyanın müzakirələri 50 il məxfi saxlanılır.
Sonra artıq çox tanış adlar gəlir. Haruki Murakami illərdir Nobel proqnozlarının dəyişməz iştirakçısıdır. Onunla yanaşı avstraliyalı Gerald Murnane və Amerika postmodernizminin əsas simalarından Thomas Pynchon da ciddi namizədlər sırasında göstərilir. Margaret Atwood, Cristina Rivera Garza, Jamaica Kincaid, Amitav Ghosh, César Aira, Mircea Cărtărescu, Enrique Vila-Matas, Lyudmila Ulitskaya və Salman Rushdie də müxtəlif siyahılarda önə çıxan adlardır. Proqnozların bir-birindən xeyli fərqlənməsi isə bu il aşkar favoritin olmadığını göstərir.
Məncə, bu il əsas xətt Can Xue – Anne Carson – Gerald Murnane üçlüyündən keçir; Murakami isə yenə böyük ad olsa da, artıq onun “əbədi namizəd” statusu proqnoz verməyi çətinləşdirir. Amma Ədəbiyyat Nobelinin bir qanunu varsa, o da proqnozları pozmağı sevməsidir: 2021-ci ildə Abdulrazak Gurnah əsas favoritlər arasında yox idi, 2024-cü ildə Han Kangın seçilməsi də çoxları üçün sürpriz oldu. Ona görə sabah İsveç Akademiyasının qapısı açılarkən yalnız bir şeyə əmin ola bilərik: adı açıqlanan kimi ədəbiyyat dünyasının yarısı “nəhayət!”, o biri yarısı isə “niyə o?” deyəcək. | 261 |
| 20 | لا يوجد نص... | 207 |
