uz
Feedback
2 502
Obunachilar
-224 soatlar
-87 kunlar
-3430 kunlar

Ma'lumot yuklanmoqda...

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Iyul '26
Iyul '26
+5
1 kanalda
Iyun '26
+14
1 kanalda
Get PRO
May '26
+18
1 kanalda
Get PRO
Aprel '26
+11
3 kanalda
Get PRO
Mart '26
+60
4 kanalda
Get PRO
Fevral '26
+35
1 kanalda
Get PRO
Yanvar '26
+39
1 kanalda
Get PRO
Dekabr '25
+17
1 kanalda
Get PRO
Noyabr '25
+28
1 kanalda
Get PRO
Oktabr '25
+17
4 kanalda
Get PRO
Sentabr '25
+38
3 kanalda
Get PRO
Avgust '25
+45
4 kanalda
Get PRO
Iyul '25
+39
2 kanalda
Get PRO
Iyun '25
+53
2 kanalda
Get PRO
May '25
+41
4 kanalda
Get PRO
Aprel '25
+42
4 kanalda
Get PRO
Mart '25
+66
4 kanalda
Get PRO
Fevral '25
+45
2 kanalda
Get PRO
Yanvar '25
+61
1 kanalda
Get PRO
Dekabr '24
+63
1 kanalda
Get PRO
Noyabr '24
+58
2 kanalda
Get PRO
Oktabr '24
+97
5 kanalda
Get PRO
Sentabr '24
+58
5 kanalda
Get PRO
Avgust '24
+73
2 kanalda
Get PRO
Iyul '24
+75
3 kanalda
Get PRO
Iyun '24
+63
3 kanalda
Get PRO
May '24
+61
4 kanalda
Get PRO
Aprel '24
+94
4 kanalda
Get PRO
Mart '24
+98
4 kanalda
Get PRO
Fevral '24
+58
4 kanalda
Get PRO
Yanvar '24
+80
7 kanalda
Get PRO
Dekabr '23
+73
5 kanalda
Get PRO
Noyabr '23
+71
7 kanalda
Get PRO
Oktabr '23
+82
5 kanalda
Get PRO
Sentabr '23
+113
0 kanalda
Get PRO
Avgust '23
+30
0 kanalda
Get PRO
Iyul '23
+28
0 kanalda
Get PRO
Iyun '23
+46
0 kanalda
Get PRO
May '23
+76
0 kanalda
Get PRO
Aprel '23
+106
0 kanalda
Get PRO
Mart '23
+162
0 kanalda
Get PRO
Fevral '23
+151
0 kanalda
Get PRO
Yanvar '23
+95
0 kanalda
Get PRO
Dekabr '22
+62
0 kanalda
Get PRO
Noyabr '22
+92
0 kanalda
Get PRO
Oktabr '22
+152
0 kanalda
Get PRO
Sentabr '22
+202
0 kanalda
Get PRO
Avgust '22
+213
0 kanalda
Get PRO
Iyul '22
+101
0 kanalda
Get PRO
Iyun '22
+76
0 kanalda
Get PRO
May '22
+114
0 kanalda
Get PRO
Aprel '22
+147
0 kanalda
Get PRO
Mart '22
+350
0 kanalda
Get PRO
Fevral '22
+101
0 kanalda
Get PRO
Yanvar '22
+141
0 kanalda
Get PRO
Dekabr '21
+54
0 kanalda
Get PRO
Noyabr '21
+85
0 kanalda
Get PRO
Oktabr '21
+315
0 kanalda
Get PRO
Sentabr '21
+151
0 kanalda
Get PRO
Avgust '21
+242
0 kanalda
Get PRO
Iyul '21
+114
0 kanalda
Get PRO
Iyun '21
+125
0 kanalda
Get PRO
May '21
+125
0 kanalda
Get PRO
Aprel '21
+311
0 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
18 Iyul0
17 Iyul0
16 Iyul0
15 Iyul0
14 Iyul0
13 Iyul0
12 Iyul0
11 Iyul+2
10 Iyul0
09 Iyul+2
08 Iyul0
07 Iyul0
06 Iyul0
05 Iyul0
04 Iyul0
03 Iyul0
02 Iyul+1
01 Iyul0
Kanal postlari
Kristofer Nolanın "Odissey"i Məktəbli ikən də, tələbə olanda da “kinoya” əsasən səhər seanslarında gedirdim. Həm adam demək olar ki olmurdu, həm 10 qəpiklik bilet alıb 50 qəpiklik yerdə otururdum… Bu gün də ənənəyə sadiq qaldım. Həyat yoldaşımla Kristofer Nolanın müasir dövrün bəlkə də ən iddialı vizual və fəlsəfi təcrübələrindən birinə – “Odissey”ə baxmağa gəlmişik. İyulun 17-də dünyanın bir çox ölkəsində filmin dünya premyerası oldu. Təbii ki, ilk günə bilet tapa bilmədik. Birazdan sinema salonunun sehrli atmosferində yerimizi alacağıq. Və mən hər şeydən əvvəl niyə bu filmin bu qədər müzakirə olunduğuna, nə üçün belə ajiotaja səbəb olduğunu anlamağa çalışacam. Kristofer Nolan ən sevdiyim 3-4 rejissordan biridir, “texnar”dır,  onun böyüklüyü texnoloji yenilikləri və IMAX miqyasındakı vizual möhtəşəmliyi ən dərin fəlsəfi suallarla vəhdətdə vermək bacarığında gizlidir. O, tamaşaçını sadəcə bir hekayə izləməyə deyil, zaman və məkanın sərhədlərini sorğulayan zehni bir labirintin içində özünü kəşf etməyə məcbur edir. Onun “Memento”, “The Dark Knight”, “Inception” ən sevdiyim ekran əsərləridir. “Interstellar” isə bu yaşıma qədər gördüyüm minlərlə film içərisində ilk 5 filmdən biridir. Nolan qədər zamanla “manipulyasiya” edən ikinci birini bilmirəm. İndi maraqdan çatlayıram, görəsən bu nəhəng rejissor zamanın “başına” büdcəsi 250 milyon dollar olan bu filmdə nə “oyun” açacaq. "İnterstellar"da zamanın genişlənməsini, "Tenet"də isə zamanın axınını gördük. Bəs bu gün? Azca pessimistəm, çünki bu filmdə Nolana “ağılverənlər” içində “Interstellar”dakı kimi görkəmli fizik, Nobel mükafatı laureatı Kip Torn yoxdur… Nə isə, gedək görək Nolan, klassik mətnlərin arxetipik gücünü, ən müasir astrofizika nəzəriyyələrilə necə birləşdirir. Ümid edirəm ki, xəyal qırıqlığına uğramayacam. Bu arada iki biletə (IMAX) 1500 TL (54 AZN) verdik. Yəni bir bilet 27 manat… Bizə “yaxşı seyirlər” diləyin…

2
Matn yo'q...
149
3
Bu gün görkəmli alim, akademik Azad Mirzəcanzadənin (29 sentyabr 1928 – 17 iyul 2006) anım günüdür. @ibrahim_nebioglu
200
4
1994-də Azad müəllim, yetirməsi olan Telman (Tulparxan) Salavatov və mən görkəmli bəstəkarımız Arif Məlikovun Ankara yaxınlığındakı Bilkent şəhərciyində ona təsis edilmiş evinə ziyarətə gedirdik. Maşını mən sürürdüm, Telman arxada, Azad müəllim isə öndə oturmuşdu. Yolda hardansa birdən o sual düşdü yadına: “O sualıma hələ də cavab vermədiz”. Cavabım hələ də hazır deyildi, bilmədim bu dəfə necə çıxım vəziyyətdən. O illərdə Ankaradan Bakıdakı qəzetlərə arada bir məqalələr yazırdım. Dedim ki, icazə verin bu suala məqalə şəklində cavab verim. Ağzını tutaraq gülməyə başladı Azad müəllim (güləndə əli ilə ağzını tutardı) və “Yaxşı, qoy elə olsun” dedi... Yazılı şəkildə də cavab verə bilmədim. İllər keçdi, Azad müəllim dünyasını dəyişdi, mənə, tələbələrinə yazdıqca bitməyən, danışdıqca tükənməyən xeyli xatirə, ibrətamiz hekayə və kəlamlar buraxdı. Vəfatının beşinci ildönümünə bir neçə gün qalmış əziz müəllimimə bir məktub yazdım… *** Əziz Azad müəllim, Gelincik Yay Məktəbində sual verməyinizin üstündən 25 ildən çox zaman keçib. Çox utanıram, çünki bu məktubu Siz həyatda ikən yazmalı idim. Bu qədər gecikməli yazmağımın səbəbi hələ də məntiqli cavab verməyə çətinlik çəkməyimdir. Həm biz yaxşı bilirik ki, Siz sual verəndə də bizə nəyisə öyrədir, tələbələrinizi fərqli düşünməyə sövq edirdiz (və əslində hələ də öyrətməyə davam edirsiz), ona görə də məntiqsiz cavab vermək istəmirdim. Bəlkə bu cavabım da sizi qane etməyəcək, bilmirəm… Buna rəğmən Sizə verdiyim sözü gec də olsa tutmaq istəyirəm… E = mc² ilə enerji və kütlə arasındakı dərin əlaqəni göstərərək atom erasının başlanğıcını qoyan, Nisbiilik nəzəriyyəsi ilə zaman, məkan və qravitasiya anlayışlarını kökündən dəyişdirən müasir fizikanın banilərindən birinin mühazirəsini necə seçməyəsən? Albert Eynşteyni fizik kimi deyil, həm də kainatın fəlsəfi mənasını axtaran bir düşüncə adamı, elmi intuisiyası ilə təxəyyülü birləşdirən nadir dahilərdən sayanlar onun muhazirəsinə necə girməyə bilər? Bu baxımdan onun mühazirəsinə ayağım titrəyə-titrəyə də olsa böyük bir zövqlə girər və o auditoriyaya özümü dünyanın şanslı, ən bəxtəvər insanı sanardım. Ancaq… Ancaq yan auditoriyada bir başqa fizikin – kvant elektrodinamikasının yaradıcılarından biri, Feynman diaqramları ilə mikroskopik dünyanın mürəkkəb qarşılıqlı təsirlərini sadə və anlaşılan formaya salan alimin mühazirəsi var. Onun XX əsrin intellektual zirvələrindən sayılan üç cildlik “Feynmanın Fizika üzrə mühazirələri” bizim evimizin də ən dəyərli kitablarından biri idi. Bu kitablar fizika tədrisinin şah əsəri sayılır. Mən təkcə elm öyrətməyən, onu hiss etdirən, təbiətin qanunlarını yumor və oyunla izah edən Riçard Feynmanın mühazirəsinə girməsəm sonra bu hərəkətimi özümə bağışlaya bilərdimmi?.. Əziz Azad müəllim, Eynşteyn mühazirəsi ilə Feynman mühazirəsi arasında seçim etmək, çayın mənbəyi ilə o çayın ən son mənzildə çevrildiyi şəlalə arasında seçim etmək kimi bir şeydir. Eynşteyn bizə fizikanın əbədi olaraq dəyişdiyi anı, intuisiyanı, fəlsəfi mübarizəni, reallığın özünü yenidən formalaşdıran ideyaların doğulmasını öyrədir. Feynman isə aydınlığı, təbiətin ən dərin qanunlarının belə əyləncəli ola biləcəyi həyəcanını verir. Biri kainatın necə əyildiyini göstərir; digəri isə zehnimizi onun ətrafında necə əymək lazım olduğunu. İkisindən birini seçmək “ulduzlar arasında seçim etmək” kimidir. Eynşteynin mühazirəsi kainatın quruluşuna fəlsəfi baxış olardı. Yəqin ki, zaman və fəzanın poeziyasından danışardı. Onu dinləmək zövqlərin ən təsvir edilməz olardı. Feynmanın mühazirəsi isə enerji və həyat dolu bir elmi şou olardı. O, yazı taxtasına yazdıqlarını ona xas zarafatla, çoşqu ilə izah edər, auditoriyanı heyrətə gətirərdi… Kainatın metafizikasını dərk etmək üçün Eynşteyni, öyrənmək, sormaq, düşünmənin kefini çıxarmaq üçün Feynmanı seçərdim. Amma, ən gözəli Eynşteynin mühazirəsinə girib, Feynmanınkı ilə geri qayıtmaq olardı... Heyif ki, bu məktubumu oxuya bilməyəcəksiniz. Nur içində yatın… 17 iyul 2011
195
5
GELİNCİK Dünyanın nisbətən düz vaxtlarında, alimə, müəllimə, oxuma və öyrənmə şövqü olan tələbələrə sevgi və sayğının olduğu zamanlarda akademik Azad Mirzəcanzadənin aspirantlar və gənc alimlər üçün qış və yay məktəbləri var idi. Qış məktəbi Ufada, yay məktəbi isə Krasnodar vilayətinin Gelincik kurort şəhərində olurdu. Mən aspirant ikən iki dəfə, müdafiə etdikdən sonra isə bir dəfə bu məktəblərə düşmək səadətini yaşamışdım. Bir həftəlik yay və qış məktəblərinin əsas məqsədi gənc tədqiqatçıları formalaşdırmaq, elmə yeni nəfəs gətirmək və elmi ənənələrin yaşatmaq idi. Azad müəllimin Sovetin müxtəlif yerlərindən gələn aspirantları ilə yetişdirdiyi onlarla gənc elmi işçilər burada tanınmış alimlərlə birbaşa təmasda olur, mühazirə və seminarlarda iştirak edirdilər. Biz bu məktəblərdə yeni dostluqlar qazanır, elmi ideyaları paylaşır, tədqiqat sinerjisi əldə edirdik. Azad müəllimin aspirantları çox olduğundan hər kəs o məktəblərə düşə bilmirdi. İyul-avqust aylarına düşdüyü üçün çoxumuz Gelincikdəki yay məktəbinə getmək istəyirdi. Çünki saat 16-dan sonra dənizə gedə bilir, günəşlənib Qara dənizin sularında sərinlənirdik. Gelincik yay məktəbinə cəmi bir dəfə düşə bildim, o da elmi işimdəki yeni istiqamətlərə görə. Feygenbaum nəzəriyyəsi xaos nəzəriyyəsinin əsas sütunlarından biridir və deterministik sistemlərin (təsadüfi olmayan, lakin çox mürəkkəb davranış göstərən sistemlər) xaosa keçid prosesini izah edir. “Bir sistem müəyyən bir parametrlə işləyir. Bu parametr artdıqca sistem əvvəlcə sabit vəziyyətdə qalır, sonra iki fərqli vəziyyətə keçir (bifurkasiya), daha sonra dörd, səkkiz, on altı və s. – yəni vəziyyətlərin sayı ikiqat artır”, – elə bu fikirləri eşitmək kifayət edirdi ki, beynimizdə fırtınalar qopsun… Seminardakı təqdimatımı aşağıdakı sözlərlə bitirdim: “Hər xaosun içində bir nizam, hər nizamdakı sistemdə isə xaosa aparan yol var”. Başımı çevirib Azad müəllimə baxandə onun diqqətlə hansısa bir elmi jurnala baxdığını gördüm. 70-80 nəfərin iştirak etdiyi seminara sakitlik çökdü. Sükutu elmi rəhbərimin sakit səsi pozdu: “Əlimdəki jurnalda iki foto var – bir şəkildə Eynşteyn auditoriyada mühazirə oxuyur, o birində isə Feynman. Seçmə imkanı olsaydı kimin mühazirəsini dinləmək istərdiniz?”.. Çətin sualdı, bilmədim necə cavab verim. Azad müəllim boş yerə belə sual verməz deyə düşündüm. Beynimdən keçdi ki, cavab verməyə çətinlik çəkirəm deyim. Ancaq birdən ən arxa sıradan bir səs gəldi: “Mən sizin mühazirəni seçərdim, Azad Xaliloviç!”. Bütün auditoriya başını arxaya – səs gələn tərəfə çevirdi. Azad müəllim ayağa qalxdı, diqqətlə baxıb o adamı tanımağa çalışdı və “Sizi bura kim dəvət edib?” dedi. Arxadakı özünü təqdim etdi, Bakı ermənisi (adını unutmuşam) olduğunu, Neft-Kimya institutunu bitirdiyini, Krasnodarda yaşadığıni söylədi. Dedikləri Azad müəllimi qane etmədi, gözlərini qıyaraq “Siz çalışın bir də dəvətsiz yerə getməyin” dedi. Seminar Azad müəllimin bifurkasiyalar haqda yeni fikirləri ilə yekunlaşdı. Çıxarkən üzünü mənə tutaraq “Verdiyim sualı unutmayın, Bakıya qayıdanda danışarıq” dedi görkəmli alim… Günortadan sonra dənizdə dincələrkən Azad müəllimin doktorantı, aspirant dostum Ramil Baxtizin (sonralar professor, Ufa Neft Texniki Universitetinin rektoru, Başqırdıstan Elmlər Akademiaysının prezidenti) “çağrılmamış qonaq” haqqında “Necə fürsətçi insanlardır bunlar” dedi… Bir müddət sonra Qarabağ hadisələri başlayacaqdı və ömrümdə ilk dəfə olaraq “Miatsum” kəlməsini eşidəcəkdim… *** Bakıya qayıtdım, elmi işim, məqalələr, avtoreferat, müdafiə…Bütün bunlar Qarabağın başını qara buludlar aldığı illərdə, Sovetin qaçılmaz sonunun yaxınlaşdığı dövrdə baş verirdi. Azad müəllimi hər görəndə yəqin o sualı unutdu getdi deyə düşünürdüm…
165
6
UKRAYNADA ŞOK SİYASİ ZƏLZƏLƏ: Krım Zəfərləri, Yanacaq Böhranı və Zelenskinin "Rəqib" Təmizliyi! Ukrayna hökumətində baş verən kütləvi istefaların və kabinetin buraxılmasının pərdəarxası artıq bəllidir. Qərb mediası və beynəlxalq analitiklər rəsmi Kiyevin bu addımını sadəcə "müharibə dövrünün hökumət yenilənməsi" kimi deyil, çox daha dərin və ambisiyalı bir daxili siyasi mübarizə kimi qiymətləndirirlər. Prezident Volodimir Zelenskinin kabineti yenidən formalaşdırmaq adı altında atdığı ən səs-küylü addım olduqca populyar Müdafiə naziri Mixaylo Fedorovun vəzifəsindən uzaqlaşdırılması oldu. Bəs nə baş verir? Niyə Ukraynanın döyüş meydanında ard-arda zəfər qazandığı bir vaxtda uğurlu nazir qurban verilir? 1. "Madyar"ın Dronları və Fedorovun Qalib Sima İmici: Fedorov cəmi altı aydır bu postda olsa da, onun dövründə Ukrayna hərb tarixi yenidən yazıldı. Azov dənizində Rusiya "kölgə donanması"na aid 75-dən çox yanacaq tankerinin batırılması, Krımın hava və quru yollarının kəsilərək tam təcrid olunması və Rusiyanın 78 regionunu iflic edən ağır benzin kollapsı məhz Fedorovun rəhbərlik etdiyi innovativ dron strategiyasının bəhrəsi idi. O, Ukrayna cəmiyyətində rüşvətxorluğa qarşı mübarizə aparan və ordunu modernləşdirən gənc, dinamik və xarizmatik bir xilaskar kimi qəbul olunurdu. 2. 2. Küçələrin Səsi və "Siyasi Təhlükə": Bu səhər Ukrayna şəhərlərində insanların Fedorovun qovulmasına etiraz olaraq küçələrə axışması və ona kütləvi dəstək nümayiş etdirməsi Zelenskinin əslində nə dərəcədə haqlı bir "rəqib qorxusu" yaşadığını sübut etdi. Xalqın və Qərb tərəfdaşlarının sevimlisinə çevrilmiş gənc nazir, artıq Zelenski üçün rəqabətedilməz bir siyasi fiqura çevrilirdi. 3. 3. Seçki Hazırlığı və Siyasi Zərərsizləşdirmə: Hərbi uğurlar – Krımın faktiki olaraq mühasirəyə alınması və Rusiyanın yanacaq sisteminin məhv edilməsi – Zelenski administrasiyasına gələcək prezident seçkiləri üçün güclü bir platforma qazandırır. Lakin bu platformada tək qalmaq istəyən Zelenski, qarşısına çıxa biləcək potensial rəqibləri indidən və çox kəskin üsullarla zərərsizləşdirir. Kabinetin buraxılması isə Fedorovu hədəfdən təkbaşına çıxarmamaq, bu səs-küylü gedişi "hökumətin struktur islahatı" kimi qablaşdırmaq üçün bir örtük rolunu oynadı. 4. Ukrayna xalqı daxili siyasi intriqalardan yorğun olsa da, bu gün küçələrə çıxaraq öz haqqını və uğurlu nazirini qorumağa çalışır. Müharibə davam edərkən daxildə başlayan bu hakimiyyət savaşı, Kiyev üçün ən böyük sınaqlardan biri ola bilər. #UkrainePolitics #Zelensky #MykhailoFedorov #CabinetReshuffle #KyivProtests @ibrahim_nebioglu
254
7
+2
Matn yo'q...
243
8
TƏƏSSÜF, TƏƏSSÜF VƏ YENƏ DƏ TƏƏSSÜF Bir neçə gün əvvəl Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı asistan həkimlərin maliyyə hüquqları ilə bağlı hazırladığım yazıda bəhs etdiyim məsələ 14.07.2026. tarixində Türkiyə Böyük Millət Məclisinin Təhsil komissiyasında müzakirə olundu. Komissiyanın iclasında Türkiyə vətəndaşı olmayan asistan həkimlərin maliyyə hüquqları ilə bağlı ciddi etirazlar dilə gətirildi. Asistan həkimlərin mövqeyini müdafiə edənlər çıxışlarında bu həkimlərin Türkiyə vətəndaşı olan həmkarları ilə eyni xəstəxanalarda çalışır, eyni növbələri tutur, eyni xəstələrə baxır, eyni əməliyyatlarda iştirak edir və eyni tibbi məsuliyyəti daşıyırlar. Buna görə də yalnız vətəndaşlıq statusuna əsasən onların dövriyyə kapitalından verilən əlavə ödənişlərdən məhrum edilməsi bərabərlik və “eyni işə eyni əməkhaqqı” prinsiplərinə zidd hesab edildiyi dilə gətirildi. Çıxışlarda qeyd edildi ki, qanun layihəsi bu şəkildə qəbul edilərsə, azərbaycanlı övladlarımızın (digər bütün xarici vətəndaşların da) gəliri təxminən 17.900 Türkiyə lirəsi (təxminən 647 AZN) səviyyəsində qalacaq. Eyni işi görən türk asistanlar isə xaricilərdən ən az, nə də çox, düz 10 dəfə (!!!) daha çox pul alacaqlar. İki həkim arasında yalnız vətəndaşlığa görə bu qədər böyük gəlir fərqinin yaradılması həm hüquqi, həm də vicdani baxımdan qəbul edilməzdir. Bunu müzakirələrdə iştirak edən bəzi çıxışçılar açıq şəkildə ifadə etdilər. Bu gün də qeyd etmək istəyirəm ki, başqa ölkələrin vətəndaşı olan asistan həkimlər ödəniş hüququnu hansısa bir güzəştlə deyil, məhkəməni udaraq, eləcə dəTürkiyə Cümhuriyyəti Konstitusiya Məhkəməsinin qərarı əsasında əldə ediblər. Ona görə də məhkəmə qərarı ilə qazandıqları hüququn yeni qanunla yenidən əllərindən alınmasını anlamaqda çətinlik çəkirəm. Maraqlıdır ki, türk həkimlər İngiltərə, Almaniya və digər ölkələrə getdikdə, aldıqları təqaüddən əlavə, çalışdıqları xəstəxanalarda yerli həkimlərlə eyni məvacib ala bilirlər. Türkiyəyə təhsil almağa və işləməyə gələn gələcəyin Uzman həkimlərinə belə fərqli və yad münasibət göstərilməsi ürəyimi ağrıdır. İşin ən düşündürücü tərəfi odur ki, asistan həkimlərimiz heç bir əlavə imtiyaz tələb etmirlər. Onların tələbi yalnız gördükləri real əməyin qarşılığıdır. Bütün bu hüquqi, vicdani və sosial arqumentlər komissiyada bəzi millətvəkilləri tərəfindən səsləndirildi. Lakin bütün bu çıxışlara baxmayaraq, təqdim olunan təkliflər komissiyada qəbul edilmədi. Maddənin dəyişdirilməsi və xarici vətəndaş asistan həkimlərin mövcud hüquqlarının qorunması ilə bağlı çağırışlar nəticəni dəyişmədi və qanun layihəsi komissiyadan keçdi. Ancaq proses bununla yekunlaşmır. Azərbaycanlı asistan həkimlər həkimlərin hüquqlarının müdafiəsi məqsədilə Suriya dərnəyinin rəhbəri tərəfindən hazırlanan müraciət mətnini şəxsi məlumatları ilə dolduraraq aidiyyəti qurumlara təqdim ediblər. Məqsəd komissiyada qəbul edilməyən etirazların, həkimlərin yaşadığı real problemlərin və Konstitusiya Məhkəməsinin əvvəlki qərarının növbəti mərhələdə yenidən gündəmə gətirilməsidir. Ehtimal ki, qanun layihəsi önümüzdəki Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq. Onun aqibəti Məclisin ümumi iclasındakı səsvermədən sonra bəlli olacaq. Qəbul olunacağı təqdirdə qanun layihəsi Türkiyə Respublikası Prezidentinin təsdiqinə gedəcək. Nə qədər sorsam da, soraqlaşsam da bizim rəsmilərin – Təhsil nazirliyinin, Səhiyyə nazirliyinin, Milli Məclisin hansısa bir təşəbbüsü, hansısa bir addımı, hansısa bir nümayəndəsinin Ankaraya ezam edilməsi haqda heç bir məlumat yini öyrənə bilmədim. Ancaq öyrəndiyim bir xəbərə çox üzüldüm… Azərbaycan tərəfin anlaşılmaz susqunluğunun əksinə, “Suriya Doktorlar Birliyi” adında bir təşkilat Türkiyə Böyük Millət Məclisində, Təhsil Komissiyasında və kulislərdə çalışmalar aparır, millət vəkillərini bilgiləndirir, bir çox instasiyada suriyalı həkimlərin haqq və hüquqları üçün mübarizə aparır. Bu parlaq övladlarımızın taleyinə, gələcəyinə nə üçün biganəyik? Ancaq xəstələnəndə yenə də onlara müraciət edəcəksiniz, unutmayın! Çalışın xəstələnməyin!
815
9
Hermes tələbəsinə: – Sənə nə dediyimi anladınmı? O, anladığını söyləyir. Hermes "Heç anlayana oxşamırsan axı?” deyir. Tələbəsi duruxur, "Anlayıb anlamadığımı hardan bildiniz?” deyə soruşur. Hermes Fevatilesə: – Səni sevincli görmürəm. Anlamağın göstəricisi sevincdir... 🖋 Ətrafda mutlu və sevincli insanların azlığı bu səbəbdəndirmi? @ibrahim_nebioglu
297
10
+1
Matn yo'q...
359
11
Müharibənin taleyi dəyişir: Krım "adaya" çevrilir, Azov dənizində Rusiya donanması batırılır , Rusiyada yanacaq kollapsı! Dünya hərb tarixi son 24 saatda görünməmiş bir logistik mühasirəyə şahidlik edir. Nüfuzlu The Telegraph nəşrinin hərbi analitiklərinin rəsmi hesabatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatları (PUA) Krımı hava, quru və dəniz yollarından tamamilə qopararaq xarici dünyadan təcrid edib. İşğal altındakı yarımadanı Rusiyaya bağlayan quru dəhlizləri və dəmir yolu qovşaqlarının vurulmasının ardından, indi Krım sözün əsl mənasında nəhəng, çarəsiz bir adaya çevrilir. Yarımadada elektrik enerjisinin tamamilə kəsilməsi, su qıtlığı və yanacaqdoldurma məntəqələrində benzinin tükənməsi ilə işğalçılar üçün əsl logistik cəhənnəm başlayıb. Amma ən dəhşətli zərbə dənizdən gəldi. Ukraynanın yeni yaradılmış Pilotsuz Sistemlər Qüvvələrinin (UAS) komandanı Robert "Madyar" Brovdinin açıqlamaları beynəlxalq mətbuatın manşetindədir: Azov dənizində görünməmiş "Kölgə Donanması" qırğını! Son 5 gün ərzində Ukraynanın zərbə dronları Azov dənizində və Kerç boğazında Rusiyanın beynəlxalq sanksiyalardan yayınaraq neft daşıdığı "kölgə donanması"na aid 90-a yaxın gəmisini, o cümlədən 75-dən çox yanacaq tankerini və bərələrini bir-bir ovlayaraq darmadağın edib! Rusiya daxilindəki limanlarda və Azov sularında yanan tankerlərin peyk görüntüləri yayılıb. Rusiya tərəfi Azov dənizində və Don-Azov kanalında bütün gəmi hərəkətlərini tamamilə dayandırmaq məcburiyyətində qalıb. Bu, Rusiya iqtisadiyyatının dəniz ixracatının rəsmən kilidlənməsidir. Bu zərbələrin nəticəsi: Rusiya daxilində tam benzin kollapsı!Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatlarına görə, Ukrayna zərbələri nəticəsində Rusiyanın ümumi neft emalı gücünün 40%-dən çoxu (bəzi mənbələrdə 42.74%) tamamilə sıradan çıxarılıb. Rusiya Federasiyasının rəsmi olaraq 83 regionundan 78-də dərin yanacaq böhranı elan edilib. Şəhərlərdə kilometrlərlə uzanan benzin növbələri, yanacaq rasionu və kənd təsərrüfatı texnikalarının tam dayanması ölkəni daxildən sarsıdır. Ukrayna heç bir raketdən istifadə etmədən, yalnız PUA-ların gücü ilə imperiyanın logistika damarlarını kəsir. Savaş artıq Kremlin qapısını sındırıb içəri girib! #UkraineWar #RussiaFuelCrisis #CrimeaIsolated #AzovSea #Drones #MilitaryAnalysis @ibrahim_nebioglu
995
12
Milan Kundera: Varoluşun İronik və Dözülməz Yüngüllüyü 20-ci əsrin ən nəhəng romançılarından, çex əsilli Milan Kunderanın anım günüdür. Kunderasevənlər uzun illər onun adına Nobel mükafatının elan ediləcəyi günü intizarla gözlədilər. Ancaq o, bu prestijli mükafatı görə bilməsə də, ədəbiyyatın ən ali zirvəsini — milyonlarla oxucunun qəlbindəki sarsılmaz taxtını çoxdan fəth etmişdi. Kundera sadəcə bir yazıçı deyildi; o, XX əsrin qırılma nöqtələrini, insanın tarix qarşısındakı acizliyini və şəxsi həyatın siyasi sistemlər içindəki kövrəkliyini ən yaxşı analiz edən bir "ədəbiyyat filosofu" idi. Onun qələmi fəlsəfi dərinliklə psixoloji təhlili incə bir ironiya pərdəsi arxasında birləşdirirdi. Onun yaradıcılığı birbaşa varlıq fəlsəfəsinə uzanır. Kunderanın dünyasında hər şey "yüngüllük" və "ağırlıq" arasındakı tarazlıqda cərəyan edir. Məşhur əsəri "Varolmanın dözülməz yüngüllüyü"ndə dediyi kimi: "İnsan nə qədər çox yadda saxlayırsa, bir o qədər az azaddır." Çünki yaddaşın yükü, gələcəyin qeyri-müəyyənliyini qəbul etməyə mane olur. 1980-ci illərdə, sürgündə olduğu Fransada bir tədbirdə ona yönələn "Siz fransız yazıçısınız, yoxsa çex?" sualına verdiyi cavab, onun kimliyə, milliyyətə və ən əsası yazıçılıq missiyasına baxışını ömürlük xülasə edir: — "Mən yazıçıyamsa, deməli, heç bir yerin deyiləm. Vətəni olan yazıçı hökumətə, tarixə və siyasətə tabe olur. Mən yalnız sözlərə və insana tabeyəm." Bu, yazıçılığı vətəndaşlıq borcu ilə deyil, varlıq fəlsəfəsinin azadlığı ilə ölçən bir təfəkkürün təntənəsi idi. Kundera üçün yazıçı, tarixin şahidi deyil, insanın gizli qalan arzularının və qorxularının kəşfiyyatçısı idi. Onun qəhrəmanları adətən öz həyatlarının mənasını axtararkən, tarixin ağır çarxları altında əzildiklərini hiss edirlər. "Gülüş və unutqanlıq kitabı"nda qeyd etdiyi kimi: "Hər şeyin əvvəlcədən bağışlandığı, hər şeyin qabaqcadan icazəli olduğu bir dünyada, hər şey əvvəlcədən mənasızdır." O, Nabokov, Eko və Borxes kimi ədəbiyyatın Nobelsiz dahiləri sırasında yer alaraq tarixə keçdi. Ancaq Kunderanın qazandığı zəfər heç bir mükafat komitəsinin qərarından asılı deyildi. O, insanın "varoluş"una dair yazdığı hər cümlə ilə bir abidə ucaltdı. Kundera deyirdi: "Roman, insanın öz sirlərini açmaq üçün yaratdığı ən böyük laboratoriyadır." Bizlər isə bu laboratoriyada hələ də özümüzü, dözülməz dərəcədə yüngül, lakin bir o qədər də ağır olan həyatımızı oxumağa davam edirik. Ruhun şad olsun, Böyük Usta. Sənin sözlərin zamanın ağırlığına qarşı ən güclü qalxandır.
373
13
Matn yo'q...
277
14
Bəşəriyyətin sonsuzluğa və məchulluğa qarşı açdığı ən böyük intellektual müharibənin vizual manifestini görürsüz, məncə. 1961-ci ildə NASA-nın Lyuis Araşdırma Mərkəzində çəkilmiş bu məşhur kadrda kosmik trayektoriyaları, orbit mexanikasını və göy cismlərinin rəqsini lövhəyə köçürən alimlər təsvir olunub. Yuxarı sağ küncdə açıqca görünən məşhur Kepler tənliyi () və elliptik orbit cizgiləri göstərir ki, qarşımızdakı bu nəhəng qara lövhə, əslində, kainatın xəritəsidir. Bu təsviri sadəcə tarixi bir anın donmuş şəkli kimi deyil, dərin fəlsəfi bir labirint kimi oxumaq lazımdır: Təbaşir Tozu və Ulduzların Harmoniyası İnsan ağlı nə qədər paradoksaldır. Kainatın milyardlarla işıq ili uzaqlıqdakı əzəmətini və cazibə qanunlarını bir neçə qramlıq, kövrək təbaşir tozu ilə qara bir lövhəyə həkk edir. O lövhədə yazılanlar sadəcə riyazi simvollar deyil, insanın kosmosa atdığı kəndirlərdir. Hər bir formul, ulduzların xaosunu nizamlayan bir musiqi notu kimidir. “Kainatın dili riyaziyyatdır, insan isə bu dilin ən cəsarətli tərcüməçisidir”. Pilləkənlər: Göyə Ucalan İntellekt Şəkildəki nərdivanlar təkcə fiziki bir ehtiyacdan – lövhənin yuxarı hissəsinə çatmaq məqsədindən xəbər vermir. Onlar həm də metaforikdir. İnsan övladı əsrlərdir ki, elmin, idrakın pilləkənləri ilə yuxarı dırmaşır. Hər bir pillə əvvəlki alimlərin çiyinləridir. Ən yuxarıda dayanan insan, əslində, öz dövrünün ən uca nöqtəsindən kainata baxan zəkadır. Maraqlıdır ki, bu insanlar superkompüterlərin, rəqəmsal ekranların olmadığı bir dövrdə, Aya gedən yolu sadəcə beyin gücü, loqarifmik xətkeş və təbaşirlə hesablayırdılar. “Biz göylərə toxunmaq üçün göydələnlər yox, intellektual pilləkənlər qurmalıyıq”. Zamanın və Yaddaşın Labirinti Baxışları kameraya dikilmiş bu yeddi alim sanki bir anlıq öz düsturlar dünyalarından ayrılıb bizə baxırlar. Onların əynindəki ağ köynəklər, qalstuklar və ciddi görkəmləri ilə lövhədəki mürəkkəb xətlərin xaotik nizamı arasında qəribə bir harmoniya var. Bu lövhə sabah silinə bilər, təbaşir tozu yerə tökülüb yox ola bilər, lakin o formulların arxasındakı həqiqət əbədidir. Xorxe Luis Borxesin dediyi kimi, bəlkə də bütün kainat nəhəng bir kitabxanadır və bu alimlər həmin kitabxananın ən gizli rəflərindən birini oxumağa çalışırlar. Məncə, bu şəkil bizə həm də deyir ki, insan kiçik bir nöqtə olsa da, daxilində daşıdığı idrak sayəsində bütün makro-kainatı öz beyninə sığışdıra bilən yeganə varlıqdır. Nərdivandan yıxılmaq qorxusu olmadan, ulduzlara doğru dırmaşan zəkanın qarşısında ancaq ehtiramla baş əymək lazımdır.
390
15
Matn yo'q...
286
16
Jürgen Klopp...Xeyirli olsun...+1
Jürgen Klopp...Xeyirli olsun...
328
17
ÇİN KOSMİK YARIŞDA YENİ MƏRHƏLƏYƏ KEÇDİ Çin tarixində ilk dəfə orbital raketin birinci pilləsini uğurla geri qaytarmağa nail oldu. "Uzun Yürüyüş-10B" (Long March-10B) raketinin ilk uçuşu zamanı birinci pillə ayrıldıqdan sonra idarə olunan eniş həyata keçirdi və dənizdə yerləşən xüsusi platformadakı torvari tutma sistemi ilə təhlükəsiz şəkildə bərpa edildi. Bununla Çin ABŞ-dan sonra orbital raketin birinci pilləsini uğurla geri qaytara bilən ikinci ölkəyə çevrildi. Bu hadisə ilk baxışda texniki uğur kimi görünə bilər. Əslində isə söhbət kosmik sənayenin iqtisadi modelini dəyişdirən texnologiyadan gedir. Bu nailiyyətin əhəmiyyəti raketin enməsində deyil, onun yenidən istifadə oluna bilməsindədir. Ənənəvi raketlər bir dəfə uçur və sonra okeana düşərək məhv olur. Bu isə o deməkdir ki, hər kosmik missiya üçün milyardlarla dollar dəyərində yeni raket hazırlanmalıdır. SpaceX bu məntiqi dəyişdi: raketi geri endirdi, təmir etdi və yenidən uçurdu. Nəticədə kosmosa çıxışın qiyməti kəskin şəkildə aşağı düşdü. İndi Çin də həmin texnoloji klubun üzvünə çevrilir. Bu, təkcə mühəndislik uğuru deyil. Bu, iqtisadiyyat, sənaye, hərbi texnologiyalar və kosmik geosiyasət baxımından strateji dönüş nöqtəsidir. Təkrar istifadə olunan raketlər daha çox peykin orbitə çıxarılması, Ay proqramlarının sürətlənməsi və kosmik infrastrukturun daha ucuz qurulması deməkdir. Uzun illər SSRİ və daha sonra Rusiya ABŞ-ın əsas kosmik rəqibi hesab olunurdu. İlk süni peyk, ilk kosmonavt, ilk kosmik yürüş kimi tarixi nailiyyətlər sovet kosmonavtikasının adı ilə bağlı idi. Lakin son onillikdə vəziyyət tamamilə dəyişdi. Bu gün kosmik texnologiyanın əsas istiqamətləri – təkrar istifadə olunan raketlər, superağır daşıyıcılar, iri peyk qruplaşmaları və Ay proqramları – artıq ABŞ və Çin arasında formalaşır. Rusiya isə bu yarışda əvvəlki lider mövqeyini itirib və bir çox sahələrdə geridə qalıb. Əlbəttə, Çin hələ SpaceX səviyyəsinə çatmayıb. SpaceX yüzlərlə uğurlu eniş həyata keçirib, eyni gücləndiricini onlarla dəfə istifadə edib və tam təkrar istifadə olunan nəhəng sistemlər üzərində işləyir. Çin isə bu sahədə ilk böyük addımını atıb. Ancaq tarix göstərir ki, belə texnologiyalarda ilk uğur ən çətin mərhələ olur; sonrakı inkişaf adətən daha sürətlə gedir. Kosmik yarış artıq əvvəlki kimi ideoloji nümayiş deyil. Bu gün orbitə daha ucuz, daha tez və daha çox yük çıxara bilən ölkə gələcəyin rabitəsinə, internetinə, naviqasiyasına, müşahidə sistemlərinə və nəticədə strateji üstünlüyünə sahib olacaq. Çin raketi göstərdi ki, XXI əsrin kosmik yarışı artıq iki əsas oyunçunun – ABŞ və Çinin – rəqabətinə çevrilməkdədir. Rusiya isə artıq bu yarışın ön sırasından kənarda qalıb… @ibrahim_nebioglu
367
18
Matn yo'q...
314
19
PUTİN KÜNCƏ SIXIŞIR, SARAYDAXİLİ ÇEVRİLİŞ SSENARİLƏRİ MASADADIR: KREML DAXİLİNDƏ GÖRÜNMƏMİŞ ÇAT Uzun müddətdir davam edən və Rusiyanı həm iqtisadi, həm də geosiyasi cəhətdən tükəndirən müharibə, nəhayət, Kremlin ən toxunulmaz qrupunda — oliqarxlar və daxili elitada böyük bir sükutu pozdu. Rusiyanın ən zəngin sənayeçilərindən biri, "gübrə kralı" kimi tanınan Andrey Melniçenkonun The Economist dərgisinə verdiyi və günlərlə davam edən (təxminən 60 saatlıq söhbətə əsaslanan) şok müsahibə və yazdığı esse Kreml divarlarını yerindən oynadıb. Bu müsahibə sadəcə bir biznesmenin giley-güzarı deyil; bu, Putinin "vahid rəhbərlik" (təkadamlıq idarəetmə) sisteminin sonunun gəldiyinə və Rusiyanın uçuruma sürükləndiyinə dair elita daxilindən gələn ən açıq xəbərdarlıqdır. Melniçenko hansı qorxulu gələcəyi ifşa etdi? Oliqarx, mövcud siyasi kursun davam edəcəyi təqdirdə Rusiyanı gözləyən dörd qaranlıq ssenarini sırala–yır: –Rusiyanın tamamilə parçalanması və nüvə arsenalı üzərində nəzarətin itməsi. –Çinin tam təsiri altına düşərək onun sadəcə bir xammal bazasına və bufer zonasına çevrilməsi. –Müharibənin dövlət idarəçiliyinə çevrildiyi, Şimali Koreya tipli, dünyadan izolyasiya olunmuş qapalı bir "hərbi qalaya" çevrilmə. –Uzunmüddətli tükənmədən sonra Avropanın yoxsul və revanşist bir periferiyasında qalmaq. Küncə sıxışan diktator və "Saraydaxili Çevriliş" ehtimalı Melniçenko açıq şəkildə Putinin devrilməsini tələb etməsə də, dərginin təhlilində ən çox diqqət çəkən məqam budur: onun təklif etdiyi islahatlar və Rusiyanın xilası Putinin mütləq hakimiyyətdən əl çəkməsini, səlahiyyətlərin digər güc mərkəzlərinə ötürülməsini nəzərdə tutur. Rusiya tarixində 1905-ci ildə Yaponiyaya məğlubiyyətdən sonra sənayeçilərin siyasi dəyişiklik üçün hərəkata keçdiyini xatırladan The Economist, bu çıxışı böyük bir dalğanın başlanğıcı kimi qiymətləndirir. Putin hazırda çıxılmaz vəziyyətdədir. Müharibəni dayandırsa, daxildəki radikal millətçilər qarşısında zəif görünəcək; müharibəni davam etdirsə, ölkənin iqtisadi sütunları olan texnokratlar və magnatlar Melniçenkonun tərəfinə keçəcəklər. Bu gərginlik Kremlin içindəki elitaya tək bir çıxış yolu qoyur: Rusiyanın tam iflasının qarşısını almaq üçün Putini saraydaxili bir çevrilişlə və ya "sağlamlıq bəhanəsi ilə" idarəetmədən uzaqlaşdırmaq. Tarix sübut edir ki, Rusiyada çar və ya baş katiblər xalq üsyanları ilə deyil, adətən öz yaxın ətrafının qurduğu pərdəarxası planlarla taxtdan salınırlar. Melniçenkonun bu çıxışı, o planların artıq fısıltı ilə deyil, dərgi səhifələrindən bəyan edildiyini göstərir. Dostlar, sizcə, Rusiya elitası Putini qurban verməyə hazırdırmı? #Rusiya #Kreml #Putin #TheEconomist #Oliqarx #Geosiyasət #SiyasiBhran
1 312
20
Matn yo'q...
1 150