ru
Feedback
2 511
Подписчики
Нет данных24 часа
-47 дней
-3230 день

Загрузка данных...

Похожие каналы
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
июль '26
июль '26
+5
в 1 каналах
июнь '26
+14
в 1 каналах
Get PRO
май '26
+18
в 1 каналах
Get PRO
апрель '26
+11
в 3 каналах
Get PRO
март '26
+60
в 4 каналах
Get PRO
февраль '26
+35
в 1 каналах
Get PRO
январь '26
+39
в 1 каналах
Get PRO
декабрь '25
+17
в 1 каналах
Get PRO
ноябрь '25
+28
в 1 каналах
Get PRO
октябрь '25
+17
в 4 каналах
Get PRO
сентябрь '25
+38
в 3 каналах
Get PRO
август '25
+45
в 4 каналах
Get PRO
июль '25
+39
в 2 каналах
Get PRO
июнь '25
+53
в 2 каналах
Get PRO
май '25
+41
в 4 каналах
Get PRO
апрель '25
+42
в 4 каналах
Get PRO
март '25
+66
в 4 каналах
Get PRO
февраль '25
+45
в 2 каналах
Get PRO
январь '25
+61
в 1 каналах
Get PRO
декабрь '24
+63
в 1 каналах
Get PRO
ноябрь '24
+58
в 2 каналах
Get PRO
октябрь '24
+97
в 5 каналах
Get PRO
сентябрь '24
+58
в 5 каналах
Get PRO
август '24
+73
в 2 каналах
Get PRO
июль '24
+75
в 3 каналах
Get PRO
июнь '24
+63
в 3 каналах
Get PRO
май '24
+61
в 4 каналах
Get PRO
апрель '24
+94
в 4 каналах
Get PRO
март '24
+98
в 4 каналах
Get PRO
февраль '24
+58
в 4 каналах
Get PRO
январь '24
+80
в 7 каналах
Get PRO
декабрь '23
+73
в 5 каналах
Get PRO
ноябрь '23
+71
в 7 каналах
Get PRO
октябрь '23
+82
в 5 каналах
Get PRO
сентябрь '23
+113
в 0 каналах
Get PRO
август '23
+30
в 0 каналах
Get PRO
июль '23
+28
в 0 каналах
Get PRO
июнь '23
+46
в 0 каналах
Get PRO
май '23
+76
в 0 каналах
Get PRO
апрель '23
+106
в 0 каналах
Get PRO
март '23
+162
в 0 каналах
Get PRO
февраль '23
+151
в 0 каналах
Get PRO
январь '23
+95
в 0 каналах
Get PRO
декабрь '22
+62
в 0 каналах
Get PRO
ноябрь '22
+92
в 0 каналах
Get PRO
октябрь '22
+152
в 0 каналах
Get PRO
сентябрь '22
+202
в 0 каналах
Get PRO
август '22
+213
в 0 каналах
Get PRO
июль '22
+101
в 0 каналах
Get PRO
июнь '22
+76
в 0 каналах
Get PRO
май '22
+114
в 0 каналах
Get PRO
апрель '22
+147
в 0 каналах
Get PRO
март '22
+350
в 0 каналах
Get PRO
февраль '22
+101
в 0 каналах
Get PRO
январь '22
+141
в 0 каналах
Get PRO
декабрь '21
+54
в 0 каналах
Get PRO
ноябрь '21
+85
в 0 каналах
Get PRO
октябрь '21
+315
в 0 каналах
Get PRO
сентябрь '21
+151
в 0 каналах
Get PRO
август '21
+242
в 0 каналах
Get PRO
июль '21
+114
в 0 каналах
Get PRO
июнь '21
+125
в 0 каналах
Get PRO
май '21
+125
в 0 каналах
Get PRO
апрель '21
+311
в 0 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
13 июля0
12 июля0
11 июля+2
10 июля0
09 июля+2
08 июля0
07 июля0
06 июля0
05 июля0
04 июля0
03 июля0
02 июля+1
01 июля0
Посты канала
Milan Kundera: Varoluşun İronik və Dözülməz Yüngüllüyü 20-ci əsrin ən nəhəng romançılarından, çex əsilli Milan Kunderanın anım günüdür. Kunderasevənlər uzun illər onun adına Nobel mükafatının elan ediləcəyi günü intizarla gözlədilər. Ancaq o, bu prestijli mükafatı görə bilməsə də, ədəbiyyatın ən ali zirvəsini — milyonlarla oxucunun qəlbindəki sarsılmaz taxtını çoxdan fəth etmişdi. Kundera sadəcə bir yazıçı deyildi; o, XX əsrin qırılma nöqtələrini, insanın tarix qarşısındakı acizliyini və şəxsi həyatın siyasi sistemlər içindəki kövrəkliyini ən yaxşı analiz edən bir "ədəbiyyat filosofu" idi. Onun qələmi fəlsəfi dərinliklə psixoloji təhlili incə bir ironiya pərdəsi arxasında birləşdirirdi. Onun yaradıcılığı birbaşa varlıq fəlsəfəsinə uzanır. Kunderanın dünyasında hər şey "yüngüllük" və "ağırlıq" arasındakı tarazlıqda cərəyan edir. Məşhur əsəri "Varolmanın dözülməz yüngüllüyü"ndə dediyi kimi: "İnsan nə qədər çox yadda saxlayırsa, bir o qədər az azaddır." Çünki yaddaşın yükü, gələcəyin qeyri-müəyyənliyini qəbul etməyə mane olur. 1980-ci illərdə, sürgündə olduğu Fransada bir tədbirdə ona yönələn "Siz fransız yazıçısınız, yoxsa çex?" sualına verdiyi cavab, onun kimliyə, milliyyətə və ən əsası yazıçılıq missiyasına baxışını ömürlük xülasə edir: — "Mən yazıçıyamsa, deməli, heç bir yerin deyiləm. Vətəni olan yazıçı hökumətə, tarixə və siyasətə tabe olur. Mən yalnız sözlərə və insana tabeyəm." Bu, yazıçılığı vətəndaşlıq borcu ilə deyil, varlıq fəlsəfəsinin azadlığı ilə ölçən bir təfəkkürün təntənəsi idi. Kundera üçün yazıçı, tarixin şahidi deyil, insanın gizli qalan arzularının və qorxularının kəşfiyyatçısı idi. Onun qəhrəmanları adətən öz həyatlarının mənasını axtararkən, tarixin ağır çarxları altında əzildiklərini hiss edirlər. "Gülüş və unutqanlıq kitabı"nda qeyd etdiyi kimi: "Hər şeyin əvvəlcədən bağışlandığı, hər şeyin qabaqcadan icazəli olduğu bir dünyada, hər şey əvvəlcədən mənasızdır." O, Nabokov, Eko və Borxes kimi ədəbiyyatın Nobelsiz dahiləri sırasında yer alaraq tarixə keçdi. Ancaq Kunderanın qazandığı zəfər heç bir mükafat komitəsinin qərarından asılı deyildi. O, insanın "varoluş"una dair yazdığı hər cümlə ilə bir abidə ucaltdı. Kundera deyirdi: "Roman, insanın öz sirlərini açmaq üçün yaratdığı ən böyük laboratoriyadır." Bizlər isə bu laboratoriyada hələ də özümüzü, dözülməz dərəcədə yüngül, lakin bir o qədər də ağır olan həyatımızı oxumağa davam edirik. Ruhun şad olsun, Böyük Usta. Sənin sözlərin zamanın ağırlığına qarşı ən güclü qalxandır.

2
Нет текста...
148
3
Bəşəriyyətin sonsuzluğa və məchulluğa qarşı açdığı ən böyük intellektual müharibənin vizual manifestini görürsüz, məncə. 1961-ci ildə NASA-nın Lyuis Araşdırma Mərkəzində çəkilmiş bu məşhur kadrda kosmik trayektoriyaları, orbit mexanikasını və göy cismlərinin rəqsini lövhəyə köçürən alimlər təsvir olunub. Yuxarı sağ küncdə açıqca görünən məşhur Kepler tənliyi () və elliptik orbit cizgiləri göstərir ki, qarşımızdakı bu nəhəng qara lövhə, əslində, kainatın xəritəsidir. Bu təsviri sadəcə tarixi bir anın donmuş şəkli kimi deyil, dərin fəlsəfi bir labirint kimi oxumaq lazımdır: Təbaşir Tozu və Ulduzların Harmoniyası İnsan ağlı nə qədər paradoksaldır. Kainatın milyardlarla işıq ili uzaqlıqdakı əzəmətini və cazibə qanunlarını bir neçə qramlıq, kövrək təbaşir tozu ilə qara bir lövhəyə həkk edir. O lövhədə yazılanlar sadəcə riyazi simvollar deyil, insanın kosmosa atdığı kəndirlərdir. Hər bir formul, ulduzların xaosunu nizamlayan bir musiqi notu kimidir. “Kainatın dili riyaziyyatdır, insan isə bu dilin ən cəsarətli tərcüməçisidir”. Pilləkənlər: Göyə Ucalan İntellekt Şəkildəki nərdivanlar təkcə fiziki bir ehtiyacdan – lövhənin yuxarı hissəsinə çatmaq məqsədindən xəbər vermir. Onlar həm də metaforikdir. İnsan övladı əsrlərdir ki, elmin, idrakın pilləkənləri ilə yuxarı dırmaşır. Hər bir pillə əvvəlki alimlərin çiyinləridir. Ən yuxarıda dayanan insan, əslində, öz dövrünün ən uca nöqtəsindən kainata baxan zəkadır. Maraqlıdır ki, bu insanlar superkompüterlərin, rəqəmsal ekranların olmadığı bir dövrdə, Aya gedən yolu sadəcə beyin gücü, loqarifmik xətkeş və təbaşirlə hesablayırdılar. “Biz göylərə toxunmaq üçün göydələnlər yox, intellektual pilləkənlər qurmalıyıq”. Zamanın və Yaddaşın Labirinti Baxışları kameraya dikilmiş bu yeddi alim sanki bir anlıq öz düsturlar dünyalarından ayrılıb bizə baxırlar. Onların əynindəki ağ köynəklər, qalstuklar və ciddi görkəmləri ilə lövhədəki mürəkkəb xətlərin xaotik nizamı arasında qəribə bir harmoniya var. Bu lövhə sabah silinə bilər, təbaşir tozu yerə tökülüb yox ola bilər, lakin o formulların arxasındakı həqiqət əbədidir. Xorxe Luis Borxesin dediyi kimi, bəlkə də bütün kainat nəhəng bir kitabxanadır və bu alimlər həmin kitabxananın ən gizli rəflərindən birini oxumağa çalışırlar. Məncə, bu şəkil bizə həm də deyir ki, insan kiçik bir nöqtə olsa da, daxilində daşıdığı idrak sayəsində bütün makro-kainatı öz beyninə sığışdıra bilən yeganə varlıqdır. Nərdivandan yıxılmaq qorxusu olmadan, ulduzlara doğru dırmaşan zəkanın qarşısında ancaq ehtiramla baş əymək lazımdır.
190
4
Нет текста...
166
5
Jürgen Klopp...Xeyirli olsun...+1
Jürgen Klopp...Xeyirli olsun...
224
6
ÇİN KOSMİK YARIŞDA YENİ MƏRHƏLƏYƏ KEÇDİ Çin tarixində ilk dəfə orbital raketin birinci pilləsini uğurla geri qaytarmağa nail oldu. "Uzun Yürüyüş-10B" (Long March-10B) raketinin ilk uçuşu zamanı birinci pillə ayrıldıqdan sonra idarə olunan eniş həyata keçirdi və dənizdə yerləşən xüsusi platformadakı torvari tutma sistemi ilə təhlükəsiz şəkildə bərpa edildi. Bununla Çin ABŞ-dan sonra orbital raketin birinci pilləsini uğurla geri qaytara bilən ikinci ölkəyə çevrildi. Bu hadisə ilk baxışda texniki uğur kimi görünə bilər. Əslində isə söhbət kosmik sənayenin iqtisadi modelini dəyişdirən texnologiyadan gedir. Bu nailiyyətin əhəmiyyəti raketin enməsində deyil, onun yenidən istifadə oluna bilməsindədir. Ənənəvi raketlər bir dəfə uçur və sonra okeana düşərək məhv olur. Bu isə o deməkdir ki, hər kosmik missiya üçün milyardlarla dollar dəyərində yeni raket hazırlanmalıdır. SpaceX bu məntiqi dəyişdi: raketi geri endirdi, təmir etdi və yenidən uçurdu. Nəticədə kosmosa çıxışın qiyməti kəskin şəkildə aşağı düşdü. İndi Çin də həmin texnoloji klubun üzvünə çevrilir. Bu, təkcə mühəndislik uğuru deyil. Bu, iqtisadiyyat, sənaye, hərbi texnologiyalar və kosmik geosiyasət baxımından strateji dönüş nöqtəsidir. Təkrar istifadə olunan raketlər daha çox peykin orbitə çıxarılması, Ay proqramlarının sürətlənməsi və kosmik infrastrukturun daha ucuz qurulması deməkdir. Uzun illər SSRİ və daha sonra Rusiya ABŞ-ın əsas kosmik rəqibi hesab olunurdu. İlk süni peyk, ilk kosmonavt, ilk kosmik yürüş kimi tarixi nailiyyətlər sovet kosmonavtikasının adı ilə bağlı idi. Lakin son onillikdə vəziyyət tamamilə dəyişdi. Bu gün kosmik texnologiyanın əsas istiqamətləri – təkrar istifadə olunan raketlər, superağır daşıyıcılar, iri peyk qruplaşmaları və Ay proqramları – artıq ABŞ və Çin arasında formalaşır. Rusiya isə bu yarışda əvvəlki lider mövqeyini itirib və bir çox sahələrdə geridə qalıb. Əlbəttə, Çin hələ SpaceX səviyyəsinə çatmayıb. SpaceX yüzlərlə uğurlu eniş həyata keçirib, eyni gücləndiricini onlarla dəfə istifadə edib və tam təkrar istifadə olunan nəhəng sistemlər üzərində işləyir. Çin isə bu sahədə ilk böyük addımını atıb. Ancaq tarix göstərir ki, belə texnologiyalarda ilk uğur ən çətin mərhələ olur; sonrakı inkişaf adətən daha sürətlə gedir. Kosmik yarış artıq əvvəlki kimi ideoloji nümayiş deyil. Bu gün orbitə daha ucuz, daha tez və daha çox yük çıxara bilən ölkə gələcəyin rabitəsinə, internetinə, naviqasiyasına, müşahidə sistemlərinə və nəticədə strateji üstünlüyünə sahib olacaq. Çin raketi göstərdi ki, XXI əsrin kosmik yarışı artıq iki əsas oyunçunun – ABŞ və Çinin – rəqabətinə çevrilməkdədir. Rusiya isə artıq bu yarışın ön sırasından kənarda qalıb… @ibrahim_nebioglu
241
7
Нет текста...
205
8
PUTİN KÜNCƏ SIXIŞIR, SARAYDAXİLİ ÇEVRİLİŞ SSENARİLƏRİ MASADADIR: KREML DAXİLİNDƏ GÖRÜNMƏMİŞ ÇAT Uzun müddətdir davam edən və Rusiyanı həm iqtisadi, həm də geosiyasi cəhətdən tükəndirən müharibə, nəhayət, Kremlin ən toxunulmaz qrupunda — oliqarxlar və daxili elitada böyük bir sükutu pozdu. Rusiyanın ən zəngin sənayeçilərindən biri, "gübrə kralı" kimi tanınan Andrey Melniçenkonun The Economist dərgisinə verdiyi və günlərlə davam edən (təxminən 60 saatlıq söhbətə əsaslanan) şok müsahibə və yazdığı esse Kreml divarlarını yerindən oynadıb. Bu müsahibə sadəcə bir biznesmenin giley-güzarı deyil; bu, Putinin "vahid rəhbərlik" (təkadamlıq idarəetmə) sisteminin sonunun gəldiyinə və Rusiyanın uçuruma sürükləndiyinə dair elita daxilindən gələn ən açıq xəbərdarlıqdır. Melniçenko hansı qorxulu gələcəyi ifşa etdi? Oliqarx, mövcud siyasi kursun davam edəcəyi təqdirdə Rusiyanı gözləyən dörd qaranlıq ssenarini sırala–yır: –Rusiyanın tamamilə parçalanması və nüvə arsenalı üzərində nəzarətin itməsi. –Çinin tam təsiri altına düşərək onun sadəcə bir xammal bazasına və bufer zonasına çevrilməsi. –Müharibənin dövlət idarəçiliyinə çevrildiyi, Şimali Koreya tipli, dünyadan izolyasiya olunmuş qapalı bir "hərbi qalaya" çevrilmə. –Uzunmüddətli tükənmədən sonra Avropanın yoxsul və revanşist bir periferiyasında qalmaq. Küncə sıxışan diktator və "Saraydaxili Çevriliş" ehtimalı Melniçenko açıq şəkildə Putinin devrilməsini tələb etməsə də, dərginin təhlilində ən çox diqqət çəkən məqam budur: onun təklif etdiyi islahatlar və Rusiyanın xilası Putinin mütləq hakimiyyətdən əl çəkməsini, səlahiyyətlərin digər güc mərkəzlərinə ötürülməsini nəzərdə tutur. Rusiya tarixində 1905-ci ildə Yaponiyaya məğlubiyyətdən sonra sənayeçilərin siyasi dəyişiklik üçün hərəkata keçdiyini xatırladan The Economist, bu çıxışı böyük bir dalğanın başlanğıcı kimi qiymətləndirir. Putin hazırda çıxılmaz vəziyyətdədir. Müharibəni dayandırsa, daxildəki radikal millətçilər qarşısında zəif görünəcək; müharibəni davam etdirsə, ölkənin iqtisadi sütunları olan texnokratlar və magnatlar Melniçenkonun tərəfinə keçəcəklər. Bu gərginlik Kremlin içindəki elitaya tək bir çıxış yolu qoyur: Rusiyanın tam iflasının qarşısını almaq üçün Putini saraydaxili bir çevrilişlə və ya "sağlamlıq bəhanəsi ilə" idarəetmədən uzaqlaşdırmaq. Tarix sübut edir ki, Rusiyada çar və ya baş katiblər xalq üsyanları ilə deyil, adətən öz yaxın ətrafının qurduğu pərdəarxası planlarla taxtdan salınırlar. Melniçenkonun bu çıxışı, o planların artıq fısıltı ilə deyil, dərgi səhifələrindən bəyan edildiyini göstərir. Dostlar, sizcə, Rusiya elitası Putini qurban verməyə hazırdırmı? #Rusiya #Kreml #Putin #TheEconomist #Oliqarx #Geosiyasət #SiyasiBhran
1 131
9
Нет текста...
1 049
10
https://modern.az/az/aktual/680193/kremlin-biten-umidleri/
289
11
Sir, you know we love you və ya Kremlin Bitən Ümidləri Ankara sammitinin kulisindən sızan elə bir cümlə var ki, o, yaxın onilliyin qlobal təhlükəsizlik memarlığını xarakterizə edir. Avropa liderləri rəsmən Donald Trampa üz tutaraq, "Ser, bilirsiniz ki, biz sziz sevirik!" dedilər. Qərb mətbuatının, xüsusilə ABŞ mediasının "Flattery Diplomacy", yəni "Tərif diplomatiyası" adlandırdığı bu xüsusi gediş sadəcə emosional bir etiraf deyil, böyük bir strateji gedişatın parçası idi. Avropalı diplomatlar Trampın tərif və şəxsi sadiqliyi sevən, biznes təfəkkürlü xarakterini yaxşı bildiklərindən, onunla münasibətləri məhz bu "rametmə" taktikası ilə qurdular. Və bu taktika işə yaradı! Vaxtilə NATO-nu "vaxtı keçmiş təşkilat" adlandıran, Avropanı hərbi xərcləri ödəməməkdə ittiham edən Trampla alyans arasında buzlar Ankarada tamamilə əridi. Bu sammitin ən böyük strateji yekununu tək bir cümlə ilə ifadə etmək olar: Trampla NATO-nun böyük tarixi barışığı. Avropa liderləri artıq Trampın tələb etdiyi reallığı qəbul etdilər: hərbi büdcələr kəskin artırılır, ÜDM-in minimum 2%-lik müdafiə limiti rəsmən keçilir. Tramp isə bu "Tərif diplomatiyası" və hərbi öhdəliklərin qarşılığında NATO-nun vahid çətirini daha da gücləndirir və Ukrayna masasında ən radikal addımları atır. Məhz bu "böyük barışıq" fonunda Kiyevə 70 milyard avroluq hərbi paket təsdiqləndi və Ukraynaya öz daxilində Amerika "Patriot" raketlərini istehsal etmək üçün tarixi lisenziya verildi. Bu barışıq Rusiya üçün nə dərəcədə qorxuludur? Moskva aylardır, bəlkə də illərdir tək bir ssenariyə ümid bəsləyirdi: Tramp gələcək, NATO parçalanacaq, Avropa tək qalacaq və Ukrayna təslim ediləcək. Kremlofaşizmin bütün strateji hesablamaları bu xaos mifi üzərində qurulmuşdu. Lakin Ankara Külliyəsindən yüksələn "Sir, biz səni sevirik" sədaları bu mifə birdəfəlik son qoydu. İndi Rusiya qarşısında parçalanmış bir Qərb yox, Trampın hərbi qətiyyəti ilə Avropanın milyardlıq hərbi maşınının birləşdiyi divar tapır. Üstəlik, daxildə Sibirə qədər uzanan neft-benzin böhranı və logistik ifliclə boğuşan Rusiya üçün NATO-nun bu yeni, vahid və aqressiv arxitekturası strateji ölüm hökmüdür. Ankarada sadəcə bəyanatlar verilmədi, orada yeni dünya nizamının dəmir yumruğu rəsmiləşdirildi! #AnkaraSummit #NATOSummit #DonaldTrump #SirWeLoveYou #FlatteryDiplomacy #Geopolitics #Ukraine
283
12
Нет текста...
265
13
Ankarada "Böyük Sövdələşmə" və Rusiyanın Logistik Ölümü: Tramp-Zelenski Görüşünün Pərdəarxası Ankarada keçirilən tarixi NATO sammitindən elə bir xəbəri gəldi ki, bu, sadəcə cəbhənin deyil, qlobal hərbi balansın gələcəyini dəyişir. ABŞ Prezidenti Donald Tramp Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə Kiyev üçün "əsrə bərabər" bir hərbi-strateji güzəşt elan etdi: ❗️ABŞ rəsmi olaraq Ukraynaya dünyanın ən güclü hava hücumundan müdafiə sistemi olan "Patriot" raketlərini yerli olaraq istehsal etmək üçün lisenziya verir! Trampın dili ilə desək: "Onlara Patriot istehsal etmək hüququ verəcəyik, necə edəcəklərini göstərəcəyik və bunu çox sürətlə bacaracaqlar." Bu, sadəcə növbəti bir silah yardımı paketi deyil; bu, Ukraynanın müdafiə sənayesini birbaşa super güc səviyyəsinə qaldıran qərardır. Bununla paralel olaraq, NATO müttəfiqləri Ukraynaya 70 milyard avroluq yeni hərbi dəstək paketini rəsmiləşdirdi. Bu qərarlar Rusiyanın vəziyyətini necə "cəhənnəmə" çevirir? 1️⃣Ballistik Üstünlüyün Sonu: Kremlin Ukrayna şəhərlərini qorxu içində saxlamaq üçün istifadə etdiyi sonuncu və ən böyük rıçaq – ballistik raket üstünlüyü idi. Ukraynanın öz daxilində kütləvi şəkildə "Patriot" istehsal etməyə başlaması Rusiyanın raket arsenalını tamamilə sıfırlayır və "effektsiz metal yığınına" çevirir. 2️⃣"Tramp Ukraynanı satacaq" mifinin çökməsi: Moskva aylardır Trampın hakimiyyətə gəlişi ilə Kiyevə yardımların kəsiləcəyinə ümid edirdi. Lakin rəsmi Vaşinqtonun bu həmləsi göstərdi ki, ABŞ Ukraynanı sadəcə qorumur, onu Rusiyanın qarşısında keçilməz hərbi qalaya çevirir. Trampın Zelenski haqqında "Heyranedici bir iş görüb, çox effektivdir" sözləri Kremlin son diplomatik ümidlərini də basdırdı. 3️⃣Maliyyə və Logistik Tələ: Ukrayna PUA-larının Sibirə (Omsk neft emalı zavoduna) qədər uzanan zərbələri nəticəsində Rusiya daxildə ağır benzin böhranı, 50 regionda yanacaq rasionu yaşayır. Daxildə benzini bitən, iqtisadiyyatı iflic olan bir işğalçı ordu, indi qarşısında NATO-nun 70 milyard avroluq büdcəsini və yerli olaraq istehsal edilən Amerika "Patriot"larını tapacaq. ✅Rusiya yanacaqdoldurma məntəqələrində benzin növbələrində çürüyərkən, Ukrayna gələcək hərbi arxitekturasını ABŞ lisenziyaları ilə birbaşa imperiyanın burnunun ucunda qurur. Savaşın gedişatı rəsmən dəyişdi! #AnkaraSummit #TrumpZelensky #PatriotLicense #RussiaFuelCrisis #StandWithUkraine @ibrahim_nebioglu
336
14
Нет текста...
270
15
Trampın "Merhaba Asker" deməsindən cəmi 5 saniyə sonra (!!!) "Türk Ulduzları" akrobatik uçuşlarına necə başladılar? Bu, inanı
Trampın "Merhaba Asker" deməsindən cəmi 5 saniyə sonra (!!!) "Türk Ulduzları" akrobatik uçuşlarına necə başladılar? Bu, inanılmazdır, elə deyilmi? @ibrahim_nebioglu
364
16
Galatasarayın 2026/27 sezonu üçün formaları
Galatasarayın 2026/27 sezonu üçün formaları
291
17
Ukrayna cəbhəsində "müharibənin yanacağı" bitir: Rusiyanın daxili iflici və Ankara Külliyəsində qurulan yeni dünya nizamı. Son 24 saatın ən kritik xəbərləri Rusiyanın iqtisadi və logistik mərkəzinin artıq tamamilə çökdüyünü göstərir. Ukraynanın uzaqmənzilli PUA-ları coğrafi sərhədləri darmadağın edərək cəbhədən 2400 km uzaqlıqdakı Sibirin nəhəng Omsk neft emalı zavodunu vurdu. Nəticə: Dünyanın ən böyük neft ixracatçılarından biri olan Rusiya hazırda tarixinin ən ağır benzin böhranını yaşayır. 50-dən çox regionda yanacaq rasiona bağlanıb, kilometrlərlə növbələr uzanır, Kreml Qazaxıstan və Belarusdan təcili benzin idxal etmək üçün yollar axtarır. İşğal mexanizmi daxildən çürüyür və bu, sadəcə iqtisadi problem deyil, təcavüzkarın cəbhədəki logistik ölümüdür. Məhz bu dramatik fonda qlobal təhlükəsizliyin ürəyi bu gün Ankarada döyünür. Türkiyə paytaxtı tarixi bir hadisəyə — 36-cı NATO Liderlər Zirvəsinə ev sahibliyi edir. Ağ Evin sahibi Donald Tramp "Air Force One" ilə Ankaraya enib və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Külliyədə qarşılanıb. Bu zirvə sadəcə diplomatik görüş deyil, Qərbin Tramp administrasiyasını hərbi büdcələrin artırılması və yeni müdafiə müqavilələri ilə razı salmaq, alyansın birliyini sınaqdan keçirmək meydanıdır. Ankara Zirvəsinin yekununda nələr gözlənilir? Ukraynaya Silah Dəstəyi və Maliyyə Paketi: Kiyev bombalar altında dözərkən, Prezident Volodimir Zelenski də Ankaradadır. Alyansın Trampın skeptisizmini qırmaq üçün milyardlarla dollarlıq yeni silah və müdafiə sənayesi müqavilələri açıqlayacağı gözlənilir. Türkiyənin Geosiyasi Çəkisi: Ankaranın həm NATO müttəfiqi, həm də regional güc kimi rolu artır. Ərdoğan-Tramp görüşündə Ukrayna ilə yanaşı, Suriya (xüsusilə Suriya rəhbərliyi ilə bağlı proseslər) və Yaxın Şərq masadadır. Müdafiə Büdcələrinin Artırılması: Trampın təzyiqi ilə Avropa müttəfiqlərinin ÜDM-in minimum 2%-dən çoxunu hərbi xərclərə ayırması barədə kəskin öhdəliklər rəsmiləşə bilər. Rusiya daxildə benzinsizlikdən iflic olub çökməkdə ikən, Ankara Külliyəsində yeni dünya nizamının və kollektiv təhlükəsizliyin növbəti onillik xəritəsi cızılır. Dünya tarixi günlərini yaşayır. #NATOSummitAnkara #AnkaraZirvesi #RussiaFuelCrisis #DonaldTrump #Geopolitics
353
18
Нет текста...
285
19
Zelenski NATO zirvəsi üçün Ankarada!
Zelenski NATO zirvəsi üçün Ankarada!
351
20
Yazılarımda o qədər dedim ki, Rusiya Avropanın benzokolonkasıdır, axırda özləri benzinsiz qaldılar. İndi heç özəlirini də təm
Yazılarımda o qədər dedim ki, Rusiya Avropanın benzokolonkasıdır, axırda özləri benzinsiz qaldılar. İndi heç özəlirini də təmin edə bilmirlər. Ukrayna raketlərinin (ruslar 12 raketdən ancaq birini zərərsizləşdiriblər) ötən gecə Omsk NEZ-ni (Rusiyanın ən böyük neft emalı zavodudur) vurması ilə Ural və Uraldan o tərəfə iflic vəziyyətə düşüb... #hələbuharasıdır @ibrahim_nebioglu
366