İbrahim Nebioglu
Ir al canal en Telegram
2 525
Suscriptores
+124 horas
-137 días
-2330 días
Carga de datos en curso...
Canales Similares
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
junio '26
junio '26
+14
en 1 canales
mayo '26
+18
en 1 canales
Get PRO
abril '26
+11
en 3 canales
Get PRO
marzo '26
+60
en 4 canales
Get PRO
febrero '26
+35
en 1 canales
Get PRO
enero '26
+39
en 1 canales
Get PRO
diciembre '25
+17
en 1 canales
Get PRO
noviembre '25
+28
en 1 canales
Get PRO
octubre '25
+17
en 4 canales
Get PRO
septiembre '25
+38
en 3 canales
Get PRO
agosto '25
+45
en 4 canales
Get PRO
julio '25
+39
en 2 canales
Get PRO
junio '25
+53
en 2 canales
Get PRO
mayo '25
+41
en 4 canales
Get PRO
abril '25
+42
en 4 canales
Get PRO
marzo '25
+66
en 4 canales
Get PRO
febrero '25
+45
en 2 canales
Get PRO
enero '25
+61
en 1 canales
Get PRO
diciembre '24
+63
en 1 canales
Get PRO
noviembre '24
+58
en 2 canales
Get PRO
octubre '24
+97
en 5 canales
Get PRO
septiembre '24
+58
en 5 canales
Get PRO
agosto '24
+73
en 2 canales
Get PRO
julio '24
+75
en 3 canales
Get PRO
junio '24
+63
en 3 canales
Get PRO
mayo '24
+61
en 4 canales
Get PRO
abril '24
+94
en 4 canales
Get PRO
marzo '24
+98
en 4 canales
Get PRO
febrero '24
+58
en 4 canales
Get PRO
enero '24
+80
en 7 canales
Get PRO
diciembre '23
+73
en 5 canales
Get PRO
noviembre '23
+71
en 7 canales
Get PRO
octubre '23
+82
en 5 canales
Get PRO
septiembre '23
+113
en 0 canales
Get PRO
agosto '23
+30
en 0 canales
Get PRO
julio '23
+28
en 0 canales
Get PRO
junio '23
+46
en 0 canales
Get PRO
mayo '23
+76
en 0 canales
Get PRO
abril '23
+106
en 0 canales
Get PRO
marzo '23
+162
en 0 canales
Get PRO
febrero '23
+151
en 0 canales
Get PRO
enero '23
+95
en 0 canales
Get PRO
diciembre '22
+62
en 0 canales
Get PRO
noviembre '22
+92
en 0 canales
Get PRO
octubre '22
+152
en 0 canales
Get PRO
septiembre '22
+202
en 0 canales
Get PRO
agosto '22
+213
en 0 canales
Get PRO
julio '22
+101
en 0 canales
Get PRO
junio '22
+76
en 0 canales
Get PRO
mayo '22
+114
en 0 canales
Get PRO
abril '22
+147
en 0 canales
Get PRO
marzo '22
+350
en 0 canales
Get PRO
febrero '22
+101
en 0 canales
Get PRO
enero '22
+141
en 0 canales
Get PRO
diciembre '21
+54
en 0 canales
Get PRO
noviembre '21
+85
en 0 canales
Get PRO
octubre '21
+315
en 0 canales
Get PRO
septiembre '21
+151
en 0 canales
Get PRO
agosto '21
+242
en 0 canales
Get PRO
julio '21
+114
en 0 canales
Get PRO
junio '21
+125
en 0 canales
Get PRO
mayo '21
+125
en 0 canales
Get PRO
abril '21
+311
en 0 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 28 junio | +2 | |||
| 27 junio | +1 | |||
| 26 junio | 0 | |||
| 25 junio | 0 | |||
| 24 junio | 0 | |||
| 23 junio | 0 | |||
| 22 junio | 0 | |||
| 21 junio | 0 | |||
| 20 junio | 0 | |||
| 19 junio | 0 | |||
| 18 junio | 0 | |||
| 17 junio | 0 | |||
| 16 junio | 0 | |||
| 15 junio | 0 | |||
| 14 junio | 0 | |||
| 13 junio | 0 | |||
| 12 junio | 0 | |||
| 11 junio | +1 | |||
| 10 junio | +1 | |||
| 09 junio | 0 | |||
| 08 junio | +2 | |||
| 07 junio | 0 | |||
| 06 junio | +3 | |||
| 05 junio | 0 | |||
| 04 junio | 0 | |||
| 03 junio | +1 | |||
| 02 junio | 0 | |||
| 01 junio | +3 |
Publicaciones del Canal
Sürixdə fırtına
İsveçrəyə təxminən 21.000 ildırım düşüb. Bunlardan 8500-ü Sürix ərazisində qeydə alınıb.
@ibrahim_nebioglu
| 2 | 🧯🧯🧯SAVAŞIN YENİ MƏRHƏLƏSİ:
Hədəf işğal altındakı torpaqlar deyil
Son zamanlar Ukrayna ətrafında gedən müzakirələr, cəbhədəki hərəkətlilik və dron hücumları çoxlarını klassik bir sual ətrafında birləşdirir: "Kiyev nəyi hədəfləyir?" Bir çoxları Dnepr çayının keçilməsini, Krıma desant çıxarılmasını və ya 1991-ci il sərhədlərinə qayıdışı əsas məqsəd kimi görür. Lakin bütün bu mülahizələr müharibənin dərinliyindəki əsl "oyunu" görməkdən uzaqdır.
Hədəf xarabalıqlar deyil, hakimiyyət böhranıdır
Kiyevin hazırkı strategiyası dağılmış, əhalisi köçmüş və sənayesi məhv edilmiş bölgələri işğaldan azad etməkdən daha çox, Rusiyanın daxili siyasi və iqtisadi dayaqlarını sarsıtmağa yönəlib. Bu yanaşmada Ukrayna üçün əsas hədəf torpaqlar deyil, Moskvanın idarəetmə sistemindəki çatlaqları genişləndirməkdir.
❇️ İqtisadi boğulma: Neft emalı zavodlarının, ixrac terminallarının və yanacaq infrastrukturunun vurulması təkcə hərbi ziyan deyil, həm də daxili sosial narazılığı körükləyən iqtisadi bir zərbədir.
❇️ Logistika və panika: Mülki infrastrukturun və təchizat xətlərinin hədəfə alınması, cəbhə bölgələrindən mərkəzi şəhərlərə doğru yüz minlərlə qaçqın axınını tətikləyir. Bu, Rusiyanın daxili sabitliyini sarsıdan və sosial gərginliyi maksimuma çatdıran bir mexanizmdir.
Qələbə, yoxsa "sürünən" çöküş?
Maraqlıdır ki, Ukraynanın genişmiqyaslı hücumu rus cəmiyyətini konsolidasiya edə bilər. Keçmişdəki "Kursk ssenarisi" göstərdi ki, xarici təhlükə anında rus xalqı öz liderinin ətrafında daha sıx birləşir. Buna görə də, Kiyev və onun tərəfdaşları üçün "kəskin və qələbə ilə bitən" bir hücum hazırda məqsədəuyğun deyil.
Əksinə, qərblə hesablaşan bir strategiya işə düşüb: Rusiyanı nə tam məğlub etmək, nə də ona qalib gəlməyə imkan vermək. Hədəf, Rusiyanın müharibə "qarmağında" qalıb yavaş-yavaş, addım-addım tükənməsidir. Moskvadakı rəhbərlik "bir az daha irəlilədik, bir az daha qazandıq" illüziyası ilə yaşamalıdır ki, müharibəni dayandırmaq barədə heç düşünməsinlər…
Kiyev və onun strateji tərəfdaşları müharibəni hərbi xəritədə deyil, Rusiyanın iqtisadi və sosial xəritəsində qazanmağa çalışırlar. Bu, illərlə davam edə biləcək, sistemin daxildən çürüməsinə və nəticədə bir gün gözlənilməz bir şəkildə "qapının bağlanmasına" hesablanmış bir oyundur.
Ukrayna üçün "qələbə" indi Krımın azadlığı yox, Moskvanın öz yükü altında əzilib çökməsidir.
Hadisələr göstərir ki, demə işğal edilmiş torpaqlar rus xalqına deyil, Putinə lazım imiş.
@ibrahim_nebioglu | 144 |
| 3 | Sovetlər, susqunluq və yenidən dirçəliş
1920-ci ilin aprelində XI Qızıl Ordu Azərbaycana daxil oldu. Cümhuriyyət süqut etdi. Amma onun qoyduğu iz silinmədi. 1921-ci ildə Nəriman Nərimanov və Dadaş Bünyadzadənin iştirakı ilə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət dilinin türk dili olması barədə dekret qəbul edildi. Sovet hakimiyyəti belə, Cümhuriyyətin yaratdığı irsi tamamilə inkar edə bilmədi.
Sonra uzun bir gecə başladı. Dil uğrunda mübarizə onilliklər boyu davam etdi. Konstitusiyalar dəyişdi, adlar dəyişdi, əlifbalar dəyişdi. Amma 1918-ci il iyunun 27-nin ruhu ana dilini sevənlərin qəlbində yaşamaqda davam etdi.
İllər keçdikcə həmin qərarın böyüklüyü daha aydın görünür.
Dil sadəcə ünsiyyət vasitəsi deyil. Dil xalqın özünü özünə anlatdığı vasitədir. Dil tarixin yaddaşı, gələcəyin proqramıdır. Cümhuriyyətin qurucu babaları bunu anlayırdılar.
İyunun 27-si imzalanan həmin qərarda bütöv bir millətin ruhunu dövlət sənədinə çevirmək cəsarəti vardı.
"Dövlət-i lisan türkcə".
Cəmi üç söz. Bir millətin öz dövləti ilə öz dilində danışmağa başladığı an. | 200 |
| 4 | DÖVLƏT-İ LİSAN TÜRKCƏ
Bəzən tarix anlıq qərarlarla dəyişir. Qılınc zərbəsi ilə deyil, qələm ucu ilə, kağız üzərində yazılmış bir neçə sətrlə. 1918-ci il iyunun 27-si də belə günlərdən biri idi.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası həmin gün qısa, lakin əbədi bir qərar qəbul etdi:
"Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında".
Beş-on söz. Amma içindəki yük yüzilliklərin yükü idi.
Rusiya süngüsünün kölgəsindən çıxış
1813-cü ildə imzalanan Gülüstan müqaviləsindən sonra Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə qatılmışdı. Rusiya işğalından bəri türk dilinin dövlət dili kimi işlədilməsinə dair ilk rəsmi sənəd məhz bu qərar idi. Təxminən bir əsr ərzində idarəçilik rus dilində aparılmış, saraylar, məhkəmələr, dövlət idarələri yad bir dildə danışmışdı. Ana dili küçədə, ocaq başında, poeziyada yaşayırdı, amma rəsmi sənəddə, dövlət möhüründə ona yer yox idi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu qərarla son dörd yüz ildə ilk dəfə Azərbaycan dilinə dövlət dili statusu verdi. Dörd əsr. Düşünün: dörd əsrlik sükutdan sonra dövlət öz dilini özünə qaytardı.
Mayın 28-dən iyunun 27-sinə: bir ayın möcüzəsi
1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Demokratik Cümhuriyyəti müsəlman Şərqinin ilk parlament respublikası oldu. Bu şərəf çox vaxt Türkiyəyə aid edilir. Halbuki Türkiyə Cümhuriyyəti yalnız 1923-cü ildə quruldu, çoxpartiyalı siyasi sistem isə daha sonralar formalaşdı.
Cümhuriyyət elan edildikdən cəmi bir ay sonra – 1918-ci il iyunun 27-də Azərbaycan (türk) dili rəsmən dövlət dili elan edildi. Bu qərar XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşmış milli ideologiyanın birbaşa nəticəsi idi. Bu, siyasətin deyil, ruhun qərarı idi. Müstəqilliyin ilk sözü həmişə ana dili olur.
Qərarın mahiyyəti: realizm və iradə
Sənəd romantik deyildi. Onu hazırlayanlar da romantik deyildilər. Fətəli xan Xoyski və Behbud xan Cavanşir ayaqlarını möhkəm yerə basan dövlət adamları idilər. Qərarda keçid dövrü nəzərdə tutulmuşdu: dövlət idarələrinə, məhkəmə və inzibati orqanlara, habelə digər vəzifələrə bu dili bilənlər gələnədək hökumət müəssisələrində rus dilinin işlədilməsinə icazə verilirdi.
Bu güzəşt zəiflik deyil, müdriklik idi. Çar imperiyasının bürokratik aparatını bir gecənin içində dəyişmək mümkün deyildi. Amma hədəf aydın idi. Daxili işlər naziri Behbud xan Cavanşir həmin dövrdə "Azərbaycan" qəzetinə belə demişdi:
"İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar".
Qətiyyət məhz bu idi.
Sözdən işə: qərarın ardınca gələnlər
Hökumət söz söyləməklə kifayətlənmədi. Avqustun 28-də ibtidai və orta məktəblərdə təhsilin ana dilində aparılması haqqında qərar qəbul edildi. Dekabrın 27-də hərbi nazir Səməd bəy Mehmandarov orduda xidmət dilinin Azərbaycan-türk dili olması barədə əmr verdi. 1919-cu ilin sentyabrında isə parlament Bakı Dövlət Universitetinin yaradılması haqqında qərar qəbul etdi. Universitet müsəlman Şərqinin ilk Avropa tipli ali məktəbi idi.
Eyni dövrdə latın əlifbasına keçid məsələsi də gündəmə gəldi. 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə bu məqsədlə komissiya yaradıldı və onun hazırladığı tədbirlər planı parlament tərəfindən təsdiq edildi. Cümhuriyyətin ömrü bu planı həyata keçirməyə imkan vermədi. Amma toxum artıq səpilmişdi.
Tarixi yerinin böyüklüyü
O vaxtlar "türk dili" adlanan ana dilimizin 1918-ci il iyunun 27-də dövlət dili elan edilməsi həm rus imperiya ənənəsindən, həm də fars ədəbi hegemoniyasından fərqli milli kimlik quruculuğunun ifadəsi idi.
Bu qərar təkcə dil siyasəti ilə bağlı akt deyildi. O, eyni zamanda üç bəyanat idi:
Biz varıq;
Biz öz dilimizdə danışırıq;
Biz öz gələcəyimizi öz dilimizdə yazırıq.
Cümhuriyyətin cəmi 23 aylıq ömrü ərzində dil sahəsində həyata keçirilən tədbirlər təkcə Azərbaycanda deyil, bütövlükdə türk dünyasında gələcək dil siyasəti üçün yeni istiqamət açdı. | 193 |
| 5 | Sin texto... | 177 |
| 6 | 🔥⛽
İllüziya bitdi: Yanıb kül olan "sabitlik"! Son 3 günün xülasəsi:
❌ NEZ-lər vuruldu: Rusiyanın yanacaq damarları kəsilir.
❌ Yanacaq qıtlığı: Şəhərlərdə yanacaq tapmaq çətinləşir, qiymətlər kəskin artır.
❌ Krımdan qaçış: İşğal olunmuş torpaqlar boşalır, "yayın istirahəti" yerini təşvişə verib.
❌ Psixoloji çöküş: Rusiyada panika və çaşqınlıq pik həddədir.
Dronlar təkcə zavodları deyil, Kremlin illüziyalarını da məhv edir. Müharibənin əks-sədası artıq hər kəs tərəfindən eşidilir. | 1 141 |
| 7 | GECƏNİN QRAMERİ
Şamaxı, Potsdam və ya hansısa başqa bir rəsədxanada, gecənin irəliləyən saatlarında teleskop arxasında gənc bir qadın oturub. O, ulduzları sadəcə müşahidə etmir, onları oxuyur.
Qramer bir dilin daxili məntiqidir. Gecənin də öz qrameri var: ulduzların düzülüşü, işığın sönməsi, səssizliyin ritmi... Bu qadın həmin gizli qaydaları deşifrə edir. O, gecəni sadəcə görən deyil, gecəni anlayan biridir.
Bakıda bu astrofizik alimin "Ae/Be Herbiq tipli ulduzların atmosferində fiziki proseslər" adlı kitabının təqdimatına gedirəm. Bura İstanbuldan gecə təyyarəsi ilə uçmuşam. Yolboyu ulduzları, Ayı gecənin qaranlığında izləyərək gəlmişəm. Ancaq nə etdimsə də, o "Ae/Be"-ləri görə bilmədim. Çılpaq gözlə görmək onsuz da qeyri-mümkün idi, mən də bol-bol xəyal etdim.
Siz heç "Ae/Be" ulduzlarının nə olduğunu bilirsinizmi? Mən də tam bilmirəm.
Bildiyim təkcə odur ki, o ulduzlar kosmosun uşaqlıq dövrüdür – hələ tam formalaşmamış, əsl ulduza çevrilməmiş gənc göy cismləridir. Onları əhatə edən qaz-toz diskləri hələ də ulduzun üzərinə axıb tökülür; bu proses akkresiya adlanır. Atmosferləri isə əsl savaş meydanıdır: güclü maqnit sahələri, atomların mikroskopik diffuziyası, elementlərin kimyəvi anomaliyaları... Hamısı eyni anda, eyni mühitdə baş verir.
Bir ulduzu anlamaq, həm də bir planet sisteminin tarixini anlamaq deməkdir. Və bu fədakar qadın onları gecələr izləyir. Çünki elmin ən dərin sualları yalnız qaranlıqda boy göstərir...
Kitabın müəllifi astronomiya üzrə fəlsəfə doktoru Həmayıl Adıgözəlzadədir. Bu əsər Həmayıl xanımın monoqrafiyasıdır. Deməli, yaxında o, professor olacaq. Həm də astrofizika sahəsində ilk azərbaycanlı qadın professor! Bu elmi adı ona, əslində, göylər verəcək.
Göylər – o sirli ənginliklər isə vəfalıdır; sevgini və minnətdarlığı heç vaxt əsirgəmirlər. | 305 |
| 8 | Sin texto... | 288 |
| 9 | Sivilizasiyanı quran nitq deyil, yazıdır,
çünki danışıq dili yazılı dillə müqayisədə çox zəifdir.
Ona görə də ədəbiyyat oxumadan dil inkişaf etməz,
dil inkişaf etmədən düşüncə inkişaf edə bilməz.
Başqa sözlə, kitab oxumaq, oxuduqlarını düşünmək və düşündüklərini yazmaq sivilizasiyanın tərkib hissəsidir.
– İbrahim Nəbioğlu, "Oxumaq və unutmaq paradoksu"
#Libraff #3alma #bestseller #yeni #books #ibrahimnəbioğlu | 300 |
| 10 | YOLUNUZU YENƏ BİR KİTABLA KƏSİRƏM
Yeni kitabım – “Oxumaq və unutmaq paradoksu” bu gündən satışdadır.
Bu kitab elm, ədəbiyyat, fəlsəfə, musiqi, yaddaş və insan haqqında uzun illərin düşüncələrinin nəticəsidir.
Bəzi kitablar cavab vermək üçün yazılır.
Bəziləri isə yeni suallar yaratmaq üçün.
Ümid edirəm ki, bu kitab oxucuları ilə öz dialoqunu qura biləcək.
Kitabı Bakıdakı Gənclik Libraff, Fəvvarələr Libraff, İstiqlaliyyət Libraff və Park Akademiya Libraff, həmçinin Sumqayıt Libraff mağazalarından əldə edə bilərsiniz.
Yolunuz kitabla kəsişsin.
#Libraff #TEASPress #İbrahimNəbioğlu | 1 258 |
| 11 | Messi yoxsa Ronaldo?
Bu, son zamanlar futbol dünyasının ən çox sorulan suallarından biridir.
Mən Ronaldoçuyam.
Seçimim ehtimal ki, həm də şəxsiyyət tipologiyası ilə bağlıdır. Messini yox, Ronaldonu üstün tutmağımın arxasında çox güman ki, mənim insanın xarakterinə, həyata baxışına və insani dəyərlərinə toxunan çox spesifik səbəblər var.
Məncə, Ronaldonu seçməyinin əsas səbəbləri bunlardır:
1. "Mentalitet" və Mütləq İradə Gücü
Messi insana "Tanrı vergisi" olan bir istedadı xatırladır…Sanki hər şey ona çox asan gəlir, top ayağına yapışır və o, bir təbiət möcüzəsinə çevrilir.
Ronaldo isə insan iradəsinin zəfəridir. Hər şeyə zəhmətlə, nizam-intizamla və inadkarlıqla nail olduğu üçün Ronaldonu bəyənirəm. O, sübut edib ki, dahi doğulmasa belə, hər gün hamıdan çox çalışaraq, hamıdan sürətli oyanaraq və özünü hər gün yenidən inşa edərək zirvəyə çıxıb. Mən onun bu "robotik" iş rejimini və mənəvi gücünü ön plana çıxarıram.
2. Müasir Qladiator və Meydan Oxuma
Messi demək olar ki, bütün karyerasını "Barselona"nın ideal şəkildə onun üçün qurulmuş sistemində keçirib. Ronaldo isə komfort zonasından çıxmaqdan heç vaxt qorxmadı:
– Portuqaliyadan çıxdı, getdi İngiltərəni fəth etdi (Mançester Yunayted);
–İspaniyaya getdi, tarix yazdı (Real Madrid);
–İtaliyada oynadı, çempion oldu (Yuventus).
Onun "hər yerdə və hər şəraitdə qalib gəlmək" xarakterini, yeni meydan oxumalara qaçmasını daha cəlbedici görürəm. O, getdiyi hər komandanın aurasını təkbaşına dəyişə bilən bir liderdir.
3. Emosional Alov və Eqo
Messi daha sakit, içinə qapalı və bəzən meydanda emosiyasızdır.
Ronaldo isə od-alovdur, hər qolu bir teatral tamaşadır, "Siuuu" qışqırığı bir güvən bəyanıdır. Onun bu aşkar özünəinamı və iddialı eqosu bəzilərinə itici gəlsə də, məncə bu, böyük idmançının daxili yanğısıdır. Uduzmağı qəbul etməyən, 39-40 yaşında belə hələ də ac olan bir adamın ehtirası təkcə mənimi heyran edir?
4. Böhran Anlarının Adamı (Clutch Player)
Ronaldonun karyerası "qeyri-mümkün" görünən geri dönüşlərlə doludur. Komanda uduzanda, hər kəsin ümidi kəsiləndə Ronaldo səhnəyə çıxıb het-trik edir və matçı təkbaşına çevirir. Mən onun bu təzyiq altında əzilməyən, əksinə təzyiqlə qidalanan xarakterinə heyranam.
Mən Messinin "sehrini" inkar etmirəm, sadəcə Ronaldonun "özünü yaradan insan" (Self-made man) hekayəsi, onun sarsılmaz fədakarlığı və liderlik xarakteri mənim daxili dünyamla üst-üstə düşür. | 335 |
| 12 | Sin texto... | 281 |
| 13 | QÜRBƏTDƏ QÜRUBUN RƏNGİ
Не гріє сонце на чужині...
–Тарас Шевченко
Hər səfər bir ayrılıqla başlayır, hər qayıdış isə özlüyündə yeni bir köçdür. Doğulduğum, uşaqlığımın və gəncliyimin bütün xatirələrini küçələrində qoyduğum Bakıdan ayrılıb, artıq neçə ildir ki, mənə ev olan, taleyimi bağladığım şəhərə – İstanbula qayıdıram. Təyyarənin pəncərəsindən geridə qalan Xəzərin mavi sularına baxarkən, ruhumun bir yarısının Bakı səmaları kimi mavi və sakit qaldığını hiss edirəm. Lakin qarşıda məni gözləyən başqa bir dəniz, başqa bir səmada alovlanan tamamilə fərqli bir duyğu var. İstanbula yaxınlaşdıqca, zehnimin dərinliklərindən qopub gözümün önünə gələn tək bir təsvir var: Ukraynalı rəssam Mixaylo Demtsyunun (ukr. Михайло Демцю) "İstanbul axşamı" tablosu...
Lvovda yaşayan Olena Gavura adlı bir dostum göndərmişdi bu tablonun şəklini. Niyə məhz bu tablo düşdü yadıma? Çünki qürbət, insanın duyğularını rəssamın kətana vurduğu o qalın, ağır impasto boya qatları kimi lay-lay, ağır və relyefli edir. Bakı mənim üçün doğmalıqdırsa, İstanbul mənim qürbətim və eyni zamanda sığınacağımdır. Demtsyunun tablosundakı o alovlu qürub rəngləri – sarının ehtirası, narıncının həsrəti və sağ tərəfi bürüyən o qan qırmızı tonlar – elə bil qürbətdə keçən hər bir axşamın daxili çığırtısıdır. İki şəhər arasında sıxışıb qalan bir insanın ruhundakı o od və yanğın, rəssamın palitra bıçağından tökülən boyalar kimi kətanın üzərində canlanır.
Lakin bu vizual yanğının içində belə, böyük Ukrayna yazıçısı Taras Şevçenkonun o kədərli misrası daxildən sızıldayır: "Qürbətdə Günəş qızdırmır". Demtsyunun kətanı nə qədər qaynar, qürub nə qədər alovlu olsa da qürbətin günəşi insanı üşüdür. Bu sətirləri Bakı-İstanbul təyyarəsinin pəncərəsi önündə, göylə yerin arasında yazıram. Enişə İstanbula günəşin batmağa üz tutduğu o qürub dəqiqələrində keçirik; göy üzündəki o vizual yanğının içinden sıyrılıb, aşağıda bizi gözləyən dənizin və axşamın o rahatladıcı sərininə qovuşuruq.
"Bu kətan – sadəcə bir şəhərin mənzərəsi deyil, zamanın içində əriyən bir anın fəryadı və eyni zamanda sakitliyidir. Mixaylo Demtsyu İstanbulu xətt illüziyalarından azad edərək, onu sırf rəngin, işığın və maddənin dili ilə yenidən qurub. Burada dəniz sadəcə su deyil, göy üzündəki yanğının yerə düşən qəlpələridir".
Tablonun tam mərkəzində, qürubun bənövşəyi kölgəsinə bürünmüş o uzaq minarə siluetləri mənə İstanbulun mistik, sirli və həm də insanı bağrına basan o əbədi çöhrəsini göstərir. O siluetlər göy üzündəki yanğının qarşısında necə məğrur və sakit dayanıbsa, qürbətdə yaşayan insan da hər axşam çökməkdə olan o ağır darıxma hissinin qarşısında eləcə dayanmağa məcburdur. Axşam olanda İstanbulun rəngi dəyişir; səmada alovlanan o qırmızı fəryad aşağıya – Boğazın tünd göy, yaşıl və bənövşəyi sularına sızır. Suyun üzərindəki qırmızı rəng qırıntıları, sanki mənim kimi evindən uzaqda olanların ürəyindən qopub dənizə tökülən həsrət qəlpələridir.
Aşağıda, dalğaların qoynunda titrəyən o yaşıl, qırmızı, sarı qayıqlar isə həyatın özüdür. Bütün bu emosional xaosun, bu ağır qürub rənglərinin içində sığınacaq axtaran, dalğalarla mübarizə aparan insan taleləridir. İstanbul məni məhz bu rənglərlə qarşılayır: həm ağrılı bir həsrətlə, həm də heyranedici bir gözəlliklə. İndi mən doğulduğum şəhərdən yaşadığım şəhərə qayıtdıqca, bu qürubun rəngində həm Bakının bu iyun günlərindəki o ağır, bürkülü və qızmar havasını, həm də İstanbulun alovlu ehtirasını daşıyıram. Qürbətdə qürub, sadəcə günün bitməsi deyil, rənglərin dili ilə ruhun yenidən yazılmasıdır.
21 iyun 2026,
Bakı-İstanbul təyyarəsi | 337 |
| 14 | Sin texto... | 263 |
| 15 | Bu, bir ənənə halını alıb. Hər dəfə Bakıdan gedəndə mən mütləq “şarj” olunmalıyam – xəngəl yeməliyəm. Çünki,
Xəngəl genetik kodlardır;
Xəngəl sazdır, “İncəgülüdür”;
Xəngəl qımqımadır, nənələrin laylayı, bayatılarıdır;
Xəngəl dastanlardır;
Xəngəl qıpçaqlardır, qaçaqlıqdır, mərdlikdir, əfəndilikdir, asilikdir.
“Ənənə” isə ciddi məsələdir…
Dostlar, əzizlər,
Artıq 23 iyun tarixindən etibarən yeni kitabım – “Oxumaq və unutmaq paradoksu” satışa çıxır. 8 fəsildən ibarət kitabın 2-ci fəsli “Yaddaşın dadı” adlanır. Düşünürəm ki,
Yaddaş həm də qoxudur, daddır.
Bir evin içi,
bir süfrənin buxarı,
samovar tüstüsünün qoxusu…
bir vaxtlar birlikdə yeyilən yeməklər.
***
Kitabda xəngəldən də yazmışam. Həm də sadəcə bizim xəngəldən yox, italyanların Pappardelle xəngəlindən də…
PAPPARDELLE
İtalyan günəşi və buğdanın dili
Mən bir neçə dəfə pappardelle yemişəm.
Çox da bəyənmişəm.
Elə bil Qazax xəngəlidir yediyin.
İtalyanların Appenin yarımadasına babalarımın yaşadıqları torpaqlardan köçdüyünü iddia etmirəm.
Amma…
Tarix boyu xalqlar yeni kəşflər, yeni yurd yerləri üçün hər zaman Şərqdən Qərbə hərəkət etmişlər. Hərəkət edərkən də özləri ilə apardıqları nəsnələr içində kulinariya nümunələri, qastronomiya ənənələri də olmuşdur. Ortaya yeni bir iddia atmaq kimi bir niyyətim yoxdur.
Amma…
[Yazının davamını artıq kitabdan oxumağınızı arzu edirəm. Əminəm ki, bu kitabım da bir əvvəlki kimi satış rekordları qıraraq qısa müddət ərzində alınaraq tükənəcək…]
Sağ olun, salamat qalın!.. | 295 |
| 16 | Sin texto... | 249 |
| 17 | Bu gün Vitgenşteynin təsiri analitik fəlsəfədə, dil fəlsəfəsində, müasir dilçilikdə, formal sistemlər nəzəriyyəsində və hətta süni intellekt müzakirələrində hiss olunur. Çünki onun əsas sualı dəyişməyib: mənanın təbiəti nədir? Söz nə vaxt mənalı olur? İnsan dilin içində necə düşünür? Bu suallar indi yalnız fəlsəfənin deyil, texnologiyanın da mərkəzində dayanır. Süni intellekt modellərinin “başa düşməsi”, semantik strukturlar, formal qaydalar, istifadə konteksti – bütün bunlar Vitgenşteynin açdığı problemlərlə qohum mövzulardır.
Vitgenşteyn düşüncəyə rahatlıq gətirən filosof deyil. O, düşüncəni təmizləyir, amma bunu edərkən əvvəlcə onu sarsıdır. Məhz buna görə o, bu gün də vacibdir. Çünki müasir insanın böhranı çox vaxt bilik çatışmazlığından yox, sözlərin, mənaların və sualların qarışmasından doğur. Vitgenşteyn isə bizi o qarışıqlığın mənbəyinə — dilin özünə qaytarır.
Və bəlkə də onun fəlsəfəsindən çıxan ən sərt nəticə budur:
İnsanın dünyası onun dilindən böyük ola bilməz.
@ibrahim_nebioglu | 298 |
| 18 | Buradan Vitgenşteynin ən mühüm nəticələrindən biri çıxır: bir çox fəlsəfi problem əslində real problem deyil, dilin yanlış istifadəsinin nəticəsidir. Başqa sözlə, fəlsəfə bəzən yeni həqiqətlər kəşf etməkdən çox, sözlərin bizi saldığı qarışıqlığı təmizləmək işinə çevrilir. Məhz buna görə Vitgenşteyn fəlsəfəni nəzəriyyə qurmaq sahəsi kimi yox, düşüncənin düyünlərini açmaq üsulu kimi başa düşürdü. Bu yanaşma sadə görünə bilər, lakin nəticəsi olduqca radikaldır: əgər problem dilin yanlış istifadəsindən doğursa, onda fəlsəfənin vəzifəsi də yeni sistem qurmaq deyil, zehni qarışıqlığı aradan qaldırmaqdır.
Bu nöqtədə onun digər məşhur fikri yada düşür: “Danışmaq mümkün olmayan haqqında susmaq lazımdır”. Bu cümlə çox vaxt mistik və ya həddindən artıq qapalı görünür. Əslində isə burada epistemoloji təvazökarlıq var. Vitgenşteyn demək istəyirdi ki, dilin sərhədlərindən kənara çıxmağa çalışan düşüncə tez-tez saxta problemlər və saxta dərinlik yaradır. Bu, bilikdən qaçmaq deyil; düşüncənin dürüstlüyüdür. İnsan hər şey haqqında danışa bilməz. Bəzən susmaq düşüncənin zəifliyi yox, gücüdür.
Vitgenşteynin nəzəri gücü onun həyatından ayrı düşünülə bilməz. O, 1889-cu ildə Vyanada, Avropanın ən zəngin və mədəni ailələrindən birində doğulmuşdu. Atası Karl Vitgenşteyn sənaye maqnatı idi, ailənin evi isə dövrün böyük musiqiçilərinin və intellektuallarının toplaşdığı məkana çevrilmişdi. Amma bu parlaq mədəni mühitin altında dərin ailə faciələri də vardı. Ailədə bir neçə intiharın baş verməsi onun daxili sərtliyinə və mənəvi tələbkarlığına ciddi təsir göstərmişdi. Vitgenşteynin həyatını oxuyanda hiss olunur ki, o, rahat və harmonik həyat üçün yaranmış adam deyildi. Onun intellektual həyatı da, şəxsi həyatı da daimi daxili mübarizə ilə səciyyələnirdi.
Onun fəlsəfəyə gəlişi də asan olmamışdı. Əvvəl mühəndisliklə məşğul oldu, Mançesterdə aeronavtika sahısində çalışdı. Daha sonra riyaziyyatın əsasları ilə maraqlanmağa başladı və bu maraq onu məntiqə, oradan da fəlsəfəyə gətirdi. Gottlob Frege ilə tanışlıq həlledici dönüş nöqtəsi oldu. Frege onu Kembricə, Bertran Rasselin yanına göndərdi. Rassel qısa müddətdə anladı ki, qarşısındakı adi tələbə deyil. Onun Vitgenşteyni “dahilərin dahisi” adlandırması tərifdən çox, saf məntiqə əsaslanan həqiqət idi.
Bununla belə, Vitgenşteyn klassik akademik yüksəliş hekayəsi yaşamır. O, Birinci Dünya müharibəsində könüllü olaraq cəbhəyə gedir. Səngərdə yazır, düşünür və ən mühüm əsərlərindən biri olan Tractatus da məhz bu savaş şəraitində yazılır. Sonra fəlsəfəni tərk etdiyini düşünür, kənd müəllimi olur, bağban kimi çalışır, memarlıqla meyl salır, sonra yenidən Kembricə qayıdır, professor olur. Bu keçidlər zahiri qəribəlik deyildi, onun xarakterindəki ifrat intizamın təzahürüdür. O, düşüncəni sadəcə nəzəri sahədə deyil, həyatın içində sınamaq istəyirdi.
Vitgenşteynin şəxsiyyəti də tələbkar və narahatedici idi. O, insanları rahat buraxmırdı. Tələbələrindən biliklərini nümayişi etdirmələrini yox, intellektual dürüstlük tələb edirdi. Onunla ünsiyyət quran bir çoxları eyni şeyi deyirdi: Vitgenşteynin yanında olmaq insanı öz düşüncəsi ilə üz-üzə qoyurdu. O, insanlara filosof kimi yox, düşüncənin vicdanı kimi təsir edirdi. Vitgenşteyn sözün ən ciddi mənasında insanı öz dediyi ilə, düşündüyü ilə və demədiyi ilə qarşılaşdırırdı.
Onun bioqrafiyasında mübahisəli bir detal da tez-tez xatırlanır: Linz məktəbində oxuduğu illərdə Adolf Hitlerlə eyni məktəbdə olduğu iddiası. Lakin bu məsələ elmi baxımdan qəti təsdiqlənmiş fakt deyil və daha çox mifoloji çalara malikdir. Burada vacib olan, bəlkə də, faktın özündən çox onun yaratdığı simvolik qarşıdurmadır: biri dili manipulyasiyanın silahına çevirdi, o biri isə dilin düşüncəni necə formalaşdırdığını və harada bizi aldatdığını analiz etdi. Bu simvolik kontrast Vitgenşteynin niyə bu qədər aktual qaldığını anlamağa kömək edir. | 247 |
| 19 | DİLİN SƏRHƏDLƏRİ, DÜNYANIN SƏRHƏDLƏRİ
Lüdviq Vitgenşteyn niyə hələ də bizi narahat edir?
Dostum, filosof Rasim Müzəffərliyə
XX əsr fəlsəfəsində elə fiqurlar var ki, onlar yeni sistem qurduqları üçün yox, köhnə düşünmə vərdişlərini dağıtdıqları üçün böyük sayılırlar. Lüdviq Vitgenşteyn məhz belə mütəfəkkirlərdəndir. O, fəlsəfəyə çoxlu cavablar vermədi; əksinə, bir çox hallarda sualların özünü dəyişdirdi. Bu isə bəzən cavab verməkdən daha radikal addımdır. Onun fəlsəfəsi bizi dünyadan çox, dünyanı necə ifadə etdiyimiz barədə düşünməyə məcbur edir. Bu səbəbdən də Vitgenşteyn yalnız fəlsəfə tarixinin bir adı deyil; o, düşüncənin özünü necə işlətməli olduğumuz barədə davam edən bir narahatlıqdır.
Vitgenşteynin adını eşidənlərin çoxu ilk növbədə onun məşhur cümləsini xatırlayır: “Dilimin sərhədləri dünyamın sərhədlərini müəyyən edir”. Bu ifadə həm qısa, həm də sarsıdıcıdır. İlk baxışda sadəcə aforizm kimi görünür. Lakin əslində burada dil, düşüncə və reallıq arasındakı münasibətə dair çox ciddi iddia var.
Vitgenşteyn “dünya” deyəndə sadəcə fiziki reallığı nəzərdə tutmur. Onun üçün dünya insanın mənalandıra bildiyi reallıqdır. İnsanın dünyası onun görə, fərqləndirə və əlaqələndirə bildiyi qədərdir. Bu imkanların hamısı isə dildən keçir.
Buradakı əsas fikir budur: dil sadəcə ünsiyyət aləti deyil. Dil düşüncənin formasıdır. İnsan reallığı birbaşa, “xam” şəkildə qavramır; onu anlayışlara bölür, adlandırır, təsnif edir. Adlandıra bildiyi şey onun üçün müəyyənləşir. Adlandıra bilmədiyi isə çox vaxt ya görünməz qalır, ya da yalnız dumanlı hiss səviyyəsində mövcud olur. Bu baxımdan dilin sərhədləri, əslində, insanın görmə, düşünmə və anlama sərhədləridir. Dilin kasadlığı dünyanı daraldır, dilin genişliyi isə dünyanı böyüdür.
Bu fikir niyə bu qədər vacibdir? Çünki o, çox yayğın bir rahatlığı dağıdır: guya biz dünyanı olduğu kimi görürük. Vitgenşteyn isə əksinə deyir: biz dünyanı dilimizin bizə imkan verdiyi qədər görürük. Dil hansı fərqləri qurursa, düşüncə də həmin fərqlərlə işləyir. Dil hansı əlaqələri yaradırsa, şüur da o əlaqələr daxilində hərəkət edir. Bu baxımdan dil yalnız dünyanı təsvir etmir; müəyyən mənada onu bizim üçün qurur. Bu fikir müasir dilçilikdən tutmuş semiotikaya, idrak elmlərinə və hətta süni intellekt nəzəriyyələrinə qədər geniş təsir göstərmişdir.
Vitgenşteynin fəlsəfəsinin birinci mərhələsi əsasən bu yanaşma ilə bağlıdır. Onun ilk böyük əsəri olan “Məntiqi-Fəlsəfi Traktat” (Tractatus Logico-Philosophicus) XX əsr analitik fəlsəfəsinin ən təsirli mətnlərindən biri hesab olunur. Burada o, dünyanı “faktların cəmi” kimi təsvir edirək dilin bu faktların məntiqi “şəkli” olduğunu iddia edir. Bu nəzəriyyəyə görə, dil o zaman mənalıdır ki, reallığın strukturunu müəyyən şəkildə əks etdirsin. Yəni cümlə ilə dünya arasında formal uyğunluq olmalıdır. Bu yanaşma son dərəcə kəskin və sistemlidir. O qədər kəskin ki, Vitgenşteyn bir müddət fəlsəfənin əsas problemlərini həll etdiyini düşündü.
Ancaq Vitgenşteynin əsl böyüklüyü yalnız sistem qurmaqda deyil, onu dağıtmaq cəsarətində idi. Sonrakı mərhələdə, xüsusilə “Fəlsəfi Tədqiqatlar” (Philosophical Investigations) əsərində o, əvvəlki sərt mövqeyini tənqid etdi və dilə fərqli baxmağa başladı. Burada “dil oyunları” anlayışı meydana çıxır. Bu anlayışa görə dil vahid, yekcins və hər yerdə eyni qaydada işləyən bir sistem deyil. Elmi dil, dini dil, gündəlik danışıq, hüquqi terminologiya, əmr, zarafat, dua, sual – bunların hamısı fərqli dil oyunlarıdır və hər birinin öz qaydaları var. Fəlsəfi qarışıqlıq isə çox vaxt bu oyunların qaydalarını bir-birinə qarışdıranda yaranır. | 211 |
| 20 | Sin texto... | 234 |
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
