Alioglu_News🇦🇿
🌍 Dünya hadisələri — Azərbaycan gözü ilə 📊 Günlük analitika: nə baş verir və NİYƏ 🔗 İran, İsrail, Türkiyə, Rusiya — regionumuza təsiri ⚡️ Başqa yerdə tapa bilməyəcəyiniz perspektiv 📝 Reklam: @Pretorian2021
نمایش بیشتر📈 تحلیل کانال تلگرام Alioglu_News🇦🇿
کانال Alioglu_News🇦🇿 (@el_alioglu) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 18 356 مشترک است و جایگاه 12 032 را در دسته اخبار و رسانهها و رتبه 218 را در منطقه أذربيجان دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 18 356 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 22 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -2 825 و در ۲۴ ساعت گذشته برابر -225 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 1.34% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.19% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 249 بازدید دریافت میکند. در اولین روز معمولاً 222 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 1 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“🌍 Dünya hadisələri — Azərbaycan gözü ilə
📊 Günlük analitika: nə baş verir və NİYƏ
🔗 İran, İsrail, Türkiyə, Rusiya — regionumuza təsiri
⚡️ Başqa yerdə tapa bilməyəcəyiniz perspektiv
📝 Reklam: @Pretorian2021”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 23 نوامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته اخبار و رسانهها تبدیل کردهاند.
در حال بارگذاری دادهها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 23 نوامبر | 0 | |||
| 22 نوامبر | 0 | |||
| 21 نوامبر | 0 | |||
| 20 نوامبر | 0 | |||
| 19 نوامبر | 0 | |||
| 18 نوامبر | +1 | |||
| 17 نوامبر | 0 | |||
| 16 نوامبر | 0 | |||
| 15 نوامبر | 0 | |||
| 14 نوامبر | +1 | |||
| 13 نوامبر | 0 | |||
| 12 نوامبر | 0 | |||
| 11 نوامبر | 0 | |||
| 10 نوامبر | +2 | |||
| 09 نوامبر | 0 | |||
| 08 نوامبر | 0 | |||
| 07 نوامبر | 0 | |||
| 06 نوامبر | 0 | |||
| 05 نوامبر | 0 | |||
| 04 نوامبر | 0 | |||
| 03 نوامبر | 0 | |||
| 02 نوامبر | 0 | |||
| 01 نوامبر | 0 |
| 2 | 🇦🇿🇮🇹 İlham Əliyev İtaliyanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev noyabrın 23-də İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.
🤝 Görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının inkişafı, siyasi əlaqələr və iqtisadi əməkdaşlıq müzakirə olunub.
🔹 İlham Əliyev İtaliyanın Azərbaycanın enerji sahəsində əsas ticarət tərəfdaşlarından biri olduğunu bildirib. İtaliya bazarında Azərbaycan şirkətlərinin və sərmayələrinin genişlənməsinə də toxunub.
⚡️ Tərəflər enerji, sənaye, müdafiə, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
🌍 Görüşdə Azərbaycanın nəqliyyat bağlantılarında artan rolu, Azərbaycan-Ermənistan normallaşma prosesi və TRIPP layihəsi də müzakirə olunub.
Antonio Tayani Azərbaycanın regional sabitlik baxımından İtaliya üçün əhəmiyyətini vurğulayıb və ölkəsinin Azərbaycan-Avropa İttifaqı, eləcə də Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib. | 42 |
| 3 | 🇾🇪🇸🇦Sənada sutka ərzində Yəmənə Səudiyyə Ərəbistanı tərəfindən 71 zərbə endirildiyi bildirilib.
▪️ Sənadakı silahlı qüvvələrin (husilər) nümayəndəsi Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanı hərbçiləri bir sutka ərzində Yəmənin səkkiz əyalətinə 71 aviasiya və raket zərbəsi endiriblər. Onun sözlərinə görə, mülki obyektlər zərbələrə məruz qalıb. Həlak olanlar və yaralananlar arasında uşaqlar da var.
▪️ Zərbələr Əl-Bayda, Əmran, Həccə, Səada, Lahc, Taiz, Əl-Cəuf və Marib əyalətlərinə endirilib. Bu dalğa da nəzərə alınmaqla, Səri hazırkı eskalasiya başlayandan bəri Səudiyyə Ərəbistanı tərəfindən 5 500 aviasiya və raket zərbəsinin endirildiyini hesablayıb.
▪️ Zərbələrdən bir neçə saat əvvəl Sənadakı XİN başçısının müavini Əbdülvahid Əbu Ras BMT-nin Baş katibi Antoniu Quterreşə müraciət edib. O, Yəməndə uşaqların həlak olması və yaralanması səbəbindən Səudiyyə Ərəbistanını BMT-nin “rüsvayçılıq siyahısı”na qaytarmağa çağırıb.
#Yəmən #SəudiyyəƏrəbistanı #Səna #BMT #YaxınŞərq | 60 |
| 4 | 🚗🎮 “Tesla” avtomobili idarə etmək üçün üçüncü şəxs görünüşü əlavə edib - indi səfərlər “GTA VI” oyunundakı kimi görünür.
▪️ Kameralar və neyroşəbəkələr hətta dumanda belə yolu çəkir, marşrutu oxlarla göstərir və ekrana bir toxunuşla avtomobili park etməyə imkan verir.
▪️ Kiberpank artıq gəlib çatıb.
#Tesla #Texnologiya #Avtomobil #Süniİntellekt #Xəbər | 78 |
| 5 | 🌍🧭 Sivilizasiyalararası suayırıcı.
#Sivilizasiya #Geosiyasət #Analitika #Dünya #Tarix | 96 |
| 6 | 🇺🇦🇷🇺 Zelenski: Ukrayna Liviyada Rusiyanın “Merkuri” korvetini batırıb
• Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatın görüntülərini yayımlayıb.
• Onun sözlərinə görə, Liviya sahilləri yaxınlığında Ukrayna istehsalı olan 7 dəniz dronundan istifadə edilib
• Silah daşınmasında istifadə olunduğu bildirilən Rusiyanın “MV ANGARA” yük gəmisi də vurulub. | 90 |
| 7 | ⚡️Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
▪️ Müsabiqədə Media Reyestrinə daxil olan ictimai-siyasi və idman məzmunlu onlayn media subyektləri iştirak edə bilərlər.
▪️ Qaliblərə 6 ay müddətində aylıq 5 000 manat maliyyə dəstəyi göstəriləcək.
▪️ İştirakçılar ən azı 1 redaktor və 3 jurnalistdən ibarət olmalıdır.
▪️ Müraciət üçün son tarix 30 noyabr, saat 18:00-dır. | 82 |
| 8 | 🕯 ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yol qəzasında həyatını itirib
Məlumata görə, o, dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəzaya düşüb.
Qeyd edək ki, Ada Süleyman uzun müddət ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinin aparıcısı olub. | 79 |
| 9 | 🇺🇦🚀 Lvovdakı “Sknilov” dəmir yolu stansiyasına endirilən raket zərbəsinin videogörüntüsü yayılıb.
▪️ Yayımlanan kadrlarda qanadlı raketin Lvov Aviasiya Zavodu (“LDARZ”) və “Sknilov” dəmir yolu stansiyası ərazisinə düşmə anı əks olunub.
▪️ “X-101” qanadlı raketi Lvov Aviasiya Təmiri Zavodunun yaxınlığındakı stansiyanı dağıdıb.
#Ukrayna #Lvov #RaketZərbəsi #Müharibə #Xəbər | 80 |
| 10 | 🇲🇱⚔️“Onlar bir-birini parçalamaq istəyirlər”. “Əl-Qaidə” və İŞİD Sahel regionunun üç ölkəsinin sərhədində döyüşür.
▪️ Sentyabrın əvvəlindən etibarən Mali, Burkina-Faso və Nigerin sərhədlərinin kəsişdiyi Liptako-Qurma rayonunda İŞİD ilə “Əl-Qaidə”nin regional qolu olan JNIM qruplaşması arasında döyüşlər gedir. “Financial Times” nəşrinin yazdığına görə, qruplaşmalar artıq bir neçə ildir ki, düşmənçilik edirlər, lakin indiyədək onların toqquşmalarında bu qədər adam iştirak etməmişdi. Sentyabrdan bəri hər iki tərəfdən bir neçə yüz nəfərin iştirak etdiyi ən azı iki iri döyüş baş verib. İŞİD qələbə qazandığını bəyan etsə də, bu iddialar hələlik təsdiqini tapmayıb.
▪️ Hər iki qruplaşma son illər bu üç ölkədə müəyyən əraziləri ələ keçirib və onların orduları ilə müharibəni davam etdirir. “Əl-Qaidə” Saheldə təxminən 20 ildir fəaliyyət göstərir. O, əvvəllər sabiq hökumətləri dəstəkləyən Fransa qoşunları ilə vuruşurdusa, indi Rusiyanın muzdlular göndərməklə kömək etdiyi hərbi rejimlərə qarşı mübarizə aparır. İŞİD bölgədə təxminən on ildir müstəqil fəaliyyət göstərir və say tərkibinə görə rəqibindən geri qalır. Ekspertlərin qiymətləndirmələrinə görə, yeddi ölkədə JNIM sıralarında bir neçə min nəfər döyüşçü var.
▪️ JNIM Saheldəki hərbi rejimləri devirməyə çalışır, yerli sakinlərin dəstəyini axtarır və o cümlədən qeyri-islamçı qruplaşmalarla əməkdaşlıq edir. İŞİD isə danışıqları rədd edir, dinc sakinlərə qarşı zorakılıq tətbiq edir və JNIM üzvlərini mürtəd hesab edir.
▪️ Müharibəni davam etdirmək üçün vəsaiti hər iki qruplaşma, o cümlədən girovların azad edilməsi müqabilində alınan fidyələr hesabına əldə edir. BMT-nin məlumatına görə, 2025-ci ildə JNIM bir girovun azad edilməsinə görə təxminən 50 milyon dollar alıb. Qruplaşma həmçinin “Əl-Qaidə”nin digər bölmələrini də maliyyələşdirir. İŞİD də son aylarda Qərb ölkələrindən olan girovlara görə iri məbləğlərdə fidyə əldə edib.
▪️ ACLED eksperti Heni Nsaibiya hesab edir ki, rəqabət hələlik hər iki qruplaşmanı gücləndirir, onları yeni üzvlər cəlb etməyə və təsir dairələrini genişləndirməyə sövq edir. Sufan Mərkəzinin tədqiqatçısı Vassim Nasrın qiymətləndirməsinə görə, İŞİD-in qələbəsi regiondakı vəziyyəti kəskin şəkildə dəyişəcək, JNIM-in möhkəmlənməsi isə Sahel ölkələrinə hərbi və siyasi təzyiqi artıracaq. Nasrın fikrincə, onların cənub qonşuları da hər iki ssenariyə hazırlaşmalıdırlar.
#Sahel #Afrika #İŞİD #ƏlQaidə #Münaqişə | 74 |
| 11 | 🇺🇸🏛 Demokratlar son 34 ildə Nümayəndələr Palatasında rekord çoxluq əldə ediblər.
▪️ Demokrat Partiyası 435 mandatdan azı 259-nu öz sərəncamına keçirməyə nail olub.
▪️ Demokratlar Nümayəndələr Palatasında 258 yer qazandıqları 1992-ci il uğurunu və Barak Obamanın prezident seçkilərindəki qələbəsi ilə paralel olaraq 257 kreslo əldə etdikləri 2008-ci il nəticəsini geridə qoymağı bacarıblar.
▪️ Respublikaçılar üçün bu dövr ərzində ən yaxşı nəticə Obamanın ikinci prezidentlik müddətinin ortasında Konqresin aşağı palatasında 247 yer qazandıqları 2014-cü il seçkiləri olaraq qalır. Tarixi rekord isə 1936-cı ildə, elə həmin demokratların prezident Franklin Delano Ruzveltin dövründə Nümayəndələr Palatasında 334 yer əldə edə bildikləri vaxt qeydə alınıb.
#ABŞ #Demokratlar #Konqres #Seçkilər #Siyasət | 72 |
| 12 | 🇭🇳🇺🇸 Təsdiqlənməmiş məlumatlara görə, ABŞ hərbçiləri hərbi əməliyyatlar keçirmək məqsədilə Hondurasın Quanaxa adasına desant çıxarıblar.
▪️ Mərkəzi Amerika dövlətinə məxsus olan və Karib hövzəsində yerləşən ada üzərində intensiv hava fəallığı müşahidə olunur.
#ABŞ #Honduras #Quanaxa #HərbiƏməliyyat #Xəbər | 70 |
| 13 | 🇦🇲🇦🇿 Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini təqdim edib.
▪️ O, vətəndaşların sənədlə tanış ola və öz təkliflərini göndərə biləcəkləri xüsusi yaradılmış sayta keçidi paylaşıb.
▪️ “Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini bu məqsədlə xüsusi yaradılmış veb-saytda təqdim etməkdən məmnunam”, - deyə Paşinyan yazıb. Baş nazir həmçinin İrəvan vaxtı ilə saat 10:00-da canlı yayımda vətəndaşlara müraciət edəcəyini anons edib.
▪️ Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, yeni konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Qüvvədə olan konstitusiyanın preambulasında belə bir istinad mövcuddur. Bəyannamənin özü isə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı 1 dekabr 1989-cu il tarixli qərara istinad edir. Bakı hesab edir ki, bu istinad Azərbaycana qarşı ərazi iddialarını möhkəmləndirir.
▪️ Azərbaycan tərəfi Ermənistan Konstitusiyasından bu iddiaların çıxarılmasını sülh sazişinin imzalanması şərtlərindən biri adlandırır. Sazişin mətnini tərəflər 8 avqust 2025-ci il tarixində Vaşinqtonda paraflayıblar.
▪️ Layihənin dərc olunması qüvvədə olan konstitusiyanı dəyişmir. Yeni konstitusiya layihəsinin referenduma çıxarılması üçün parlament deputatlarının azı üçdə ikisinin dəstəyi tələb olunur. Noyabrın 20-də Paşinyan müxalifəti çatışmayan altı səsi verməyə çağırıb.
#Ermənistan #Azərbaycan #Paşinyan #Konstitusiya #SülhSazişi | 65 |
| 14 | 🇷🇺🇱🇾 Kosmosdan çəkilmiş fotolar Rusiyaya məxsus gəminin Benqazidə suyun altına batdığını ehtimal etməyə əsas verir.
▪️ Peyk görüntüləri bu gün Liviyanın Benqazi limanında sursatların partlamasından sonra alışan Rusiyaya məxsus hərbi gəminin - ehtimal ki, “Merkuri” korvetinin tamamilə yandığını və qismən, bəlkə də tam şəkildə batdığını ehtimal etməyə imkan verir.
▪️ “Planet Labs” peyki tərəfindən Qrinviç vaxtı ilə saat 05:47-də (yerli vaxtla 07:47) çəkilmiş sol tərəfdəki fotoda yanan gəmidən qalxan böyük tüstü dumanı aydın görünür. Üç saat yarım sonra, yerli vaxtla saat 11:26-da çəkilmiş görüntü isə yanğının artıq bitdiyini göstərir.
▪️ Körpünün yaxınlığında hərbi gəminin aydın cizgiləri gözə dəymir, lakin həmin görüntünün keyfiyyəti onun ən azı qismən suyun üzərində qalıb-qalmadığını müəyyənləşdirməyə imkan vermir.
#Rusiya #Liviya #Benqazi #Donanma #Xəbər | 65 |
| 15 | 🇺🇸🥊Ceyk Pol Həbibə 200 milyon dollar təklif edib, lakin bu, ona maraqlı deyil.
- Nə vaxt qayıdırsan? 200 milyon verirəm.
- Nə üçün qayıtmalıyam ki?
- Çünki lazımdır.
- Rəqib görmürəm, yalnız pul var. Mənim üçün bu, stimul deyil.
- Böyük perspektivlər açılır və mən puldan danışmıram. Biz MMA dünyasını dəyişmək və onu döyüşçülər üçün daha cəlbedici etmək istəyirik. UFC ilə müqaviləndə nə yazıldığını bilmirəm, amma bizim üçün döyüşsən, bu, idman növümüzü tamamilə dəyişəcək.
- Özün mənə qarşı çıxacaqsan? Ha-ha! O, mənimlə güləşmək qərarına gəlib! Ona kiminlə üz-üzə olduğunu izah edin.
- Gəl güləşək.
- Sənə asan olmayacaq. Amma öyrənmək istəyirsənsə, düz ünvana gəlmisən.
- Mən Dağıstana gedəcəyəm. İki illiyə.
- Yox, üç il lazımdır. İki-üç illiyə Dağıstana.
#CeykPol #HəbibNurməhəmmədov #MMA #UFC #İdman | 99 |
| 16 | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb.
Paylaşımda deyilir:
"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir". | 113 |
| 17 | 🇺🇦⚡️ Zelenski bildirib ki, Rusiya ordusu Odessa və ölkənin digər bölgələrini enerji mənbələrindən təcrid etməyə çalışır.
▪️ Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun son atəş zərbələrinin yeni taktikadan - Odessa və Odessa vilayətini, eləcə də Dnepr bölgəsini enerji mənbələrindən ayırmaq cəhdindən xəbər verdiyini açıqlayıb.
▪️ “Orada vəziyyət çox mürəkkəbdir və ciddi elektrik kəsintiləri var. Odessada kritik infrastruktur enerji ilə təmin edilib, alternativ təchizatın olması üçün hər şey edilir”, - deyə Zelenski qeyd edib. Rusiya zərbələrindən sonra yaranan fəsadlar Xarkov və Poltava vilayətlərində də aradan qaldırılır.
▪️ Zelenskinin sözlərinə görə, təmir işləri üçün lazımi avadanlıq və resurslar mövcuddur. Ukrayna hakimiyyəti həmçinin enerji obyektlərinin bərpasına bu sahədə iş təcrübəsi olan hərbçiləri də cəlb etməyə çalışır. Baş nazir Sergey Koretskinin bu yaxınlarda bildirdiyi kimi, Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri ilə birgə hərbçilər arasından ixtisaslı mühəndis və elektrikçiləri müəyyənləşdirməli və bu şəxsləri ölkənin müxtəlif regionları üzrə dövlət ehtiyatına yönəltməlidir.
#Ukrayna #Zelenski #Odessa #Energetika #Xəbər | 109 |
| 18 | 🇬🇧🕊İngilis sülhməramlıları dünya xəritəsinin istənilən nöqtəsində istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar.
#BöyükBritaniya #Sülhməramlılar #Ordu #Təhlükəsizlik #Xəbər | 103 |
| 19 | 🇷🇺🔥 Rostov vilayətində gecə hücumundan sonra neft emalı zavodu yanır.
▪️ Qubernator Yuri Slyusar bildirib ki, gecə saatlarında Rostov vilayəti kütləvi hava hücumuna məruz qalıb. Onun sözlərinə görə, Kamensk-Şaxtinski və vilayətin səkkiz rayonu üzərində 80-dən çox pilotsuz uçuş aparatı məhv edilib və zərərsizləşdirilib. Slyusar Krasnosulinsk rayonunda PUA qalıqlarının düşməsi nəticəsində yanğın baş verdiyini və hadisə yerində fövqəladə xidmətlərin çalışdığını qeyd edib, lakin hələlik təfərrüatları açıqlamayıb.
▪️ Ukrayna monitorinq kanalları hücum nəticəsində Novoşaxtinsk neft məhsulları zavodunun yandığını iddia edirlər. Zavod sentyabrın sonunda da Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra fəaliyyətini dayandırmışdı, noyabrda isə Avropa İttifaqının sanksiyalarına məruz qalmışdı. Novoşaxtinsk neft məhsulları zavodu Rostov vilayətində yeganə neft emalı müəssisəsi və Rusiyanın cənubunda ən böyük yanacaq tədarükçülərindən biridir.
▪️ Bundan əlavə, monitorinq kanallarının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Tatarıstandakı “Kaleykino” neftvurma stansiyasına (Rusiyanın neft nəqli infrastrukturunun əsas obyektlərindən biri) hücum edib. “FP-1” zərbə PUA-ları Perm diyarındakı “LUKOYL-Permnefteorgsintez” müəssisəsinin sənaye zonasına daxil olub və obyektin ərazisində yanğın baş verib.
▪️ Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavodunda yanğının miqyası böyükdür. Dünən Krasnodardakı yanacaqdoldurma məntəqələrində benzinin yoxa çıxmağa başladığı barədə məlumatlar daxil olmağa başlayıb. Rostov vilayətindəki vəziyyətlə bağlı da yeniliklər gözlənilir.
#Rusiya #Ukrayna #Rostov #Yanğın #Xəbər | 101 |
| 20 | 🎮💬 Pavel Durov “GTA VI” oyununun əsas çatışmazlığını tapıb.
▪️ Messencerin təsisçisi zarafatla qeyd edib ki, “GTA VI” oyununda ən qeyri-real məqam Ceyson və Lusiyanın “Telegram”da heç olmasa bir söhbət qrupu belə olmadan bütöv bir cinayətkar təşkilatı idarə etmələridir.
▪️ İlon Mask isə bu paylaşıma gülən smayliklə reaksiya verib.
#PavelDurov #GTAVI #Telegram #İlonMask #Xəbər | 92 |
