en
Feedback
2 487
Subscribers
-224 hours
-87 days
-3530 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
August '26
August '260
in 1 channels
July '26
+7
in 1 channels
Get PRO
June '26
+14
in 1 channels
Get PRO
May '26
+18
in 1 channels
Get PRO
April '26
+11
in 3 channels
Get PRO
March '26
+60
in 4 channels
Get PRO
February '26
+35
in 1 channels
Get PRO
January '26
+39
in 1 channels
Get PRO
December '25
+17
in 1 channels
Get PRO
November '25
+28
in 1 channels
Get PRO
October '25
+17
in 4 channels
Get PRO
September '25
+38
in 3 channels
Get PRO
August '25
+45
in 4 channels
Get PRO
July '25
+39
in 2 channels
Get PRO
June '25
+53
in 2 channels
Get PRO
May '25
+41
in 4 channels
Get PRO
April '25
+42
in 4 channels
Get PRO
March '25
+66
in 4 channels
Get PRO
February '25
+45
in 2 channels
Get PRO
January '25
+61
in 1 channels
Get PRO
December '24
+63
in 1 channels
Get PRO
November '24
+58
in 2 channels
Get PRO
October '24
+97
in 5 channels
Get PRO
September '24
+58
in 5 channels
Get PRO
August '24
+73
in 2 channels
Get PRO
July '24
+75
in 3 channels
Get PRO
June '24
+63
in 3 channels
Get PRO
May '24
+61
in 4 channels
Get PRO
April '24
+94
in 4 channels
Get PRO
March '24
+98
in 4 channels
Get PRO
February '24
+58
in 4 channels
Get PRO
January '24
+80
in 7 channels
Get PRO
December '23
+73
in 5 channels
Get PRO
November '23
+71
in 7 channels
Get PRO
October '23
+82
in 5 channels
Get PRO
September '23
+113
in 0 channels
Get PRO
August '23
+30
in 0 channels
Get PRO
July '23
+28
in 0 channels
Get PRO
June '23
+46
in 0 channels
Get PRO
May '23
+76
in 0 channels
Get PRO
April '23
+106
in 0 channels
Get PRO
March '23
+162
in 0 channels
Get PRO
February '23
+151
in 0 channels
Get PRO
January '23
+95
in 0 channels
Get PRO
December '22
+62
in 0 channels
Get PRO
November '22
+92
in 0 channels
Get PRO
October '22
+152
in 0 channels
Get PRO
September '22
+202
in 0 channels
Get PRO
August '22
+213
in 0 channels
Get PRO
July '22
+101
in 0 channels
Get PRO
June '22
+76
in 0 channels
Get PRO
May '22
+114
in 0 channels
Get PRO
April '22
+147
in 0 channels
Get PRO
March '22
+350
in 0 channels
Get PRO
February '22
+101
in 0 channels
Get PRO
January '22
+141
in 0 channels
Get PRO
December '21
+54
in 0 channels
Get PRO
November '21
+85
in 0 channels
Get PRO
October '21
+315
in 0 channels
Get PRO
September '21
+151
in 0 channels
Get PRO
August '21
+242
in 0 channels
Get PRO
July '21
+114
in 0 channels
Get PRO
June '21
+125
in 0 channels
Get PRO
May '21
+125
in 0 channels
Get PRO
April '21
+311
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
01 August0
Channel Posts
Ana dilini sevən və Ana dilini bütün dillərdən üstün tutanların gecəsi xeyrə qalsın! Yaşasın Anamızın dili!

2
"ÇİÇƏKLƏNMƏ" İNDEKSİ İngilis dilindən "İnkişaf indeksi: kimi tərcümə olunsa da "Çiçəklənmə İndeksi" qulağımıza daha xoş gəlir. Çünki çiçəklənmə önəmli bir göstərici, gözəl bir xəyaldır... Britaniyanın tanınmış The Legatum Institute adlı analitik mərkəzi illik qlobal tədqiqatının – "İnkişaf İndeksi"nin (Legatum Prosperity Index) 2026-cı il üçün nəticələrini açıqladı. Bu dəfəki reytinqdə maraqlı dəyişiklik baş verib: illərin dəyişməz liderləri olan Skandinaviya ölkələrini geridə qoyan İsveçrə yeni dünya lideri elan edilib. Tədqiqat Yer kürəsi əhalisinin 99%-dən çoxunun yaşadığı 161 dövləti əhatə edir. Reytinq tərtib edilərkən Dünya Bankı, ÜST, Gallup World Poll, Freedom House, Transparency International və digər beynəlxalq qurumların məlumatları əsasında təxminən 300 statistik göstərici nəzərə alınır. Müəlliflər özləri sorğu keçirmir, mövcud qlobal məlumatları vahid metodologiya əsasında aqreqasiya edirlər. 📌 Metodologiya nəyə əsaslanır? İndeks üç əsas blokda birləşdirilmiş 12 istiqaməti əhatə edir: İctimai institutlar: Təhlükəsizlik, şəxsi azadlıqlar, dövlət idarəçiliyi və sosial kapital. İqtisadiyyat: İnvestisiya mühiti, sahibkarlıq şərtləri, infrastruktura və iqtisadi inkişafın keyfiyyəti. İnsan inkişafı: Həyat səviyyəsi, səhiyyə, təhsil və ətraf mühitin vəziyyəti. İstənilən ölkənin yekun mövqeyi tək bir göstəriciyə deyil, bütün bu amillərin məcmu qiymətinə görə müəyyən edilir. ⚖️ Niyə bu "sadəcə sərvət reytinqi" deyil? Legatum Prosperity Index-i heç vaxt sadəcə "var-dövlət reytinqi" kimi qəbul etmək olmaz. Əgər ölkənin institutların keyfiyyətində, səhiyyədə və ya azadlıqlarda problemi varsa, yüksək ÜDM avtomatik olaraq yüksək yerə zəmanət vermir. Əksinə, nisbətən kiçik iqtisadiyyatı olan dövlətlər belə səmərəli idarəçilik, yüksək ictimai etimad və keyfiyyətli dövlət xidmətləri sayəsində zirvədə qərarlaşa bilirlər. 📉 Məlumatların əlçatanlığı və Ukrayna məsələsi Təəssüf ki, cari ildə bəzi dövlətlər məlumatların kifayət qədər əlçatan olmaması və statistikanın müqayisə edilə bilməməsi səbəbindən siyahıya daxil edilməyib. Məsələn, Ukrayna yenə də indeksdə yoxdur. Müharibə şəraitində bəzi statistik məlumatların müntəzəm dərc edilməsi dayandırılıb, beynəlxalq sorğular məhdudlaşdırılıb. Xatırladaq ki, müharibədən əvvəlki 2023-cü il reytinqində Ukrayna 74-cü yerdə idi. Kompleks indekslər həmişə müəyyən müzakirələrə səbəb olur, çünki "rifah" anlayışının tərifi müəlliflərin dəyərlər sistemini əks etdirir. Buna görə də tədqiqatçılar təkcə yekun yerə deyil, hər bir istiqamət üzrə ayrılıqda nəticələrə baxmağı tövsiyə edirlər — bu, ölkənin real güclü və zəif tərəflərini daha dəqiq görməyə imkan verir. #LegatumProsperityIndex #Qlobalİndeks #İqtisadiyyat #İctimaiİnstituslar
722
3
No text...
666
4
Xalq şairi Osman Sarıvəlli “Hər kim yüz il yaşamasa günah onun özündədir” demişdi o məşhur şeirində. Nəriman Həsənzadə bu mənada günahkardır, yüz yaşına çox az qalmışdı. Çoxları elə bilirlər ki, Nəriman müəllimin təmkinli danışıq tərzi, sakit səsi, üzündən əksik olmayan məsum ifadəsi çox yaşlı olduğundan qaynaqlanır. Ancaq onu keçmişdən tanıyanlar da təsdiq edəcəklər ki, o, hər zaman belə idi – hamının üzünə təbəssüm edən, hamının “qadasını alan”, “dərdini alan”. Bu yaxında böyük şairimizin doğulduğu kəndin adını daşıyan Poylu körpüsü haqda bir-iki faktı dəqiqləşdirmək istəyirdim. Səxavətli olmayan bizim internet kontentimizdə axtarış edərkən qarşıma tez-tez Nəriman müəllimin adı çıxırdı. Və düşündüm ki, şair də demək olar ki, elə Poylu körpüsü ilə yaşıddır. Martin Haydeggerə görə hər şey bitdikdən sonra geridə ancaq şeir. Bəli, əslində şairlər çox vaxt ancaq öz dövrünün şairi, səlnaməçisi, o dövrün dəyərlərini yazan, arxivləyən insandır. Zənnimcə, Nəriman Həsənzadə də dövrümüzün devrilməz çinarlarından biri idi. Bu gün Nəriman müəllim Poylu körpüsünün o tayına adddadı – yarımçıq qalmış uşaqlıq illərinə, ata-ana həsrətinə qovuşdu. Getdi… Amma özü demişkən, şairlərin ölümü heç vaxt son olmur… 1 avqust 2026
167
5
No text...
153
6
Nolanın filmlərində mifologiya həm də tamaşaçı üçün emosional dayaq rolunu oynayır. Kvant fizikası, nisbilik və zaman paradoksları təkbaşına soyuq nəzəriyyələr kimi görünə bilər. Odissey isə həmin mürəkkəb ideyalara insan üzü verir. O zaman fizika tənlik olmaqdan çıxır, insan taleyinə çevrilir. Bəlkə də Nolan bizə demək istəyir ki, ən mürəkkəb elmi nəzəriyyələr belə insanın min illərdir verdiyi sualları yenidən ifadə edir. Dillər dəyişir, həqiqət isə eyni qalır. Odissey evinə qayıdanda əvvəlki adam deyildi. Elə buna görə əvvəlki İtaka da artıq mövcud deyildi. İnsan keçmişinə qayıtmır; onu yenidən mənalandırır. Səyahət İtakaya çatanda bitmir. O, insan özünü yenidən oxumağa başladığı anda tamamlanır. İtaka gedib çatdığın yer deyil. İtaka keçmişin ağırlığını daşımağa ehtiyac duymadığın, burada və indi özünlə barışdığın daxili tarazlığın adıdır. Əgər Nolanın filmi bu həqiqəti göstərə bilsə, o zaman bu film sadəcə Homerin yeni ekranlaşdırılması olmayacaq. O, insanın zaman, yaddaş və özünə qayıdış haqqında bitməyən düşüncəsinin müasir davamına çevriləcək. 1 avqust 2026
182
7
İTAKAYA APARAN YOL Kristofer Nolanın "Odissey"i haqqında bəzi düşüncələrim İtaka xəritədə göstərilən bir ada deyil. O, insanın bütün ömrü boyu axtardığı daxili tarazlığın adıdır. Buna görə də Odisseyin səfəri coğrafi hərəkətdən çox, şüurun keçdiyi uzun bir yoldur. İnsan dünyanı tanıdıqca, əslində özünü tanıyır; qazandıqlarından çox, itirdiklərinin fərqinə varır. Səyahətin sonunda çatdığı yer isə əvvəl tərk etdiyi ev deyil. Çünki iyirmi ildən sonra nə ev əvvəlki evdir, nə də qayıdan adam əvvəlki adam. Kristofer Nolanın “Odissey” filminə də bu prizmadan baxmaq lazımdır. Onun filmlərində görünən süjetdən daha çox görünməyən ideyalar danışır. Homerin yaratdığı “nostos” – qayıdış motivi də fiziki dönüşdən əvvəl daxili çevrilmənin hekayəsidir. Sirenalar, Polifem, Kirke və Lotus yeyənlər sadəcə mifoloji obrazlar deyil; onlar insan şüurunun müxtəlif sınaqlarıdır. Bu simvolları tanıyan tamaşaçı filmin görünməyən qatlarını da daha aydın oxuya bilər. Kristofer Nolanın bütün yaradıcılığına nəzər salanda onun niyə məhz “Odisseya”ya üz tutduğunu anlamaq çətin deyil. Mövzular müxtəlif görünür: yaddaş, zaman, kosmos, yuxular, atom bombası. Amma bu müxtəlifliyin altında dəyişməyən bir sual dayanır: zaman insanı necə dəyişdirir? Memento yaddaşın parçalanmasını araşdırırdı. Interstellar zamanın fərqli axınının insan münasibətlərini necə dəyişdirdiyini göstərirdi. Tenet səbəb və nəticənin istiqamətini alt-üst edirdi. Oppenheimer isə biliyin yükünün insan vicdanından ağır gələ biləcəyini sorğulayırdı. Bu filmlər fərqli hekayələr danışsa da, hamısı eyni fəlsəfi axtarışın müxtəlif təzahürləridir. Bu baxımdan “Odisseya” Nolan üçün yeni istiqamət deyil. Əksinə, illərdir düşündüyü sualların ən qədim mənbəyinə qayıdışdır. Nolanın kino dili həmişə zaman və məkan anlayışını yenidən qurmağa çalışır. Homerdə taleyin və iradənin qarşıdurması necə əsas mövzulardan biridirsə, Nolanın filmlərində də insan zamanın, səbəbiyyətin və seçimin sərhədləri ilə üz-üzə qalır. Burada mifologiya ilə müasir elm arasında gözlənilməz bir yaxınlıq yaranır. Qədim insan kainatı mif vasitəsilə izah edirdi. Müasir insan isə eyni suallara fizika və riyaziyyatın dili ilə cavab axtarır. Dillər dəyişib, suallar isə dəyişməyib. Qədim yunan düşüncəsində taledən qaçmaq mümkün deyildi. Odissey nə qədər mübarizə aparsa da, yolu əvvəlcədən müəyyən edilmiş kimi görünürdü. Nolan bu anlayışı tanrıların hökmü ilə deyil, fizikanın qanunları ilə əvəz edir. Əgər zaman xətti deyil, bütöv bir quruluşdursa və keçmişlə gələcək eyni reallığın hissəsidirsə, onda bizim "seçim" adlandırdığımız şey nə dərəcədə azaddır? Bu baxımdan kvant mexanikasının müşahidəçi effekti də maraqlı paralellik yaradır. Sistem müşahidə olunana qədər müxtəlif ehtimallar şəklində mövcuddur. Odissey də yol boyu saysız seçimlərlə qarşılaşır. Lakin bəlkə də bu seçimlər fərqli yollar deyil, eyni taleyin müxtəlif təzahürləridir. O, sadəcə taleyini yaşamır; onu dərk etdikcə həyata keçirir. Zaman məsələsi də burada xüsusi məna qazanır. Odissey iyirmi ildən sonra evinə qayıdır, amma qayıtdığı yer əvvəlki yer deyil. Daha doğrusu, dəyişən İtaka deyil, onun özüdür. İnsan heç vaxt tərk etdiyi yerə olduğu kimi qayıtmır. O yalnız keçmişini yeni şüurla yenidən mənalandırır. Bəlkə də Nolanın əsas sualı da budur: Əgər hər şey əvvəlcədən müəyyən edilibsə, insanın mübarizəsinin mənası nədir? Bu sual bizi miflə elmin kəsişdiyi nöqtəyə gətirir. Elm bizə kainatın necə işlədiyini izah edir. Mif isə həmin kainatda insan olmağın nə demək olduğunu. Fizika zamanın qanunlarını göstərir. Homer isə zamanın insan ruhunda buraxdığı izləri. Buna görə də Odissey bu gün də yaşayır. Çünki onun hekayəsi qədim Yunanıstana yox, insan təbiətinə aiddir. Texnologiya dəyişir, nəzəriyyələr yenilənir, amma insanın ev həsrəti, mənaya ehtiyacı və özünə qayıtmaq arzusu dəyişmir.
186
8
No text...
175
9
TƏŞƏKKÜR VƏ GÖZAYDINLIĞI Xeyli müddətdir ki, Türkiyədə çalışan azərbaycanlı həkimlərlə bağlı məsələ böyük narahatlıqla izlənirdi. Bəli, kimiləri sadəcə izləyir, kimiləri minlərlə ağıllı, çalışqan və idealist həkimin qarşılaşdığı problemə kömək üçün əlindən gələn dəstək və yardımı əsirgəmirdi. Dəfələrlə yazdığım kimi, məsələ yalnız maddi məsələ deyildi, illərdir bu ölkənin səhiyyə sistemində çalışan insanların gələcəyi və əməyinin dəyərləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyırdı. Bu müddət ərzində Türkiyədə çalışan digər ölkələrin vətəndaşı olan xarici həkimlər də problemin həlli üçün böyük səy göstərdilər. Məqsəd bir idi — Türkiyə parlamentində qəbul olunacaq qərarın doğura biləcəyi nəticələri aidiyyəti şəxslərə çatdırmaq və məsələnin doğru qiymətləndirilməsinə yardım etmək. Bu prosesdə Azərbaycan tərəfinin dəstəyi ilə Türkiyə Böyük Millət Məclisinin bir sıra millət vəkilləri ilə görüşlər təşkil olundu. Görüşlər zamanı həkimlər böyük hörmətlə qarşılandılar, onlara problemi ətraflı şəkildə izah etməyə imkanı yaradıldı. Bəzi millət vəkilləri həkimləri nahar süfrəsində qəbul edərək mövzunu daha geniş müzakirə etdilər. Bu görüşlərdə səsləndirilən fikirlər yalnız bir qrupun deyil, Türkiyədə çalışan bütün xarici həkimlərin ortaq narahatlığını əks etdirirdi. Nəhayət ki, sevindirici xəbər gəldi. Parlament komissiyasından keçməsinə baxmayaraq, məsələ Türkiyə Böyük Millət Məclisində yenidən dəyərləndirildi və xarici uyruklu tibb ixtisası tələbələrinə aid mübahisəli maddə torba qanun layihəsindən tamamilə çıxarıldı. Bu qərar minlərlə həkim və onların ailələri üçün böyük sevinc və rahatlıq yaratdı. Bu münasibətlə Türkiyədə çalışan bütün xarici uyruklu həkimləri və onların yaxınlarını ürəkdən təbrik edir, gözaydınlığı verirəm. Bir problemi həll etmək üçün ən vacib addımlardan biri insanı dinləməkdir. Bu proses göstərdi ki, qarşılıqlı dialoq və anlayış sayəsində ən çətin görünən məsələlər belə yenidən dəyərləndirilə və ədalətli nəticəyə gətirib çıxara bilər. Və ən böyük gözaydınlığını bu özəl gəncləri böyüdən, yetişdirən valideynlərə verirəm!
992
10
No text...
311
11
MƏN VƏ KÖLGƏ Freydin kölgəsində yazılan bir etiraf Kölgə insanın ən sadiq izləyicisidir – nə işıqdan qorxur, nə qaranlıqdan, sadəcə addımlarının arxasınca sürünür, heç vaxt yorulmur. Freydin kölgəsi də belədir. Mən onu Borxesin labirintlərində, Dalinin əriyən saatlarında, Kafkanın böcəyə çevrilən adamında, Nabokovun inkar etdiyi, amma qovula bilmədiyi kölgəsində gördüm. Və sonra, bir gün, öz masamda oturarkən, kağızın üstünə əyilmiş öz kölgəmin də elə həmin kölgə olduğunu anladım. Mən yazıçı deyiləm, yəni Freydin dediyi mənada – gündəlik həyatda xəyal quran uşağın sadəcə böyümüş formasıyam. Fərq bircə dənədir: mən öz xəyallarımı kağıza köçürürəm, başqalarını da onlara inandırmağa çalışıram. Bu, bir növ nəcib fırıldaqçılıqdır – öz nevrozumu elə formaya salıram ki, oxucu onu gözəllik zənn etsin. İlk cümləni yazanda həmişə eyni hissi keçirirəm: sanki içimdə basdırılmış nə isə qopur, sərbəst düşür, hələ heç bir qanuna boyun əymədən kağıza süzülür. Bu, İddir – mənim daxilimdəki, nəzarətsiz, ilkin enerji. Sonra, ikinci oxunuşda, Ego gəlir – sərt, təmkinli, formanı, ritmi, cümlənin harada nəfəs alacağını hesablayan zəka. Yazı bitəndə bilirəm ki, mətn artıq nə tam mənim xaosumdur, nə də tam mənim intizamım – ikisinin arasında bir barışıq, müvəqqəti bir atəşkəsdir. Borxesin qəhrəmanları kimi, mən də yaddaşımın dəhlizlərində gəzirəm, hər dəfə fərqli bir qapıya çıxıram, amma divarlar elə tikilib ki, hardan gəldiyimi unuduram. Bəlkə elə yazmaq da budur – özünün öz labirintini xəritəyə salmaq, sonra o xəritədə itmək. Dalinin əriyən saatlarına baxanda hiss edirəm ki, yazarkən zaman da mənim üçün əriyir. Bir cümlənin üstündə saatlarla otururam, amma saat mənə bir dəqiqə kimi görünür; başqa gün beş dəqiqə yazıram, elə bil bütün günü orada keçirmişəm. Freyd demişdi, şüuraltı üçün zaman yoxdur – mən bunu hər dəfə kağızın qarşısında sınayıram. Kafkanın günahı da mənə yad deyil. Hər cızma-qara edən kimi, mən də bilirəm ki, yazmaq bir növ etirafdır, hətta susanda belə. Yazmadığım cümlələr, atdığım paraqraflar, sildiyim sözlər – hamısı bir yerdə gizli bir məhkəmə protokolu kimi yığılır. Bəlkə elə buna görə heç bir mətni "bitmiş" hesab etmirəm, sadəcə tərk edirəm. Nabokovun sözü isə məni ən çox narahat edən oldu: "Freydin kölgəsi arxamda deyil, içimdədir". Mən də onu təkrarlaya bilərəm, amma bir az fərqli formada: Freydi rədd etmirəm – sadəcə onu yaşayıram, necə ki nəfəsi yaşayırıq, ona inanıb-inanmamağımızdan asılı olmayaraq. İndi, bu sətirləri yazarkən, bilirəm ki, mən o uzun siyahıya – Borxes, Dali, Kafka, Nabokov – bir ad da əlavə etmirəm. Mən sadəcə həmin kölgənin başqa bir küncündə dayanmışam, öz dilimlə, öz dilimin acizliyi ilə. Freyd laboratoriyada şüuru parçaladı. Başqaları onu mətnə, rəngə, günaha, oyuna çevirdilər. Mən isə sadəcə özümü yazıram.
307
12
📜 Bu sənədə "Tarixin dəyişməzdən əvvəlki anı" deyirəm. Almanca "Abgangszeugnis" adlana bu tarixi sənəd Albert Eynşteynin dip
📜 Bu sənədə "Tarixin dəyişməzdən əvvəlki anı" deyirəm. Almanca "Abgangszeugnis" adlana bu tarixi sənəd Albert Eynşteynin diplomudur. Üzərindəki tarix 27 iyul 1900-cü ili göstərir. Gələcəyin dahi fiziki Sürix Politexnik Məktəbindən məzun olur. Bəzi elm tarixçiləri Eynşteynin məktəbdə və ya universitetdə yaxşı oxumağığını, şagird və tələbə ikən pis nəticələr göstərdiyini yazıblar. Amma həqiqət tam tərsinədir! Eynşteyn buraxılış imtahanlarında ümumilikdə kifayət qədər yaxşı nəticə göstərərək müvəffəqiyyətlə məzun olub. Hətta nəzəri və praktiki fizikadan 10 bal toplayıb. 🎓
1 220
13
ORTADAKI RƏF Hələ roman və povest nədir bilmirdim, heç düzəməlli nağıl da oxumamışdım; nə sonralar dəli kimi ucdantutma əsərlərini oxuyacağım nə Heminqueyin adını eşitmişdim, nə də Borxesin; Knut Qamsun, İvan Bunin, Stefan Svayq, Alber Kamyunu tələbəlik illərində kəşf edəcək; antik və orta əsrlər ədəbiyyatını isə daha da gec tanıyacaqdım. Uşaq idim, heç məktəbə də başlamamışdım, amma İsmayıl Şıxlının adını eşidirdim evdə. Evimizdə bir İsmayıl Şıxlı kultu var idi… Akademik Azad Mirzəcanzadə atamın da müəllimi və elmi rəhbəri olmuşdu. Atam tez-tez əziz müəllimimizin “Kitabı dəyərli qılan onun rəfdə hansı kitabın yanında durmasıdır həm də" kəlamını təkrarlayardı. Gənc yaşlarımda tez-tez başımı qaldırıb kiçik evimizin böyük kitabxanasına baxar, atamın Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun və İsmayıl Şıxlının kitablarının yanına hansı əsərləri düzdüyünə baxardım. Mənim üçün həm də bir başlanğıc nöqtəsi, tramplin idi bu nəhəng ədiblər. Oxuduğum bütün digər kitablar onların yanındakılardan başlayıb uzaqlara qədər uzanırdı sanki. Sanki Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun və İsmayıl Şıxlı olmasaydı mən bu qədər oxumaz, məsələn Fukididdən başlayıb, gedib, məsələn, Yukio Misimaya qədər çıxmazdım. Qırx yaşımı keçəndə artıq ata evindən çıxmışdım. Atamın böyük kitabxanası anam və qardaşıma əmanət idi. Türkiyədən Bakıya hər gələndə ata evimə girər-girməz özümü ilk əvvəl o otağa atardım. Atam dünyasını dəyişəndən sonra anam bütün özəl əşyalarını toplayıb o otağa keçmişdi. Kitabxana anamın otağı olmuşdu. Orada kitabların arasında yatır, xəstələnib yatağa düşəndə isə bütün gününü orada keçirirdi. “Otaqda bir kitablar vardı, bir də atanın ruhu”, – anam belə deyirdi mənə… Anamın son ayları idi. Bakıya gəlmişdim Yeni il ərəfəsində. Otağına girəndə yatırdı. Yanında oturub əlini ovcumun içinə alıb öpməyə başladım. Gözlərini açıb təbəssüm etdi, “yaxşıyam mən…ac deyilsən ki” dedi, cavabımı eşitmədən yenidən yatdı. Əllərini buraxmadım, başımı qaldırıb ətrafa, divara asdığı şəkillərə, rəflərdəki saysız-hesabsız kitablara baxmağa başladım. Ortadakı rəfdə, “başlanğıc nöqtə” adlandırdığım yerdə “Dodaqdan qəlbə” kitabı durmuşdu. Gözlərimə inanmadım, axı atam Reşat Nuri Güntekinin kitabını heç vaxt bu rəfə qoymazdı… Anamın əlini yavaşça buraxıb kitabı götürdüm. Açan kimi xatırladım, atam bu kitabı anamla nişanlı ikən ona hədiyyə etmişdi. Anam illər sonra, ömrünün son dəmində onun üçün çox dəyrəli kitabı götürüb ən dəyərli yazarların əsərlərinin yanına qoymuşdu… Əlli yaşımı keçəndə “orta rəf”dəki kitabların yazarlarına başqa gözlə baxmağa başladım. Məsələn, akademik Mirzəcanzadəni təkcə bir alim kimi yox, dönməzliyin, dissidentliyin; Hüseyin Cavidi romantizmin və Türkçülüyün; Səməd Vurğunu Vətənə və Ana dilimizə vurğunluğun, İsmayıl Şıxlını kişiliyin simvolları kimi görürdüm artıq. Böyük qardaşım saydığım Məmməd Musayevin təbiri ilə desək, İsmayıl Şıxlı həm də Qazağın Konstitusiyasının müəllifidir. O Konstitusiya nə vaxt yazılıb, necə yazılıb, onu görən varmı, bilən yoxdur. Amma onu sanki biz hamımız oxumuşuq. Və bəzilərimiz ona riayət etməyə çalışırıq… #oxumaqvəunutmaqparadoksu kitabımdan #TEASPress #Libraff
359
14
Adətən yaxşı insanlar pisliyi, pis insanlarsa yaxşılığı tez unudurlar... –Adil Ismayilov
331
15
Avropadan Google-a Yeni Zərbə Avropa İttifaqı rəqəmsal bazarlarda oyunun qaydalarını sərtləşdirməyə davam edir. Birlik antiin
Avropadan Google-a Yeni Zərbə Avropa İttifaqı rəqəmsal bazarlarda oyunun qaydalarını sərtləşdirməyə davam edir. Birlik antiinhisar qanunvericiliyini pozduğu və axtarış sistemində öz xidmətlərinə (məsələn, səyahət və otel axtarış platformalarına) haqsız üstünlük verdiyi üçün amerikalı texnologiya nəhənginə milyard dollara yaxın cərimə kəsib. Bu qərar təkcə maliyyə sanksiyası deyil; bu, həm də rəqəmsal ekosistemdə rəqabət mühitinin qorunması və monopoliyaya qarşı mübarizədə prinsipial mövqedir. Texnologiya nəhənglərinin bazardakı hökmranlığını necə istifadə etməsi bundan sonra daha sərt nəzarət altında olacaq. Sizcə, bu cür nəhəng cərimələr rəqabəti həqiqətən bərpa edə bilirmi, yoxsa sadəcə işin bir hissəsi kimi qəbul olunur? #Texnologiya #İqtisadiyyat #Aİ #Google #Rəqabət
1 623
16
Zelenskiy – 48 Putin – 73 Drapatıy – 43 Gerasimov – 70 Xmara – 38 Belousov –67 @ibrahim_nebioglu
521
17
Dostlar, ümid edirəm ki, bu söhbətimizə baxmağa vaxt tapacqsınız... https://www.youtube.com/watch?v=QLmNtvblVhc
1 521
18
Corcia Meloni Bazilikata bölgəsinin olduqca yoxsul bir qəsəbəsinə gəlir. Buranı yenidən canlandırmaq üçün hansı üç əsas probl
Corcia Meloni Bazilikata bölgəsinin olduqca yoxsul bir qəsəbəsinə gəlir. Buranı yenidən canlandırmaq üçün hansı üç əsas problem həll olunmalıdır deyə Bələdiyyə sədrindən soruşur. – Birincisi, xəstəxanadır. Binamız var, amma həkim çatışmır, – mer cavab verir. Baş nazir mobil telefonunu çıxarır, birisi ilə danışandan sonra belə deyir: – Həll olundu. Bir həftəyə həkimlər buradadır. – İkincisi, sudur. Suyumuz var, amma yuxarı axardakı mədən yeraltı suları çirkləndirib. Meloni yenidən mobil telefonu götürür, qısa bir danışıqdan sonra bildirir: – Bu da həll olundu. Bir aya yeraltı sular təmizlənəcək, mədən sahibləri isə sakinlərə təzminat ödəyəcək. – Bəs üçüncüsü? – Baş nazir soruşur. – Üçüncüsü isə mobil rabitədir, – Bələdiyyə rəisi dillənir. – Bizim bu tərəflərdə mobil telefonlar ümumiyyətlə tutmur. @ibrahim_nebioglu
586
19
Kristofer Nolanın "Odissey"i Məktəbli ikən də, tələbə olanda da “kinoya” əsasən səhər seanslarında gedirdim. Həm adam demək olar ki olmurdu, həm 10 qəpiklik bilet alıb 50 qəpiklik yerdə otururdum… Bu gün də ənənəyə sadiq qaldım. Həyat yoldaşımla Kristofer Nolanın müasir dövrün bəlkə də ən iddialı vizual və fəlsəfi təcrübələrindən birinə – “Odissey”ə baxmağa gəlmişik. İyulun 17-də dünyanın bir çox ölkəsində filmin dünya premyerası oldu. Təbii ki, ilk günə bilet tapa bilmədik. Birazdan sinema salonunun sehrli atmosferində yerimizi alacağıq. Və mən hər şeydən əvvəl niyə bu filmin bu qədər müzakirə olunduğuna, nə üçün belə ajiotaja səbəb olduğunu anlamağa çalışacam. Kristofer Nolan ən sevdiyim 3-4 rejissordan biridir, “texnar”dır,  onun böyüklüyü texnoloji yenilikləri və IMAX miqyasındakı vizual möhtəşəmliyi ən dərin fəlsəfi suallarla vəhdətdə vermək bacarığında gizlidir. O, tamaşaçını sadəcə bir hekayə izləməyə deyil, zaman və məkanın sərhədlərini sorğulayan zehni bir labirintin içində özünü kəşf etməyə məcbur edir. Onun “Memento”, “The Dark Knight”, “Inception” ən sevdiyim ekran əsərləridir. “Interstellar” isə bu yaşıma qədər gördüyüm minlərlə film içərisində ilk 5 filmdən biridir. Nolan qədər zamanla “manipulyasiya” edən ikinci birini bilmirəm. İndi maraqdan çatlayıram, görəsən bu nəhəng rejissor zamanın “başına” büdcəsi 250 milyon dollar olan bu filmdə nə “oyun” açacaq. "İnterstellar"da zamanın genişlənməsini, "Tenet"də isə zamanın axınını gördük. Bəs bu gün? Azca pessimistəm, çünki bu filmdə Nolana “ağılverənlər” içində “Interstellar”dakı kimi görkəmli fizik, Nobel mükafatı laureatı Kip Torn yoxdur… Nə isə, gedək görək Nolan, klassik mətnlərin arxetipik gücünü, ən müasir astrofizika nəzəriyyələrilə necə birləşdirir. Ümid edirəm ki, xəyal qırıqlığına uğramayacam. Bu arada iki biletə (IMAX) 1500 TL (54 AZN) verdik. Yəni bir bilet 27 manat… Bizə “yaxşı seyirlər” diləyin…
508
20
No text...
390