cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

Reklama postlari
2 561
Obunachilar
+524 soatlar
+77 kunlar
+730 kunlar
Post vaqtlarining boʻlagichi

Ma'lumot yuklanmoqda...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Nashrni tahlil qilish
PostlarKo'rishlar
Ulashishlar
Ko'rish dinamikasi
01
Görkəmli Avstriya fizik-nəzəriyyəçisi, statistik mexanikanın banisi Lüdviq Boltsmanın (1844-1906) termodinamikanın ikinci qanununu ilə bağlı verdiyi şərhi inqilabi idi. Boltsman təklif etdi ki, ikinci qanun mütləq qanun deyil, statistik qanundur, yəni sistemlər nizamsızlığa, daha yüksək entropiyaya doğru hərəkət etməyə meyllidirlər, təsadüfi dalğalanmalar səbəbindən bəzən entropiyanın azalmasına baxmayaraq.
760Loading...
02
📌📌📌 iOS 18-in iPhone-lara gətirəcəyi yeni funksiyalar: ✅ İki telefonu yan-yana qoyaraq Apple pay vasitəsilə birindən digərinə pul göndərə biləcəksiniz; ✅ Tətbiqlərin rəngini istədiyiniz kimi dəyişə biləcəksiniz; ✅ Tətbiqlər Face ID ilə kilidlənə biləcək; ✅ Zənglər baş və əlinizi silkələməklə açıla biləcək; ✅ Siqnal olmadıqda peyk üzərindən mesaj göndərə biləcəksiniz; ✅ Apple Map daha estetik hala gətirildi; ✅ Mesajları sonrakı tarixə göndərə biləcəksiniz.
1410Loading...
03
Apple rəsmi olaraq OpenAI ilə ortaqlığını elan etdi. ChatGPT iPhone-a inteqrasiya olunacaq!
1400Loading...
04
ÖZÜNDƏN BAŞQA HƏR ŞEYİ BİLƏN İNSAN Ölüm yoxdur, cənablar V. M. Bexterev Kembric universitetinin alimləri 1954-cü ilin 11 aprel gününü 20-ci əsrin `ən darıxdırıcı günü` seçiblər. True Knowledge adlı axtarış sisteminə 300 milyon məlumat yüklədikdən sonra alqoritm o gün yadda qalacaq heç bir olayın baş vermədiyini tapıb.... * * * Qədim zamanlardan başlayaraq insan ölümü yenməyə çalışmış, ölümsüz olmağın yollarını aramışdır. Əsrlər boyu insan öz zəkası sayəsində kainatın yaradılışı, Böyük Partlayış, Hiqqs bozonu kimi suallara cavab tapsa da özü ilə bağlı - ölümdən sonrakı dünya, insanın yenidən dirilməsi və yüzlərlə başqa müəmmaları çözməyib. Başqa sözlə, biz hələ də özümüzü yaxşı tanımır, həyatı və ölümü tam öyrənə bilməmişik. Yuriy Berland adlı bir tələbə ölümdən sonra həyatın olmasını isbatlayan riyazi formul çıxardıb. Ural universitetində təhsil alan 22 yaşlı Berlandın kəşfi alimlər tərəfindən birmənalı qarşılanmayıb. İlk baxışda yeni heç nə deyilmir. Bəşəriyyət tarixində yüzlərlə alim, filosof ölümsüzlük haqqında minlərlə fikir irəli sürüblər. Berland isə problemə çox orjinal yanaşıb: Əgər L = f (t), burada t zaman, L isə həyatdır. O zaman D = lim f (t), t  → + ∞. Onda D = lim f (t) = [∞/∞] = S(ABC)i/ABC = const, burada D – ölümdür. Berland həyatı zamanın funksiyası olaraq qəbul edir. Onda ölüm, zaman sonsuzluğa gedərkən zamanın funksiyasının limitidir. Bunu həll edərək constanta – sabit bir rəqəm alır. Berlanda görə bu da ölümdən sonra həyatın olduğunu sübut edir. Gözə və qulağa xoş gələn bir yanaşmadır. Amma riyaziyyatda sonsuzluğun sonsuzluğa bölünməsi deyə bir şey olmasa da, Berland çocuq fantaziyası ilə insanoğlunun ən önəmli sualına cavab axtarıb. Bəzi ciddi alimlər də bəlkə elə buna görə idealist gəncin `kəşfinə` ciddiyyətlə yanaşıblar. Akademik Vladimir Bexterev (1857-1927) görkəmli rus psixiatrı, nevropatoloqudur. İnsanı hərtərəfli öyrənən ilk elmi mərkəzin qurucusu, ölümsüzlük nəzəriyyəsinin banilərindən biridir. 1927-ci ildə qida zəhərlənməsindən qəflətən ölür. Ölümündən bur gün əvvəl Stalini müayinə edən Bexterev ona şizofreniya diaqnozu qoymuşdu. Son zamanlara qədər də elə buna görə öldürüldüyü ehtimal edilirdi. 50 il sonra Bexterevin həqiqi ölüm səbəbini onun nəvəsi – tanınmış alim, neyrofizioloq, akademik Natalya Bextereva (1924-2008) açıqlayır. Onun sözlərinə görə Bexterevin zəhərlənməsi Stallinin şizofren olması ilə deyil, babasının Leninin hansı xəstəlikdən vəfat etdiyini təyin etməsi ilə bağlıdır – `Mənim babamın öldürülməsi versiya deyil, dəqiq faktdır. Onu Leninə qoyduğu ``sifilis` diaqnozuna görə öldürüblər``. Ölümsüzlük haqda böyük çalışmalara imza başqa bir alim isə V. Bexterevin də sayıb hörmət etdiyi dahi Nikolay Fedorovdur. Görkəmli filosof, `Ümumi işin fəlsəfəsi` əsərinin müəllifi N. Fedorov axirət dünyasını ölülərin dirilmə üçün toplandığı yer adlandırır. Yenidən dirilmək üçün isə bir şərt qoyur- bu dünya cənnətə dönməlidir, yoxsa ölümdən sonra başqa həyat olmayacaq. Ətrafımıza baxınca, baş verən hadisələri, axan qanları və çeşid-çeşid ədalətsizlikləri, vicdansızlıqları görüncə Fedorovun nə qədər də saf, xəyalpərəst və utopist olduğunu görməmək mümkün deyil. Hə, bir də, az qalsın unudacaqdım- Lenin və Stalin sisteminin `məhsulları` olan yaşlı nəsil rus akademikləri Berlandı linç etmək üçün əlləşirlər… * * * Microsoft keçənlərdə suni zəkalı bir robot düzəltdi. Bu elm və texnologiya xariqəsi robot ətrafdan öyrəndiyi, eşitdiyi və topladığı informasiya ilə hərəkət edib, zamana ayaq uydurmalı idi.
2720Loading...
05
`Tay` adlı bu robotu bir ara sosial mediaya da buraxdılar. İlk günlərdə dünyəvi dəyərlərə, dünya vətəndaşlığına, insan sevgisinə, ədalətə, humanizmə meyl edən Tay, bir neçə gün sonra irqçi, faşist şüarlar söyləməyə başlayır. Çünki zehni ətrafdan nə eşidirsə onu qeyd edir. Sonra da dönüb eyni kəlimələrlə ətrafındakılara həqarətlər yağdıraraq təhdid etməyə başlayır. Microsoft gedişatdan elə bir hürkdü ki, tezcənə layihəni bağladı…. Bill Gates-i anlamaq çətin deyil. Amma gəlin baxaq, bizim ətrafımızdakıların çoxu sanki Tay-dan çoxmu fərqlidir ?. Hər gün pislik, cinayət və təcavüzlərdən, terror və savaşdan başqa nə görürük ki ?. Cənnətə getmək üçün həyatımızı cəhənnəmə çevirənlər. Yoxsa əbədi problemi həll etmək üçün əsirlərdir çalışan alimlər ölüm saçan bu məxluqlarıdamı ölümsüz edəcəkdilər?... * * * Biz çalışaq bu dünyanı cənnət edək. Axirətdəki cənnəti isə Tanrı özü bilir…. Bəzi qaynaqlar isə `dünyanın ən darıxdırıcı günü` kimi 18 aprel 1930 olduğunu deyirlər. Çünki o gün BBC radiosunun diktoru axşam xəbərlərini `Bu gün heç bir xəbər yoxdur` deyərək proqramı bitirib. Məncə, həyatınızda xəbərsiz günləriniz bol olsun…
2760Loading...
06
Həyatı Yer kürəsinin xaricinə yaymaq üçün inadla çalışan Elon Musk və onun kimi düşünənlərə eşq olsun!
3783Loading...
07
1 şüşə su marketdə 1 dollardır… eyni su oteldə 3 dollar, hava limanında 5 dollardır. Eyni şüşə, eyni marka su...dəyişən isə ancaq yerdir. Yəni eyni predmetə yerinə görə fərqli qiymət verilir… Özünüzü lazımsız hiss edəndə, sizə dəyər verilməyəndə yerinizi dəyişin. Metyu Makkonahi
1 1068Loading...
08
Amma yenə də cəhd edin, çünki nəyin mümkün olduğunu kim bilə bilər ki? –Michael Faraday
4521Loading...
09
Kainatın 7 möcüzəsi
5291Loading...
10
Mavinin səssizliyi
5742Loading...
11
Bazar gününə..
5802Loading...
12
Arvad = Problemlər Bu da riyazi isbatı
5937Loading...
13
Ne ben Sezarım, Ne de sen Brütüssün.. Ne ben sana kızarım, ne de zatın zahmet edip bana küssün.. Artık seninle biz, düşman bile değiliz... –Nazım Hikmet, “Sen”, 1933 Sezar və Brutus əslində çox yaxın dost idilər. Sezar sui-qəsdə uğrayanda onu vuranlar arasında Brutus da vardı… Bu səbəbdən də Nazimin şeirindəki məna çox anlamlıdır – indən belə dostluq nədir, artıq düşmən belə deyilik deyir şair. Yəni sən artıq heç kimsən mənim üçün, önəmsizsən, heç nəsən..
5753Loading...
14
Günün sehrli finalı 📷 Magda Natecz
5611Loading...
15
bəzən də özünü belə tək və yalnız hiss edərsən…
5723Loading...
16
Riyaziyyat Bir dairənin anatomiyası
1 2293Loading...
17
RUSLARIN PEYĞƏMBƏR QORXUSU Həkim dostlarımın məclisində qızğın mübahisə düşüb. Məclis əhlindən biri köhnə “təranələrə” başlayıb: “Məhəmməd Əli, Jak İv Kusto, Rocer Garodi və b. İslamı qəbul ediblər”. Mühafizəkar bir dostumuz “Lev Tolstoy ömrünün sonunda hədisləri rus dilinə tərcümə edib” deyəndə mübahisə qızışaraq gecənin gec saatlarına qədər davam edib… Dostum A.C. məşhur diş həkimidir. Bu sabah mesaj atdı ki, oyaqsansa danışaq. Zəng vurdu ki, sən bilərsən, Tolstoy hədisləri rus dilinə tərcümə edib ya yox. Dedim idmandayam, sənə cavab verməyə çalışacam… Yazdım…yazdım ki, Hocam, Tolstoy Məhəmmədin Peyğəmbərə və İslama xüsusi marağı vardı, ömrünün qürub çağında isə bu maraq heyranlıq dərəcəsinə çevrilmişdi. Yadıma E.Vəkilova adlı azərbaycanlı bir kişi ilə ailə qurmuş rus qadınının Tolstoya yazdığı bir məktub düşdü,–onu da yazdım… Yasnaya Polyanaya ünvanladığı o məktubda rus qadın oğlanlarının da ataları kimi müsəlman olmaq istədiklərini xəbər verərək Tolstoydan məsləhət istəyir. Hafizəmdə belə qalıb ki, Tolstoyun qadına verdiyi cavab: “Mənim üçün İslam (Магометанство) ibadətdən üstündür. Ağlı başında olan hər bir pravoslav insanın azad seçim hüququ var". Sonra keçdim mübahisə mövzusunun əsas hissəsinə. Yazdım kı, Tolstoy ərəbcə bilmirdi və onun hədisləri tərcümə etməsi ınandırıcı deyil. Ancaq Tolstoyun ömrünün qürub çağında “Məhəmməd Peyğəmbər” adlı bir kitab yazdığı haqda yazı-pozular və ya dedi-qodular var. Bu iddialara görə görkəmli rus yazıcısı kitabda çox sayda hədisə yer vermişdir ki, onun güya hədisləri tərcümə etməsi də ehtimal ki, bu şaiyələrdən qaynaqlanır. Əgər Tolstoyun Peyğəmbər haqda yazdığı belə bir kitab varsa onu mənim ətrafımdan görən olmayıb. Bu sətirləri oxuyanlar haqda heç nə deyə bilmirəm. Bəzi iddialara görə Rus Pravoslav kilsəsi “Məhəmməd Peyğəmbər” kitabını yasaqlayıb. Kilsə zatən Tolstoyu mürtəd elan etmişdi. İslam dini və onun Peyğəmbəri haqda olan bu kitab klerikal ortodoks kilsəsinin qəzəbinə tuş gələcəyi gözlənilən idi. Ancaq 1917-ci ildəki çevrilişdən sonra bolşeviklərin də kitabının nəşrinə icazə vermədiyi söylənilir. Ateist olan fəhlə-kəndli hakimiyyəti kitabın yayılmasının qarşısını alacağı da təbiidir. Bundan sonrası isə daha qarışıqdır. Belə ki, bəzi mənbələr “Məhəmməd Peyğəmbər” əsərinin azərbaycan dilinə tərcümə olunduğunu, Arif Arslan deyə bir tərcüməçinin onu azərbaycan dilindən türk dilinə uyğunlaşdırdığını yazırlar. Türk dilində olan kitabın 2005-ci ildə “Ünlü Rus Yazarın İslam Peygamberi ile ilgili Yayımlanmayan Risalesi. Hz.MUHAMMED” adı ilə çap edildiyi söylənir. Bu kitabın da necə əldə etmək olar bilən yoxdur. Ən fanatik kitabsevər dostlar isə kitabın ancaq adını eşitdiklərini dedilər. Rus mənbələr isə Telman Əliyev adlı bir professoru (onu rişxəndlə “некий (!-İ.N) профессор Тельман Хуршид-оглу Алиев” adlandırırlar) müsəlmanların ədəbiyyat piarçısı kimi qələmə verib, top atəşinə tuturlar. Haqsız da deyillər ruslar. Çünki bəzi faktlar istər-istəməz müəyyən şübhələrə səbəbiyyət verir. Belə ki, prof.Əliyevin iddiasına görə guya Tolstoy ölümündən 12 il əvvəl – 1908-ci ildə çar rejimindən qaçarkən (!) kitabın əlyazmasını Hindistanda (!) etibarlı bir adama verir. Həqiqətdə isə ruslar Tolstoyun 1908-ci ildə Hindistanda olmadığını və çar rejimindən qaçmadığını əllərində bayraq edib Telman Əliyevi qeyri-ciddi adam kimi qələmə verirlər. Başqa bir iddia guya bu kitabın Türkiyədə ən çox satılan iyirmi kitab siyahısında olmasıdır ki, bu fakt da “feykdir” yəqin. Kitabın türk dilində çıxması görünür rusları və Rus Pravoslav Kilsəsini çox təşvişə salıb. “Foma” adlı pravoslav dərgisinin baş redaktoru Sergey Lukyanenkonun bir ifadəsi ilə mövzunu qapanmamış sayıb, açıq buraxıram: “Ruslar pravoslav mədəniyyətinin əsaslarını mənimsəməsə nəvələrimiz Quranı öyrənəcəklər”. Əsrlər boyu var olan qorxu yeni mərhələyə keçir, deyəsən…
6101Loading...
18
Bəzən kimsənin xəyal edə bilmədiyi şeyləri yapanlar kimsənin xəyal edə bilmədiyi insanlardır. –Alan Turing Alan Turing (1912 - 1954) görkəmli ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafıdır. O, kompüter elminin inkişafına nəhəng təsir göstərmiş, onun "Turing maşını" modern hesablama texnikası ilə kompüter elminin əsasını qoymuş, Süni İntellekt nəzəriyyəsinin yaranmasında müstəsna rol oynamışdır. 7 iyun Alan Turingin vəfat etdiyi gündür...
5811Loading...
19
Elon Musk və onun SpaceX şirkəti növbəti tarixi addımı atdı. Kosmonavtika tarixinin ən nəhəg raketi olan Starship Super Heavy özünün Flight4 missiyasını uğurla həyata keçirərək Mars yolunda bir mərhələni daha keçdi. İnsanoğlunun planetlərarası növ olmasına çox az qaldı. Yaxında Ay və Mars missiyaları ilə Bəşəriyyət yeni eraya ayaq basmış olacaq.
1 2327Loading...
20
Aristotel Yuliy Sezar Makedoniyalı İskəndər Nyuton Leonardo da Vinci Mikelancelo Motsart Darvin Bethoven Napoleon Puşkin Nitşe Tolstoy Kafka Şopen Rahmaninov Toulouse Lautrec Nikola Tesla Mahatma Gandi Çerçill Nil Armstrong Pikasso Ronald Reygan Bill Klinton Barak Obama Bill Geyts Solaxaylar, həm də dahi solaxaylar. Bu gün solaxaylar günü imiş... Həqiqətən də solaxaylar fərqlidirlər, tanıdığım az sayda solaxaylardan bilirəm onların qeyri-adi və zəkalı olduqlarını...
6066Loading...
21
Ən yaxşı universitetlər, 2025: 1. 🇺🇸 MIT 2. 🇬🇧 Imperial College 3. 🇬🇧 Oxford 4. 🇺🇸 Harvard 5. 🇬🇧 Cambridge 6. 🇺🇸 Stanford 7. 🇨🇭 ETH Zurich 8. 🇸🇬 NUS 9. 🇬🇧 UCL 10. 🇺🇸 Caltech 11. 🇺🇸 University of Pennsylvania 12. 🇺🇸 UC Berkeley 13. 🇦🇺 Melbourne Uni 14. 🇨🇳 Peking Uni 15. 🇸🇬 NTU
5994Loading...
22
Brad Mehldau Trio https://t.me/ibrahim_nebioglu
6180Loading...
23
Sokratı edam edəcəklər. Arvadı fəryad edir: “Səni haqsız yerə edam edirlər!”. Sokrat: “Haqlı yerə edam edilsəydim daha yaxşı olardı?". Arvadı: “Demək istəyirəm ki, bədbaxtsan, yazıqsan və ölürsən”. Sokrat: "Qəddarcasına öldürülsəm daha yaxşı olardı?". Arvadı ah çəkərək "Necə insansan sən, hətta burada belə fəlsəfə yapırsan!" deyir..
6383Loading...
24
Icardi ilk beşdə
6481Loading...
25
Baptiste Trotignon Love Me Tender https://open.spotify.com/track/2hJeHRdZva1K8L7qMGAVaf?si=58ee527414364bdd
6200Loading...
26
Fatih Altaylı
5791Loading...
27
Elektrik və elektronik simvollar. Bəlkə gənc mühəndislərə faydalı olar. [✏️ ElectronicsHub]
5912Loading...
28
Çin ikinci dəfə Ayın qaranlıq tərəfinə kosmik aparat endirdi 🛰 Chang'e-6 modulu Ayın qaranlıq tərəfindəki Cənub Qütbü-Aitken hövzəsindəki Apollon kraterinin cənubuna yumşaq eniş yapdı. Modulun eniş və qalxış aparatlarının topladığı reqolit (Ay qruntunun səthinin qatı) daha sonra Yerə göndəriləcək. Artıq Çinin Ayda dörd aktiv modulu var: Chang'e-3, Chang'e-4 və Chang'e-6 eniş aparatları və Yutu-2 Ay roveri. Çinlilər Ayın yolunu suyoluna çevirərkən bəziləri hələ də özünü kosmik “derjava” saymağa davam edirlər…
5892Loading...
29
Bir riyaziyyatçının mutluluq formulu: Mutluluq gözəl şeydir; nə qədər çox şey verirsənsə bir o qədər çox şeyə sahib olursan... –Blez Paskal
5972Loading...
30
📌 Qonşumuzun evinə təmizlik üçün bir türkmən qızı gəlir. Bəzən liftdə, blokda qarşılaşırıq. Başı aşağı bir gəncdir. Bu sabah yenə qarşılaşdıq. Türkiyə türkcəsində təmiz danışır. “Rus dilini də bilirsənmi?” deyə soruşdum. Bilmədiyini dedi, çünki türkmən dilində təhsil alıb. “Rus dilində də təhsil varmı ölkənizdə?” deyə soruşdum. Cavabı görün necə oldu: “Var, ancaq rus bölməsi azdır, ora ancaq valideynləri rusca bilən uşaqları götürürlər”… ✅ Düşünə bilirsizmi, rus bölməsinə düşmək üçün uşağın ata-anasının rus dilini bilməsi şərtdir. İndi bizim özü rusca bilməyib uşağını rus bölməsinə verənlərə baxın. Ağlamalıdır, elə deyilmi? Türkmənlər belə bunu anlayıblar…
6032Loading...
31
Bu memleket tarihte Türk'tü. Bugün de Türk'tür. Ve ebediyen Türk olarak yaşayacaktır. –Atatürk
5860Loading...
32
ÇƏKƏLƏK Vaqif Səmədoğlu Strasburqdan Ankaraya gəlirdi. Deyəsən AŞPA-nın növbəti sessiyasından. Bir gün əvvəl zəng elədi ki, heç yerə tərpənmə, çoooox vacib işim var. Arxasınca da dedi ki, aeroporta gəlmə, evdə otur, məni gözlə. Ha düşündüm, ha daşındım ki, bu nə vacib iş ola bilər… ağlıma bir şey gəlmədi. Ertəsi gün günorta naməlum bir nömrədən zəng gəldi. Cavab verdim, “Bu işi həll etməliyik, bax haaa, çox vacibdir”, – Vaqif əmi idi. Dedim çartlatdın axı məni maraqdan, nə baş verir. Dedi gəlirəm, yoldayam, Şeratona gəl tezcənə. Evim Çankayada, məşhur Üsküp Caddəsində, Şeraton otelinin yaxınlığında idi. Maşına minmişdim ki, yenə zəng elədi, “Maşınla gəlmə” dedi. Marağım artıq əndişəyə çevrildi, dedim ki, nəsə əlləm-qallam bir iş çıxarıb yəqin. Otelə gələndə baxdım ki, 7-8 millət vəkili lobbidə oturublar. Ortada isə İlham Əliyev. Bir neçə millət vəkili nəsə danışır, indiki prezident isə diqqətlə qulaq asırdı. Mən bir az yaxınlaşıb dayandım. Uzaqdan məni görən gələcəyin prezidenti əli ilə boş kreslolardan birini göstərdi. Salam verib oturdum. Gözlərimlə Vaqif əmini tapıb diqqətlə üzünə baxdım. Üz ifadəsindən nəsə bir şey oxumağa çalışırdım. İlham Əliyevin vacib bir görüşü var idi, qalxıb gedəndə məni də axşam yeməyinə dəvət etdi. Vaqif Səmədoğlu üzünü turşutdu, yaxınlaşıb “Bu axşam yeməyi heç yerinə düşmədi. Bizim vacib işimiz var” dedi. Artıq özümü saxlayammadım, “Əşşi nə işdi axı bu, niyə iki gündür intizarda, qorxu içində saxlayırsan məni?” deyə etiraz etdim. “Dərdiş, kirimiş dur” deyib, məni kənara çəkdi. Sağa-sola baxdı, heç kimin eşitmədiyinə əmin olandan sonra əyilib yavaşca qulağıma “Çəkələk tapmalıyıq” dedi… Bir müddət özümə gələ bilmədim. Sakitləşib “Çəkələk nədir” deyə soruşdum. “Tapoçka, dərdiş tapoçka. Xavər xalana çəkələk almaq lazımdır”, – ciddiyyətini pozmadan dedi. Axşam yeməyinə bir neçə saat qalmışdı. Tez Şeratonun arxasındakı Karum alış-veriş mərkəzinə getdik. Onlarla mağazaya girdik, ancaq anasının istədiyi çəkələyi tapa bilmədik ki, bilmədik. Axşam yeməyində Vaqif əmi ayağa qalxıb sağlıq dedi, sözlərini də özünün “Salam, Ata” şeiri ilə bitirdi. Mənim bu şeiri çox sevdiyimi bilirdi. Çəkələk məsələsinə görə könlümü almaq istəmişdi. Ertəsi gün nümayəndə heyəti Bakıya uçdu. Gedəndə “Çəkələk məsələsi çooox vacibdir. Artıq sən həll eləməlisən” dedi Vaqif əmi. Bir neçə həftə sonra Bakıya gedirdim. Tunalı Hilmidə yeni açılmış “Mark & Spencer” mağazasından 2 cüt çəkələk aldım – birini Xavər xalaya, birini isə anama. Anam Xavər xalanın çox sevdiyi döşəmə plov dəmlədi. Aybəniz xala, Aygün və Xavər xala ilə atamgildə gözəl bir axşam keçirdik. Çay süfrəsində iki cüt çəkələyi çıxarıb verdim. Anamın üz ifadəsindən bir şey anlamadım. Xavər xala isə dönə-dönə təşəkkür elədi, “Gör bir Vaqif nə əziyyət verib” dedi. Ertəsi gün anam məni məzəmmət elədi – Çəkələkləri nə o bəyənmişdi, nə də Xavər xala. Vaqif əmi zəng elədi – “Dərdiş, sənə dedim axı çəkələk çooox vacib məsələdir”… SALAM, ATA Salam, ata, salam. Bilirəm, arxamdasan. Məzarından cəmi əlli-altmış addım bu yanda dayanıb trolleybus gözləyirəm. Trolleybusa minib, sənin yanına gələnə qədər yaşamağa gedəcəyəm. Ömür bu imiş, ata? Gəldi... Salam trolleybus, əlvida ata... Əziz, doğma, bənzərsiz Vaqif Səmədoğlunu hər keçən gün daha böyük həsrətlə anıram... https://t.me/ibrahim_nebioglu
6420Loading...
33
Bu gün böyük Mikayıl Müşfiqin doğum günüdür. 116 yaşın mübarək, həmişəcavan şair! Qaçmayır irəli, qaçamaz! Qırılmış şəhpəri, uçamaz! Кеçməyir günləri binamaz. Canamaz üstündə кəsilmiş taqəti; Vird еtməк adəti. Gеtməyir qabağa, Yürüşü bir bağa yürüşü… Həyatı, görüşü pəк əsкi bir Baкı. Başının ağası Ingilis darğası. Еy Murtuz, еy Nobеl, Bir daha bağlamaz sənə bеl buralar! Biz bayram еdərкən ürəyin aldımı yaralar? O hansı zamandı, Hər tərəf dumandı O gеcə?.. Başında bir sarı düşüncə, Sarıydı əyninin paltarı, Gəzirdin bulvarı. Кaspinin üzündə oynaşan dalğalar, qaynaşan dalğalar, Əsdiкcə giləvar Oynardı bulvar. Oynardı “ovlar”, oynardı “zadələr”, “Zadələr” önündə qırılmış badələr…
1 3084Loading...
34
KİTAYSKİ MAŞIN Avtomobil sovet adamı üçün lüks idi. O, ruslar üçün nəqliyyat vasitəsinə SSRİ dağılandan sonra çevrildi. Rusiya avtomobil sənayesini inkişaf etdirdiyi üçünmü? Yox, təbii ki. Dünyanın bütün maşın markaları rus bazarını istila etməklə… bu gün modern Dünyadan təcrid olunan Rusiya yenə böhranla üz-üzədir. Bütün ehtiyacını əsasən Çin istehsalı olan “kitayski” maşınlarla qarşılayır. Arada gözdən pərdə asmaq üçün “öz maşınlarımızı buraxırıq” deyə nağıllar da uydururlar… Keçən həftə "Volqa"nı “dirildib” şou yapmaq istədilər. Yenilənmiş “QAZ”ın təqdimatına Baş nazir Mişustin də gəlmişdi. Gələn kimi də yerli “istehsalçıya” elə bir “naqonyay” (нагоняй) verdi ki. Qarşılarındakı yeni “Volqa” Çinin “Changan” avtomobilinin eynisi idi. Heç bir detalı ilə o maşınından fərqlənmir. Mişustin dilxor vəziyyətdə sükan arxasına keçdi. Və gözlərinə inanmadı – sükanın üzərində belə “Changan” emblemi var idi. Baş nazir baxışları “Axı heç olmasa sükanı özünüz düzəldəydiniz” deyirdi. Bir sükan belə düzəldəyə bilməyən bir ölkə… Elə buna görə də orta nəsil sovetin xiffətini edir, sovetə qayıtmaq istəyir. Sovetdə isə çeşid yoxdu. Yazıq xalqın seçimi kasad idi. “Volqa” ala bilməzdilər – çox bahalıydı; qalırdı ya “Moskviç” ya da “Jiquli”. Onda da üstünlüyü “Jiquli”yə verirdilər – O da əsli italyan "Fiat" olduğu üçün… Bu ölkə avtomobil istehsal edə bilməyib və etməyəcək də. İndi qayıdıb “Bəs bu ölkə kosmosa nə ilə uçub?” deməyin. Cavab asandır: “Kosmosa da elə “Changan” kimi oğurluq texnika ilə”… https://modern.az/aktual/473182/kitayski-mashin/
6514Loading...
35
Media files
6300Loading...
36
Dünyada ən geniş yayılmış dil ingilis dilidir. Planetimizdə 1.5 milyard insan bu dildə danışır. 375 milyon insan bu dili ana dili sayır. İngilis dilindən sonra çin, hindi, ispan və fransız dilləri gəlir... 📌 Ünvanlıdır, Stokholm sindromuna yoluxanlar üçündür...
7482Loading...
37
Atatürk işğalçılarla 4 il, cahillərlə 15 il mübarizə apardı; bunu unutmayın. Bu ölkənin əsas problemlərindən biri cəhalətdir… –İlber Ortaylı
7172Loading...
38
Media files
7150Loading...
Photo unavailableShow in Telegram
Görkəmli Avstriya fizik-nəzəriyyəçisi, statistik mexanikanın banisi Lüdviq Boltsmanın (1844-1906) termodinamikanın ikinci qanununu ilə bağlı verdiyi şərhi inqilabi idi. Boltsman təklif etdi ki, ikinci qanun mütləq qanun deyil, statistik qanundur, yəni sistemlər nizamsızlığa, daha yüksək entropiyaya doğru hərəkət etməyə meyllidirlər, təsadüfi dalğalanmalar səbəbindən bəzən entropiyanın azalmasına baxmayaraq.
Hammasini ko'rsatish...
👍 3
00:14
Video unavailableShow in Telegram
📌📌📌 iOS 18-in iPhone-lara gətirəcəyi yeni funksiyalar: ✅ İki telefonu yan-yana qoyaraq Apple pay vasitəsilə birindən digərinə pul göndərə biləcəksiniz; ✅ Tətbiqlərin rəngini istədiyiniz kimi dəyişə biləcəksiniz; ✅ Tətbiqlər Face ID ilə kilidlənə biləcək; ✅ Zənglər baş və əlinizi silkələməklə açıla biləcək; ✅ Siqnal olmadıqda peyk üzərindən mesaj göndərə biləcəksiniz; ✅ Apple Map daha estetik hala gətirildi; ✅ Mesajları sonrakı tarixə göndərə biləcəksiniz.
Hammasini ko'rsatish...
ssstwitter.com_1718051028180.mp42.42 KB
3
Apple rəsmi olaraq OpenAI ilə ortaqlığını elan etdi. ChatGPT iPhone-a inteqrasiya olunacaq!
Hammasini ko'rsatish...
👏 2
ÖZÜNDƏN BAŞQA HƏR ŞEYİ BİLƏN İNSAN Ölüm yoxdur, cənablar V. M. Bexterev Kembric universitetinin alimləri 1954-cü ilin 11 aprel gününü 20-ci əsrin `ən darıxdırıcı günü` seçiblər. True Knowledge adlı axtarış sisteminə 300 milyon məlumat yüklədikdən sonra alqoritm o gün yadda qalacaq heç bir olayın baş vermədiyini tapıb.... * * * Qədim zamanlardan başlayaraq insan ölümü yenməyə çalışmış, ölümsüz olmağın yollarını aramışdır. Əsrlər boyu insan öz zəkası sayəsində kainatın yaradılışı, Böyük Partlayış, Hiqqs bozonu kimi suallara cavab tapsa da özü ilə bağlı - ölümdən sonrakı dünya, insanın yenidən dirilməsi və yüzlərlə başqa müəmmaları çözməyib. Başqa sözlə, biz hələ də özümüzü yaxşı tanımır, həyatı və ölümü tam öyrənə bilməmişik. Yuriy Berland adlı bir tələbə ölümdən sonra həyatın olmasını isbatlayan riyazi formul çıxardıb. Ural universitetində təhsil alan 22 yaşlı Berlandın kəşfi alimlər tərəfindən birmənalı qarşılanmayıb. İlk baxışda yeni heç nə deyilmir. Bəşəriyyət tarixində yüzlərlə alim, filosof ölümsüzlük haqqında minlərlə fikir irəli sürüblər. Berland isə problemə çox orjinal yanaşıb: Əgər L = f (t), burada t zaman, L isə həyatdır. O zaman D = lim f (t), t  → + ∞. Onda D = lim f (t) = [∞/∞] = S(ABC)i/ABC = const, burada D – ölümdür. Berland həyatı zamanın funksiyası olaraq qəbul edir. Onda ölüm, zaman sonsuzluğa gedərkən zamanın funksiyasının limitidir. Bunu həll edərək constanta – sabit bir rəqəm alır. Berlanda görə bu da ölümdən sonra həyatın olduğunu sübut edir. Gözə və qulağa xoş gələn bir yanaşmadır. Amma riyaziyyatda sonsuzluğun sonsuzluğa bölünməsi deyə bir şey olmasa da, Berland çocuq fantaziyası ilə insanoğlunun ən önəmli sualına cavab axtarıb. Bəzi ciddi alimlər də bəlkə elə buna görə idealist gəncin `kəşfinə` ciddiyyətlə yanaşıblar. Akademik Vladimir Bexterev (1857-1927) görkəmli rus psixiatrı, nevropatoloqudur. İnsanı hərtərəfli öyrənən ilk elmi mərkəzin qurucusu, ölümsüzlük nəzəriyyəsinin banilərindən biridir. 1927-ci ildə qida zəhərlənməsindən qəflətən ölür. Ölümündən bur gün əvvəl Stalini müayinə edən Bexterev ona şizofreniya diaqnozu qoymuşdu. Son zamanlara qədər də elə buna görə öldürüldüyü ehtimal edilirdi. 50 il sonra Bexterevin həqiqi ölüm səbəbini onun nəvəsi – tanınmış alim, neyrofizioloq, akademik Natalya Bextereva (1924-2008) açıqlayır. Onun sözlərinə görə Bexterevin zəhərlənməsi Stallinin şizofren olması ilə deyil, babasının Leninin hansı xəstəlikdən vəfat etdiyini təyin etməsi ilə bağlıdır – `Mənim babamın öldürülməsi versiya deyil, dəqiq faktdır. Onu Leninə qoyduğu ``sifilis` diaqnozuna görə öldürüblər``. Ölümsüzlük haqda böyük çalışmalara imza başqa bir alim isə V. Bexterevin də sayıb hörmət etdiyi dahi Nikolay Fedorovdur. Görkəmli filosof, `Ümumi işin fəlsəfəsi` əsərinin müəllifi N. Fedorov axirət dünyasını ölülərin dirilmə üçün toplandığı yer adlandırır. Yenidən dirilmək üçün isə bir şərt qoyur- bu dünya cənnətə dönməlidir, yoxsa ölümdən sonra başqa həyat olmayacaq. Ətrafımıza baxınca, baş verən hadisələri, axan qanları və çeşid-çeşid ədalətsizlikləri, vicdansızlıqları görüncə Fedorovun nə qədər də saf, xəyalpərəst və utopist olduğunu görməmək mümkün deyil. Hə, bir də, az qalsın unudacaqdım- Lenin və Stalin sisteminin `məhsulları` olan yaşlı nəsil rus akademikləri Berlandı linç etmək üçün əlləşirlər… * * * Microsoft keçənlərdə suni zəkalı bir robot düzəltdi. Bu elm və texnologiya xariqəsi robot ətrafdan öyrəndiyi, eşitdiyi və topladığı informasiya ilə hərəkət edib, zamana ayaq uydurmalı idi.
Hammasini ko'rsatish...
4👍 1
`Tay` adlı bu robotu bir ara sosial mediaya da buraxdılar. İlk günlərdə dünyəvi dəyərlərə, dünya vətəndaşlığına, insan sevgisinə, ədalətə, humanizmə meyl edən Tay, bir neçə gün sonra irqçi, faşist şüarlar söyləməyə başlayır. Çünki zehni ətrafdan nə eşidirsə onu qeyd edir. Sonra da dönüb eyni kəlimələrlə ətrafındakılara həqarətlər yağdıraraq təhdid etməyə başlayır. Microsoft gedişatdan elə bir hürkdü ki, tezcənə layihəni bağladı…. Bill Gates-i anlamaq çətin deyil. Amma gəlin baxaq, bizim ətrafımızdakıların çoxu sanki Tay-dan çoxmu fərqlidir ?. Hər gün pislik, cinayət və təcavüzlərdən, terror və savaşdan başqa nə görürük ki ?. Cənnətə getmək üçün həyatımızı cəhənnəmə çevirənlər. Yoxsa əbədi problemi həll etmək üçün əsirlərdir çalışan alimlər ölüm saçan bu məxluqlarıdamı ölümsüz edəcəkdilər?... * * * Biz çalışaq bu dünyanı cənnət edək. Axirətdəki cənnəti isə Tanrı özü bilir…. Bəzi qaynaqlar isə `dünyanın ən darıxdırıcı günü` kimi 18 aprel 1930 olduğunu deyirlər. Çünki o gün BBC radiosunun diktoru axşam xəbərlərini `Bu gün heç bir xəbər yoxdur` deyərək proqramı bitirib. Məncə, həyatınızda xəbərsiz günləriniz bol olsun…
Hammasini ko'rsatish...
👍 5 5
02:06
Video unavailableShow in Telegram
Həyatı Yer kürəsinin xaricinə yaymaq üçün inadla çalışan Elon Musk və onun kimi düşünənlərə eşq olsun!
Hammasini ko'rsatish...
ssstwitter.com_1717997855335.mp43.77 MB
15👍 6👎 3😁 2👏 1
1 şüşə su marketdə 1 dollardır… eyni su oteldə 3 dollar, hava limanında 5 dollardır. Eyni şüşə, eyni marka su...dəyişən isə ancaq yerdir. Yəni eyni predmetə yerinə görə fərqli qiymət verilir… Özünüzü lazımsız hiss edəndə, sizə dəyər verilməyəndə yerinizi dəyişin. Metyu Makkonahi
Hammasini ko'rsatish...
👏 22👍 5
Photo unavailableShow in Telegram
Amma yenə də cəhd edin, çünki nəyin mümkün olduğunu kim bilə bilər ki? –Michael Faraday
Hammasini ko'rsatish...
17
Photo unavailableShow in Telegram
Kainatın 7 möcüzəsi
Hammasini ko'rsatish...
17🥰 2👍 1
Photo unavailableShow in Telegram
Mavinin səssizliyi
Hammasini ko'rsatish...
👍 11 3🔥 2👏 1