en
Feedback
Mashalli

Mashalli

Open in Telegram

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Show more
1 865
Subscribers
-524 hours
-97 days
-2430 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+6
in 1 channels
August '26
+36
in 2 channels
Get PRO
July '26
+55
in 2 channels
Get PRO
June '26
+26
in 2 channels
Get PRO
May '26
+22
in 2 channels
Get PRO
April '26
+15
in 3 channels
Get PRO
March '26
+45
in 4 channels
Get PRO
February '26
+22
in 3 channels
Get PRO
January '26
+26
in 2 channels
Get PRO
December '25
+14
in 3 channels
Get PRO
November '25
+14
in 3 channels
Get PRO
October '25
+22
in 2 channels
Get PRO
September '25
+31
in 4 channels
Get PRO
August '25
+34
in 3 channels
Get PRO
July '25
+16
in 2 channels
Get PRO
June '25
+9
in 3 channels
Get PRO
May '25
+27
in 3 channels
Get PRO
April '25
+30
in 3 channels
Get PRO
March '25
+28
in 5 channels
Get PRO
February '25
+30
in 4 channels
Get PRO
January '25
+54
in 5 channels
Get PRO
December '24
+37
in 4 channels
Get PRO
November '24
+44
in 2 channels
Get PRO
October '24
+46
in 3 channels
Get PRO
September '24
+28
in 2 channels
Get PRO
August '24
+30
in 2 channels
Get PRO
July '24
+17
in 2 channels
Get PRO
June '24
+23
in 3 channels
Get PRO
May '24
+37
in 4 channels
Get PRO
April '24
+45
in 4 channels
Get PRO
March '24
+48
in 4 channels
Get PRO
February '24
+62
in 9 channels
Get PRO
January '24
+93
in 4 channels
Get PRO
December '23
+54
in 3 channels
Get PRO
November '23
+31
in 4 channels
Get PRO
October '23
+31
in 5 channels
Get PRO
September '23
+34
in 0 channels
Get PRO
August '23
+21
in 0 channels
Get PRO
July '23
+57
in 0 channels
Get PRO
June '23
+35
in 0 channels
Get PRO
May '23
+45
in 0 channels
Get PRO
April '23
+118
in 0 channels
Get PRO
March '23
+56
in 0 channels
Get PRO
February '23
+30
in 0 channels
Get PRO
January '23
+52
in 0 channels
Get PRO
December '22
+41
in 0 channels
Get PRO
November '22
+28
in 0 channels
Get PRO
October '22
+37
in 0 channels
Get PRO
September '22
+51
in 0 channels
Get PRO
August '22
+86
in 0 channels
Get PRO
July '22
+31
in 0 channels
Get PRO
June '22
+38
in 0 channels
Get PRO
May '22
+81
in 0 channels
Get PRO
April '22
+34
in 0 channels
Get PRO
March '22
+44
in 0 channels
Get PRO
February '22
+18
in 0 channels
Get PRO
January '22
+20
in 0 channels
Get PRO
December '21
+20
in 0 channels
Get PRO
November '21
+37
in 0 channels
Get PRO
October '21
+42
in 0 channels
Get PRO
September '21
+48
in 0 channels
Get PRO
August '21
+68
in 0 channels
Get PRO
July '21
+31
in 0 channels
Get PRO
June '21
+20
in 0 channels
Get PRO
May '21
+39
in 0 channels
Get PRO
April '21
+51
in 0 channels
Get PRO
March '21
+46
in 0 channels
Get PRO
February '21
+54
in 0 channels
Get PRO
January '21
+205
in 0 channels
Get PRO
December '20
+1 598
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
06 September0
05 September0
04 September+1
03 September+2
02 September+1
01 September+2
Channel Posts
O gün izləyicilərdən biri AXC zamanı demokratiya haqqında soruşdu, nəsə 9 il əvvəl (rus dilində) yazdığım bir post yadıma düşdü: Belə bir tarixi hekayə təsəvvür edin: Sən Rusiya ordusunun keçmiş rotmistrisən (təxminən kapitan rütbəsinə bərabərdir). Fevral inqilabından sonra həyatın az dəyişiklik görməyib. Hətta bir müddət şəhər dumasının deputatı da olmusan. Və nəhayət, 1919-cu ildə bütün bu müharibələrdən, döyüşlərdən uzaq bir yerə – Bakıya gəlib çıxmısan. Elə burada daxili işlər naziri səni birbaşa Bakı şəhər rəisi təyin edir. Yəni şəhər polisinin başçısı. O vaxt indiki mənada “mer” yox idi — şəhərin başında şəhər dumasının rəhbəri, polisin başında isə şəhər rəisi (qradonaçalnik) dururdu. Vəzifədə olduğun müddətdə yaxşı işləməyə çalışırsan. Hətta ingilis kəşfiyyatı öz məruzələrində sənin haqqında müsbət fikirlər də bildirəcək. Sərt olmamağa çalışırsan, amma bütün sənədləri imzalayırsan. Bolşevikləri Denikinin yanına göndərmək lazımdır — bir qədər etiraz edirsən, amma yenə də imzalayırsan. Qəzetlərin bağlanması barədə qərarları da imzalayırsan, baxmayaraq ki, bunun düzgün olmadığını düşünürsən. Həmkarlar ittifaqlarına kömək etməyə çalışırsan. Tabeliyində olan polis əməkdaşlarının fəhlələri döydüyünü öyrənən kimi bunu dayandırmağa cəhd edirsən. Fəhlə hərəkatının fəallarının ölkədən çıxarılıb Denikinin yanına göndərilməsinə mane olmağa çalışırsan, amma nəticədə onları ingilislərə təhvil verirsən. Və sonra, 1920-ci ildə Bakıya Sovet hakimiyyəti gəlir. Sən şəhərdən qaçmırsan. Halbuki nazir də, nazir müavini də ilk fürsətdə qaçıb gediblər. Sən isə düşünürsən ki, bolşeviklər üçün edə biləcəyin hər şeyi etmisən. Amma əvvəlcə səni elə öz tabeliyində olanların ifadələri əsasında mühakimə edirlər. Həmin adamların fəhlələri döyməsinə vaxtilə mane olmağa çalışdığını isə, görünür, heç kim nəzərə almır. Səni həbs cəzasına məhkum edirlər. Sənin vaxtilə qoruduğun, xilas etdiyin insanlar bu dəfə səni xilas etməyə çalışırlar. Amma işə yenidən baxılması hər şeyi dəyişir. Nəticədə həbs cəzası yox, güllələnmə hökmü çıxarılır. p.s. söhbət Quda Qudiyevdən gedir. O 1919-cu ildə Bakı şəhər polisinin rəisi təyin olunur. Onun dövründə AXC-nın sosial-demokratlara qarşı ən sərt repressiyaları baş verir (misal üçün, əvvəllər onları sadəcə sərhədə kimi aparırdılar və buraxırdılar. Bu dövrdə artıq birbaşa Denikinə və ya ingilislərə təhvil verirdilər. Denikin də bir neçəsini asmışdı). Əli Bayramovun, H. Əliyevin və M.F. Musevinin də öldürülməsi onun dövründə baş verib. Hər üçünün ölümü birbaşa olaraq hüquq-mühafizə orqanları ilə bağlı idi.

2
- Апулей. Метаморфозы или Золотой осел. Москва. 1991. 192с. və Гай Валерий Катулл. Книга стихотворений. Москва. 1986. 302с. - evimdə qədim yunan və roma ədəbiyyatdan ibarət olan bir rəf var. Rəfdə olan qədim yunanlara aid olan kitabları vaxtilə oxumuşdum (Esxil, Evripid və s.). Qədim Roma mənim heç vaxt maraq dairəmə daxil olmayıb. Yunanlar ilə müqayisədə onları daha çox "varvar"sayağı hesab edirdim. Eyni zamanda heç xoşuma da gəlmirdi. Bir dəfə hardasa 12 il əvvəl düşündüm ki, gərək bu mövzuya da daxil olum və Tit Liviyin "Romanın tarixi" kitabından başladım. İlk əvvəl bir tarixini öyrənim sonra ədəbiyyatına keçərəm. Əvvəli pis deyildi, amma konsullara keçəndə o qədər ad dəyişimindən yoruldum ki, daha davam etmədim. Və onunla da mövzu bitdi. İndi düşündüm ki, gərək ikinci şans verim. Əlimə düşən iki kitabı götürdüm və oxudum. Nə deyə bilərəm? Romalılar üçün əsas mövzu seks və yemək idi. Düzdür yunanlarda da bu mövzulara kifayət qədər həsr olunan ədəbiyyat var, amma romalıların bu mövzulara marağı həddindən artıq böyükdür (sentyabrda "Roma satirası" məcmuəsini də bitirdim. Orada hər 3-4 sətirdən biri ya seks, ya yemək haqqındadır). Yeri gəlmişkən, təsadüfi deyil ki, roma ədəbiyyatının əhəmiyyətli hissəsi rus dilində 1989-1991-ci illərdə yenidən nəşr olunub. Bu dövrdə artıq senzura zəifləmişdi və hər şey çapa gedirdi. Apuleyin əsəri, əlbəttə ki, daha çox parodiya, tənqid və s.-dir, amma Katullun şerləri konkret o dövrün müəyyən mənada etiketini göstərirdi. Misal üçün, Katullun tərrcüməsi 1986-ci ildə nəşr olunduğu üçün bir sıra şerləri senzuraya məruz qaldı. Mən də məcburən onları internetdə tapıb klassik tərcümədə oxumalı oldum. Misal üçün, bir şeri o öz yaxın dostuna həsr edib. Şer həddindən artıq homoerotikdir ki, sovet redaktorları heç redaktə edə bilməyiblər, sadəcə müvafiq sətirləri yığışdırdılar. Yei gəlmişkən, şerin mövzusu da qəribədir. Deməli Katullun məşuqəsi onun patronunun həyat yoldaşı idi. Müvəqqəti olaraq Katull səyahətə getməli oldu və öz məşuqəsini yaxın dostuna "tapşırdı". Qayıdanda məlum oldu ki, artıq məşuqəsi onun dostunu seçib. Katull da başqa variant tapmayıb, bu dostuna deyəsən 5-6 şer həsr edib. Hər şerdə də onu homoseksual göstərməyə çalışıb. Başqa tərəfdən düşünürəm ki, qədim bədii ədəbiyyatın nümunəsi olmasa idi, indiki Rusiyada hətta bu iki kitab ən azı "LQBT təbliğatına" görə qadağan olunanlar siyahısına düşəcəkdi. Ümumən isə sadəcə yüngül bir ədəbiyyatdır. - Камю А. Посторонний. Москва. 2023. 128с. - düşündüm ki, elə bil kitab tapım ki, onu bir axşama bitirə bilim. İnternetdə bu əsərə rast gəldim və oxudum. Prinsipcə nəsə demək çətindir. Oxunmalı bir əsərdir, cəmiyyət normaları, yanaşmalar və s. Amma əsas dəst-xətt (həbs mövzusu) mənə niyəsə çox süni gəldi. - Стрела времени. Москва. 1989. 448с. - mənim bir adətim var. Ən azı ildə bir dəfə fantastika hekayələrdən ibarət məcmuəni oxumalıyam. Ən böyük problem keyfiyyətli bir məcmuə tapmaqdır. Sağ olsun, bu yaxınlarda Rüfət bir məcmuəni xatırlatdı. Mən də onu tapıb, yüklədim. Bir çox hekayələri onsuzda çoxdan oxumuşdum, amma daha bir dəfə oxumaq çox böyük bir estetik zövq verdi.
164
3
- Cabbarlı C. Mən bir susmaz duyğuyam ki.. Bakı. 2019. 514s. - keçən ayın hesabatında da C. Cabbarlı haqqında yazmışdım. Elə keçən ay başladığımı avqust ayında davam etdirdim. Düşündüm ki, gərək C. Cabbarlının bütün hekayə və pyesləri ilə tanış olum. Evdə əlavə olaraq yalnız bu məcmuəni tapdım. Məcmuədə onun məqalələri, şerləri, hekayələri və pyesləri yer alıb. Qeyd etdiyim kimi C. Cabbarlı azərbaycan dilində must-read olan yazıçılardan biridir. O yazıçıdır ki, səni reallıq ilə tanış edir. Keçən dəfə dediyim kimi Sovet dövründə yazdığı pyesləri çox möhtəşəmdir. Amma bununla belə onun hekayələri daha da gözəldir. Misal üçün, "Dilarə" hekayəsi - mənə çox ciddi təsir edir. Çox maraqlıdır ki, biz bu hekayə ilə uşaqlıqda tanış oluruq. Əslinə qalsa uşaqlıqda (yəni məktəbdə) sən burada ciddi sosial podtekst görmürsən. Yəni standart olaraq müəllimə qulaq asırsan və müəllimin baxışlarından asılı olaraq o sənə nəsə izah edir. Amma yaşlandıqca daha ciddi problemləri görürsən, eyni zamanda hekayənin sonluğu da möhtəşəmdir, başa düşürsən ki, hələ ki, çıxış yoxdur. Və ən təəssüfləndirici məsələ ondan ibarətdir ki, Cabbarlının qeyd etdiyi bir çox problemlərdən çıxış indiyənə kimi yoxdur. Yeri gəlmişkən, Cabbarlını oxuduqca başa düşürəm ki, əgər bizim cəmiyyətin intellektual təbəqəsinin ən azı 10% onun kimi tərəqqipərvər, feminist və s. olsa idi, cəmiyyətimiz tamamilə dəyişəcəkdir. Yoxsa indi biz 100 ildir ki, eyni problemlər haqqında danışırıq. Cabbarlını oxuduqca hiss edirsən ki, onun real həyatda mövqeyi və yazdığı mövqe fərqlənmirdi. Misal üçün, qadın hüquqları haqqında nə yazırdısa öz fikri idi, o hansısa konyuktura dalınca qaçmırdı. Müqayisə üçün, keçən ay oxuduğumu "Azərbaycan hekayələri" məcmuəsinə istinad edə bilərəm. Orada Sovet dövrü yazıçıları arasında ən azı 5-6 hekayə qadın hüquqlarına həsr olunub. Oxuyursan və prinsipcə görürsən ki, süjeti və s. yaxşıdır, oxumalıdır, amma bitirəndə sünilik hiss edirsən. Başa düşürsən ki, müəllif bu hekayəni yazıb, amma real fikirləri fərqlənir. Sovet dövründə o oturub, "qadınlar evdə oturmalıdır və uşaq doğmalıdır" yaza bilməzdi, ona görə də bu hekayə alınıb. Amma reallıqda onun fikirləri daha çox bu istiqamətdə idi. Yeri gəlmişkən, eyni məsələni Sovet dövrünə aid Azərbaycan filmlərində də görmək olur: mövzu qadın hüquqların genişlənməsidir, amma əməlli-başlı sünilik görsənir. - Чехов А.П. Полное собрание сочинений и писем в 30 томах. Сочинения в 18 томах. Том 16-18 - nəhayət Çexovun bədii külliyyatını bitirdim. 18 cildi ilə tanış olmaq üçün mənə 17 ay (faktiki 12-dir, çünki 5 ayı Çexovdan "istirahət etmişəm") tələb olundu. Son üç cildi əsasən məqalələrdən, qeyd kitabçalarından və cavanlıqda anonim yazdığı hekayələrdən ibarət idi. Bu cildlərdə daha çox qeydlər bölməsini oxuyurdum. Məqalələri əsasən teatr həyatına həsr olunub və ona görə indi çox da ciddi maraq kəsb etmir. Sadəcə bir maraqlı faktı qeyd etmək istərdim ki, deməli Moskvada 1890-ci illərdə daimi olaraq fəaliyyət göstərən 12 teatr mövcud idi. Rəsmi olaraq 2026-ci ildə Bakıda cəmi 11 teatr fəaliyyət göstərir (bu rəqəmə 3-4 özəl teatrı da əlavə etmək olar). Moskvada indi bu rəqəm 150-ə bərabərdir. Qeyd kitabçaları müəyyən qədər maraqlıdır. Ən azı gördüm ki, mən də öz qeydlərimi Çexovsayağı aparıram - daim ideyalarımı köhnə qeyd kitabçasından yenisinə köçürdürəm və.. reallaşdırmıram.
141
4
Avqust ayı kitab cəhətindən çox məhsuldar keçdi. Düzdü bunun əsas səbəbi evdən çıxmaq imkanlarımın məhdud olması idi. Əslinə+1
Avqust ayı kitab cəhətindən çox məhsuldar keçdi. Düzdü bunun əsas səbəbi evdən çıxmaq imkanlarımın məhdud olması idi. Əslinə qalsa daha da çox kitab oxuya bilərdim, sadəcə ayın hardasa 8-9-na kimi mənim qızdırmam günlərlə 38-38.9 arasında dəyişirdi və dərmansız onu aşağı salmaq mümkün deyildi. Qızdırma ilə işləmək, hansısa texniki işləri yerinə yetirmək necəsə alınsa da, oxumaq mümkün deyildi, demək olar ki, heç nə başa düşmürdüm. Xəstəxanaya düşəndən, bikarçılıqdan, daha çox oxumağa başladım. Nəticədə 5 gün ərzində Çexovun iki cildini, Apuleyi oxudum, C. Cabbarlının bir neçə hekayəsini və s. oxudum. Başqa tərəfdən bu ilin 8 ayı ərzində mən əsasən bədii ədəbiyyatla dolanmışam. Keçən ilin eyni dövrü ilə müqayisə edəndə (iki il dalbadal 8 ay ərzində 53 kitab oxuyuram), gördüm ki, bu il "fiction"-un payı 2 dəfədən çox - 33%-dən 77%-ə kimi - artıb. Deyəsən dəyişiklik etmək lazımdır. Əks halda çətin gedər. Nəsə keçək kitablara:
143
5
Göründüyü kimi "Sabah" ev oyunlarını BOS-da keçirdəcək. Yaxşı xəbərdir.
Göründüyü kimi "Sabah" ev oyunlarını BOS-da keçirdəcək. Yaxşı xəbərdir.
215
6
İnstagramda izlədiyim səhifələrdən biri kabare.az adlı bir profildir. Marketinq aqentliklərdən birinin apardığı layihədir. Mənim üçün bu səhifə daha çox "niche" media kimi çıxış edir. İşimlə bağlı mən ictimai iaşədə baş verən hadisələri izləməli oluram. Bu səhifə isə mənə müəyyən qədər ictimai iaşənin premium və super-premium seqmentində baş verən hadisələr ilə tanış edir. Prinsipcə Rusiyada və digər ölkələrdə belə tipli medialar kifayət qədər çoxdur. Biri pərakəndə satış haqqında, başqası daha da dərinə gedib yalnız satış şəbəkələr haqqında məlumatları toplayır və yayır. Bizdə, təəssüflər olsun ki, konkret sahələr üzrə fəaliyyət göstərən media demək olar ki, yoxdur. Ən azı mən çox nadir hallarda buna rast gəlirəm (yəni hətta iqtisadi sahədə belə RBK və ya Forbes sayağı bir media mövcud deyil). Yenə də mövzudan çox uzaqlaşdım. Deməli bu səhifə periodik olaraq aylıq hesabatlar hazırlayır - ay ərzində yeni açılmış məkanlar və ay ərzində bağlanmış məkanlar. Səhifənin məlumatına görə, avqust ayında Turco Burrito, Milk Lab White City, CEO's Lounge, Pivnaya Apteka və Mytcha restoran fəaliyyətini dayandırıb (reallıqda bəziləri artıq neçə aydır ki, fəaliyyət göstərmir). Bəzi medialar bunu əsas götürərək ictimai iaşədə olan vəziyyətə dair xəbərlər hazırlamağa başladılar. Düzdür onların əsas marağı Mytcha restoranı ilə bağlı idi. Niyəsə onun yerində Shaurma N1-in açılışı haqqında xəbər vermədilər (artıq digər medialar bunu reklam olaraq təqdim etdilər). Bəs real vəziyyət necədir? Yeni restoranlar daha çox açılır yoxsa bağlananlar daha çoxdur? Sağ olsun izləyicilərimizdən biri bu cəhətdən bizə kömək etdi və artıq biz AQTA-nın reyestrindən məlumatları emal edə bilirik. Deməli reyestrin məlumatına görə, 2026-ci ilin avqust ayında (bir məqamı nəzərə almaq lazımdır ki, siyahıda həm də bufet, yeməkxanalar, eyni obyektin sahibinin dəyişməsi və s. yer alır. Mən bu faktorlardan siyahını təmizləməyə çalışdım) Azərbaycanda 179 yeni ictimai iaşə müəssisəsi fəaliyyətə başladı və ya AQTA reyestrinə daxil edildi. Eyni dövr ərzində 138 ictimai iaşə müəssisəsi isə fəaliyyətini dayandırdı. Başqa sözlə saldomuz 41 obyekt təşkil etdi. Bu ümumi olaraq ölkə üzrə vəziyyətdir. Bakıda isə ay ərzində 75 kafe və restoran açılıb, eyni dövr ərzində isə 74-ü bağlanıb. Başqa sözlə Bakıda fəaliyyət göstərən ictimai iaşə müəssisələrin sayı avqust ayının nəticələrinə görə demək olar ki, dəyişməyib (cəmi 1 ədəd artıb).
248
7
Azərbaycanda yumor hissi olmadan yaşamaq çətindir. Bəzən yumor hissi olmayan insanların (deyəsən absolyut çoxluq belədir) ölk
Azərbaycanda yumor hissi olmadan yaşamaq çətindir. Bəzən yumor hissi olmayan insanların (deyəsən absolyut çoxluq belədir) ölkədə necə yaşadıqları haqqında düşünürəm. Fikrimcə bu mümkün də deyil. Dünənki xəbərlərdə bu söhbəti gördüm və müvafiq qərarlar ilə tanış oldum (cinayət işinə görə 10 min "hədiyyə" almaq niyyətində idi). Yeri gəlmişkən, məhkəmə də (hamı razı idi, prokuror belə) müvafiq şəxsin istəyini nəzərə alıb, ərizəni baxılmadan geri qaytardı.
296
8
2.1. Bir il yarım ərzində əsas istiqamətlər üzrə (Gənclik-20 Yanvar, Nəriman Nərimanov-20 Yanvar, Gənclik-Elmlər Akademiyası, Koroğlu-20 Yanvar) həm marşrut sayını artırmalı idi, həm də hər marşruta düşən avtobus sayı artırılmalı idi. Yəni insanlar ən azı alternativləri görsünlər. Görsünlər ki, avtobuslar çoxdur, daha rahat çatmaq olar və s.; 2.2. Əsas istiqamətlər üzrə avtobus zolaqlarını təşkil etmək lazım idi. Misal üçün, Gənclik-20 Yanvar istiqamətində əsas yollardan biri keçmiş İnqilab küçəsidir. Bu küçədə hərəkət problemlidir, amma şəhərin nəqliyyatını tənzimlənməyə xidmət edən kifayət qədər marşrut xətti mövcuddur. Bu küçə üzrə avtobus zolağın təşkili çox vacibdir, amma edilməyib; 2.3. Proses başlayanda əlavə marşrutların təşkili. Ən azı bu istiqamətdə nəsə ediblər. 3. ADY da bu prosesə qoşulmalı idi. İlk əvvəl 2025-ci ildə hökumətə əlavə investisiyalar üçün müraciət etməli idilər. Əlavə investisiyalar həm lazımı təmir işlərini daha tez keçirtməyə, həm də Abşeron dairəvi yolunda qatar sayının artırılmasına yönəlməli idi. Misal üçün, indi ən lazımı saatlarda Bakı Vağzalında Koroğlu istiqamətinə qatarlar 15-25 dəqiqədən bir hərəkət edir. Bu tezliyi artırmaq lazım idi. Xırdalan istiqamətində isə vəziyyət lap bərbaddır. Saat 5-6 arası yalnız bir qatar gedir. Ondan sonra qatarlar 15-30 dəqiqə intervalı ilə hərəkət edirlər. Yəni metro bağlı olduğu dövrdə "20 Yanvar" stansiyasına və ərazisinə təzyiqi azaltmaq üçün Xırdalan və əks istiqamətlərdə qatarlar 10 dəqiqədən bir hərəkət etməlidirlər (özüdə gün ərzində. İnsanların öyrəşməsi üçün bu vacib məqamdır). Reallıqda isə metro bağlanandan iki həftə sonra ADY "Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb". Nəticədə "Xırdalandan Bakıya hərəkət edən qatarlar əvvəl 26 dəqiqəyə çatırdısa, indi 45 dəqiqəyə çatacaq". Bunu əvvəlcədən, misal üçün, yay aylarında etmək mümkün deyildi? Konkret olaraq metronun bağlanmasını gözləyib etmək lazım idi? Düzdür deyilir ki, "hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur", amma.. nəsə. Hər bir halda nəqliyyat sahəsində çalışan struktur və qurumlar indiki vəziyyətin effektini əhəmiyyətli dərəcədə azaltmaq iqtidarında idilər, amma... etmədilər. Hələ ki, tədris ili, Formula-1 və s. başlamayıb, amma başlayandan sonra nə olacaq - təsəvvür etmək çətindir. Dünən müvafiq yollardan kənarda belə avtobusu 15 dəqiqə gözləməli oldum. O da dolu gəldi, insanlar artıq bir-birini itələyə-itələyə olaraq daxil olurdular. Başqa tərəfdən düşünürəm ki, bizim hökumətimizdə planlamaya qarşı allergiya var deyə heç nəyi planlamayıb, edirlər. Nəticədə hər şey belə alınır.
271
9
Planlama haqqında Hələ keçən ilin yanvarında elan olunmuşdu ki, metroda Qırmızı və Yaşıl xətlər ayrılacaq. Düzdür bu barədə çoxdan danışılır, amma 2025-ci ilin əvvəlindən artıq elan olunmuşdu ki, müvafiq tədbirlər planı hazırlanıb, artıq tender işləri aparılır və s. Yəni 1.5 ildən uzun müddətdir ki, hamı bilir ki, "Nizami" və "28 May" arasında metro hərəkəti dayandırılacaq. Həm də hamı bilirdi ki, bu işlər ən azı 10 ay müddətində həyata keçiriləcək (bizim metronun iş tərzini nəzərə alsaq, ən azı bir il olacağını problemsiz deyə bilərik). Başqa sözlə artıq 2025-ci ildə müvafiq sahədə məşğul olan qurumlar - Bakı Metropoliteni və AYNA - artıq nə edəcəklərinə dair planlar qurmalı idilər. İctimai nəqliyyat sahəsi elə bil sahədir - sən onu "bir-iki ay bağlayıb, işimi bitirib, sonra açaram" etmək iqtidarında deyilsən. Bir müddət planlama sahəsində çalışanda, mən də eyni məsələlər ilə üzləşirdim. Misal üçün, deyilirdi ki, müvafiq dövrdə bu və ya digər alət/avadanlıq/anbar işləməyəcək. Adətən bu barədə ən azı 6-9 ay əvvəlcədən məlum olur. Bunu nəzərə alaraq artıq əvvəlcədən konkret addımlar üzərində çalışırdım və plan hazırlayırdım. Bəzi istiqamətlər üzrə isə addımlar artıq tədricən atılırdı ki, birdən birə heç bir şok yaşanmasın. Görünür ki, ictimai nəqliyyat sahəsində çalışan qurumlar sürprizləri çox sevirlər və bu və ya digər tədbirə bir-iki gün qalmış hazırlaşmağa başlayırlar. İndiki vəziyyəti başqa cür təsvir etmək çətindir. Bəs reallıqda hansı addımlar atılmalı idi? Ümumiyyətlə ilk əvvəl Bakı nəqliyyatında metronun əhəmiyyətini nəzərə alaraq, mən daha çox Koroğlu-Dərnəgül istiqamətində stansiyaların tikintisi üzərində çalışardım. Özü də burada ehtimal edirəm hətta yerüstü stansiyaların tikintisində ciddi bir problem olmazdı. Yəni əvvəlcə bu iki stansiyanı birləşdirib, sonradan iki xəttin ayrılması üzərində çalışmağa başlayardım. Bununla da mümkün ola biləcək nəqliyyat problemlərini əhəmiyyətli dərəcədə azaltmaq olardı. Amma metro bir az daha çətin yolu seçdi. Bu halda nə edilməli idi: 1. Bəllidir ki, "Nizami" və "28 May" stansiyaları arasında əlaqəni bərpa etmək lazım idi. Burada "velosiped" icad etmədən, sadəcə iki stansiya arasında ekspress avtobusların hərəkətini təşkil edilməli idi. Bunun üzərində hətta AYNA yox, Bakı Metropoliteni özü işləyə bilərdi. Onsuzda "Bakubus"-ı ona veriblər. Yəni əvvəlcədən əlavə avtobusların alışı və müvafiq istiqamətdə mövcud ola biləcək problemləri aradan qaldırmaq üçün AYNA və YPX ilə işləri həyata keçirmək. Əslinə qalsa "28 May"-dan "Nizami" istiqamətinə getmək çox da çətin deyil. Yeganə marşrut Füzuli və Ş. Qurbanov küçələri üzrə gedir. Burada iş çox asandır - artıq mövcud olan avtobus zolaqlarını yoxlamaq, bütün marşrut boyu olmayan yerlərdə onu təşkil etmək. Əks istiqamətdə bir az çətindir. Burada dönüş etmək üçün avtobuslar Abdulla Şaiq küçəsinə kimi qalxırlar, sonra da böyük bir axına daxil olmalı olurlar. Bu da tıxac vaxtı çox böyük çətinlik yaradır. Bunu da YPX ilə razılaşdırıb, avtobus zolaqların, onlar üçün döngə hərəkəti üçün zolaqların və s. təşkili ilə problem həll oluna bilər. Nəticədə bir istiqamətdə hərəkət 5 dəqiqə, əks istiqamətdə isə 7-8 dəqiqə təşkil edəcəkdi. Bu istiqamətdə metro onsuzda hardasa 3 dəqiqəyə çatırdı. Müvafiq avtobusları da pulsuz etmək heç bir problem yaratmayacaqdı. Nə buna görə Nəqliyyat nazirliyi, nə Bakı Metropoliteni, nə də digərləri çox böyük vəsait xərcləməli olmayacaqdı. Yeri gəlmişkən, bu işlər üçün büdcəni hesablayarkən, bunu da nəzərə almalı idilər; 2. AYNA isə öz tərəfindən başqa bir istiqamət üzrə çalışmalı idi. Adi ay ərzində iş günlərində "28 May" stansiyasına gündəlik olaraq 45 min insan daxil olur. Bu insanların yarısı Dərnəgül istiqamətində hərəkət edir. Əlavə olaraq digər stansiyalardan gələnlər də eyni istiqamətdə hərəkət edir. Bu da gündəlik ən azı 100-150 min insan deməkdir. Ekspress-avtobuslar bu istiqamətdə bu qədər insan daşımaq iqtidarında deyillər (əsas problem ondan ibarətdir ki, 28 May-da onsuzda avtobus çoxdur). Ona görə əlavə dəstək tədbirləri haqqında düşünməli idilər:
241
10
Avqustun 15-i Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə avqustun 15-i Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 19 m/s-yə, havanın maksimal temperaturu 32 dərəcəyədək çatır. Yəni orta babat yay günüdür, çox da isti olmayan, amma eyni zamanda sərin də olmayan Bakının sadə bir yay günü idi, amma sən demə ekoloji cəhətdən bu nisbətən vacib bir tarixdir. Deməli "Earth Overhoot Day" layihəsi çərçivəsində hər il Ölkə Ekoloji Borc Günü müəyyən edilir. Müvafiq gün göstərir ki, əgər bütün insanlar həmin ölkənin sakinləri kimi yaşasaydılar, Yer kürəsinin bir il ərzində təmin edə biləcəyi təbii resurslar bu tarixdə tükənərdi. Başqa sözlə, planetdəki hər kəs həmin ölkədə yaşayan insanlar qədər istehlak etsəydi, Yer kürəsinin bir il üçün nəzərdə tutulan təbii resursları həmin günə qədər istifadə olunmuş olardı. Eyni zamanda təxmin edə bilərik ki, bu ölkədə yaşayanlar faktiki olaraq müvafiq tarixdən sonra gələcək nəsillərdən "borc" götürüb yaşayırlar. Azərbaycan üçün isə bu tarix avqustun 15-dir. Əgər bütün dünya bizim kimi yaşasaydı, layihə tərtibatçıları hesab edir ki, bütün Yer-in resursları avqustun 15-də bitəcəkdi. Başqa sözlə hər il biz gələcək nəsillərdən 4.5 ayı borca götürürük.
275
11
"Sabah"ın turizmi Bizdə bu yaxınlarda "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün dövlət proqramı" qəbul olunub. Əslinə qalsa 47-səhifəlik sənəd yerinə sadəcə iki addım atmaq lazımdır: sərhədləri açmaq və vizaları ləğv etmək. Avtomatik olaraq elə ilk ildə bizdə turistlərin sayı iki dəfə artacaq. Yəni bu sahədə xüsusi olaraq "velosiped yaratmaq" (heç velosiped istehsal etmək iqtidarında deyilik) lazım deyil. Vaxtilə turist sayının birdən birə artmasının əsas səbəblərindən biri məhz viza verilmə prosesinin sadələşdirilməsi olmuşdu. Təsəvvür edin ki, bunu ləğv etsək, hansı bir effekt verə bilər (hətta hökumətin sevdiyi Formula-1 gələn insanların sayı bəlkə iki-üç dəfə artacaq). Sərhədlər açılsa isə Rusiya, Gürcüstan, İran və s. vətəndaşların sayı da bir neçə dəfə artacaq. Yeri gəlmişkən, müvafiq dövlət proqramında qeyd olunub ki, 2030-cu ilə "ümumvətəndaş pasportu əsasında 34 hədəf turizm ölkəsinin vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi" planlaşdırılır. Yəni bunu sentyabrın 1-dən belə tətbiq etmək mümkündür, amma niyəsə 2030-cu ilə kimi uzadacaqlar, çünki "hədəf turizm ölkələrinin vətəndaşlarına münasibətdə birtərəfli və ya qarşılıqlı qaydada vizasız gediş-gəliş rejiminin tətbiqi ilə bağlı lazımi dövlətdaxili prosedurların həyata keçirilməsi". Yəni misal üçün, Avropa İttifaqı Azərbaycan üçün vizaların yaxın müddətdə (təxmin edirəm ki, heç uzun müddətdə belə) ləğv etməyəcək. İndi bunu başa düşmək üçün xüsusi biliklərə malik olmaq lazım deyil. Ona görə bəllidir ki, biz keçirdiyimiz Formula-1-dən hər hansı effekt əldə etmək istəyiriksə, o zaman Aİ ölkələri üçün vizaları birtərəfli olaraq ləğv etməliyik. Yoxsa oturub "reklam" effektini ölçürük, amma reklamın getdiyi ölkələrdən gələn turistlərin cəlbinə heç bir marağımız yoxdur. Başqa tərəfdən indiki şəraitdə turist sayının artması üçün başqa bir imkanlar açılıb. Xatırlayırsınızsa, Bakıda keçirilən bir neçə konsert yaxın xaricdən (xüsusən viza tələbi olmayan ölkələrdən) kifayət qədər çoxlu sayda turist cəlb etmişdi. Cəmi bir gün üçün Bakıya 10-20 min insan gəlmişdi. Bundan əvvəl keçirilən heç bir beynəlxalq tədbir bu qədər insan cəlb etməmişdi. Başqa sözlə belə tipli tədbirlər ən azı yaxın xaricdən ölkəyə həm turist cəlb edə bilər, həm də ölkənin gəlirlərini artıracaq. Yaxın gələcəkdə hər hansı belə bir iri konsertin keçirilməsi deyəsən planlaşdırılmır (Formula-1 çərçivəsində olanları hesablamasaq), amma "Sabah"-ın hesabına yeni bir imkan yarandı. Deməli Sabah oktyabrın 20-də "Borussiya", noyabrın 25-də "Barselona" və yanvarın 20-də "Napoli"-ni qəbul edəcək. Bu komandalara, xüsusən də "Barselona"ya post-Sovet məkanında maraq çox böyükdür. Gürcüstanda UEFA superkuboku keçiriləndə, elə Azərbaycandan nə qədər insan Tbilisiyə "Barselona"ya baxmaq üçün getmişdi. İndi təsəvvür edin ki, bu qədər insan təkcə Gürcüstandan yox, Rusiyadan, Qazaxıstandan və s. ölkələrdən gələcək. Yəni ən azı bu potensial var. Deməli bunu qəbul etmək üçün müvafiq oyunları ölkənin ən iri stadionunda, Bakı Olimpiya Stadionunda, keçirmək lazımdır, amma... göründüyü odur ki, oyunlar Tofiq Bəhramov stadionunda olacaq. BOS artıq uzun müddətdir ki, futbol oyunlarını qəbul etmir (deyəsən sonuncu dəfə 2023-cü ilin iyul ayında Qarabağ oynamışdı). Düzdür bir il əvvəl yayılan xəbərdə qeyd olunur ki, "əsas meydança 2026-cı ilin mayında keçiriləcək tədbirdən sonra oyunlar üçün hazır vəziyyətə gətiriləcək", amma ondan sonra heç bir səs-səmir yoxdur. Tofiq Bəhramov stadionu isə heç yerli marağı qarşılamaq iqtidarında deyil.
328
12
Şəffaflıq haqqında: bu yaxınlarda düşündüm ki, gərək Azərbaycanda ən azı hesabatlarını ictimaiyyətə təqdim edən şirkətlərin sayını müəyyən etmək yaxşı olardı. Eyni zamanda müvafiq məlumatları ən azı qismən bir faylda toplamaq faydalı olardı. Bir neçə mənbədən istifadə edərək (rəsmi qəzetlər, MEAS və şirkətlərin rəsmi saytları) bu günə kimi 291 şirkətə dair əsas maliyyə məlumatlarını toplaya bilmişəm. Təxmin edirəm ki, bu rəqəm maksimum 400-ə çata bilər (bir sıra şirkətlər hesabatlarını sentyabr-dekabr aylarında paylaşır). Siyahıda dövlət, özəl şirkətlər və publik hüquqi şəxslər də mövcuddur. Əsas məqsədim daha çox dövlət büdcəsinin mənfəət vergisi üzrə gəlirlərinin strukturunu müəyyən etməkdir. Hələ ki, bu maddə üzrə təmin olunan gəlirin 35%-nə dair məlumatı toplamağa müvəffəq oldum. Əlbəttə ki, siyahıda yer alan şirkətlərin əhəmiyyətli hissəsi maliyyə sahəsinə aiddir (119). Bu da müvafiq sahədə mövcud qanunvericiliklə bağlıdır. Maraqlısı odur ki, demək olar ki, heç bir şirkətin hesabatı başqası ilə eyni deyil. Hamısı elə bil ki, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına görə məlumatı paylaşırlar, amma bunu fərqli formada edirlər. Dövlət şirkətləri tez-tez yalnız hesabatın ilk 8 səhifəsini təqdim edirlər. Maliyyə sahəsində fəaliyyət göstərməyən özəl şirkətlər isə bir çox hallarda yalnız rəsmi qəzetlərdə paylaşdığı məlumat ilə məhdudlaşırlar. Bəzi şirkətlər standart hesabat verirlər, amma bir sıra məlumatları gizlədirlər, digərləri pdf yerinə jpeg formatında yerləşdirirlər və s. Hətta ASC-lər belə səhmdarlar haqqında məlumatı verməkdən çəkinirlər. Nəticədə vahid sistemə toplamaq bir qədər çətindir (əlbəttə ki, mümkündür, sadəcə müəyyən qədər əziyyət çəkmək lazımdır). Deməli dünən Navalni komandasının daha bir təhqiqatı qarşıma çıxdı. Təhqiqat Ozon şirkəti ilə bağlı idi və ən maraqlısı o idi ki, bütövlüklə açıq mənbələrdə təqdim olunan məlumatlar əsasında qurulmuşdu. Xaricə köçəndən bəri bir çox rus jurnalist təhqiqatçıları artıq qapalı bazalarda olan məlumatlardan çox istifadə etməyə başlayıblar və bunu normal hesab edirlər (əslinə qalsa indiki şəraitdə, əlbəttə ki, bu normaldır). Amma bu dəfə yalnız şirkət hesabatlarına əsaslanaraq Ozon-un real sahiblərini tapıblar. Ölkə müharibə edir, amma korrupsiya sxemlərində istifadə olunan 4-5 milyon rubl dövriyyəsi olan kiçik şirkətlərin hesabatları dərc olunmağa davam edir. Hesabatlılıq sistemi mövcud olanda belə şeyləri gizlətmək çətindir (ölkədə milyonlarla şirkət mövcuddur və aralarında bunu və ya digərini ayırmaq asan iş deyil). Bizdə isə hər hansı bir məlumat təsadüfən ictimaiyyətə çıxan kimi onu bu və ya digər formada bloklamağa çalışırlar. Deməli bir neçə il əvvəl Dövlət Vergi Xidməti rəsmi saytında "Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsi" adlı bir səhifəni istifadəyə verdilər. Bu reyestr niyəsə "Kommersiya qurumlarının dövlət reyestri" ilə bağlı deyildi və nəticədə uzun müddət ictimaiyyətdən gizli saxlanılan bir çox şirkətlər haqqında məlumat əldə edə bildik. Misal üçün, ölkənin ən iri banklarından biri olan Pasha Bankın səhmdarlarından biri Bless MMC-dir. Adi reyestrdə siz bu şirkətin VÖEN-i üzrə axtarış etsəniz, "Daxil etdiyiniz VÖEN-ə uyğun kommersiya qurumu müəyyən olunmamışdır" cavabı alacaqsınız, amma bu yeni reyestrdə bütün mümkün məlumatı əldə etmək mümkün idi. Mən bu şirkət haqqında məlumatı 2024-cü ilin martında yükləmişdim. Reyestrin məlumatına görə, bu şirkətin qanuni təmsilçisi yox idi, amma 591,2 milyon manatlıq nizamnamə kapitalına malik idi. Bu reyestr təxmini 2 il belə fəaliyyət göstərdi. Bilmirəm nə baş verdi, təxmin edirəm ki, DVX işçilərindən biri bu "səhvi" aşkarladı, amma indi bu reyestr də sizə eyni cavabı verir. Təəssüf mən də bu reyestrdən məlumatları 2024-cü ildə yüklədim, sonradan yeniləməyi hər dəfə yaddan çıxarırdım.
356
13
Bir az Azərbaycan iqtisadiyyatının tarixindən Cədvəldə 1846-1847-ci illərdə Bakı limanı üzrə ixrac göstəricilərini görə bilər
Bir az Azərbaycan iqtisadiyyatının tarixindən Cədvəldə 1846-1847-ci illərdə Bakı limanı üzrə ixrac göstəricilərini görə bilərsiniz. Burada əsas məhsullar göstərilib (rəqəmlər rubl ilə ifadə olunur). 1846-ci ildə Rusiyada yeni "Gömrük məcəlləsi" qəbul olundu və o xarici ticarəti nisbətən bir çox məhdudiyyətlərdən azad etdi (bütün ixrac rüsumları ləğv olundu, bir sıra məhsullara idxal rüsumları ləğv edildi və s.). Qafqaz bölgəsi bundan əməli-başlı istifadə etdi. Qafqazda yerləşən bütün gömrüklər üzrə dövriyyə ciddi sürətdə artdı və nəticədə hətta gömrük gəlirləri ciddi olaraq azalmadı (Bakı üzrə 20 mindən 18 minə kimi azaldı). p.s. rəqəmləri birbaşa indiki pula çevirmək çətindir, amma müqayisə üçün fəhlənin illik maaşı 144 rubl təşkil edirdi. İçərişəhərdə 2 mərtəbəli evin qiyməti 1000 rubl idi. p.p.s. zəfəran ixracatının kəskin azalması əsasən Bakıda məhsul çatışmazlığı ilə bağlıdır.
339
14
1919-cu ildə seçkilər haqqında “Müsavat” firqəsinin Nardaran köy şöbəsi Nardaran camaatı tərəfindən Bakı Komitəsinə böylə bir ərzi-hal təqdim etmişdir: “1919-cu ilin dekabrın 26-da gündüz saat 10 radələrində üçüncü uçastok pristavı Əkbər Məhəmmədov və Məşqətə [Maştağa] pristavı Əhmədcan Mirzəyev bir okolodoçnı və 5 milis ilə Nardaran köyünə gəlmişdilər. 250 nəfər kənd əhli məscid qarşısına toplanıb seçkiyə şüru etdilər [başladılar]. İki nəfər intixab [seçilmǝk] üçün namizəd göstərildi: 1) Əliağa Xəlil oğlu; 2) Ağamirzə Seyfəl oğlu. Bu iki nəfəri Əkbər ağa səsə qoyduqda, Əliağa Xəlil oğluna 94 səs, Ağamirzə Seyfəl oğluna 102 səs çıxdı. Əkbər Məhəmmədov və Əhmədcan artıq səs alanı qəbul etməyərək, camaatın etirazını dəxi nəzərə almaq istəmədi və əmr etdi ki, milislər camaatı tatarı [qamçı] ilə döyüb dağıtsınlar. Milislər hətta 15 qədər güllə atdılar. Camaat bu vəhşilikdən təngə gəlib, Əkbər Məhəmmədovu döyməyə başladılar...”
362
15
Son iki-üç həftəni xəstəxanada və evdə keçirtdiyim üçün hər axşam bu və ya digər filmə/youtube-videoya baxıram (xəstəxanada olduğum vaxtda günə 1 film, ən azı 1 seriya və 1 iki-üç saatlıq Youtube video). Hiss etdim ki, azərbaycan dilində olan kontenti tapa bilmirəm. Bu dövrdə baxdığım azərbaycandilli Youtube-kanallar bunlardır: - Kandar - bu kanala çoxdan abunə olmuşam, amma nəsə cəlb etməyib (Hilal Baydarovun 4 saatlıq müsahibəsinə baxmaq heç həvəsli deyildim). Amma xəstəxanada qalanda elə bir gündə iki müsahibəyə - Dj Fateh və Mübariz Əsgərova baxdım. Düzdür bəllidir ki, jurnalistlər ilə müsahibədə aparıcı senzura və s. dair nəsə sual verməyəcək (bura Azərbaycandır və hamımız hər şeyi başa düşürük), amma iki maraqlı buraxılış idi. Tədricən digərlərinə də baxacağam; - Lamiye Blue-Fox - bizim oxu siyahımız heç vaxt üst-üstə düşməyəcək, amma ən azı mövcud trendlər (müəllif tez-tez indi populyar olan və s. haqqında danışır) və ümumiyyətlə fərqli ədəbiyyat haqqında məlumat verir. Ən azı bu və ya digər əsər haqqında məlumatlı oluram və artıq sonradan oxuyub/oxumamağa dair qərar verirəm; - Content TV - bu kanalda çıxan Çənə podkast əsasən repə və s. həsr olunub. Düzünü desəm müasir repdən heç məlumatlı deyiləm, amma kanalda olan replə yalnız cüzi əlaqəsi olan bir neçə videoya baxmışam. Misal üçün, bir-iki gün əvvəl Emil Quliyev ilə müsahibəyə baxmışdım, bundan əvvəl İlkin Həsəni, Emin Əfəndi, Kamran Həsənli və s. Vəssalam. Düzdür parallel olaraq bəzi digər Youtube-kanallarda ayrı-ayrı videolara baxmışam (misal üçün, hətta "Pələng" kanalından Kür çayı üzrə səyahətə (başqa heç bir videosuna baxmaq niyyətim belə yoxdur), Vuvuzela Media üzrə müsahibələr, Fərhad Pərvizi (o da əgər müsahibə səs-küy yaratdısa. Bu günə kimi deyəsən 2 videoya baxmışam)), amma ümumən başqa nəsə bilmirəm. Əgər maraqlı azərbaycandilli Youtube-kanal bilirsinizsə, məsləhət görün.
376
16
O gün danışdığım mövzuya dair bu gün daha bir məqalə ilə tanış oldum. Elə müvafiq essedə istinad verilən Ha-Joon Chang-in "Breaking the mould: an institutionalist political economy alternative to the neo-liberal theory of the market and the state" ("Mövcud çərçivədən kənara çıxmaq: bazarın və dövlətin neoliberal nəzəriyyəsinə institusionalist siyasi iqtisad alternativi") məqaləsi idi. Müəllifin əsas fikri elə qeyd etdiyim essedə ifadə olunmuşdu - yəni azad bazarın yaranması üçün də dövlət lazımdır. Məqalədə ən maraqlı tərəfi müəllifin göstərdiyi nümunələrdir. Misal üçün, o qeyd edir ki, "many neo-liberal economists, who criticise minimum wages and ‘excessively’ high labour standards in the advanced countries as unwarranted state interventions that set up artificial entry barriers into the labour market, do not regard the heavy restrictions on immigration that exist in these countries as a state intervention (and indeed many of them will support stringent immigration control)" ("İnkişaf etmiş ölkələrdə minimum əməkhaqqını və “həddindən artıq” yüksək əmək standartlarını əmək bazarına süni giriş maneələri yaradan, əsassız dövlət müdaxilələri kimi tənqid edən bir çox neoliberal iqtisadçı bu ölkələrdə mövcud olan immiqrasiyaya dair ciddi məhdudiyyətləri dövlət müdaxiləsi hesab etmir (hətta onların bir çoxu sərt immiqrasiya nəzarətini dəstəkləyir"). Əslinə qalsa elə immiqrasiyaya dair məhdudiyyətlər elə əmək bazarına təsir edən ən əsas məhdudiyyətlərdən biridir. Belə ki, məntiqlə neo-liberallar immiqrasiya məhdudiyyətlərinə qarşı çıxış etməlidirlər, çünki immiqrasiya nəticəsində əməkhaqqı səviyyəsi aşağı düşür və işçilər arasında rəqabət artır (yeri gəlmişkən, işçilər cəhətindən solçular belə immiqrasiyaya qarşı çıxış etməməlidirlər. Düzdür əməkhaqqının aşağı düşməsi də problemdir, amma məhz immiqrasiya vasitəsilə dünya proletariatı birləşə bilər və əməkhaqqının azalmaması uğrunda mübarizə aparacaq, əks halda bu mümkün deyil və tamamilə başqa bir şərait yaranır). Yəni neo-liberallar da sona kimi liberal ola bilmirlər və konkret bir tərəfi tutmağa çalışırlar. Əslinə qalsa isə indi ABŞ, Avropa, Avstraliya və s. özünü kapitalistik və bazar iqtisadiyyatı adlandıran hər bir ölkə immiqrasiya məhdudiyyətlərinə qarşı mübarizə aparmalıdırlar.
380
17
Maraqlı faktlar sırasında: keçən il ARDNF 57,5 ton qızıl əldə edib. Əldə etdiyi qızılın orta qiyməti bir tona görə 109 milyon
Maraqlı faktlar sırasında: keçən il ARDNF 57,5 ton qızıl əldə edib. Əldə etdiyi qızılın orta qiyməti bir tona görə 109 milyon USD təşkil edib (ilin əvvəlində 86.8 milyon, ilin sonunda artıq 135 milyon). Bu ilin aprel ayında 22 ton qızılın bir tonunu 158.4 milyon dollara satıb. Nəticədə bu əməliyyatdan təxmini 600 milyon dollar həcmində gəlir əldə edib.
1 238
18
Cədvəl 1. İnvestisiyaların həcmi və ÜDM. Cədvəl 2. Ödənilməsini təmin olunan gecikdirildiliyən vəsaitin həcmi+1
Cədvəl 1. İnvestisiyaların həcmi və ÜDM. Cədvəl 2. Ödənilməsini təmin olunan gecikdirildiliyən vəsaitin həcmi
405
19
Azərbaycanda çox möhtəşəm bir iqtisadiyyat qurulub – hər şey dövlətdən asılıdır (o gün istinad etdiyim müzakirədə maraqlı bir fikir deyilmişdi: “дело не в том, что очень много государства в экономике, а в том, что в экономике очень мало чего-либо, кроме государства” ("məsələ iqtisadiyyatda dövlətin çox olmasında deyil, məsələ iqtisadiyyatda dövlətdən başqa çox az şeyin olmasındadır"). Deməli ölkədə rəsmi staqnasiya qeydə alınan kimi maliyyə nazirliyi, iqtisadiyyat nazirliyi birdən birə hərəkətə keçdilər və iqtisadiyyata pul yatırımları artırıldı. Bir ay ərzində müxtəlif layihələrə 1.4 milyard manat dövlət investisiyası yatırılmışdı. Müqayisə üçün, may ayında bu göstərici 654 milyon manat idi. Bu hətta əvvəlki il ilə müqayisədə 2.2 dəfə çox idi. Nəticədə ÜDM 0.8%-lik artım göstərdi. İyul ayında bu işi davam etdilər və artıq 900 milyon manat yatırılmışdı. Düzdür əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25% az idi, amma hər bir halda ilin əvvəli ilə müqayisədə əhəmiyyətlə dərəcədə çox idi. Rəsmi məlumata görə iyulun sonunda iqtisadiyyatda 1.4%-lik artım qeydə alınmışdı. Yeri gəlmişkən, dövlət investisiyalarında dəyişiklik və ÜDM-də dəyişikliyi müqayisə etsək, 83.6%-lik korrelyasiya göstərir. Müqayisə üçün özəl investisiyaları üçün bu göstərici cəmi 10%-dir. Maraqlıdır ki, bu investisiyaların effektini müxtəlif sahələrdə görə bilərik. Misal üçün, aylıq olaraq izlədiyim ödənilməsinin təmin olunan gecikdirildiliyən vəsaitin həcminə dair statistikada da bunun effektini görmək olar. Belə ki, ilin ilk yarısında gecikdirilən vəsaitin həcmi keçən il ilə müqayisədə 164%-lik artım göstərmişdi, amma iyul ayında əksinə 13%-lik azalma qeydə alınıb. Yəni təxmin edə bilərik ki, şirkətlər vəsait əldə etdilər və gecikdirilmə azaldı.
376
20
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov: “Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200 milyard dollar
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov: “Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir”. Düzünü desəm bu rəqəmin BŞİH-ə hansı aidiyyətinin olub-olmamasını bilmirəm (BŞİH daha çox öz investisiyaları və ya dövlət investisiyaları haqqında danışmalıdır). Bəllidir ki, bu dövrdə həyata keçirilən hətta neft-qaz layihələrinə investisiyalar Bakının payına düşürdülər və bunun konkret şəhərin inkişafına heç bir aidiyyəti yoxdur. Amma hər bir halda təsadüfən bu rəqəmi yoxlayarkən maraqlı bir faktla rastlaşdım. Deməli Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas kapitala investisiyaların həcmində 2005-2025-ci illərdə Bakının payına 195,3 milyard manat düşürdü. Bu da 167 milyard dollar edir (onun da əhəmiyyətli hissəsi sənayenin payına düşür. Misal üçün, 2018-2024-cü illərdə Bakı şəhərinə yatırılan investisiyaların 57% sənayenin payına düşürdü).
387