Mashalli
Відкрити в Telegram
Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Показати більше1 894
Підписники
-624 години
-87 днів
+1130 день
Триває завантаження даних...
Схожі канали
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
липень '26
липень '26
+32
в 2 каналах
червень '26
+26
в 2 каналах
Get PRO
травень '26
+22
в 2 каналах
Get PRO
квітень '26
+15
в 3 каналах
Get PRO
березень '26
+45
в 4 каналах
Get PRO
лютий '26
+22
в 3 каналах
Get PRO
січень '26
+26
в 2 каналах
Get PRO
грудень '25
+14
в 3 каналах
Get PRO
листопад '25
+14
в 3 каналах
Get PRO
жовтень '25
+22
в 2 каналах
Get PRO
вересень '25
+31
в 4 каналах
Get PRO
серпень '25
+34
в 3 каналах
Get PRO
липень '25
+16
в 2 каналах
Get PRO
червень '25
+9
в 3 каналах
Get PRO
травень '25
+27
в 3 каналах
Get PRO
квітень '25
+30
в 3 каналах
Get PRO
березень '25
+28
в 5 каналах
Get PRO
лютий '25
+30
в 4 каналах
Get PRO
січень '25
+54
в 5 каналах
Get PRO
грудень '24
+37
в 4 каналах
Get PRO
листопад '24
+44
в 2 каналах
Get PRO
жовтень '24
+46
в 3 каналах
Get PRO
вересень '24
+28
в 2 каналах
Get PRO
серпень '24
+30
в 2 каналах
Get PRO
липень '24
+17
в 2 каналах
Get PRO
червень '24
+23
в 3 каналах
Get PRO
травень '24
+37
в 4 каналах
Get PRO
квітень '24
+45
в 4 каналах
Get PRO
березень '24
+48
в 4 каналах
Get PRO
лютий '24
+62
в 9 каналах
Get PRO
січень '24
+93
в 4 каналах
Get PRO
грудень '23
+54
в 3 каналах
Get PRO
листопад '23
+31
в 4 каналах
Get PRO
жовтень '23
+31
в 5 каналах
Get PRO
вересень '23
+34
в 0 каналах
Get PRO
серпень '23
+21
в 0 каналах
Get PRO
липень '23
+57
в 0 каналах
Get PRO
червень '23
+35
в 0 каналах
Get PRO
травень '23
+45
в 0 каналах
Get PRO
квітень '23
+118
в 0 каналах
Get PRO
березень '23
+56
в 0 каналах
Get PRO
лютий '23
+30
в 0 каналах
Get PRO
січень '23
+52
в 0 каналах
Get PRO
грудень '22
+41
в 0 каналах
Get PRO
листопад '22
+28
в 0 каналах
Get PRO
жовтень '22
+37
в 0 каналах
Get PRO
вересень '22
+51
в 0 каналах
Get PRO
серпень '22
+86
в 0 каналах
Get PRO
липень '22
+31
в 0 каналах
Get PRO
червень '22
+38
в 0 каналах
Get PRO
травень '22
+81
в 0 каналах
Get PRO
квітень '22
+34
в 0 каналах
Get PRO
березень '22
+44
в 0 каналах
Get PRO
лютий '22
+18
в 0 каналах
Get PRO
січень '22
+20
в 0 каналах
Get PRO
грудень '21
+20
в 0 каналах
Get PRO
листопад '21
+37
в 0 каналах
Get PRO
жовтень '21
+42
в 0 каналах
Get PRO
вересень '21
+48
в 0 каналах
Get PRO
серпень '21
+68
в 0 каналах
Get PRO
липень '21
+31
в 0 каналах
Get PRO
червень '21
+20
в 0 каналах
Get PRO
травень '21
+39
в 0 каналах
Get PRO
квітень '21
+51
в 0 каналах
Get PRO
березень '21
+46
в 0 каналах
Get PRO
лютий '21
+54
в 0 каналах
Get PRO
січень '21
+205
в 0 каналах
Get PRO
грудень '20
+1 598
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 17 липня | +2 | |||
| 16 липня | 0 | |||
| 15 липня | +2 | |||
| 14 липня | +1 | |||
| 13 липня | +4 | |||
| 12 липня | +2 | |||
| 11 липня | +1 | |||
| 10 липня | +1 | |||
| 09 липня | +1 | |||
| 08 липня | +1 | |||
| 07 липня | +5 | |||
| 06 липня | +1 | |||
| 05 липня | +4 | |||
| 04 липня | +3 | |||
| 03 липня | +1 | |||
| 02 липня | +2 | |||
| 01 липня | +1 |
Дописи каналу
Mən təxmini 2023-cü ildən bəri bu reyestr məlumatlarını yükləyirəm. Təəssüflər olsun ki, bu reyestr davamlı olaraq hansısa alət vasitəsilə yükləmək mümkün deyil. Ona görə nəsə izləmək bir az çətindir. Amma bununla belə müəyyən bir müəssisə bağlanandan sonra bir müddət keçdikcə reyestrdən silinir. Silinən obyektləri mən görmürəm, amma sağ olsunlar ən azı mövcud olan obyekt sayını göstərirlər. Əgər mənim yüklədiyim və onların təqdim etdikləri rəqəmləri müqayisə etsək görə bilərik ki, Azərbaycanda ən azı hər 4 restoran/kafedən 1-i bağlanır. Dediyim kimi hansı tezlikdə və hansı səbəbə dair məlumat tapmaq çətindir.
Pərakəndə satışda bir qədər başqa tendensiya mövcuddur. Orada müasir ticarət kanalı (yəni özünəxidmət və kassada ödəniş) ənənəvi ticarət kanalını sıxışdırmağa davam edir və sonuncusunun azalmasına gətirir. Bununla parallel olaraq bir sıra şəbəkələr, əsasən Oba supermarket və Al market, hər ay təxmini 20-30 yeni mağaza açırlar və bununla da nisbətən bağlanan obyekt sayı kompensasiya olunur.
| 2 | Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və subyektləri haqqında reyestr məlumatlarına əsasən deyə bilərik ki, 2019-2025-ci illərdə Azərbaycanda ən azı 5 min ictimai iaşə və 1 min pərakəndə satış mağazası bağlanıb. | 208 |
| 3 | Maraqlı faktlar sırasından: Kontur Arxitektura Layihə-Sənaye QSC 2024-cü ildə 19,8 milyon manat gəlir əldə edib. Bu vəsaitin 18,8 milyonluq hissəsi Ağdam Dəmir Yol və Avtovağzal Kompleksinin tikinti işlərindən əldə edib. 2025-ci ildə şirkət 45,2 milyonluq gəlirinin artıq 27,5 milyonluq hissəsini bu layihə hesabına qazanıb.
Qeyd etmək lazımdır ki, şirkətin sahibi vaxtilə əməkdar mühəndis fəxri adı və Tərəqqi medalını almış Rizvan İlyas oğlu Rzayevdir. Vaxtilə Azəryolservis ASC və ADY QSC-nin rəhbər vəzifələrində çalışıb. 2025-ci ildə onun dividend gəliri 1.4 milyon manat təşkil edib. | 248 |
| 4 | Cədvəl 1. Çiyələk istehsalı və ixracı, min ton (2025-ci il üçün ümumi istehsal həcminə dair məlumat dərc olunmayıb. Təxminlərimiz hökumət tərəfindən elan olunan əkinlərin sahəsinə və orta məhsuldarlıq göstəricisinə əsaslanır). | 802 |
| 5 | Azərbaycanın qeyri-neft ixracatı haqqında
Keçən ildən yadımdadır ki, çiyələyi (ümumi olaraq giləmeyvələri də) heç normal həcmdə əldə etmək imkanım (müqayisə üçün, keçən il cəmi 4 dəfə 300-400 qramm almışam, bu ilin may-iyun aylarında 6 dəfə daha böyük həcmdə) olmamışdı. Dövlət Statistika Komitəsi də təsdiqləyir ki, mövsümdən kənar və mövsüm zamanı çiyələyin qiymətində 2025-ci ildə dəyişiklik cəmi 13% olmuşdu (yəni mövsümdən kənar kiloqramı 5 AZN-ə satılırdısa, mövsümdə bu 4.33 təşkil etmişdi. Düzdür 2018-ci ildən bəri DSK bir sıra meyvə və giləmeyvələr üzrə absolyut qiymətləri təqdim etmir. Səbəbinə dair heç bir izah verilməmişdi). Mən adətən çiyələyin qiymətində düşməni gözləyib (bu il artıq gözləmədim), sonra onu almağa başlayıram. Səbəb da sadədir, qabaqlar həmişə çiyələyi 1 manatdan baha almamışam və eyni zamanda mövsümun gəlməyi ilə bazarda bolluq olur, bu da qiymətə təsir edir. Amma keçən il bolluğu müşahidə etmədim. Yalnız iyunun ortalarında qiyməti hardasa 2-2.5 AZN-ə kimi düşdü (müqayisə üçün, 2025-ci ildə Rusiyaya ixrac olunan çiyələyin orta qiyməti bir kiloqram üçün 1.86 AZN idi), amma artıq son partiyalar idi. Bəs bunun səbəbi nə idi?
Dövlət Statistika Komitəsi bəlli olmayan səbəbə görə ölkə üzrə çiyələyin istehsalı haqqında məlumatı “digər giləmeyvə istehsalı” adı altında gizlədir. Misal üçün, ayrıca olaraq tut, albalı, gilas və s. haqqında məlumat var, amma konkret çiyələk ayrılmır. Ölkənin kənd təsərrüfatı ixracının 4%-ni təşkil edən məhsula dair məlumatı tapmaq çətindir.
Hər bir halda 2016-ci ildən bəri ölkə üzrə çiyələk istehsalında artım başladı. Belə ki, 2016-ci ildə Azərbaycanda 2 min ton çiyələk istehsal olunmuşdusa (bu rəqəm 2000-ci illərin əvvəlindən sabit idi), 2017-ci ildə artıq 8.4 min tona çatdı. Bu da devalvasiyadan sonra “qeyri-neft iqtisadiyyatının inkişafı” çərçivəsində atılan addımlar nəticəsində baş verdi. Amma o dövrdə məhsulun əsas hissəsi daxili bazar tərəfindən istehlak olunurdu. Nəticə etibarilə ölkədə çiyələk bolluğu yaranmışdı.
Daha bir böhrandan, karantindən, sonra görünür ki, yeni istiqamətlər axtarışında hökumət və aqrar şirkətlər çiyələyə rast gəldilər və.. başladı. 2021, 2022 və 2023-cü illərdə artıq çiyələk ixracının fiziki həcmi əvvəlki il ilə müqayisədə 2(!) dəfə artırdı. Nəticədə 2024-cü ilə sabit olaraq 20 min ton həcmində ixrac səviyyəsinə çatdı. Görünür ki, bu hökuməti razı salmadı və 2025-ci ildə yanaşma dəyişdi. Əgər Azərbaycan illərlə cəmi 2-3 min ton çiyələk ilə özünü təmin edirdisə, niyə daxili bazar üçün ayrılan həcm bundan çox olmalıdır? Ona görə 2025-ci ildə daxili bazara cəmi 5 min ton ayrıldı. Qalan məhsul isə ixraca getdi.
Yeri gəlmişkən, əhəmiyyətli hissəsi ixraca gedən təkcə çiyələk deyil. Misal üçün, xurma üzrə bu göstərici 84.4%, şaftalı üzrə 81.6% və s. Ümumiyyətlə əgər ölkəmizdə bazarda bu və ya digər meyvə və ya tərəvəzin qiymətinin mövsümdə yüksək olmasını müşahidə edirsinizsə, deməli bu məhsulun əhəmiyyətli hissəsi ixraca gedir və daxili bazara satanlar buna görə də qiyməti qaldırırlar. | 848 |
| 6 | 2018-2025-ci illərdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının strukturunda son 8 il ərzində ciddi dəyişikliklər baş verib. Fiziki həcm olaraq şaftalının payı 1%-dən 10%-ə kimi artıb. Bununla da pomidor və xurmanın payı azalıb. Ümumən isə Azərbaycan daha çox meyvə və bostan bitkiləri ixrac etməyə başlayıb. | 1 014 |
| 7 | Maraqlı faktlar sırasından: 2025-ci ildə Azərbaycan 310 594 ədəd kondisioner idxal edib. Müqayisə üçün Almaniyada 2025-ci ildə satılan kondisionerlərin ümumi sayı 350-450 min ədəd olaraq qiymətləndirilir. | 1 108 |
| 8 | Futbolun inkişafı haqqında: periodik olaraq skandinav ölkələrindən birinin yığması dünya arenasında özünü göstərməyə müvəffəq olur. Hər dəfə də məlum olur ki, bu müvafiq ölkədə həyata keçirilən məqsədyönlü (və ya bizim mediaların tərzində desək uzaqgörən) siyasətinin nəticəsidir. Misal üçün, vaxtilə İslandiya, Danimarka yığmaları məşhurlaşmışdı. İndi hamı Norveç millisi haqqında danışır. Sonradan bu ölkələrin futbol klubları artıq bir çox futbol yarışların ənənəvi iştirakçılarına çevrilirlər.
Bəs bu uğurların səbəbi nədir? Əlbəttə ki, bu ölkələrdə həyata keçirilən idman siyasətinə təsir edən bir çox amillər var, amma ən əsası və vacibi - futbol infrastrukturudur. Bütün ölkələr ilk əvvəl infrastrukturu (futbol infrastrukturu deyiləndə, əlbəttə ki, təkcə futbol meydançası nəzərdə tutulmur. Amma hər bir halda ən yüngülü budur deyə onu müqayisə edək) qururdular, sonra digər addımları atırdılar. Müqayisə üçün:
İslandiya - 179 futbol meydançası (əhalisinin sayı 400 min, və ya 10 min nəfərə 4.5 futbol meydançası)
Norveç - 2000 futbol meydançası (əhalisinin sayı 5.7 milyon, və ya 10 min nəfər 3.5 futbol meydançası)
Danimarka - 1796 futbol meydançası (əhalisinin sayı 6 milyon, və ya 10 min nəfərə 3 futbol meydançası)
Azərbaycanda - 196 stadion (əhəmiyyətli hissəsinin yalnız adı qalıb. Yeri gəlmişkən, rəsmi məlumata görə Norveçdə 1000 nəfərdən çox tutumu olan 80 stadion var. Azərbaycanda isə 1500 nəfərdən çox tutumu olan 76 stadionun olduğu deyilir). Dəqiq nəsə demək çətindir, amma təxmin edək ki, qoy hər stadionda və ya onun yaxınlığında ən azı 2 futbol meydançası var, bu da hardasa 400 edir. Rəsmi olaraq ölkə əhalisinin sayı 10 milyondur. Bu da 10 min nəfərə 0.4 meydança deməkdir.
Yəni infrastruktur olmayanda yerli futbolçulardan nə gözləmək olar? İlk əvvəl futbolçuların yaranması üçün infrastruktur lazımdır. Ondan sonra artıq tələblər arta bilər. Bizdə birincisi olmadığı halda, keyfiyyət və s. haqqında danışmaq mümkün deyil (yeri gəlmişkən, hətta Gürcüstan haqqında danışsaq, onlarda da son nəsil müxtəlif yerli səviyyəli turnirlər nəticəsində akademiyalara və s. düşüblər. Amma yerli səviyyədə belə oynamaq üçün ən azı 400 meydança var idi). Yeri gəlmişkən, burada AFFA-nın da müəyyən rolu ola bilər, amma praktiki olaraq bu işlər daha çox hökumətə aiddir. | 476 |
| 9 | İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımov REAL TV-nin efirində: "Şəxsən, bəlkə də səhv edirəm, bəlkə də televiziya rəhbəri bunu deməməlidir, ancaq mən əminəm ki, televiziya son illərini, onilliyini yaşayır. Ənənəvi formatda".
Deməli Fox Sports Dünya Çempionatını teleyayım hüquqlarını 485 milyon dollara əldə edib. Bir sıra hesablamalara görə təkcə oyun zamanı baş verən "su fasilələri" ən azı TV-yə 250 milyon dollar gəlir gətirə bilər. Bununla bərabər Nielsen-in hesablamasına görə Dünya Çempionatının oyunları artıq bir sıra rekordları vurur. Misal üçün, ABŞ-Bosniya oyununa 24,4 milyon insan baxıb (pikdə 32 milyona çatırdı). Hesablamalara görə 2025-ci ildə ABŞ teleməkanında yalnız 12 translyasiya bundan çox auditoriya toplamağa müvəffəq olub. Nəticə etibarilə bir çoxları hesab edir ki, Fox bu hüquqları çox ucuza alıb və yaxşı da qazanacaq (əlavə etmək lazımdır ki, ABŞ teleməkanında həm də ispan dilində Telemundo da eyni oyunları göstərir). Müqayisə üçün, ənənəvi televiziya olmayan Netflix ildə cəmi 5 NFL oyunu göstərmək üçün 375 milyon dollar ödəniş edib.
Düzdür müqayisə tam da doğru deyil, amma İTV hər bir halda Dünya Çempionatının oyunlarını göstərir (ödənişi, qazancı və s. barədə bizim heç bir məlumatımız yoxdur). Eyni zamanda heç vaxt belə pafoslu söhbətləri başa düşməmişəm. Teleməkan dəyişir - bəli, formatlar dəyişir, amma insanlar televizora daha çox baxmağa başlayıblar (Netflix, HBO və s. insanlar oturub telefon və ya laptop üçün əldə etmirlər). İndi televizora baxarkən İTV-nin Youtube kanalına ya efirinə baxırlarmı, bu ciddi bir fərq deyil, sadəcə şirkətdaxili şöbələrarası rəqabəti müəyyən qədər artıra bilər (amma bunu da düşünmürəm). | 547 |
| 10 | Bir az şəffaflıq haqqında
Rəsmi olaraq Gəncə Avtomobil Zavodu Xalq qəzetində maliyyə hesabatını dərc edib. İndi bilmirəm hansı tərəfdə problem yaranıb, amma qəzetin elektron versiyasında hesabat bu formada təqdim olunub. Qəzetin çap versiyasını görməmişəm, amma təxmin edirəm ki, ona baxan çox az adam var.
Nəticə etibarilə gündəlik olaraq rəsmi qəzetlərdən hesabatları xəbər kimi təqdim edən KİV-lərimiz burada heç nə görmədilər və Gəncə Avtomobil Zavodunun maliyyə məlumatlarına dair mediamızda heç bir xəbər paylaşılmadı. Təxmin edirəm ki, heç kimin ağlına sorğu ilə müraciət etmək kimi bir ideya da gəlmədi. Nəticədə şirkət öz "öhdəliyi"ni yerinə yetirib, ictimaiyyət də bu barədə heç nə öyrənməyib. | 430 |
| 11 | Rusiyada benzin problemi yarandığından müxtəlif telegram-kanallarında indiki vəziyyəti SSRİ dövrü ilə müqayisə etməyə başlayıblar. Əsas nəticə odur ki, indi problemlərin olmasına baxmayaraq SSRİ dövrü ilə müqayisədə minimal/orta əməkhaqqıya daha çox benzin almaq mümkündür. Yəni özünəməxsus "benzin" indeksidir.
Düşündüm ki, bizi də müqayisə etmək lazımdır. Deməli Sovet dövründə minimal əməkhaqqı əsasən 70 rubl təşkil edirdi (1969-1971-ci illərdə 60 rubl idi. Ondan sonra 1991-ci ilə kimi göstərici dəyişməmişdi). 80-ci illərdə (ölkə üzrə avtomobilləşmə dövrü başlamışdı. Əgər 1970-ci ildə bütün SSRİ üzrə 1.5 milyon minik avtomobili var idisə, 1980-ci ildə artıq il ərzində 1.2 milyon satılmışdı) benzinin qiyməti ciddi sürətdə artırdılar və nəticədə minimal əməkhaqqı ilə müqayisədə cəmi 233 litr benzin almaq mümkün idi.
İndiki Azərbaycanda isə minimal əməkhaqqıya 348 litr benzin almaq mümkündür. Göründüyü kimi 1980-ci illər ilə müqayisədə biz təxmini iki dəfə daha yaxşı yaşamağa başlamışıq! | 446 |
| 12 | Bu yaxınlarda Gürcüstan Statistika İdarəsi ölkədə 2024-cü ildə keçirilmiş siyahıyaalmanın ilkin nəticələrini dərc edib. Məlumata görə, ölkə üzrə azərbaycanlıların sayı 10 il əvvəlki dövr ilə müqayisədə 14% artıb. Bununla belə Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının sayı isə 10 il ərzində 2.5 (!) dəfə artıb.
Yeri gəlmişkən, yerli xalqlar arasında ən böyük artımı məhz azərbaycanlılar göstərib. Gürcülər üzrə sayda artım 2.5%, ermənilər üzrə isə 0.7% təşkil edib. | 1 118 |
| 13 | - Несин А. Король футбола. Москва. 1973. 190с. - vaxtilə hansısa səbəbə görə bu kitabın audio-formatını yükləmişdim deyə ayın ortasında kitab yadıma düşərkən, bu əsər qarşıma çıxdı. Prinsipcə mənlik bir janr deyil. Düzdür maraqlıdır, gülməlidir, amma ürəyimcə deyildi. Məsələ daha çox mövzu ilə bağlı idi. Satirik romanları oxumağı sevirəm, sadəcə Galatasaray-Fənərbahçe rəqabətinə həsr olunmuş satirik roman oxumaq nəsə "ne to"dur. Bəlkə hardasa 10-15 il əvvəl oxusaydım daha maraqlı gələrdi;
- Elçin. SOS. Bakı. 1969. 96s. - bu ay cəmi iki kağız kitab oxumuşam, ikisini də broşür və ya kitabça adlandırmaq daha düzgün olardı. Babama məxsus və ona vaxtilə hədiyyə olunmuş kitablardan ibarət rəfə baxarkən bu povestə rast gəldim. Bundan əvvəl Elçinin heç bir əsərini oxumamışdım deyə düşündüm ki, tanış olmaq gec deyil (niyə məhz bu kitabçanı vaxtilə babama hədiyyə etmişdi, bilmirəm). Qısa olaraq əsər iki azərbaycanlı tələbənin böyük Moskvada prezervativ tapmadıqlarına həsr olunub. Ya da başqa tərəfdən cinsi təhsilin zəifliyinə həsr olunduğunu demək olar. Nəticədə qız hamilə oldu və bu hamiləlik ilə nə edəcəyinə dair heç bir fikri yox idi. Əslinə qalsa mövzunu daha da geniş açmaq olardı, amma göründüyü odur ki, müəllif sosial mövzuların açılması cəhətindən çox da peşəkar deyil və ona görə imkanı yalnız qısa povestə (povestin yarısı da qızın anasının xatirələrindən ibarətdir) çatdı;
- Y.V. Çəmənzəminli. Son bahar. Bakı. 1968. 112s. - Yusif Vəzirin bir sıra hekayə və felyetonlardan ibarət məcmuəsidir. Görünür kitabın tərtibatçısı qadın olduğu üçün məcmuədə olan felyetonların və hekayələrin əhəmiyyətli hissəsi qadınlara və qadın hüquqlarına həsr olunub. Başqa tərəfdən hekayələrdən biri həddindən artıq Çak Palanikin "Döyüşçü klubu" romanının əvvəlinə oxşayır. Deməli "İki cocuq" hekayəsində əsas qəhrəman başqa bir uşağa rast gəlir və onun tərəfindən "mükəmməl döyülür" və heç bir müqavimət göstərmir. Yəni döyülmək istəyirdi. Deyirəm Yusif Vəzir bu mövzunu davam etdirsəydi, bəlkə yerli "Döyüşçü klubu" yazacaq idi...
- Əli Əkbər. Gilə. Bakı. 2020. 126s. - Azərbaycan ədəbiyyatı ilə ayı davam etdirmək qərarına gəldim deyə ilk rast gəlinən audiokitabı yüklədim. Nəsə belə ortababat və heç bir ciddi məna daşımayan bir əsərdir;
- A.H. Tanpınar. Saatleri Ayarlama Enstitüsü. İstanbul. 2014. 397s. - düşündüm ki, türk satirik ədəbiyyatı ilə tanışlığı davam etdirmək lazımdır. Yoxsa tanıdığım yalnız Əziz Nesin və Nazim Hikmətdir. Süni intellekt A.H. Tanpınarı tövsiyə etdi. Təklif etdiyi kitablar arasında yalnız bu romanının audio formatını tapdım deyə qulaq asmağa başladım. Əsər haqqında xüsusi nəsə deyə bilmərəm. Avtobusda gedəndə qulaq asmaq üçün bu romanı tövsiyə edə bilərəm, amma bundan kənar nəsə deyə bilmirəm. Düzdür gülməli məqamları var. Amma ümumən heç də xüsusi təəssürat yaratmadı. | 449 |
| 14 | Keçən ayı məhz Azərbaycan və Türk ədəbiyyatına (bu ayı da eyni tərzdə davam etdirmək niyyətim var) həsr etmişdim. Amma eyni zamanda oxuduğum kitab sayı və həcmi cəhətindən iyun ayı mənim üç çox zəif idi. Cəmi 10 gün ərzində mən özüm üçün təyin etdiyim minimal normanı (günə 50 səhifə) yerinə yetirmişəm. O da əsasən audio-kitablar hesabına baş verib. Gördüyünüz siyahıda olan 5 kitabdan 3-nü audio-formatda qulaq asmışam. Səbəb çox sadə idi - ayın yarısını səhər 6-da axşam saat 8-ə kimi işləyirdim. Hətta futbola baxmağa vaxtım qalmırdı (hətta burada keçən ay ərzində status paylaşmağı unudurdum). Nəsə, keçək siyahıya: | 400 |
| 15 | P.s. Qeyd olunan liseylər üzrə göstəricilər. | 502 |
| 16 | Məktəbi bitirərkən, təhsili davam etdirmək və ya müstəqil həyata daxil olmaq üçün biz imtahan verməliyik. Burada danışdığım imtahan məcazi mənada yox, konkret real olan nəzərdə tuturam. Misal üçün, mənim bu imtahanlara yanaşmam qeyri-ciddi idi. Düzdür hazırlığa və s. gedirdim (atamın tanışları hesabına hazırlıqlar demək olar ki, pulsuz idi), amma çox ciddi narahatlığım yox idi. Vecsiz idim. Amma bir çoxları əksinə ciddi olaraq hazırlaşırdı, yoxlamalara gedirdi, gündə 2-3 dəfə fərqli müəllimlərə gedirdi (möhtəşəm yaddaşa malik olan dostum hər fənn üzrə iki müəllimin yanına gedirdi, amma nəticədə məndən cəmi 60 bal çox yığdı. O da mənim hər suala cavab vermək həvəsim ilə bağlıdır. Bilmədiyim suallara cavab yazmasaydım, eyni yığırdım). Bəs yaxşı, keçmiş TQDK, indiki DİM imtahanları əhalinin sosial vəziyyətinə necə təsir? Ümumiyyətlə bu imtahanların əsas məqsədi nədir? Universitetdə oxumaq bacarığını yoxlayır? Məktəbdə əldə olunan bilik səviyyəsinimi? Ya məktəbi yoxlayırlar?
2020-ci ildə Rusiyada dərc olunmuş tədqiqata görə belə tipli imtahanların əsas məqsədi sosial bölgünü saxlamaqdır. T. Xavenson, T. Çirkina və M. Cekson 2020-ci ildə 9 və 11-ci siniflərdən sonra verilən imtahanların rolunu araşdırdılar. Onların hesablamalarına görə yüksək nəticələrə yönəlmiş imtahanlar insanların sosial-iqtisadi vəziyyətini müəyyən edirlər. Faktiki olaraq insanın hansı gəlir qrupuna aid olmasının 25-45%-ni məhz belə tipli imtahanlar müəyyən edir. Özü də problem imtahanda olmaya bilər. Sadəcə bu imtahanlar elə bil hazırlıq və s. tələb edir ki, faktiki olaraq sən artıq əvvəlcədən öz sosial-iqtisadi vəziyyətini göstərirsən. Normal və ətraflı hazırlıq üçün pul lazımdır. Bu pul isə müvafiq olaraq varlılarda var. Kasıblar isə nəticədə kəsilir. Əlbəttə ki, istisnalar ola bilər. Amma məsələ odur ki, cəmiyyətin həyatı istisnalar ilə müəyyən edilmir.
Nəticə etibarilə belə tipli imtahanlar faktiki olaraq elitar təhsili formalaşdırır. Ən yüksək bal toplayanlar isə əsasən daha varlı ailələrdən olurlar və faktiki öz icmalarından çıxmırlar (yeri gəlmişkən, o zaman mənim ətrafımda 600 baldan yuxarı yığanlar hamısı ya orta məmur, ya da varlı ailələrdən idilər), çünki qəbul olunduqları universitetlər, fakültələr və s. eynidir. Vəsaitin yoxdursa, sən bunun üçün heç bir addım ata bilməcəyəksən. Əlbəttə yaxşı oxuyub, sən də müvafiq çevrəyə düşə bilərsən, amma təxmin edirəm ki, reallıq və çevrə fərqlənəcək və nəticə etibarilə keçid etmək çətin olacaq.
Başqa sözlə imtahan özü birbaşa olaraq təsir etmir, amma imtahanın nəticələri, ona hazırlıq və s. faktiki olaraq ailənin sosial-iqtisadi vəziyyətinin göstəricisidir. İmtahan da bu fərqləri neytrallaşdırmaq yerinə əksinə gücləndirir. Ümumi olaraq hər bir şəxsin ali təhsili əldə etmək şansı var, amma pulu olan şəxsin şansları qat-qat yuxarıdır.
Yeri gəlmişkən, elitar təhsil haqqında danışmışkən. Bu yaxınlarda bizim medialar onlardan gözlənilməyən təhlil aparıblar. Azedu.az saytı DİM tərəfindən təqdim olunan statistikanı təhlil ediblər və müəyyən ediblər ki, təqdim olunmuş statistikada bir neçə məktəb (Bakı Türk Anadolu liseyi, Azerbaijan British College təhsil kompleksi, Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya və Qərbi Kaspi Universitetinin nəzdində tam orta məktəb) yoxdur. Yəni qəbul nəticələrində müvafiq məktəblər üzrə abituriyent qeydə alınmayıb. Əslinə qalsa müvafiq məktəblər üzrə bir neçə abituryent imtahanlarda iştirak edib, sadəcə aşağı göstəricilər əldə ediblər. Amma ehtimal edirəm ki, müvafiq məktəblərdə oxuyanların əhəmiyyətli hissəsinin Azərbaycanda ali təhsil almaq kimi niyyətləri də yox idi. Bu isə daha bir göstəricidir. Ölkədə faktiki olaraq xaricdə təhsil alan bir çevrə formalaşır. Onlar əhalinin əhəmiyyətli hissəsindən uzaqdılar və faktiki ayrıdılar. Onlar sonradan Azərbaycana qayıdır və öz varidatı hesabına burada daha tez vəzifə və s. olaraq artmağa başlayırlar. Nəticə etibarilə ölkədə əhalinin əsas hissəsindən çox uzaq olan bir elita formalaşır. | 491 |
| 17 | Siz süni intellektdən necə istifadə edirsiniz? Əslinə qalsa indiki sistemlər bizə bir çox imkanlar açır. Misal üçün, öz işimdə mən çox da istifadə etmirəm, amma bəzi əməliyyatları sürətləndirmək cəhətindən süni intellekt əvəzsizdir. Məntiqlə onun əsas məqsədi biliyi və s. inkişaf etdirmək, yaymaqdır. Amma gördüyüm odur ki, insanlar bir çox hallada ondan mənasız yerə istifadə edirlər. Misal üçün, nəyisə oxumaq və araşdırmaq lazımdır. Süni intellekt bu zaman sənə ümumi olaraq kömək edə bilər, amma sənin biliyindən/təcrübən və s. bundan artmayacaq. Əksinə sənin rolun mənasız olacaq.
Ona görə ən azı oxuyub tanış olmaq lazımdır (süni intellekt lazım olmayan və ya tez-tez düzgün olmayan məlumatı verəcək, və sən bunu müəyyən edə bilməyəcəksən. O gün bir mətni tez bir tərcümə üçün süni intellektə verdim və o bir neçə yerdə mənanı belə dəyişdi). Amma görünən odur ki, indiki müddətdə bunu gözləmək düzgün olmazdı.
Deməli bu yaxınlarda Rusiyada ölkə üzrə süni intellekt istifadəsinə dair araşdırma aparıblar və məlum olub ki, ölkə üzrə süni intellektdən ən çox istifadə edən bölgə Moskva və ya Sankt-Peterburq deyil, Tomsk oldu. Tomsk isə Rusiyada tələbə şəhəridir. Görünən odur ki, tələbələr hər şey üçün süni intellektə müraciət edirlər və təxmin edirəm əhəmiyyətli hissəsi öz kurs, fərdi və s. işlərini də belə yazır. Gələcəkdə bunun nəticəsi nə olacaq demək çətindir, amma fikrimcə heç də yaxşı tendensiya deyil. | 456 |
| 18 | Qloballaşmadan kim qazanır? Əlbəttə ki, varlılar. Düzdür ümumi olaraq əhalinin bütün qrupları üzrə gəlir artımı müşahidə olunur, amma ən əsas qazancı varlılar götürür. Misal üçün, dünya üzrə əhalinin ən aşağı gəlirli 50%-də gəlirlər 94% artıb, amma top 0.001%-də 235%. Özü də bazanı da nəzərə almaq lazımdır.
Bu dövr ərzində gəliri azalan yeganə qrup Rusiyada aşağı gəlirli 50%-dir. Təxmin edirəm ki, Azərbaycanda da vəziyyət eynidir. Burada top 10% gəlirini 190% artırıb, amma qalan əhali isə 26% itirib. | 446 |
| 19 | Futbol ölkənin xidmət ixracının bir hissəsi kimi
Cədvəldə bu dünya çempionatında hər mərhələ üçün nəzərdə tutulan məbləğlər göstərilib. Yəni əgər komanda dünya çempionatına düşübsə, o artıq 9 milyon dollar alır. Bir mərhələ keçdisə, əlavə 2 milyon alacaq və s. Misal üçün, Kabo-Verde yığması artıq 11 milyon dollar qazandı (müqayisə üçün, 2025-ci ildə ölkənin bütöv ixracatı 97 milyon dollar olub. Yəni futbolçular ölkə qazancının 1/9-nu artıq təşkil ediblər. Elə bu ilin ilk rübündə ölkə ixracı 1/3 azalmışdı. Futbolçular bunu qismən kompensasiya etdilər). | 549 |
| 20 | Futbol üzrə dünya çempionatı haqqqında maraqlı faktlar: futbolla maraqlanmağa başladığım 2002-ci ildə dünya çempionunun (Braziliyanın) mükafatı 8.5 milyon dollar təşkil etmişdi. Builki dünya çempionatında turnirin hər bir iştirakçısı ən 9 milyon dollar əldə edəcək. | 1 383 |
