ar
Feedback
Mashalli

Mashalli

الذهاب إلى القناة على Telegram

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

إظهار المزيد
1 899
المشتركون
+324 ساعات
+147 أيام
+830 أيام

جاري تحميل البيانات...

القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يونيو '26
يونيو '26
+26
في 2 قنوات
مايو '26
+22
في 2 قنوات
Get PRO
أبريل '26
+15
في 3 قنوات
Get PRO
مارس '26
+45
في 4 قنوات
Get PRO
فبراير '26
+22
في 3 قنوات
Get PRO
يناير '26
+26
في 2 قنوات
Get PRO
ديسمبر '25
+14
في 3 قنوات
Get PRO
نوفمبر '25
+14
في 3 قنوات
Get PRO
أكتوبر '25
+22
في 2 قنوات
Get PRO
سبتمبر '25
+31
في 4 قنوات
Get PRO
أغسطس '25
+34
في 3 قنوات
Get PRO
يوليو '25
+16
في 2 قنوات
Get PRO
يونيو '25
+9
في 3 قنوات
Get PRO
مايو '25
+27
في 3 قنوات
Get PRO
أبريل '25
+30
في 3 قنوات
Get PRO
مارس '25
+28
في 5 قنوات
Get PRO
فبراير '25
+30
في 4 قنوات
Get PRO
يناير '25
+54
في 5 قنوات
Get PRO
ديسمبر '24
+37
في 4 قنوات
Get PRO
نوفمبر '24
+44
في 2 قنوات
Get PRO
أكتوبر '24
+46
في 3 قنوات
Get PRO
سبتمبر '24
+28
في 2 قنوات
Get PRO
أغسطس '24
+30
في 2 قنوات
Get PRO
يوليو '24
+17
في 2 قنوات
Get PRO
يونيو '24
+23
في 3 قنوات
Get PRO
مايو '24
+37
في 4 قنوات
Get PRO
أبريل '24
+45
في 4 قنوات
Get PRO
مارس '24
+48
في 4 قنوات
Get PRO
فبراير '24
+62
في 9 قنوات
Get PRO
يناير '24
+93
في 4 قنوات
Get PRO
ديسمبر '23
+54
في 3 قنوات
Get PRO
نوفمبر '23
+31
في 4 قنوات
Get PRO
أكتوبر '23
+31
في 5 قنوات
Get PRO
سبتمبر '23
+34
في 0 قنوات
Get PRO
أغسطس '23
+21
في 0 قنوات
Get PRO
يوليو '23
+57
في 0 قنوات
Get PRO
يونيو '23
+35
في 0 قنوات
Get PRO
مايو '23
+45
في 0 قنوات
Get PRO
أبريل '23
+118
في 0 قنوات
Get PRO
مارس '23
+56
في 0 قنوات
Get PRO
فبراير '23
+30
في 0 قنوات
Get PRO
يناير '23
+52
في 0 قنوات
Get PRO
ديسمبر '22
+41
في 0 قنوات
Get PRO
نوفمبر '22
+28
في 0 قنوات
Get PRO
أكتوبر '22
+37
في 0 قنوات
Get PRO
سبتمبر '22
+51
في 0 قنوات
Get PRO
أغسطس '22
+86
في 0 قنوات
Get PRO
يوليو '22
+31
في 0 قنوات
Get PRO
يونيو '22
+38
في 0 قنوات
Get PRO
مايو '22
+81
في 0 قنوات
Get PRO
أبريل '22
+34
في 0 قنوات
Get PRO
مارس '22
+44
في 0 قنوات
Get PRO
فبراير '22
+18
في 0 قنوات
Get PRO
يناير '22
+20
في 0 قنوات
Get PRO
ديسمبر '21
+20
في 0 قنوات
Get PRO
نوفمبر '21
+37
في 0 قنوات
Get PRO
أكتوبر '21
+42
في 0 قنوات
Get PRO
سبتمبر '21
+48
في 0 قنوات
Get PRO
أغسطس '21
+68
في 0 قنوات
Get PRO
يوليو '21
+31
في 0 قنوات
Get PRO
يونيو '21
+20
في 0 قنوات
Get PRO
مايو '21
+39
في 0 قنوات
Get PRO
أبريل '21
+51
في 0 قنوات
Get PRO
مارس '21
+46
في 0 قنوات
Get PRO
فبراير '21
+54
في 0 قنوات
Get PRO
يناير '21
+205
في 0 قنوات
Get PRO
ديسمبر '20
+1 598
في 0 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
30 يونيو+3
29 يونيو+4
28 يونيو+2
27 يونيو+5
26 يونيو+1
25 يونيو0
24 يونيو0
23 يونيو0
22 يونيو+1
21 يونيو+2
20 يونيو+1
19 يونيو+1
18 يونيو0
17 يونيو0
16 يونيو0
15 يونيو+1
14 يونيو0
13 يونيو0
12 يونيو0
11 يونيو0
10 يونيو+2
09 يونيو0
08 يونيو0
07 يونيو0
06 يونيو0
05 يونيو0
04 يونيو0
03 يونيو+2
02 يونيو0
01 يونيو+1
منشورات القناة
Qloballaşmadan kim qazanır? Əlbəttə ki, varlılar. Düzdür ümumi olaraq əhalinin bütün qrupları üzrə gəlir artımı müşahidə olun
Qloballaşmadan kim qazanır? Əlbəttə ki, varlılar. Düzdür ümumi olaraq əhalinin bütün qrupları üzrə gəlir artımı müşahidə olunur, amma ən əsas qazancı varlılar götürür. Misal üçün, dünya üzrə əhalinin ən aşağı gəlirli 50%-də gəlirlər 94% artıb, amma top 0.001%-də 235%. Özü də bazanı da nəzərə almaq lazımdır. Bu dövr ərzində gəliri azalan yeganə qrup Rusiyada aşağı gəlirli 50%-dir. Təxmin edirəm ki, Azərbaycanda da vəziyyət eynidir. Burada top 10% gəlirini 190% artırıb, amma qalan əhali isə 26% itirib.

2
Futbol ölkənin xidmət ixracının bir hissəsi kimi Cədvəldə bu dünya çempionatında hər mərhələ üçün nəzərdə tutulan məbləğlər g
Futbol ölkənin xidmət ixracının bir hissəsi kimi Cədvəldə bu dünya çempionatında hər mərhələ üçün nəzərdə tutulan məbləğlər göstərilib. Yəni əgər komanda dünya çempionatına düşübsə, o artıq 9 milyon dollar alır. Bir mərhələ keçdisə, əlavə 2 milyon alacaq və s. Misal üçün, Kabo-Verde yığması artıq 11 milyon dollar qazandı (müqayisə üçün, 2025-ci ildə ölkənin bütöv ixracatı 97 milyon dollar olub. Yəni futbolçular ölkə qazancının 1/9-nu artıq təşkil ediblər. Elə bu ilin ilk rübündə ölkə ixracı 1/3 azalmışdı. Futbolçular bunu qismən kompensasiya etdilər).
269
3
Futbol üzrə dünya çempionatı haqqqında maraqlı faktlar: futbolla maraqlanmağa başladığım 2002-ci ildə dünya çempionunun (Braz
Futbol üzrə dünya çempionatı haqqqında maraqlı faktlar: futbolla maraqlanmağa başladığım 2002-ci ildə dünya çempionunun (Braziliyanın) mükafatı 8.5 milyon dollar təşkil etmişdi. Builki dünya çempionatında turnirin hər bir iştirakçısı ən 9 milyon dollar əldə edəcək.
1 131
4
Bir müddət əvvəl Rüfət G. Kornelli haqqında xatırlatdı. Hər dəfə belə tipli faktlarla rastlaşanda qəribə bir hiss keçirirəm. Ölkə olaraq özümüzü "beynəlmiləl", "multikultur" və s. adlandırırıq, amma istədiyin hansısa mənbəyə müraciət etsən qəribə bir faktla rastlaşırsan. Misal üçün, G. Kornelli faktiki olaraq azərbaycandilli Gənc Tamaşaçılar Teatrının yaradıcısıdır, o dəfə yazdığım A.A. Qrossheym ölkədə botanika elminin banisidir, Y.A. Paxomov Azərbaycan Tarixi muzeyinin təşkilatçısıdır, L.S. Bretanitski Azərbaycan memarlıq tarixinin əsasını qoyub və s., amma onlar haqqında ciddi bir məlumat tapmaq mümkün deyil. Bu insanlar vaxtilə Azərbaycana başqa yerlərdən köçüblər, amma sonradan buranı sevib, qalıblar və yerli elmin və mədəniyyətin inkişafı üçün çalışıblar. Buna baxmayaraq indi demək olar ki, onları heç kim tanımır. Sonra da deyirik ki, niyə gənclər elmlə məşğul olmaq istəmirlər. Bu və ya digər sahəyə marağın yaranması üçün ən azı bir nümunə olmalıdır. Misal üçün, keçən dəfə yazdığım kimi Qrossheym tamamilə başqa bir bölgədə doğulub, yaşayıb, amma sonradan Azərbaycana o qədər bağlılığı yaranıb, hətta ömrünün sonuna kimi Talış dağlarına dırmaşmağa davam edib. Ya da L.S. Bretanitski Ukraynada doğulub, Moskvada təhsil alıb, amma buna baxmayaraq Azərbaycana qayıdıb və demək olar ki, ölkədə araşdırmadığı, qeydə almadığı bir orta əsr memarlıq abidəsi qoymayıb. Bəllidir ki, azərbaycanlı möhtəşəm alimlər və sənətkarlar də az deyil, sadəcə onlara təsir edən (1920-ci illərdə Bakıya çoxlu sayda alim, mədəniyyət xadimi gəlmişdi), onlarla birlikdə fəaliyyət göstərən ölkədə o qədər fərqli millətlərə aid olan alimlər və sənətkarlar var idi. Bizdə isə indi azərbaycanlı alimlər haqqında məlumatı çətinliklə tapmaq mümkündür (fərqli alimlərin xatirələrinə o qədər küçələr adlandırılıb, amma əhalinin böyük hissəsi heç onların kim olduğunu belə bilmir), digər millətlərə aid olanlar isə elə bil ki, tamamilə silinib.
284
5
Cədvəl 1. 2024-2026-ci illərin yanvar-may aylarında neft və təbii qaz hasilatı və ixracatı Cədvəl 2. Kapital qoyuluşları. Cəd+2
Cədvəl 1. 2024-2026-ci illərin yanvar-may aylarında neft və təbii qaz hasilatı və ixracatı Cədvəl 2. Kapital qoyuluşları. Cədvəl 3. Mülkiyyət forması üzrə muzdla çalışan şəxslərin sayı
272
6
Qrafik 1. Azeri Light-in son bir il ərzində qiyməti. Qrafik 2. 2025-2026-ci illərdə Azərbaycan neftinin ixrac həcmi (barrel i+1
Qrafik 1. Azeri Light-in son bir il ərzində qiyməti. Qrafik 2. 2025-2026-ci illərdə Azərbaycan neftinin ixrac həcmi (barrel ilə) və orta qiyməti (ABŞ dolları)
230
7
“Yenə də vurğulamaq istəyirəm ki, bu azalma daha çox özəl tikinti ilə deyil, dövlət tikintisi ilə bağlıdır. Yəni başqa sözlə, biz bu prosesi anlayırıq, bunun səbəblərini bilirik və bunun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu da müəyyən edirik. Yenə də bu, maliyyə-iqtisadi blokda fəaliyyət göstərən aidiyyəti qurumlarla birgə fəaliyyətimizin əsasını təşkil edir”. Əslinə qalsa burada bir fəaliyyət ola bilər – sadəcə dövlət investisiyalarını artırmaq lazımdır. Bunu etməyəcəksənsə o zaman iqtisadiyyatda azalma ilə qarşılaşacaqsan. Nəzərə almaq lazımdır ki, tikinti sektorunda təxminən 118 min nəfər daimi işləyir və onlar arasında ən azı 25 min nəfərin orta aylıq əməkhaqqısı 23% azalıb. Hələ buraya müvəqqəti işçiləri də əlavə etsək, vəziyyətin daha da gərgin olduğunu görə bilərik. Yeri gəlmişkən, büdcə xərclərinin azalması əmək bazarına da təsir göstərib. Mediada olan məlumata görə, dövlət qurumlarında genişmiqyaslı ixtisarlar başlayıb (dövlət qurumlarında işləyənlər ilə çox da sıx əlaqəli deyiləm, amma hətta yaxın ətrafımda ən azı iki nəfəri ixtisar ediblər). Rəsmi statistikaya görə, dövlət sektorunda çalışanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 500 nəfər azalıb (cədvəl 3). Sabit gəlirə malik olan şəxslərin iş itirməsi, əlbəttə ki, iqtisadiyyata, xüsusən də istehlaka ciddi təsir göstərəcək (aprel ayı ərzində dövlət sektorunda çalışan 6.7 min nəfər işdən məhrum olub). Başqa tərəfdən, düzdür ÜDM-in tərkib hissəsi olan xarici ticarətdir. Rəsmi məlumata görə, bu ilin ilk beş ayında ixrac 27% artıb. Faktiki olaraq bunun hesabına da ÜDM azalma yox, staqnasiya göstərib. Lakin bu artımın yeganə səbəbi Dövlət Neft Fondunun qızıl satmasıdır. Aprel ayında Fond təxminən 22 ton qızıl satıb. İxracdakı bütün artım elə buna görə də baş verib. Belə ki, qızıl “ixracı” 3.5 milyard ABŞ dolları artdığı halda, ümumi ixrac cəmi 3.0 milyard ABŞ dolları yüksəlib. Formal olaraq belə əməliyyatlar ÜDM hesablamalarına ciddi təsir göstərməməlidir, lakin onların statistik uçota daxil edilmə üsulu səbəbindən həm ixrac göstəricilərinə, həm də ÜDM rəqəmlərinə daxil edilib. Beləliklə, iqtisadiyyatda baş verən hadisələrin əsas səbəbi neft hasilatın azalması və bu effektin iqtisadiyyata effektini minimallaşdırmağa çalışan Maliyyə nazirliyin dövlət investisiyalarının kəsməsini göstərə bilərik. Faktiki olaraq indiki şəraitdə iqtisadiyyatı bərpa etmək üçün yeganə şərt – dövlət investisiyalarını bərpa etməkdir. Bununla parallel iqtisadiyyatın neft-qaz asıllılığı azaltmaq üçün dəstək tədbirləri həyata keçirtmək lazımdır. Amma görünən odur ki, indi Vergi Xidməti və digər qurumlar daha çox iqtisadiyyatı sıxmağa çalışırlar. İndi bunun nəticəsini hesablayıblarmı, demək çətindir.
228
8
Ötən cümə axşamı Dövlət Statistika Komitəsinin saytında dərc olunmuş aylıq statistik icmala görə, may ayında ÜDM artımı 0,0% təşkil edib ki, bu da iqtisadiyyatın durğunluq mərhələsinə daxil olduğunu göstərir. İnflyasiyanın 5,6%-ə çatdığını (proqnozdan 1,1 faiz bəndi yüksək) nəzərə alsaq, bu vəziyyət staqflyasiya əlamətlərinin formalaşdığını göstərə bilər (amma konkret olaraq staqnasiya və ya staqflyasiyanın olduğunu demək üçün ən azı əlavə iki ay gözləmək lazımdır. Amma görünən odur ki, vəziyyət bu istiqamətdə gedir). Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə hazırki vəziyyətin əsas səbəbi üç istiqamətlə bağlıdır: məhsula və idxala xalis vergilər (-0.4%), mədənçıxarma sənayesi (-0,2%) və tikinti sektoru (-23,0%). Əlbəttə, mədənçıxarmada 0.2% cüzi görünə bilər, amma təkcə rəsmi məlumata görə bu sektorun ÜDM-də payı 28.5% təşkil edir. Onun multiplikativ effektini nəzərə alsaq, təxmin edirəm ki, reallıqda onun payı hətta ÜDM-in ¾-ü də keçir. Müqayisə üçün başqa sahələr haqqında danışsaq, İKT sahəsində bu ilin yanvar-may aylarında 10.1% artım qeydə alınıb, amma ÜDM-də onun payı cəmi 2% təşkil etdiyi üçün müvafiq olaraq ümumi iqtisadiyyata təsiri də aşağıdır (təxmin edirəm ki, onun da yarısı neft-qaz və tikinti ilə bağlıdır).  Mədənçıxarma sənayesində geriləmənin əsas səbəbi neft hasilatıdır (-1,0%). Mart ayının əvvəlindən Azərbaycan neftinin qiyməti bir barel üçün $83 yuxarı qalsa da (qrafik 1, yeri gəlmişkən büdcədə $65 nəzərə alınıb), bunun bizim neft hasilatımıza effekti çox aşağı idi. Belə ki, adətən qiymət artdıqca hasilatı və ixracatı da artırmağa çalışırlar, amma Azərbaycanda may ayına olan göstəricilərə əsasən neft hasilatı aylıq olaraq -3.1%, ilin əvvəlindən etibarən isə -3.3% azalıb (cədvəl 1). Eyni zamanda ixrac da -14.8% azalıb. Yeri gəlmişkən, may ayında satılan Azərbaycan neftinin orta qiyməti bir barrel üçün 112 dollar təşkil edib (qrafik 2). Amma bunun iqtisadiyyata zəif təsir etməsinin əsas səbəbi həcmin az olmasıdır. Belə ki, 2026-ci ilin may ayında Azərbaycan 905 min ton neft ixrac edib. Bu keçən ilin mayı ilə müqayisədə -58% azalma deməkdir. Nəticə etibarilə keçən ilin mayında qiymət bir barrelə görə 67 dollar olduğu halda ölkəyə 1.1 milyard dollar gəlmişdisə, bu il qiymətə iki dəfə yüksək olmasına baxmayaraq, ümumi qazanc 756 milyon dollar təşkil etmişdi. İkinci təbii resursumuz olan təbii qaz isə bu azalmanı kompensasiya edə bilməyib, çünki təbii qazın ixrac artırmaq potensialı çox da yüksək deyil, və eyni zamanda onun da hasilatı cəmi 1.5% artıb (ixracda artım 1.1% olub). Tikinti sektoruna gəldikdə, iqtisadiyyata yönəlmiş ümumi kapital qoyuluşları formal olaraq ötən ilin səviyyəsinə yaxın qalıb (azalma 0.7% təşkil edib, bax cədvəl 2). Lakin bu əsasən neft-qaz sənayesinə investisiyaların artması hesabına baş verib (+33.6% və ya 637 milyon manat). Belə investisiyalar daha çox kapital tutumludur və əsasən avadanlıq idxalı ilə bağlıdır. Yəni bu investisiyalar daha uzunmüddətli iqtisadi effektə malikdir. Həm də yerli iqtisadiyyata yox, daha çox xarici xidmət təchizatçılarına fayda verir. Yəni daxili iqtisadiyyat üçün bu investisiyalar multiplikativ effektə malik deyillər. Dövlət investisiyaları isə əksinə - ölkənin “qeyri-neft-qaz” sektorudur (düzdür tamamilə neft-qaz gəlirləri hesabına formalaşır). Nəticə etibarilə ölkə iqtisadiyyatının əsas drayver rolunu oynanır. Dövlət vəsaitləri Qarabağın yenidən qurulmasına, yol tikintisinə, kommunal infrastrukturun yaradılmasına və oxşar layihələrə yönəldilir. Hökumətin hesablamalarına görə, bu sektora yatırılan hər 1 AZN təxminən 3-5 AZN həcmində vəsait iqtisadiyyata gətirir. Buna görə də dövlət tikinti xərclərinin azalması ÜDM-ə ciddi mənfi təsir göstərir. Rəsmi məlumatlara əsasən, dövlətin tikinti sahəsinə investisiyaları 25,8% azalıb (cədvəl 2). Bu vəziyyətin əsas səbəbi kimi Maliyyə Nazirliyi tərəfindən elan edilmiş dövlət xərclərinin azaldılması göstərilir. Hətta iqtisadiyyat naziri də son müsahibəsində bu məsələyə birbaşa toxunub:
260
9
Keçən həftə deyəsən ən müzakirə olunan mövzulardan biri yumurtanın qiyməti idi. Düzünü desəm məsələni çox da araşdırmamışam,
Keçən həftə deyəsən ən müzakirə olunan mövzulardan biri yumurtanın qiyməti idi. Düzünü desəm məsələni çox da araşdırmamışam, amma rəsmi statistikaya görə bu ilin may ayında yumurta istehsalı 224.6 milyon ədəd təşkil edib. İlin əvvəlindən olan ümumi istehsal həcmi keçən il ilə müqayisədə az olsa da, konkret ay üzrə göstərici son 5 ilin ən yüksək göstəricisidir (söhbət yanvar-may dövrü haqqında gedir).
488
10
Vergi borcları haqqında: rəsmi məlumatlara görə Rusiyada vergi borcu olan şirkətlərin ümumi sayı 440 mindir. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Eyni zamanda məlum olub ki, iri şirkətlər arasında vergi borcu olan şirkətlərin sayı 47% artıb və 156 min təşkil edib. Artım həmçinin orta şirkətlər arasında da qeydə alınıb. Yəni başqa sözlə kiçik şirkətlərin borcu ya azalıb, ya da dəyişməyib, amma iri şirkətlərin vergi borcu ciddi sürətdə artıb. Göründüyü kimi vergi orqanları kiçik şirkətləri vergi məsələsində çox sıxırlar, amma iri şirkətlərə (artan borcu əhəmiyyətli hissəsi mənfəət vergisi ilə bağlıdır) isə.. heç nə.
612
11
İdealda burada "yerli gəlirlər" yerinə "bələdiyyə/şura gəlirləri" olmalı idi. İdealda əmlak, torpaq, mədən vergiləri və icarə
İdealda burada "yerli gəlirlər" yerinə "bələdiyyə/şura gəlirləri" olmalı idi. İdealda əmlak, torpaq, mədən vergiləri və icarə haqqı tamamilə bələdiyyənin büdcəsinə düşməli idi. Eyni zamanda ƏDV, hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə bələdiyyələrin payı 20-50% arasında dəyişməli idi... Reallıqda isə göstərilən gəlirlər yerli İcra hakimiyyətlərin büdcəsinə düşür. Nəticədə icra hakimiyyətlərin illik büdcəsi 873 milyon manatı üstələyir. Müqayisə üçün ölkə üzrə fəaliyyət göstərən bütün bələdiyyələrin ümumi gəliri 22,6 milyon manatdır.
575
12
Futbol üzrə dünya çempionatında əvvəldən sona kimi baxdığım ilk oyun Almaniya və Kürasao arasında oldu. Bundan əvvəl ya saat məsələsinə, ya da yorğunluğa görə tam oyuna baxa bilmirdim (hər gün saat 6.00-da oyanan şəxs üçün istirahət günləri də eyni vaxtda oyanmaq bir qədər çətindir). Oyun müəyyən qədər maraqlı oldu (necə deyərlər, bol qollu oldu) və düşündüm ki, Kürasaonun vəziyyətini bir qədər araşdırım. Adambaşına ÜDM-i 41.1 min manat olan (müqayisə üçün, Azərbaycanda 12.6 min manatdır) ölkə iqtisadiyyatı nədən ibarətdir? Deməli 2026-ci ildə ada üçün iki vacib hadisə baş verdi. Birini biz bilirik - ölkənin futbol yığması tarixində ilk dəfə futbol üzrə Dünya Çempionatında iştirak etdi. İkincisi isə iqtisadiyyatı ilə bağlıdır. Deməli uzun müddət Kürasao adası Venesuela üçün böyük bir əhəmiyyətə malik idi. Adada neft emalı zavodu yerləşirdi. Bu neft emalı zavodu vasitəsilə Venesuela nefti emal olunub, ixrac edilirdi. Nəticədə Kürasao da iri neft ixracatçılarından biri idi. Uzun müddət bu NEZ Shell şirkətinə məxsus idi, sonradan Venesuela dövlət şirkətinə keçdi. Onlar da 2019-cu ilə kimi istifadə edirdilər. Müqavilə dövrü bitdi, ABŞ və Venesuela arasında münasibətlər gərginləşdi və.. ada enerji bazarında öz rolunu tədricən itirməyə başladı. ABŞ və Venesuela arasında inkişaf edən münasibətlər nəticəsində 2025-ci ilin sonunda və 2026-ci ildə nəhayət Venesuela neftinin Kürasaoya çatdırılması bərpa olundu. Düzdür yerli neft emalı zavodunun bərpası haqqında hələ ki söhbət getmir (zavod artıq 7 ildir ki, fəaliyyət göstərmir), amma indi Kürasao Venesuela neftinin ixracında vacib məntəqələrdən birinə çevrilməyə çalışır. p.s. yeri gəlmişkən, Kürasao haqqında məlumat axtararkən maraqlı bir fakta rast gəldim. Deməli, Ermənistan Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə qonşularımız Kürasaodan 203 milyon dollarlıq məhsul idxal ediblər. 2024-cü ildə müvafiq göstərici 239 milyon dollar civarında idi. Ermənistanın ixracatı isə 43 milyon dollar təşkil etmişdi.
1 322
13
Emin Əmrullayev: "Mənim inandığım budur ki, təxminən 3 ildən sonra dərsliklər tamamilə əhəmiyyətini itirəcək. Süni intellekt sistemləri artıq bir çox hallarda ənənəvi dərsliklərdən və test bazalarından daha yaxşı suallar və izahlar təqdim edə bilir". Tamamilə razıyam. Ümumiyyətlə 3 ili niyə gözləyək. Dərslikləri indi də ləğv etmək olar. Mən hətta daha da radikal addım atardım - məktəbləri ləğv etmək lazımdır. Məktəbləri nə edirik, süni intellekt var da və hər şeyi həll edəcək. Ümumiyyətlə Azərbaycana təhsil nəyə lazımdır? Bu günə kimi effekti olmayıb, sabah da olmayacaq...
600
14
Yeri gəlmişkən, 2025-ci ildə viza üçün müraciətlərin sayında ən yüksək göstərici qeydə alınıb.
Yeri gəlmişkən, 2025-ci ildə viza üçün müraciətlərin sayında ən yüksək göstərici qeydə alınıb.
551
15
2025-ci il ərzində Azərbaycan ərazisində yerləşən Şenqen ölkələrin konsulluqlarına viza üçün 104 143 müraciət daxil olub (müq
2025-ci il ərzində Azərbaycan ərazisində yerləşən Şenqen ölkələrin konsulluqlarına viza üçün 104 143 müraciət daxil olub (müqayisə üçün Ermənistanda bu göstərici 111 mindir, Rusiyada isə 679 mindir. Ümumi olaraq Azərbaycan bu göstəriciyə görə 26-cl yerdədir. Qonşular arasında bizi hətta İran belə qabaqlayır). 2026-ci ilə keçənləri nəzərə almasaq, bu müraciətlərin yalnız 9.8%-nə imtina verilib. Bu cəhətdən liderlər arasında Bolqarıstanı, Slovakiyanı və Xorvatiyanı qeyd etmək olar. Eyni zamanda verilən vizaların yarısı çoxdəfəlik olub. Bu cəhətdən ən yüksək göstəriciyə Avstriya (94.8%!), İsveçrə və Almaniya konsulluqları malikdir.
495
16
Qəribə bir ölkədə yaşayırıq. Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-ci ilin yanvar-may aylarında rəsmi olaraq sta
Qəribə bir ölkədə yaşayırıq. Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-ci ilin yanvar-may aylarında rəsmi olaraq staqnasiya qeydə alınıb. Yəni ölkə iqtisadiyyatında ciddi problemlər müşahidə olunur və bu və ya digər addımlar atılmalıdır. Bu da faktiki olaraq günün əsas mövzusu olmalı idi. Amma deyəsən sadəcə xəbər kimi verilib və üstündən hamı keçib...
622
17
Rusiyada internet ilə bağlı yaradılan məhdudiyyətlərin daha bir fəsadlarından biri nağdsız ödənişlərin azalmasıdır. Deməli rəsmi məlumata görə 2026-ci ilin aprelində nağdsız ödənişlərin (rəsmi olaraq kassadan vurulan) payın 30%-ə çatıb. Bir il əvvəl eyni göstərici 25% idi. Eyni zamanda bu ilin yanvarında hələ göstərici 25% civarında idi. İnternet yoxdursa deməli POS-terminal vasitəsilə ödəniş də etmək mümkün deyil. Maraqlıdır ki, hökumət bir tərəfdən hərtərəfli nəzarəti əldə etmək istəyir, amma bunun yolunda atdığı addımlar nəticəsində insanlar tədricən köhnə qaydalara qayıdırlar. Düzdür bu hələ ki, xüsusi bir böyük risk daşımır, amma son zamanlar ölkə üzrə problemlərə görə (vergi xidməti sahibkarları sıxır, nəzarət birə beş artır və s.) insanlar da tədricən nağd ödənişlərə keçir. Görünən odur ki, bu trend də dayanmır.   Maraqlıdır, Azərbaycan vəziyyət necədir? Buna dair bizim heç bir məlumatımız yoxdur. Rusiyada kassa operatorları belə öz məlumat bazalarını paylaşırlar (misal üçün, https://checkindex.ru/). Parallel olaraq Sberbank, T-bank və digərləri öz daxili məlumatlar əsasında indekslər və s. təqdim edib, təklif edirlər. Azərbaycanda bu sahələrdə faktiki inhisarın olmasına baxmayaraq, hətta kommersiya əsaslı belə tipli platformaların sayı demək olar ki, sıfıra bərabərdir.
494
18
Gabriel Tsukmanın hesablamasına görə ABŞ-da varlandıqca sənin ödədiyin vergi səviyyəsi azalmağa başlayır. Belə ki, ən aşağı v
Gabriel Tsukmanın hesablamasına görə ABŞ-da varlandıqca sənin ödədiyin vergi səviyyəsi azalmağa başlayır. Belə ki, ən aşağı vergi səviyyəsi məhz ən varlılara aiddir. Vaxtilə Bezos ilə mübahisə çərçivəsində Tsukman vergi bəyannamələrini təhlil edib və məlum olub ki, ölkə üzrə ortalama gəlir vergisi səviyyəsi 30% olduğu halda, Bezosda bu göstərici 15.2% idi (özü də bir sıra vergiləri şirkət ödəyir. Onları çıxmaq şərti ilə isə bu göstərici daha da aşağıdır. Bu hesablama 2018-ci ilə aiddir).
1 324
19
Birinci məsələyə gəldikdə isə göründüyü odur ki, çox “uğurla” keçid edirlər. Rəsmi statistikanın məlumatına görə 2026-ci ilin əvvəlinə ölkə üzrə 1 676 080 minik avtomobil qeydiyyatdan keçib. Bu da əvvəlki il ilə müqayisədə 90,8 min ədəd artım deməkdir. Müqayisə üçün 2024-cü ildə bu göstərici 84 min idi. Ondan əvvəlki illərdə isə bu göstərici daha da aşağıdır. Çox qəribə mübarizədir, ildən-ilə ölkədə minik avtomobillərin artım sayı artmağa davam edir, amma nazirlik insanları “ictimai nəqliyyata” keçirdir. Doğrudur, taksi ilə mübarizə nisbətən uğurlu alındı, amma görünən odur ki, bu mübarizə çərçivəsində insanlar daha çox avtomobil almağa başladılar. Misal üçün, 2019-cu ildə artım cəmi 50 min ədəd təşkil edirdi. Hətta ilkin qeydiyyata düşən avtomobillərin sayı da 80 mindən az deyil. Düzdür 2025-ci ilə dair dəqiq göstərici yoxdur, amma 2023 və 2024-cü illərdə bu göstərici 84-85 min ədəd təşkil edib. Başqa sözlə nəqliyyat nazirlinin “uğurlu” siyasəti nəticəsində ölkədə minik avtomobillərin sayının artım templəri artmaqda davam edir. İndi onların məqsədi bu idimi ya yox, demək çətindir.
412
20
Bu yaxınlarda nəsə nazirlərimiz və bir sıra digər dövlət qurumların rəhbərləri nəsə tez-tez çıxış edirlər. Deyə bilərsiniz ki, şəffaflıq artır, amma reallıqda onların çıxışlarının arxasında hər hansı hesabatlılıq və şəffaflıq dayanmır. İctimaiyyət üçün ən maraqlı nazirlərdən biri nəqliyyat naziridir. Vaxtilə bu vəzifə ən tənqid olunan vəzifələrdən biri idi. Indi niyəsə heç kim nazirliyin və xüsusi olaraq nazirin adını çəkmir (ya da mənim qarşıma çıxmır). Müxtəlif qurumlar (AYNA, AAYDA, metropoliten və s.) tənqid atəşinə tutulur, amma konkret olaraq nazirlik elə bil ki, bu sahədən nəsə üstün bir qurumdur (reallıqda bu nazirlik gündəlik olaraq tənqid altında olmalıdır, çünki rabitədən nəqliyyata kimi insanların gündəlik həyatını əhatə edən sahələri idarə edir. Müvafiq sahələrdə isə vəziyyət heç də qənaətbəxş deyil). WUF13 zaman Rəşad Nəbiyev nəqliyyat sahəsinə dair bir neçə fikri ifadə etdi. Onun sözlərinə görə, “Bir vaxtlar taksi sürücülərinin az qala 24 saat işləməsi sərnişinlərin həyatını təhlükəyə atırdı. Biz vətəndaşlarımızın şəxsi avtomobillərdən və taksilərdən ictimai nəqliyyata keçidini hədəfləyirdik, bunun üçün ciddi tənqidlərə məruz qaldıq”. Əslinə qalsa heç kim ictimai nəqliyyata keçidi tənqid etmirdi. Tənqid müvafiq mexanizmlər ilə bağlı idi. Düzdür, taksi sürücülərin istismarı problemli məsələdir və bu məsələ öz həllini tapmalı idi. Amma nəqliyyat sahəsinin problemi taksi sürücüləri ilə bağlı deyildi. Bu şəhərin mərkəzində kofeşoplarda oturan şəxslərin müzakirəsinə daha çox oxşayır. Adətən orada oturanlar düşünür ki, ölkənin əsas problemləri taksi, Antalyaya biletin bahalığı, bahalı restoranlarda keyfiyyətin aşağı düşməsi və s. Yəni reallıqda əhalinin əhəmiyyətli hissəsinin bu problemlərdən heç bir xəbəri yoxdur. İnsanlar əsasən bu günü necə bitirməyi düşünürlər və bu cəhətdən taksi sahəsi müəyyən qədər tənzimləyici rol oynayırdı. İndi isə artıq oynamır. R.N.: “O vaxt küçələrdə təxminən 67 000 taksi var idi və hamı keyfiyyətdən şikayət edirdi. Eyni zamanda, hamı vəziyyətin sosial aspektlərini nəzərə alırdı. Lakin biz başlayanda əlimizdə aydın sübutlar var idi ki, bu dəyişikliyi etsək, yollar daha azad olacaq. Bu gün taksi sürücülərinin iş saatları normallaşıb və onlar təxminən 8 saat işləyirlər. Əslində, 67 000 və 20 000 rəqəmlərini müqayisə etsəniz, biz iş yerlərini ləğv etmədik, onlar qaldı, lakin xidmətin keyfiyyəti dəyişdi”. Deyirəm ki, nazirliyin də sürəti artır. Deməli yanvarın 29-da R. Nəbiyev deyirdi ki, “islahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə” düşdü, mayın ortasında bu rəqəm artıq 20 mindir. Taksi tariflərin bahalaşmasından şikayət edənlər varsa bunu nəzərə almalıdırlar. Nazirin dediklərində əsas iki fikir var: “insanları ictimai nəqliyyata keçirtmək” və “sosial problemlər yaranmadı”. İkinci fikrə dair bizim əlimizdə heç bir sübut yoxdur. Problem ondadır ki, biz ümumiyyətlə Azərbaycanda insanların məşğuliyyətinə dair dəqiq və ətraflı anlayışa malik deyilik. Misal üçün, bir çox satış şirkətlərindən soruşsaz, öyrənə bilərsiniz ki, aprel və may aylarında satış (qiymət artımı fonunda) ciddi sürətdə azalıb. Səbəblərinə dair nəisə başa düşmək hələ ki, çətindir. Bununla belə rəsmi statistika da təsdiqləyir ki, iqtisadiyyatda artım yoxdur. Düzdür bunun əsas səbəbi nəqliyyat yox, tikintidir. Amma nəqliyyat tikintidən ciddi sürətdə asılıdır. Ona görə ayrıca olaraq “taksi islahatın” əhalinin sosial vəziyyətinə təsirini öyrənmək çətin olar.
407