fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید 👈

Mashalli

Mashalli

رفتن به کانال در Telegram

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

نمایش بیشتر
1 852
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-630 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '26
اکتبر '26
+10
در 2 کانال‌ها
سپتامبر '26
+24
در 3 کانال‌ها
Get PRO
اوت '26
+36
در 2 کانال‌ها
Get PRO
ژوئیه '26
+55
در 2 کانال‌ها
Get PRO
ژوئن '26
+26
در 2 کانال‌ها
Get PRO
مه '26
+22
در 2 کانال‌ها
Get PRO
آوریل '26
+15
در 3 کانال‌ها
Get PRO
مارس '26
+45
در 4 کانال‌ها
Get PRO
فوریه '26
+22
در 3 کانال‌ها
Get PRO
ژانویه '26
+26
در 2 کانال‌ها
Get PRO
دسامبر '25
+14
در 3 کانال‌ها
Get PRO
نوامبر '25
+14
در 3 کانال‌ها
Get PRO
اکتبر '25
+22
در 2 کانال‌ها
Get PRO
سپتامبر '25
+31
در 4 کانال‌ها
Get PRO
اوت '25
+34
در 3 کانال‌ها
Get PRO
ژوئیه '25
+16
در 2 کانال‌ها
Get PRO
ژوئن '25
+9
در 3 کانال‌ها
Get PRO
مه '25
+27
در 3 کانال‌ها
Get PRO
آوریل '25
+30
در 3 کانال‌ها
Get PRO
مارس '25
+28
در 5 کانال‌ها
Get PRO
فوریه '25
+30
در 4 کانال‌ها
Get PRO
ژانویه '25
+54
در 5 کانال‌ها
Get PRO
دسامبر '24
+37
در 4 کانال‌ها
Get PRO
نوامبر '24
+44
در 2 کانال‌ها
Get PRO
اکتبر '24
+46
در 3 کانال‌ها
Get PRO
سپتامبر '24
+28
در 2 کانال‌ها
Get PRO
اوت '24
+30
در 2 کانال‌ها
Get PRO
ژوئیه '24
+17
در 2 کانال‌ها
Get PRO
ژوئن '24
+23
در 3 کانال‌ها
Get PRO
مه '24
+37
در 4 کانال‌ها
Get PRO
آوریل '24
+45
در 4 کانال‌ها
Get PRO
مارس '24
+48
در 4 کانال‌ها
Get PRO
فوریه '24
+62
در 9 کانال‌ها
Get PRO
ژانویه '24
+93
در 4 کانال‌ها
Get PRO
دسامبر '23
+54
در 3 کانال‌ها
Get PRO
نوامبر '23
+31
در 4 کانال‌ها
Get PRO
اکتبر '23
+31
در 5 کانال‌ها
Get PRO
سپتامبر '23
+34
در 0 کانال‌ها
Get PRO
اوت '23
+21
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+57
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+35
در 0 کانال‌ها
Get PRO
مه '23
+45
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+118
در 0 کانال‌ها
Get PRO
مارس '23
+56
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+30
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+52
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+41
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+28
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+37
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+51
در 0 کانال‌ها
Get PRO
اوت '22
+86
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+31
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+38
در 0 کانال‌ها
Get PRO
مه '22
+81
در 0 کانال‌ها
Get PRO
آوریل '22
+34
در 0 کانال‌ها
Get PRO
مارس '22
+44
در 0 کانال‌ها
Get PRO
فوریه '22
+18
در 0 کانال‌ها
Get PRO
ژانویه '22
+20
در 0 کانال‌ها
Get PRO
دسامبر '21
+20
در 0 کانال‌ها
Get PRO
نوامبر '21
+37
در 0 کانال‌ها
Get PRO
اکتبر '21
+42
در 0 کانال‌ها
Get PRO
سپتامبر '21
+48
در 0 کانال‌ها
Get PRO
اوت '21
+68
در 0 کانال‌ها
Get PRO
ژوئیه '21
+31
در 0 کانال‌ها
Get PRO
ژوئن '21
+20
در 0 کانال‌ها
Get PRO
مه '21
+39
در 0 کانال‌ها
Get PRO
آوریل '21
+51
در 0 کانال‌ها
Get PRO
مارس '21
+46
در 0 کانال‌ها
Get PRO
فوریه '21
+54
در 0 کانال‌ها
Get PRO
ژانویه '21
+205
در 0 کانال‌ها
Get PRO
دسامبر '20
+1 598
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
11 اکتبر0
10 اکتبر+1
09 اکتبر+1
08 اکتبر+1
07 اکتبر+1
06 اکتبر0
05 اکتبر0
04 اکتبر+1
03 اکتبر+2
02 اکتبر+1
01 اکتبر+2
پست‌های کانال
Azərbaycanda boşanmaların sayı artır. Belə bir başlığa biz tez-tez rast gəlirik. Amma niyəsə bu günə kimi bunun səbəblərinə dair hər hansı bir tədqiqata rast gəlməmişəm. Bu yaxınlarda təsadüfən bir məcmuədə Dövlət Statistik Komitəsinin mövzuya dair hansısa xüsusi bir hesabatına istinad gördüm. Bununla bağlı DSK-ya sorğu göndərdim. Təəssüf, cavab verdilər ki, belə bir hesabatları yoxdur. Ehtimal edirəm, bu daha çox hansısa elmi toplu idi və onu tapmaq üçün DSK-nın kitabxanasına müraciət etməliyəm (bu günə kimi niyə onu hələ də elektron etməyiblər, bilmirəm). Bizdən fərqli olaraq digər ölkələrdə bu vacib mövzudur və ona görə kifayət qədər araşdırma və tədqiqat aparılır. Bu yaxınlarda Moskva Dövlət Universitetinin sosiologiya (bizdə elmin bu istiqaməti qalıbmı? Düşünmürəm. Tanıdığım bütün sosioloqlar indi xaricdədir) müəllimi mövcud olan bir sıra sorğuları və s. təhlil edib, və təxmini nəticə əldə edib. Əsas səbəb - yoxsulluqdur. Ailəni saxlamaq imkanları azalır və insanlar boşanırlar. Ayrı yaşamaq daha sərfəlidir. Bəs Azərbaycanda nədir? Düzünü demək çətindir. Deyəsən bunu axtaran da yoxdur. Deyəsən Rusiya ilə müqayisədə biz daha müasir cəmiyyətik - insanların seçimlərini tənqid/təhlil etməyə çalışmırıq və sadəcə seçimləri ilə razılaşırıq.

2
- Кашкай С.М. Из истории Маннейского царства. Баку. 1977. 116с. - məktəbdə başa düşmədiyim bir mövzu var idi. Niyə biz, Azərbaycanda otura-otura, "Azərbaycan tarixi" dərsində İranın tarixini öyrənirik? Misal üçün, Manna olsun, Qaradağ xanlığı (yadımdadır ki, ayrıca fəsil zad var idi bu xanlıq haqqında) olsun və s. - heç biri Azərbaycana aid deyil. Təəssüf, bu kitab da müvafiq suala cavab vermədi. Prinsipcə Manna haqqında çox az şey bilirik. Onun bildiyimiz bütün siyasi tarixi ən yaxşı halda 10-15 kitab səhifəsindən ibarətdir. Qalanı daha çox material tarixə aiddir. Bir neçə dəfə bu barədə danışmışam, Tarix dərsi hansısa ölkələrin hökmdarların siyahısından ibarət deyil (yadımdadır ki, testlər üçün Sarqonun yürüşlərini yadda saxlamağa cəhd edirdim). Misal üçün, hətta beşinci sinifdə belə mənə daha çox hansısa Urqişti və ya Aza yox, daha çox o dövrdə insanların necə yaşadığı maraqlı idi. Yəni eramızdan əvvəl 900-cu ildə Azərbaycanın indiki ərazisində insanlar necə yaşayıblar, günləri nədən ibarət olub və s. Düzdür yadımdan çıxdı, biz İran haqqında daha çox məlumatlıyıq. Hətta Erebuni qalasında nələrin baş verdiyini daha çox bilirik, nəinki Bakı olsun ya Kürdəmir...
248
3
Bizim üçün maraqlı olan xatirələrdən biri "Arşın mal alan" ilə bağlıdır. Müəllif danışır ki, müharibə dövründə bütün sovet filmləri mərkəzdə olan xüsusi Şuradan keçməli olurdular. "Arşın mal alan" da bu şuradan keçirdi. Filmə baxmaq üçün qısa tərkibdə komissiya seçilmişdi və onlar baxıb rəy verirdilər. Ümumi rəyi müəllif belə ifadə etdi: "товарищи, не будем мы тратить время на эту ерунду, в общем, сейчас не будем сидеть, обсуждать, говорить. Доверьтесь мне. Я, так сказать, доложу, что картина посредственная. Запрещать ее не за что, восторгаться нечем, радости никакой от нее нету. Плохая картина, но, вероятно, выйдет на экран, пусть себе выходит (Yoldaşlar, gəlin vaxtımızı bu cür boş şeylərə sərf etməyək. Ümumiyyətlə, indi oturub bunu müzakirə etməyəcəyik, danışmayacağıq. Mənə etibar edin. Mən, belə deyək, məruzə edim ki, film ortababdır. Onu qadağan etməyə əsas yoxdur, amma heyran qalmağa da heç bir səbəb yoxdur. Ondan heç bir sevinc duymuruq. Pis filmdir, amma yəqin ki, ekrana çıxacaq. Qoy çıxsın)". Bütün komissiya bu rəy ilə razılığı ifadə edərkən, birdən S.M. Eyzenşteyn əl qaldırdı. Müəllifin sözlərinə görə Eyzenşteynin bir xarakteristik cəhəti var idi - o bəzən sərt zarafat etməyi sevirdi və heç nəyə baxmırdı. Eyzenşteyn dedi ki, filmi çox gözəldir və onu incəsənət kimi qəbul etmək olar, çünki filmdə vahid stilə uyğunlaşma var və s. və i.a. Romm stili dəqiqləşdirməyə cəhd edəndə, Eyzenşteyn problemsiz cavab verdi: "Это стиль, с вашего разрешения, парижской порнографической открытки в бакинском издании (Bu, sizin icazənizlə, Paris pornoqrafik açıqçasının Bakı nəşrindəki üslubudur)". Eyzenşteyn öz rəyini müvafiq komissiya rəyinə əlavə edilməsinə tələb etdi və nail oldu (düzdür rəydə açıqça söhbəti yox idi). İndi Romm deyir ki, Eyzenşteyn sərt zarafat edirdi, amma bəlkə Eyzenşteynin real olaraq "Arşın mal alan"dan xoşu gəlmişdi... - Блаватская Т.В. Из истории греческой интеллигенции Эллинистического времени. Москва. 1983. 328с. - kitab həkim, memar, yazıçı və s. Qədim Yunanıstanda (4-cü əsrin sonundan etibarən) yaşayışına həsr olunub. Bu qruplara aid olan insanlar necə pul qazanırdılar, hansı şəraitdə yaşayırdılar və s. Kitabın əsas problemi ondan ibarətdir ki, çox uzundur və əhəmiyyətli hissəsi həkimlərə həsr olunub. Yəni materialı daha qısa və konkret təqdim etmək mümkün idi. - Тэнн У. Непристойные предложения. Москва. 2018. 800с. - keçən ay oxuduğum "Стрела времени" məcmuəsində maraqlı bir hekayə ilə tanış oldum. Bu U. Tennin "Срок авансом" hekayəsidir. Hekayənin mövzusu maraqlıdır. Deməli gələcəyin dünyasında cinayətkarlıq ilə mübarizə üçün bir üsul icad ediblər. Əgər sən kimisə öldürmək istəyirsənsə, gəlirsən hökumətə və deyirsən ki, mən bir nəfəri (ad və s. demədən) öldürmək istəyirəm. Hökumət də səni həbs edir və 10 illik bərbad şəraitdə olan planetə göndərir. Əgər sən bu 10 ili dözüb qayıdandırsansa, öz planını yerinə yetirə bilərsən. Bunu bəyan edən şəxslərin əhəmiyyətli hissəsi bu 10 ili dözmür və nəticədə beləliklə hökumət də cinayətlə mübarizə aparır. Hekayənin əsas qəhrəmanı 10 il dözüb, qayıtdı və bundan sonra ətrafında maraqlı hadisələr cərəyan etməyə başladı. Hekayə xoşuma gəldi deyə müəllifin digər hekayələrinə müraciət etmək qərarına gəldim. Fantastika janrını sevən dostumun bir maraqlı sözü var idi - "sovet redaktorları məcmuələr üçün real olaraq ən yaxşı əsərləri seçirdilər". Yəni müvafiq müəllifin əsərlərinin sayı-hesabı yoxdur, amma keyfiyyətlisi çox deyil. Sovet redaktorları məcmuə üçün ən yaxşılarını seçməyi bacarırdılar. Sadəcə sonradan bu və ya digər müəllifin digər əsərləri ilə tanış olanda başa düşürdün ki, heç tanış olmağa dəyməzdi. U. Tenn də belə tipli müəlliflərdən biridir. Düzdür müvafiq məcmuədə olan 20-dən çox hekayədən hardasa 5-6-nı seçmək mümkündür. Yəni onları mən aşağı-yuxarı tövsiyə edərdim ("Kişilərin üsyanı", Venera tsikli və s.), amma qalanlarını vaxt xərcləməyə dəyməz (bəlkə elə buna görə, keçən ay az oxumuşdum).
193
4
Sentyabrın 24-ü oyandım ki, ay bitir, amma ayın əvvəlindən bəri cəmi 2 kitab oxumuşam, daha 3-nü bu və ya digər formada oxumağa hələ də davam edirəm: biri audio, biri elektron və biri kağız idi. Düşündüm ki, işləri belə saxlamaq lazım deyil və siyahımda olan başqa kitablara keçmək üçün ayrıca günləri konkret olaraq bir kitaba həsr edib, bitirməyə başladım. Son bir ay ərzində oxuduğum kitablar fərqli mövzulara aiddir və heç biri başqası ilə kəsişmir: - Римская сатира. Москва. 1989. 543с. - latın ədəbiyyatını heç vaxt sevməmişəm, amma Katulldan sonra düşündüm ki, ən azı daha yaxından tanış olmaq lazımdır. Evdə də latın satirasına dair məcmuə var idi. İlk əvvəl qeyd etmək lazımdır ki, latınların satira anlayışı və müasir dövrdə nəzərə alınan satira anlayışının yaxından-uzaqdan əlaqəsi yoxdur. Düzdür latin satirasında da tez-tez cəmiyyəti tənqid edən mövzular mövcud idi, amma əsərlər daha çox satira sözünün ilkin mənası olan "qarışıq" janrına aiddir. Yəni konkret olaraq fərqli janrların qarışmasından ibarət idi. Bu əsərlər arasında maraqlı olanları da var idi, amma əsasən seks və belə tipli mövzulara daha çox həsr olunmuşdu; - Джером Д.К. Трое на четырех колесах. Москва. 2007. 240с. - bu yaxınlarda öyrəndim ki, "Трое в лодке, не считая собаки" əsərinin davamı da var imiş. Bu dəfə eyni qəhrəmanlar artıq Almaniya üzrə səyahətə qərar verirlər. Bir az gülmək üçün oxumağa başladım. Düzdür birinci kitab kimi gülməli deyildi, amma istirahət üçün gedər; - Ромм М. Устные рассказы. Москва. 1989. 196с. - Sovet dövrünün ən məşhur rejisorlarından biri olan M. Romm öz xatirələrini diktofona yazırdı və düşünürdü ki, mövcud hakimiyyət dövründə onun xatirələri nəşr olunmayacaq. Ona görə xatirələri ailəsi tərəfindən gələcək üçün qorunurdu. Amma sonra elə çıxdı ki, xatirələrin əhəmiyyətli hissəsi hələ yenidərqurmadan əvvəl nəşr olundu. Yalnız bəzi hissələri (Xruşşov, yahudilərə yanaşma və s.) açıqlıq elan olunandan sonra işıq üzü gördü. Ümumi olaraq qəribə xatirələrdir. Müəllif neçə dənə Stalin mükafatı alan şəxsdir və eyni zamanda özünü çətin və dözülməz vəziyyətdə yaşayan kimi göstərməyə cəhd edir. Bəlkə də bəzi dövrlərdə bu çətinliklər var idi, amma onun film və mükafat siyahısına baxanda heç də belə təəssürat yaranmır. Ümumiyyətlə maraqlıdır ki, belə tipli xatirələri oxuyarkən görürsən ki, Sovet dövründə çoxlu sayda mükafat və imtiyaz alan şəxslər yaşayışdan daha çox şikayətlənirdilər. Xatirələrin həm də əhəmiyyətli hissəsi yəhudilərin müharibə sonrası SSRİ-də rastlaşdığı təzyiqlərdən də ibarətdir.
170
5
Bizim media və vətəndaş cəmiyyəti hökuməti tənqid etmək üçün periodik olaraq Norveç Dövlət Pensiya Fonduna istinad edirlər. Əslində, Norveç Fondu kifayət qədər maraqlı institusiyadır. Onun həm daxili idarəetmə modeli, həm investisiya strategiyası, həm də korporativ məsuliyyətə yanaşması ayrıca müzakirə mövzusudur. Fondun investisiya siyasətinin mühüm elementlərindən biri isə onun vaxtaşırı yenilənən “qara siyahısıdır”. Yəni Fond müəyyən şirkətlərə sərmayə qoymaqdan imtina edir. Bunun müxtəlif səbəbləri ola bilər: insan hüquqlarının pozulması, korrupsiya, ətraf mühitə ciddi zərər, tütün istehsalı və s. Məsələn, 2025-ci ildə Fond Meksikanın dövlət neft şirkəti Petróleos Mexicanos-u (Pemex) investisiya siyahısından çıxardı. Rəsmi əsaslandırmada şirkətin “kobud korrupsiyaya töhfə verməsi və ya buna görə məsuliyyət daşıması ilə bağlı qəbuledilməz risk” qeyd olunurdu. Başqa sözlə, Fond üçün korrupsiya investisiyadan imtina etmək üçün kifayət qədər ciddi səbəbdir. Bu prinsip bütün hallarda eyni şəkildə tətbiq olunurmu? Son günlər Yunanıstanın AKTOR şirkəti ətrafında kifayət qədər maraqlı hadisələr baş verir. Şirkət klassik tikinti fəaliyyətindən əlavə, energetika və xüsusilə sıxılmış təbii qaz istiqamətində sürətlə genişlənir. Şirkət ABŞ-dan sıxılmış qazı idxal edib, Yunanıstandakı terminallardan istifadə edərək Balkanlar vasitəsilə Avropanın digər ölkələrinə çatdırmaq niyyətindədir. Şirkət artıq Albaniya və Bosniya və Herseqovina ilə 20 illik qaz təchizatı müqavilələri bağlayıb. Növbədə Rumıniya, Bolqarıstan və Ukrayna kimi ölkələr dayanır. Bu işdə detal xüsusilə diqqət çəkir. ABŞ-ın Yunanıstandakı səfiri Kimberly Guilfoyle-un AKTOR-un maraqlarının irəlilədilməsi istiqamətində fəal rol oynadığı barədə The Wall Street Journal və Financial Times məlumat yayıb. Deyilənə görə bu fəaliyyətdə ona dəstək verməyənlər sonra fəsadlar ilə üzləşirlər. Səfirin şəxsən tədbirlərin birində dediyinə görə bunu Ruminiyaya aid etmək olar. Belə ki, 2026-cı il mayın 5-də Rumıniya parlamenti baş nazir İlie Bolojanın hökumətinə etimadsızlıq göstərərək kabineti istefaya göndərdi. Etimadsızlıq təşəbbüsünü isə sağ qüvvələrlə birlikdə sosial-demokratlar da dəstəklədi. Bəs Norveç Fondunun bu söhbətə nə aidiyyətı? İlk baxışdan Norveç Fondunun bu hekayəyə heç bir aidiyyəti yoxdur. Amma AKTOR-un səhmdar strukturuna baxanda mənzərə dəyişir. Şirkət son illərdə xarici institusional investorları cəlb etməyə başlayıb. Bu investorlar arasında ABŞ və Kanada kapitalı ilə yanaşı, Norges Bank Investment Management — Norveç Dövlət Pensiya Fondunun aktivlərini idarə edən qurum da var. Mövcud məlumatlara əsasən, Norveç Fondunun AKTOR-un — həmin vaxt hələ Intrakat adlanan şirkətin — kapitalında ilk təsdiqlənən iştirakı 2024-cü ildə təxminən 0,12 faiz səviyyəsində olub. 2026-cı ildə isə bu pay təxminən 0,37 faizə yüksəlib. Yəni Fond öz payını təxminən üç dəfə artırıb. Əgər Norveç Fondu korrupsiya riskini investisiyadan imtina üçün əsas kimi qəbul edirsə, belə layihələrdə hansı meyarlarla qərar verir? Bir tərəfdə Norveç Fondu “qəbuledilməz korrupsiya riski” səbəbindən nəhəng dövlət şirkətindən çıxır. Digər tərəfdə isə nisbətən yaxın tarixdə LNG biznesinə daxil olmuş, ABŞ qazının Balkan bazarlarına çıxarılmasında mühüm rol oynamaq istəyən şirkətdən gedir. Burada korrupsiyanın başqa formasından - hökumətə təzyiqdən (təzyiq hər zaman sadəcə bir hissədən ibarət olmur. Hər iki tərəf qazanır, sadəcə təzyiq edən tərəf daha üstün vəziyyətdə olub. Əks halda belə tipli müqavilələr uzunmüddətli olmazdı) istifadə edilib. Bu daha etikdirmi?
250
6
Hökumətimiz hər il yeni-yeni vergi və məhdudiyyətlərin tətbiqini sevir. Hər dəfə də qəribə bir vəziyyət yaranır. Məsələ ondan ibarətdir ki, bu və ya digər əlavə ödənişinin və ya verginin tətbiqi çox nadir hallarda büdcəyə əhəmiyyətli həcmdə vəsait cəlb edir. Amma bununla belə əhali arasında narazılıq yaradır. Yəni effekti büdcə üçün aşağı, amma narazılıq üçün yuxarı olur. Hər dəfə də sual yaranır – bəs bunu əvvəlcədən hesablamaq mümkün deyildimi? Bəlkə vergiləri konkret olaraq bu vergini ödəmək qabiliyyətinə malik olan insanlara aid etmək lazımdır? Misal üçün, Gürcüstanda oktyabrdan etibarən əmlak vergisini yalnız illik gəliri 100 min laridən yuxarı olan şəxslər ödəyəcək. 2026-ci ilin oktyabrına kimi bu azadolma 40 min lari idi. Yəni oktyabra kimi illik gəliri 40 min laridən az olan vətəndaşlar əmlak vergisini ödəmirdilər. Bu da bəllidir, gəlir səviyyəsi o qədər də yüksək deyil. İndi daha 81 min nəfər vergidən azad olunacaq. Bununla belə, vergi də başqa cür formalaşır. Misal üçün, indi Azərbaycanda əmlak vergisi bir kvadrat metr üçün maksimal olaraq 0.6 AZN-dir. O da əgər mənzil 30 kvadrat metrdən çox olduğu halda ödənilir. Gürcüstanda bu vergi əmlakın bazar dəyəri ilə formalaşır. Gəlirin 100 min laridən yüksəkdirsə, sən əmlakın bazar dəyərinin 0.08%-dən 1%-nə kimi hissəsini ödəyirsən. Nəticə etibarilə Gürcüstanda il ərzində 75 milyon manat həcmində əmlak vergisi toplanılıb (qeyd olunan azadolma nəticəsində vergi yığımı cəmi 15 milyon manat azalacaq). Bəs Azərbaycanda? Bu göstərici cəmi 23 milyon manatdır. Əslinə qalsa bizdə də bunu tətbiq etmək ciddi bir problem yaratmaz. Yəni illik gəliri 100 min manatdan (8 min onsuzda bizdə bir qəribə limit səviyyəsidir) aşağı olanları əmlak vergisindən azad edirsən və yalnız varlı təbəqədən vergini toplayırsan. Düzdür ölkədə gəlir bəyannaməsi anlayışı yoxdur və müvafiq olaraq görəcəksən ki, böyük evlərin əhəmiyyətli hissəsi işsiz qadınlara, uşaqlara və qocalara rəsmiləşdirilib. Bunu da həll etmək çətin deyil. Sadəcə qanuna ikinci meyar əlavə edirsən – sahənin 100 (ya 150 - mediana əsasən müəyyən etmək lazımdır) kvadrat metrdən çox olması da əmlak vergisinin ödənilməsi üçün əsasdır. Yoxsa indi 48 kvadrat metr mənzildə yaşayan şəxs və 200 kvadrat metri olan insanın da ödədiyi vergi dərəcəsi eynidir. Sadəcə ölkəmizdə bazar dəyəri anlayışı bir qədər qəribə məfhumdur, amma onu da həll etmək olar. Nəticə etibarilə, fiziki şəxslərdən əmlak vergisini toplayan bələdiyyələrin (əslinə qalsa hüquqi şəxslərin də ödədiyi əmlak vergisini bələdiyyələrə vermək lazımdır) də maliyyə vəziyyəti düzələcək. Amma indiki vəziyyətdə bu kiməsə lazımdırmı?
290
7
Turizmin inkişafına dair dövlət proqramı haqqında “Ölkəmizdə yeni kafelər, restoranlar və ticarət kompleksləri fəaliyyətə başlayır. Bu yaxınlarda genişmiqyaslı turizm klasteri istifadəyə verilib. Təkcə son bir il ərzində həmin turizm məkanını ölkəmizin 300 min vətəndaşı ziyarət edib. Son illər dağ-xizək kurortu da yeni inkişaf mərhələsinə qədəm qoyub... Bir çox regionda yeni yaşayış komplekslərinin, müasir kurortların, ticarət və əyləncə mərkəzlərinin tikintisi həyata keçirilir, yeni restoranlar istifadəyə verilir. Paytaxtda yeni ticarət və xidmət mərkəzləri, restoranlar və pivəxanalar açılıb. 6 min tamaşaçı tutumuna malik Buz Sarayı əsaslı şəkildə yenidən qurulub, eyni vaxtda 300 nəfərin xidmətindən yararlana biləcəyi kompüter klubu istifadəyə verilib... Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına əsasən, 10 il ərzində hər il 20 şəhər və rayonda yeni sənaye müəssisələrinin tikintisi nəzərdə tutulur. Dövlət Proqramının icrası çərçivəsində xəstəxanalar, elmi-texniki mərkəzlər, taxılçılıq infrastrukturu və çoxfunksiyalı istirahət mərkəzləri də inşa edilir. 2025-ci ilin dekabrında kitabxana, kinoteatr, üzgüçülük hovuzu, restoran, dərzi atelyesi, aptek və bir neçə mağazanı əhatə edən ilk yeni çoxfunksiyalı istirahət mərkəzinin açılışı olub... ...Ölkənin real ÜDM-i 2023-cü ildə 3,1 faiz, 2024-cü ildə 3,7 faiz, 2025-ci ildə isə 3,5 faiz artıb”. Sizcə söhbət nədən gedir? Əslinə qalsa tərcümə etdiyim mətn bizim rəsmi hesabatlara çox oxşayır. Amma mətndə söhbət Şimali Koreyadan gedir. Reuters bu yaxınlarda Şimali Koreyanın xarici ticarətini təhlil edib və məlum olub ki, ölkə massaj avadanlığının idxalını 40 dəfə, qaçış trenajorlarının idxalını 7 dəfə artırıb. Ümumi olaraq ölkə istirahət üçün lazım olan avadanlığın idxalını ciddi sürətdə artırıb. Sanksiyalar altında yaşayan və ciddi iqtisadi problemlərlə üzləşən ölkədə nə baş verib? Reallıqda səbəb çox sadədir. Ölkə iqtisadiyyatı artır və müvafiq əhalinin gəlirləri (bu haqda bir qədər sonra) də artmağa başlayıb. Gəlir artdıqca istehlak da artır və müvafiq olaraq o istehlakı təmin edən bir infrastruktur da qurulmalıdır. Bəs bu gəlir artımına səbəb nədir? Səbəb müharibədir. Şimali Koreya indi birbaşa olaraq heç bir müharibədə iştirak etmir (düzdür Rusiya tərəfindən iştirak edən qüvvələr göndərdiyinə dair məlumatlar var), amma müharibə nəticəsində dünyada yaranan sanksiya və s. müharibəsi ölkəyə xeyir gətirməyə başladı. Çin və Rusiya birdən birə ölkə ilə iqtisadi münasibətləri genişləndirməyə başladılar (son müddətdə hətta Çin belə Şimali Koreyadan uzaqlaşmağa çalışırdı və müvafiq olaraq COVİD-19 pandemiyası zamanı ölkə üçün ciddi problemlərə gətirdi). Təxmini hesablamalara görə bu iştirakdan ölkə ən azı 14.4 milyard dollar qazanıb. İndi reallıqda nə qədər qazanıb – demək çətindir. Nəticə etibarilə ölkədə indi turizm infrastrukturun genişləndirilməsi istiqamətində genişmiqyaslı işlər aparılır. Turizm infrastrukturun qurulmasında əsas məqsəd kimi xarici turistlərin cəlbi qeyd olunur, amma ondan istifadə edənlər əsasən yerli vətəndaşlardır. Misal üçün, Rusiyadan 2025-ci ildə Şimali Koreyaya 5 min turist gəlib. Düzdür bu rekord göstəricidir, amma çox azdır. Bəs yerli vətəndaşlardan bu infrastrukturdan kim istifadə edə bilər? Hətta rəsmi məlumatlardan bəlli olur ki, bu turizm infrastrukturu çox bahadır. Siravi yerli əhali üçün orada bir gün qalmaq belə çətindir. Təxmini hesablamalara görə Şimali Koreyada əhalinin 30%-ni aşağı-yuxarı gündəlik təminatını normal təmin edən qrupa aid etmək olar. Amma əhəmiyyətli həcmdə pul vəsaitlərinə sahib və eyni zamanda belə istirahət üçün imkanı olan əhalinin sayı hardasa 500-600 min nəfərdir və ya əhalinin 2%-dir. Deyilənə görə Azərbaycanda da mövcud imkanlardan normal istifadə etmək imkanı olan əhalinin pay hardasa 3-5%-dir...
310
8
Qadağanı ürəyin istədiyin vaxt tətbiq edə bilərsən, amma bu və ya digər sahəni inkişaf etdirmək üçün resurs və vaxt lazımdır. Ölkədə teatr/kino/animasiya/futbol/oyun və s. inkişaf etmir. Bu sahələrin inkişafı həm yeniyetmələrin vaxtını aparacaq, həm də büdcə üçün də çox baha başa gəlməyəcək (bir-iki mənasız dövlət qurumu və ya şirkəti ləğv etməklə, mənasız layihələrdən imtina etməklə büdcəyə kifayət qədər vəsait qazandırmaq olar). Hətta çox uzağa getməyək, sən “dünyəvilik prinsipin”in pozulması ilə mübarizə aparmaq istəyirsən, amma ölkədə heç bir elmi-populyar cəmiyyət yoxdur, nə uşaqlar, nə böyüklər üçün Azərbaycan dilində bu mövzuya dair ədəbiyyat tapmaq mümkün deyil. Sən heç nə etmirsən, amma məhdudiyyət qoyursan. Bəlkə söhbətə başqa tərəfdən başlayasan? Bəlkə əvvəl cəmiyyəti inkişaf etdirək, bəlkə buna bir az vəsait ayıraq, sonra qadağalar haqqında müzakirə aparaq?
326
9
Deyilənə görə yaxın müddətdə Azərbaycanda sosial şəbəkələrə giriş ilə bağlı yaş məhdudiyyəti tətbiq ediləcək. Müvafiq məhdudiyyətin tətbiq edilməməsinə görə cəzalar müəyyən olunub, amma sosial şəbəkə platformalarının konkret siyahısı hələ hazırlanmayıb. Bu addımı əsaslandırmaq üçün hətta Medianın İnkişafı Agentliyi “16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsinə ictimai münasibətin” öyrənilməsinə dair ictimai sorğu keçirib. Bəlli olmayan səbəblərə görə bu ictimai sorğu niyəsə uşaqlar arasında yox, 16 yaşdan aşağı uşaqları olan valideynlər arasında keçirilib. Bir tərəfdən bəllidir ki, müasir cəmiyyətdə (özü də Azərbaycan cəmiyyətində) heç bir valideyn deməyəcək ki, “mən istərdim ki, mənim uşağım 16 yaşına kimi sosial şəbəkələrdən istifadə etsin”. Yəni nəticələr əvvəlcədən məlumdur. Sorğunun nəticələrinə görə respondentlərin 67.9%-nin övladları sosial şəbəkələrdən istifadə edirlər. Sorğuda iştirak edən respondentlərin ümumilikdə 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. Əlavə olaraq, respondentlərin 93,1%-i sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini (bunu niyə soruşurdular məlum deyil) məqsədəuyğun hesab edir. Deyəsən Agentlik sorğunu senzuranı hərtərəfli dəstəkləyən öz əməkdaşları arasında keçirib. Təəssüf, bu işdə Azərbaycan qəribə bir trendin parçasıdır. İstərdim deyim ki, Azərbaycan senzurada və məhdudiyyətlərdə birincidir, amma bu işlər bizə inkişaf etmiş ölkələrdən gəlir. Dünyada belə tipli qadağanı tətbiq edən ilk ölkə Avstraliya idi. 2025-ci ilin dekabrından Avstraliyada Facebook, Instagram, Kick, Reddit, Snapchat, Threads, TikTok, Twitch, X və YouTube üçün yaş məhdudiyyəti tətbiq edilir. Qaydalara görə 16 yaşdan aşağı vətəndaşlar müvafiq sosial şəbəkələrdə qeydiyyatdan keçə bilməzlər. Əks halda müvafiq sosial şəbəkə 49.5 milyon Avstraliya dolları (və ya 58.7 milyon manat) cərimələnəcək. Müqayisə üçün bizdə söhbət daha çox 35-40 min manatdan gedir. Nəticəsi nə oldu? Medianın inkişafı Agentliyindən fərqli olaraq Avstraliyada sorğunu konkret olaraq təsir edən qruplar arasında keçirirlər. Yəni valideyn yox, konkret yeniyetmələrdən soruşurlar. Konkret rəqəmlər haqqında danışsaq, 14-15 yaşlılar arasında qadağa tətbiq olunanda 64%-i ən azı bir sosial şəbəkədən istifadə etməyi davam edirdi. Qalanları qeyd edirdi ki, qadağaları keçmək çox da çətin deyil ya da valideynlər onlara sosial şəbəkəyə qayıtmağa kömək etdilər. Bu ilk ay ərzində qeydə alınan göstərici idi. Sonradan bu göstərici 17-27% arasında dəyişirdi. Yarım il sonra vəziyyət dəyişdimi? Əlbəttə, amma indi sosial şəbəkə istifadəçilərin sayı 92%-ə çatdı. İlk sorğuda qadağaya riayət edənlərin əhəmiyyətli hissəsi qeyd edirdi ki, əgər ətrafın əhəmiyyətli hissəsi sosial şəbəkəyə qayıtsa, onlar da qayıdacaqlar. Yeri gəlmişkən, eyni dövrdə sosial şəbəkələr tərəfindən məhdudiyyətə nəzarət daha da sərtləşdi, amma sağ olsun “texnologiya” – yeniyetmələr məhdudiyyətləri qət etməkdə ustalaşdılar. Yəni belə tipli qadağalar heç vaxt effekt vermir. Əgər sən alternativ yaratmırsansa, bu addım mənasızdır. Yaxşı, sosial şəbəkədən yeniyetməni ayırdın. İndi bu 2-3 saatlıq vaxtı o nəyə həsr etməlidir? Bu barədə düşündünmü? Avstraliya hökuməti düşünmədi, Azərbaycan hökuməti ümumiyyətlə motivasiyalar haqqında düşünmür. Bizim hökumətin əsas prinsipi qadağadır. Ölkədə idman, mədəniyyət, əyləncə sahəsi – heç nə yoxdur və ya məhduddur. Olanlar da bahadır və müvafiq olaraq əhalinin əhəmiyyətli hissəsinin cibinə uyğun deyil. Bəlkə bu istiqamətdə nəsə düşünəsən?
300
10
Yeri gəlmişkən, Azərbaycan üzrə vəziyyət bir qədər başqadır. 1897-ci ildə keçirilmiş siyahıyaalmaya görə (burada mən yalnız B
Yeri gəlmişkən, Azərbaycan üzrə vəziyyət bir qədər başqadır. 1897-ci ildə keçirilmiş siyahıyaalmaya görə (burada mən yalnız Bakı və Yelizavetpol quberniyalarını nəzərə aldım. Zaqatala dairəsi və Naxçıvan qəzası daxil deyil) Azərbaycan əhalisinin 23.5%-i məşğul idi (Bakı quberniyası üzrə 25%). Sonuncu siyahıyaalmada bu göstərici 46.6%-dir. Əgər XX əsrin əvvəlində bunun demək olar ki, 60%-i kənd təsərrüfatında idisə, indi bu göstərici 34%-dir. Əslinə qalsa reallıqda bəlkə göstəricilər daha da yaxşıdır. Yəni bu 1.5 milyonun bəlkə də 1 milyonu heç kənd təsərrüfatı ilə məşğul deyil. Hətta real əhalinin daha da az olduğunu belə nəzərə alsaq, yenə də məşğulluq göstəricisi daha yüksək, k/t məşğulluğun payı isə daha aşağı olacaq.
306
11
Süni Zəka bizi işdən məhrum edir 1900-cu ildən 2023-cü ilə kimi dünya əhalisində məşğul olanların payı 40% olaraq qalır. Əsas
Süni Zəka bizi işdən məhrum edir 1900-cu ildən 2023-cü ilə kimi dünya əhalisində məşğul olanların payı 40% olaraq qalır. Əsas məsələ bu məşğulluğun strukturu ilə bağlıdır. Belə ki, 1900-cu ildə məşğulların 72%-i kənd təsərrüfatında məşğul idi, 2023-cü ildə bu göstərici artıq 26% təşkil edir. Ona görə çox da narahat olmayın...
1 854
12
Niyəsə qərarın qəbul olunduğu aprel ayında bizim medialar bu xəbəri görmədilər (ümumiyyətlə Azərbaycanda deyəsən heç bir media nümayəndəsi gündəlik əsasda hüquqi normativ aktların reyestrini monitorinq etmir. Orada bəlkə də hər gün maraqlı sənədlər dərc olunur). Təxmin edirəm ki, müvafiq qurum bu qərarın tətbiqi ilə bağlı sentyabrın 30-da bütün KİV-lərə məlumat göndərdi və yalnız bundan sonra hamı qərar haqqında öyrəndilər. Təxmin edirəm ki, banklar da bu barədə yalnız sonuncu gün məlumat aldılar (ümumiyyətlə Azərbaycanda çox qəribə bir cəhət var. Bir çoxları rəsmi reyestr və portalları izləmir, hamı gözləyir ki, bu barədə bu və ya digər media yazsın. Düzünü desəm bunu heç vaxt başa düşməmişəm. Şəxsən mən daha çox birbaşa məlumatı əldə etməyi sevirəm). Məlumat yayılandan sonra, nəhayət kimsə bu qərarın fəsadlarını izah etdi. Çox vaxt keçmədi, medialar MMX-ə istinadən xəbər verdilər ki, müvafiq qaydaya "yenidən dəyişiklik edəcək". Qeyd olundu ki, "hazırda qaydalara dəyişiklik layihəsinə yenidən baxılır və daha effektiv mexanizmin tətbiqi məqsədilə müvafiq düzəlişlər hazırlanır... layihə MMX rəhbərliyinə təqdim ediləcək və qısa müddətdə qəbul olunması nəzərdə tutulur". Yəni yeni qaydalar yoldadır və qısa müddətdə ictimaiyyətə təqdim olunacaq. Azərbaycanda qısa müddət anlayışı bir qədər geniş anlayışdır. Misal üçün, bu yaxınlarda MSK sədri deyib ki, vəfat edənlərin adları qısa müddətdə seçici siyahısından çıxarılmalıdır, amma biz praktikadan bilirik ki, bu vəziyyət seçkidən seçkiyə, yəni ən azı 5-7 il, davam edə bilər. Amma MMX deyəsən başqa standartlar ilə işləyir, 1 saat 20 dəqiqə keçəndən sonra məlum oldu ki, qərar dəyişildi və təsdiqləndi. Azərbaycan üçün bu işıq sürətində edilən bir işdir. Bəs nə baş verdi? Nağd əməliyyatlara dair heç bir dəyişiklik edilmədi, amma elektron əməliyyatlara dair bir təqvim ili aya çevrildi, məbləğ 20 min manatdan 50 min manata kimi artırıldı. Sən demə belə tipli qərarları da qısa müddət ərzində qəbul etmək olar. Başqa sözlə bir gün ərzində Azərbaycanda bir dövlət qurumun qərarı dəyişdirildi. Deyəsən ölkə tarixində belə hallar o qədər də çox deyil. Düşündüm ki, bunu necəsə yadda saxlamaq lazımdır və müvafiq olaraq e-qanuna müraciət etdim. Müvafiq portalda son dəyişiklikləri təcəssüm edən sənədi tapmaq o qədər də çətin olmadı. Sənədi elə təzəlikcə açmışdım və qəribə fakta rast gəldim. Deməli APA-nın məlumatına görə, sentyabrın 30-u qurum sorğuya cavabda deyirdi ki, yeni sənəd üzərində iş gedir və tez bir zamanda təqdim olunacaq. Düşünmək olardı ki, iş indi gedir və iş günün sonuna hər şeyi hazırlayacaqlar. Xəbər portalları da prinsipcə bu söhbəti aşağı yuxarı belə işıqlandırırdılar. Amma rəsmi sənəddə qeyd olunur ki, müvafiq dəyişikliklər hələ sentyabrın 25-i qəbul olunub. İndi sizcə kimə inanaq? Bizim mediamızamı ya e-qanunda olan sənədə?
465
13
Azərbaycanda qərarı bir günə dəyişdirmək mümkündürmü? Deməli Azərbaycanda "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun var. Digər ölkələrdə olduğu kimi standart bir qanundur. Müvafiq qanunun da 11-ci maddəsində qeyd olunur ki, "minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər" və "minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər" maliyyə monitorinqi orqanına təqdim edilir. Bəllidir ki, bu minimal həddi kimsə müəyyən etməlidir. Mənə bəlli olmayan səbəbə görə müvafiq həddi Maliyyə Monitorinqi Xidməti (MMX) özü müəyyən etməlidir. Bir az qəribədir. Yəni onlar özləri monitorinq edir və müvafiq monitorinqin də meyarlarını da müəyyən edirlər. Təsəvvür edin ki, Vergi Xidməti özü vergini müəyyən edir. Hər nə qədər formallıq olsa da, bizdə bütün vergilər, ödənişlər və s. ən azı Nazirlər Kabinetindən keçir, parlamentə düşür və s. Normalda bunu da Nazirlər Kabineti müəyyən etməli idi (MMX İqtisadiyyat Nazirliyinin nəzdindədir və müvafiq olaraq Nazirlər Kabinetinə tabedir, amma...). Başqa tərəfdən müasir Azərbaycanda bu trenddir. Nəqliyyat tariflərini nəqliyyat nazirliyi müəyyən edirsə, MMX niyə bu işi yerinə yetirməsin ki? Nəsə müvafiq qanunun tələblərinə uyğun olaraq MMX 2023-cü ilin aprelin 27-də "Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi" qaydasını təsdiqlədi. Təsdiqlənmiş qaydaya görə maliyyə institutları məlumatı MMX-yə aşağıdakı şərtlər baş verəndə təqdim edir: - 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlar (bank hesabına nağd mədaxil, bank hesabından nağd məxaric, ödəniş terminalları vasitəsilə bank hesabına nağd mədaxil və ya bank hesabından nağd məxaric, nağd valyuta mübadiləsi və digər nağd əməliyyatlar); - 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları (bank hesabları arası köçürmə, hesab açılmadan köçürmə, bank hesabından elektron pul kisəsinə və virtual aktiv hesabına və ya cüzdanına, habelə elektron pul kisəsindən və virtual aktiv hesabından və ya cüzdanından bank hesabına köçürmə və digər elektron köçürmə əməliyyatları). Qaydanın qəbulundan 3 il keçəndən sonra MMX dəyişiklik etmək qərarına gəldi və yuxarıda qeyd olunan iki cümlə "redaktə" olundu. Əgər birinci cümlə sadəcə sadələşdirildi, ikinci cümləyə niyəsə "bir təqvim ilində" əlavə edildi və nəticədə: "Müştərinin bir təqvim ilində 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və bu məbləğdən yuxarı hər növbəti maliyyə vəsaitlərinin elektron köçürməsi əməliyyatı (hesablar arası köçürmə, hesab açmadan köçürmə və digər ödəniş alətləri vasitəsilə elektron köçürmə əməliyyatları)." Əslinə qalsa bu MMX-nin işini çətinləşdirdi. Yəni bilmirəm MMX-də bu hesablamalar ilə kim məşğul olur, amma nəticədə onların işi min qat artacaq idi. Düzdür Azərbaycan əhalisinin əhəmiyyətli hissəsi bir təqvim ilində 20 min manatı görmək xoşbəxtliyindən məhrumdur, amma hətta sıravi bir mağaza ən azı illik 50-60 minlik dövriyyə edir. İndi bu qədər məlumatı kim toplayacaq, necə emal olunacaq və ən əsası maliyyə institutların bu məlumatı ötürmək imkanları varmı? Yəni 10 müştəridən biri 20 min manatı hesabına qoyur və sonradan götürür və bu barədə məlumat ötürmək çox da çətin deyil, amma illik limit olaraq 20 min manatı hesablamaq işi qat-qat çətinləşdirir.
402
14
Deyəsən tunelin sonunda işıq var: oktyabrın 1-dən etibarən Sankt-Peterburqda koronavirus ilə bağlı məhdudiyyətlər ləğv olunacaq. Sən demə orada da 2020-ci ilin martın 13-dən etibarən bu qadağalar mövcud idi. Bu günə kimi müvafiq qadağalar yalnız mitinq və s. qarşı tətbiq olunurdu. İndi artıq ləğv ediblər. Amma misal üçün, Moskvada hələ bu qadağalar davam edir. Görək indi Azərbaycan bunu nə vaxt edəcək... amma ən azı nə vaxtsa qadağaların aradan qaldırılacağı ümidi var...
387
15
Sentyarbın 28-i UNESCO tərəfindən beynəlxalq “İnformasiyaya Ümumi Çıxış Günü” elan edilib. Düzünü desəm son zamanlar müəyyən media resurslarından başqa nəsə oxumuram deyə bu barədə təsadüfən “Azərbaycan” qəzetindən öyrəndim (orada da daha çox şirkətlərin maliyyə hesabatları üçün daxil olmuşdum). Qəribədir, faktiki olaraq çox az həcmdə məlumata giriş imkanı verən media resurs müvafiq gün ilə bağlı məlumat hazırlayıb. Söhbət bizim medialarda deyil. Deməli simvolik olaraq elə sentyabrın 28-i Rusiyada Putin energetika sahəsində çıxışın məhdudlaşdırıldığı məlumatların siyahısına Rusiyanın neft emalı zavodlarında (NEZ) emal və istehsal həcmləri barədə məlumatlar, ixrac olunan məhsulların həcmi və dəyəri, onların satıcıları və alıcıları, habelə daşıyıcıları, ekspeditorları və sığortaçıları haqqında məlumatları daxil edib. Eyni zamanda energetika məhsullarının tədarükü üzrə müqavilələr çərçivəsində qarşılıqlı hesablaşmalar barədə məlumatlara, ixrac prosesində istifadə olunan dəniz nəqliyyatı, konteynerlərin nömrələri və nəqliyyat sənədlərinin rekvizitləri haqqında məlumatlara çıxış da məhdudlaşdırılır. Rusiyada onsuzda son zamanlar bir çox məlumatlara çıxış məhdudlaşdırılıb. Energetika sahəsində baş verən hadisələri nəzərə alaraq düşündülər ki, bunu daha da genişləndirmək lazımdır. O gün Rusiyada neft-qaz sahəsində fəaliyyət göstərən medialardan biri təsadüfən hökumət hesabatlarının birində Rusiya-Çin qaz münasibətlərinə dair statistik məlumatı tapdı və dərc etdi. Müvafiq məlumatda həcm, qiymət və endirimlər qeyd olunmuşdu. Müvafiq xəbər çıxan kimi onlar bəyan etdilər ki, bir gün əvvəl dərc etdikləri məlumatı silməli olurlar (hamı bilir ki, qanunun geriyə qüvvəsi yoxdur, amma “hər ehtimala qarşı”) Azərbaycanda bu cəhətdən ciddi bir problem yoxdur. Yuxarıda qeyd olunan məlumatların əhəmiyyətli hissəsi bizdə onsuzda əlçatan deyildi. Yeganə fərq idxal-ixracla bağlıdır, amma Rusiyada onsuzda idxal-ixrac məlumatları qapalıdır. Biz bu cəhətdən keyfiyyətcə fərqlənirik. Təəssüf, başqa bir üstünlüyümüz yoxdur.
436
16
Maraqlı faktlar sırasından: Sovet dövrü ilə müqayisədə bizim ət istehlakımız 25% artıb. Düzdür beynəlxalq normalara hələ də ç
Maraqlı faktlar sırasından: Sovet dövrü ilə müqayisədə bizim ət istehlakımız 25% artıb. Düzdür beynəlxalq normalara hələ də çatmayıb, amma artımın olması aşağı-yuxarı müsbətdir. Amma bu artımın başqa tərəfi də var. Artımın əhəmiyyətli hissəsi quş əti hesabına baş verib. Adambaşı ortalama quş əti istehlakımız 66% artıb. Mal əti üzrə bu göstərici cəmi 6%-dir. Deyilənə görə bəzi sosioloqlar artıq qeyd edirlər ki, davamlı olaraq mal əti istehlak edən ailələr - ən azı orta və ya yuxarı orta sinfinə aiddilər. Görünür bizdə bu istiqamətdə gedirik.
454
17
Göründüyü kimi Mərkəzi Bank birbaşa olaraq özü bu məhdudiyyətləri tətbiq etmir. O da bəllidir, Mərkəzi Bank özünü ölkədə “proqressiv” və s. tipli qurum kimi göstərir və birbaşa olaraq qanun pozuntusuna, istehlakçı hüquqlarının məhdudlaşdırılmasına getmək istəmir. Nəticədə bunu da bankların “şəxsi təşəbbüsü” vasitəsilə edir. Bu da Rəqabət Məcəlləsinin olduğu ölkədə çox qəribə bir absurd yaradır. Rəqabət Məcəlləsində qeyd olunur ki, kartel sövdələşməsi qadağandır. Yəni bir sahədə çalışan şirkətlər arasında mövcud olan üfüqi saziş qeyri-qanunidir. Misal üçün, məcəllənin 11.1.1-ci maddəsində qeyd olunur ki, “alış və ya satış qiymətlərinin, yaxud hər hansı digər ticarət şərtlərinin birbaşa və ya dolayı yolla razılaşdırılması” rəqabəti məhdudlaşdıran saziş hesab olunur. Əgər ölkədə mövcud olan bütün banklar müvafiq qanun və ya qayda olmadan eyni qadağa və məhdudiyyəti tətbiq edirlərsə (yəni “ticarət şərtlərinin birbaşa razılaşdırılması”) deməli saziş var. Başa düşürəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində internetdə problemlər var deyə onlar bu xəbərləri görmürlər, amma niyə hələ ki, heç kim bununla bağlı oraya şikayət etməyib? Yəni əgər bütün banklarda eyni qadağalar birdən birə peyda olundusa, bu artıq istehlakçı hüquqların pozuntusudur. Təəssüf, mən özüm kartdan-karta və s. az istifadə edirəm deyə ona görə banka müraciət edib, rəsmi imtina məktubu alıb, şikayət etmirəm. Amma bunun problem yaratdığı kifayət qədər insan var. Niyə onlar şikayət etmir? Bilmirəm.
516
18
Yadımdadır ki, təzəlikcə bazara çıxıb genişlənən ya Uber, ya da Bolt o zaman maraqlı bir kampaniya keçirirdilər. Əvvəl 20 AZN-lik ümumi endirim verirdilər, sonradan yalnız bir gedişlə məhdudlaşdırmağa başladılar. Deyilənə görə bəzi insanlar uzun məsafəli gedişləri nəzərə alaraq hər dəfə yeni sim-kart əldə edirdilər. Bu da ilk gediş kimi qeydə alınırdı. Nəticədə 4 nəfər 20 AZN-lik gediş 2 AZN-ə başa gəlirdi. Deyilənə görə belə tipli “pişik-sıçan oyunu” uzun müddət davam etdi. Sonradan şirkətlər gah endirim siyasətindən imtina edirdilər, gah yenidən tətbiq edirdilər. Amma başa düşürdülər ki, tam nəyisə qadağan etmək ya da ləğv etmək heç də düzgün bir addım deyil, özü də nisbətən rəqabətli bazarda (Azərbaycanda bir bazarda iki şirkətin olması artıq onun rəqabətli olması deməkdir) bunu etmək heç mümkün deyil. Ya da bizim bəxtimizə düşdü ki, bu bazarda hansısa Mərkəzi taksi qurumu yoxdur. Təəssüflər olsun ki, bank bazarında Mərkəzi Bank var. Bu da işləri bir qədər çətinləşdirir. Bildiyiniz kimi, birdən birə Azərbaycanda fəaliyyət göstərən bütün banklar qəribə bir qərar verdilər. Özü də qərarı mediamız bəlli olmayan mənbəyə istinadən verirdilər. Məsələnin ən maraqlı tərəfi ondan ibarət idi ki, heç bankların özü bir çox hallarda verdikləri qərara dair dəqiq məlumatları yox idi. Gah deyilirdi ki, kartdan-karta köçürmələrə ümumi məhdudiyyət qoyulacaq, gah sayına dair söhbət gedirdi. Heç kim dəqiq nəsə deyə bilmirdi. Yadımdadır ki, bir tanışım (müvafiq bankın VİP-müştərisi olaraq) öz bankına buna dair müraciət etmişdi və bank işçisi çox lakonik cavab verdi: “heç özümüz heç nə bilmirik”. Yalnız bir neçə gündən sonra (təxmin edirəm ki, gələcəkdə memuar yaza biləcək bir bank rəhbəri olsa, deyəcək ki, gecə-gündüz davam edən danışıqlardan sonra mübarizədə) nəticələr bəlli oldu – ödəniş təyinatı və daxil olan kartdan-karta ödənişlərin (kənar banklardan) sayına tətbiq olunan məhdudiyyət. Bu qədər söz-söhbətdən sonra qəribə bir “kompromis” idi. Nəticədə banklar da qəribə formada bu söhbəti tətbiq etməyə başladılar. Misal üçün, məndə 3-4 fərqli banka məxsus olan kartlar var. Biri yalnız ödəniş təyinatını tətbiq etməyə başladı* və hətta aylıq kartdan-karta əməliyyatların həcmində artımı təklif etdi. Digər banklar üzrə mənim kartlarımda heç bir məhdudiyyət tətbiq olunmadı. Eyni bankdan istifadə edən yoldaşımda isə əksinə limitlər tətbiq olunmağa başladı. Seçim necə gedir, nə edirlər, bəlli deyil. Sentyabrın ortasından etibarən banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyublar. Bunun da səbəbi çox maraqlıdır. Deməli avqustun əvvəlindən tətbiq olunan məhdudiyyət bir kartla bağlı idi. Yəni sənin 10 kartın ola bilər və müvafiq olaraq 5 yox, 50 kartdan-karta ödəniş qəbul edə bilərsən. Niyəsə bizim banklar bunu düşünmədilər. Təxmin edirəm ki, nəticədə insanlar bir neçə kart açmağa başladılar. Bu da avqustda tətbiq olunan məhdudiyyətləri mənasız etdi. Bunu görüb, “banklar” daha bir qadağa tətbiq etdilər. Birinci məhdudiyyətin nəticəsi nə oldu, demək çətindir. Düzdür kartlar ilə əməliyyatların həcmi keçən ilin avqustu ilə müqayisədə artsa da (52.9 milyon və ya +25.8%), əvvəlki ay ilə müqayisədə azalıb (15.5 milyon və ya -5.6%). Amma bu hələ ki, göstərici deyil. Məsələ ondadır ki, iyul ayında da əvvəlki ay ilə müqayisədə azalma qeydə alınmışdı (hətta daha yüksək idi, 17.4 milyon və ya -6.0%). Başqa tərəfdən real nağdsız ödənişlərin payı da 1% azaldı (70.2%-dən 69.3%-ə kimi), amma aylar arasında belə dəyişikliklər əvvəllər də qeydə alınmışdı (fevral və may aylarında. Görünən odur ki, bu daha çox istehlakçı davranışı ilə bağlıdır. Yanvar adətən bir sıra istiqamətlər üzrə satışda “ölü” ay sayılır və nəticədə nağdsız ödənişlərin payı artır, fevralda sabit vəziyyətə qayıdır. May və avqust ayları əsasən müvafiq mövsümlərdən əvvəlki aylardır deyə nəsə demək çətindir). Ona görə hələ ki, bu “qadağa” fəaliyyətinin nəticəsi nə olacaq – demək çətindir. İlin sonuna kimi müvafiq statistikadan bunu biz başa düşəcəyik.
435
19
Bakının iqtisadi tarixindən: 1913-cü ildə Bakı şəhərinin inzibati ərazisi (kəndlər daxil olmadan) üzrə 10 minə yaxın mülk var
Bakının iqtisadi tarixindən: 1913-cü ildə Bakı şəhərinin inzibati ərazisi (kəndlər daxil olmadan) üzrə 10 minə yaxın mülk var idi. Mülklərin 70%-i azərbaycanlılara məxsus idi, amma sahə olaraq bu göstərici 40% təşkil edirdi. Cədvəldə siz bu bölgünü şəhərin rayonları üzrə görə bilərsiniz. Göründüyü kimi Bakının bəzi bölgələrində azərbaycanlılara məxsus mülklər azlıq təşkil edirdi (hətta 0.8%), bəzilərində isə əksinə absolyut çoxluq (91-92%). p.s. yeri gəlmişkən, burada yalnız artıq istifadə olunan mülklər nəzərə alınıb. Boş və ya tikilən ərazilər üzrə isə azərbaycanlılar artıq lider idilər və ehtimal etmək olar ki, bir 10-15 ilə azərbaycanlıların payı daha da artacaq idi. p.p.s. mənbə: Алышевский, В. В. Г. Баку и промыслово-заводской район по данным переписи 1913 г. / В. В. Алышевский ; Азерб. центр. стат. упр. - Баку : Изд. АзЦСУ, 1922-1923. Ч. 1., вып. 1 : Владения, строения и торгово-промышленные помещения г. Баку
1 136
20
Bakı metropoliteni: ""Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq". Elə sabah "20 yanvar"a getməli idim və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tövsiyəsini nəzərə alaraq, bu məqsədlə "Xocəsən"ə gedəcəyəm. P.s. rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vaxtilə "Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin pulsuz olması nəzərdə tutulmur, çünki belə bir addım atılsa, biz hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq" demişdi.
569
Mashalli - آمار و تحلیل کانال تلگرام @mashalli