en
Feedback
Mashalli

Mashalli

Open in Telegram

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Show more
1 901
Subscribers
-524 hours
+27 days
+1530 days
Posts Archive
İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımov REAL TV-nin efirində: "Şəxsən, bəlkə də səhv edirəm, bəlkə də televiziya rəhbəri bunu deməməlidir, ancaq mən əminəm ki, televiziya son illərini, onilliyini yaşayır. Ənənəvi formatda". Deməli Fox Sports Dünya Çempionatını teleyayım hüquqlarını 485 milyon dollara əldə edib. Bir sıra hesablamalara görə təkcə oyun zamanı baş verən "su fasilələri" ən azı TV-yə 250 milyon dollar gəlir gətirə bilər. Bununla bərabər Nielsen-in hesablamasına görə Dünya Çempionatının oyunları artıq bir sıra rekordları vurur. Misal üçün, ABŞ-Bosniya oyununa 24,4 milyon insan baxıb (pikdə 32 milyona çatırdı). Hesablamalara görə 2025-ci ildə ABŞ teleməkanında yalnız 12 translyasiya bundan çox auditoriya toplamağa müvəffəq olub. Nəticə etibarilə bir çoxları hesab edir ki, Fox bu hüquqları çox ucuza alıb və yaxşı da qazanacaq (əlavə etmək lazımdır ki, ABŞ teleməkanında həm də ispan dilində Telemundo da eyni oyunları göstərir). Müqayisə üçün, ənənəvi televiziya olmayan Netflix ildə cəmi 5 NFL oyunu göstərmək üçün 375 milyon dollar ödəniş edib. Düzdür müqayisə tam da doğru deyil, amma İTV hər bir halda Dünya Çempionatının oyunlarını göstərir (ödənişi, qazancı və s. barədə bizim heç bir məlumatımız yoxdur). Eyni zamanda heç vaxt belə pafoslu söhbətləri başa düşməmişəm. Teleməkan dəyişir - bəli, formatlar dəyişir, amma insanlar televizora daha çox baxmağa başlayıblar (Netflix, HBO və s. insanlar oturub telefon və ya laptop üçün əldə etmirlər). İndi televizora baxarkən İTV-nin Youtube kanalına ya efirinə baxırlarmı, bu ciddi bir fərq deyil, sadəcə şirkətdaxili şöbələrarası rəqabəti müəyyən qədər artıra bilər (amma bunu da düşünmürəm).

Bir az şəffaflıq haqqında Rəsmi olaraq Gəncə Avtomobil Zavodu Xalq qəzetində maliyyə hesabatını dərc edib. İndi bilmirəm hans
Bir az şəffaflıq haqqında Rəsmi olaraq Gəncə Avtomobil Zavodu Xalq qəzetində maliyyə hesabatını dərc edib. İndi bilmirəm hansı tərəfdə problem yaranıb, amma qəzetin elektron versiyasında hesabat bu formada təqdim olunub. Qəzetin çap versiyasını görməmişəm, amma təxmin edirəm ki, ona baxan çox az adam var. Nəticə etibarilə gündəlik olaraq rəsmi qəzetlərdən hesabatları xəbər kimi təqdim edən KİV-lərimiz burada heç nə görmədilər və Gəncə Avtomobil Zavodunun maliyyə məlumatlarına dair mediamızda heç bir xəbər paylaşılmadı. Təxmin edirəm ki, heç kimin ağlına sorğu ilə müraciət etmək kimi bir ideya da gəlmədi. Nəticədə şirkət öz "öhdəliyi"ni yerinə yetirib, ictimaiyyət də bu barədə heç nə öyrənməyib.

Rusiyada benzin problemi yarandığından müxtəlif telegram-kanallarında indiki vəziyyəti SSRİ dövrü ilə müqayisə etməyə başlayı
Rusiyada benzin problemi yarandığından müxtəlif telegram-kanallarında indiki vəziyyəti SSRİ dövrü ilə müqayisə etməyə başlayıblar. Əsas nəticə odur ki, indi problemlərin olmasına baxmayaraq SSRİ dövrü ilə müqayisədə minimal/orta əməkhaqqıya daha çox benzin almaq mümkündür. Yəni özünəməxsus "benzin" indeksidir. Düşündüm ki, bizi də müqayisə etmək lazımdır. Deməli Sovet dövründə minimal əməkhaqqı əsasən 70 rubl təşkil edirdi (1969-1971-ci illərdə 60 rubl idi. Ondan sonra 1991-ci ilə kimi göstərici dəyişməmişdi). 80-ci illərdə (ölkə üzrə avtomobilləşmə dövrü başlamışdı. Əgər 1970-ci ildə bütün SSRİ üzrə 1.5 milyon minik avtomobili var idisə, 1980-ci ildə artıq il ərzində 1.2 milyon satılmışdı) benzinin qiyməti ciddi sürətdə artırdılar və nəticədə minimal əməkhaqqı ilə müqayisədə cəmi 233 litr benzin almaq mümkün idi. İndiki Azərbaycanda isə minimal əməkhaqqıya 348 litr benzin almaq mümkündür. Göründüyü kimi 1980-ci illər ilə müqayisədə biz təxmini iki dəfə daha yaxşı yaşamağa başlamışıq!

Bu yaxınlarda Gürcüstan Statistika İdarəsi ölkədə 2024-cü ildə keçirilmiş siyahıyaalmanın ilkin nəticələrini dərc edib. Məlum
Bu yaxınlarda Gürcüstan Statistika İdarəsi ölkədə 2024-cü ildə keçirilmiş siyahıyaalmanın ilkin nəticələrini dərc edib. Məlumata görə, ölkə üzrə azərbaycanlıların sayı 10 il əvvəlki dövr ilə müqayisədə 14% artıb. Bununla belə Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının sayı isə 10 il ərzində 2.5 (!) dəfə artıb. Yeri gəlmişkən, yerli xalqlar arasında ən böyük artımı məhz azərbaycanlılar göstərib. Gürcülər üzrə sayda artım 2.5%, ermənilər üzrə isə 0.7% təşkil edib.

- Несин А. Король футбола. Москва. 1973. 190с. - vaxtilə hansısa səbəbə görə bu kitabın audio-formatını yükləmişdim deyə ayın ortasında kitab yadıma düşərkən, bu əsər qarşıma çıxdı. Prinsipcə mənlik bir janr deyil. Düzdür maraqlıdır, gülməlidir, amma ürəyimcə deyildi. Məsələ daha çox mövzu ilə bağlı idi. Satirik romanları oxumağı sevirəm, sadəcə Galatasaray-Fənərbahçe rəqabətinə həsr olunmuş satirik roman oxumaq nəsə "ne to"dur. Bəlkə hardasa 10-15 il əvvəl oxusaydım daha maraqlı gələrdi; - Elçin. SOS. Bakı. 1969. 96s. - bu ay cəmi iki kağız kitab oxumuşam, ikisini də broşür və ya kitabça adlandırmaq daha düzgün olardı. Babama məxsus və ona vaxtilə hədiyyə olunmuş kitablardan ibarət rəfə baxarkən bu povestə rast gəldim. Bundan əvvəl Elçinin heç bir əsərini oxumamışdım deyə düşündüm ki, tanış olmaq gec deyil (niyə məhz bu kitabçanı vaxtilə babama hədiyyə etmişdi, bilmirəm). Qısa olaraq əsər iki azərbaycanlı tələbənin böyük Moskvada prezervativ tapmadıqlarına həsr olunub. Ya da başqa tərəfdən cinsi təhsilin zəifliyinə həsr olunduğunu demək olar. Nəticədə qız hamilə oldu və bu hamiləlik ilə nə edəcəyinə dair heç bir fikri yox idi. Əslinə qalsa mövzunu daha da geniş açmaq olardı, amma göründüyü odur ki, müəllif sosial mövzuların açılması cəhətindən çox da peşəkar deyil və ona görə imkanı yalnız qısa povestə (povestin yarısı da qızın anasının xatirələrindən ibarətdir) çatdı; - Y.V. Çəmənzəminli. Son bahar. Bakı. 1968. 112s. - Yusif Vəzirin bir sıra hekayə və felyetonlardan ibarət məcmuəsidir. Görünür kitabın tərtibatçısı qadın olduğu üçün məcmuədə olan felyetonların və hekayələrin əhəmiyyətli hissəsi qadınlara və qadın hüquqlarına həsr olunub. Başqa tərəfdən hekayələrdən biri həddindən artıq Çak Palanikin "Döyüşçü klubu" romanının əvvəlinə oxşayır. Deməli "İki cocuq" hekayəsində əsas qəhrəman başqa bir uşağa rast gəlir və onun tərəfindən "mükəmməl döyülür" və heç bir müqavimət göstərmir. Yəni döyülmək istəyirdi. Deyirəm Yusif Vəzir bu mövzunu davam etdirsəydi, bəlkə yerli "Döyüşçü klubu" yazacaq idi... - Əli Əkbər. Gilə. Bakı. 2020. 126s. - Azərbaycan ədəbiyyatı ilə ayı davam etdirmək qərarına gəldim deyə ilk rast gəlinən audiokitabı yüklədim. Nəsə belə ortababat və heç bir ciddi məna daşımayan bir əsərdir; - A.H. Tanpınar. Saatleri Ayarlama Enstitüsü. İstanbul. 2014. 397s. - düşündüm ki, türk satirik ədəbiyyatı ilə tanışlığı davam etdirmək lazımdır. Yoxsa tanıdığım yalnız Əziz Nesin və Nazim Hikmətdir. Süni intellekt A.H. Tanpınarı tövsiyə etdi. Təklif etdiyi kitablar arasında yalnız bu romanının audio formatını tapdım deyə qulaq asmağa başladım. Əsər haqqında xüsusi nəsə deyə bilmərəm. Avtobusda gedəndə qulaq asmaq üçün bu romanı tövsiyə edə bilərəm, amma bundan kənar nəsə deyə bilmirəm. Düzdür gülməli məqamları var. Amma ümumən heç də xüsusi təəssürat yaratmadı.

Keçən ayı məhz Azərbaycan və Türk ədəbiyyatına (bu ayı da eyni tərzdə davam etdirmək niyyətim var) həsr etmişdim. Amma eyni z
Keçən ayı məhz Azərbaycan və Türk ədəbiyyatına (bu ayı da eyni tərzdə davam etdirmək niyyətim var) həsr etmişdim. Amma eyni zamanda oxuduğum kitab sayı və həcmi cəhətindən iyun ayı mənim üç çox zəif idi. Cəmi 10 gün ərzində mən özüm üçün təyin etdiyim minimal normanı (günə 50 səhifə) yerinə yetirmişəm. O da əsasən audio-kitablar hesabına baş verib. Gördüyünüz siyahıda olan 5 kitabdan 3-nü audio-formatda qulaq asmışam. Səbəb çox sadə idi - ayın yarısını səhər 6-da axşam saat 8-ə kimi işləyirdim. Hətta futbola baxmağa vaxtım qalmırdı (hətta burada keçən ay ərzində status paylaşmağı unudurdum). Nəsə, keçək siyahıya:

P.s. Qeyd olunan liseylər üzrə göstəricilər.
P.s. Qeyd olunan liseylər üzrə göstəricilər.

Məktəbi bitirərkən, təhsili davam etdirmək və ya müstəqil həyata daxil olmaq üçün biz imtahan verməliyik. Burada danışdığım imtahan məcazi mənada yox, konkret real olan nəzərdə tuturam. Misal üçün, mənim bu imtahanlara yanaşmam qeyri-ciddi idi. Düzdür hazırlığa və s. gedirdim (atamın tanışları hesabına hazırlıqlar demək olar ki, pulsuz idi), amma çox ciddi narahatlığım yox idi. Vecsiz idim. Amma bir çoxları əksinə ciddi olaraq hazırlaşırdı, yoxlamalara gedirdi, gündə 2-3 dəfə fərqli müəllimlərə gedirdi (möhtəşəm yaddaşa malik olan dostum hər fənn üzrə iki müəllimin yanına gedirdi, amma nəticədə məndən cəmi 60 bal çox yığdı. O da mənim hər suala cavab vermək həvəsim ilə bağlıdır. Bilmədiyim suallara cavab yazmasaydım, eyni yığırdım). Bəs yaxşı, keçmiş TQDK, indiki DİM imtahanları əhalinin sosial vəziyyətinə necə təsir? Ümumiyyətlə bu imtahanların əsas məqsədi nədir? Universitetdə oxumaq bacarığını yoxlayır? Məktəbdə əldə olunan bilik səviyyəsinimi? Ya məktəbi yoxlayırlar? 2020-ci ildə Rusiyada dərc olunmuş tədqiqata görə belə tipli imtahanların əsas məqsədi sosial bölgünü saxlamaqdır. T. Xavenson, T. Çirkina və M. Cekson 2020-ci ildə 9 və 11-ci siniflərdən sonra verilən imtahanların rolunu araşdırdılar. Onların hesablamalarına görə yüksək nəticələrə yönəlmiş imtahanlar insanların sosial-iqtisadi vəziyyətini müəyyən edirlər. Faktiki olaraq insanın hansı gəlir qrupuna aid olmasının 25-45%-ni məhz belə tipli imtahanlar müəyyən edir. Özü də problem imtahanda olmaya bilər. Sadəcə bu imtahanlar elə bil hazırlıq və s. tələb edir ki, faktiki olaraq sən artıq əvvəlcədən öz sosial-iqtisadi vəziyyətini göstərirsən. Normal və ətraflı hazırlıq üçün pul lazımdır. Bu pul isə müvafiq olaraq varlılarda var. Kasıblar isə nəticədə kəsilir. Əlbəttə ki, istisnalar ola bilər. Amma məsələ odur ki, cəmiyyətin həyatı istisnalar ilə müəyyən edilmir. Nəticə etibarilə belə tipli imtahanlar faktiki olaraq elitar təhsili formalaşdırır. Ən yüksək bal toplayanlar isə əsasən daha varlı ailələrdən olurlar və faktiki öz icmalarından çıxmırlar (yeri gəlmişkən, o zaman mənim ətrafımda 600 baldan yuxarı yığanlar hamısı ya orta məmur, ya da varlı ailələrdən idilər), çünki qəbul olunduqları universitetlər, fakültələr və s. eynidir. Vəsaitin yoxdursa, sən bunun üçün heç bir addım ata bilməcəyəksən. Əlbəttə yaxşı oxuyub, sən də müvafiq çevrəyə düşə bilərsən, amma təxmin edirəm ki, reallıq və çevrə fərqlənəcək və nəticə etibarilə keçid etmək çətin olacaq. Başqa sözlə imtahan özü birbaşa olaraq təsir etmir, amma imtahanın nəticələri, ona hazırlıq və s. faktiki olaraq ailənin sosial-iqtisadi vəziyyətinin göstəricisidir. İmtahan da bu fərqləri neytrallaşdırmaq yerinə əksinə gücləndirir. Ümumi olaraq hər bir şəxsin ali təhsili əldə etmək şansı var, amma pulu olan şəxsin şansları qat-qat yuxarıdır. Yeri gəlmişkən, elitar təhsil haqqında danışmışkən. Bu yaxınlarda bizim medialar onlardan gözlənilməyən təhlil aparıblar. Azedu.az saytı DİM tərəfindən təqdim olunan statistikanı təhlil ediblər və müəyyən ediblər ki, təqdim olunmuş statistikada bir neçə məktəb (Bakı Türk Anadolu liseyi, Azerbaijan British College təhsil kompleksi, Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya və Qərbi Kaspi Universitetinin nəzdində tam orta məktəb) yoxdur. Yəni qəbul nəticələrində müvafiq məktəblər üzrə abituriyent qeydə alınmayıb. Əslinə qalsa müvafiq məktəblər üzrə bir neçə abituryent imtahanlarda iştirak edib, sadəcə aşağı göstəricilər əldə ediblər. Amma ehtimal edirəm ki, müvafiq məktəblərdə oxuyanların əhəmiyyətli hissəsinin Azərbaycanda ali təhsil almaq kimi niyyətləri də yox idi. Bu isə daha bir göstəricidir. Ölkədə faktiki olaraq xaricdə təhsil alan bir çevrə formalaşır. Onlar əhalinin əhəmiyyətli hissəsindən uzaqdılar və faktiki ayrıdılar. Onlar sonradan Azərbaycana qayıdır və öz varidatı hesabına burada daha tez vəzifə və s. olaraq artmağa başlayırlar. Nəticə etibarilə ölkədə əhalinin əsas hissəsindən çox uzaq olan bir elita formalaşır.

Siz süni intellektdən necə istifadə edirsiniz? Əslinə qalsa indiki sistemlər bizə bir çox imkanlar açır. Misal üçün, öz işimdə mən çox da istifadə etmirəm, amma bəzi əməliyyatları sürətləndirmək cəhətindən süni intellekt əvəzsizdir. Məntiqlə onun əsas məqsədi biliyi və s. inkişaf etdirmək, yaymaqdır. Amma gördüyüm odur ki, insanlar bir çox hallada ondan mənasız yerə istifadə edirlər. Misal üçün, nəyisə oxumaq və araşdırmaq lazımdır. Süni intellekt bu zaman sənə ümumi olaraq kömək edə bilər, amma sənin biliyindən/təcrübən və s. bundan artmayacaq. Əksinə sənin rolun mənasız olacaq. Ona görə ən azı oxuyub tanış olmaq lazımdır (süni intellekt lazım olmayan və ya tez-tez düzgün olmayan məlumatı verəcək, və sən bunu müəyyən edə bilməyəcəksən. O gün bir mətni tez bir tərcümə üçün süni intellektə verdim və o bir neçə yerdə mənanı belə dəyişdi). Amma görünən odur ki, indiki müddətdə bunu gözləmək düzgün olmazdı. Deməli bu yaxınlarda Rusiyada ölkə üzrə süni intellekt istifadəsinə dair araşdırma aparıblar və məlum olub ki, ölkə üzrə süni intellektdən ən çox istifadə edən bölgə Moskva və ya Sankt-Peterburq deyil, Tomsk oldu. Tomsk isə Rusiyada tələbə şəhəridir. Görünən odur ki, tələbələr hər şey üçün süni intellektə müraciət edirlər və təxmin edirəm əhəmiyyətli hissəsi öz kurs, fərdi və s. işlərini də belə yazır. Gələcəkdə bunun nəticəsi nə olacaq demək çətindir, amma fikrimcə heç də yaxşı tendensiya deyil.

Qloballaşmadan kim qazanır? Əlbəttə ki, varlılar. Düzdür ümumi olaraq əhalinin bütün qrupları üzrə gəlir artımı müşahidə olun
Qloballaşmadan kim qazanır? Əlbəttə ki, varlılar. Düzdür ümumi olaraq əhalinin bütün qrupları üzrə gəlir artımı müşahidə olunur, amma ən əsas qazancı varlılar götürür. Misal üçün, dünya üzrə əhalinin ən aşağı gəlirli 50%-də gəlirlər 94% artıb, amma top 0.001%-də 235%. Özü də bazanı da nəzərə almaq lazımdır. Bu dövr ərzində gəliri azalan yeganə qrup Rusiyada aşağı gəlirli 50%-dir. Təxmin edirəm ki, Azərbaycanda da vəziyyət eynidir. Burada top 10% gəlirini 190% artırıb, amma qalan əhali isə 26% itirib.

Futbol ölkənin xidmət ixracının bir hissəsi kimi Cədvəldə bu dünya çempionatında hər mərhələ üçün nəzərdə tutulan məbləğlər g
Futbol ölkənin xidmət ixracının bir hissəsi kimi Cədvəldə bu dünya çempionatında hər mərhələ üçün nəzərdə tutulan məbləğlər göstərilib. Yəni əgər komanda dünya çempionatına düşübsə, o artıq 9 milyon dollar alır. Bir mərhələ keçdisə, əlavə 2 milyon alacaq və s. Misal üçün, Kabo-Verde yığması artıq 11 milyon dollar qazandı (müqayisə üçün, 2025-ci ildə ölkənin bütöv ixracatı 97 milyon dollar olub. Yəni futbolçular ölkə qazancının 1/9-nu artıq təşkil ediblər. Elə bu ilin ilk rübündə ölkə ixracı 1/3 azalmışdı. Futbolçular bunu qismən kompensasiya etdilər).

Futbol üzrə dünya çempionatı haqqqında maraqlı faktlar: futbolla maraqlanmağa başladığım 2002-ci ildə dünya çempionunun (Braz
Futbol üzrə dünya çempionatı haqqqında maraqlı faktlar: futbolla maraqlanmağa başladığım 2002-ci ildə dünya çempionunun (Braziliyanın) mükafatı 8.5 milyon dollar təşkil etmişdi. Builki dünya çempionatında turnirin hər bir iştirakçısı ən 9 milyon dollar əldə edəcək.

Bir müddət əvvəl Rüfət G. Kornelli haqqında xatırlatdı. Hər dəfə belə tipli faktlarla rastlaşanda qəribə bir hiss keçirirəm. Ölkə olaraq özümüzü "beynəlmiləl", "multikultur" və s. adlandırırıq, amma istədiyin hansısa mənbəyə müraciət etsən qəribə bir faktla rastlaşırsan. Misal üçün, G. Kornelli faktiki olaraq azərbaycandilli Gənc Tamaşaçılar Teatrının yaradıcısıdır, o dəfə yazdığım A.A. Qrossheym ölkədə botanika elminin banisidir, Y.A. Paxomov Azərbaycan Tarixi muzeyinin təşkilatçısıdır, L.S. Bretanitski Azərbaycan memarlıq tarixinin əsasını qoyub və s., amma onlar haqqında ciddi bir məlumat tapmaq mümkün deyil. Bu insanlar vaxtilə Azərbaycana başqa yerlərdən köçüblər, amma sonradan buranı sevib, qalıblar və yerli elmin və mədəniyyətin inkişafı üçün çalışıblar. Buna baxmayaraq indi demək olar ki, onları heç kim tanımır. Sonra da deyirik ki, niyə gənclər elmlə məşğul olmaq istəmirlər. Bu və ya digər sahəyə marağın yaranması üçün ən azı bir nümunə olmalıdır. Misal üçün, keçən dəfə yazdığım kimi Qrossheym tamamilə başqa bir bölgədə doğulub, yaşayıb, amma sonradan Azərbaycana o qədər bağlılığı yaranıb, hətta ömrünün sonuna kimi Talış dağlarına dırmaşmağa davam edib. Ya da L.S. Bretanitski Ukraynada doğulub, Moskvada təhsil alıb, amma buna baxmayaraq Azərbaycana qayıdıb və demək olar ki, ölkədə araşdırmadığı, qeydə almadığı bir orta əsr memarlıq abidəsi qoymayıb. Bəllidir ki, azərbaycanlı möhtəşəm alimlər və sənətkarlar də az deyil, sadəcə onlara təsir edən (1920-ci illərdə Bakıya çoxlu sayda alim, mədəniyyət xadimi gəlmişdi), onlarla birlikdə fəaliyyət göstərən ölkədə o qədər fərqli millətlərə aid olan alimlər və sənətkarlar var idi. Bizdə isə indi azərbaycanlı alimlər haqqında məlumatı çətinliklə tapmaq mümkündür (fərqli alimlərin xatirələrinə o qədər küçələr adlandırılıb, amma əhalinin böyük hissəsi heç onların kim olduğunu belə bilmir), digər millətlərə aid olanlar isə elə bil ki, tamamilə silinib.

Cədvəl 1. 2024-2026-ci illərin yanvar-may aylarında neft və təbii qaz hasilatı və ixracatı Cədvəl 2. Kapital qoyuluşları. Cəd
+2
Cədvəl 1. 2024-2026-ci illərin yanvar-may aylarında neft və təbii qaz hasilatı və ixracatı Cədvəl 2. Kapital qoyuluşları. Cədvəl 3. Mülkiyyət forması üzrə muzdla çalışan şəxslərin sayı

Qrafik 1. Azeri Light-in son bir il ərzində qiyməti. Qrafik 2. 2025-2026-ci illərdə Azərbaycan neftinin ixrac həcmi (barrel i
+1
Qrafik 1. Azeri Light-in son bir il ərzində qiyməti. Qrafik 2. 2025-2026-ci illərdə Azərbaycan neftinin ixrac həcmi (barrel ilə) və orta qiyməti (ABŞ dolları)

Yenə də vurğulamaq istəyirəm ki, bu azalma daha çox özəl tikinti ilə deyil, dövlət tikintisi ilə bağlıdır. Yəni başqa sözlə, biz bu prosesi anlayırıq, bunun səbəblərini bilirik və bunun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu da müəyyən edirik. Yenə də bu, maliyyə-iqtisadi blokda fəaliyyət göstərən aidiyyəti qurumlarla birgə fəaliyyətimizin əsasını təşkil edir”. Əslinə qalsa burada bir fəaliyyət ola bilər – sadəcə dövlət investisiyalarını artırmaq lazımdır. Bunu etməyəcəksənsə o zaman iqtisadiyyatda azalma ilə qarşılaşacaqsan. Nəzərə almaq lazımdır ki, tikinti sektorunda təxminən 118 min nəfər daimi işləyir və onlar arasında ən azı 25 min nəfərin orta aylıq əməkhaqqısı 23% azalıb. Hələ buraya müvəqqəti işçiləri də əlavə etsək, vəziyyətin daha da gərgin olduğunu görə bilərik. Yeri gəlmişkən, büdcə xərclərinin azalması əmək bazarına da təsir göstərib. Mediada olan məlumata görə, dövlət qurumlarında genişmiqyaslı ixtisarlar başlayıb (dövlət qurumlarında işləyənlər ilə çox da sıx əlaqəli deyiləm, amma hətta yaxın ətrafımda ən azı iki nəfəri ixtisar ediblər). Rəsmi statistikaya görə, dövlət sektorunda çalışanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 500 nəfər azalıb (cədvəl 3). Sabit gəlirə malik olan şəxslərin iş itirməsi, əlbəttə ki, iqtisadiyyata, xüsusən də istehlaka ciddi təsir göstərəcək (aprel ayı ərzində dövlət sektorunda çalışan 6.7 min nəfər işdən məhrum olub). Başqa tərəfdən, düzdür ÜDM-in tərkib hissəsi olan xarici ticarətdir. Rəsmi məlumata görə, bu ilin ilk beş ayında ixrac 27% artıb. Faktiki olaraq bunun hesabına da ÜDM azalma yox, staqnasiya göstərib. Lakin bu artımın yeganə səbəbi Dövlət Neft Fondunun qızıl satmasıdır. Aprel ayında Fond təxminən 22 ton qızıl satıb. İxracdakı bütün artım elə buna görə də baş verib. Belə ki, qızıl “ixracı” 3.5 milyard ABŞ dolları artdığı halda, ümumi ixrac cəmi 3.0 milyard ABŞ dolları yüksəlib. Formal olaraq belə əməliyyatlar ÜDM hesablamalarına ciddi təsir göstərməməlidir, lakin onların statistik uçota daxil edilmə üsulu səbəbindən həm ixrac göstəricilərinə, həm də ÜDM rəqəmlərinə daxil edilib. Beləliklə, iqtisadiyyatda baş verən hadisələrin əsas səbəbi neft hasilatın azalması və bu effektin iqtisadiyyata effektini minimallaşdırmağa çalışan Maliyyə nazirliyin dövlət investisiyalarının kəsməsini göstərə bilərik. Faktiki olaraq indiki şəraitdə iqtisadiyyatı bərpa etmək üçün yeganə şərt – dövlət investisiyalarını bərpa etməkdir. Bununla parallel iqtisadiyyatın neft-qaz asıllılığı azaltmaq üçün dəstək tədbirləri həyata keçirtmək lazımdır. Amma görünən odur ki, indi Vergi Xidməti və digər qurumlar daha çox iqtisadiyyatı sıxmağa çalışırlar. İndi bunun nəticəsini hesablayıblarmı, demək çətindir.

Ötən cümə axşamı Dövlət Statistika Komitəsinin saytında dərc olunmuş aylıq statistik icmala görə, may ayında ÜDM artımı 0,0% təşkil edib ki, bu da iqtisadiyyatın durğunluq mərhələsinə daxil olduğunu göstərir. İnflyasiyanın 5,6%-ə çatdığını (proqnozdan 1,1 faiz bəndi yüksək) nəzərə alsaq, bu vəziyyət staqflyasiya əlamətlərinin formalaşdığını göstərə bilər (amma konkret olaraq staqnasiya və ya staqflyasiyanın olduğunu demək üçün ən azı əlavə iki ay gözləmək lazımdır. Amma görünən odur ki, vəziyyət bu istiqamətdə gedir). Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə hazırki vəziyyətin əsas səbəbi üç istiqamətlə bağlıdır: məhsula və idxala xalis vergilər (-0.4%), mədənçıxarma sənayesi (-0,2%) və tikinti sektoru (-23,0%). Əlbəttə, mədənçıxarmada 0.2% cüzi görünə bilər, amma təkcə rəsmi məlumata görə bu sektorun ÜDM-də payı 28.5% təşkil edir. Onun multiplikativ effektini nəzərə alsaq, təxmin edirəm ki, reallıqda onun payı hətta ÜDM-in ¾-ü də keçir. Müqayisə üçün başqa sahələr haqqında danışsaq, İKT sahəsində bu ilin yanvar-may aylarında 10.1% artım qeydə alınıb, amma ÜDM-də onun payı cəmi 2% təşkil etdiyi üçün müvafiq olaraq ümumi iqtisadiyyata təsiri də aşağıdır (təxmin edirəm ki, onun da yarısı neft-qaz və tikinti ilə bağlıdır).  Mədənçıxarma sənayesində geriləmənin əsas səbəbi neft hasilatıdır (-1,0%). Mart ayının əvvəlindən Azərbaycan neftinin qiyməti bir barel üçün $83 yuxarı qalsa da (qrafik 1, yeri gəlmişkən büdcədə $65 nəzərə alınıb), bunun bizim neft hasilatımıza effekti çox aşağı idi. Belə ki, adətən qiymət artdıqca hasilatı və ixracatı da artırmağa çalışırlar, amma Azərbaycanda may ayına olan göstəricilərə əsasən neft hasilatı aylıq olaraq -3.1%, ilin əvvəlindən etibarən isə -3.3% azalıb (cədvəl 1). Eyni zamanda ixrac da -14.8% azalıb. Yeri gəlmişkən, may ayında satılan Azərbaycan neftinin orta qiyməti bir barrel üçün 112 dollar təşkil edib (qrafik 2). Amma bunun iqtisadiyyata zəif təsir etməsinin əsas səbəbi həcmin az olmasıdır. Belə ki, 2026-ci ilin may ayında Azərbaycan 905 min ton neft ixrac edib. Bu keçən ilin mayı ilə müqayisədə -58% azalma deməkdir. Nəticə etibarilə keçən ilin mayında qiymət bir barrelə görə 67 dollar olduğu halda ölkəyə 1.1 milyard dollar gəlmişdisə, bu il qiymətə iki dəfə yüksək olmasına baxmayaraq, ümumi qazanc 756 milyon dollar təşkil etmişdi. İkinci təbii resursumuz olan təbii qaz isə bu azalmanı kompensasiya edə bilməyib, çünki təbii qazın ixrac artırmaq potensialı çox da yüksək deyil, və eyni zamanda onun da hasilatı cəmi 1.5% artıb (ixracda artım 1.1% olub). Tikinti sektoruna gəldikdə, iqtisadiyyata yönəlmiş ümumi kapital qoyuluşları formal olaraq ötən ilin səviyyəsinə yaxın qalıb (azalma 0.7% təşkil edib, bax cədvəl 2). Lakin bu əsasən neft-qaz sənayesinə investisiyaların artması hesabına baş verib (+33.6% və ya 637 milyon manat). Belə investisiyalar daha çox kapital tutumludur və əsasən avadanlıq idxalı ilə bağlıdır. Yəni bu investisiyalar daha uzunmüddətli iqtisadi effektə malikdir. Həm də yerli iqtisadiyyata yox, daha çox xarici xidmət təchizatçılarına fayda verir. Yəni daxili iqtisadiyyat üçün bu investisiyalar multiplikativ effektə malik deyillər. Dövlət investisiyaları isə əksinə - ölkənin “qeyri-neft-qaz” sektorudur (düzdür tamamilə neft-qaz gəlirləri hesabına formalaşır). Nəticə etibarilə ölkə iqtisadiyyatının əsas drayver rolunu oynanır. Dövlət vəsaitləri Qarabağın yenidən qurulmasına, yol tikintisinə, kommunal infrastrukturun yaradılmasına və oxşar layihələrə yönəldilir. Hökumətin hesablamalarına görə, bu sektora yatırılan hər 1 AZN təxminən 3-5 AZN həcmində vəsait iqtisadiyyata gətirir. Buna görə də dövlət tikinti xərclərinin azalması ÜDM-ə ciddi mənfi təsir göstərir. Rəsmi məlumatlara əsasən, dövlətin tikinti sahəsinə investisiyaları 25,8% azalıb (cədvəl 2). Bu vəziyyətin əsas səbəbi kimi Maliyyə Nazirliyi tərəfindən elan edilmiş dövlət xərclərinin azaldılması göstərilir. Hətta iqtisadiyyat naziri də son müsahibəsində bu məsələyə birbaşa toxunub:

Keçən həftə deyəsən ən müzakirə olunan mövzulardan biri yumurtanın qiyməti idi. Düzünü desəm məsələni çox da araşdırmamışam,
Keçən həftə deyəsən ən müzakirə olunan mövzulardan biri yumurtanın qiyməti idi. Düzünü desəm məsələni çox da araşdırmamışam, amma rəsmi statistikaya görə bu ilin may ayında yumurta istehsalı 224.6 milyon ədəd təşkil edib. İlin əvvəlindən olan ümumi istehsal həcmi keçən il ilə müqayisədə az olsa da, konkret ay üzrə göstərici son 5 ilin ən yüksək göstəricisidir (söhbət yanvar-may dövrü haqqında gedir).

Vergi borcları haqqında: rəsmi məlumatlara görə Rusiyada vergi borcu olan şirkətlərin ümumi sayı 440 mindir. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Eyni zamanda məlum olub ki, iri şirkətlər arasında vergi borcu olan şirkətlərin sayı 47% artıb və 156 min təşkil edib. Artım həmçinin orta şirkətlər arasında da qeydə alınıb. Yəni başqa sözlə kiçik şirkətlərin borcu ya azalıb, ya da dəyişməyib, amma iri şirkətlərin vergi borcu ciddi sürətdə artıb. Göründüyü kimi vergi orqanları kiçik şirkətləri vergi məsələsində çox sıxırlar, amma iri şirkətlərə (artan borcu əhəmiyyətli hissəsi mənfəət vergisi ilə bağlıdır) isə.. heç nə.

İdealda burada "yerli gəlirlər" yerinə "bələdiyyə/şura gəlirləri" olmalı idi. İdealda əmlak, torpaq, mədən vergiləri və icarə
İdealda burada "yerli gəlirlər" yerinə "bələdiyyə/şura gəlirləri" olmalı idi. İdealda əmlak, torpaq, mədən vergiləri və icarə haqqı tamamilə bələdiyyənin büdcəsinə düşməli idi. Eyni zamanda ƏDV, hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə bələdiyyələrin payı 20-50% arasında dəyişməli idi... Reallıqda isə göstərilən gəlirlər yerli İcra hakimiyyətlərin büdcəsinə düşür. Nəticədə icra hakimiyyətlərin illik büdcəsi 873 milyon manatı üstələyir. Müqayisə üçün ölkə üzrə fəaliyyət göstərən bütün bələdiyyələrin ümumi gəliri 22,6 milyon manatdır.