cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

İnsan yönümlü şəhərlər ️

Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm. Dəstək olmaq: city4people.az/destek Əlaqə: @City4People_az_Bot

Show more
Advertising posts
2 826
Subscribers
+1024 hours
+257 days
+8930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🇩🇪 2025-ci ildən başlayaraq Berlin 50-metrik tramvaylar hərəkət edəcək. ⠀ 🚊 Hazırda burada 40-metrlik tramvaylar hərəkət edir, sizə onları iki il öncə vloqda göstərmişdim. ⠀ ❗️ Bu şəkilləri həmçinin ona görə paylaşıram ki, tramvayın eninə diqqət yetirəsiniz. Tramvaylar çox uzun olsa, onlar avtobusdan daha dar olur adətən və küçədə daha az yer tutur. Eyni zamanda 200-250, bəzən isə 400 sərnişin daşıya bilir. 🔸 Təəssüf ki, istər bizim cəmiyyətdə, istər qərarverən şəxslərin arasında hələ də tramvaya köhnəlmiş nəqliyyat kimi baxırlar. ⠀ 🇦🇿 Tramvayın Bakı küçələrinə qayıtmasına hələ də inanıram.
Show all...
4👍 2
Photo unavailableShow in Telegram
🛣 Vaxtilə Bakının küçələri maksimum genişləndirilib, asfaltlanıb və avtomobillərin ixtiyarına verilib. ⠀ 🔸 Nədənsə şəhəri daha ədalətli etmək lazımdır deyəndə, dərhal "sürücüləri sıxışdırırlar" etirazları ortaya çıxır. Unutmayaq ki, son 20 il ərzində ölkədə yalnız və yalnız avtomobillərin hərəkətini daha sürətli etmək üçün çalışıblar. Bunun üçün səkiləri daraldıb və ağacları kəsiblər, 2 milyonluq (!) şəhərdə tramvayı ləğv ediblər. ⠀ 🔸 Nəticəsi də bəllidir - tıxaclar, bərbad ictimai nəqliyyat, piyada gəzmək üçün şərait demək olar ki yoxdur. Ekoloji vəziyyət də bəllidir. Xoşbəxt olduqmu? Xeyr. ⠀ ❗️ Bunun bir çıxış yolu var - şəhəri insan yönümlü etmək, ilk növbədə gündəlik avtomobil istifadəsini azaltmaq, digər hərəkət iştirakçılar üçün uyğun şərait yaratmaqdır. ⠀ 📍 Bakı şəhəri, Xocalı prospekti ("Ağ Şəhər"-in yanı).
Show all...
👍 38😢 6💯 2
✍️ Bakı şəhərinin iki ərazisində səkilərin bərpasına dair AYNA-ya müraciət göndərdim. Böyük ümid hələ ki bəsləmirəm, açığı bunu edə bilsələr, təəccüblənərəm.
Show all...
👏 43👍 10 4
Photo unavailableShow in Telegram
🚍🚲 Daha bir avtobus və velosiped zolağı təşkil edilib. ⠀ 🔹 Afiyəddin Cəlilov küçəsində təmir işləri bitir, izləyicinin göndərdiyi fotodan görünür ki, burada zolaqlanma işləri aparılmasına başlanılıb və artıq ilk cızıqlardan görünür ki, avtobus və velosiped zolaqları nəzərdə tutulub. ⠀ 🔸 Bu küçənin bəzi yerlərində səkilərlə də problemlər var, təəssüf ki, indiki layihədə yalnız asfalt örtüyünün dəyişməsi həyata keçirilib.
Show all...
👍 32 6👏 4
Photo unavailableShow in Telegram
🚍 Ayrılmış avtobus zolaqlarına etiraz edən sürücülərə həsr olunur. ❓ Nədənsə sükan arxasına oturan insanların bir çoxunda eqoizm digər hissləri üstələyir.
Show all...
💯 57👏 5😁 5👍 2 1
Photo unavailableShow in Telegram
🚧 Avtobus zolağı salındı, amma səki yerinə qayıtmadı. 🔸 Dünən Ə. Haqverdiyev küçəsində növbəti avtobus zolağı salındı, təbii ki, bunu yaxşı addım kimi qarşılamaq lazımdır. Bir küçədə ki günün hər hansı bir saatında tıxac ya sıxlıq müşahidə olunursa, ora mütləq avtobus zolağı lazımdır. Başqa cür avtobusların qrafik üzrə hərəkətini təmin etmək mümkün deyil. 🔸 Amma başqa bir məsələ ki, bu küçədə vaxtilə səki kəsilərək parkinqə çevrilmişdir. Bu məsələ sosial şəbəkələrdə işıqlandırıldıqdan sonra səkini yerinə qaytarmağa çalışdılar, amma alınmadı. ❗️ İndi isə, həmin parkinq cibinə daxil olmaq üçün, sürücülər mütləq avtobus zolağına daxil olmalıdır, hansının cəriməsi olub 100 AZN və 2 bal. Deməli, bu cibin heç bir mənası qalmadı. İzləyicinin göndərdiyi şəkildə gördüyünüz vəziyyət isə birmənalı olaraq qayda pozuntusudur. 🔹 Bu yaxınlarda AYNA Sahil metrosunun qabağındakı səkini bərpa edə bildi. İndi bu ərazi ilə bağlı da müraciət göndərərəm, baxaq görək səkilərin piyadalara qaytarılmasını məsələsi şəhərdə aktual etmək nə dərəcədə mümkündür.
Show all...
👍 33 8💩 2😱 1
🇨🇿 Praqa şəhərinin əsas meydanlarından biri - Vatslav meydanı tamamilə piyadayönümlü olacaq. ⠀ 🔹 İlin əvvəlində Praqanı gəzib sizə bu şəhərin təcrübəsini ətraflı göstərmişdim, o vaxt meydanın bir hissəsi maşınlar üçün artıq bağlanmışdır. İndi buraya tramvaylar da qayıdacaq. ⠀ 🔹 Çexiyanın paytaxtı Avropanın ən insanyönümlü şəhərlərindən biridir. #Praqa
Show all...
👏 30 7
Photo unavailableShow in Telegram
💬 İzləyicilərdən.
Show all...
💯 58👍 4😢 2
Photo unavailableShow in Telegram
🚍 İctimai nəqliyyatının istifadəsinin stimullaşdırılmasından danışanda çox vaxt insanları məcburi şəkildə avtomobil komfortundan məhrum etmək kimi qəbul edirlər. ⠀ 🔹 Çox sadə prinsip var, bunu dostlar və tanışlarınıza da başa sala bilərsiniz. Avtomobil istifadəsini heç kimi qadağan etmək fikrində deyil, sadəcə torpaq sahəsi məhdud resursdur, onu düzgün istifadə etmək lazımdır ki, küçələrdə sıxlığın azaldılmasına nail olmaq mümkün olsun. ⠀ 🔹 İctimai nəqliyyatın əsas üstünlüyü də odur ki, kütləvi şəkildə şəhərə mobillik gətirə bilir. Əgər o daha effektivdirsə, deməli prioritet də ona verilməlidir. 🔹 Təbii ki, parallel olaraq ictimai nəqliyyat inkişaf etdirilməlidir ki, insanları özünə cəlb edə bilsin.
Show all...
36👏 4
Photo unavailableShow in Telegram
🚍 Bakıda və bizə yaxın olan qonşu paytaxtlarda ictimai nəqliyyat. ⠀ Bizə yaxın digər şəhərlərdə gediş haqqı fərqli olsa da, sərnişinlər üçün bir sıra üstünlüklər təqdim olunur. Misal üçün, bank kartı ilə ödəniş və müxtəlif kateqoriyalar güzəştlər. ⬆️ Ətraflı cədvəldə. ❗️ Çox gecikirik bu sahədə islahatlarla.
Show all...
😱 26👍 13😢 9
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.