uz
Feedback
Mashalli

Mashalli

Kanalga Telegram’da o‘tish

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Ko'proq ko'rsatish
1 896
Obunachilar
+424 soatlar
+27 kunlar
+1230 kunlar

Ma'lumot yuklanmoqda...

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Iyul '26
Iyul '26
+45
2 kanalda
Iyun '26
+26
2 kanalda
Get PRO
May '26
+22
2 kanalda
Get PRO
Aprel '26
+15
3 kanalda
Get PRO
Mart '26
+45
4 kanalda
Get PRO
Fevral '26
+22
3 kanalda
Get PRO
Yanvar '26
+26
2 kanalda
Get PRO
Dekabr '25
+14
3 kanalda
Get PRO
Noyabr '25
+14
3 kanalda
Get PRO
Oktabr '25
+22
2 kanalda
Get PRO
Sentabr '25
+31
4 kanalda
Get PRO
Avgust '25
+34
3 kanalda
Get PRO
Iyul '25
+16
2 kanalda
Get PRO
Iyun '25
+9
3 kanalda
Get PRO
May '25
+27
3 kanalda
Get PRO
Aprel '25
+30
3 kanalda
Get PRO
Mart '25
+28
5 kanalda
Get PRO
Fevral '25
+30
4 kanalda
Get PRO
Yanvar '25
+54
5 kanalda
Get PRO
Dekabr '24
+37
4 kanalda
Get PRO
Noyabr '24
+44
2 kanalda
Get PRO
Oktabr '24
+46
3 kanalda
Get PRO
Sentabr '24
+28
2 kanalda
Get PRO
Avgust '24
+30
2 kanalda
Get PRO
Iyul '24
+17
2 kanalda
Get PRO
Iyun '24
+23
3 kanalda
Get PRO
May '24
+37
4 kanalda
Get PRO
Aprel '24
+45
4 kanalda
Get PRO
Mart '24
+48
4 kanalda
Get PRO
Fevral '24
+62
9 kanalda
Get PRO
Yanvar '24
+93
4 kanalda
Get PRO
Dekabr '23
+54
3 kanalda
Get PRO
Noyabr '23
+31
4 kanalda
Get PRO
Oktabr '23
+31
5 kanalda
Get PRO
Sentabr '23
+34
0 kanalda
Get PRO
Avgust '23
+21
0 kanalda
Get PRO
Iyul '23
+57
0 kanalda
Get PRO
Iyun '23
+35
0 kanalda
Get PRO
May '23
+45
0 kanalda
Get PRO
Aprel '23
+118
0 kanalda
Get PRO
Mart '23
+56
0 kanalda
Get PRO
Fevral '23
+30
0 kanalda
Get PRO
Yanvar '23
+52
0 kanalda
Get PRO
Dekabr '22
+41
0 kanalda
Get PRO
Noyabr '22
+28
0 kanalda
Get PRO
Oktabr '22
+37
0 kanalda
Get PRO
Sentabr '22
+51
0 kanalda
Get PRO
Avgust '22
+86
0 kanalda
Get PRO
Iyul '22
+31
0 kanalda
Get PRO
Iyun '22
+38
0 kanalda
Get PRO
May '22
+81
0 kanalda
Get PRO
Aprel '22
+34
0 kanalda
Get PRO
Mart '22
+44
0 kanalda
Get PRO
Fevral '22
+18
0 kanalda
Get PRO
Yanvar '22
+20
0 kanalda
Get PRO
Dekabr '21
+20
0 kanalda
Get PRO
Noyabr '21
+37
0 kanalda
Get PRO
Oktabr '21
+42
0 kanalda
Get PRO
Sentabr '21
+48
0 kanalda
Get PRO
Avgust '21
+68
0 kanalda
Get PRO
Iyul '21
+31
0 kanalda
Get PRO
Iyun '21
+20
0 kanalda
Get PRO
May '21
+39
0 kanalda
Get PRO
Aprel '21
+51
0 kanalda
Get PRO
Mart '21
+46
0 kanalda
Get PRO
Fevral '21
+54
0 kanalda
Get PRO
Yanvar '21
+205
0 kanalda
Get PRO
Dekabr '20
+1 598
0 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
25 Iyul+1
24 Iyul+4
23 Iyul+2
22 Iyul+2
21 Iyul+1
20 Iyul0
19 Iyul+1
18 Iyul+2
17 Iyul+2
16 Iyul0
15 Iyul+2
14 Iyul+1
13 Iyul+4
12 Iyul+2
11 Iyul+1
10 Iyul+1
09 Iyul+1
08 Iyul+1
07 Iyul+5
06 Iyul+1
05 Iyul+4
04 Iyul+3
03 Iyul+1
02 Iyul+2
01 Iyul+1
Kanal postlari
Tez-tez qeyd etdiyimiz kimi Azərbaycan iqtisadiyyatı dövlət büdcəsinin xərclərindən ciddi olaraq asılıdır (yadımdadır ki, vax
Tez-tez qeyd etdiyimiz kimi Azərbaycan iqtisadiyyatı dövlət büdcəsinin xərclərindən ciddi olaraq asılıdır (yadımdadır ki, vaxtilə bəzi iqtisadçılar deyirdilər ki, bu yolla hökumət "neft gəlirlərinin iqtisadiyyata təsirini neytrallaşdırır"). İndi də iqtisadiyyatda müşahidə olunan problemlərin səbəblərindən biri məhz dövlət büdcəsi xərclərinin azaldılmasıdır. Başqa tərəfdən ilin əvvəlindən deyilir ki, hökumət işçiləri ixtisar edir və bununla qənaət əldə etməyə çalışır. Düzdür başqa maddələr üzrə "qənaəti" görmək olur, amma dövlət büdcəsi hesabına ödənilən maaşlarda nəsə bunu görmək çətindir. Maliyyə nazirliyinin məlumatına görə "ştatda olan işçilərin əməkhaqqı" xərcləri bu ilin yanvar-may aylarında keçən ilə nisbətdə 23.6% artıb. Aylıq olaraq 434 milyon manata çatıb (konkret may ayında isə 34.5%-lik artım qeydə alınıb).

2
O gün dediyim statistikaya dair: deməli səhər işə gedərkən yolüstü gördüm ki, 2025-ci ilin oktyabrında böyük pafosla şəhərin mərkəzində açılmış Mytcha Baku MMC-ə məxsus kafenin yerində artıq “Shaurma N1”-nın lövhəsi yerləşdirilib. Göründüyü kimi bütün dəstəyə və s. baxmayaraq müvafiq kafe cəmi 8 ay fəaliyyət göstərə bildi. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və subyektləri haqqında reyestr məlumatlarına əsasən deyə bilərik ki, Shaurma N1-in sahibi dəyişib. İyul ayının əvvəlindən şəbəkəyə məxsus bütün obyektlər tədricən Rinad Rəfail oğlu Əliyevin adına keçirilir. Köhnə sahibin (Fərid Ramiz oğlu Zalovun) adına hələ ki yalnız 4 obyekt qalıb (cəmi 31 restoran daxildir). Maraqlıdır ki, ölkədə ən iri restoran şəbəkələrindən biri olan Shaurma N1-in sahibi dəyişib (müqayisə üçün, McDonaldsın 36, GFC-nin isə 70 restoranı mövcuddur), amma iqtisadiyyata aid olan media orqanlarının bu barədə heç bir məlumatı yoxdur. Başqa ölkə olsaydı bu barədə bütün KİV-lər yazacaqdı, bizdə isə...
249
3
“Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə Milli Mətbuat Günü münasibətilə həbsxanadan mesaj göndərib. “Abzas
“Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə Milli Mətbuat Günü münasibətilə həbsxanadan mesaj göndərib. “Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən jurnalist mətbuat azadlığı ilə ölkənin iqtisadi inkişafı və rifahı arasındakı əlaqəyə diqqət çəkib. “2026-cı il Dünya Mətbuat Azadlığı Reytinqinə görə Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. Mətbuat azadlığı reytinqində son 10-luqda olan bir ölkənin nə insan inkişafı, nə də iqtisadi rifah baxımından ilk 10-luqda olması mümkündür. Çünki mətbuat azadlığı təkcə ifadə azadlığı deyil, həm də hesabatlılığın, şəffaflığın, yəni, sağlam iqtisadi mühitin təməlidir. Təməl zəiflədilir, dağıdılırsa, inkişaf və rifaha çatmaq da çətinləşir”. https://shorturl.at/MKygp
238
4
Mikayıl Cabbarov: “ bunun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu da müəyyən edirik”. DSK-nın məlumatın
Mikayıl Cabbarov: “ bunun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu da müəyyən edirik”. DSK-nın məlumatına görə bu ilin iyun ayında dövlət investisiyaların həcmi 1.4 milyard manat təşkil edib (2.2 dəfə çox). Eyni zamanda əgər yanvar-may aylarında dövlət investisiyaların dövlət büdcəsinin xərclərində payı 18.5% təşkil edirdisə, iyun ayında bu göstərici 41.0% çatdı. Başqa sözlə hökumət qısamüddətli effekt naminə dövlət büdcəsini xərcləməyə başladı (yeri gəlmişkən, təsadüfən ya yox, amma mərkəz ətrafında bir çox özəl layihələrin tikintisi də birdən birə bərpa olundu). İndiki vəziyyətdə bu xərcləri dayandırmaq onsuzda mənasız idi. Amma hər hansı bir xüsusi addım da atılmayıb. Son zamanlar reklam edilən ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı iqtisadiyyat üçün hər hansı bir əlavə imkan yaratmır. Yəni indi hər hansı institusional və ya inzibati (misal üçün, quru sərhədlərin açılması müvəqqəti olsa da ölkə iqtisadiyyatında canlanma yaradacaq) addım atmaq vaxtı gəlib.
290
5
Şort söhbəti yeni yüksəklikləri fəth edir Deməli hansısa keçmiş məmurları işə şortda gəlməkdə ittiham ediblər. Mən olsa idim,
Şort söhbəti yeni yüksəklikləri fəth edir Deməli hansısa keçmiş məmurları işə şortda gəlməkdə ittiham ediblər. Mən olsa idim, heç fikir də verməzdim, və ya deyərdim ki, görün nə gözəl və azad mühitdə işləmək imkanım olun. Amma sən məmurlar işə şortda gəlməyi özlərinə qarşı "işgüzar nüfuzuna qərəzli şəkildə xələl gətirən addımlar kimi" kimi qiymətləndirirlər. Bu məlumatı yayan KİV qeyd edir ki, "fəaliyyət göstərdikləri sahələr üzrə peşəkar mütəxəssis kimi tanınıb". Şort və peşəkarlıq arasında necə bir münasibat olduğunu media dəqiqləşdirmir.
310
6
Azərbaycanın kənd təsərrüfatı məhsulların ixracında son iki ilin tendensiyasını görə bilərsiniz. Hələ də Azərbaycanın Rusiyad
Azərbaycanın kənd təsərrüfatı məhsulların ixracında son iki ilin tendensiyasını görə bilərsiniz. Hələ də Azərbaycanın Rusiyadan asılılığı davam edir. Yəni ixracımızın həcm olaraq 83%, dəyər olaraq 77%-i Rusiyanın payına düşür. Düzdür dəyər olaraq Almaniya və digər Avropa ölkələrin payı artmağa başlayıb. Misal üçün, həcm olaraq 0.5% təşkil edən Almaniya ixracı dəyər olaraq 4.5%-ə bərabərdir.
311
7
Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, 2025-ci ildə Azərbaycanda ümumilikdə 12 969 nəfər ali və orta təhsil səviyyə
Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, 2025-ci ildə Azərbaycanda ümumilikdə 12 969 nəfər ali və orta təhsil səviyyəsində təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Müqayisə etdikdə bu "Tələbə-Məzun" sisteminin mövcud olduğu dövrdən bəri ən yüksək göstəricidir. Bu rəqəm bütöv ali və orta təhsil sistemini əhatə edir. Adətən ali təhsil adı altında daha çox bakalavr səviyyəsi nəzərdə tutulur. 2014-2025-ci illəri əhatə edən iki səbəbə görə xaricedilmə göstəricilərini bir qrafikdə toplamağa çalışdım. Göründüyü kimi akademik borca görə xaricedilmələrdə qəribə dəyişikliklər baş verir (gah 2 dəfə düşür, gah da 3 dəfə artır). Təhsil haqqının ödənilməməsinə görə xaricedilmələrin sayında isə sabit artım müşahidə olunur. p.s. düzdür deyə bilərsiniz ki, tələbələrin də ümumi sayı artır. Amma faiz nisbətində də artım müşahidə olunur. Belə ki, 2023-2024-cü illərdə bu göstərici 2.1% səviyyəsində idisə, 2025-ci ildə 2.6%-ə kimi artdı.
335
8
Bir az Azərbaycan tarixindən: deməli dünən Bakı Metropoliteni öz Facebook səhifəsində SZ (süni zəka) ilə hazırlanmış bir video yerləşdirdi. Adətən belə tipli videolara baxmıram, amma gördüm ki, stansiyaların köhnə görkəmini əks etdirən şəkilləri göstərirlər və maraqlı gəldi. Deməli videoda 5 stansiya göstərilib və yalnız "Sahil" stansiyasının köhnə xarici görünüşünə dair şəkil yoxdur. Ümumiyyətlə Sahil (və ya keçmişdə "26 Bakı Komissarları") stansiyasının köhnə xarici görünüşünə dair şəkili internetdə tapmaq bir qədər çətindir (amma mümkündür, misal üçün burada), amma görünür ki, Bakı Metropolitenin özündə də bunu tapmaq çətindir (yəni arxivdə bir dənə də şəkil yoxdurmu?). Sonra da deyirik necə bu və ya digər abidə, hadisə yaddan çıxılır. Belə də olur. İndi artıq az adam yada sala bilər ki, bu stansiya vaxtilə heç bir binanın içində deyildi və s. Bu hələ bizim gördüyümüz hadisədir. Təsəvvür edin ki, 100 il əvvəl baş verən hadisəyə dair yaddaş necə tez silinir.
386
9
Mən təxmini 2023-cü ildən bəri bu reyestr məlumatlarını yükləyirəm. Təəssüflər olsun ki, bu reyestr davamlı olaraq hansısa alət vasitəsilə yükləmək mümkün deyil. Ona görə nəsə izləmək bir az çətindir. Amma bununla belə müəyyən bir müəssisə bağlanandan sonra bir müddət keçdikcə reyestrdən silinir. Silinən obyektləri mən görmürəm, amma sağ olsunlar ən azı mövcud olan obyekt sayını göstərirlər. Əgər mənim yüklədiyim və onların təqdim etdikləri rəqəmləri müqayisə etsək görə bilərik ki, Azərbaycanda ən azı hər 4 restoran/kafedən 1-i bağlanır. Dediyim kimi hansı tezlikdə və hansı səbəbə dair məlumat tapmaq çətindir. Pərakəndə satışda bir qədər başqa tendensiya mövcuddur. Orada müasir ticarət kanalı (yəni özünəxidmət və kassada ödəniş) ənənəvi ticarət kanalını sıxışdırmağa davam edir və sonuncusunun azalmasına gətirir. Bununla parallel olaraq bir sıra şəbəkələr, əsasən Oba supermarket və Al market, hər ay təxmini 20-30 yeni mağaza açırlar və bununla da nisbətən bağlanan obyekt sayı kompensasiya olunur.
478
10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və su
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və subyektləri haqqında reyestr məlumatlarına əsasən deyə bilərik ki, 2019-2025-ci illərdə Azərbaycanda ən azı 5 min ictimai iaşə və 1 min pərakəndə satış mağazası bağlanıb.
516
11
Maraqlı faktlar sırasından: Kontur Arxitektura Layihə-Sənaye QSC 2024-cü ildə 19,8 milyon manat gəlir əldə edib. Bu vəsaitin 18,8 milyonluq hissəsi Ağdam Dəmir Yol və Avtovağzal Kompleksinin tikinti işlərindən əldə edib. 2025-ci ildə şirkət 45,2 milyonluq gəlirinin artıq 27,5 milyonluq hissəsini bu layihə hesabına qazanıb. Qeyd etmək lazımdır ki, şirkətin sahibi vaxtilə əməkdar mühəndis fəxri adı və Tərəqqi medalını almış Rizvan İlyas oğlu Rzayevdir. Vaxtilə Azəryolservis ASC və ADY QSC-nin rəhbər vəzifələrində çalışıb. 2025-ci ildə onun dividend gəliri 1.4 milyon manat təşkil edib.
425
12
Cədvəl 1. Çiyələk istehsalı və ixracı, min ton (2025-ci il üçün ümumi istehsal həcminə dair məlumat dərc olunmayıb. Təxminlər
Cədvəl 1. Çiyələk istehsalı və ixracı, min ton (2025-ci il üçün ümumi istehsal həcminə dair məlumat dərc olunmayıb. Təxminlərimiz hökumət tərəfindən elan olunan əkinlərin sahəsinə və orta məhsuldarlıq göstəricisinə əsaslanır).
931
13
Azərbaycanın qeyri-neft ixracatı haqqında Keçən ildən yadımdadır ki, çiyələyi (ümumi olaraq giləmeyvələri də) heç normal həcmdə əldə etmək imkanım (müqayisə üçün, keçən il cəmi 4 dəfə 300-400 qramm almışam, bu ilin may-iyun aylarında 6 dəfə daha böyük həcmdə) olmamışdı. Dövlət Statistika Komitəsi də təsdiqləyir ki, mövsümdən kənar və mövsüm zamanı çiyələyin qiymətində 2025-ci ildə dəyişiklik cəmi 13% olmuşdu (yəni mövsümdən kənar kiloqramı 5 AZN-ə satılırdısa, mövsümdə bu 4.33 təşkil etmişdi. Düzdür 2018-ci ildən bəri DSK bir sıra meyvə və giləmeyvələr üzrə absolyut qiymətləri təqdim etmir. Səbəbinə dair heç bir izah verilməmişdi). Mən adətən çiyələyin qiymətində düşməni gözləyib (bu il artıq gözləmədim), sonra onu almağa başlayıram. Səbəb da sadədir, qabaqlar həmişə çiyələyi 1 manatdan baha almamışam və eyni zamanda mövsümun gəlməyi ilə bazarda bolluq olur, bu da qiymətə təsir edir. Amma keçən il bolluğu müşahidə etmədim. Yalnız iyunun ortalarında qiyməti hardasa 2-2.5 AZN-ə kimi düşdü (müqayisə üçün, 2025-ci ildə Rusiyaya ixrac olunan çiyələyin orta qiyməti bir kiloqram üçün 1.86 AZN idi), amma artıq son partiyalar idi. Bəs bunun səbəbi nə idi? Dövlət Statistika Komitəsi bəlli olmayan səbəbə görə ölkə üzrə çiyələyin istehsalı haqqında məlumatı “digər giləmeyvə istehsalı” adı altında gizlədir. Misal üçün, ayrıca olaraq tut, albalı, gilas və s. haqqında məlumat var, amma konkret çiyələk ayrılmır. Ölkənin kənd təsərrüfatı ixracının 4%-ni təşkil edən məhsula dair məlumatı tapmaq çətindir. Hər bir halda 2016-ci ildən bəri ölkə üzrə çiyələk istehsalında artım başladı. Belə ki, 2016-ci ildə Azərbaycanda 2 min ton çiyələk istehsal olunmuşdusa (bu rəqəm 2000-ci illərin əvvəlindən sabit idi), 2017-ci ildə artıq 8.4 min tona çatdı. Bu da devalvasiyadan sonra “qeyri-neft iqtisadiyyatının inkişafı” çərçivəsində atılan addımlar nəticəsində baş verdi. Amma o dövrdə məhsulun əsas hissəsi daxili bazar tərəfindən istehlak olunurdu. Nəticə etibarilə ölkədə çiyələk bolluğu yaranmışdı. Daha bir böhrandan, karantindən, sonra görünür ki, yeni istiqamətlər axtarışında hökumət və aqrar şirkətlər çiyələyə rast gəldilər və.. başladı. 2021, 2022 və 2023-cü illərdə artıq çiyələk ixracının fiziki həcmi əvvəlki il ilə müqayisədə 2(!) dəfə artırdı. Nəticədə 2024-cü ilə sabit olaraq 20 min ton həcmində ixrac səviyyəsinə çatdı. Görünür ki, bu hökuməti razı salmadı və 2025-ci ildə yanaşma dəyişdi. Əgər Azərbaycan illərlə cəmi 2-3 min ton çiyələk ilə özünü təmin edirdisə, niyə daxili bazar üçün ayrılan həcm bundan çox olmalıdır? Ona görə 2025-ci ildə daxili bazara cəmi 5 min ton ayrıldı. Qalan məhsul isə ixraca getdi. Yeri gəlmişkən, əhəmiyyətli hissəsi ixraca gedən təkcə çiyələk deyil. Misal üçün, xurma üzrə bu göstərici 84.4%, şaftalı üzrə 81.6% və s. Ümumiyyətlə əgər ölkəmizdə bazarda bu və ya digər meyvə və ya tərəvəzin qiymətinin mövsümdə yüksək olmasını müşahidə edirsinizsə, deməli bu məhsulun əhəmiyyətli hissəsi ixraca gedir və daxili bazara satanlar buna görə də qiyməti qaldırırlar.
1 028
14
2018-2025-ci illərdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının strukturunda son 8 il ərzində ciddi dəyişikliklər
2018-2025-ci illərdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının strukturunda son 8 il ərzində ciddi dəyişikliklər baş verib. Fiziki həcm olaraq şaftalının payı 1%-dən 10%-ə kimi artıb. Bununla da pomidor və xurmanın payı azalıb. Ümumən isə Azərbaycan daha çox meyvə və bostan bitkiləri ixrac etməyə başlayıb.
1 174
15
Maraqlı faktlar sırasından: 2025-ci ildə Azərbaycan 310 594 ədəd kondisioner idxal edib. Müqayisə üçün Almaniyada 2025-ci ildə satılan kondisionerlərin ümumi sayı 350-450 min ədəd olaraq qiymətləndirilir.
1 252
16
Futbolun inkişafı haqqında: periodik olaraq skandinav ölkələrindən birinin yığması dünya arenasında özünü göstərməyə müvəffəq olur. Hər dəfə də məlum olur ki, bu müvafiq ölkədə həyata keçirilən məqsədyönlü (və ya bizim mediaların tərzində desək uzaqgörən) siyasətinin nəticəsidir. Misal üçün, vaxtilə İslandiya, Danimarka yığmaları məşhurlaşmışdı. İndi hamı Norveç millisi haqqında danışır. Sonradan bu ölkələrin futbol klubları artıq bir çox futbol yarışların ənənəvi iştirakçılarına çevrilirlər. Bəs bu uğurların səbəbi nədir? Əlbəttə ki, bu ölkələrdə həyata keçirilən idman siyasətinə təsir edən bir çox amillər var, amma ən əsası və vacibi - futbol infrastrukturudur. Bütün ölkələr ilk əvvəl infrastrukturu (futbol infrastrukturu deyiləndə, əlbəttə ki, təkcə futbol meydançası nəzərdə tutulmur. Amma hər bir halda ən yüngülü budur deyə onu müqayisə edək) qururdular, sonra digər addımları atırdılar. Müqayisə üçün: İslandiya - 179 futbol meydançası (əhalisinin sayı 400 min, və ya 10 min nəfərə 4.5 futbol meydançası) Norveç - 2000 futbol meydançası (əhalisinin sayı 5.7 milyon, və ya 10 min nəfər 3.5 futbol meydançası) Danimarka - 1796 futbol meydançası (əhalisinin sayı 6 milyon, və ya 10 min nəfərə 3 futbol meydançası) Azərbaycanda - 196 stadion (əhəmiyyətli hissəsinin yalnız adı qalıb. Yeri gəlmişkən, rəsmi məlumata görə Norveçdə 1000 nəfərdən çox tutumu olan 80 stadion var. Azərbaycanda isə 1500 nəfərdən çox tutumu olan 76 stadionun olduğu deyilir). Dəqiq nəsə demək çətindir, amma təxmin edək ki, qoy hər stadionda və ya onun yaxınlığında ən azı 2 futbol meydançası var, bu da hardasa 400 edir. Rəsmi olaraq ölkə əhalisinin sayı 10 milyondur. Bu da 10 min nəfərə 0.4 meydança deməkdir. Yəni infrastruktur olmayanda yerli futbolçulardan nə gözləmək olar? İlk əvvəl futbolçuların yaranması üçün infrastruktur lazımdır. Ondan sonra artıq tələblər arta bilər. Bizdə birincisi olmadığı halda, keyfiyyət və s. haqqında danışmaq mümkün deyil (yeri gəlmişkən, hətta Gürcüstan haqqında danışsaq, onlarda da son nəsil müxtəlif yerli səviyyəli turnirlər nəticəsində akademiyalara və s. düşüblər. Amma yerli səviyyədə belə oynamaq üçün ən azı 400 meydança var idi). Yeri gəlmişkən, burada AFFA-nın da müəyyən rolu ola bilər, amma praktiki olaraq bu işlər daha çox hökumətə aiddir.
629
17
İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımov REAL TV-nin efirində: "Şəxsən, bəlkə də səhv edirəm, bəlkə də televiziya rəhbəri bunu deməməlidir, ancaq mən əminəm ki, televiziya son illərini, onilliyini yaşayır. Ənənəvi formatda". Deməli Fox Sports Dünya Çempionatını teleyayım hüquqlarını 485 milyon dollara əldə edib. Bir sıra hesablamalara görə təkcə oyun zamanı baş verən "su fasilələri" ən azı TV-yə 250 milyon dollar gəlir gətirə bilər. Bununla bərabər Nielsen-in hesablamasına görə Dünya Çempionatının oyunları artıq bir sıra rekordları vurur. Misal üçün, ABŞ-Bosniya oyununa 24,4 milyon insan baxıb (pikdə 32 milyona çatırdı). Hesablamalara görə 2025-ci ildə ABŞ teleməkanında yalnız 12 translyasiya bundan çox auditoriya toplamağa müvəffəq olub. Nəticə etibarilə bir çoxları hesab edir ki, Fox bu hüquqları çox ucuza alıb və yaxşı da qazanacaq (əlavə etmək lazımdır ki, ABŞ teleməkanında həm də ispan dilində Telemundo da eyni oyunları göstərir). Müqayisə üçün, ənənəvi televiziya olmayan Netflix ildə cəmi 5 NFL oyunu göstərmək üçün 375 milyon dollar ödəniş edib. Düzdür müqayisə tam da doğru deyil, amma İTV hər bir halda Dünya Çempionatının oyunlarını göstərir (ödənişi, qazancı və s. barədə bizim heç bir məlumatımız yoxdur). Eyni zamanda heç vaxt belə pafoslu söhbətləri başa düşməmişəm. Teleməkan dəyişir - bəli, formatlar dəyişir, amma insanlar televizora daha çox baxmağa başlayıblar (Netflix, HBO və s. insanlar oturub telefon və ya laptop üçün əldə etmirlər). İndi televizora baxarkən İTV-nin Youtube kanalına ya efirinə baxırlarmı, bu ciddi bir fərq deyil, sadəcə şirkətdaxili şöbələrarası rəqabəti müəyyən qədər artıra bilər (amma bunu da düşünmürəm).
651
18
Bir az şəffaflıq haqqında Rəsmi olaraq Gəncə Avtomobil Zavodu Xalq qəzetində maliyyə hesabatını dərc edib. İndi bilmirəm hans
Bir az şəffaflıq haqqında Rəsmi olaraq Gəncə Avtomobil Zavodu Xalq qəzetində maliyyə hesabatını dərc edib. İndi bilmirəm hansı tərəfdə problem yaranıb, amma qəzetin elektron versiyasında hesabat bu formada təqdim olunub. Qəzetin çap versiyasını görməmişəm, amma təxmin edirəm ki, ona baxan çox az adam var. Nəticə etibarilə gündəlik olaraq rəsmi qəzetlərdən hesabatları xəbər kimi təqdim edən KİV-lərimiz burada heç nə görmədilər və Gəncə Avtomobil Zavodunun maliyyə məlumatlarına dair mediamızda heç bir xəbər paylaşılmadı. Təxmin edirəm ki, heç kimin ağlına sorğu ilə müraciət etmək kimi bir ideya da gəlmədi. Nəticədə şirkət öz "öhdəliyi"ni yerinə yetirib, ictimaiyyət də bu barədə heç nə öyrənməyib.
516
19
Rusiyada benzin problemi yarandığından müxtəlif telegram-kanallarında indiki vəziyyəti SSRİ dövrü ilə müqayisə etməyə başlayı
Rusiyada benzin problemi yarandığından müxtəlif telegram-kanallarında indiki vəziyyəti SSRİ dövrü ilə müqayisə etməyə başlayıblar. Əsas nəticə odur ki, indi problemlərin olmasına baxmayaraq SSRİ dövrü ilə müqayisədə minimal/orta əməkhaqqıya daha çox benzin almaq mümkündür. Yəni özünəməxsus "benzin" indeksidir. Düşündüm ki, bizi də müqayisə etmək lazımdır. Deməli Sovet dövründə minimal əməkhaqqı əsasən 70 rubl təşkil edirdi (1969-1971-ci illərdə 60 rubl idi. Ondan sonra 1991-ci ilə kimi göstərici dəyişməmişdi). 80-ci illərdə (ölkə üzrə avtomobilləşmə dövrü başlamışdı. Əgər 1970-ci ildə bütün SSRİ üzrə 1.5 milyon minik avtomobili var idisə, 1980-ci ildə artıq il ərzində 1.2 milyon satılmışdı) benzinin qiyməti ciddi sürətdə artırdılar və nəticədə minimal əməkhaqqı ilə müqayisədə cəmi 233 litr benzin almaq mümkün idi. İndiki Azərbaycanda isə minimal əməkhaqqıya 348 litr benzin almaq mümkündür. Göründüyü kimi 1980-ci illər ilə müqayisədə biz təxmini iki dəfə daha yaxşı yaşamağa başlamışıq!
543
20
Bu yaxınlarda Gürcüstan Statistika İdarəsi ölkədə 2024-cü ildə keçirilmiş siyahıyaalmanın ilkin nəticələrini dərc edib. Məlum
Bu yaxınlarda Gürcüstan Statistika İdarəsi ölkədə 2024-cü ildə keçirilmiş siyahıyaalmanın ilkin nəticələrini dərc edib. Məlumata görə, ölkə üzrə azərbaycanlıların sayı 10 il əvvəlki dövr ilə müqayisədə 14% artıb. Bununla belə Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının sayı isə 10 il ərzində 2.5 (!) dəfə artıb. Yeri gəlmişkən, yerli xalqlar arasında ən böyük artımı məhz azərbaycanlılar göstərib. Gürcülər üzrə sayda artım 2.5%, ermənilər üzrə isə 0.7% təşkil edib.
1 213