ch
Feedback
Mashalli

Mashalli

前往频道在 Telegram

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

显示更多
1 854
订阅者
-124 小时
无数据7 天
-1830 天

数据加载中...

标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
10月 '26
十月 '26
+2
在0个频道中
九月 '26
+24
在3个频道中
Get PRO
八月 '26
+36
在2个频道中
Get PRO
七月 '26
+55
在2个频道中
Get PRO
六月 '26
+26
在2个频道中
Get PRO
五月 '26
+22
在2个频道中
Get PRO
四月 '26
+15
在3个频道中
Get PRO
三月 '26
+45
在4个频道中
Get PRO
二月 '26
+22
在3个频道中
Get PRO
一月 '26
+26
在2个频道中
Get PRO
十二月 '25
+14
在3个频道中
Get PRO
十一月 '25
+14
在3个频道中
Get PRO
十月 '25
+22
在2个频道中
Get PRO
九月 '25
+31
在4个频道中
Get PRO
八月 '25
+34
在3个频道中
Get PRO
七月 '25
+16
在2个频道中
Get PRO
六月 '25
+9
在3个频道中
Get PRO
五月 '25
+27
在3个频道中
Get PRO
四月 '25
+30
在3个频道中
Get PRO
三月 '25
+28
在5个频道中
Get PRO
二月 '25
+30
在4个频道中
Get PRO
一月 '25
+54
在5个频道中
Get PRO
十二月 '24
+37
在4个频道中
Get PRO
十一月 '24
+44
在2个频道中
Get PRO
十月 '24
+46
在3个频道中
Get PRO
九月 '24
+28
在2个频道中
Get PRO
八月 '24
+30
在2个频道中
Get PRO
七月 '24
+17
在2个频道中
Get PRO
六月 '24
+23
在3个频道中
Get PRO
五月 '24
+37
在4个频道中
Get PRO
四月 '24
+45
在4个频道中
Get PRO
三月 '24
+48
在4个频道中
Get PRO
二月 '24
+62
在9个频道中
Get PRO
一月 '24
+93
在4个频道中
Get PRO
十二月 '23
+54
在3个频道中
Get PRO
十一月 '23
+31
在4个频道中
Get PRO
十月 '23
+31
在5个频道中
Get PRO
九月 '23
+34
在0个频道中
Get PRO
八月 '23
+21
在0个频道中
Get PRO
七月 '23
+57
在0个频道中
Get PRO
六月 '23
+35
在0个频道中
Get PRO
五月 '23
+45
在0个频道中
Get PRO
四月 '23
+118
在0个频道中
Get PRO
三月 '23
+56
在0个频道中
Get PRO
二月 '23
+30
在0个频道中
Get PRO
一月 '23
+52
在0个频道中
Get PRO
十二月 '22
+41
在0个频道中
Get PRO
十一月 '22
+28
在0个频道中
Get PRO
十月 '22
+37
在0个频道中
Get PRO
九月 '22
+51
在0个频道中
Get PRO
八月 '22
+86
在0个频道中
Get PRO
七月 '22
+31
在0个频道中
Get PRO
六月 '22
+38
在0个频道中
Get PRO
五月 '22
+81
在0个频道中
Get PRO
四月 '22
+34
在0个频道中
Get PRO
三月 '22
+44
在0个频道中
Get PRO
二月 '22
+18
在0个频道中
Get PRO
一月 '22
+20
在0个频道中
Get PRO
十二月 '21
+20
在0个频道中
Get PRO
十一月 '21
+37
在0个频道中
Get PRO
十月 '21
+42
在0个频道中
Get PRO
九月 '21
+48
在0个频道中
Get PRO
八月 '21
+68
在0个频道中
Get PRO
七月 '21
+31
在0个频道中
Get PRO
六月 '21
+20
在0个频道中
Get PRO
五月 '21
+39
在0个频道中
Get PRO
四月 '21
+51
在0个频道中
Get PRO
三月 '21
+46
在0个频道中
Get PRO
二月 '21
+54
在0个频道中
Get PRO
一月 '21
+205
在0个频道中
Get PRO
十二月 '20
+1 598
在0个频道中
日期
订阅者增长
提及
频道
01 十月+2
频道帖子
Deyəsən tunelin sonunda işıq var: oktyabrın 1-dən etibarən Sankt-Peterburqda koronavirus ilə bağlı məhdudiyyətlər ləğv olunacaq. Sən demə orada da 2020-ci ilin martın 13-dən etibarən bu qadağalar mövcud idi. Bu günə kimi müvafiq qadağalar yalnız mitinq və s. qarşı tətbiq olunurdu. İndi artıq ləğv ediblər. Amma misal üçün, Moskvada hələ bu qadağalar davam edir. Görək indi Azərbaycan bunu nə vaxt edəcək... amma ən azı nə vaxtsa qadağaların aradan qaldırılacağı ümidi var...

2
Sentyarbın 28-i UNESCO tərəfindən beynəlxalq “İnformasiyaya Ümumi Çıxış Günü” elan edilib. Düzünü desəm son zamanlar müəyyən media resurslarından başqa nəsə oxumuram deyə bu barədə təsadüfən “Azərbaycan” qəzetindən öyrəndim (orada da daha çox şirkətlərin maliyyə hesabatları üçün daxil olmuşdum). Qəribədir, faktiki olaraq çox az həcmdə məlumata giriş imkanı verən media resurs müvafiq gün ilə bağlı məlumat hazırlayıb. Söhbət bizim medialarda deyil. Deməli simvolik olaraq elə sentyabrın 28-i Rusiyada Putin energetika sahəsində çıxışın məhdudlaşdırıldığı məlumatların siyahısına Rusiyanın neft emalı zavodlarında (NEZ) emal və istehsal həcmləri barədə məlumatlar, ixrac olunan məhsulların həcmi və dəyəri, onların satıcıları və alıcıları, habelə daşıyıcıları, ekspeditorları və sığortaçıları haqqında məlumatları daxil edib. Eyni zamanda energetika məhsullarının tədarükü üzrə müqavilələr çərçivəsində qarşılıqlı hesablaşmalar barədə məlumatlara, ixrac prosesində istifadə olunan dəniz nəqliyyatı, konteynerlərin nömrələri və nəqliyyat sənədlərinin rekvizitləri haqqında məlumatlara çıxış da məhdudlaşdırılır. Rusiyada onsuzda son zamanlar bir çox məlumatlara çıxış məhdudlaşdırılıb. Energetika sahəsində baş verən hadisələri nəzərə alaraq düşündülər ki, bunu daha da genişləndirmək lazımdır. O gün Rusiyada neft-qaz sahəsində fəaliyyət göstərən medialardan biri təsadüfən hökumət hesabatlarının birində Rusiya-Çin qaz münasibətlərinə dair statistik məlumatı tapdı və dərc etdi. Müvafiq məlumatda həcm, qiymət və endirimlər qeyd olunmuşdu. Müvafiq xəbər çıxan kimi onlar bəyan etdilər ki, bir gün əvvəl dərc etdikləri məlumatı silməli olurlar (hamı bilir ki, qanunun geriyə qüvvəsi yoxdur, amma “hər ehtimala qarşı”) Azərbaycanda bu cəhətdən ciddi bir problem yoxdur. Yuxarıda qeyd olunan məlumatların əhəmiyyətli hissəsi bizdə onsuzda əlçatan deyildi. Yeganə fərq idxal-ixracla bağlıdır, amma Rusiyada onsuzda idxal-ixrac məlumatları qapalıdır. Biz bu cəhətdən keyfiyyətcə fərqlənirik. Təəssüf, başqa bir üstünlüyümüz yoxdur.
189
3
Maraqlı faktlar sırasından: Sovet dövrü ilə müqayisədə bizim ət istehlakımız 25% artıb. Düzdür beynəlxalq normalara hələ də ç
Maraqlı faktlar sırasından: Sovet dövrü ilə müqayisədə bizim ət istehlakımız 25% artıb. Düzdür beynəlxalq normalara hələ də çatmayıb, amma artımın olması aşağı-yuxarı müsbətdir. Amma bu artımın başqa tərəfi də var. Artımın əhəmiyyətli hissəsi quş əti hesabına baş verib. Adambaşı ortalama quş əti istehlakımız 66% artıb. Mal əti üzrə bu göstərici cəmi 6%-dir. Deyilənə görə bəzi sosioloqlar artıq qeyd edirlər ki, davamlı olaraq mal əti istehlak edən ailələr - ən azı orta və ya yuxarı orta sinfinə aiddilər. Görünür bizdə bu istiqamətdə gedirik.
211
4
Göründüyü kimi Mərkəzi Bank birbaşa olaraq özü bu məhdudiyyətləri tətbiq etmir. O da bəllidir, Mərkəzi Bank özünü ölkədə “proqressiv” və s. tipli qurum kimi göstərir və birbaşa olaraq qanun pozuntusuna, istehlakçı hüquqlarının məhdudlaşdırılmasına getmək istəmir. Nəticədə bunu da bankların “şəxsi təşəbbüsü” vasitəsilə edir. Bu da Rəqabət Məcəlləsinin olduğu ölkədə çox qəribə bir absurd yaradır. Rəqabət Məcəlləsində qeyd olunur ki, kartel sövdələşməsi qadağandır. Yəni bir sahədə çalışan şirkətlər arasında mövcud olan üfüqi saziş qeyri-qanunidir. Misal üçün, məcəllənin 11.1.1-ci maddəsində qeyd olunur ki, “alış və ya satış qiymətlərinin, yaxud hər hansı digər ticarət şərtlərinin birbaşa və ya dolayı yolla razılaşdırılması” rəqabəti məhdudlaşdıran saziş hesab olunur. Əgər ölkədə mövcud olan bütün banklar müvafiq qanun və ya qayda olmadan eyni qadağa və məhdudiyyəti tətbiq edirlərsə (yəni “ticarət şərtlərinin birbaşa razılaşdırılması”) deməli saziş var. Başa düşürəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində internetdə problemlər var deyə onlar bu xəbərləri görmürlər, amma niyə hələ ki, heç kim bununla bağlı oraya şikayət etməyib? Yəni əgər bütün banklarda eyni qadağalar birdən birə peyda olundusa, bu artıq istehlakçı hüquqların pozuntusudur. Təəssüf, mən özüm kartdan-karta və s. az istifadə edirəm deyə ona görə banka müraciət edib, rəsmi imtina məktubu alıb, şikayət etmirəm. Amma bunun problem yaratdığı kifayət qədər insan var. Niyə onlar şikayət etmir? Bilmirəm.
269
5
Yadımdadır ki, təzəlikcə bazara çıxıb genişlənən ya Uber, ya da Bolt o zaman maraqlı bir kampaniya keçirirdilər. Əvvəl 20 AZN-lik ümumi endirim verirdilər, sonradan yalnız bir gedişlə məhdudlaşdırmağa başladılar. Deyilənə görə bəzi insanlar uzun məsafəli gedişləri nəzərə alaraq hər dəfə yeni sim-kart əldə edirdilər. Bu da ilk gediş kimi qeydə alınırdı. Nəticədə 4 nəfər 20 AZN-lik gediş 2 AZN-ə başa gəlirdi. Deyilənə görə belə tipli “pişik-sıçan oyunu” uzun müddət davam etdi. Sonradan şirkətlər gah endirim siyasətindən imtina edirdilər, gah yenidən tətbiq edirdilər. Amma başa düşürdülər ki, tam nəyisə qadağan etmək ya da ləğv etmək heç də düzgün bir addım deyil, özü də nisbətən rəqabətli bazarda (Azərbaycanda bir bazarda iki şirkətin olması artıq onun rəqabətli olması deməkdir) bunu etmək heç mümkün deyil. Ya da bizim bəxtimizə düşdü ki, bu bazarda hansısa Mərkəzi taksi qurumu yoxdur. Təəssüflər olsun ki, bank bazarında Mərkəzi Bank var. Bu da işləri bir qədər çətinləşdirir. Bildiyiniz kimi, birdən birə Azərbaycanda fəaliyyət göstərən bütün banklar qəribə bir qərar verdilər. Özü də qərarı mediamız bəlli olmayan mənbəyə istinadən verirdilər. Məsələnin ən maraqlı tərəfi ondan ibarət idi ki, heç bankların özü bir çox hallarda verdikləri qərara dair dəqiq məlumatları yox idi. Gah deyilirdi ki, kartdan-karta köçürmələrə ümumi məhdudiyyət qoyulacaq, gah sayına dair söhbət gedirdi. Heç kim dəqiq nəsə deyə bilmirdi. Yadımdadır ki, bir tanışım (müvafiq bankın VİP-müştərisi olaraq) öz bankına buna dair müraciət etmişdi və bank işçisi çox lakonik cavab verdi: “heç özümüz heç nə bilmirik”. Yalnız bir neçə gündən sonra (təxmin edirəm ki, gələcəkdə memuar yaza biləcək bir bank rəhbəri olsa, deyəcək ki, gecə-gündüz davam edən danışıqlardan sonra mübarizədə) nəticələr bəlli oldu – ödəniş təyinatı və daxil olan kartdan-karta ödənişlərin (kənar banklardan) sayına tətbiq olunan məhdudiyyət. Bu qədər söz-söhbətdən sonra qəribə bir “kompromis” idi. Nəticədə banklar da qəribə formada bu söhbəti tətbiq etməyə başladılar. Misal üçün, məndə 3-4 fərqli banka məxsus olan kartlar var. Biri yalnız ödəniş təyinatını tətbiq etməyə başladı* və hətta aylıq kartdan-karta əməliyyatların həcmində artımı təklif etdi. Digər banklar üzrə mənim kartlarımda heç bir məhdudiyyət tətbiq olunmadı. Eyni bankdan istifadə edən yoldaşımda isə əksinə limitlər tətbiq olunmağa başladı. Seçim necə gedir, nə edirlər, bəlli deyil. Sentyabrın ortasından etibarən banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyublar. Bunun da səbəbi çox maraqlıdır. Deməli avqustun əvvəlindən tətbiq olunan məhdudiyyət bir kartla bağlı idi. Yəni sənin 10 kartın ola bilər və müvafiq olaraq 5 yox, 50 kartdan-karta ödəniş qəbul edə bilərsən. Niyəsə bizim banklar bunu düşünmədilər. Təxmin edirəm ki, nəticədə insanlar bir neçə kart açmağa başladılar. Bu da avqustda tətbiq olunan məhdudiyyətləri mənasız etdi. Bunu görüb, “banklar” daha bir qadağa tətbiq etdilər. Birinci məhdudiyyətin nəticəsi nə oldu, demək çətindir. Düzdür kartlar ilə əməliyyatların həcmi keçən ilin avqustu ilə müqayisədə artsa da (52.9 milyon və ya +25.8%), əvvəlki ay ilə müqayisədə azalıb (15.5 milyon və ya -5.6%). Amma bu hələ ki, göstərici deyil. Məsələ ondadır ki, iyul ayında da əvvəlki ay ilə müqayisədə azalma qeydə alınmışdı (hətta daha yüksək idi, 17.4 milyon və ya -6.0%). Başqa tərəfdən real nağdsız ödənişlərin payı da 1% azaldı (70.2%-dən 69.3%-ə kimi), amma aylar arasında belə dəyişikliklər əvvəllər də qeydə alınmışdı (fevral və may aylarında. Görünən odur ki, bu daha çox istehlakçı davranışı ilə bağlıdır. Yanvar adətən bir sıra istiqamətlər üzrə satışda “ölü” ay sayılır və nəticədə nağdsız ödənişlərin payı artır, fevralda sabit vəziyyətə qayıdır. May və avqust ayları əsasən müvafiq mövsümlərdən əvvəlki aylardır deyə nəsə demək çətindir). Ona görə hələ ki, bu “qadağa” fəaliyyətinin nəticəsi nə olacaq – demək çətindir. İlin sonuna kimi müvafiq statistikadan bunu biz başa düşəcəyik.
247
6
Bakının iqtisadi tarixindən: 1913-cü ildə Bakı şəhərinin inzibati ərazisi (kəndlər daxil olmadan) üzrə 10 minə yaxın mülk var
Bakının iqtisadi tarixindən: 1913-cü ildə Bakı şəhərinin inzibati ərazisi (kəndlər daxil olmadan) üzrə 10 minə yaxın mülk var idi. Mülklərin 70%-i azərbaycanlılara məxsus idi, amma sahə olaraq bu göstərici 40% təşkil edirdi. Cədvəldə siz bu bölgünü şəhərin rayonları üzrə görə bilərsiniz. Göründüyü kimi Bakının bəzi bölgələrində azərbaycanlılara məxsus mülklər azlıq təşkil edirdi (hətta 0.8%), bəzilərində isə əksinə absolyut çoxluq (91-92%). p.s. yeri gəlmişkən, burada yalnız artıq istifadə olunan mülklər nəzərə alınıb. Boş və ya tikilən ərazilər üzrə isə azərbaycanlılar artıq lider idilər və ehtimal etmək olar ki, bir 10-15 ilə azərbaycanlıların payı daha da artacaq idi. p.p.s. mənbə: Алышевский, В. В. Г. Баку и промыслово-заводской район по данным переписи 1913 г. / В. В. Алышевский ; Азерб. центр. стат. упр. - Баку : Изд. АзЦСУ, 1922-1923. Ч. 1., вып. 1 : Владения, строения и торгово-промышленные помещения г. Баку
993
7
Bakı metropoliteni: ""Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq". Elə sabah "20 yanvar"a getməli idim və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tövsiyəsini nəzərə alaraq, bu məqsədlə "Xocəsən"ə gedəcəyəm. P.s. rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vaxtilə "Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin pulsuz olması nəzərdə tutulmur, çünki belə bir addım atılsa, biz hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq" demişdi.
468
8
Planlaşdırma haqqında AYNA: “Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib. Bu zolaqlar sayəsində müntəzəm və ekspres marşrutlar rahat şəkildə hərəkət edir”. Elementar məntiqli nəticəyə gəlmək üçün AYNAya 1 ay 1 həftə vaxt tələb olundu. Sonra da deyirsiniz ki, Azərbaycanda bu və ya digər hadisə zamanı hökumət əvvəlcədən düşünüb, nəsə edir. O boyda qurumlar, "urbanistlər" elementar məntiq tələb edən addımı heç əvvəlcədən planlaşdıra bilmədilər... daha çətin sxemlər tələb edən başqa istiqamətlər haqqında danışmağa da dəyməz.
499
9
Maraqlı faktlar sırasından: texnoloji sektorda çalışan və ABŞ universitetlərin birində son 20 il ərzində PHD səviyyəsinə yiyələnən iqtisadçıların 42%-i Amazonda işləyir (144 nəfər!). Niyə Amazona bu qədər iqtisadçı, özü də PHD səviyyəsi ilə, lazımdır - izah olunmur. Hətta maliyyə sahəsində çalışan bir sıra bank və konsaltinq şirkətində bu qədər iqtisadçıya ehtiyac müşahidə olunmur.
462
10
Bir az Bakı tarixindən: 1913-cü ildə Bakının rayonları və onların yerləşməsi. Bəs indi siz Bakını hansı rayonlara bölərdiniz?+1
Bir az Bakı tarixindən: 1913-cü ildə Bakının rayonları və onların yerləşməsi. Bəs indi siz Bakını hansı rayonlara bölərdiniz?
514
11
Bir az Azərbaycan tarixindən: 1931-ci ilə aid Azərbaycanın ərazi-inzibati bölgüsü (cədvəldə hər rayon üzrə kəndlərin sayı və
Bir az Azərbaycan tarixindən: 1931-ci ilə aid Azərbaycanın ərazi-inzibati bölgüsü (cədvəldə hər rayon üzrə kəndlərin sayı və əhalisi qeyd olunub). Yeri gəlmişkən, 1931-ci ildə ölkənin ən böyük kəndi Balakən idi - əhalisi 10 mini keçirdi (müqayisə üçün, Tovuz şəhərinin əhalisi 3 min idi), amma buna baxmayaraq kənd olaraq hesablanırdı (əsas meyarlardan biri əhalinin əsas hissəsinin fəaliyyət növü idi). O zaman ölkə üzrə cəmi 19 şəhər var idi. p.s. mənbə: Перепись населения Азербайджана 1931 года. Вып. 2. Народность, пол, возраст, грамотность / Нар. комиссариат просвещения АССР. - Баку : Азернешр, 1932. - 280, [1] с. : табл.
386
12
Maraqlı faktlar sırasından: düzünü fikir verməmişdim, amma bu ilin may ayında bizim KİV-lər xəbər vermişdilər ki, "Azərbaycan
Maraqlı faktlar sırasından: düzünü fikir verməmişdim, amma bu ilin may ayında bizim KİV-lər xəbər vermişdilər ki, "Azərbaycan mayın 26-da Ermənistana 5 911,21 dollar dəyərində, 1 ton 497 kiloqram çəkidə ekstruziya olunmuş polistirol köpük lövhələr ixrac edib". Ondan sonra məlum olmuşdu ki, bu ixracı həyata keçirən Rusiyanın Penoplex şirkətidir. Onlar müvafiq məhsulu Hacıqabulda istehsal edirdilər. Görünür o zamandan bəri Ermənistan bazarı ilə davamlı əlaqələr əldə ediblər və artıq aydan-aya ixracı artırırlar. p.s. İxrac "392590. Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər plastmas inşaat detalları" kodu üzrə həyata keçirilir. Yeri gəlmişkən, müvafiq kod üzrə bizim bu ilin 7 ayı ərzində idxalatımız 3 min ton təşkil edib. İxracımız isə 878 ton və bunun 15% Ermənistanın payına düşür.
1 105
13
Yeri gəlmişkən, xətlər arasında keçid bağlanandan bəri avqustun ikinci yarısında metrodan istifadə edən sərnişin sayı əvvəlki
Yeri gəlmişkən, xətlər arasında keçid bağlanandan bəri avqustun ikinci yarısında metrodan istifadə edən sərnişin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon nəfər azalıb. Bu dövr ərzində AYNA-nın 6 ekspress marşrut xəttindən 962 min nəfər istifadə edib. Bəs qalan 1.5 milyon nəfər nə edib? Əlbəttə ki, digər marşrutlara təzyiq artıb, nəticədə bütün digər istiqamətlər üzrə avtobusların yüklülüyü artıb. Yeri gəlmişkən, "28 May" stansiyası bu söhbətdən daha az zərər hiss edib (azalma cəmi 15.5% təşkil edib). Sərnişin sayının ən çox azalan stansiyaları əsasən Yasamala aiddir. Deməli bu istiqamətdə gedən avtobuslarda ciddi sıxlıq yaranıb. Əks istiqamətdə stansiyalar daha az hiss ediblər. Misal üçün, Gənclik üzrə sərnişin axını cəmi 7.7% azalıb.
399
14
Maraqlı faktlar sırasından: 2026-ci ilin sentyabrın 15-də Bakı nəqliyyatından 2.66 milyon sərnişin istifadə edib. Bu əvvəlki
Maraqlı faktlar sırasından: 2026-ci ilin sentyabrın 15-də Bakı nəqliyyatından 2.66 milyon sərnişin istifadə edib. Bu əvvəlki ilin eyni günü ilə müqayisədə 1.1% çoxdur. Əsas məsələ metro ilə bağlıdır - metro üzrə itki 32.2% təşkil edib. Təxmin etmək olar ki, AYNA-nın əldə etdiyi 18%-lik artımın əhəmiyyətli hissəsi (bəlkə də bütövü, iki xətt arasında əlaqə bağlı olduğu üçün eyni adamlar iki fərqli avtobusdan istifadə etməli olurlar) metro hesabına baş verib.
357
15
Varlandıqca qeyri-etik davranışlar artır Yenə də mənim “sevdiyim” davranış iqtisadiyyatına qayıdaq. Deməli 2012-ci ildə Pol Piff və həmkarları isbat etdilər ki, daha yüksək sosial status qeyri-etik davranışlara yol açır. 2012-ci ildə dərc olunan “Higher social class predicts increased unethical behavior” (“Daha yüksək sosial sinif qeyri-etik davranışların artacağını proqnozlaşdırır”) məqalədə müəlliflər qeyd edirlər ki, daha yuxarı sinif aşağı sinif ilə müqayisədə daha çox qeyri-etik münasibət göstərməyə meyllidir. Bunu fərqli yeddi eksperiment əsasında müəyyən ediblər. Eksperimentlərdən biri avtomobillər ilə bağlı idi. Belə ki, Kaliforniyada çox istifadə olunan yol kəsişmələrində dayanıb, avtomobillərin hərəkətini, tənzimlənməyən piyada keçidlərini və s. müşahidə edirdilər. Gördükləri maşınları marka, istehsal ili və dəyərinə görə beş qrupa böldülər. Məlum oldu ki, bahalı maşın sahibləri daha tez-tez yol vermirdilər (30% halda, ucuz maşınlar üçün bu göstərici 7% idi), piyadaları buraxmırdılar (46% halda) və s. Yeri gəlmişkən, mən piyada olduğumdan tez-tez tənzimlənməyən piyada keçidlərindən istifadə edirəm və bir çox hallarda müşahidə edirəm ki, yaxınlıqda polis və ya kamera olmadığı halda, sürücülərin demək olar ki, yarısı piyadanı buraxmır və ya buraxmamağa cəhd edir. Ən maraqlısı odur ki, bu daha çox konkret olaraq “zebra”-nın olub-olmamasından asılıdır. Yəni yolun kənarında nişana deyəsən çox az adam baxır, insanlar daha çox yolda olan “zebra”nı görürlər. Sadə bir müşahidəni nümunə olaraq göstərə bilərəm. Evimin yaxınlığında nişansız “zebra” var idi və orada demək olar ki, hamı saxlayırdı. Amma eyni zamanda yol nişanı olan, amma “zebra”nın demək olar ki, silindiyi yerdə sürücülər daha az hallarda piyadalara yol verirdilər. Nəsə özüm başladım iqtisadiyyat haqqında “davranış”cıl danışmağa. Nəsə, daha altı eksperiment fərqli sahələr ilə bağlı idi – konfetdən başlamış danışıqlara kimi situasiyalar təşkil olunmuşdu. Hər vəziyyətə maliyyə vəsaitləri daha çox olanlar daha çox qaydaları pozurdular, məlumatı gizlədirdilər və s. Necə deyərlər, niyə varlılar daha qeyri-etik davranışa meyllidirlər? Düşünmək üçün bir məlumatdır. Soruşa bilərsiniz ki, niyə mən 2012-ci ildə yazılmış məqalə haqqında burada yazıram. Məsələ sadədir, P. Piff və həmkarları 2026-ci ildə iqtisadiyyat üzrə İqnobel mükafatını alıblar.
384
16
Planlama haqqında Deməli bir müddət əvvəl AAYDA biz tərəflərdə demək olar ki, bütün küçələrdə asfaltı yenilədi. Bundan sonra bir ay keçdi və deyəsən indi yadlarına düşdü ki, lükları açmaq lazımdır. Görünən odur ki, indi onların işləmə prinsipi dəyişib: əvvəl asfaltlayırlar, sonra lükları açırlar. İş prinsipinə dair sözüm yoxdur, amma bu işlərin planlanması maraqlı gəldi. Deməli şəhərin mərkəzində yolun ortasında olan lükların açılmasını sentyabrın 15-i günorta saatlarına salıblar. Belə şəraitdə iş rejimini dəyişdir ya yox, heç bir effekti olmayacaq.
343
17
Yəni məktəb bizdən nə tələb edir? İtaətsizlik etsən, cəzalandırılacaqsan, qaydalara əməl etsən, mükafatlandırılacaqsan. Bununla da uşaqlara cəmiyyətdə özlərini “təvazökar” göstərməyin lazım olduğunu aşılamaq idi. Başqa sözlə müəllif israr edir ki, məktəb dünyanın necə dəyişməyi deyil, insanın bu dünyadaki vəziyyəti ilə necə barışmalı olduğunu öyrədir – mövcud qaydalara əməl et, kənar nəsə istəsən icazə istə və s. Bu tərəfi bəllidir. Amma reallıq ki, bir qədər başqadır. Yəni çox belə dərinə getsən, kazarmada, məktəbdə, həbsxanada və s. orta cəhətlər tapmaq mümkündür, amma bu onların eyni məqsəd daşıdığı demək deyil, sadəcə bəzi üsullar prinsipcə bir çox sahələrdə effektiv istifadə oluna bilər. Yəni dərs zamanı danışmaq üçün əl qaldırmaq qaydası sadəcə dərsin daha effektiv keçirilməsinə xidmət edə bilər (yəni sadə icazə istə söhbəti deyil). Başqa tərəfdən müəllif özü də qeyd edir ki, bəlkə də hökumət itaətli cəmiyyət qurmağa çalışırdı, amma reallıqda başqa bir şey alındı – kütləvi təhsil, sosial mobillik, yeni imkanlar, tənqidi düşüncə və s. Bu da əksinə demokratik dəyişiklikləri stimullaşdırdı. Prinsipcə şəxsi fikrimcə, reallıq hardasa ortada idi. Cəmiyyət təhsil tələb edirdi, artıq nadan olmaq kifayət deyildi – bu həm bir çox imkanlardan məhrum edirdi, inkişafı dayandırdı və daha da qeyri-sabitliyə gətirirdi. Dövlətlər bütün əhaliyə təhsil verilməsini maksimal olaraq imkan çərçivəsində uzadırdılar. Hər vəchlə bundan qaçmağa çalışırdılar, amma dözülməz vəziyyətə çatanda, elita və əhali arasında fakitki olaraq müəyyən bir razılaşma əldə olunurdu və elitalar təhsili cəmiyyətlə paylaşırdılar. Əlbəttə ki, elitalar maksimal olaraq təhsil sistemini öz əllərində saxlamağa cəhd edirdilər, amma vaxtilə bir rus diplomatın dediyi kimi “hökumətin qəbul etdiyi pis qərarlardan bir xilas yolu var: onların pis icra olunması”. Bu təkcə Rusiyaya aid deyil, yəni hökumətlər çox şeyi düşünürlər, amma reallıqda onu istədikləri kimi yerinə yetirmək alınmır. Vaxtilə məktəblərdə mövcud olan sərt nəzarət və cəza sistemi vasitəsilə daha çox azadlıq ruhu aşıladı (təəccüblü deyil ki, Rusiyada ilk demokratların əhəmiyyətli hissəsi dini məktəblərdən çıxıb. Məhz bu məktəblər ən sərt nəzarət və cəza sisteminə malik idilər). Nəsə, nəticə belədir ki, məktəb bilik verir, amma onun yaranma məqsədi itaət idi. Məqsədinə nail oldumu? Bunu müəyyən etmək üçün müəllif belə bir üsul təklif edir: əgər məktəbli 11-12 ildən sonra zəif biliklər çıxırsa, bəlkə elə bu da məqsəd idi? Başqa tərəfdən bizdə isə tədris ili başlar-başlamaz daha çox nəqliyyat məsələləri müzakirə olunur, nəinki tədris və təhsil sistemi.. bəlkə elə bu göstəricidir?
394
18
Tədris ilin başlamasına dair Məktəb nədir? Qorxu ya idarəetmə alətidir? Ya əksinə qorxu ilə mübarizə alətidir? Ya real olaraq cəmiyyəti gələcəyə aparan yoldur? Əslinə qalsa məktəbin funksiyasına dair daim müzakirələr gedirdi. Mövcud məktəb sistemi və ümumiyyətlə təhsil sistemi hansı məqsəd daşıyır? Tədris sistemi cəmiyyəti inkişaf etdirir ya hökumətin təzyiq aləti kimi çıxış edir? Suallar çoxdur və cəmiyyət olaraq inkişaf məhz bu suallara cavablardan asılıdır. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətinə belə bir müzakirələr hələ ki, xas deyil. Bizdə deyəsən klassik məktəb və tədris sistemi daha çox ən azı təhsil funksiyası yerinə yetirmək uğrunda mübarizə aparır. Görünən odur ki, bu mübarizədə uduzur, amma yenə də mübarizəyə davam edir. Sağ olsun, Təhsil nazirliyi, DİM və digər qurumlar, əllərinə düşən bütün imkanlardan istifadə edərək, tədris sistemini məhv etməyə çalışırlar, amma hələ ki, sağdır və hələ ki, tunelin sonunda hansısa bir işıq görsənir. İndi bu nəyin işiğıdır demək çətindir. Məktəbə yanaşmada, adətən əldə etdiyi təhsilin keyfiyyətindən asılı olaraq, insanlar iki qrupa bölünürlər. Bir qrup deyir ki, məktəb vasitəsilə gələcəyi dəyişdirmək mümkündür, başqası isə deyir ki, məktəb və məktəb sistemi bizi köləlikdə saxlamağa yönəlib. Bəs hansı mövqeyi doğrudur? Yadımdadır ki, məktəbdə oxuduğum dövrdə İvan İliçin “Məktəblərdən azadolma” kitabı ilə tanış olmuşdum. Şəxsən mənə ciddi bir təsiri yox idi, amma ilk dəfə sistemdən fərqli bir mövqe ilə rastlaşdım. Ondan əvvəl düşünürdüm ki, məktəbin mövcudluğu artıq bizim üçün üstünlükdür, amma sən demə buna dair də fərqli mövqelər var və hərəsinin öz sübutları var. Yaxşı bəs yuxarıda qeyd etdiyim hansı mövqe reallığa daha yaxındır? Elə məktəbdən biz bilirik genişmiqyaslı təhsil sistemi əsasən XVIII–XIX əsrlərdə yaranmağa başladı. Dərs zamanı bizə deyilir ki, bu demokratik dəyişikliklərin və sənayeləşmənin nəticəsi idi. ABŞ tədqiqatçısı Aqustina Paglayan bununla razı deyil. “Raised to Obey: The Rise and Spread of Mass Education” (“İtaət ruhunda tərbiyə: Kütləvi təhsilin yaranması və yayılması”) adlı kitabında Avropa və Amerikada ibtidai təhsilin iki əsr ərzində inkişafı ilə bağlı məlumatlara əsaslananaraq israr edir ki, icbari ibtidai təhsil sistemini yaradan əsas amil elitaların xalq kütlələrindən qorxması idi. A. Paglayan iddia edir ki, əksər ölkələrdə uşaqlar kütləvi məktəbə demokratik dəyərləri əldə etməzdən xeyli əvvəl çıxış əldə ediblər. Yəni cəmiyyətin mübarizəsi nəticəsində yox, ondan əvvəl hökumətlər ibtidai təhsilin genişlənməsini təmin ediblər. Düzdür bunu sübut etmək üçün qəribə aparatdan istifadə edir. Misal üçün, qeyd olunur ki, Prussiya xalq məktəbləri sistemi mütləq monarxiya dövründə yaranıb, ABŞ-nin Massaçusets ştatı təhsil haqqında ilk qanunu 1647-ci qəbul edib və s. Buna görə Paqlayan iddia edir ki, məktəb azad vətəndaşların deyil, öz təbəələrinə nəzarət etmək istəyən dövlətin aləti idi. Faktiki olaraq Paqlayan deyir ki, hökumət belə düşünürdü: “bizdə böyük sayda narazı kütlə var. Bu qeyri-sabitliyə gətirir, bəs cəmiyyəti sabit etmək üçün nə lazımdır? Gəlin onu tərbiyə edək”. Yəni dövlətlər məktəblərə tərəqqi istədikləri üçün deyil, inqilabdan qorxduqları zaman yatırım edirdilər. Buna kütləvi iğtişaşlar, üsyanlar və qiyamlar səbəb olurdu. Onun fikrincə, məktəb tənqidi düşüncəni inkişaf etdirmək üçün yaradılmış bir məkan kimi deyil, “dövlətə və onun qanunlarına itaət etməyi öyrədən mürəkkəb bir sistem” kimi qurulurdu.
373
19
AYNA: "Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-ə çatdırılacaq". Görünür sabah bunu təmin etmək üçün bu gün avtobusların sayı azaldılıb. Gənclikdən Nizamiyə kimi gəzdiyim ərazilərdə bütün dayanacaqlar (hətta adətən heç kimin olmadığı dayanacaqlarda) insanlarla dolu idi. Hətta gəzdiyim dövrdə bir sıra marşrutlar üzrə heç bir avtobus belə görmədim.
373
20
Qəribə faktlar sırasından: #MeToo gənc qadın tədqiqatçılar tərəfindən yazılan işlərin sayının azalmasına gətirdi. Bunu Marina Gertsberg "The Unintended Consequences of #MeToo: Evidence from Research Collaborations in Economics and Finance" ("#MeToo hərəkatının gözlənilməz nəticələri: İqtisadiyyat və maliyyə sahəsindəki tədqiqat əməkdaşlıqlarından əldə edilən sübutlar") məqaləsində iddia edir. Müəllifin iddiasına görə #MeToo hərəkatı qadınları qorumaq baxımından müsbət məqsəd daşısa da, bəzi gözlənilməz nəticələrə də səbəb olub: — #MeToo-dan sonra gənc qadın tədqiqatçıların kişi həmkarları ilə yeni layihələrə başlama ehtimalı azalıb; — Xüsusilə eyni universitet və ya institutda çalışan daha yüksək vəzifəli kişilərlə əməkdaşlıqda nəzərə çarpır; — Bunun nəticəsində qadınların məqalələrinin sayı azalıb. Amma daha az layihə etmələrinin qarşılığında layihələrin keyfiyyəti və ya karyera nəticələri yaxşılaşmayıb; — Gənc kişilərdə isə belə azalma müşahidə olunmayıb. Hətta onların yüksək vəzifəli kişi həmkarları ilə əməkdaşlığı müəyyən qədər artıb. Bəs bunun səbəbləri nədir? Bəzi yüksəkvəzifəli kişilər qadın həmkarı ilə əməkdaşlıq edərkən cinsi təqibdə ittiham olunmaq riskini əvvəlkindən daha yüksək qəbul etməyə başlayıblar. Bu ehtiyat xüsusilə yeni və əvvəlcədən formalaşmış etimad münasibəti olmayan əməkdaşlıqlarda daha güclü ola bilər. Bununla belə, aydın qaydaların olduğu yerlərdə bu problem daha az olub. Məsələn, iş yerində cinsi təqibin nə olduğu, hansı davranışların qəbuledilməz olduğu və insanların necə davranmalı olduğu aydın şəkildə izah edilirsə, qadınlarla kişilər arasında əməkdaşlıq o qədər də azalmayıb. Başqa sözlə sosial normalar sürətlə dəyişəndə, yeni vəziyyətdə insanlara necə davranmalı olduqlarını izah etməsələr, gözlənilməz problemlər yarana bilər. Qısa olaraq desək, qadınları cinsi təqibdən qorumaq üçün dəyişən sosial normalar, bəzi kişilərin qadınlarla peşəkar əməkdaşlıqdan çəkinməsinə və nəticədə qadınların karyera imkanlarının azalmasına (bu hələ akademik sahədir. Digər sahələrdə vəziyyət necədir, bəlli deyil) səbəb oldu, çünki hər hansi bir inkişaf və artım əməkdaşlıqdan, təcrübə mübadiləsindən, şəbəkələşmədən və s. keçir. Əgər bu olmasa, artım da çətinləşir. Ona görə bu sahədə məlumatlılığın artırılması vacib amillərdən biridir.
428