Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
Kanalga Telegram’da o‘tish
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia
Ko'proq ko'rsatish2 322
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-17 kun
-230 kun
Ma'lumot yuklanmoqda...
O'xshash kanallar
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Sentabr '26
Sentabr '26
+1
0 kanalda
Avgust '26
+26
0 kanalda
Get PRO
Iyul '26
+6
0 kanalda
Get PRO
Iyun '26
+6
0 kanalda
Get PRO
May '26
+5
0 kanalda
Get PRO
Aprel '26
+5
0 kanalda
Get PRO
Mart '26
+7
0 kanalda
Get PRO
Fevral '26
+9
0 kanalda
Get PRO
Yanvar '26
+9
0 kanalda
Get PRO
Dekabr '25
+11
0 kanalda
Get PRO
Noyabr '25
+9
0 kanalda
Get PRO
Oktabr '25
+13
0 kanalda
Get PRO
Sentabr '25
+7
0 kanalda
Get PRO
Avgust '25
+14
0 kanalda
Get PRO
Iyul '25
+5
0 kanalda
Get PRO
Iyun '25
+5
0 kanalda
Get PRO
May '25
+12
0 kanalda
Get PRO
Aprel '25
+15
0 kanalda
Get PRO
Mart '25
+10
0 kanalda
Get PRO
Fevral '25
+153
0 kanalda
Get PRO
Yanvar '25
+7
0 kanalda
Get PRO
Dekabr '24
+9
0 kanalda
Get PRO
Noyabr '24
+20
0 kanalda
Get PRO
Oktabr '24
+23
0 kanalda
Get PRO
Sentabr '24
+26
0 kanalda
Get PRO
Avgust '24
+72
0 kanalda
Get PRO
Iyul '24
+17
0 kanalda
Get PRO
Iyun '24
+13
0 kanalda
Get PRO
May '24
+19
0 kanalda
Get PRO
Aprel '24
+15
0 kanalda
Get PRO
Mart '24
+29
0 kanalda
Get PRO
Fevral '24
+24
0 kanalda
Get PRO
Yanvar '24
+25
0 kanalda
Get PRO
Dekabr '23
+53
1 kanalda
Get PRO
Noyabr '23
+26
1 kanalda
Get PRO
Oktabr '23
+75
0 kanalda
Get PRO
Sentabr '23
+25
0 kanalda
Get PRO
Avgust '23
+129
0 kanalda
Get PRO
Iyul '23
+20
0 kanalda
Get PRO
Iyun '23
+24
0 kanalda
Get PRO
May '23
+14
0 kanalda
Get PRO
Aprel '23
+13
0 kanalda
Get PRO
Mart '23
+15
0 kanalda
Get PRO
Fevral '23
+22
0 kanalda
Get PRO
Yanvar '23
+82
0 kanalda
Get PRO
Dekabr '22
+14
0 kanalda
Get PRO
Noyabr '22
+22
0 kanalda
Get PRO
Oktabr '22
+26
0 kanalda
Get PRO
Sentabr '22
+10
0 kanalda
Get PRO
Avgust '22
+10
0 kanalda
Get PRO
Iyul '22
+15
0 kanalda
Get PRO
Iyun '22
+14
0 kanalda
Get PRO
May '22
+23
0 kanalda
Get PRO
Aprel '22
+22
0 kanalda
Get PRO
Mart '22
+5
0 kanalda
Get PRO
Fevral '22
+41
0 kanalda
Get PRO
Yanvar '22
+10
0 kanalda
Get PRO
Dekabr '21
+9
0 kanalda
Get PRO
Noyabr '21
+12
0 kanalda
Get PRO
Oktabr '21
+16
0 kanalda
Get PRO
Sentabr '21
+12
0 kanalda
Get PRO
Avgust '21
+3
0 kanalda
Get PRO
Iyul '21
+6
0 kanalda
Get PRO
Iyun '21
+24
0 kanalda
Get PRO
May '21
+109
0 kanalda
Get PRO
Aprel '21
+1
0 kanalda
Get PRO
Mart '21
+4
0 kanalda
Get PRO
Fevral '21
+5
0 kanalda
Get PRO
Yanvar '210
0 kanalda
Get PRO
Dekabr '20
+23 226
0 kanalda
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 04 Sentabr | 0 | |||
| 03 Sentabr | 0 | |||
| 02 Sentabr | 0 | |||
| 01 Sentabr | +1 |
Kanal postlari
Repost from Azərbaycan iqtisadiyyatı
Naxçıvan Sənaye Parkı - sənaye və logistika imkanlarının sinerjisi
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi dövlətin əsas prioritetlərindəndir. Bu siyasətin mühüm istiqamətlərindən biri ölkənin müxtəlif bölgələrində sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasıdır. Həmin siyasət artıq nəticələrini verir. 2026-cı ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 1 milyard 940 milyon manat olub. Bu dövrdə istehsal olunan məhsulların 554,7 milyon manatlıq hissəsi ixrac edilib.
▶️ Ətraflı: vergiler.az
| 2 | 📣 Sentyabr ayında KOBİA-nın təşkilatçılığı ilə sahibkarlar üçün aşağıdakı mövzularda sahəvi və maarifləndirici görüşlər təşkil olunacaq:
✅Startapların və KOB subyektlərinin dövlət qeydiyyatı sahəsində yeniliklər
✅Logistika
✅Meyvəçilik və üzümçülük
✅Kənd təsərrüfatının inkişafı və dövlət dəstəyi mexanizmləri
✅Özünüməşğulluq proqramı
✅Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında KOB klasterlərinin formalaşdırılması
✅KOB-ların rəqəmsal transformasiyası və E-ticarət
✅İcbari tibbi sığorta
✅Bitkiçilik
✅Qadınların məşğulluğunun dəstəklənməsi
✅Dövlət dəstək mexanizmləri
✅Heyvandarlıq
✅Əməyin təşkili
📍Görüşlər Bakı, Şirvan, Ağcabədi, Yevlax, Ağstafa, Balakən, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qax və Qubada keçiriləcək.
Görüşlərdə aidiyyəti dövlət qurumları və biznes strukturlarının mütəxəssisləri müvafiq sahələrdə mövcud vəziyyət və imkanlar barədə məlumat verəcək, sahibkarların suallarını cavablandıracaqdır.
Ətraflı məlumat www.smb.gov.az saytının "Tədbirlər təqvimi" bölməsində. | 44 |
| 3 | Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır
Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasına qeydiyyat başlayır.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Bal Yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək.
Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara bilərlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriya şəraitində yoxlanılacaq. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.
Qeyd edək ki, yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi eyni zamanda digər zəruri xidmətlərlə təmin olunacaqlar. | 46 |
| 4 | Ağdamın üç kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb
Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə növbəti müraciətlərin qəbuluna başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qeyd olunan kəndlərdə məskunlaşan və yaşayan sakinlərdən sentyabrın 1-dən başlanan müraciətlərin qəbulu prosesi 2026-cı ilin oktyabr ayının 1-i, günün sonunadək davam edəcək.
Müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin oktyabr ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq. | 84 |
| 5 | Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların müraciət və təkliflərinin dinlənilməsi, suallarının cavablandırılması məqsədilə növbəti onlayn qəbul keçirilib.
Qəbulda Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov sahibkarların qarşılaşdıqları məsələləri və təkliflərini dinləyib, müraciətlərində qaldırılan məsələlərin həlli yolları və dövlətin dəstək alətləri barədə məlumat verib. Qəbul zamanı Astara, Lənkəran, Lerik və Cəlilabad rayonlarından olan sahibkarların kənd qonaq evinin genişləndirilməsi, əkinçiliyin inkişafı, məişət avadanlıqlarının təmiri müəssisəsinin fəaliyyətinin yaxşılaşdırılması, güzəştli kreditlərin əldə edilməsi və digər məsələlərlə bağlı müraciətləri müzakirə olunub, sualları cavablandırılıb. | 166 |
| 6 | 1, 8 və 15 sentyabr tarixlərində hərraclar keçiriləcək
◼️İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1, 8 və 15 sentyabr tarixlərində keçiriləcək hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 1 gəmi və 82 avtomobil çıxarılıb.
◼️Dövlət Xidmətinin məlumatına görə, sentyabrın 1-də keçiriləcək hərraca 28 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2019-cu illəri əhatə edir.
◼️Sentyabrın 8-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi və 17 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslər xidmət, yeyinti və metallurgiya sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Salyan Kəndkimya”, “Xosrov Metal Plastmas”, “Lerik Kəndkimya”, “Yevlax Kəndnəqliyyat” və “Əli Bayramlı Konserv” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 68.807 manatla 837.777 manat arasında dəyişir.
◼️Sentyabrın 15-də keçiriləcək hərraca 38 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan biri "Point Brower D" markalı gəmidir.
◼️Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.
◼️İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. | 154 |
| 7 | Biznes, istehlak və ipoteka kreditlərinin həcmi açıqlanıb
2026-cı ilin iyul ayında Azərbaycanda bankların kredit portfeli iyun ayı ilə müqayisədə 0,9 faiz artaraq 32,095.3 milyon manat təşkil edib.
Kredit portfelinin strukturu:
🔵Biznes kreditləri — 17,333.0 milyon manat (+0,9 faiz);
🔵İstehlak kreditləri — 10,036.8 milyon manat (+1,2 faiz);
🔵İpoteka kreditləri — 4,725.5 milyon manat (+0,02 faiz).
📌 Azərbaycan Mərkəzi Bankı | 115 |
| 8 | Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında daha 16 layihəyə baxılıb. Nəticədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 302-yə çatıb.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/3FTOA0 | 115 |
| 9 | ABİF turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək
◼️İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu Azərbaycanda turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
◼️Dövlət Proqramına əsasən, 2026–2030-cu illərdə turizm və rekreasiya zonalarının ərazisində mehmanxana və digər yerləşmə vasitələrinin fəaliyyəti, sanatoriya-kurort müəssisələri, qış idman növləri üçün stadion və arenalar, eləcə də konqres və peşəkar salonların təşkili ilə bağlı investisiya layihələri üzrə kredit təşkilatlarından manatla alınan kreditlərə faiz subsidiyalarının verilməsi nəzərdə tutulur.
◼️Mexanizmin tətbiqi turizm sahəsində investisiya fəallığının artırılmasına və sahibkarların maliyyə yükünün azaldılmasına xidmət edəcək. | 2 |
| 10 | 🔤🔤🔤🔤🔤
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyətinə dəstək davam etdirilir
İşğaldan azad edilmiş ərazilərdə investisiya mühitinin yaxşılaşdırılması, istehsal fəaliyyətinin təşviqi və sahibkarlığın inkişafı məqsədilə bu ərazilərin rezidentləri üçün müxtəlif dəstək mexanizmləri tətbiq edilir. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il 1 yanvar tarixinədək müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azaddırlar.
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti quran müəssisələr (sənaye parkları da daxil olmaqla) idxal olunan texnika, texnoloji avadanlıqlara, eləcə də xammallara görə indiyədək 17,4 milyon manat dəyərində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər.
Tətbiq olunan bu və digər güzəşt və dəstək mexanizmləri çərçivəsində bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və s. sənaye məmulatlarının istehsalı fəaliyyəti həyata keçirilir.
Qeyd edək ki, bu güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki və elektron formada İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Müvafiq fəaliyyət sahələri üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmişdir. | 112 |
| 11 | ABİF turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək
◼️İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu Azərbaycanda turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
◼️Dövlət Proqramına əsasən, 2026–2030-cu illərdə turizm və rekreasiya zonalarının ərazisində mehmanxana və digər yerləşmə vasitələrinin fəaliyyəti, sanatoriya-kurort müəssisələri, qış idman növləri üçün stadion və arenalar, eləcə də konqres və peşəkar salonların təşkili ilə bağlı investisiya layihələri üzrə kredit təşkilatlarından manatla alınan kreditlərə faiz subsidiyalarının verilməsi nəzərdə tutulur.
◼️Mexanizmin tətbiqi turizm sahəsində investisiya fəallığının artırılmasına və sahibkarların maliyyə yükünün azaldılmasına xidmət edəcək. | 101 |
| 12 | KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. Məqsəd sahibkarların investisiya qərarlarının qəbulunu dəstəkləmək, perspektivli istehsal sahələri barədə məlumatlılığı artırmaq və yeni biznes təşəbbüslərinin formalaşmasına töhfə verməkdir.
Araşdırmalar aşağıdakı sahələri əhatə edəcək:
- dəri ayaqqabıların istehsalı;
- perlit tərkibli inşaat məhsulları istehsalı;
- dializ aparatı üçün filtr istehsalı;
- məişət avadanlıqlarının yığımı;
- saxsı (keramik) sanitar məmulatlar istehsalı;
- vertikal əkinçilik (qiymətli bitkilərin yetişdirilməsi) və s.
Ətraflı - https://smbgovaz.short.gy/OPeI2B | 114 |
| 13 | Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə!
Avqustun 27-də Astara və Lənkəran şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes subyektlərinin qəbulu təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov müvafiq şəhərlər üzrə sahibkarların müraciətlərini dinləyəcək, suallarını cavablandıracaq.
Qəbul saat 11:00-dan etibarən Astara şəhərində Heydər Əliyev Mərkəzində (Ünvan: İstiqlaliyyət küçəsi, 26B) keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (Tel.: 055 500 12 53, e-mail: seymur.murtuzayev@smb.gov.az, Seymur Murtuzayev, KOB dostu). | 119 |
| 14 | 🇦🇿 Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. | 181 |
| 15 | Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "Startap" şəhadətnaməsi alan “AllinUs” sorğu, tədqiqat və market validation sahəsində yeni imkanlar yaradır. Platforma istifadəçilərə həm real rəy bildirmək, həm də bu rəylər əsasında qazanc əldə etmək imkanı təqdim edir. “AllinUs” MMC-nin yaradılma ideyası, fəaliyyəti, biznes modeli və gələcək planları barədə daha ətraflı məlumat almaq üçün “AllinUS LLC”
Sorğu, Tədqiqat və Market Validation Platformasının baş icraçı direktoru Mərziyə Məmmədova AZƏRTAC-ın suallarını cavablandırıb.
Ətraflı - https://azertag.az/xeber/startap_rehberi_allinusu_qlobal_miqyasda_tetbiq_oluna_bilen_texnologiya_platformasina_chevirmek_hedefimizdir___musahibe-4370869 | 188 |
| 16 | 🔤🔤🔤🔤🔤
Naxçıvan Sənaye Parkında geniş istehsal imkanları
◼️Prezident İlham Əliyev tərəfindən avqustun 11-də təməli qoyulan Naxçıvan Sənaye Parkının yaradılması Naxçıvan Muxtar Respublikasında sənaye potensialının inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması və müasir istehsal sahələrinin formalaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdəndir.
◼️Parkın fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirlər çərçivəsində burada istehsal, emal və təkrar emal sahələri, habelə xidmətlər üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Sənaye Parkında kimya və qida sənayesi, tullantıların emalı, qara və əlvan metal emalı, tikinti materiallarının istehsalı, maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri sənayesi, qablaşdırma məhsulları, kağız və kağız məmulatlarının istehsalı istiqamətlərində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
◼️Parkın ərazisində istehsal binaları ilə yanaşı, inzibati bina, idman və sağlamlıq mərkəzinin daxil olduğu sosial zona, təmir emalatxanası, anbar binası, TIR parkı və logistika mərkəzinin yaradılması planlaşdırılır.
◼️İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Naxçıvan Sənaye Parkına potensial investor və sahibkarların cəlb olunması istiqamətində işlər davam etdirilir. Parkda digər sənaye parklarında olduğu kimi sahibkarların fəaliyyətinin təşviqi məqsədilə geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq.
◼️Belə ki, Parkın rezidentləri dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin olunacaqlar. Bu infrastruktura qaz, elektrik enerjisi, su və kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin müasir rabitə xətləri daxildir. Bundan əlavə, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. İstehsal məqsədləri üçün idxal olunan texnika və avadanlıqlar isə ƏDV və gömrük rüsumlarından azad edilir.
◼️Naxçıvan Sənaye Parkının yaradılması regionda sənayeləşmənin sürətləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, investisiya imkanlarının genişləndirilməsinə və sahibkarlıq fəaliyyətinin inkişafına mühüm töhfə verəcək. | 166 |
| 17 | Şəki rayonunda yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Şəki rayonu, Öryət kəndi, Qarasu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Dövlət Xidmətinin məlumatına görə, əmlak kompleksinin ümumi qiyməti 2.000.000 manatdır.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2.000.000 manatdan az olmayan investisiya proqramı, həmçinin 50-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidir.
Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (650.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilər.
İnvestisiya müsabiqəsinə çıxarılan səhmdar cəmiyyəti barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə ətraflı məlumat almaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu prosesi 22 sentyabr 2026-cı il tarixi daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 23 sentyabr 2026-cı il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcək. | 129 |
| 18 | Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün müraciətlər daxil olmaqda davam edir. “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında daha 16 layihəyə baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 292-yə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/2ZwzQ7 | 126 |
| 19 | Bakıda dağ-mədən sənayesi üzrə ixtisaslaşmış "Azerbaijan Mining Expo" beynəlxalq sərgisi keçiriləcək
2027-ci ilin 8–10 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində dağ-mədən sənayesi, ağır maşınqayırma və tikinti sahələrinin ən irimiqyaslı ixtisaslaşmış tədbiri olan "Azerbaijan Mining Expo" beynəlxalq sərgisi keçiriləcək.
“True Expo”nun məlumatına görə, sərgidə 5 mindən çox ziyarətçinin və 150-dən artıq eksponent şirkətin qatılacağı gözlənilir. Tədbirin işgüzar proqramı çərçivəsində 50-dən çox məruzəçinin iştirakı ilə tematik konfransların təşkili nəzərdə tutulur.
Xəzər regionunun dağ-mədən və tikinti sektorları üzrə aparıcı B2B platforması olan "Azerbaijan Mining Expo" qabaqcıl texnologiyaların nümayişi və strateji tərəfdaşlıq əlaqələrinin qurulması məqsədilə sənaye liderlərini, rəhbər heyəti və novatorları bir araya toplayır. Tədbirdə əsas diqqət dövlət dəstəyi ilə həyata keçirilən Azərbaycanın dağ-mədən və infrastruktur layihələrinin yüksək inkişaf potensialından səmərəli istifadəyə yönəldilir.
Sərgi sahələrində ağır texnika nümunələri, tikinti avadanlıqları, eləcə də faydalı qazıntıların hasilatı üzrə innovativ həll yolları nümayiş olunacaq. Ümumilikdə, bu tədbir dünyanın ən dinamik inkişaf edən bazarlarından birində işgüzar əlaqələrin genişləndirilməsi və biznesin davamlı inkişafı üçün mühüm perspektivlər açır. | 160 |
| 20 | Sahibkarlığa başlamaq üçün hansı hüquqi formanı seçmək lazımdır? | 144 |
