cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia

Больше
Азербайджан1 287Азербайджанский1 147Бизнес24 636
Рекламные посты
2 982
Подписчики
-124 часа
-127 дней
-4230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Şuşada 20-yə yaxın sahibkar üçün əlverişli şərait yaradılıb Bunu Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş Şuşa şəhərində bərpa və quruculuq işləri ilə yanaşı, Prezident İlham Əliyevin tapşırığı ilə sahibkarlıq mühitinin yaradılması istiqamətində də əhəmiyyətli addımlar atılır: “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara ilk qapı açan Şuşa şəhəri olub. 2021-ci ilin ilk rübündən etibarən şəhərdə aparılan quruculuq işlərinə cəlb olunan şəxslərin çoxluğu, eləcə də Şuşa şəhərinin müxtəlif tədbirlərə sahiblik etməsi səbəbindən burada mehmanxana və ictimai iaşə xidmətlərinə, ərzaq mallarına olan ehtiyac aradan qaldırılıb. Hazırda bir necə iaşə obyektinin tikintisi başa çatmaq üzrədir”. A.Kərimov qeyd edib ki, Şuşanın Qarabağ küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir. İlin sonuna kimi bu binalarda qonaqlama, ictimai iaşə xidmətlərinin təşkili planlaşdırılır. Şuşaya gələn turistlərin sayında nəzərəçarpacaq artımın müşahidə olunduğunu deyən xüsusi nümayəndə əlavə edib ki,  artıq Daşaltı kəndində ilkin turizm infrastrukturunun qurulmasına başlanılıb. Burada sahibkarlara bağ sahələri ayrılmaqla, yaxın zamanlarda vətəndaşlar üçün sərbəst satışa çıxarıla biləcək fərdi evlərin tikilməsi prosesinə başlanılacaq. A.Kərimov çıxışının sonunda sahibkarları Şuşada yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib. ("Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı)
Показать все...
Xankəndi, Ağdərə və Xocalıda açılacaq iş yerlərinin sayı açıqlanıb “İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bugünədək 43 obyekt fəaliyyətə başlayıb, 350-ə yaxın şəxs işlə təmin edilib”. Bunu Şuşada təşkil olunan "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Onun sözlərinə görə, potensial investorlarla aparılan danışıqlara əsasən, obyektlərin sayının 80-ə, iş yerlərinin sayının isə 1350-ə çatdırılması planlaşdırılır. E.Yusubov bildirib ki, bu gün əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafı, sürətli reinteqrasiyanı təmin etməkdir. İqtisadi fəaliyyətin əsas subyektləri olan sahibkarlar tərəfindən azad edilmiş ərazilərə investisiya qoyuluşları ümumi məqsədlərə nail olmağa yardım edir. Xüsusi nümayəndə qeyd edib ki, ümumilikdə ilkin inventarlaşdırma işlərinə əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalıda 462 sahibkarlıq obyekti və müəssisəsi müəyyən edilib. Bu obyektlərin fəaliyyətinin bərpası və yenidən istifadəyə verilməsi hazırda qarşıda duran prioritet məsələlərdəndir: “Buraya investisiya qoymağa maraq göstərən investorları əməkdaşlığa dəvət edir, onların fəaliyyətinə dəstək göstəriləcəyini bildirmək istəyirəm. Fəaliyyətində şəffaflığı əsas tutan sahibkarlar üçün bu ərazilərdə münbit biznes mühiti təmin olunub”. E.Yusubov diqqətə çatdırıb ki, Xankəndi şəhərində müxtəlif xidmət sahələri, ticarət, turizm, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi üzrə geniş imkanlar var: “Qeyd edilən ərazilərdə çoxlu sayda faydalı qazıntı yataqları mövcuddur. Bunlar, əsasən, qiymətli əlvan metallar, müxtəlif növ tikinti daşları, əhəng və sement xammalı, qum, çınqıl və mineral su ehtiyatlarıdır. Bu yataqların istismarı və son məhsul istehsalının təşkili ilə ixrac potensialının artırılmasına, çoxsaylı iş yerlərinin yaradılması kimi məsələlərin həllinə nail olunacaq. Torpağın münbitliyi burada kənd təsərrüfatı üzrə yüksək məhsuldarlığa şərait yaradır”. ("Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı)
Показать все...
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi xidmətlərinin əlçatanlığı təmin edilib Dövlət Vergi Xidmətinin Qarabağ vergilər baş idarəsinin yaradılmasına dair qərarı bu ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə, sahibkarlara vergi xidmətlərinin əlçatanlığını təmin edir. Bunu Şuşada təşkil olunmuş "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir çərçivəsində panel müzakirələrdə çıxış edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. Onun sözlərinə görə, 2023-cü il ərzində işğaldan azad edilmiş ərazilərdə 33 sahibkarlıq subyektinə rezident statusu verilib ki, onların da 49-u aktiv obyekt kimi qeydiyyata alınıb. Həmin vergi ödəyiciləri 1,6 milyon manat həcmində həm güzəşt, həm də azadolma məbləğindən istifadə ediblər. İşğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parkları üzrə isə odəyicilərin sayı 35, obyektlərin sayı 14 vahid təşkil edib. Bu vergi ödəyiciləri tərəfindən 2,6 milyon manatlıq güzəşt və azadolmalardan istifadə olunub. ("Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı)
Показать все...
Фото недоступноПоказать в Telegram
Azad edilmiş ərazilərimizdə biznes imkanlarına dair panel müzakirələr keçirilib İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbir panel müzakirələrlə davam edib. “İşğaldan azad edilmiş ərazilərdə güzəşt və azadolmalar, dəstək tədbirləri” mövzusunda paneldə Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyinin, Azərbaycan Banklar Assosiasiyasının, Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri işğaldan azad edilmiş ərazilərin cəlbediciliyini artırmaq üçün təqdim edilən güzəşt və dəstək tədbirləri barədə məlumat veriblər. Ətraflı - https://bit.ly/3RMgcpq
Показать все...
Фото недоступноПоказать в Telegram
Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər KOB evlərinin xidmətlərindən istifadə edən sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər. Bunun üçün sahibkarlar “Android” (“GooglePlay”) və “İOS” (“AppStore”) əməliyyat sistemləri ilə çalışan mobil qurğularına “KOB növbə” tətbiqini yükləməlidir. Tətbiqi yüklədikdən sonra sahibkar şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Sahibkarlar “KOB növbə” tətbiqi vasitəsilə KOB evlərinə gəlmədən növbə götürə və mərkəzə daha yaxın ərazidə olduqda növbəsini aktivləşdirə bilər. “KOB növbə” tətbiqini yükləmək üçün linklər: İOS - https://apple.co/3xEwjyl Android - https://bit.ly/3ROweit Əfraflı - https://bit.ly/3VZW59H
Показать все...
Azad edilmiş ərazilərimizdə biznes imkanlarına dair tədbir keçirilib İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbir keçirilib. 100-dən çox sahibkarın, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir. Ətraflı - https://bit.ly/3L1hNnx
Показать все...
Mikayıl Cabbarov: “Sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin işə salınması planlaşdırılır” Azərbaycanda ilin sonuna qədər sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin təmin edilməsi ilə bağlı təşəbbüslərin yekunlaşdırılması və işə salınması planlaşdırılır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda Şuşada keçirilən tədbirdə deyib. M.Cabbarov vurğulayıb ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkəti sahibkarların maliyyə resurslarına çıxışını təmin edir və gələcəkdə də təmin edəcəklər. Dövlət tərəfindən kreditlərin zəmanəti mexanizminin də istifadə olunduğunu qeyd edən nazir onu da əlavə edib ki, bank sektoru ilə birgə mexanizmlərin hazırlanması planlaşdırılır. ("Azərbaycan iqtisadiyyatı" Telegram kanalı)
Показать все...
03:32
Видео недоступноПоказать в Telegram
KOB-ların rəqəmsallaşmasına, “yaşıl iqtisadiyyat”a keçiddə onların rolunun artırılmasına, işğaldan azad olunmuş ərazilərdə KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsinə diqqət daha da artırılacaqdır.
Показать все...
20240627 AZTV.mp458.85 MB
Cenevrədə Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı tədbir keçirilib Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Cenevrə şəhərində 27 iyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunmuş tədbir keçirilib. Beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin və ekspertlərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi, KOB-ların potensialı və qarşılaşdıqları çətinliklər haqqında məlumat verilib, onların inkişaf ehtiyacları, müvafiq sektorda yeniliklər müzakirə edilib. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun videomüraciəti də yayımlanıb. Videomüraciətdə KOBİA sədri Azərbaycanda KOB-lara göstərilən dəstək, bu sahədə Agentliyin fəaliyyəti, o cümlədən KOB-ların bilik və bacarıqlara, bazarlara və maliyyəyə çıxışı istiqamətində dəstək alətləri barədə məlumat verib. Ətraflı - https://bit.ly/4czxKgc
Показать все...
Nazir: "Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik" Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər. Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik. Həmçinin biz yeni kontekstə açıq olmalıyıq. Daha çox investisiya və ideyalar cəlb etməliyik. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku İnvestment Day) investisiya festivalının açılışında deyib. Nazir bildirib ki, Azərbaycan hazırda yaşıl enerji sahəsində regionun liderinə çevrilir. Bu, işğaldan azad olunmuş ərazilərimizin regionda yeni kontekstdə fəaliyyətə başlaması ilə bağlıdır.
“İlk dəfədir ki, Cənubi Qafqazın əməkdaşlıq edə biləcəyini düşünürəm. COP29 prosesi göstərdi ki, biz birlikdə işləməyə qadirik. Düşünürəm ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təbii körpüdür. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də yaşıl enerji sahəsində bir sıra böyük layihələr həyata keçirilir. Həmçinin Xəzər dənizinin problemlərinin həlli istiqamətində bir sıra işlər görülür. Bunlar hamısı ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirir", - deyə Mikayıl Cabbarov əlavə edib.
(AZƏRTAC)
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.