Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
Kanalga Telegram’da o‘tish
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia
Ko'proq ko'rsatish2 314
Obunachilar
+224 soatlar
-67 kun
-1730 kun
Postlar arxiv
Repost from Azərbaycan iqtisadiyyatı
📊 Əsas investor ölkələrin siyahısı açıqlanıb
2026-cı ilin yanvar-avqust aylarında xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 3 095,9 milyon manat investisiya yatırılıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrünə nisbətdə bu göstərici 21,2 faiz artıb.
Əsas investor ölkələr:
🇬🇧 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
🇹🇷 Türkiyə
🇦🇪 Birləşmiş Ərəb Əmirlikləri
🇷🇺 Rusiya
🇺🇸 ABŞ
🇨🇭 İsveçrə
🇯🇵 Yaponiya
🇮🇷 İran
🇭🇺 Macarıstan
🇫🇷 Fransa
🇮🇳 Hindistan
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
Sahibkarlar hazırda 23 fəaliyyət növü üzrə lisenziya (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) almaq üçün KOB evlərinə də müraciət edə bilərlər. KOB evlərində sahibkarlar lisenziyaların alınması üzrə informasiya dəstəyi ala, müraciət edə, tələb olunan sənədləri təqdim edə və hazır sənədi götürə bilərlər. Lisenziyalaşdırma ilə bağlı bütün prosesin vahid məkanda - KOB evlərində həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.
Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq KOB evləri və ASAN xidmət mərkəzləri ilə yanaşı, “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/KzbcFo
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Türkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) dəstəyi və İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə “KOB-lar üçün innovativ maliyyələşmə mexanizmləri üzrə icra strategiyalarının hazırlanması” mövzusunda seminar keçirilib.
İki gün davam edən tədbirin məqsədi KOB-ların innovativ maliyyələşdirmə mexanizmlərinə çıxışını genişləndirmək və bu mexanizmlərdən istifadəsini təşviq etməkdir.
Tədbirdə Türkiyə, İordaniya, Malayziya, Mərakeş, Pakistan və Seneqal kimi İƏT-ə üzv ölkələrin müvafiq sahə üzrə ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak ediblər. Ölkəmizi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları təmsil ediblər.
Ətraflı - https://smbgovaz.short.gy/KLv4pL
Repost from Azərbaycan iqtisadiyyatı
"Qusar Aqropark"da yeni rezident fəaliyyətə başlayıb
🟦Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən Qusar rayonunun Cağar kəndində yerləşən “Qusar Aqropark”ın rezidenti “Fresh Garden Quba” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib.
🟦Nazirlikdən verilən məlumata görə, hazırda 77 hektar ərazini əhatə edən “Qusar Aqropark”da alma, nektarin, şaftalı və gilas bağlarından ibarət superintensiv təsərrüfat salınıb. Mərhələli inkişaf planına əsasən, bağ sahələrinin 110 hektaradək genişləndirilməsi, meyvə çeşidlərinin artırılması, həmçinin 6 500 ton tutumlu müasir soyuducu anbarın və saatda 12 ton məhsul çeşidləmə və qablaşdırma gücünə malik xəttin qurulması nəzərdə tutulur.
🟦Ölkədə fəaliyyət göstərən aqroparklar bitkiçilik, heyvandarlıq, emal və qablaşdırma üzrə ixtisaslaşaraq geniş çeşiddə kənd təsərrüfatı məhsulları istehsal edir. İstehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara çıxarılır.
Repost from Azərbaycan iqtisadiyyatı
📹2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
🟦Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən ekologiya, kənd təsərrüfatı və sosial sahələrdə strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.
🟦Siyahıda yer alan “Quba-Xaçmaz bölgəsində bərk məişət tullantılarının idarə olunması”, “Kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar komplekslərinin yaradılması” və “Müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzil təminatı” layihələri ölkənin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq sosial və iqtisadi sahələrdə infrastrukturun təkmilləşdirilməsinə, ətraf mühitin qorunmasına yönəlib.
🟦Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bu layihələr ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, investisiyaların artırılması və innovativ həllərin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
🟦Layihələr barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.
Repost from Azərbaycan iqtisadiyyatı
🔤🔤🔤🔤🔤
Startaplar və KOB-lar ilə dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub
🟦İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki yeniliklərə həsr olunmuş onlayn görüş keçirilib.
🟦DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində mövcud olan yenilik” mövzusunda təqdimatla çıxış edib. O, “Bir pəncərə” sisteminin və elektron qeydiyyat imkanlarının tətbiqi, qeydiyyat prosesinin sadələşdirilməsi və sürətləndirilməsi, həmçinin “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülən işlər barədə məlumat verib.
🟦Bildirilib ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı xidmətinin əlçatan olması, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzadan istifadə imkanının yaradılması biznesə başlama prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlardandır. Görüşdə rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.
🟦İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov isə investisiya cəlbediciliyinin artırılması, innovativ sahibkarlıq ekosisteminin inkişafı və startupların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Vergi güzəştləri yerli startapların ilkin mərhələdə inkişafını sürətləndirməklə yanaşı, onların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirir. KOBİA-nın təqdim etdiyi “Startap” şəhadətnaməsindən faydalanan “InnMedia” xarici akselerasiya proqramlarına qatılıb, bir neçə xarici investordan investisiya cəlb edib, Çinin texnologiya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Ətraflı - https://vergiler.az/news/article/40660.html
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib
Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda mikro, kiçik və orta #sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm üzrə müzakirələr aparılıb.
Ətraflı - https://smbgovaz.short.gy/UQEyQc
Repost from Azərbaycan iqtisadiyyatı
🖋🖋🖋🖋
Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ
Azərbaycanda innovativ ideyalarını biznesə çevirən yerli startaplar “Startap” şəhadətnaməsinin yaratdığı vergi üstünlüklərindən yararlanaraq inkişaflarını sürətləndirirlər. Bu yaxınlarda şəhadətnamə almış “COO”, “İşBurda” və “ixtisas.info” kimi layihələr üçün bu, maliyyə yükünün azalması ilə yanaşı, süni intellekt həllərinin inkişafı və yeni bazarlara çıxış üçün əlavə imkanlar yaradır.
Vergiyə qənaət olunan vəsaiti birbaşa məhsulun təkmilləşdirilməsinə, texnoloji infrastrukturun gücləndirilməsinə və komandaların genişləndirilməsinə yönəldən təsisçilər növbəti mərhələdə daha böyük hədəflərə fokuslanırlar. Onlar yerli bazarda mövqelərini möhkəmləndirməklə yanaşı, innovativ həllərini beynəlxalq bazarlara çıxararaq qlobal rəqabətə qoşulmağı hədəfləyirlər.
▶️ Ətraflı: vergiler.az
Repost from Azərbaycan iqtisadiyyatı
+1
🔤🔤🔤🔤🔤
📊 Kommersiya qurumlarının sayı 6,6 faiz artıb
2026-cı il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 722 227 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 5,8 faiz artıb.
Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 212 668 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz çoxdur.
2026-cı ilin avqust ayında 1114 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 85,4 faizi yerli investisiyalı, 14,6 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 79,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – avqust aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.
2026-cı ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
Repost from Azərbaycan iqtisadiyyatı
🇦🇿 Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.
Bildirildi ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.
Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.
“Fabriora Group” MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib.
Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsidir. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır.
AZƏRTAC
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC-nin və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları” layihəsi çərçivəsində növbəti peşə təlimləri uğurla başa çatıb.
Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından bu təlimlərə cəlb edilən şəhid ailələrinin üzvlərindən, müharibə veteranları və ya onların ailə üzvlərindən ibarət 55 nəfərə təlimləri uğurla tamamladıqlarına dair sertifikatlar təqdim olunub.
Ətraflı - https://smbgovaz.short.gy/3OZJ5K
Repost from Azərbaycan iqtisadiyyatı
🖋🖋🖋🖋
Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər
Azərbaycanda innovativ texnologiyalar və rəqəmsal həllər təqdim edən yeni nəsil startap ekosistemi sürətlə genişlənir. Təhsildən kibertəhlükəsizliyə, tədbir idarəçiliyindən biznes proseslərinin avtomatlaşdırılmasına və əmək bazarına qədər müxtəlif sahələri əhatə edən yerli layihələr təkcə ölkə daxilində böyüməyi deyil, regional və qlobal bazarlara çıxış imkanlarını da nəzərdən keçirirlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Startap” şəhadətnaməsi vasitəsilə yaradılan vergi güzəştləri bu layihələrin məhsul inkişafını sürətləndirməyə və süni intellektlə (Sİ) funksiyalarını zənginləşdirməyə kömək edir.
“vergiler.az” innovativ həlləri ilə diqqət çəkən, yaxın tarixdə “Startap” şəhadətnaməsi alan perspektivli layihələrin təsisçiləri ilə həmsöhbət olub, onların qazandıqları uğurları, gələcək hədəflərini və ekosistemə gətirdikləri yenilikləri öyrənib.
▶️ Ətraflı: vergiler.az
Bu günədək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi almış 552 layihə fəaliyyətə başlayıb. İndiyədək 1,5 milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6604 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 350,5 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib.
Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Bakı şəhəri, eləcə də ətraf şəhər və rayonlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan və biznes ideyasını reallaşdırmaq istəyən şəxslər müxtəlif istiqamətlər üzrə məsləhət xidmətlərindən yararlana bilərlər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) tərəfindən göstərilən məsləhət xidmətləri sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes proseslərinin daha səmərəli təşkilinə, düzgün biznes qərarlarının qəbul edilməsinə və inkişaf imkanlarının genişləndirilməsinə dəstək məqsədi daşıyır.
Ətraflı - https://smbgovaz.short.gy/OOoLui
Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı?
Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) tərəfindən sentyabr ayı ərzində sahibkarlar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün ödənişsiz təlimlər keçiriləcək.
Təlimlər sahibkarlıq fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə etməklə iştirakçıların biznes sahəsində nəzəri və praktiki biliklərinin artırılması, biznes bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunur.
Peşəkar ekspertlər tərəfindən canlı və onlayn formatlarda təşkil olunacaq təlimlər tamamilə ödənişsizdir. Təlimlərdə iştirak etmək istəyən KOB subyektləri və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər KOBİA-nın rəsmi internet səhifəsinin "Tədbirlər təqvimi" bölməsinə daxil olmaqla ətraflı məlumat öyrənə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/Jo56C2
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın artırılması və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir.
1 yanvar 2029-cu ilədək müxtəlif strateji istiqamətlər üzrə layihələrə investisiya təşviqi sənədi verilir.
Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evlərinə müraciət edə bilərlər. Sahibkarlar ətraflı məlumat üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/ySWtZN
Repost from Azərbaycan iqtisadiyyatı
Naxçıvan Sənaye Parkı - sənaye və logistika imkanlarının sinerjisi
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi dövlətin əsas prioritetlərindəndir. Bu siyasətin mühüm istiqamətlərindən biri ölkənin müxtəlif bölgələrində sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasıdır. Həmin siyasət artıq nəticələrini verir. 2026-cı ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 1 milyard 940 milyon manat olub. Bu dövrdə istehsal olunan məhsulların 554,7 milyon manatlıq hissəsi ixrac edilib.
▶️ Ətraflı: vergiler.az
📣 Sentyabr ayında KOBİA-nın təşkilatçılığı ilə sahibkarlar üçün aşağıdakı mövzularda sahəvi və maarifləndirici görüşlər təşkil olunacaq:
✅Startapların və KOB subyektlərinin dövlət qeydiyyatı sahəsində yeniliklər
✅Logistika
✅Meyvəçilik və üzümçülük
✅Kənd təsərrüfatının inkişafı və dövlət dəstəyi mexanizmləri
✅Özünüməşğulluq proqramı
✅Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında KOB klasterlərinin formalaşdırılması
✅KOB-ların rəqəmsal transformasiyası və E-ticarət
✅İcbari tibbi sığorta
✅Bitkiçilik
✅Qadınların məşğulluğunun dəstəklənməsi
✅Dövlət dəstək mexanizmləri
✅Heyvandarlıq
✅Əməyin təşkili
📍Görüşlər Bakı, Şirvan, Ağcabədi, Yevlax, Ağstafa, Balakən, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qax və Qubada keçiriləcək.
Görüşlərdə aidiyyəti dövlət qurumları və biznes strukturlarının mütəxəssisləri müvafiq sahələrdə mövcud vəziyyət və imkanlar barədə məlumat verəcək, sahibkarların suallarını cavablandıracaqdır.
Ətraflı məlumat www.smb.gov.az saytının "Tədbirlər təqvimi" bölməsində.
