cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Azərbaycan iqtisadiyyatı

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı. Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru, ingilis dilində “Economy of Azerbaijan” versiyası ilə isə @economy_azen ünvanında tanış olmaq mümkündür.

Ko'proq ko'rsatish
Reklama postlari
3 672
Obunachilar
+324 soatlar
+27 kunlar
+2730 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

🇦🇿 Prezident İlham Əliyev 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”i təsdiq edilb.
Hammasini ko'rsatish...
Milli valyutalarda qarşılıqlı hesablaşmalara keçid Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq ◼️Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Çeçenistanın Qroznı şəhərində Qafqaz İnvestisiya Forumu çərçivəsində keçirilən “Avrasiyadakı tərəfdaşlarla beynəlxalq əməkdaşlığın inkişafı üçün Qafqazın rəqabət üstünlükləri” adlı dəyirmi masada çıxış edərkən deyib. ◼️Nazir müavini qeyd edib ki, Azərbaycanın Rusiya Federasiyasına ixracında milli valyuta ilə ödənişlərin xüsusi çəkisi artıq 70 faizdən çox, Rusiyanın Azərbaycana ixracında isə təxminən 50 faiz təşkil edir. ◼️Sahib Ələkbərov Rusiyanın Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasında sərbəst ticarət rejimi mövcuddur ki, bu da ticarət dövriyyəsinin artmasına kömək edir və işgüzar dairələr arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Statistikaya görə, 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 4,4 milyard ABŞ dolları, 2024-cü ilin yanvar-may aylarında isə 1,7 milyard dollar təşkil edib. ◼️Nazir müavini xarici iqtisadi əlaqələrin və ikitərəfli əməkdaşlığın inkişafında investisiya əməkdaşlığının əhəmiyyətini qeyd edib. Belə ki, bu gün Rusiya Federasiyasından Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 9,1 milyard dollara, Azərbaycandan Rusiyaya isə 1,2 milyard dollara çatıb. Ümumiyyətlə, Rusiyada, həmçinin Qafqazda investisiya layihələrini uğurla həyata keçirir.
Hammasini ko'rsatish...
👍 1
Bu ilin ilk 6 ayında fermerlərə 37,8 milyon manat güzəştli kredit verilib ◼️Bu ilin yanvar-iyun ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 5973 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 65,7 faiz üstələyir. ◼️Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk altı ayında aqrar sektorda fəaliyyət göstərən 2035 fiziki və hüquqi şəxsə 37,8 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 30,7 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 240 min manatı güzəştli kreditlər, 6,8 milyon manatı isə mikrokreditlərdir.
Hammasini ko'rsatish...
👍 1
📈 Heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb ◼️Bu ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6019,7 milyon manat təşkil edib ki, onun da 3138,7 milyon manatı heyvandarlıq, 2881,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür. ◼️Dövlət Statistika Komitəsinin hesabatına əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 1,4 faiz azalıb. ◼️Cari ilin ilk 6 ayında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1134,1 min ton süd, 1189,1 milyon ədəd yumurta istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 1 faiz, yumurta istehsalı 7,4 faiz artıb.
Hammasini ko'rsatish...
👍 1
🗣️ Kaiser Navab: “Azərbaycan Prezidentinin Pakistana səfəri yeni əməkdaşlıq üfüqləri yaradır” “Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana tarixi səfəri möhkəmlənmiş əlaqələr və yeni əməkdaşlıq üfüqləri irsi yaradaraq başa çatıb”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.
"Prezident Zərdari Pakistan və Azərbaycanın bir-birinə davamlı dəstəyini yüksək qiymətləndirib. O, COP29-un Azərbaycanda keçirilməsinə görə Prezident İlham Əliyevi təbrik etdi və sammitdə iştirak etmək üçün dəvəti qəbul edərək, onun inkişaf etməkdə olan ölkələr, o cümlədən Pakistan üçün əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında əsl qardaşlığa, etimada və səmimiyyətə əsaslanan dərin köklü əlaqələrə nəzər salaraq, milyardlarla dollarlıq biznesləri genişləndirmək və insanlar arasında əlaqələri artırmaqla bu əlaqələri daha da inkişaf etdirməyin vaxtı çatıb. Pakistan və Azərbaycan 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində İqlim Diplomatiyası üzrə Qardaşlıq İli elan etməlidirlər", - K.Navab qeyd edib.
◼️Ekspertin fikrincə, Bakıda keçiriləcək COP29 iqlim sammiti hər iki ölkə üçün mühüm mərhələdir. Prezident İlham Əliyevin rəhbərliyi altında COP29 inkişaf etməkdə olan ölkələrin, o cümlədən Pakistanın üzləşdiyi iqlimlə bağlı problemləri effektiv şəkildə həll edəcək.
“Prezident İlham Əliyevin Pakistana dövlət səfəri nəinki diplomatik əlaqələrimizi möhkəmləndirdi, həm də iqtisadi və strateji əməkdaşlığın yeni fəsillərini açdı. COP29-un nəticələrini və qarşıdan gələn sazişləri səbirsizliklə gözlədiyimiz üçün ölkələrimiz arasında dostluğa, qarşılıqlı hörmətə və firavan gələcəyə ümumi baxışa əsaslanan əlaqələr möhkəm olaraq qalır”, - o əlavə edib.
©️Məlumatdan istifadə etdikdə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına istinad mütləqdir.
Hammasini ko'rsatish...
👍 1 1
Azərbaycan bir neçə ölkəyə fasad dübellərinin ixracını planlaşdırır ◼️Azərbaycanın fasad dübellərinin yeganə istehsalçısı olan “Caspian Energy Group” şirkəti Gürcüstana məhsul ixracına başlayıb. ◼️Bunu Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “İlin istehsalçısı” nominasiyası üzrə “Dayaq” mükafatına layiq görülən, Azərbaycanın iri inşaat materialları idxalçılarından biri olan “Caspian Energy Group” şirkətinin direktoru Natiq Aydayev deyib. ◼️Onun sözlərinə görə, “Euroizol” markası altında istehsal edilən fasad dübelləri izolyasiya məhsullarını fasada montaj etmək üçün istifadə edilir. Bu məhsul əvvəllər Azərbaycana idxal edilirdi. ◼️Şirkət ilk mərhələdə Gürcüstana nisbətən az həcmdə məhsul göndərsə də, gələcəkdə bu ölkəyə ixracı artırmağı, eyni zamanda Rusiya, Özbəkistan və Qazaxıstana da ixraca başlamağı planlaşdırır.
“Məhsullarımızı "Made in Azerbaijan" brendi altında daha çox xarici ölkə bazarına çıxarmağı qarşımıza məqsəd qoymuşuq”, - deyən N.Aydayev əlavə edib ki, istehsalı 3 müxtəlif istiqamət üzrə qurublar. Hazırda “CPS” markası altında alçıpan profilləri və aksesuarları fabrikində 8 adda, “Euroizol” markası altında fasad dübelləri fabrikində 3 adda və “CEG” markası altında plastik meyvə yeşikləri fabrikində 4 adda məhsul istehsal edilir: “Şirkətimiz 2010-cu ildən fəaliyyət göstərsə də, istehsalla 2 ildir ki, məşğuldur. Bununla yanaşı, 400-dən çox çeşiddə yüksək keyfiyyətli müxtəlif izolyasiya və inşaat materialları idxal edirik. Amma gələcəkdə idxal etdiyimiz məhsulların bir çoxunu istehsal etməyi düşünürük. Hazırda bu istiqamətdə işlər görülür”.
◼️N.Aydayev qeyd edib ki, “Caspian Energy Group” hazırda istehsal gücünün 40-50 faizi həcmində məhsul buraxır. Cari ilin sonuna kimi istehsalın həcminin 20-30 faiz artırılması proqnozlaşdırılır. ©️Məlumatdan istifadə etdikdə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına istinad mütləqdir.
Hammasini ko'rsatish...
👍 1
🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib.
Hammasini ko'rsatish...
👍 1
Photo unavailableShow in Telegram
📈 Elektrik enerjisi istehsalında yaşıl enerjinin payı artıb ◼️Bu ilin yanvar-iyun aylarında İstilik Elektrik Stansiyaları üzrə 11 525 milyon kVt·st, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 950,7 milyon kVt·st artımla 2 032,4 milyon kVt·st elektrik enerjisi istehsal edilib. ◼️Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə Su Elektrik Stansiyaları üzrə 1581,1 milyon kVt·st, Külək Elektrik Stansiyaları üzrə 29,7 milyon kVt·st, Günəş Elektrik Stansiyaları üzrə 286,6 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTZ) üzrə isə 135 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Cari ilin ilk 6 ayında elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 15 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 7 faiz bəndi üstələyir. ℹ️ Qeyd edək ki, hesabat dövründə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 13 557,4 milyon kVt·st, ixracı 444 milyon kVt·st, idxalı 96,4 milyon kVt·st olub.
Hammasini ko'rsatish...
👍 2 1
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.