Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
前往频道在 Telegram
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia
显示更多2 313
订阅者
-424 小时
无数据7 天
-1330 天
数据加载中...
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
九月 '26
九月 '26
+19
在0个频道中
八月 '26
+26
在0个频道中
Get PRO
七月 '26
+6
在0个频道中
Get PRO
六月 '26
+6
在0个频道中
Get PRO
五月 '26
+5
在0个频道中
Get PRO
四月 '26
+5
在0个频道中
Get PRO
三月 '26
+7
在0个频道中
Get PRO
二月 '26
+9
在0个频道中
Get PRO
一月 '26
+9
在0个频道中
Get PRO
十二月 '25
+11
在0个频道中
Get PRO
十一月 '25
+9
在0个频道中
Get PRO
十月 '25
+13
在0个频道中
Get PRO
九月 '25
+7
在0个频道中
Get PRO
八月 '25
+14
在0个频道中
Get PRO
七月 '25
+5
在0个频道中
Get PRO
六月 '25
+5
在0个频道中
Get PRO
五月 '25
+12
在0个频道中
Get PRO
四月 '25
+15
在0个频道中
Get PRO
三月 '25
+10
在0个频道中
Get PRO
二月 '25
+153
在0个频道中
Get PRO
一月 '25
+7
在0个频道中
Get PRO
十二月 '24
+9
在0个频道中
Get PRO
十一月 '24
+20
在0个频道中
Get PRO
十月 '24
+23
在0个频道中
Get PRO
九月 '24
+26
在0个频道中
Get PRO
八月 '24
+72
在0个频道中
Get PRO
七月 '24
+17
在0个频道中
Get PRO
六月 '24
+13
在0个频道中
Get PRO
五月 '24
+19
在0个频道中
Get PRO
四月 '24
+15
在0个频道中
Get PRO
三月 '24
+29
在0个频道中
Get PRO
二月 '24
+24
在0个频道中
Get PRO
一月 '24
+25
在0个频道中
Get PRO
十二月 '23
+53
在1个频道中
Get PRO
十一月 '23
+26
在1个频道中
Get PRO
十月 '23
+75
在0个频道中
Get PRO
九月 '23
+25
在0个频道中
Get PRO
八月 '23
+129
在0个频道中
Get PRO
七月 '23
+20
在0个频道中
Get PRO
六月 '23
+24
在0个频道中
Get PRO
五月 '23
+14
在0个频道中
Get PRO
四月 '23
+13
在0个频道中
Get PRO
三月 '23
+15
在0个频道中
Get PRO
二月 '23
+22
在0个频道中
Get PRO
一月 '23
+82
在0个频道中
Get PRO
十二月 '22
+14
在0个频道中
Get PRO
十一月 '22
+22
在0个频道中
Get PRO
十月 '22
+26
在0个频道中
Get PRO
九月 '22
+10
在0个频道中
Get PRO
八月 '22
+10
在0个频道中
Get PRO
七月 '22
+15
在0个频道中
Get PRO
六月 '22
+14
在0个频道中
Get PRO
五月 '22
+23
在0个频道中
Get PRO
四月 '22
+22
在0个频道中
Get PRO
三月 '22
+5
在0个频道中
Get PRO
二月 '22
+41
在0个频道中
Get PRO
一月 '22
+10
在0个频道中
Get PRO
十二月 '21
+9
在0个频道中
Get PRO
十一月 '21
+12
在0个频道中
Get PRO
十月 '21
+16
在0个频道中
Get PRO
九月 '21
+12
在0个频道中
Get PRO
八月 '21
+3
在0个频道中
Get PRO
七月 '21
+6
在0个频道中
Get PRO
六月 '21
+24
在0个频道中
Get PRO
五月 '21
+109
在0个频道中
Get PRO
四月 '21
+1
在0个频道中
Get PRO
三月 '21
+4
在0个频道中
Get PRO
二月 '21
+5
在0个频道中
Get PRO
一月 '210
在0个频道中
Get PRO
十二月 '20
+23 226
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 24 九月 | 0 | |||
| 23 九月 | 0 | |||
| 22 九月 | +2 | |||
| 21 九月 | +2 | |||
| 20 九月 | +2 | |||
| 19 九月 | 0 | |||
| 18 九月 | +1 | |||
| 17 九月 | +3 | |||
| 16 九月 | 0 | |||
| 15 九月 | 0 | |||
| 14 九月 | 0 | |||
| 13 九月 | +1 | |||
| 12 九月 | 0 | |||
| 11 九月 | 0 | |||
| 10 九月 | 0 | |||
| 09 九月 | +2 | |||
| 08 九月 | +1 | |||
| 07 九月 | +2 | |||
| 06 九月 | 0 | |||
| 05 九月 | +2 | |||
| 04 九月 | 0 | |||
| 03 九月 | 0 | |||
| 02 九月 | 0 | |||
| 01 九月 | +1 |
频道帖子
Repost from Azərbaycan iqtisadiyyatı
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın yeni mərhələsinə qoşul
Texnologiyaların tətbiqi ilə bağlı çətinlik yaşayırsınız?
Texnoloji transformasiya üçün yol xəritəniz yoxdur?
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” həyata keçirilir. Proqram beynəlxalq ekspertlərlə birgə rəqəmsal iqtisadiyyatın inkişafına, yerli sənaye müəssisələrinin texnoloji səviyyəsinin artırılmasına və innovativ texnologiyaların tətbiqinə, bununla da ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafına töhfə verməyi hədəfləyir.
Proqramın məqsədi dövlət dəstəyi ilə qabaqcıl texnologiyaların tətbiqini stimullaşdırılması nəticəsində bizneslərin səmərəliliyini və rəqabət qabiliyyətliliyini artırmaq, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdən ibarətdir.
Proqram qoşulan şirkətlərə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə aşağıdakı xidmətlər tam ödənişsiz təqdim olunur:
🔵Texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi;
🔵Müəssisələr üçün texnoloji transformasiyaya dair fərdiləşdirilmiş yol xəritəsinin hazırlanması;
🔵Texniki icra dəstəyi, o cümlədən maliyyə resurslarına çıxış.
2026-cı ildə proqrama qoşulan 18 müəssisənin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilərək onlar üçün yol xəritəsi hazırlanıb. Artıq bir sıra müəssisələr yol xəritələrinin icrasına başlayıb.
Proqrama qoşulma meyarları ilə tanış olmaq və müraciət etmək üçün https://industry4.az/ linkindən keçid edə bilərsiniz.
Ətraflı məlumat:
✉️ E-poçt: sahil.balazada@4sim.gov.az;
📞 Tel.: +994 70 622 53 63.
| 2 | 🇦🇿 Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. | 47 |
| 3 | “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ
Azərbaycanda rəqəmsallaşma prosesinin sürətlənməsi müəssisələr üçün yeni texnoloji həllərə olan tələbatı da artırır. Bu istiqamətdə fəaliyyət göstərən şirkətlərdən biri də biznes proseslərinin və təhsil idarəçiliyinin rəqəmsallaşdırılmasına yönəlmiş həllər təqdim edən “Performance System” MMC-dir. Şirkət ilkin olaraq “Coders Azerbaijan” təhsil mərkəzinin daxili ehtiyaclarından yaranan ideya əsasında formalaşıb, 2024-cü ildən isə ayrıca məhsul kimi bazara təqdim olunub. “Performance System” MMC, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) müvafiq şəhadətnaməsini əldə edib.
Şirkətin təsisçisi Seymur Həmidov platformanın yaranma ideyası, təqdim etdiyi rəqəmsal həllər, beynəlxalq bazarlara çıxış planları və gələcək inkişaf istiqamətləri barədə AZƏRTAC-ın suallarını cavablandırıb.
Ətraflı - https://azertag.az/xeber/performance_systemin_fealiyyetinin_merkezinde_startap_yanasmasi_dayanir___musahibe-4424430 | 57 |
| 4 | Bakıda payız beynəlxalq sərgilər mövsümü başlayır
🟦Bakıda müvafiq dövlət qurumlarının dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı ilə beynəlxalq sərgilərin payız mövsümü başlayır.
🟦“Caspian Event Organisers”dən verilən məlumata görə, sərgi proqramı dövlət sektorunun, biznesin və ekspertlərin nümayəndələrini bir araya gətirərək investisiyaların cəlb edilməsi, texnologiyaların transferi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformaya çevriləcək.
Mövsümü 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX 2026” açacaq. Bu sərgi ilə paralel olaraq 15-ci Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Vasitələri Sərgisi “Securex Caspian” da baş tutacaq. Bu il “ADEX” 5-ci pavilyonun cəlb edilməsi hesabına ekspozisiya sahəsinin rekord həddə genişlənməsini nümayiş etdirəcək, 4-cü pavilyon isə tamamilə Azərbaycanın müdafiə sənayesi potensialının nümayişinə həsr olunacaq. Tədbirdə 29 ölkədən 270-dən çox şirkət və 40-dan çox rəsmi nümayəndə heyəti iştirak edəcək.
🟦14–16 oktyabr tarixlərində proqramı “BakuBuild”, “Rebuild Garabagh”, “Aquatherm Baku” və “Plastex Caspian” sərgilərini birləşdirən Xəzər Tikinti Həftəsi və 14-cü Beynəlxalq “Road & Traffic” sərgisi davam etdirəcək. Azərbaycanda elan olunan “Şəhərsalma və memarlıq ili” çərçivəsində 200-dən çox iştirakçı Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafı layihələrinə xüsusi diqqət yetirməklə innovativ materiallar, mühəndislik sistemləri və nəqliyyat infrastrukturu üçün həllər nümayiş etdirəcək.
🟦Payız mövsümünə 26–28 noyabr tarixlərində “Baku Crystal Hall”da Bakının “Dünyanın idman paytaxtı 2026” statusuna layiq görülməsinə həsr olunan “ExpoSport Azerbaijan” sərgisinin debütü yekun vuracaq. Tədbir idman sənayesinin əsas istiqamətlərini — obyektlərin tikintisindən və idman təbabətindən tutmuş kiberidman və idman turizminədək əhatə edərək B2B danışıqlar, interaktiv nümayişlər və yarışlar üçün şərait yaradacaq. Bu sərgilərin keçirilməsi xidmət sahəsini, mehmanxana sektorunu və nəqliyyat infrastrukturunu stimullaşdırmaqla ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. | 77 |
| 5 | 🔤🔤🔤🔤🔤
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
İqtisadiyyat nazirinin müavini Anar Axundov Goranboy şəhərində Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşüb.
Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətə uyğun olaraq özəl sektorun daha da gücləndirilməsi, sahibkarların investisiya və istehsal fəaliyyətinin təşviqi, regionlarda iqtisadi fəallığın artırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir. Bu istiqamətdə yeni mexanizmlər tətbiq olunur. Sahibkarlar yaradılmış əlverişli biznes mühitindən səmərəli şəkildə yararlanmağa, yeni təşəbbüslərini reallaşdırmağa dəvət olunublar.
▶️ Ətraflı: vergiler.az | 86 |
| 6 | Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub
Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.
RIYADA-nın sədri Halima Al Zarinin rəhbərlik etdiyi heyət KOB evində sahibkarlara xidmətin göstərilməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, “G2B” və “B2B” xidmətlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıb.
Həmçinin RIYADA nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı və dövlət dəstəyi alətləri barədə məlumat verilib, KOB-ların inkişafı üzrə həyata keçirilən siyasət və təcrübə, eləcə də KOB sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Ətraflı - https://smbgovaz.short.gy/dTtDk7 | 74 |
| 7 | Könüllü qanvermə aksiyası keçiriləcək
27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə könüllü qanvermə aksiyası təşkil olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, “Marsol Group” və “Məlhəm Beynəlxalq Hospital”ın tərəfdaşlığı ilə 23-25 sentyabr tarixlərində keçiriləcək aksiyaya sahibkarlar və şirkət əməkdaşları, eləcə də hər bir şəxs könüllü qoşula bilər.
Aksiya çərçivəsində tədarük olunacaq qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Ətraflı - https://smbgovaz.short.gy/RsyeU1 | 85 |
| 8 | 没有文字... | 106 |
| 9 | 没有文字... | 102 |
| 10 | 没有文字... | 99 |
| 11 | Vergi ödəyicilərinin nəzərinə!
21.09.2026-cı il vergilərin ödənilməsinin son günüdür! | 108 |
| 12 | Neftçalada yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
🟦İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Neftçala rayonu, Sübh kəndi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edir.
🟦Dövlət Xidmətinin məlumatına görə, əmlak kompleksinin ümumi qiyməti 4.946.213 manatdır.
🟦Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8.500.000 manatdan az olmayan investisiya proqramı, həmçinin 100-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidirlər.
🟦Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2.000.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
🟦Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
🟦İddiaçıların ərizə və təkliflərinin qəbulu 19 oktyabr 2026-cı il tarixi də daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.
🟦Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 21 oktyabr 2026-cı il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcək. | 118 |
| 13 | 📊 Əsas investor ölkələrin siyahısı açıqlanıb
2026-cı ilin yanvar-avqust aylarında xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 3 095,9 milyon manat investisiya yatırılıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrünə nisbətdə bu göstərici 21,2 faiz artıb.
Əsas investor ölkələr:
🇬🇧 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
🇹🇷 Türkiyə
🇦🇪 Birləşmiş Ərəb Əmirlikləri
🇷🇺 Rusiya
🇺🇸 ABŞ
🇨🇭 İsveçrə
🇯🇵 Yaponiya
🇮🇷 İran
🇭🇺 Macarıstan
🇫🇷 Fransa
🇮🇳 Hindistan | 93 |
| 14 | Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
Sahibkarlar hazırda 23 fəaliyyət növü üzrə lisenziya (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) almaq üçün KOB evlərinə də müraciət edə bilərlər. KOB evlərində sahibkarlar lisenziyaların alınması üzrə informasiya dəstəyi ala, müraciət edə, tələb olunan sənədləri təqdim edə və hazır sənədi götürə bilərlər. Lisenziyalaşdırma ilə bağlı bütün prosesin vahid məkanda - KOB evlərində həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.
Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq KOB evləri və ASAN xidmət mərkəzləri ilə yanaşı, “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/KzbcFo | 110 |
| 15 | KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Türkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) dəstəyi və İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə “KOB-lar üçün innovativ maliyyələşmə mexanizmləri üzrə icra strategiyalarının hazırlanması” mövzusunda seminar keçirilib.
İki gün davam edən tədbirin məqsədi KOB-ların innovativ maliyyələşdirmə mexanizmlərinə çıxışını genişləndirmək və bu mexanizmlərdən istifadəsini təşviq etməkdir.
Tədbirdə Türkiyə, İordaniya, Malayziya, Mərakeş, Pakistan və Seneqal kimi İƏT-ə üzv ölkələrin müvafiq sahə üzrə ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak ediblər. Ölkəmizi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları təmsil ediblər.
Ətraflı - https://smbgovaz.short.gy/KLv4pL | 122 |
| 16 | "Qusar Aqropark"da yeni rezident fəaliyyətə başlayıb
🟦Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən Qusar rayonunun Cağar kəndində yerləşən “Qusar Aqropark”ın rezidenti “Fresh Garden Quba” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib.
🟦Nazirlikdən verilən məlumata görə, hazırda 77 hektar ərazini əhatə edən “Qusar Aqropark”da alma, nektarin, şaftalı və gilas bağlarından ibarət superintensiv təsərrüfat salınıb. Mərhələli inkişaf planına əsasən, bağ sahələrinin 110 hektaradək genişləndirilməsi, meyvə çeşidlərinin artırılması, həmçinin 6 500 ton tutumlu müasir soyuducu anbarın və saatda 12 ton məhsul çeşidləmə və qablaşdırma gücünə malik xəttin qurulması nəzərdə tutulur.
🟦Ölkədə fəaliyyət göstərən aqroparklar bitkiçilik, heyvandarlıq, emal və qablaşdırma üzrə ixtisaslaşaraq geniş çeşiddə kənd təsərrüfatı məhsulları istehsal edir. İstehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara çıxarılır. | 99 |
| 17 | 📹2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
🟦Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən ekologiya, kənd təsərrüfatı və sosial sahələrdə strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.
🟦Siyahıda yer alan “Quba-Xaçmaz bölgəsində bərk məişət tullantılarının idarə olunması”, “Kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar komplekslərinin yaradılması” və “Müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzil təminatı” layihələri ölkənin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq sosial və iqtisadi sahələrdə infrastrukturun təkmilləşdirilməsinə, ətraf mühitin qorunmasına yönəlib.
🟦Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bu layihələr ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, investisiyaların artırılması və innovativ həllərin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
🟦Layihələr barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar. | 123 |
| 18 | 🔤🔤🔤🔤🔤
Startaplar və KOB-lar ilə dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub
🟦İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki yeniliklərə həsr olunmuş onlayn görüş keçirilib.
🟦DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində mövcud olan yenilik” mövzusunda təqdimatla çıxış edib. O, “Bir pəncərə” sisteminin və elektron qeydiyyat imkanlarının tətbiqi, qeydiyyat prosesinin sadələşdirilməsi və sürətləndirilməsi, həmçinin “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülən işlər barədə məlumat verib.
🟦Bildirilib ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı xidmətinin əlçatan olması, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzadan istifadə imkanının yaradılması biznesə başlama prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlardandır. Görüşdə rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.
🟦İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov isə investisiya cəlbediciliyinin artırılması, innovativ sahibkarlıq ekosisteminin inkişafı və startupların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. | 118 |
| 19 | Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Vergi güzəştləri yerli startapların ilkin mərhələdə inkişafını sürətləndirməklə yanaşı, onların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirir. KOBİA-nın təqdim etdiyi “Startap” şəhadətnaməsindən faydalanan “InnMedia” xarici akselerasiya proqramlarına qatılıb, bir neçə xarici investordan investisiya cəlb edib, Çinin texnologiya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Ətraflı - https://vergiler.az/news/article/40660.html | 125 |
| 20 | KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib
Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda mikro, kiçik və orta #sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm üzrə müzakirələr aparılıb.
Ətraflı - https://smbgovaz.short.gy/UQEyQc | 212 |
