Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
Open in Telegram
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia
Show more2 345
Subscribers
-124 hours
-47 days
-2630 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
July '26
July '26
+5
in 0 channels
June '26
+6
in 0 channels
Get PRO
May '26
+5
in 0 channels
Get PRO
April '26
+5
in 0 channels
Get PRO
March '26
+7
in 0 channels
Get PRO
February '26
+9
in 0 channels
Get PRO
January '26
+9
in 0 channels
Get PRO
December '25
+11
in 0 channels
Get PRO
November '25
+9
in 0 channels
Get PRO
October '25
+13
in 0 channels
Get PRO
September '25
+7
in 0 channels
Get PRO
August '25
+14
in 0 channels
Get PRO
July '25
+5
in 0 channels
Get PRO
June '25
+5
in 0 channels
Get PRO
May '25
+12
in 0 channels
Get PRO
April '25
+15
in 0 channels
Get PRO
March '25
+10
in 0 channels
Get PRO
February '25
+153
in 0 channels
Get PRO
January '25
+7
in 0 channels
Get PRO
December '24
+9
in 0 channels
Get PRO
November '24
+20
in 0 channels
Get PRO
October '24
+23
in 0 channels
Get PRO
September '24
+26
in 0 channels
Get PRO
August '24
+72
in 0 channels
Get PRO
July '24
+17
in 0 channels
Get PRO
June '24
+13
in 0 channels
Get PRO
May '24
+19
in 0 channels
Get PRO
April '24
+15
in 0 channels
Get PRO
March '24
+29
in 0 channels
Get PRO
February '24
+24
in 0 channels
Get PRO
January '24
+25
in 0 channels
Get PRO
December '23
+53
in 1 channels
Get PRO
November '23
+26
in 1 channels
Get PRO
October '23
+75
in 0 channels
Get PRO
September '23
+25
in 0 channels
Get PRO
August '23
+129
in 0 channels
Get PRO
July '23
+20
in 0 channels
Get PRO
June '23
+24
in 0 channels
Get PRO
May '23
+14
in 0 channels
Get PRO
April '23
+13
in 0 channels
Get PRO
March '23
+15
in 0 channels
Get PRO
February '23
+22
in 0 channels
Get PRO
January '23
+82
in 0 channels
Get PRO
December '22
+14
in 0 channels
Get PRO
November '22
+22
in 0 channels
Get PRO
October '22
+26
in 0 channels
Get PRO
September '22
+10
in 0 channels
Get PRO
August '22
+10
in 0 channels
Get PRO
July '22
+15
in 0 channels
Get PRO
June '22
+14
in 0 channels
Get PRO
May '22
+23
in 0 channels
Get PRO
April '22
+22
in 0 channels
Get PRO
March '22
+5
in 0 channels
Get PRO
February '22
+41
in 0 channels
Get PRO
January '22
+10
in 0 channels
Get PRO
December '21
+9
in 0 channels
Get PRO
November '21
+12
in 0 channels
Get PRO
October '21
+16
in 0 channels
Get PRO
September '21
+12
in 0 channels
Get PRO
August '21
+3
in 0 channels
Get PRO
July '21
+6
in 0 channels
Get PRO
June '21
+24
in 0 channels
Get PRO
May '21
+109
in 0 channels
Get PRO
April '21
+1
in 0 channels
Get PRO
March '21
+4
in 0 channels
Get PRO
February '21
+5
in 0 channels
Get PRO
January '210
in 0 channels
Get PRO
December '20
+23 226
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 21 July | 0 | |||
| 20 July | 0 | |||
| 19 July | 0 | |||
| 18 July | 0 | |||
| 17 July | +1 | |||
| 16 July | 0 | |||
| 15 July | +1 | |||
| 14 July | +1 | |||
| 13 July | 0 | |||
| 12 July | 0 | |||
| 11 July | 0 | |||
| 10 July | 0 | |||
| 09 July | 0 | |||
| 08 July | 0 | |||
| 07 July | 0 | |||
| 06 July | 0 | |||
| 05 July | 0 | |||
| 04 July | 0 | |||
| 03 July | +2 | |||
| 02 July | 0 | |||
| 01 July | 0 |
Channel Posts
Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay”
Azərbaycanda təqdim olunan “Startap” şəhadətnaməsi və onun verdiyi vergi güzəştləri yeni yaranan texnoloji bizneslərin ilkin mərhələdəki maliyyə yükünü azaltmağa xidmət edir. Bu mexanizmdən yararlanan yerli layihələr fərqli sektorlarda ənənəvi idarəetmə və xidmət proseslərini rəqəmsallaşdıraraq işlərin sürətlənməsinə öz töhfəsini verir.
“vergiler.az” bu imkanlardan faydalanan iki fərqli layihənin — binaların idarə edilməsini rəqəmsallaşdıran “BillKill.az” platformasının və kənd təsərrüfatı təchizatçılarını vahid məkanda birləşdirən “OnWay” startapının qurucuları ilə həmsöhbət olub. Hər iki layihə vergi güzəştləri sayəsində xidmət coğrafiyasını genişləndirməyi, eləcə də güclü komanda və investor dəstəyi ilə fəaliyyətini böyütməyi hədəfləyir.
Ətraflı - https://vergiler.az/news/article/40034.html
| 2 | Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib
2026-cı ilin yanvar-iyun aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektlərindən 87 müraciət daxil olub. Müraciətlər müvafiq sənədin verilməsi üzrə yaradılmış Ekspertlər Şurası tərəfindən Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən qiymətləndirilib və 35 sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
Şəhadətnamə almış sahibkarların 28-i hüquqi, 7-i fiziki şəxsdir. Onların 26-sı Bakı şəhərində, 9-u isə regionlarda fəaliyyət göstərir. Müvafiq sənədi almış sahibkarların 2-si qadındır.
Ətraflı - https://smbgovaz.short.gy/FWyjHF | 29 |
| 3 | Fiziki şəxslərin vergi uçotuna alınması üçün ərizələrin təqdim edilməsi qaydasındakı dəyişiklik | 27 |
| 4 | Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə!
İyulun 24-də Qəbələ və İsmayıllı rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes subyektlərinin qəbulu təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev müvafiq rayonlar üzrə sahibkarların müraciətlərini dinləyəcək, suallarını cavablandıracaq.
Qəbul saat 11:00-dan etibarən Qəbələ şəhərində Heydər Əliyev Mərkəzində (Ünvan: Heydər Əliyev prospekti 40) keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (Tel.: 055 500 12 17, e-mail: afshin.afsarbayli@smb.gov.az, Afşin Əfsərbəyli, KOB dostu). | 57 |
| 5 | Regionlarda investisiya fəallığının artırılması və KOB-ların dəstəklənməsi istiqamətində tədbirlər həyata keçiriləcək
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilsə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”da yer alıb.
Planın icrası İqtisadiyyat Nazirliyinə tapşırılıb, digər icraçılar isə Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Sahibkarlar Konfederasiyasıdır (tövsiyə olunur).
Tədbirlər Planına əsasən, 2026–2030-cu illərdə regionlarda investisiya fəallığının stimullaşdırılması, istehsal olunan malların və xidmətlərin daxili və xarici bazarlara çıxışının dəstəklənməsi üçün tədbirlər görüləcək.
Mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması üçün əlverişli şərait yaradılacaq. KOB subyektlərinin məlumatlandırılması, onlar üçün təlimlərin təşkili, dayanıqlığının gücləndirilməsi, mövcud iş yerlərinin qorunub saxlanılması və yeni iş yerlərinin yaradılmasına dəstək göstərilməsi istiqamətində də işlər görüləcək. (AZƏRTAC) | 63 |
| 6 | 🌾 Naxçıvanda ilk qadın kənd təsərrüfatı kooperativi yaradılıb
◼️ Naxçıvan Muxtar Respublikasında “Aqrosahibkar qadınlarla iş” layihəsi çərçivəsində yaradılan “Fermer” İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirilib.
◼️ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, kooperativ kənd qadınlarının iqtisadi imkanlarının genişləndirilməsi, istehsal potensialının birləşdirilməsi və bazar əlaqələrinin gücləndirilməsi məqsədilə yaradılıb.
◼️ Hazırda kooperativ Sədərək, Culfa, Ordubad, Babək və Şərur rayonlarını təmsil edən 32 qadın aqrosahibkarı birləşdirir. Üzvlər heyvandarlıq, taxılçılıq, bağçılıq, meyvəqurutma, quşçuluq, çörək və şirniyyat istehsalı kimi sahələrdə fəaliyyət göstərirlər.
◼️ Kooperativ üzvlərinin istehsal etdiyi 100-dən artıq çeşiddə məhsul yerli bazarlarda, eləcə də Türkiyənin İğdır vilayətində satışa çıxarılır. Kooperativin əsas hədəfləri vahid məhsul markasının formalaşdırılması, qablaşdırma və marketinqin təkmilləşdirilməsi, satış bazarlarının genişləndirilməsi, logistika və rəqəmsal satış imkanlarının inkişafı, eləcə də ixrac potensialının artırılmasıdır.
◼️ “Fermer” İstehsal-İstehlak Qadın Kooperativinin sədri vəzifəsinə Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Mehparə Hüseynova seçilib.
◼️ Naxçıvanda ilk dəfə yaradılan qadın kənd təsərrüfatı kooperativinin kənd qadınlarının iqtisadi fəallığının artırılmasına, ailə təsərrüfatlarının gəlirlərinin yüksəldilməsinə və aqrar sahənin inkişafına töhfə verəcək. | 116 |
| 7 | 🇦🇿🇧🇾 Azərbaycan "INNOPROM.Belarus" sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq
◼️ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2026-cı ilin 30 sentyabr – 2 oktyabr tarixlərində Belarus Respublikasının Minsk şəhərində keçiriləcək "INNOPROM” beynəlxalq sənaye sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
◼️ İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 10 şirkət təşkil edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən tanış olmaq olar. | 78 |
| 8 | 🏭 İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi sənaye parklarında sahibkarlar üçün əlverişli investisiya mühiti və geniş dövlət dəstəyi mexanizmləri yaradılıb. | 78 |
| 9 | Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır
Sahibkarlara xidmətlərin göstərilməsi sahəsində innovativ model olan KOB evlərinin fəaliyyəti ilə tanış olmaq məqsədilə bir sıra ölkələrin nümayəndə heyətləri Bakı şəhərində və regionlarda fəaliyyət göstərən KOB evlərində olublar.
Ətraflı - https://smbgovaz.short.gy/rJDHKK | 81 |
| 10 | “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “İnkişaf Korporasiyası” QSC-nin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə artıq 4 ildir ki həyata keçirilən “Qarabağ KOB-ları” layihəsi cari ildə də davam etdirilir.
Layihə üzrə Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından seçilmiş daha 55 nəfər iştirakçı təlim prosesinə cəlb edilib.
Ətraflı - https://smbgovaz.short.gy/QKfXN3 | 90 |
| 11 | Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib
2026-cı il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib. Bu xidmətlərin 180 minə yaxını “Bakı KOB evi”nin, 90 minə yaxını “Yevlax KOB evi”nin, 2 mindən çoxu bu ilin mart ayında istifadəyə verilmiş “Gəncə KOB evi”nin, 700-ə yaxını “Şuşa KOB evi”nin, 10 mindən çoxu “Xaçmaz KOB evi”nin, 32 mindən çoxu isə “Xaçmaz KOB evi”nin Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür.
KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 272 minə yaxını dövlət qurumları (G2B), 40 mindən çoxu isə biznes qurumları (B2B) tərəfindən göstərilib.
Ətraflı - https://smbgovaz.short.gy/pc8mnv | 95 |
| 12 | Elan
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostu və regionlarla iş departamentinin Lənkəran-Astara və Şirvan-Salyan iqtisadi rayonları üzrə regional koordinatorluğunun Masallı KOB dostu vəzifəsi üzrə işə qəbul elan edir.
Ətraflı - https://smbgovaz.short.gy/cEvsdM | 95 |
| 13 | 😶 Maşınqayırma sahəsində yeni dövlət standartları qəbul edilib
◼️ Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq və regional (ISO, EN, IEC, ГОСТ) tələblərə əsaslanan 42 yeni dövlət standartı qəbul edilib.
◼️ Yeni standartlar əsasən maşın və avadanlıqların təhlükəsizliyi, zərərli maddələrin emissiyası, səs-küy və vibrasiyaya nəzarət, erqonomika, işıqlandırma normaları və xüsusi təyinatlı nəqliyyat vasitələrinin istismarı sahələrini əhatə edir.
◼️ Bu standartların qəbulunda əsas məqsəd texniki qurğuların və istehsalat avadanlıqlarının təhlükəsizliyini təmin etmək, iş yerlərində riskləri minimuma endirmək, işçilərin sağlamlığını qorumaq və ölkədaxili normaları beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdırmaqdır.
◼️ Dövlət standartlarının layihələri AZSTAND tərəfindən təsis edilən “Maşınqayırma, mexaniki və hidravlik sistemlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 56) təqdimatları əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. | 91 |
| 14 | KOBİA-da sahibkarların müraciətləri dinlənilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı sahibkarların biznes fəaliyyətinin inkişafı, o cümlədən satışa, bağçılığın və aqroturizmin inkişafına dəstək, xarici bazarlara çıxış, eləcə də digər məsələlərə dair müraciətləri dinlənilib, sualları cavablandırılıb.
Ətraflı - https://smbgovaz.short.gy/Sg5Vyi | 92 |
| 15 | 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb
Cari ilin yanvar-iyun aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 131 Çağrı Mərkəzinə 4649 zəng daxil olub.
Müraciətlər əsasən KOB evlərində dövlət və özəl təşkilatlar tərəfindən sahibkarlara göstərilən xidmətlər, biznesə başlanması və sahibkarlığın inkişafı üçün dəstək tədbirləri, “Startap” şəhadətnaməsi, investisiya təşviqi sənədi, güzəştli maliyyə dəstəyi, işğaldan azad olunmuş ərazilərdə biznes fəaliyyəti, həmçinin KOBİA-nın fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Müraciətlərin əksəriyyəti canlı rejimdə cavablandırılıb, araşdırma tələb edən məsələlər üzrə isə Agentliyin aidiyyəti strukturları tərəfindən məlumat verilib.
Çağrı Mərkəzinə daxil olan müraciətlərin əsas hissəsi Bakı şəhərinin payına düşüb. Digər müraciətlər isə Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Gəncə-Daşkəsən və Şəki-Zaqatala iqtisadi rayonlarından daxil olub.
Ətraflı - https://smbgovaz.short.gy/UhCrYs | 95 |
| 16 | “Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirilib
◼️ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə keçirilən investisiya müsabiqəsinin nəticələrinə əsasən, “Nort Vest Konstrakşn” MMC qalib elan edilib.
◼️ Dövlət Xidmətinin məlumatına görə, investorla 23 iyun 2026-cı il tarixində alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat vəsait köçürməli və müəssisədə 16,4 milyon manat həcmində İnvestisiya Proqramı icra etməlidir. İnvestisiya qoyuluşu nəticəsində müəssisədə 200 yeni iş yerinin yaradılması planlaşdırılır.
◼️ Müsabiqə qalibi İnvestisiya Proqramı çərçivəsində şüşəəritmə sobasının və şüşə istehsalı avadanlıqlarının, eləcə də sexlərin əsaslı təmiri və yenidən qurulması, yeni istehsal xətlərinin, şüşəformalaşdırma avadanlıqlarının alınaraq quraşdırılması, həmçinin elektrik enerjisi, qaz təchizatı, su və kanalizasiya sistemləri üzrə infrastruktur təminatının yaxşılaşdırılması kimi öhdəlikləri həyata keçirməlidir.
◼️ Qeyd edək ki, dövlət müəssisələrinin investisiya müsabiqələri əsasında özəlləşdirilməsi iqtisadi aktivlərin dövriyyəyə qaytarılmasına, istehsalın yenilənməsinə və sahibkarlıq subyektlərinin sənaye sahələrinə daha fəal cəlb olunmasına xidmət edir. | 121 |
| 17 | “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib
Biznes subyektlərinin alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir bu dəfə Ağsu şəhərində təşkil edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası, Ağsu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Paşa Kapital” investisiya şirkətinin iştirakı ilə keçirilən tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları və qiymətli kağızlar bazarı mövzularında təqdimatlar olub.
Qeyd edək ki, bu, sayca iyirminci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala və Şirvan, Qusar və Mingəçevir şəhərlərində təşkil olunub. | 96 |
| 18 | “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir
“Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin fəaliyyətində müsbət dinamika müşahidə olunur. Aparılmış təhlillərə əsasən bir sıra startaplarda biznes fəaliyyətinin genişləndiyi, məşğulluq imkanlarının artdığı müəyyən edilib. 2025-ci ildə müvafiq sənədi almış 59 KOB subyekti üzrə aparılmış təhlillər göstərir ki, onların ümumi dövriyyəsi 2024-cü ildəki 3,2 milyon manatdan 2025-ci ildə 6,1 milyon manata yüksələrək təxminən 2 dəfə artıb. Bu dövrdə müvafiq müəssisələrdə çalışanların orta işçi sayı 183 nəfərdən 216 nəfərə çatıb ki, bu da 18% artım deməkdir.
Dövriyyəsində və işçi sayında artım qeydə alınan layihələr əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat və logistika, turizm və biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində fəaliyyət göstərən startaplardır. Müvafiq sənədi almış startaplar bazara bir sıra innovativ məhsul və xidmətlər təqdim ediblər.
Ətraflı - https://smbgovaz.short.gy/GzfCff | 102 |
| 19 | ⚡️ 6 ayda ABİF tərəfindən sahibkarlara 136,5 milyon manat həcmində güzəştli kreditlər verilib
◼️ 2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən sahibkarlara 3004 layihə üzrə maliyyə dəstəyi göstərilib.
Fondun məlumatına görə, bu çərçivədə sahibkarlar ümumilikdə 136,5 milyon manat həcmində güzəştli kreditdən yararlanıb.
◼️ Qeyd edək ki, ABİF-in güzəştli kreditləri illik faiz dərəcəsi 5 faizədək olmaqla təqdim olunur və 5 ilədək güzəşt müddəti tətbiq olunur. Bu əlverişli şərtlər sahibkarların maliyyə yükünü azaltmaqla onların investisiya imkanlarını genişləndirir, biznes fəaliyyətinin inkişafını və regionlarda iqtisadi aktivliyin artmasını dəstəkləyir. | 90 |
| 20 | 🔤🔤🔤🔤🔤
📊 Kommersiya qurumlarının sayı 6,8 faiz artıb
◼️ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.713.937 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb.
◼️ İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 210.384 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.
◼️ 2026-cı ilin iyun ayında 1.191 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 87,7 faizi yerli investisiyalı, 12,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 84,3 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – iyun aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil edib.
◼️ 2026-cı ilin iyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb. | 98 |
