fa
Feedback
Şərqə Baxış

Şərqə Baxış

رفتن به کانال در Telegram

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

نمایش بیشتر
2 635
مشترکین
-124 ساعت
-77 روز
-2830 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئن '26
ژوئن '26
+3
در 0 کانال‌ها
مه '26
+12
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+10
در 0 کانال‌ها
Get PRO
مارس '26
+66
در 3 کانال‌ها
Get PRO
فوریه '26
+21
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+48
در 1 کانال‌ها
Get PRO
دسامبر '25
+15
در 1 کانال‌ها
Get PRO
نوامبر '25
+19
در 1 کانال‌ها
Get PRO
اکتبر '25
+8
در 0 کانال‌ها
Get PRO
سپتامبر '25
+17
در 0 کانال‌ها
Get PRO
اوت '25
+8
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+35
در 2 کانال‌ها
Get PRO
ژوئن '25
+34
در 4 کانال‌ها
Get PRO
مه '25
+16
در 1 کانال‌ها
Get PRO
آوریل '25
+13
در 1 کانال‌ها
Get PRO
مارس '25
+93
در 5 کانال‌ها
Get PRO
فوریه '25
+43
در 0 کانال‌ها
Get PRO
ژانویه '25
+37
در 0 کانال‌ها
Get PRO
دسامبر '24
+31
در 2 کانال‌ها
Get PRO
نوامبر '24
+44
در 2 کانال‌ها
Get PRO
اکتبر '24
+55
در 3 کانال‌ها
Get PRO
سپتامبر '24
+34
در 4 کانال‌ها
Get PRO
اوت '24
+55
در 1 کانال‌ها
Get PRO
ژوئیه '24
+41
در 2 کانال‌ها
Get PRO
ژوئن '24
+26
در 1 کانال‌ها
Get PRO
مه '24
+101
در 3 کانال‌ها
Get PRO
آوریل '24
+66
در 2 کانال‌ها
Get PRO
مارس '24
+44
در 3 کانال‌ها
Get PRO
فوریه '24
+46
در 1 کانال‌ها
Get PRO
ژانویه '24
+86
در 3 کانال‌ها
Get PRO
دسامبر '23
+49
در 2 کانال‌ها
Get PRO
نوامبر '23
+82
در 1 کانال‌ها
Get PRO
اکتبر '23
+178
در 3 کانال‌ها
Get PRO
سپتامبر '23
+118
در 0 کانال‌ها
Get PRO
اوت '23
+66
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+54
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+93
در 0 کانال‌ها
Get PRO
مه '23
+81
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+75
در 0 کانال‌ها
Get PRO
مارس '23
+86
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+64
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+61
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+72
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+95
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+129
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+112
در 0 کانال‌ها
Get PRO
اوت '22
+64
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+35
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+35
در 0 کانال‌ها
Get PRO
مه '22
+115
در 0 کانال‌ها
Get PRO
آوریل '22
+69
در 0 کانال‌ها
Get PRO
مارس '22
+223
در 0 کانال‌ها
Get PRO
فوریه '22
+68
در 0 کانال‌ها
Get PRO
ژانویه '22
+164
در 0 کانال‌ها
Get PRO
دسامبر '21
+54
در 0 کانال‌ها
Get PRO
نوامبر '21
+55
در 0 کانال‌ها
Get PRO
اکتبر '21
+154
در 0 کانال‌ها
Get PRO
سپتامبر '21
+138
در 0 کانال‌ها
Get PRO
اوت '21
+302
در 0 کانال‌ها
Get PRO
ژوئیه '21
+128
در 0 کانال‌ها
Get PRO
ژوئن '21
+100
در 0 کانال‌ها
Get PRO
مه '21
+913
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
17 ژوئن0
16 ژوئن0
15 ژوئن0
14 ژوئن0
13 ژوئن0
12 ژوئن+1
11 ژوئن0
10 ژوئن0
09 ژوئن0
08 ژوئن+1
07 ژوئن0
06 ژوئن0
05 ژوئن+1
04 ژوئن0
03 ژوئن0
02 ژوئن0
01 ژوئن0
پست‌های کانال
Tramp İran ilə bağlı “bu gecə bir sivilizasiya məhv ediləcək və geri dönüşü olmayacaq” ultimatumunu səsləndirib və razılaşma
Tramp İran ilə bağlı “bu gecə bir sivilizasiya məhv ediləcək və geri dönüşü olmayacaq” ultimatumunu səsləndirib və razılaşma üçün İran tərəfinə çağırış edib (İran rəhbərliyinə Bakı vaxtı ilə saat 04:00-a qədər möhlət verilib). Trampın İrana qarşı “ultimatum”ları Putinin Ukraynadakı “qırmızı xətləri”ni xatırladır. Təbiəti etibarilə ultimatumlar nə qədər çox dilə gətirilirsə, bir o qədər real təsirini itirir və psixoloji təzyiq vasitəsinə çevrilir. Bu mənada, Trampın son ultimatumunun “anlaşma”ya hesablandığı şübhəsizdir. Aydındır ki, Tramp münaqişədən çıxış yolu axtarır. Üfüqdə hərbi həll yolu görünmür. Dünya iqtisadiyyatında və enerji bazarlarındakı gərginlik də müharibənin davamını çətinləşdirir. Xüsusilə, Trampın son dövrlərdə səsləndirdiyi “İranda rejim artıq dəyişib, yeni hakimiyyət var” fikirləri İran məsələsində Vaşinqtonun kompromisi kimi qəbul oluna bilər. Yəni, Tramp müharibəyə başlayarkən qarşıya qoyduğu iki əsas məqsəddən biri olan “rejim dəyişikliyi”ni artıq başa çatmış kimi təqdim edir və bu çərçivədə İranın mövcud hakimiyyəti ilə “yeni rejim” kimi sövdələşməyə hazır olduğunu göstərir. Əvəzində isə Tehrandan müharibənin digər əsas məqsədi olan “zənginləşdirilmiş uranium” məsələsində kompromis gözlənilir. İranın uranium ehtiyatlarını təhvil verməsi Tramp üçün münaqişəni “zəfər” narrativi ilə yekunlaşdırmaq və İsraili də “razı salmaq” baxımından kifayət edə bilər. Xüsusilə nəzərə alsaq ki, ötən günlərdə ABŞ xüsusi təyinatlılarının “pilot xilasetməsi” adı altında “zənginləşdirilmiş uranium”u İsfahandan çıxarmaq cəhdi uğursuzluqla nəticələnib, bu məsələdə qarşılıqlı razılaşmadan başqa yol qalmır. İran rəhbərliyi üçün isə seçimlər daha mürəkkəbdir. Çünki ABŞ tərəfi əvvəlki razılaşmalara əməl etməyib. 2015-ci ildə Obama administrasiyası ilə imzalanmış sazişdən Trampın imtina etməsi bu gün hər hansı yeni razılaşmaya etimadı ciddi şəkildə zəiflədir. Trampla imzalanacaq sazişdən növbəti administrasiyanın çıxmayacağına heç kim zəmanət verə bilməz. Belə bir reallıqda, İranın əlindəki əsas rıçaq olan “zənginləşdirilmiş uranium” ehtiyatlarını təhvil verməsi böyük qumardır. Ukrayna, İraq və Liviya nümunələri göstərir ki, nüvə məsələsində güzəştlər müəyyən pauza yaratsa da, uzun perspektivdə eyni sonluq ortaya çıxır. Amma indiki vəziyyət də son dərəcə kritikdir, İran gələcəkdə nüvə gücünə çevrilə bilmək imkanını qorumaq üçün mövcud infrastrukturunu zərbə altında qoymalıdır. Bir sözlə, Vaşinqton müharibədən tezliklə çıxış yolu, İran isə uzunmüddətli “paket həll” variantı istəyir. İstənilən halda, mən hələ də eskalasiya yerinə, diplomatiya ilə nəticənin hasil olacağına daha çox ehtimal verirəm. @serqebaxis

2
İran ordusu son saatlarda diqqətçəkici həmlələr edir. Əvvəlcə, ölkədən 4000 km uzaqlıqda, Hind okeanında yerləşən ABŞ və Britaniyanın nəzarətindəki Diego Garcia hərbi bazası istiqamətində ballistik raket atmaqla, İran ordusu ilk dəfə 2000 km-dən daha uzaq məsafəyə raket atışı qabiliyyətini nümayiş etdirdi. İrandan 4000 km-lik məsafə Londona qədər əksər Avropa paytaxtlarını əhatə edir. Aydındır ki, Tehranın bu həmləsi ABŞ-ın İrana qarşı yaratmaq istədiyi koalisiyaya qoşulmaq fikrində olan Avropa ölkələrinə xəbərdarlıq məqsədi daşıyır. Daha sonra İran ordusu tərəfindən İsrailin əsas nüvə infrastrukturunun yerləşdiyi Dimona şəhərinə atılan ballistik raketlər hava hücumundan müdafiə sistemlərini aşaraq şəhərə zərər vurdu. İran tərəfi Dimonaya yönələn zərbələrin özünün Natanz nüvə obyektinə edilən hücuma cavab olduğunu bildirsə də, bu, həm də münaqişənin nüvə müstəvisinə keçəcəyi təqdirdə Tehranın əlinin boş olmadığına işarədir. Gərginliyin bu qədər yüksəlməsi danışıqlar ehtimalını artırır. Çünki bir qayda olaraq, tərəflər gözlənilən danışıqlar masasında mövqeyini gücləndirmək üçün meydanda yeni qabiliyyətlərini nümayiş etdirməyə çalışırlar. Hərbi çəkindirmə vasitəsilə diplomatiya üçün əlavə manevr imkanlarının yaradılması Tehranda ciddi güc boşluğunun mövcud olduğuna və ordunun mərkəzdən asılı olmadan özbaşına hərəkət etdiyi barədə iddiaları da təkzib edir. Bununla da, İran tərəfi yüksək səviyyəli rəsmilərinin öldürülməsinin idarəçilik sistemində xaos yaratmadığına dair mesaj verir. Bir sözlə, İran rəhbərliyi çoxtərəfli hərbi-psixoloji gedişlər edir. Doğru istifadə olunacağı təqdirdə, hərbi-psixoloji həmlələr müharibənin gedişatına hərbi-texniki imkanlardan belə güclü təsir göstərə bilir. @serqebaxis
0