en
Feedback
Şeirlər aləmi✍️

Şeirlər aləmi✍️

Open in Telegram

Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda..

Show more
1 353
Subscribers
-124 hours
-137 days
-3530 days
Posts Archive
Utandım bir soyuq bahar axşamı Öz göz yaşlarımdan, öz ahlarımdan. İllərlə sel yusun, aparsın yeri, Dünya təmizlənməz günahlarından. Səninlə göz-gözə baxa bilmərik Tanışlar içində, yadlar içində. Bir də ki, təmizə çıxa bilmərik Çirklənmiş, bulanmış adlar içində. Təkliyim özümə şahlıq taxtıdı, Qərq olub Xəzərə batmaq vaxtıdı. Vədəsiz heç nəyi düşünməməkçün Ömürlük yuxuda yatmaq vaxtıdı. • Nail Zeyniyev

Təbriklər şagirdlər,tələbələr🫰 Zehniniz açıq,yolunuz daima işıqlı olsun💗

​Kim soruşsa hardandır bu darıxmaq, Hədiyyədir bir nəfərdən deyərsən. Sən bu dəfə darıxmadın əzizim, Darıxmışam bir səfər də deyərsən.. Sonra da şair deyirki: "Gərək darıxdığın adamın Darıxdığı adam olasan.."🌸

40 saniyə ərzində gələn 20 nəfərə hədiyyəmiz var🎉Toxun qazanan sən ol! Şansını qaçırma🎁

"Beni her gün yeniden şaşırtan kız,içimde bir ışık gördüğünü söyledin ya... aşk olsun sana.Tarif ettiğin hayali çok sevdim ben.Her gün bir kere hatırlar mısın beni? Her hatırladığında bir kere gülümser misin kimseye belli etmeden? Ya da gözlerin dolar mi bazen aklına gelirsem?Çaresiz miydi diye düşünürsün,o yolun yolcusu muydu,yavaş yavaş unutur musun yoksa beni?Bana hayal kurmayı öğrettin ya sen,bir insan diğerine daha ne kadar yakından dokunabilir ki.Hoşçakal güzel kalplim...güneş yüzlüm..kızgın karetecim..olduğun gibi kal." 🤩🤩🤩🤩

Sevgilin var❓

Titrəyir əllərim, ötür zamanım, Tükənir sözlərim, keçir hər anım. Yoxdur bu çarəsiz dərdə dərmanım, Keçmədi bir günüm dərdsiz, kədərsiz Ömür ötüb gedib məndən xəbərsiz. Əsdi bu hicranın soyuq küləyi, Qopardı qəlbimdən min bir diləyi. Artıq tab gətirməz şair ürəyi; Başqa söz deməyim vədəsiz, yersiz Ömür ötüb gedib məndən xəbərsiz. Bu şeiri yazıram şair şanına, Biganə qalmışam alın yazıma. Hikməti bəxş olub əbədi canıma, Şeir yazılmaz ki kədərsiz, qəmsiz Ömür ötüb gedib məndən xəbərsiz. Qalmadı yazmağa taqətim, halım, Qaldı vəfasızda sanki bir yarım. Bu eşqi-hicrandan yanır sol yanım, Şairin qəlbi çox yandı sevgisiz Ömür ötüb gedib məndən xəbərsiz. • Nail Zeyniyev

Bürcünüz nədir❓

"Sana geldim.Gelmeyecektim.Yolda gelmemem için elli tane sebep saydım ama sebepleri saydıkça farkettim ne kadar çok gelmek istediğimi."

Qürurum əyildi önündə sənin, Yoxmu bağışlamaq dinində sənin?👀

Amma ki gözləmirəm daha yolunu sənin, Düşdüyüm quyulara əl uzada bilmədin, tutum qolunu sənin. Sən olduğun o evi hələ təmizləmədim, sən gedən gündən bəri pişik əzizləmədim. Mən belə görürəm ki, özümün kir-pasını bulamışam hər şeyə, tanıdığım adamın həyatını büsbütün qınamışam hər şeyə. Sən demə, ayrılıqlar öldürürmüş adamı. Babam öləndən sonra səndən gözləməyəcəm ki, alasan qadamı. Dost olmuşam buludla, göz yaşımın yerinə mənim üçün ağlayır. Düşmənəm ürəyimlə, istəmədiyim halda sənin orda yerini böyük-böyük saxlayır. Bir də saxta tanışlar, baxa-baxa gözümün içinə çox gülürlər. Sağalmayan yaramı səndən, mənim özümdən hələ yaxşı bilirlər. Qulağımın dibindən maşınlar ötür, keçir, bizim xəbərimiz yox. Böyüyürük, yaşımız, ömrümüz ötür, keçir. Görən məni yadına salıb nə vaxtsa bir gün çağırarsan toyuna? Dünən dizimdən olan balaca uşaqların bu gün boyu ucalıb çatıb mənim boyuma. Amma ki gözləmirəm, gələsən, anam kimi saçımı oxşayasan. Mən kiməm ki, sən məni sevəsən, xoşlayasan?! Bu sevginin başından yolumuz görünürdü, qürurumuz ayaqlar altında sürünürdü. Səni bağışlayıram, günahın öz boynuna, get, yolların açıqdı. Mənim onsuz bəxtimin gözü kordu, bilirsən, burda hər şey beləcə bax, ala-yarımçıqdı… • Nail Zeyniyev

Yağış da qayıtdı bu yay günündə, Zamansız qayıdıb dönənlər kimi. Yazıram sözümü dərd dəftərində, Dərdini varaqla bölənlər kimi. Pozuldu fəsillərin əhdi-nizamı, Sən səfa çəkərsən,mənsə cəfamı. Yaşarkən vermişəm belə qərarı, Ağlaya-ağlaya gülənlər kimi. Bir odun içində alışarıq biz, Zamanla həm küsüb, barışarıq biz. Bilmirəm,bəlkə də qovuşarıq biz, Uzaqdan-uzağa sevənlər kimi. • Nail Zeyniyev

Hansı rəngi sevirsiz❓