Şeirlər aləmi✍️
رفتن به کانال در Telegram
Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda..
نمایش بیشتر1 321
مشترکین
+124 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-2130 روز
آرشیو پست ها
1 321
Biri vardı, biri yox..
Nağıl kimi başlamışdı ömrümüz,
Sevincimin biri vardı, biri yox.
Mən həyatla əlbəyaxa olanda,
Ümidimin biri vardı, biri yox.
Gecələri ulduzları sayırdım,
Ürəyimə xatirələr yayırdım.
Özüm üçün bircə kitab ayırdım,
Səhifəsinin biri vardı, biri yox.
İsti idi evimizin sobası,
Doğmaların duyulurdu sədası.
Uşaqların nənələri, babası,
Mənimkinin biri vardı, biri yox.
Özümə bir yaxşı məzar qazırdım,
Həyatdan yox, ölümdən çox yazırdım.
Dəli kimi yazdığımı pozurdum,
Misrasının biri vardı, biri yox.
Utanırdım dostdan kömək umanda,
Fikirlərim qarışırdı dumanda.
İki arzu tutdum gecə yatanda,
Oyananda biri vardı, biri yox.
Nağıl kimi keçdi, getdi ömrümüz,
Nələr duydu, nələr çəkdi zövqümüz.
Gah ucaldı, gah azaldı şövqümüz,
Əzəl gündən biri vardı, biri yox.
• Nail Zeyniyev/ Nüsrət Kəsəmənli eyniadlı şeirinə ithaf
1 321
Mən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!
Uğrunda olmuş ikən sərsəri,
Mən öpmədən o qıvırcıq telləri,
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, mən ağlayım, gözəlim!
Hanı sənin hər eşqinə, hər gəncə
Eşq oxuyan qəlbin, sönmüşdür məncə, Bulamayırsa qəlbin artıq əyləncə,
Sən ağlama, mən ağlayım, gözəlim!
Bir quş idim gecə-gündüz sizlərə,
Yazıq, məni güldürmədin bir kərə...
Baxıb indi alnındakı izlərə
Sən ağlama, mən ağlayım, gözəlim!
Mən baxarkən sən vurduğun yaraya,
İndi zalım fələk girdi araya...
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, mən ağlayım, gözəlim!
1 321
Repost from 𝐇𝐢𝐫𝐚𝐞𝐭𝐡🍷
İlahi, verdiyin nemətə şükür.
İlahi, yerdəki cənnətə şükür.
Məni cümə günü, sübh namazında
yuxudan oyadan qismətə şükür.
Şükür əllərinin xırdalığına,
Şükür ürəyinin döyüntüsünə,
Şükür gözlərinə görsənənlərə
Şükür evdən gələn körpə səsinə.
İlahi, mən onu başa düşürəm.
Bilirəm, ağlayıb nə deyir mənə.
Mən onun dilini öyrənirəm ki.
Uşaq dilində də yalvarım sənə.
Doğum günün mübarək Oğlum❤️
1 321
Repost from 𝐇𝐢𝐫𝐚𝐞𝐭𝐡🍷
Sən mənim birdənəm,gün işığımdın,
Neyçün qaranlığa qərq olmusan sən..
Mən səni qəlbimdə qazıyacaqdım,
Gözümün ağında qan cızmısan sən.
Görənlər deyirki,gözüm danışır,
Süzülüb getdikcə gözümün yaşı.
Sanki ürəyimnən yad uzaqlaşır,
Tökülür sinəmdən həsrətin daşı.
1 321
Nə zaman istəsən, gəl döy qapımı,
Mən yenə qapımı açaram sənə.
Əgər ki köməyə ehtiyac olsa,
“Bircə gəl” sözünə qaçaram sənə.
Mənim bu qəlbimin dərinliyində
Sən adlı bir insan hələ də vardır.
Sən gedib özgəyə yar olsan belə,
Bu ürək hələ də tək sənə yardır.
Ən böyük dərdimdir ümidsizliyim,
Daha gözləmirəm sevəsən məni.
Bu eşqə tək şahid Allahım olsun,
Mən ki təmənnasız sevirəm səni!
1 321
Repost from 𝐇𝐢𝐫𝐚𝐞𝐭𝐡🍷
İncitdin,kövrəltdin,tapıb-itirdin,
Tamam itirəndə neyləyəcəksən?
Sonra da mən deyirəmki:
Gəlmirsə deməli gedəcəyi var,
Kiminsə oduna pərvanə olub..
Ondan başqasını bilməzdimki yar,
Mənə yağ deyəndə,özüysə dolub.
Gəlmə qurban olum,sən O"na yanan,
Mən axmaq yoluna boylanıb baxan.
Əvvəllər bilməyib sonradan qanan,
Sərxoş sevgilinəm,açmayan sonan.🍷
1 321
Repost from 𝐇𝐢𝐫𝐚𝐞𝐭𝐡🍷
Üzü gülüb qəlbi yalan danışana
Etibar neyləsin güvən neyləsin
İnsanı insan edən vicdan yoxdursa
Ad neyləsin şan neyləsin
