Şeirlər aləmi✍️
Открыть в Telegram
Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda..
Больше1 295
Подписчики
+224 часа
-137 дней
-2430 дней
Архив постов
1 293
Mən sənə xəyanət etmədim, əgər
Q ızım kiçikdirsə, sənin qızından.
Süfrəyə dağılan şəkər tozunu
Seçə bilməmişdim xörək duzundan-
Mən elə bilirdim, günah duzdadı.
28 нояб., 09:16
1 293
Üçüncü AI: "Səhər tezdən şeir gəldi.Vergülləri yerinə qoyduq,sonra elə dərin bir söz dedi ki, 0.3 saniyə artıq düşündüm."
Görün də sizin üçün nələr edirəm
26 нояб., 02:21
26 нояб., ~08:15
1 293
Repost from 𝐇𝐢𝐫𝐚𝐞𝐭𝐡🍷
Ürək bir sözümü çox edib iki,
Kədər axtarmadım mən öz xoşumla.
Mənim bədbəxt bəxtim nə eyləsin ki?!
Hisslərim ağlımı alıb başımdan.
Xəyanət dəb oldu,hamı dəyişdi,
Hətta mən qorxuram özüm-özümdən.
Bir vaxt bu dünyaya gözüm düşmüşdü,
İndi bu dünya da düşüb gözümdən.🌟
24 нояб., 08:04
1 293
Əlvida söyləyib ayrildin məndən
Ayrildin ayrildi canim sinəmnən
Ağladi gözlərim tutuldu nəmdən
Ağladim mən sənsiz gülə bilmədim ))
22 нояб., 13:21
1 293
Sən getdin.
Məcbur qaldım əzizim,əzizimi gömməyə.
Yaşadığım sanıldı,cismim qaldı ölməyə.
Gündüzüm də sən idin,
Ürəyimin yanğısı közərirdi sönməyə.
Günbatımım sən idin.
Dalğalanan xəzərə bir gedərdik gəzməyə.
Qaraltında cücərən bənövşəmdə sən idin,
Dərib taxardım döşə.
Bilsən necə darıxdım,
Gözlərimin yaşını qurutmadı sağlığın,
Bilsən necə yad oldum
Nə özümü tanıdım,nədə sənin rəqsini,
Bizim o masalarda bəzənsəydi xonçamız,
Çoxmu ağır gələcəkdi bəxtimə?
Bilsən bilsən deyirəm,
Axı necə biləsən
Yaşatdığın,yaşamırmış adamlar.
Bunu da bil əzizim çox yaşamır mənim kimi adamlar.
21 нояб., 16:49
1 293
Qəlbimdə döyünən, qəlbimdə vuran,
Dağ kimi vüqarlı arxamda duran.
Yolumda Fərhad tək dağları yaran,
Sənə qurban olsun ürəyim, ata!
Çox çəkmisən məndən ötrü zəhməti,
Verməmişəm layiqincə qiyməti.
Dizimin taqəti qolum qüvvəti,
Həmişə dayağım, gərəyim ata.
Ayağıma bir daş dəysin qıymadın,
Bir kimsəyə möhtac olum qoymadın.
Qayğı çəkdin yorulmadın, doymadın,
Hər zaman ümidim, gərəyim ata.
21 нояб., 15:50
