ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Şeirlər aləmi✍️

Şeirlər aləmi✍️

前往频道在 Telegram

Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda..

显示更多
1 321
订阅者
+124 小时
无数据7 天
-2130 天
帖子存档
语音消息02:27

Şeir✍️El_Roman_Əlizadə_Cinare_92_Bağışlama_Gedəni.mp32.60 MB

Biri vardı, biri yox.. Nağıl kimi başlamışdı ömrümüz, Sevincimin biri vardı, biri yox. Mən həyatla əlbəyaxa olanda, Ümidimin biri vardı, biri yox. Gecələri ulduzları sayırdım, Ürəyimə xatirələr yayırdım. Özüm üçün bircə kitab ayırdım, Səhifəsinin biri vardı, biri yox. İsti idi evimizin sobası, Doğmaların duyulurdu sədası. Uşaqların nənələri, babası, Mənimkinin biri vardı, biri yox. Özümə bir yaxşı məzar qazırdım, Həyatdan yox, ölümdən çox yazırdım. Dəli kimi yazdığımı pozurdum, Misrasının biri vardı, biri yox. Utanırdım dostdan kömək umanda, Fikirlərim qarışırdı dumanda. İki arzu tutdum gecə yatanda, Oyananda biri vardı, biri yox. Nağıl kimi keçdi, getdi ömrümüz, Nələr duydu, nələr çəkdi zövqümüz. Gah ucaldı, gah azaldı şövqümüz, Əzəl gündən biri vardı, biri yox. • Nail Zeyniyev/ Nüsrət Kəsəmənli eyniadlı şeirinə ithaf

Mən deyən yox, fələk deyən oldusa, Əsdi yellər, gül yanağın soldusa, Dərd əlindən ala gözlər doldusa, Sən ağlama, mən ağlayım, gözəlim! Uğrunda olmuş ikən sərsəri, Mən öpmədən o qıvırcıq telləri, Dağıtdısa təbiətin yelləri, Sən ağlama, mən ağlayım, gözəlim! Hanı sənin hər eşqinə, hər gəncə Eşq oxuyan qəlbin, sönmüşdür məncə, Bulamayırsa qəlbin artıq əyləncə, Sən ağlama, mən ağlayım, gözəlim! Bir quş idim gecə-gündüz sizlərə, Yazıq, məni güldürmədin bir kərə... Baxıb indi alnındakı izlərə Sən ağlama, mən ağlayım, gözəlim! Mən baxarkən sən vurduğun yaraya, İndi zalım fələk girdi araya... Bax, xəstə qəlbimlə gəldim haraya, Sən ağlama, mən ağlayım, gözəlim!

"Amma ki mən oldum hərkimə qurban, Gördüm qanad açıb tez pərvaz olur.🌟"

Story from N/a

İlahi, verdiyin nemətə şükür. İlahi, yerdəki cənnətə şükür. Məni cümə günü, sübh namazında yuxudan oyadan qismətə şükür. Şükür əllərinin xırdalığına, Şükür ürəyinin döyüntüsünə, Şükür gözlərinə görsənənlərə Şükür evdən gələn körpə səsinə. İlahi, mən onu başa düşürəm. Bilirəm, ağlayıb nə deyir mənə. Mən onun dilini öyrənirəm ki. Uşaq dilində də yalvarım sənə. Doğum günün mübarək Oğlum❤️

Sən mənim birdənəm,gün işığımdın, Neyçün qaranlığa qərq olmusan sən.. Mən səni qəlbimdə qazıyacaqdım, Gözümün ağında qan cızmısan sən. Görənlər deyirki,gözüm danışır, Süzülüb getdikcə gözümün yaşı. Sanki ürəyimnən yad uzaqlaşır, Tökülür sinəmdən həsrətin daşı.

Story from N/a

Güldüm gözlərimdə kədər boğulsun, Ayrılığ naxışın gözümə çəkib.)

Nə zaman istəsən, gəl döy qapımı, Mən yenə qapımı açaram sənə. Əgər ki köməyə ehtiyac olsa, “Bircə gəl” sözünə qaçaram sənə. Mənim bu qəlbimin dərinliyində Sən adlı bir insan hələ də vardır. Sən gedib özgəyə yar olsan belə, Bu ürək hələ də tək sənə yardır. Ən böyük dərdimdir ümidsizliyim, Daha gözləmirəm sevəsən məni. Bu eşqə tək şahid Allahım olsun, Mən ki təmənnasız sevirəm səni!

Ölə

Təzə krasofka alanda mən 😂😂

Eşitdim Özgəyə Fərqli gülmüsən, Gülüşlər üzündə Xəcalət çəkib.

Story from N/a

İncitdin,kövrəltdin,tapıb-itirdin, Tamam itirəndə neyləyəcəksən? Sonra da mən deyirəmki: Gəlmirsə deməli gedəcəyi var, Kiminsə oduna pərvanə olub.. Ondan başqasını bilməzdimki yar, Mənə yağ deyəndə,özüysə dolub. Gəlmə qurban olum,sən O"na yanan, Mən axmaq yoluna boylanıb baxan. Əvvəllər bilməyib sonradan qanan, Sərxoş sevgilinəm,açmayan sonan.🍷

Üzü gülüb qəlbi yalan danışana Etibar neyləsin güvən neyləsin İnsanı insan edən vicdan yoxdursa Ad neyləsin şan neyləsin