es
Feedback
Şeirlər aləmi✍️

Şeirlər aləmi✍️

Ir al canal en Telegram

Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda..

Mostrar más
1 370
Suscriptores
-324 horas
-107 días
-1130 días
Archivo de publicaciones
Qələminə sağlıq❤️ Nail Zeyniyev.

Darıxıram, bu həsrət sinəmi yumruqlayır, Məni tapır qəm-kədər, üzümü cırmaqlayır. Can verdiyim doğmalar üstümü torpaqlayır, Torpağın altında da göylərə baxmaq olar. Yalanmış ömrümüzün yeganə gerçəkliyi, Uçan xəyallarımın bitdi kəpənəkliyi. İzah edə bilmərəm bu amansız təkliyi, Saçlarına küləyi bəs necə taxmaq olar? Ağlım itirib yolun, kədər qapısın döyür, Hardasa şən bülbülüm acı nəğmələr deyir, Ürəyimə toxunma yaram dərin göynəyir, Sənə şeir yazaram adı "Darıxmaq" olar.. • Nail Zeyniyev

Bəlkə də mən səni sevməməliydim, Məni məhv edən sevməyim oldu. Bir zaman hər şeyim olan bir insan Elə gün gəldi ki,heç nəyim oldu. ​Bu sevgi,bu hisslər oyuncaq değil, Bezib soyuyanda atıb gedəsən. Nə də ki hansısa bir əşya değil, Dəyəri dəyməzinə satıb gedəsən. ​Gedirsən,mən sənə "qal" deməyəcəm, Bu qərar sevgidə verilmir əlbət. Bu dəfə məhv olub ölən ümidlər, Sadə peşmanlıqla dirilmir əlbət. ​Mənim də payıma düşən bu oldu, Yarıya bilmədim məhəbbətimdən. Görənlər soruşur:"Sevdiyin hanı?" Bilmirəm nə deyim xəcalətimdən..

Seçib abunə ola bilərsiz💋

+2

Sən məni sevməyi anamdan öyrən: Anam pulsuz vaxt da vurulur mənə. Bahalı köynəkdə, güzgü önündə, Özüm də sevirəm yaraşığımı, Anam çulsuz vaxt da vurulur mənə. Sən məni sevməyi anamdan öyrən, Saçım töküləndə sevə bil məni. Uzunsaç oğlanı sevməyə nə var? Anam keçəl vaxtı, bələkdə sevib, Uzunsaç oğlanı külək də sevir. Saçım seyrələndə sevsən nə gözəl, El-aləm görər ki, könlüm sevəndə, Biçarə könlümü dilbər də sevir. Əvvəl saçlarımı darayan daraq, Saqqal darayanda sevə bil məni. Saçım gur olanda bərbər də sevir. Sən məni sevməyi anamdan öyrən. Məni at belində, ər meydanında, Hücuma keçəndə ellər də sevir. Evimi yıxmağa dağ döşündəki, Lal çaydan yaranan sellər də sevir. Sən çalış yorulub dincəlmək üçün Geri çəkiləndə sevə bil məni. Nə var ki, sevməyə şux yeriyəndə, Belim büküləndə sevə bil məni. Sən məni sevməyi anamdan öyrən. Sev cavan canımı, sevəndə nolar?! Sev şair yanımı, sevəndə nolar?! Məni sevişəndə, qucaqlaşanda, Sevdin kişi kimi, bir söz demirəm, Gör, sevə bilərsən uşaqlaşanda? Anam uşaq vaxtı sevmişdi məni. Sən məni sevməyi anamdan öyrən. Demirəm danışıb güləndə sevdin, Demirəm dərdindən öləndə sevdin, Səni sevdiyimi biləndə sevdin… Anam süd verəndə sevmişdi məni. Sən məni sevməyi anamdan öyrən: Mən zülmət qaranlıq gecələrimdə, Günəş yanan kimi sevmişəm Səni. Sən məni sevməyi anamdan öyrən, Axı, anan kimi sevmişəm səni. Sən məni sevməyi anamdan öyrən! Azər Səlimli

Mən sonra anladım ki, göyə kəndir atanda, suya girib batanda, Gərək boğulmayasan.. Mən sonra anladım ki, dünyaya göz açanda, yürüyüb və qaçanda, Gərək doğulmayasan. Mən sonra anladım ki, evin viran qalanda, ürəyin qırılanda, Gərək dağılmayasan. Mən sonra anladım ki, Hə, bir az gec anladım, Öz-özümü danladım. Gedən sağ ol deyəndə, Gərək sağ olmayasan.. • Nail Zeyniyev/ Peşmanlıq Nəğmələri

Takib atsaz xoş olar🌸

"Günahı sevsəydin,məni sevərdin.🖤"

Mən özümü bilirəm, mənim özüm necəsən? Gözüm yollarda qaldı sözüm isə yarımçıq. Sən mənim gözlərimdə parıldayan gecəsən, Qapılarım yarımçıq, pəncərəmdə alaçıq. Bir səs sanki döyürdü qapı tərəfdən barı, Bilmədim mən boylanım hansı tərəfə sarı. Uğultu eşidildi, xoş gülüşün səsləri, Külək uçuşdururdu qurudulmuş gülləri. O güllər ki, eşqimin ilk baharı, müjdəsi, O tellər ki, güllərdən hördü gözəl hörgülər. Keçdi, getdi sevgilim, gülün ətri, sevinci, Bax belə unudulur bütün dəli sevgilər.. Nail Zeyniyev.

Repost from Ozanlar Dərnəyi
​Sən ki öz əllərinlə Nəfəsini kəsirsən. Niyə tir-tir əsirsən? ​Səni qorxudan nədir? İtirmək,yoxsa itmək? ​Buna nə ad verirsən? Ölümü ayağına Gətirmək,yoxsa getmək? ​Bir fikir,iki arzu Ya bir kəndir,ya da su.. ​Özünü toparlayıb Bir qərar verməlisən. Ölümlərin içindən, Ölüm bəyənməlisən..🖤 #şeir Səddam Laçın.

Sizinlə həftə sonuna özəl hədiyyəli kanallar bölüşürəm butonlara toxunun abonə olun və qazanın🎁

Səni xəyallarda yaşatmışam mən: Özünü yadıma sala bilmirəm. Bəlkdə üz-üzə gəlmişik ancaq üzünü yadıma sala bilmirəm. Kim bilir hardasan kimləsən indi Gör nəyi atmısan nəyi seçmisən. Bəlkədə məni səni fikirləşəndə sən Mənim yanımdan ötüb keçmisən.🤩