Şeirlər aləmi✍️
Kanalga Telegram’da o‘tish
Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda..
Ko'proq ko'rsatish1 334
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-67 kun
-3430 kun
Postlar arxiv
1 335
Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda -
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də çox.
Şirin-şirin arzular,
incə diləklər də çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmazsan tutmazdı
bəlkə əlim qələmi.
Sən olmazsan baharın
yazın ətri olmazdı.
Sən olmazsan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.
-Nigar Rəfibəyli
1 335
Repost from 𝐀𝐕𝐑𝐎𝐑𝐀🍷
"Dibçəkdən boylanan qızılgül kimi,
Səni gözlədiyim yadıma düşür.🤩"
Sabahınız xeyir.🌧
1 335
Sən bilmirsən çox incidir yoxluğun,
Gəl istərəm, bu istəyim çoxdur ki?
Çox dedilər unut artıq, heyifsən,
Unutmağa cəsarətim yoxdu ki.
Sən bilmirsən min insanın içində,
Yalnızlığın, tənhalığın adını.
Sən ki, sənsiz olmamısan heç zaman,
Sən bilmirsən sənsizliyin dadını.
-Elvin İlqaroğlu
1 335
✒️Yağış..
Bu yağışlı havalarda
Yarıayıq, dəm oluram.
Öz halımdan bixəbərəm,
Gecəylə həmdəm oluram.
Heç özüm də istəmədən,
Kimsələrə söyləmədən,
Ah, bilmirəm nədən, nədən
Gözlərində nəm oluram...
Gözlərinin qabağında,
Zümzüməndə, dodağında,
Qaranlıqda, otağında
Yanıb-sönən şəm oluram.
Anam kimi, atam kimi,
Ölüm kimi, itim kimi,
Səssiz qalan yetim kimi
Sanki dönüb sən oluram.
Naləyəm, susduran yoxdu,
Ölmüşəm, basdıran yoxdu,
Torpağa tapşıran yoxdu,
Qarğalara yem oluram.
• Nail Zeyniyev
1 335
Repost from 𝐀𝐕𝐑𝐎𝐑𝐀🍷
-Biliyor musun Portuga İnsanları öldürüyorum.
-Ne?Nasil Zeze?
-Onları Unutarak.🤩
1 335
Repost from 𝐀𝐕𝐑𝐎𝐑𝐀🍷
20-li yaşlar.Dəli dolu həmən illər.
Çalışın o yaş aralığını yalnış seçimlərlə dostlarla keçirməyəsiniz.Gözünüzün biri bağlı olsa da birini hər daim açıq saxlayın.Unutmayın hərkəs pislik edər.Kimi bir xoş sözüylə,o söz ki ürəyini isidər başını ağrıdar.O baxış ki ən gözəl rəng olar sənə, yollarda gözünü qoyar.
Bacarırsız birini sevin,sevgisiz qəlb cəhənnəmdir.Gizli sevin,gizli saxlayın.Açıq olan hərşey biraz ədəbsizdir)
