ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Şeirlər aləmi✍️

Şeirlər aləmi✍️

الذهاب إلى القناة على Telegram

Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda..

إظهار المزيد
1 309
المشتركون
لا توجد بيانات24 ساعات
-107 أيام
-1130 أيام
أرشيف المشاركات
Darıxdım (Rəsmi Audio) Aygün Bəylər.m4a5.87 MB
16 نوفمبر, 01:28

15 نوفمبر, 23:45

Bu dünya nərdivandı, Qalxanda mehribandı, Enəndə nə yamandı.. Görüşdük pillələrdə, Yolun yarısında biz. O qalxırdı bu dəmdə, Mən enirdim xəbərsiz. Onu arzularına Qaldırırdı nərdivan, Məni xatirələrə endirirdi Bu zaman. Birimiz-günçıxana, Birimiz günbatana... Qalxa bilməzdim daha, Nə o güc,nə o taqət. O da enə bilməzdi, Haqlı,haqsız vermişdi, öz hökmünü təbiət, Gərək ya düşməyəydi Bu görüş heç araya. Ya o əvvəl gələydi, Ya mən sonra dünyaya..🖤 Nəriman Həsənzadə.
15 نوفمبر, 14:24

Getmərəm sözünü elə deyirdin, Sanki sən keçmirdin məndən yolüstü.
15 نوفمبر, 03:10

Repost from Ozanlar Dərnəyi
Dəli könlüm,nədir yenə bu qəm,qubar? Mən bilirəm bu cahanda bir qanun var: Yaxşı gündə,yaman gündə Bulaq axar,irmaq axar, Ancaq dəniz ürəkləri sökər bəzən qasırğalar. Zəlzələlər gurlayanda,bəzən zirvə gedər bada, Yadındamı,sən bu yolu özün seçdin. Qarşına sal qaya çıxdı, Nə sivişdin,nə yan keçdin, Bir külüngə bütöv dağı hədəf seçdin. Dəmir yardın,zireh deşdin. Nə Herkules,nə də Fərhad, Sən adicə bir insandın. Fəqət şərlə döyüşəndə, Sən özünü yer-göy qədər güclü sandın. Dağlara yox,öz ruhuna arxalandın! Tüstüləndin su tapmadın, Cəhənnəmdən alov içdin, Kor,qaranlıq tunellərdən qızıl qatar kimi keçdin. Sən bu yolu seçməsəydin gözümüzdə bəlkə heçdin. Nə yaxşı ki,ən şərəfli yolu seçdin! Nə qeyzini cilovladın,nə qüvvəni ölçüb biçdin, Sən bu yolu özün seçdin! Həzər vurdu ağciyərlər: -Təkcə,yalqız qalacaqsan. Bircə özün anladın ki, Cır meyvəli bu bağda sən bir calaqsan. Birsən.. yüz min olmalısan! Heçsən..hər şey olmalısan! Fərdsən..Vətən olmalısan!
Gülsən..Bahar olmalısan!🫰
Kəsafəti alt-üst edən təzə rüzgar olmalısan. Asandımı? Külüngləşən barmaqların dağ çapmaqdan usandımı? Çətin yolu seçənlərin səadəti bəlkə də kəm.. Fəqət qəlbi Elbrusdan, Himalaydan uca,möhkəm. Qəmginsənmi? Vur,saçılsın qəm çınqısı çəkicindən. Sənin qəmin qiymətlidir çoxlarının sevincindən.. Xəlil Rza Ulutürk. #şeir
15 نوفمبر, 03:04

14 نوفمبر, 13:25

Story from N/a
13 نوفمبر, 17:36
14 نوفمبر, ~13:25

11 نوفمبر, 11:12
11 نوفمبر, ~13:03

08 نوفمبر, 15:28

Üzdü ayaqlarımı Vətən yolu qayıtdım üzüqoylu… Qayıtdım qurşağımın yuxarı qatıyla, Qayıtdım əlil arabasının atıyla. İki balam gözüyaşlı arvadım başıdaşlı… Yazıq hər əmrə müntəzir: həm məni gəzdirir, həm özü gəzir… Süfrəmdə haram var dinmirəm, İki ac balam var dinmirəm. Dinmirəm gül ağzı açılanda heyrətin: «Vətəni qorudun,bəs öz qeyrətin?!» Üzdü ayaqlarımı Vətən yolu bu da mənə «sağ ol»u… QuluAğsəs.
08 نوفمبر, 06:17

Story from N/a
05 نوفمبر, 15:35

"Kimisi düşünüb sevinir dərddən, Kimisi üzülür siləndə məni."🍷
05 نوفمبر, 15:00

Çoxdan, ey saqi, gəlib sinəmdə mehman olmadın, Dərdimə dəstindəki sağərlə dərman olmadın. Mahsan, mehdən gözəlsən bəlkə, amma neyləyim, Ah, bir şəb bürçi ağuşumda taban olmadın. Gəldi mülki-hüsnünə xətti-siyah müshəf bədəst, Sən dəxi ey kafiri-nəhvət müsəlman olmadın. Xeyli dəmdir kim, belin qucmağa qəsd etdikcə mən Naz ilə məndən yenə mənə girizan olmadın. Handa buldun böylə dilkeş nəzmi-heyranım, Nədim Cami-mey nuş etmədin, həmbəzmi canan olmadın.
05 نوفمبر, 01:41

04 نوفمبر, 13:04

Hər yada düşəndə yaşa dönürsən, Gedirsən, gəlirsən başa dönürsən, Mən sənə gələndə daşa dönürsən, Gül açıb özgəyə güldüyün yerdə...
04 نوفمبر, 08:32

Ey pərivəş, sən pərişan eyləyəndən zülfünü, Bu dağılmış qəlbi səhman eyləmək mümkün deyil.
02 نوفمبر, 14:55

Qayıtma, mən daha toparlanmışam, Nə həsrət çəkirəm, nə də qəm-kədər. Burda səni heç kəs gözləmir daha, Qayıtma, boş yerə qayıtma hədər. Arabir qələmlə qarışır başım, şeirlər, qəzəllər düzü yazıram. Oxuyub haçansa, heç ümidlənmə, Mənəm də, inanma sözüdü, yazıram. Şeirlər nə badə aldatsın səni, Düşmə hədər yerə söz hiyləsinə. Sevərək getdiyin həmin yerdə qal, Hər qurban yaraşır öz hiyləsinə.
02 نوفمبر, 06:49

Təsəvvür et vəfalısan Təsəvvür et getməmisən Ey vəfasız, sən heç bizi Təsəvvür də etməmisən
02 نوفمبر, 02:49

Nə qədər istəkli gənc oldu şair Bir qara nakam məhəbbət üstə
01 نوفمبر, 15:39

Canından alaram ağrı sızını, Yığıb saxlayaram ahımın üstə.
01 نوفمبر, 15:34