Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
Open in Telegram
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia
Show more2 357
Subscribers
No data24 hours
-87 days
-3530 days
Posts Archive
Repost from Azərbaycan iqtisadiyyatı
🗣️ KOBİA: Bir çox şirkətin beynəlxalq bazarlara çıxışı üçün əlavə dəstəyə ehtiyacı var
Kiçik və orta biznes subyektləri (KOB) iqtisadiyyatın təməlini təşkil edir və dayanıqlı iqtisadi artımın, innovasiyaların inkişafının təmin olunmasında əhəmiyyətli rola malikdir. Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iyulun 2-də Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) biznes forumunda deyib.
Orxan Məmmədov qeyd edib ki, bununla belə, kiçik və orta biznes subyektləri, xüsusilə mikro sahibkarlar maliyyə vəsaitlərinə çıxışla bağlı çətinliklərlə üzləşirlər. Onlar tez-tez kreditlərin əldə olunması zamanı girov təminatı ilə bağlı yüksək tələblərlə qarşılaşırlar. KOBİA və digər dövlət qurumları bu problemlərin həlli istiqamətində müvafiq işlər həyata keçirir.
"Məhsuldarlığın və innovasiyaların artırılması da KOB-ların əsas çağırışlarından biridir. Bir çox sahibkarlıq subyektinin innovativ həllərə, qabaqcıl idarəetmə metodlarına və müasir texnologiyalara ehtiyacı var. İnsan kapitalı məsələsi də KOB-lar üçün mühüm çağırış olaraq qalır. Biznes müəssisələrinin texniki sahələr üzrə savadlı, peşəkar kadrlara ehtiyacı artır. Digər mühüm məsələ isə ixraca hazırlıq səviyyəsidir. Azərbaycan məhsullarının xarici bazarlarda böyük potensialı olsa da, bir çox şirkətin beynəlxalq bazarlara çıxışı üçün əlavə dəstəyə ehtiyacı var”, - deyə o əlavə edib.Ən vacib istiqamətlərdən birinin də rəqəmsal transformasiya və “yaşıl keçid” olduğunu deyən Orxan Məmmədov bildirib ki, kiçik və orta biznes subyektləri rəqəmsal texnologiyalara uyğunlaşmalı, fəaliyyətlərini daha səmərəli və ekoloji baxımdan dayanıqlı şəkildə qurmalıdır. 📌 AZƏRTAC
Repost from Azərbaycan iqtisadiyyatı
📤 Yanvar-may aylarında 18,5 milyon dollarlıq tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib
◼️ Bu ilin yanvar-may ayları ərzində ölkədən 18,5 milyon ABŞ dolları dəyərində 10,7 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
◼️ Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 13,4 faiz, həcmi isə 4,1 faiz artıb.
◼️ Cari ilin ilk beş ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,36 faizə bərabər olub.
Repost from Azərbaycan iqtisadiyyatı
🏭 İndiyədək Ağdam Sənaye Parkına 172 milyon manata yaxın investisiya yatırılıb
◼️ İndiyədək sahibkarlar Ağdam Sənaye Parkına 171,68 milyon manat investisiya yatırıb.
◼️ İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ölkənin ikinci ən böyük sənaye parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,86 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 82,33 milyon manatlıq hissəsi ixracın payına düşür. Parkda 1000-dən çox daimi iş yeri yaradılıb.
◼️ Sənaye parkında 31 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib.
Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların onlayn qəbulu keçirilib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Emil Hüseynlinin iştirakı ilə təşkil olunmuş qəbulda fındıq istehsalı, arıçılıq, süd məhsullarının istehsalı, toxuculuq və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların biznesin qurulması və inkişaf etdirilməsi, eləcə də müvafiq sektorlarda qarşılaşdıqları məsələlərə dair müraciətləri dinlənilib, sualları cavablandırılıb.
Həmçinin qəbul zamanı sahibkarlar dövlətin dəstək alətləri, o cümlədən maliyyə dəstəyi mexanizmləri, regionda istehsal olunan məhsulların bazarlara çıxışına dəstək, sərgilərdə iştirak və digər imkanlar barədə məlumatlandırılıblar.
Startap rəhbəri: Gələcək fərdiləşdirmə üzərində qurulacaq - MÜSAHİBƏ
Rəqəmsal texnologiyaların sürətli inkişafı alış-veriş vərdişlərinə və müştəri loyallığı yanaşmalarına da yeni istiqamətlər qazandırır. İstifadəçilər artıq daha rahat, şəffaf və real üstünlüklər təqdim edən rəqəmsal həllərə üstünlük verirlər. Azərbaycanda bu sahədə diqqətçəkən təşəbbüslərdən biri də rəqəmsal endirim və loyallıq platforması olan “Sale365”dir. Platforma istifadəçilərə gündəlik alış-veriş zamanı birbaşa endirimlərdən yararlanmaq imkanı yaradır, eyni zamanda bizneslərin daha geniş müştəri auditoriyasına çıxışını dəstəkləyir. Layihəyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən "Startap" şəhadətnaməsi verilib.
“Sale365”in yaranma ideyası, bazara gətirdiyi yeniliklər və gələcək inkişaf planları barədə platformanın təsisçisi və icraçı direktoru Sədan Bünyatova AZƏRTAC-ın suallarını cavablandırıb.
Ətraflı - https://smbgovaz.short.gy/WWemcc
Repost from Azərbaycan iqtisadiyyatı
🌾 Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
◼️ Azərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə tətbiq edilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək.
◼️ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulur.
◼️ Proqrama əsasən, dövlət dəstəkli aqrar sığorta mexanizminin əhatə dairəsi və əhatə etdiyi risklərin sırası daha da genişləndiriləcək. Nəticədə aqrar sığortanın əhatə etdiyi əkinlərin sahəsi 2025-ci ildəki 386 min hektardan 2030-cu ildə 1 milyon hektara çatdırılacaq, kənd təsərrüfatı heyvanlarının sayı isə 7 min başdan, 100 min başa qaldırılacaq.
◼️ Aqrar sığortanın əhatə dairəsinin də genişləndirilməsi gözlənilir. Bu məqsədlə aqrar sığorta mexanizmi çərçivəsində təminat verilən sığorta predmetlərinin və risklərin tərkibinin bitkiçilik, heyvandarlıq və balıqçılıq üzrə genişləndirilməsi istiqamətində təkliflər hazırlanacaq.
Repost from Azərbaycan iqtisadiyyatı
🏭 Sənaye parklarının rezidentləri 567 milyon manat vəsaitə qənaət ediblər
◼️ Sənaye parklarında tətbiq olunan güzəşt mexanizmləri investorlar üçün əlverişli biznes mühiti formalaşdırmaqla yanaşı, istehsalın genişlənməsinə və qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verir.
◼️ İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, 10 il müddətinə vergi güzəştləri çərçivəsində rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Gömrük və ƏDV güzəştləri sayəsində istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV və gömrük rüsumlarından azad edilir.
◼️ Tətbiq olunan güzəştlər nəticəsində sənaye parklarının rezidentləri indiyədək 567 milyon manat, təkcə 2025-ci ildə isə 42,3 milyon manat vəsaitə qənaət ediblər.
◼️ Bu güzəşt mexanizmləri sahibkarların xərclərinin azalmasına, investisiya cəlbediciliyinin artmasına və ölkədə rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına əlverişli şərait yaradır.
Repost from Azərbaycan iqtisadiyyatı
😶 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tikinti materialları sahəsinə dair 23 yeni dövlət standartı qəbul edilib.
◼️ Yeni dövlət standartlarının tətbiqində məqsəd tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət tələblərini müasir tələblərə uyğunlaşdırmaqdan ibarətdir.
◼️ Həmin dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2026-cı il tarixli Qərarı ilə dövlət orqanları tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsini müəyyən edən Qaydalar təsdiq edilib.
Qərara əsasən KOB-lara göstərilən hər bir dəstəyin sahibkarlıq subyektlərinin inkişafına verdiyi səmərə qiymətləndiriləcəkdir.
Ətraflı - https://nk.gov.az/az/senedler/qerarlar/dovlet-orqanlari-qurumlari-terefinden-mikro-kicik-9575
27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar
Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7%-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. Dünyada isə fəaliyyət göstərən hər 10 müəssisədən 9-u KOB-dur. 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günündə KOB-ların iqtisadi artım, məşğulluq, innovasiya və dayanıqlı inkişafda oynadığı mühüm rol bir daha diqqət mərkəzinə gəlir.
BMT Baş Assambleyasının 2017-ci ildə qəbul etdiyi qətnamə ilə təsis olunmuş Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü KOB-ların iqtisadi inkişafın sürətləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin artırılmasına diqqəti yönəltmək məqsədi daşıyır.
Ətraflı - https://smbgovaz.short.gy/Z4N2x4
Repost from Azərbaycan iqtisadiyyatı
Bakıda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
◼️ 27-28 iyun tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
◼️ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-yə yaxın rayondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Sahibkarların Balakəndə qəbulu keçiriləcək
İyunun 30-da Balakən rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Balakən, Zaqatala və Qax rayonlarından olan sahibkarları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Balakən Gənclər Evində (Ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 143.) keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (Tel.: 055 225 18 45, e-mail: rafig.shabanov@smb.gov.az, Rafiq Şabanov, KOB dostu).
Repost from Azərbaycan iqtisadiyyatı
📊 Biznes, istehlak və ipoteka kreditlərinin həcmi açıqlanıb
2026-cı ilin may ayında Azərbaycanda bankların kredit portfeli aprel ayı ilə müqayisədə 0,9 faiz artaraq 30,885.8 milyon manat təşkil edib.
Kredit portfelinin strukturu:
🔵 Biznes kreditləri — 16,401.7 milyon manat (+0,5 faiz);
🔵 İstehlak kreditləri — 9,775.9 milyon manat (+1,5 faiz);
🔵 İpoteka kreditləri — 4,708.2 milyon manat (+0,9 faiz).
▶️ Mənbə: Azərbaycan Mərkəzi Bankı
İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilmiş İİB-in Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum). Bakı şəhəri, 16 iyun 2026-cı il.
Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar
Ölkəmizə səfər çərçivəsində Türkiyənin Niğde bölgəsinin bir qrup iş adamı ilə “Bakı KOB ev”ində görüş keçirilib. Görüşdə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Niğde bölgəsinin sədri Hüsamettin Gümüştepe, təşkilata üzv sahibkarlar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər. Tərəflər Azərbaycan və Türkiyənin regionlarında fəaliyyət göstərn iş adamları arasında əməkdaşlıq imkanları, birgə təşəbbüslərin və layihələrin həyata keçirilməsi, həmçinin sahibkarlıq sahəsində təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib.
Sonra Niğde iş adamları “Bakı KOB evi”nin fəaliyyəti və Azərbaycanın vahid məkanda biznesə xidmət təcrübəsinə əsaslanan KOB evi modeli ilə tanış olublar.
İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi və investisiya imkanlarının artırılması önəmlidir. Bu istiqamətdə KOB-lara dəstək məqsədilə müxtəlif platformlar və dəstək alətləri mövcuddur. Bunlardan biri də 2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış İnvestisiya Portalıdır (invest.smb.gov.az).
Portal Azərbaycanda KOB-ların investisiya imkanlarını və maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yaradılıb. Portalın yaradılmasında məqsəd yerli biznes subyektləri ilə daxili və xarici investorlar arasında körpü yaradılmasıdır. İnvestisiya axtarışında olan və ya hazır bizneslərini satmaq istəyən biznes subyektləri öz layihələrini və biznes təkliflərini bu platforma vasitəsilə geniş investor auditoriyasına təqdim edə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/YG2A0l
Repost from Azərbaycan iqtisadiyyatı
🏭 Hacıqabul Sənaye Parkı üzrə 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib
◼️ Bu günədək Hacıqabul Sənaye Parkı üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb, 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib.
◼️ İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, satışın 10,3 milyon manatı ixracın payına düşür. Parkda 576 daimi iş yeri yaradılıb. Hazırda sənaye parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.
◼️ Hacıqabul Sənaye Parkı ölkənin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionlarda məşğulluğun artırılması istiqamətində mühüm rol oynayır. Parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.
“7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”. 17-20 iyun 2026-cı il, Bakı Ekspo Mərkəzi.
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Bakı Konqres Mərkəzində “İnteqrasiya olunmuş Azərbaycan: İnvestisiya, innovasiya və “Made in Azerbaijan” mövzusunda Azərbaycan pavilyonu qurulub.
Ölkəmizin iqtisadi imkanlarının vahid platformada nümayiş etdirildiyi pavilyonda iqtisadi zonalar, #KOB, sənaye, ixracın və investisiyaların təşviqi, fintek, maliyyə ekosistemi, daşınmaz əmlak, şəhərsalma, enerji, innovasiyalar üzrə tematik bölmələr formalaşdırılıb.
Ətraflı - https://smbgovaz.short.gy/iqQxZ8
Available now! Telegram Research 2025 — the year's key insights 
