en
Feedback
Son Xəbərlər

Son Xəbərlər

Open in Telegram

Son Xəbərlər. Azərbaycan və dünyada baş verən ən son xəbərləri oxumaq üçün kanala abunə olun!

Show more
9 129
Subscribers
-824 hours
-247 days
-13430 days
Posts Archive
Bu tarixlərdə bəzi məktəblərdə tədris - Onlayn olacaq Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi
Bu tarixlərdə bəzi məktəblərdə tədris - Onlayn olacaq Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Sonxeber.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək. Qeyd edək ki, Formula 1 "Qatar Airways Azərbaycan Qran-Prisi" 23-26 sentyabr tarixlərində keçiriləcək....

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nət
Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. Sonxeber.az "Report"a istinadən xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan, hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayonundan olan Qədir Quliyevdir. Valeh Hümbətovun anası Yeganə Hümbətova bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib: "Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfə idi ki, Türkiyəyə gəmiyə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay m...

Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiə
Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımından müzakirə mövzusudur. Bəs, hazırda üç və daha çox uşağı olan ailələrə ayrıca aylıq müavinət verilməsi ilə bağlı konkret təklif və ya müzakirə varmı və belə bir ödənişin tətbiqi ailələrin sosial vəziyyətinə və ölkədə demoqrafik göstəricilərə necə təsir edə bilər? Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının yenidən n...

Xalq artistinin 1 yaşlı nəvəsi - Foto Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşım edib. Axşam.az xəbər ve
Xalq artistinin 1 yaşlı nəvəsi - Foto Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni nəvəsi ilə fotosunu yayımlayaraq Gədəbəydə istirahət etdiyini bildirib. Qeyd edək ki, Hüseynəli ifaçının oğlu Məhəmmədin övladıdır....

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq Bakının Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərə
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq Bakının Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar Moskva prospektinin kənar yolu, Biləcəri enişi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq. Məhdudiyyət sentyabrın 4-də saat 20:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur....

Dollar və avronun məzənnələri düşməkdə davam edir ABŞ dollarının məzənnəsi əvvəlki günlə müqayisədə 0,12 dram azalaraq 364,14
Dollar və avronun məzənnələri düşməkdə davam edir ABŞ dollarının məzənnəsi əvvəlki günlə müqayisədə 0,12 dram azalaraq 364,14 dram təşkil edib. Sonxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi saytından məlumat əldə edilib. Avronun məzənnəsi 421,38 dram (0,80 dram azalıb), Rusiya rublunun məzənnəsi isə 4,19 dram (0,01 dram azalıb) təşkil edib. [hhh4-unikal]...

Məktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR? Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini q
Məktəblərdə kişi müəllimlər AZALIR: Səbəb NƏDİR? Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. 2026-cı il üzrə açıqlanan məlumatlarda bu göstəricinin 80 faizdən yuxarı olduğu bildirilir. Bəs, kişilərin müəllimlik peşəsinə marağının aşağı olmasının əsas sosial və iqtisadi səbəbləri nələrdir, əməkhaqqı və peşənin cəmiyyətdəki nüfuzu bu seçimə necə təsir edir və məktəblərdə gender balansının daha sağlam formalaşması üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, ölkəmizdə, xüsusilə orta məktəblərdə kişi müəllimlərin sayı xeyli azdır. Ali məktəblərdə də müəyyən azalma meyli müşahidə olunur, lakin orta məktəblərdə gender bal...

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 202
İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sonxeber.az President.az-a istinadən xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaş...

Bu həkimlər 3 min manat əməkhaqqı alacaq "Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlard
Bu həkimlər 3 min manat əməkhaqqı alacaq "Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda, fəaliyyət və keyfiyyət göstəriciləri vasitəsilə pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsini nəzərdə tutur". "Qafqazinfo" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim m...

Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar Bişkekdə səfərdə olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehr
Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar Bişkekdə səfərdə olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayaqüstü söhbət edib. "Qafqazinfo" həmin an lentə alınmış fotoları təqdim edir:...

Azərbaycan media nümayəndələri Bişkekdə - VİDEO Azərbaycanlı jurnalistlər Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfər
Azərbaycan media nümayəndələri Bişkekdə - VİDEO Azərbaycanlı jurnalistlər Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri çərçivəsində Bişkekə gediblər. Sonxeber.az "Report"a istinadən bildirir ki, avqustun 31-də Qırğızıstanın paytaxtında VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçiriləcək. Azərbaycan Oyunlarda idman, mədəni və elmi proqramlarda təmsil olunacaq. 07:06 Avqustun 31-də Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri başlayır. Oxu.Az xəbər verir ki, Azərbaycan media nümayəndələri səfəri işıqlandırmaq üçün Qırğızıstana yola düşüblər....

Tarixi rekord! 🤩 Cekpot ilk dəfə 2 000 000 manatı keçdi! 🎉 “Azərlotereya” tarixində ilk dəfə cekpot 2 milyon manatı keçərək
Tarixi rekord! 🤩 Cekpot ilk dəfə 2 000 000 manatı keçdi! 🎉 “Azərlotereya” tarixində ilk dəfə cekpot 2 milyon manatı keçərək rekord həddə çatıb! “4+4” tirajlı lotereyası ilə xəyalınızdakı həyatı gerçəyə çevirmək mümkündür. 🛥️🏡🚘 Növbəti tiraja bilet alaraq 2 000 000 manatlıq tarixi cekpot uğrunda şansınızı sınaya bilərsiniz. 💫 Ətraflı: https://azl.az/3T8PL0J

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə daha sonra kütləvi davaya çevrilib. İnsident zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaq xəsarəti alaraq ölüb. Dava zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı da yaralanıb. Onlar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər ...

Şirvan kanalı bərpa edildi - Foto Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq
Şirvan kanalı bərpa edildi - Foto Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının isə su ilə təminatı sabah axşam saatlarınadək, bütün ərazilər üzrə tam həcmdə suyun verilməsi isə 7 avqust səhər saatlarından həyata keçiriləcək. Əlavə olaraq bildirək ki, hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, işlərə dərhal başlanılıb. Operativ şəkildə həyata keçirilən tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa olunaraq suyun v...

Dəniz Kərimzadəyə agentlikdə vəzifə verildi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta v
Dəniz Kərimzadəyə agentlikdə vəzifə verildi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub. Sonxeber.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dəniz Kərimzadə müvafiq əmrlə Agentliyin Kommunikasiya şöbəsinin rəhbəri təyin olunub. O, daha əvvəl Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında yaradılıb....