Son Xəbərlər
رفتن به کانال در Telegram
Son Xəbərlər. Azərbaycan və dünyada baş verən ən son xəbərləri oxumaq üçün kanala abunə olun!
نمایش بیشتر9 291
مشترکین
-1624 ساعت
-597 روز
-18630 روز
آرشیو پست ها
9 289
Tanınmış cərraha 9 il həbs verildi - "Opera Hotel"də tutulubmuş
Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan "Kəpəz Hospital"ın cərrahı Elşən Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, təqsirləndirilən həkimə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib.
İş materiallarından məlum olub ki, o, daha əvvəl də narkotik cinayəti ilə bağlı məhkum edilibmiş. Hətta həmin məhkumluğu tam ödənilməyib. Elşən Əliyev bu dəfə isə polis əməkdaşları tərəfindən "Opera Hotel"də tutulub. Otağa baxış zamanı müxtəlif növ narkotik vasitələr aşkar edilib.
Cərrah məhkəmədə özünü təqsirli bilməyib. Elşən ifadəsində əvvəllər narkotik istifadə etdiyini etiraf edib, lak...
9 289
"Heç bir reaksiya vermirəm" - VİDEOMÜSAHİBƏ
Aktyor Qüdrət Fətulla "Mikrorayon" serialında canlandırdığı "Sabir" obrazına gələn rəylərdən danışıb.
Aktyor bu barədə Sonxeber.az-a verdiyi müsahibədə fikirlərini bölüşüb.
"Həftənin qonağı" olan Fətulla bildirib ki, canlandırdığı obrazla bağlı səsləndirilən mənfi rəylərə reaksiya vermir.
Müsahibənin tam versiyası Youtube kanalmızda:
[hhh4-unikal]...
9 289
Keçid ballarında dəyişiklik olacaq? (AÇIQLAMA)
"Ali təhsil müəsissələrinə qəbul üzrə keçid ballarında ciddi ciddi dəyişiklik gözlənilmir".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində çıxışında deyib.
O bildirib ki, xüsusilə IV ixtisas qrupunda, əsasən tibb istiqamətini seçən abituriyentlər arasında müsabiqə daha yüksək olur:
"Burada bal intervalları üzrə abituriyentlərin sayı da dəqiq görünəcək. Ümumilikdə IV qrup üzrə əsas rəqabət 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında gözlənilir. Digər qruplarda isə vəziyyət müəyyən qədər fərqlidir. Plan yerlərində və keçi...
9 289
Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi
Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Hacan Hacısoy 1996-2004-cü illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub. Son illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi.
Allah rəhmət eləsin!...
9 289
Televizora çox baxmaq beynimizi "əridirmiş"
Televizor qarşısında uzun saatlar keçirmək sağlamlıq üçün zərərli vərdişlərdən biri ola bilər. Yeni araşdırmaya görə, orta yaşda televizora daha çox baxan insanların beyninin bəzi hissələrində həcm azalması müşahidə olunur.
"Qafqazinfo" xəbər verir ki, "Alzheimer's & Dementia" jurnalında dərc edilən tədqiqatda 1 700-dən çox yetkin insan təxminən 24 il ərzində izlənilib.
Nəticələr xüsusilə kişilərdə televizora tez-tez baxma ilə Alzheimer xəstəliyinə həssas beyin bölgələrinin həcminin kiçilməsi arasında əlaqə olduğunu göstərib. Tez-tez televizora baxanlarda beyin damarlarında zədələnmənin göstəricilərindən biri olan ağ maddə hiperintensivliklərinin də daha çox oldu...
9 289
Ronaldu serialda rol alacaq
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu futbol agentinin həyatından bəhs edən yeni dram serialında rol alacaq.
Milli.Az xəbər verir ki, o, eyni zamanda layihənin icraçı prodüseri kimi də fəaliyyət göstərəcək.
Xarici mətbuatın məlumatına görə, "Day 1s" adlanacaq serialın baş qəhrəmanı olan uydurma futbol agenti Stenli Daltonu "Vətən" (Homeland) və "Milyardlar" (Billions) serialları ilə tanınan britaniyalı aktyor Damian Lyuis canlandıracaq.
Bildirilib ki, serialın ssenarisi futbol agenti Darren Deynin ideyası əsasında hazırlanıb. Layihənin dram və komediya janrlarını bir araya gətirəcəyi, həmçinin iri yayım platformalarının diqqətini cəlb etdiyi ...
9 289
"Hörümçək adam"ın yeni filmi: İlk rəylər necə oldu?
Marvel Studios-un uzun müddətdir gözlənilən "Hörümçək adam: Tamamilə yeni gün" (Spider-Man: Brand New Day) filmi kinotənqidçilər üçün nümayiş etdirilib. İlk rəylərə əsasən, ekran əsəri həm süjeti, həm də Tom Hollandın ifası ilə müsbət qarşılanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Nəşrin əməkdaşı Erik Devis bildirib ki, yeni film əvvəlki "Hörümçək adam" trilogiyasından daha yetkin, düşünülmüş və təsirli alınıb.
Onun sözlərinə görə, rejissor Destin Deniel Kretton filmdə indiyədək gördüyü ən uğurlu döyüş səhnələrindən bəzilərini təqdim edib.
"Bu film bir qədər detektiv hekayəsi, bir qədər psixoloji triller, bir qədər də dostlu...
9 289
Gecə klubunda işləyən 12 əcnəbi qadın saxlanılıb - VİDEO
İstanbulun Şişli rayonunda fəaliyyət göstərən gecə klublarından birində keçirilən polis reydi zamanı iş icazəsi və sosial sığorta qeydiyyatı olmadan konsomasiya işçisi kimi çalışdığı müəyyən edilən 12 əcnəbi qadın barəsində inzibati tədbirlər görülüb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Əxlaq Bürosunun əməkdaşlarının apardığı yoxlama zamanı qadınların Türkiyəyə turizm məqsədilə daxil olduqları, lakin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları müəyyən edilib.
Onlar barəsində qanunvericiliyə uyğun inzibati prosedurlar başlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.
[hhh4-unikal]...
9 289
"Dil millətin simasını səciyyələndirən amillərdən biri onun milli sərvətidir" - AÇIQLAMA
"Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır", - bunları Sonxeber.az -a danışan BDU-nun professoru, Tarix elmləri doktoru...
9 289
DİQQƏT! İki gün su OLMAYACAQ
Abşeron rayonunun və Bakının bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Sonxeber.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.
Bildirilib ki, buna səbəb Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.
Məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatların...
9 289
"Həmin vaxt maşını 220 ilə sürürdü" - 21 yaşlı qız həbs edildi
Ötən ilin noyabrında Gəncə-Şəmkir yolunun Göygöldən keçən hissəsində "Mercedes GL 550" markalı avtomobilin qəzaya uğraması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hadisə vaxtı avtomobili idarə edən 21 yaşlı G.Kərimovaya hökm oxunub. İlkin məlumatlarda qəza zamanı avtomobilin 1990-cı il təvəllüdlü Əhliman Ramiz oğlu Abdi tərəfindən idarə edilməsi bildirilsə də, bu, təsdiqini tapmayıb.
Araşdırmalarla müəyyən edilib ki, hadisə vaxtı Əhliman tanışı, hərbi hissədən 5 günlük məzuniyyətə buraxılmış 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və digər tanışları ilə birgə Gəncədəki "Kari...
9 289
Güclü külək nəticəsində xəsarət alanların sayı artdı - Yenilənib
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.
Digər pasiyentə sol pəncənin 3-cü barmağın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara 1-...
9 289
Milli Yaylaq Festivalında bir araya gəldilər - Fotolar
Göygöldə V Milli Yaylaq Festivalı davam edir.
Axşam.az xəbər verir ki, festivalının açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman, dövlət və özəl qurumların nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, media nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən RİHB-sı Vüqar Novruzov artıq ənənə halını almış V Milli Yaylaq Festivalının yerli və xarici qonaqların hər il böyük maraqla gözlə...
9 289
Dənizdə 4 nəfər batdı - 1-i öldü
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Aysel Bəkir qızı Əliya, 2009-cu il təvəllüdlü Elmira Rauf qızı Rüstəmova və 2019-cu il təvəllüdlü Nuray Rauf qızı Rüstəmova xilas edilib.
Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Aylin Rauf q...
9 289
Dinozavrları məhv edən asteroidlə bağlı yeni sirr
Beynəlxalq alimlər qrupu 66 milyon il əvvəl dinozavrların kütləvi məhvinə səbəb olan asteroidin indiyədək hesab edildiyindən daha nadir mənşəyə malik olduğunu müəyyən edib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.
Brüssel Azad Universitetinin alimi Filip Klenin rəhbərlik etdiyi tədqiqatçılar dünyanın müxtəlif qitələrində yerləşən beş təbaşir-paleogen (K-Pg) sərhəd geoloji kəsiyindən götürülmüş nümunələrdə nikel izotoplarının tərkibini təhlil ediblər. Araşdırma göstərib ki, sözügedən asteroid nadir rast gəlinən CO tipli karbonlu xondritlərə aid olub. Bu tip meteoritlər Yerə düşən bütün meteoritlərin beş fai...
9 289
Gecə üzmək istədi, dron qarşısını aldı - VİDEO
Çinin Sindao (Qingdao) şəhərində gecə üzgüçülüyün qadağan olunduğu ərazidə dənizə daxil olan bir nəfər təhlükəsizlik qüvvələrinin istifadə etdiyi səsucaldıcılı dron tərəfindən aşkar edilərək sudan çıxarılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı həmin şəxsə havadan yaxınlaşan pilotsuz uçuş aparatı üzərindəki səs sistemi vasitəsilə dəfələrlə xəbərdarlıq edib və dərhal sahilə qayıtması tələb olunub. Dronun müşayiəti altında üzgüçü təhlükəsiz şəkildə sahilə çıxıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu cür texnoloji nəzarət tədbirləri gecə saatlarında baş verə biləcək boğulma və digər bədbəxt hadisələrin qarşısını almaq məqsədi daşıyır. Xüsusilə görünüş m...
9 289
25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda gənc oğlan qəfil vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, rayonun Vənənd kənd sakini, 25 yaşlı Elvar Babayev səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.
Onun yüksək qan təzyiqi səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Bu xəbər ailəsinə verildikdən bir qədər sonra Elvarın anası Fatimə xanım da ürək tutmasından vəfat edib. Onun oğlunun qəfil ölümündən sarsıntı keçirdiyi qeyd olunub....
9 289
Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir...
Uzun və yorucu bir gündən sonra ayaqlarınızdakı ağırlıqdan qurtulmaq üçün bahalı qulluq məhsullarına ehtiyacınız yoxdur. Duz və soda ilə ayaqlarınızı həm rahatlaya, həm də təravətləndirə bilərsiniz.
Milli.Az xəbər verir ki, çox vaxt yalnız axşamlar hiss etdiyimiz yorğunluq və şişkinlik hissi əslində ayaqlarımızın istirahətə ehtiyac duyduğuna işarədir.
Duz ənənəvi olaraq yorğun əzələləri rahatlatmaq və dərinin səthindəki çirki təmizləmək üçün istifadə olunur.
Digər tərəfdən, soda gigiyenik təsir göstərir və pis qoxuları neytrallaşdırır.
Ayaqlarınızı duz və soda ilə yumaq yorğunluğu azaltmağa, dərini yumşaltmağa və dabanlardakı sərtləşmiş sahələri müalicə etməyə kömək edir.
Necə tətbiq olunu...
9 289
Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər həlak olub, 24 nəfər xəsarət alıb
Rusiya ordusu sutka ərzində aviasiya, dron və artilleriya ilə Ukraynanın Xerson vilayətinin 36 yaşayış məntəqəsinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində iki nəfər həlak olub, 24 nəfər yaralanıb.
"Yaşayış məhəllələri, kritik və sosial infrastruktur obyektləri zərbələrə məruz qalıb. Qaz kəmərləri, yanacaqdoldurma məntəqəsi, kilsə, mağazalar, 18 çoxmərtəbəli bina, 17 fərdi ev, təsərrüfat tikilisi, qarajlar və avtomobillər zədələnib", - o dəqiqləşdirib.
Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Yaroslav Şankonun məlu...
9 289
Fillər yer vasitəsilə ünsiyyət qura bilir: Çox uzaqdan bir-birini eşidirlər
Fillər bir-birinə siqnalları təkcə hava vasitəsilə deyil, həm də torpaq üzərindən ötürə bilir. Yeni araşdırma göstərib ki, onların qulaq quruluşu və eşitmə kanallarının xüsusiyyətləri bu titrəyişləri kilometrlərlə uzaq məsafədən qəbul etməyə imkan verir.
Lent.az fillərlə bağlı maraqlı məlumatları təqdim edir:
Fillər yalnız məşhur boru səsinə bənzər çağırışlar və dərin uğultular çıxarmırlar. Onlar həmçinin torpaqda titrəyiş yaradan aşağı tezlikli - infrazəs siqnalları da yayırlar. Digər fillər bu seysmik dalğaları bir neçə kilometr uzaqlıqdan qəbul edə bilir. Titrəyişlər ayaqlar və pəncələr vasitəsilə kəllə sümüyünə, daha sonra isə daxili qulağa ötürülür. Beləliklə, fillər sözün əsl mənasında...
