ch
Feedback
Son Xəbərlər

Son Xəbərlər

前往频道在 Telegram

Son Xəbərlər. Azərbaycan və dünyada baş verən ən son xəbərləri oxumaq üçün kanala abunə olun!

显示更多
9 514
订阅者
-224 小时
-407
-14830
帖子存档
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO Sosial şəbəkələrdə yayılan görüntülərdən biri izləyicilərin diq
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO Sosial şəbəkələrdə yayılan görüntülərdən biri izləyicilərin diqqətini cəlb edib. Milli.Az xəbər verir ki, kadrlarda 80 yaşlı qadının hovuzda məşq etdiyi anlar əks olunub. Onun gümrah görünüşü və enerjili hərəkətləri istifadəçilər arasında maraqla qarşılanıb. Yaşlı xanım özünü sağlam və aktiv hiss etməsinin əsas səbəblərindən birinin müntəzəm olaraq hovuz məşqlərinə qatılması olduğunu bildirib. O qeyd edib ki, peşəkar məşqçilərin nəzarəti altında keçirilən məşqlər həm fiziki vəziyyətinə, həm də ümumi sağlamlığına müsbət təsir göstərir. Qadının sözlərinə görə, su məşqləri ona özünü daha rahat və enerjili hiss etməyə kömək edir. O, hər gün aktiv qalmağa çalışdığını və bunun həyat keyfiyyətini a...

Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi Rusiyada qalmaqalları ilə tanınan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvi
Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi Rusiyada qalmaqalları ilə tanınan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvin "qara rieltorlar" işi çərçivəsində saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb. Bildirilib ki, 26 yaşlı Elvin fevral ayından etibarən xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə istintaq təcridxanasındadır. Lakin məhkəmə sənədlərindən aydın olur ki, onun həbsinə səbəb olan cinayət işi 2025-ci ilin oktyabrında Moskvadakı mənzillərdən birinin sahibinin itkin düşməsindən sonra qətl maddəsi ilə açılıb. Həmin mənzili Elvinin atası Elman Paşayev öz həbsindən əvvəl əldə etmişdi. Hazırda Elman Paşayev səs-küylü cinayət işlərinin həlli üçün milyonlar alıb faktiki olaraq heç bi...

Azad edilmiş ərazilərdə yaşayan insanların sayı açıqlandı İşğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər yenidən həyata
Azad edilmiş ərazilərdə yaşayan insanların sayı açıqlandı İşğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər yenidən həyata qovuşur, məktəblərdə və uşaq bağçalarında uşaqların gülüş səsləri eşidilir. Qaynarinfo xəbər verir ki, bu sözləri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfransda söyləyib. O bildirib ki, yeni tikilmiş müasir yaşayış komplekslərində isə keçmiş qaçqın və məcburi köçkünlər dövlət rəhbərliyi tərəfindən onlara hədiyyə edilmiş mənzillərdə yeni həyat qururlar. "Bu gün işğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır. Onların yarıdan çoxunu keçmiş qaçqın və məcburi köçkünlər təşki...

Oğuzda ağır qəza: Bir ailə xəstəxanalıq oldu Oğuzda minik avtomobili ağaca çırpılıb, biri azyaşlı olmaqla bir ailənin 4 üzvü
Oğuzda ağır qəza: Bir ailə xəstəxanalıq oldu Oğuzda minik avtomobili ağaca çırpılıb, biri azyaşlı olmaqla bir ailənin 4 üzvü xəsarət alıb. Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saat 6 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz şəhər sakini 35 yaşlı Fərhad Nemət oğlu Rzalı idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü F.Rzalı və avtomobildə olan sərnişinlər- 1961-ci il təvəllüdlü Şamama İbrahim qızı Rzayeva, 1993-cü il təvəllüdlü Bahar Bəylər qızı Rzalı, 2020-ci il təvəllüdlü T.Rzalı xəsarət alıblar. Yaralılar Oğuz Rayon M...

37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı ABŞ sakini Mark Uells dəhşətli həqiqətlə üzləşib. O,
37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı ABŞ sakini Mark Uells dəhşətli həqiqətlə üzləşib. O, təsadüf nəticəsində öyrənib ki, 37 il ərzində atasının deyil, tamamilə yad bir kişinin məzarını ziyarət edib. Lent.az xarici mediaya istinadla bildirir ki, amerikalının sözlərinə görə, atası Deyl Ueyn Uells 1985-ci ilin fevralında işdən evə qayıdarkən itkin düşüb. Səkkiz ay sonra isə onun evindən təxminən altı kilometr aralıda insan qalıqları aşkarlanıb. Tapılan qalıqlar vəhşi heyvanlar tərəfindən ciddi şəkildə zədələnmişdi. Hadisə yerinin yaxınlığında üç giliz də aşkar edilmişdi. Həmin vaxt hələ uşaq olan Marka atasının ov zamanı baş vermiş bədbəxt hadisə nəticəsində öldüyü bildirilib. İllər sonra ona həqiqətin gizlədildiyini öyrənən Mark...

Kondisionersiz evi sərin saxlamağın sadə yolları Yay istisində otağı sərinlətmək üçün hər kəs kondisionerdən istifadə edə bil
Kondisionersiz evi sərin saxlamağın sadə yolları Yay istisində otağı sərinlətmək üçün hər kəs kondisionerdən istifadə edə bilmir. Buna görə də bir çox insan daha sərfəli və sadə üsullarla evdə rahatlığı artırmağa çalışır. İtaliyalılar və ispanlar isti havaların təsirini azaltmaq üçün su ilə doldurulmuş butulkalar, pəncərəyə asılan nəm parçalar və qalın pərdələr kimi sadə vasitələrdən istifadə edirlər. Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu üsullar kondisioneri tam əvəz etməsə də, düzgün havalandırma ilə birlikdə tətbiq olunduqda yay istisinin təsirlərini müəyyən qədər azalda bilər. İspaniya və İtaliyada illərdir istifadə olunan ən sadə üsullardan biri su ilə doldurulmuş butulkanı pəncərə önünə və ya pəncərənin yaxınlığına qoym...

Yaponlar niyə kökəlmir? - Kömək edən vərdişlər Yaponların arıq qalmasının sirri möcüzəvi pəhrizdə deyil, sağlam həyat tərzini
Yaponlar niyə kökəlmir? - Kömək edən vərdişlər Yaponların arıq qalmasının sirri möcüzəvi pəhrizdə deyil, sağlam həyat tərzini əks etdirən gündəlik vərdişlərdə gizlənir. Kiçik porsiyalarla qidalanmaq, balanslı rasiona üstünlük vermək, bol balıq və tərəvəz istehlak etmək, hər gün fiziki aktiv olmaq və şirniyyatdan ölçülü istifadə etmək onlara uzun illər ideal formalarını qorumağa kömək edir. Lent.az xəbər verir ki, yaponiya uzun illərdir piylənmə səviyyəsinin aşağı olduğu ölkələr sırasında yer alır. Mütəxəssislər bunu sərt qida məhdudiyyətləri ilə deyil, uşaqlıqdan formalaşan xüsusi qidalanma mədəniyyəti ilə izah edirlər. Yaponların əksəriyyəti dəbli pəhrizlərin arxasınca qaçmır və hər kalorini hesablamır. Əvəzində, onlar ömür boyu sağlam ...

Əyləncə üçün DNT testi verən qadının həyatı məhv oldu - 50 illik sirr Avropalı ailədə illərlə gizli saxlanılan bir sirr təsad
Əyləncə üçün DNT testi verən qadının həyatı məhv oldu - 50 illik sirr Avropalı ailədə illərlə gizli saxlanılan bir sirr təsadüf nəticəsində üzə çıxıb və ana ilə qız arasındakı münasibətləri tamamilə dağıdıb. Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də yaşayan bir qadın əyləncə məqsədilə ailə mənşəyini öyrənmək üçün DNT testindən istifadə edib. Lakin əldə olunan nəticələr ailədə 45 il gizli qalan bir həqiqəti ortaya çıxarıb. Hadisənin təfərrüatlarını qalmaqala səbəb olan qadının qardaşı bölüşüb. Onun sözlərinə görə, bacısı təxminən 50 il əvvəl gizli sevgi münasibəti yaşayıb. Güclü hisslərə baxmayaraq, o, ailəsini qorumaq üçün nikahdankənar əlaqəni sonlandırmaq qərarı verib. Qadın həyat yoldaşının yanına qayıdarkən başqa kişidən hamilə olduğunu isə b...

Berlində təhlükəli virus yayılmağa başlayıb Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görün
Berlində təhlükəli virus yayılmağa başlayıb Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görünür, Almaniyanın paytaxtı Berlində ciddi və uzunmüddətli şəkildə kök salıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən Berlinin "Şarite" klinikasının alimləri məlumat yayıblar. Mütəxəssislər 24 000 ağcaqanadı tutaraq tədqiq ediblər və məlum olub ki, 2023-cü ildə bu həşəratların 6%-ə qədəri törədicinin daşıyıcısı olub. Bu göstəricilər virusun müntəzəm olaraq xəstəliklərə səbəb olduğu Cənubi Avropadan əldə edilən rəqəmlərlə müqayisə edilə bilər. Virusun təbiət qoruqlarında deyil, insanların sıx toplaşdığı yerlərdə - parklarda, qəbiristanlıqlarda və bağ sahələrində aşkarlanması xüs...

"Son zəng" günü VƏFAT ETDİ - FOTO Azərbaycanda orta məktəb şagirdi "Son zəng" günü vəfat edib. Hadisə Biləsuvar rayonunda baş
"Son zəng" günü VƏFAT ETDİ - FOTO Azərbaycanda orta məktəb şagirdi "Son zəng" günü vəfat edib. Hadisə Biləsuvar rayonunda baş verib. Rayonun Nemət Sultanov adına Dərvişli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Səkinə Əlizadə qızı dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, ötən gün - iyunun 13-də Azərbaycan məktəblərində "Son zəng" tədbirləri keçirilib. (Yeni Sabah)...

Çimərliklərdə tullantı problemi: Sahillərdəki antisanitariya sağlamlığa necə təsir edir? - VİDEO Paytaxt sakinlərinin və turi
Çimərliklərdə tullantı problemi: Sahillərdəki antisanitariya sağlamlığa necə təsir edir? - VİDEO Paytaxt sakinlərinin və turistlərin yay mövsümündə ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir. Baku TV-nin məlumatına görə, bəzi sahillərdə müxtəlif məişət tullantılarına rast gəlinir ki, bu da xoşagəlməz mənzərə yaradır. Vətəndaşların sözlərinə görə, bəzi insanlar istirahətdən sonra tullantılarını toplamaq əvəzinə sahildə qoyub gedirlər. "Gəlirik, yeyirik, içirik, istirahət edirik. Amma çoxları gedəndə öz zibillərini yığışdırmır", "Belə hərəkətlər ayıbdır. Biz özümüz tullantıları yığıb zibil qablarına atırıq", - deyə vətəndaşlar bildiriblər. Mütəxəssislərin fikrincə, sahillərdəki plastik və məişət tullantıları dəniz canlılarına, suyun keyfiyyətinə və insan sağlaml...

"Nə etmişəmsə, qurbandı sənə..." - Kamil Zeynallı Tanınmış məşqçi Kamil Zeynallı sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət ç
"Nə etmişəmsə, qurbandı sənə..." - Kamil Zeynallı Tanınmış məşqçi Kamil Zeynallı sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, o, 15 yaşlı qızı Sahilə ilə birlikdə çəkilmiş səmimi görüntülərini izləyiciləri ilə bölüşərək ona ünvanladığı duyğusal sözlərlə maraq yaradıb. Kamil paylaşımında qızına olan sevgisini ifadə edərək, həyatında etdiyi hər şeyin onun xoşbəxtliyi üçün olduğunu vurğulayıb. Ata-qızın isti münasibətini əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Paylaşım minlərlə baxış və bəyənmə toplayarkən, izləyicilər şərhlərdə Kamil Zeynallının övladına olan bağlılığını yüksək qiymətləndiriblər. Duyğusal anların yer aldığı paylaşım sosial media istifadəçiləri arasında maraq və müza...

İran millisinin məşq bazasının yanında cəsəd tapıldı İran milli komandasının Meksikanın Tiyuana şəhərindəki təlim-məşq bazası
İran millisinin məşq bazasının yanında cəsəd tapıldı İran milli komandasının Meksikanın Tiyuana şəhərindəki təlim-məşq bazasının yaxınlığında cəsəd aşkar olunub. Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, cəsəd supermarket dayanacağında olan avtomobilin baqajında tapılıb. Meksika prokurorluğu cəsədin qara torbaya büküldüyünü və zorakılıq əlamətləri olduğunu açıqlayıb. Qeyd edək ki, İran millisi DÇ-2026-da Misir, Belçika və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alır....

HEÇ KİM BUNU GÖZLƏMİRDİ: Aygün Kazımova meyxana deyərkən... - VİDEO Xalq artisti Aygün Kazımovanin illər əvvəl çəkilmiş görün
HEÇ KİM BUNU GÖZLƏMİRDİ: Aygün Kazımova meyxana deyərkən... - VİDEO Xalq artisti Aygün Kazımovanin illər əvvəl çəkilmiş görüntüləri sosial şəbəkələrdə yenidən maraq doğurub. Milli.Az xəbər verir ki, söhbət pop divanın vaxtilə qonaq olduğu "Ay ev yiyəsi" verilişindən gedir. Həmin kadrlarda Aygün Kazımovanın kənd sakinlərindən biri ilə meyxana deməsi diqqət çəkib. Sənətçinin bu fərqli tərəfi izləyicilər tərəfindən maraqla qarşılanıb. Bir çox istifadəçi sənətçinin improvizasiya bacarığını yüksək qiymətləndirərək görüntülərlə bağlı müsbət rəylər paylaşıb. Qısa müddətdə geniş yayılan kadrlar nostalji hisslər yaradıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər Aygün Kazımovanın müxtəlif janrlarda özünü sınamasını maraqlı addım kimi dəyərlə...

"O mənim həyatımdır, hər şeyimdir..." - Gülay Zeynallı+VİDEO Müğənni Gülay Zeynalova doğum gününü efirdə qeyd edərkən emosion
"O mənim həyatımdır, hər şeyimdir..." - Gülay Zeynallı+VİDEO Müğənni Gülay Zeynalova doğum gününü efirdə qeyd edərkən emosional anlar yaşayıb. Canlı yayım zamanı ailəsindən və qızından danışan sənətçi duyğulanıb. Gülay hisslərinə hakim ola bilməyib və gözləri dolub. Müğənninin kövrəldiyi anlar həm studiyadakı qonaqların, həm də tamaşaçıların diqqətini çəkib. Efirdə yaşanan emosional görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İzləyicilər sənətçinin səmimi duyğularını yüksək qiymətləndirərək ona doğum günü münasibətilə xoş arzular ünvanlayıblar. (Milli.Az)...

Nazir məzunlarla "Yallı" oynadı - Video Elm və təhsil naziri Emin Əmrullayev bu gün Gəncədə "Son zəng" tədbirinə qatılıb. "Qa
Nazir məzunlarla "Yallı" oynadı - Video Elm və təhsil naziri Emin Əmrullayev bu gün Gəncədə "Son zəng" tədbirinə qatılıb. "Qafqazinfo" xəbər verir ki, Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbindəki tədbirdə iştirak edən nazir məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Çıxışlardan sonra E.Əmrullayev məzunlar və məktəbin müəllim kollektivi ilə rəqs edib, "Yallı" oynayıb. Həmin görüntüləri təqdim edirik:...

Ronaldonu görəndə göz yaşlarını saxlaya bilmədi - Video Məşhur kontent yaradıcısı Selin Dept futbol ulduzu Kriştianu Ronaldon
Ronaldonu görəndə göz yaşlarını saxlaya bilmədi - Video Məşhur kontent yaradıcısı Selin Dept futbol ulduzu Kriştianu Ronaldonu gördüyü an emosional anlar yaşayıb. Görüş zamanı o, göz yaşlarına hakim ola bilməyib. "Qafqazinfo" xəbər verir ki, görüşün səmimi atmosferində Ronaldo Selini sakitləşdirməyə çalışıb. Portuqaliyalı ulduz ona yaxınlaşaraq "Ağlama, göz yaşlarını sil. Sən, həqiqətən, gözəlsən" sözlərini deyib. Selin Dept görüşdən sonra şəxsi instaqram hesabında görüşlə balı duyğularını bölüşüb: "Bunun gerçək olduğuna inana bilmirəm. Bu gün böyük kumirim Kriştianu Ronaldo ilə görüşmək şansım oldu. Məni təkcə futbol oynamağa başlamağa ilhamlandırmayan, həm də çox çalışmaq, özümə inanmaq və heç vaxt təslim olmamaq üçün m...

Al Paçinonun son görüntüləri diqqət mərkəzində Oskar mükafatlı amerikalı aktyor Al Paçino Nyu-Yorkda keçirilən tədbirlərdən b
Al Paçinonun son görüntüləri diqqət mərkəzində Oskar mükafatlı amerikalı aktyor Al Paçino Nyu-Yorkda keçirilən tədbirlərdən birində kameralara tuş gəlib. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddətdir ictimai tədbirlərdə nadir hallarda görünən məşhur aktyorun tədbirə qatılması media və pərəstişkarlarının diqqətini cəlb edib. Karyerası ərzində çoxsaylı nüfuzlu mükafatlara layiq görülən Al Paçino dünya kinosunun ən tanınmış simalarından biri hesab olunur. 86 yaşında olmasına baxmayaraq, aktyor hələ də ictimaiyyətin və medianın maraq dairəsində qalmaqdadır. Qeyd edək ki, Al Paçino son illərdə daha çox şəxsi həyatına üstünlük verir və ictimai tədbirlərdə məhdud sayda iştirak edir. Buna görə də onun Nyu-Yorkdakı son görün...

Xüsusi qabiliyyət imtahanlarına start verilir V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında ko
Xüsusi qabiliyyət imtahanlarına start verilir V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub. Sonxeber.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, 22 iyundan etibarən ali təhsil pilləsinin, Təsviri sənət istiqamətinin 15-ci komissiyası, İdman istiqamətinin 62-ci komissiyası,Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək. İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ imtahanı olan şahmat - 6117, karate - 6111, boks - 6107, sambo - 6112, taekvondo - 6118, həndbol...

Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB) Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidm
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB) Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12.06.2026-cı il tarixində yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 km cənub-qərbdə, Qəbələ rayonunda 42 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb. Bu barədə Sonxeber.az-a FHN-dən məlumat verilib. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. 15.39 Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub. Sonxeber.az x...