ru
Feedback
Son Xəbərlər

Son Xəbərlər

Открыть в Telegram

Son Xəbərlər. Azərbaycan və dünyada baş verən ən son xəbərləri oxumaq üçün kanala abunə olun!

Больше
9 437
Подписчики
Нет данных24 часа
-277 дней
-12130 день
Архив постов
Prezident yeni cərimələri TƏSDİQLƏDİ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. Sonxeber.az
Prezident yeni cərimələri TƏSDİQLƏDİ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliyə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcəklər. Həmçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş...

Oğlunu əsgərliyə yola saldı Aktyor Elxan Yunus oğlunu hərbi xidmətə yola salıb. Axşam.az xəbər verir ki, aktyor bununla bağlı
Oğlunu əsgərliyə yola saldı Aktyor Elxan Yunus oğlunu hərbi xidmətə yola salıb. Axşam.az xəbər verir ki, aktyor bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Elxan Yunusun oğlu bu il ADA Universitetini bitirib. Aktyor övladını əsgər yola salarkən lentə alınan görüntüləri izləyiciləri ilə bölüşüb. E.Yunus paylaşımına "Canım oğlum, kişilik məktəbin mübarək olsun" sözlərini yazaraq övladına uğurlar arzulayıb....

Uşaq pulu yenidən bərpa ediləcəkmi? - AÇIQLAMA Bu gün insanların ən çox müzakirə etdiyi məsələ uşaq pulunun nə zaman yenidən
Uşaq pulu yenidən bərpa ediləcəkmi? - AÇIQLAMA Bu gün insanların ən çox müzakirə etdiyi məsələ uşaq pulunun nə zaman yenidən bərpa ediləcəyidir. Bu məsələ Milli Məclisdə də dəfələrlə müzakirə olunub və hətta bəzi deputatlar uşaq pulunun bərpası ilə bağlı öz təkliflərini mediada səsləndiriblər. Ümumiyyətlə yaxın vaxtlarda uşaq pulu yenidən bərpa ediləcəkmi? Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub və həmkarları bununla bağlı fikirlər irəli sürüblər: "Bu məsələ qərar vermək bizim öhdəliyimizdə deyil. Bununla bağlı müvafiq dövlət orqanları hesablamalar aparmalı və mümkün variantları araşdırmalıdır. Əlbəttə hər birimiz istərdik ki, uşaq pulu yenidən bər...

Teymur Musayevə müavin təyin edildi (SƏRƏNCAM) Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyo
Teymur Musayevə müavin təyin edildi (SƏRƏNCAM) Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. Sonxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin iyul ayından səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin edib. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması v...

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO Sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zor tətbiq edilm
Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO Sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zor tətbiq edilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb. Oxu.Az-ın məlumatına görə, qanunazidd əməli törədən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun səhhəti nəzərə alınaraq, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür....

Bakıda və rayonlarda külək güclənəcək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 7-8-də gözlənilən
Bakıda və rayonlarda külək güclənəcək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 7-8-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şirvan, Qobustan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Mingəçevir, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

İyulun 9-na qədər yağış yağacaq - Xəbərdarlıq Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şərai
İyulun 9-na qədər yağış yağacaq - Xəbərdarlıq Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur....

Zeynep Bastık evlənir: Toy tarixi məlum oldu Müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkan Tütüncü evlənməyə hazırlaşırlar
Zeynep Bastık evlənir: Toy tarixi məlum oldu Müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkan Tütüncü evlənməyə hazırlaşırlar. Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, may ayında Parisdə tətil zamanı Serkan Tütüncüdən evlilik təklifi alan Bastık toy hazırlıqlarına başladıqlarını açıqlayıb. Müğənni bildirib ki, toy sentyabrdan sonraya qalmayacaq və yay baş tutacaq. Zeynep Bastıkın sözlərinə görə, nikah mərasimi və toy yaxın ailə üzvlərinin iştirakı ilə, sadə şəkildə keçiriləcək. [hhh4-unikal]...

"Arzum" yenidən hakim qarşısına çıxarılacaq Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsir
"Arzum" yenidən hakim qarşısına çıxarılacaq Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Bu barədə Oxu.Az-a təqsirləndirilən bloqerin vəkili Hikmət Əliyev məlumat verib. Vəkilin bildirdiyinə görə, İlduzə Hacıyeva Xəzər Rayon Məhkəməsinin barəsində çıxardığı qərardan narazıdır. Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, bloqer İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı isə məhkəməyə xanım bloqerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi. Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəs...

"Toppuş bacı"nın ailəsində ağır itki! Mərhum Əməkdar artist, Toppuş bacı kimi tanınan Tünzalə Əliyevanın qardaşı Elxan Sahib
"Toppuş bacı"nın ailəsində ağır itki! Mərhum Əməkdar artist, Toppuş bacı kimi tanınan Tünzalə Əliyevanın qardaşı Elxan Sahib oğlu Bayramov vəfat edib. OLAY yazır ki, 58 yaşlı E. Bayramovun Moskvada ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib. Pagvision-un əldə etdiyi məlumata görə, onun nəşi Gəncəyə gətirilərək "İmamzadə" ziyarətgah kompleksinin qəbiristanlığında dəfn olunub....

"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz" "Əsildə bu, mənim mövzum deyil, amma yazığım gəlir bəzilərinə. Yaxşılard
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz" "Əsildə bu, mənim mövzum deyil, amma yazığım gəlir bəzilərinə. Yaxşılardan uzaq, yazığım gəlir. Məhv olmuş cəmiyyət, beyinlər, insanlar, tərbiyəsizləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Nə vaxtsa cavab verəcəksiniz, bəlkə də verməyəcəksiniz. Çünki siz çoxsunuz, kim kimə cavab verəcək? Siz özünüzə?". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə deyib. Video yayımlayan sənətçi son günlər sosial şəbəkədə müzakirə olunan mövzulara münasibət bildirib. Ad çəkməyən Qafarzadə sərt sözləri işlədib: "Dediklərim 10-20 faiz yaxşılardan uzaq. Gəlib şəhərin mərkəzində hansısa biri xanımlarınızı qarşısında oynadır, uşaqlarınız rəqs edir. Özünü ta...

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər - Kardioloq açıqladı Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamət
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər - Kardioloq açıqladı Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. Oxu.Az xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqinin kəskin yüksəlməsi adətən baş ağrısı, ürəkbulanma, halsızlıq və göz önündə qaraltıların uçuşması kimi əlamətlərlə müşayiət olunur. Lakin qan təzyiqi tədricən yüksələrək uzun müddət yüksək səviyyədə qalarsa, orqanizm bu vəziyyətə uyğunlaşmağa başlayır. Belə hallarda insan heç bir simptom hiss etməyə və hipertoniyanın inkişafından xəbərsiz ola bilər. Vinoqradova vurğulayıb ki, hipertoniya fəsadlarına görə olduqca təhlükəli xəstəlikdir. Onun sözlərinə görə, yüksək qan təzyiqi ürək...

İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb İranın bu marşrut üzərində nəzarət
İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb İranın bu marşrut üzərində nəzarəti sərtləşdirməsi səbəbindən bazar günü Oman sahilləri boyunca Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində deyilir. Daha əvvəl agentlik qeyd etmişdi ki, cümə günündən şənbə gününə qədər olan müddətdə Oman sahilləri boyunca Fars körfəzini tərk etməyə cəhd edən ən azı səkkiz gəmi Hörmüz boğazında geri dönüb. Onlardan dördü daha sonra şimala, İran marşrutuna doğru istiqamət alıb və boğazı tərk edib. Agentlik qeyd edib ki, şənbə günü geri dönən neft tankerlərindən biri Omanın Müsəndəm yarımadası yaxınlığında Hörmüzdən keçmək üçün yeni cəhd edir. Gəmilərin kəskin şəkildə ger...

Niyə xərçəngi məğlub etmək mümkün deyil? - Alimin CAVABI Nobel mükafatı laureatı orqanizmdəki hansı təbii proseslərin xərçəng
Niyə xərçəngi məğlub etmək mümkün deyil? - Alimin CAVABI Nobel mükafatı laureatı orqanizmdəki hansı təbii proseslərin xərçəngin inkişafına səbəb ola biləcəyini izah edib İnsan hüceyrələrində daim baş verən təbii proseslər səbəbindən xərçəngi tamamilə məğlub etmək mümkün olmaya bilər. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu fikri araşdırmalarını DNT zədələnməsinin bərpa mexanizmlərinə həsr edən kimya üzrə Nobel mükafatı laureatı Tomas Lindal bildirib. Alimin sözlərinə görə, xərçəngin inkişafına səbəb ola biləcək əksər mutasiyalar yalnız radiasiya, ultrabənövşəyi işıq və ya kanserogenlər kimi xarici amillərdən deyil, həm də normal bioloji proseslərdən qaynaqlanır. Xüsusilə, bu, reaktiv oksigen növlərinin və su molekullarının DNT struk...

Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb Mali Silahlı Qüvvələri ölkənin bir sıra şəhərlərində
Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb Mali Silahlı Qüvvələri ölkənin bir sıra şəhərlərində terrorçuların səhər saatlarında həyata keçirdiyi silsilə hücumlardan sonra vəziyyəti nəzarətə götürüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hərbi idarədən bildirilib. "Əsgərlər bütün hücumları qətiyyətlə dəf ediblər, vəziyyət nəzarət altındadır. Sevareda 20, Qaoda isə 6 terrorçu məhv edilib. Qaoda hökumətin bir döyüşçüsü öldürülüb, daha dörd nəfər isə yaralanıb", - bəyanatda bildirilir. Qeyd olunur ki, Mali hərbçiləri quru qoşunları və aviasiyadan istifadə etməklə, bir sıra şəhərlərdə təmizləmə əməliyyatlarını davam etdirirlər. Bəyanatda qeyd olunur ki, şənbə günü səhər tezdən Malidəki üsyan...

Kartofu adi suda bişirməyin, bu ədviyyatı əlavə edin, dadı görün necə olacaq Bir çox evdar xanım kartofu yalnız duzlu suda bi
Kartofu adi suda bişirməyin, bu ədviyyatı əlavə edin, dadı görün necə olacaq Bir çox evdar xanım kartofu yalnız duzlu suda bişirir. Halbuki bir sadə ədviyyat əlavə etməklə bu adi yeməyi daha ətirli və ləzzətli qarnirə çevirmək mümkündür. Təcrübəli aşpazların sözlərinə görə, kartof bişirilərkən suya yalnız duz deyil, dəfnə yarpağı və ya digər ətirli ədviyyatlar da əlavə etmək tövsiyə olunur. Lent.az-ın xəbərinə görə, bu kiçik kulinariya sirri kartofun dadını xeyli zənginləşdirir. Niyə dəfnə yarpağı əlavə etmək lazımdır? Kartof bişərkən sudakı ətirləri özünə çəkir. Dəfnə yarpağı ona incə və xoş ədviyyat ətri verir, dadını daha zəngin və ifadəli edir. Eyni zamanda tərəvəzin təbii dadını örtmür, əksinə onu vurğulayır. Bu üsul xüsusilə cavan kartof, kartof püresi, eləcə d...

"Arzum" İLK DƏFƏ DANIŞDI: "Hələ də şokdayam" Vəkil Fərid Həsənov Bakı İstintaq Təcridxanasında "Arzum 9999" ləqəbli tiktoker
"Arzum" İLK DƏFƏ DANIŞDI: "Hələ də şokdayam" Vəkil Fərid Həsənov Bakı İstintaq Təcridxanasında "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva ilə görüşüb. Bunu Ölkə.az-a açıqlamasında müdafiəçi bildirib. Onun sözlərinə görə, İ.Hacıyeva özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur. Tiktoker kamerada bir neçə nəfərlə birlikdə saxlanılır: "Saxlanma şəraiti yaxşıdır, heç bir şikayəti yoxdur. Eyni zamanda özünə olan münasibətdən də narazı deyil". İlduzə Hacıyeva vəkili ilə söhbətində deyib ki, Xəzər Rayon Məhkəməsinin hökmünü qanunsuz, əsassız və ədalətsiz sayır: "Dedi ki, belə bir qərar gözləmirdim. Hələ də şokdadır. Kamerada olunla birlikdə saxlanılan şəxslər də təccübləniblər. Hamı İlduzə xanıma deyir ...

Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb Türkiyənin Sivas və Tokat bölgələrində 6 sakin gənə yapışması nəticəsində ö
Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb Türkiyənin Sivas və Tokat bölgələrində 6 sakin gənə yapışması nəticəsində ölüb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, Tokatın Artova rayonunun Poyrazalan kəndində heyvandarlıqla məşğul olan 60 yaşındakı A.K. yüksək qızdırmadan şikayət edərək yerli xəstəxanaya müraciət edib. Ancaq müalicəsi uğurlu nəticə verməyib. Sivasa xəstəxanaya aparılıb, ona Krım-Konqo hemorragik qızdırma (KKQQ) diaqnozu qoyulub. Bütün tibbi müdaxilələrə baxmayaraq A.K. ölüb. Məlumata görə, o, bədəninə yapışan gənəni öz imkanları ilə çıxarıb. Ona görə fəsadı belə ağır olub. İnformasiyaya əsasən, Sivasda bu il gənə yapışması nəticəsində ölənlərin sayı 6-ya yüks...

ABŞ-də anomal istilər səbəbindən Müstəqillik Günü tədbirləri təxirə salındı ABŞ-nin mərkəzi və şərq ştatlarını cənginə alan a
ABŞ-də anomal istilər səbəbindən Müstəqillik Günü tədbirləri təxirə salındı ABŞ-nin mərkəzi və şərq ştatlarını cənginə alan anomal istilər ölkənin Müstəqillik Gününə həsr edilmiş kütləvi tədbirlərin keçirilməsinə mane olub. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Yüksək temperatur səbəbindən Vaşinqton və onlarla digər şəhərlərin rəhbərliyi ənənəvi bayram paradlarını, konsertləri və atəşfəşanlıqları ləğv etmək və ya vaxtını dəyişmək məcburiyyətində qalıb. Məlumata görə, ekstremal istilərin yaranmasına ölkə ərazisi üzərində isti havanı saxlayan yüksək təzyiq sahəsi - "istilik qübbəsi" səbəb olub. Təhlükəli hava şəraiti ilə əlaqədar 185 milyondan çox insan üçün xəbərdarlıq edilib. Ekstremal hava şəraiti eyni zamanda enerji sistemin...

Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI Azərbaycanda inflyasiya, yaşayış minimumu və gündəlik xərclərin art
Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI Azərbaycanda inflyasiya, yaşayış minimumu və gündəlik xərclərin artması fonunda pensiya məbləğinin artırılması məsələsi yenidən gündəmə gəlib. Bəs mövcud iqtisadi şərait nəzərə alınaraq orta pensiyanın əlavə şəkildə artırılması mümkündürmü? Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırkı qanunvericilik çərçivəsində pensiyaların artırılması müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir və inflyasiya göstəricisi indeksləşdirmə zamanı əsas meyar hesab olunmur. "Pensiyaların artırılması mümkündür, lakin bu, qanunvericilikdə müəyyən olunmuş mexanizm əsasında həyata keçirilir. Hazırda işləyən şəxslərin orta aylıq əməkhaqqında təxminən 6,2 faizlik artım ...