es
Feedback
Son Xəbərlər

Son Xəbərlər

Ir al canal en Telegram

Son Xəbərlər. Azərbaycan və dünyada baş verən ən son xəbərləri oxumaq üçün kanala abunə olun!

Mostrar más
9 070
Suscriptores
+124 horas
-197 días
-6730 días
Archivo de publicaciones
Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bi
Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı Sonxeber.az President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif ediliblər: "Tərəqqi" medalı ilə Abbasov Mahir Fəxrəddin oğlu Əliyev Vüsal Azad oğlu İsayev Orxan Elşad oğlu Qarayev Teymur Fəxrəddin oğlu "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə Abbasov Cabir Etibar oğlu Abdullayev Vüsal Habil oğlu Bağırov Taleh Vilayət oğlu Bayramov Nəsir Yasin oğlu Əhməd Rəcəb Nazim oğlu Əsədov ...

Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib. Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə zavodun anbarlarından birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğuya cavab olaraq bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır....

Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücülərin mexaniki nasazlıq narahatlığından istifadə edərək nəqliyyat vasitələrinin saniyələr ərzində oğurlanmasına zəmin yaradır. Milli.Az xəbər verir ki, avtomobil mütəxəssislərinin qiymətləndirmələrinə görə oğurluq mexanizmi avtomobil dizaynındakı kor nöqtələr ilə sürücü davranışlarının birləşməsi üzərində qurulur. Cinayətkarlar butulkanı adətən avtomobilin sağ arxa təkər yuvasına, yəni sürücü avtomob...

Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya "Android" smartfonlarının istifadəçiləri bəzən ekr
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya "Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir. Lent.az xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefonda NFC funksiyasının aktiv olduğunu göstərir. NFC - "Near Field Communication", yəni yaxın məsafədən simsiz məlumat ötürülməsi texnologiyasıdır. Bu funksiya smartfonun yaxınlıqdakı uyğun cihazlarla məlumat mübadiləsi aparmasına imkan verir. NFC texnologiyası uzun illərdir mobil cihazlarda istifadə olunur. Əvvəllər əsasən bahalı flaqman smartfonlarda rast gəlinirdisə, hazırda orta q...

ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yar
ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyyat dairələrinin Səudiyyə Ərəbistanının nüvə silahı proqramını inkişaf etdirmək variantını istisna etmədiyinə dair qiymətləndirmələri yer alır. Qeyd olunur ki, bu, ABŞ Prezidenti Donald Trampın Ər-Riyadın dinc məqsədli nüvə proqramına dəstək haqqında imzaladığı sazişlə bağlı bəzi deputatların narahatlığını artırıb. Onların fikrincə, bu, Ər-Riyadın nüvə başlığı hazırlamasına şərait yara...

27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO+YENİLƏNİB Sentyabrın 27
27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO+YENİLƏNİB Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət ediblər. Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Deputatlar və Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsi önünə tər güllər düzüblər, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anıblar. 13:34 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət d...

27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO/VİDEO 27 Sentyabr - Anı
27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO/VİDEO 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir. Oxu.Az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və qurumun digər əməkdaşları Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 10:42 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir. Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Köməkçisi Hikmət Hacıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, baş nazirin müavini Şahin Mustafayev Zəfər parkını ziyarət ediblər. Onlar Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyublar. Eyni zamanda,...

Pensiya yaşı ilə bağlı yeni QAYDA Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyə
Pensiya yaşı ilə bağlı yeni QAYDA Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", &q...

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB Sentyabrın 26-d
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisinin 10-cu - yubiley yarışına sentyabrın 24-də start verilib. Bu yarışı izləmək üçün paytaxt Bakıya rekord sayda - 16 mindən çox xarici turist gəlib. Yarışda hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb. Komandalar ilk gündə iki sərbəst yürüşdə yarışıblar. Bu yürüşlərdə yüksək nəticə göstərən pilotlar ardınca sıralama turunda mübarizəni davam etdiriblər. S...

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxsl
ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yeni Sabah"ın araşdırmasına əsasən, aşağıdakı kateqoriyalara aid şəxslər daha tez pensiya almaq imkanına sahibdir: Ağır və zərərli iş şəraitində çalışanlar pizza sifarişi Yeraltı mədənlərdə, xüsusilə zərərli və ağır əmək şəraitində çalışan şəxslər müəyyən edilmiş sığorta stajına malik olduqda pensiya yaşına daha tez çatırlar. Mülki aviasiyanın uçuş heyətində çalışanlar, dənizçilər, liman işçil...

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib 25-26 sentyabr tarixlərində Azərbaycan Re
"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib 25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal, "Technip Energies", "Limak Holding", "Green Spark" və "Kazakhstan Insulator Plant" şirkətlərinin rəhbər nümayəndələri iştirak ediblər. Sessiyada kritik xammal...

Formula 2: Aleks Dann növbəti dəfə Bakıda qalib oldu (YENİLƏNİB) Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinə ye
Formula 2: Aleks Dann növbəti dəfə Bakıda qalib oldu (YENİLƏNİB) Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub. Qaynarinfo-nun məlumatına görə, son olaraq ikinci əsas yarış baş tutub. İkinci dərəcəli pilotların mübarizəsində "Rodin Motorsport"dan Aleks Dann bütün rəqiblərini geridə qoyub. Ötən gün "Formula 2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub. Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək. 11.00 Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb. Qaynarinfo xəbər verir ki, mübarizəyə saat 11:00-da start verilib...

Formula 2: Azərbaycan Qran-prisində ikinci əsas yarış başladı Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikin
Formula 2: Azərbaycan Qran-prisində ikinci əsas yarış başladı Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb. Qaynarinfo xəbər verir ki, mübarizəyə saat 11:00-da start verilib. Ötən gün "Formula 2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub. Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək....

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirmə
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. Sonxeber.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib: "10 yaşımda anam dünyasını dəyişmişdi. Tələbə olanda anam və atam artıq yox idi. Universitetə daxil olduğum il sentyabrın 24-də ad günüm idi. Atam da ayın 21-də dünyasını dəyişdi. Ona bu sevincli xəbəri çatdıra bilmədim, çünki cavablar gec çıxmışdı. Amma ata-anamdan, hər şeydən vacib çox böyük Allahım var. O, mənə güc verdi. Evdəki uşaqlar arasında ən böyük mən idim. 11 yaşımda ana oldum, mən böyümədim ki... Yeddi yaş...

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət Demokratiya
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. Sonxeber.az-a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 5000 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğu kimi oxuculara təqdim edirik: Mən Elgiz Qənizadə Rayon Prokurorluğunda işlədiyi dövrdə zərərçəkmiş şəxs kimi müraciət etmişdim. Həmin vaxt deputatın qardaşı həbs olunmuşdu. Həbs edilən şəxsin böyük qardaşı və dostları barışıq üçün mənə müraciət etmişdilər. Elgiz Qənizadə şikayətimlə bağlı məni qəbul etdi. Baş verənlər barədə ona ətraflı məlumat verdim. Bildirdim ki, zərərçəkmiş ...

Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizl
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib. Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb....

Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı Bakıda keçirilən Formula 2 yarışında ağır qəza baş verib. "Qafqazinfo
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı Bakıda keçirilən Formula 2 yarışında ağır qəza baş verib. "Qafqazinfo"nun məlumatına görə, bir neçə bolid bir-birinə dəyib. Hazırda yarış dayandırılıb. *** Yarış yenidən bərpa edilib....

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətlə əlaqələndirilir. Bəs, mal ətinin qiymətinin bahalaşmasına əsasən hansı amillər təsir edir və yem, heyvandarlıq və digər istehsal xərclərinin artması ilə yanaşı, bazarda tələbat və idxalın həcmi qiymətlərin formalaşmasına necə təsir göstərir? Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ət bazarında qiymət artımı davam edir. Bunun əsas səbəbləri...