Son Xəbərlər
Відкрити в Telegram
Son Xəbərlər. Azərbaycan və dünyada baş verən ən son xəbərləri oxumaq üçün kanala abunə olun!
Показати більше9 488
Підписники
-224 години
-227 днів
-11730 день
Архів дописів
9 488
İrandan Bəhreyn ərazisinə PUA hücumu: Xarici İşlər Nazirliyindən bəyanat
İran Bəhreyn ərazisinə dronlarla hücum edib.
Oxu.Az-ın "Bəhreyn" agentliyinə istinadən xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Xarici İşlər Nazirliyi sübh tezdən İranın PUA-lardan istifadə etməklə Bəhreynə hücumunu ən sərt şəkildə pisləyir. Bu, (Bəhreynin) suverenliyinin kobud şəkildə pozulması, vətəndaşların və sakinlərin təhlükəsizliyinə açıq təhdiddir", - deyə bəyanatda bildirilib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirildiyini bildirib. Öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ qoşunlarının Yaxın Şərqdə yerləşdiklər...
9 488
Bakı-Naxçıvan aviareysləri ləğv edilib
Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir....
9 488
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez və aktrisa Katya Kabak münasibətlərini rəsmiləşdiriblər.
Qayanrinfo xəbər verir ki, cütlüyün nikah mərasimi Moskvadakı 1 saylı Nikah Sarayında keçirilib. Rəsmi nikahdan sonra yeni evlənənlər və dəvətlilər ikimərtəbəli ekskursiya avtobusu ilə toy məclisinin təşkil olunduğu məkana yollanıblar.
Xatırladaq ki, Timur Rodrigez və Katya Kabakın sevgili olduqları ilk dəfə 2023-cü ilin payızında məlum olmuşdu. Şoumen 2025-ci ilin mayında 16 illik həyat yoldaşı Anna Devoçkina ilə rəsmi şəkildə boşanıb. Məlumata görə, həmin vaxt Anna xaricdə olub və Rodrigez ayrılmaq qərarını ona telefon danışığı zamanı çatdırıb.
Timur Rodrigez və Anna Devoçkina 2007-ci ...
9 488
FHN-dən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Sonxeber.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağışın güclü olacağı, bəzi yerlərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır:
"Belə ki, intensiv yağıntılar...
9 488
Pakistanda zəlzələ olub
Pakistanda 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib.
Zəlzələnin episentri təxminən 236 000 əhalisi olan Dera-Qazi-Xan şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat verilmir....
9 488
"Hyundai" ABŞ-də yüz minə yaxın avtomobili geri çağırır
"Hyundai Motor" şirkəti ABŞ-də 96 300 avtomobili geri çağırır. Buna səbəb proqram təminatındakı xətadır ki, bu da cihaz paneli displeyinin nasazlığına gətirib çıxara bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə istinadən məlumat verib.
Qeyd edilib ki, geri çağırılma 2025 və 2026-cı illərdə buraxılmış "Tucson", "Tucson Hybrid" və "Tucson Plug-In Hybrid" modellərinin bəzi krossoverlərinə şamil edilir. Requlyatordan bildirilib ki, nasazlıq səbəbindən displey spidometr (sürətölçən) və xəbərdarlıq siqnalları da daxil olmaqla, vacib məlumatları əks etdirməyə bilər. Bu da öz növbəsində...
9 488
Pentaqon süni intellektdən istifadə arealını genişləndirir
ABŞ-nin Hərb Nazirliyi zərbə hədəflərinin müəyyənləşdirilməsi ilə bağlı doktrinasını yeniləyərək, gələcəkdə bu prosesdə süni intellektə (Sİ) daha geniş yer verilə biləcəyini qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, yeni qaydalar insan nəzarəti altında Sİ-nin hərəkətə keçdiyi sistemlərə keçid ehtimalını nəzərdə tutur. Agentlik vurğulayıb ki, hazırkı prinsiplərə əsasən, hərəkəti insan başladır.
"Gələcək döyüş əməliyyatlarının sürəti və rəqiblərimizin Sİ sahəsindəki nailiyyətləri ABŞ Silahlı Qüvvələrindən tam avtonom sistemlərin tətbiqinə başlamağı tələb edə bilər", - deyə məqalədə qeyd olunub.
ABŞ Silahlı Qüvvələrinin Q...
9 488
Türkiyədə daha bir azərbaycanlı qadın tutuldu: Evlənmək adı ilə 800 min pul aldı
Türkiyədə daha bir azərbaycanlı qadın tutuldu: Evlənmək adı ilə 800 min pul aldı (FOTO)
Türkiyənin Çanaqqala vilayətində R.Y. adlı yerli sakini evlənmək adı ilə aldadaraq 800 min lirə (təxminən 29200 manat) pulunu almaqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
Qaynarinfo xəbər verir ki, M.H. adlı azərbaycanlı qadın ölkədən qaçmağa cəhd edərkən Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Ərzurum şəhərində ələ keçirilib.
Məlum olub ki, M.H. bir televiziya proqramında evlənmək üçün çıxan R.Y. adlı Türkiyə vətəndaşının 800 min lirə pulunu mənimsəyib. O, R.Y. ilə evlənmək adı ilə həmin vəsaiti ondan alıb və Azərbaycana qaçmaq istəyərkən Çanaqqala Polis əməkdaşları tərəfindən Türkiyə Re...
9 488
Avstraliyada uşaqlar üçün sosial şəbəkə qadağası sərtləşdirilir
Avstraliyanın baş naziri ölkə ərazisində uşaqların sosial platformalardan istifadəsinə dair qadağanı ən sərt səviyyəyə çatdırmaq planını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, artıq altı aydır tətbiq edilən və dünyada bir ilk olan bu qayda yeniyetmələrin sosial şəbəkə vərdişlərinə demək olar ki, təsir göstərməyib.
Hökumət, "Meta", "Instagram" və "Google", "YouTube" kimi platformaların 16 yaşından kiçik şəxslərə hesab açmasını qadağan edən qanunu sınaqdan keçirməyi (stres-test) planlaşdırır. Baş nazir Entoni Albaneze Avstraliya Teleradioyayım Korporasiyasına müsahibəsində bildirib ki, höku...
9 488
Bakı-Qazax yolunda yük avtomobilinin törətdiyi dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
İyunun 25-də saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində əcnəbi vətəndaşın idarə etdiyi MAN markalı yük avtomobili qarşıda gedən - Mehman İbrahimovun idarə etdiyi VAZ markalı avtomobillə toqquşub. Zərbənin təsirindən M.İbrahimov idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, həmin avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində isə Vahid Allahverdiyevin idarə etdiyi "KamAZ" markalı qoşqulu yük avtomobili yoldan çıxaraq su kanalına aşıb:
"Xoşbəxtlikdən insan itkisinin qeydə alınmadığı sözügedən yol-nəqliyyat hadisələrinin...
9 488
Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırmaq - sınaqdan keçirilmiş üsul
Yay aylarında ağcaqanadlar ən rahat axşamları belə narahat edə, yuxunu poza və dişləmələrə səbəb ola bilər. Mütəxəssislər güclü kimyəvi vasitələrə ehtiyac olmadan istifadə edilə biləcək sadə bir üsul təklif edirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun üçün yalnız bir rulon tualet kağızı və bir neçə damcı efir yağı kifayətdir.
Ağcaqanadlar insanları əsasən bədəndən yayılan qoxular və nəfəs aldıqda ayrılan karbon qazı vasitəsilə müəyyən edirlər. Bəzi təbii və kəskin ətirlər isə onların istiqaməti müəyyən etməsinə mane olur və həşəratları uzaqlaşdırır.
Mütəxəssislərin sözlərinə görə, evkalipt, nanə, sitronella, lavanda, çay ağacı, mixək və limonotu e...
9 488
Mətanət İsgəndərli: "Sanki övladını aparıblar, amma demirlər kimindir"
Əməkdar artist Mətanət İsgəndərli mahnılarını ifa edən müğənnilərin müəllif adına hörmətlə yanaşmamasından gileylənib.
Sonxeber.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində qonaq olarkən mahnıların ifa edildiyi zaman müəllif adının çəkilməməsini "bir uşağın kimin övladı olduğunu gizlətməyə" bənzədib.
"Mən bütün mahnılarımı öz övladım kimi görürəm. İnanın ki, bu belədir. Çünki musiqi insanın canından, ruhundan qopub gəlir. Həmişə deyirəm ki, qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm. Amma sanki "övladını aparıblar, ancaq demirlər ki, bu kimin uşağıdır". Adama necə təsir edər?.
Mən bunu sadəcə halallıq üçün deyirəm. Onsuz da bu dünyadan özü...
9 488
Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
Həftə sonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Lent.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı gözlənilir.
Gecə saatlarında yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Yağıntılı hava şəraitinin iyunun 28-i gündüz saatlarınadək davam edəcəyi gözlənilir. İyunun 28-də güclü şimal-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı...
9 488
Nişanlı cütlüyün həlak olduğu dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
Türkiyənin Kahramanmaraş şəhərində evliliyə hazırlaşan nişanlı cütlük - Ahmet İnce və Mislina Akçakoyunun həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yayılan kadrlarda yüksək sürətlə hərəkət edən minik avtomobilinin motosikletə arxadan çırpıldığı anlar əks olunub. Qəza nəticəsində motosikletdə olan nişanlı cütlük hadisə yerində həyatını itirib.
Məlumata görə, hadisəyə səbəb olduğu bildirilən avtomobil sürücüsü barəsində məhkəmə tərəfindən azadlıqda istintaq aparılması qərarı verilib. Bu qərar ictimaiyyətdə müzakirələrə səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
[hhh4-unikal...
9 488
14 yaşlı qızın burnundan ağıl dişi çıxdı
Rusiyanın Sverdlovsk vilayətində həkimlər 14 yaşlı qızın ağıl dişini burnundan çıxarıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeniyetmə üzünün sol hissəsində güclü ağrılar, burun tutulması, baş ağrısı və göz nahiyəsində narahatlıq şikayətləri ilə xəstəxanaya müraciət edib.
Müayinələr zamanı məlum olub ki, narahatlığın səbəbi ağıl dişinin qeyri-adi yerdə, burun boşluğu və haymor boşluğu nahiyəsində inkişaf etməsi olub.
Həkimlərin sözlərinə görə, ağıl dişinin rüşeymi normalda diş sırasında yerləşməli olduğu halda, haymor boşluğu nahiyəsində formalaşıb və onun normal fəaliyyətini tamamilə bloklayıb.
Seliyin axınının pozulması nəticəsində qızda xroniki iltihab yaranıb. Cərrahlar di...
9 488
"Arzum"un hökmü təxirə salındı
Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədikləri üçün məhkəmə təxirə salınıb.
Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan sonuncu prosesdə hökmün elan edilməsi gözlənilirdi.
Məhkəmənin yekun iclası iyulun 2-nə təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəmədən tiktoker "Arzum"un 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs olunma...
9 488
Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN-red) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini başa vurub.
O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.
Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib....
9 488
Bu gün Aşuradır
Bu gün Azərbaycanda Aşuradır.
Sonxeber.az xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir.
QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir.
Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, qazılar və imamlar AR "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirməlidir.
Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-m...
9 488
ABŞ-nin Texas ştatında yük maşını aşdı: milyonlarla arı ətrafa yayıldı - VİDEO
ABŞ-nin Texas ştatının Orange County bölgəsində 400 arı pətəyi daşıyan yük maşınının aşması nəticəsində milyonlarla arı ətrafa yayılıb.
Məlumata görə, qəza nəticəsində təxminən 24 milyon arı nəzarətdən çıxaraq yaxın ərazilərə yayılıb. Hadisədən sonra ərazidə təhlükəsizlik tədbirləri görülüb və sakinlərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.
Rəsmilər bölgə əhalisinə bir müddət açıq havada ehtiyatlı davranmağı və mümkün risklərə qarşı tədbir görməyi tövsiyə ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
[hhh4-unikal]...
9 488
"Zevs"in qardaşına hökm oxundu
Dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az "Unikal"a istinadən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Hökmə əsasən, Hüseyn Quliyevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsinə bəraətverici əsaslarla xitam verilib. Yekun olaraq, təqsirləndirilən şəxsə 178.2.2 və 244-1.2.2 maddələri ilə cəmi 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən Hüseyn Quliyevin 10 il müddətə azadlıqdan məhrum olunmasını istəmişdi.
Qeyd edək ki, ötən ilin s...
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
