Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
Открыть в Telegram
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia
Больше2 323
Подписчики
Нет данных24 часа
-107 дней
-1030 день
Архив постов
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların müraciət və təkliflərinin dinlənilməsi, suallarının cavablandırılması məqsədilə növbəti onlayn qəbul keçirilib.
Qəbulda Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov sahibkarların qarşılaşdıqları məsələləri və təkliflərini dinləyib, müraciətlərində qaldırılan məsələlərin həlli yolları və dövlətin dəstək alətləri barədə məlumat verib. Qəbul zamanı Astara, Lənkəran, Lerik və Cəlilabad rayonlarından olan sahibkarların kənd qonaq evinin genişləndirilməsi, əkinçiliyin inkişafı, məişət avadanlıqlarının təmiri müəssisəsinin fəaliyyətinin yaxşılaşdırılması, güzəştli kreditlərin əldə edilməsi və digər məsələlərlə bağlı müraciətləri müzakirə olunub, sualları cavablandırılıb.
Repost from Azərbaycan iqtisadiyyatı
1, 8 və 15 sentyabr tarixlərində hərraclar keçiriləcək
◼️İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1, 8 və 15 sentyabr tarixlərində keçiriləcək hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 1 gəmi və 82 avtomobil çıxarılıb.
◼️Dövlət Xidmətinin məlumatına görə, sentyabrın 1-də keçiriləcək hərraca 28 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2019-cu illəri əhatə edir.
◼️Sentyabrın 8-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi və 17 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslər xidmət, yeyinti və metallurgiya sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Salyan Kəndkimya”, “Xosrov Metal Plastmas”, “Lerik Kəndkimya”, “Yevlax Kəndnəqliyyat” və “Əli Bayramlı Konserv” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 68.807 manatla 837.777 manat arasında dəyişir.
◼️Sentyabrın 15-də keçiriləcək hərraca 38 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan biri "Point Brower D" markalı gəmidir.
◼️Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.
◼️İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Repost from Azərbaycan iqtisadiyyatı
Biznes, istehlak və ipoteka kreditlərinin həcmi açıqlanıb
2026-cı ilin iyul ayında Azərbaycanda bankların kredit portfeli iyun ayı ilə müqayisədə 0,9 faiz artaraq 32,095.3 milyon manat təşkil edib.
Kredit portfelinin strukturu:
🔵Biznes kreditləri — 17,333.0 milyon manat (+0,9 faiz);
🔵İstehlak kreditləri — 10,036.8 milyon manat (+1,2 faiz);
🔵İpoteka kreditləri — 4,725.5 milyon manat (+0,02 faiz).
📌 Azərbaycan Mərkəzi Bankı
Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında daha 16 layihəyə baxılıb. Nəticədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 302-yə çatıb.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/3FTOA0
Repost from Azərbaycan iqtisadiyyatı
ABİF turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək
◼️İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu Azərbaycanda turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
◼️Dövlət Proqramına əsasən, 2026–2030-cu illərdə turizm və rekreasiya zonalarının ərazisində mehmanxana və digər yerləşmə vasitələrinin fəaliyyəti, sanatoriya-kurort müəssisələri, qış idman növləri üçün stadion və arenalar, eləcə də konqres və peşəkar salonların təşkili ilə bağlı investisiya layihələri üzrə kredit təşkilatlarından manatla alınan kreditlərə faiz subsidiyalarının verilməsi nəzərdə tutulur.
◼️Mexanizmin tətbiqi turizm sahəsində investisiya fəallığının artırılmasına və sahibkarların maliyyə yükünün azaldılmasına xidmət edəcək.
Repost from Azərbaycan iqtisadiyyatı
🔤🔤🔤🔤🔤
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyətinə dəstək davam etdirilir
İşğaldan azad edilmiş ərazilərdə investisiya mühitinin yaxşılaşdırılması, istehsal fəaliyyətinin təşviqi və sahibkarlığın inkişafı məqsədilə bu ərazilərin rezidentləri üçün müxtəlif dəstək mexanizmləri tətbiq edilir. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il 1 yanvar tarixinədək müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azaddırlar.
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti quran müəssisələr (sənaye parkları da daxil olmaqla) idxal olunan texnika, texnoloji avadanlıqlara, eləcə də xammallara görə indiyədək 17,4 milyon manat dəyərində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər.
Tətbiq olunan bu və digər güzəşt və dəstək mexanizmləri çərçivəsində bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və s. sənaye məmulatlarının istehsalı fəaliyyəti həyata keçirilir.
Qeyd edək ki, bu güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki və elektron formada İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Müvafiq fəaliyyət sahələri üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Repost from Azərbaycan iqtisadiyyatı
ABİF turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək
◼️İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu Azərbaycanda turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
◼️Dövlət Proqramına əsasən, 2026–2030-cu illərdə turizm və rekreasiya zonalarının ərazisində mehmanxana və digər yerləşmə vasitələrinin fəaliyyəti, sanatoriya-kurort müəssisələri, qış idman növləri üçün stadion və arenalar, eləcə də konqres və peşəkar salonların təşkili ilə bağlı investisiya layihələri üzrə kredit təşkilatlarından manatla alınan kreditlərə faiz subsidiyalarının verilməsi nəzərdə tutulur.
◼️Mexanizmin tətbiqi turizm sahəsində investisiya fəallığının artırılmasına və sahibkarların maliyyə yükünün azaldılmasına xidmət edəcək.
KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. Məqsəd sahibkarların investisiya qərarlarının qəbulunu dəstəkləmək, perspektivli istehsal sahələri barədə məlumatlılığı artırmaq və yeni biznes təşəbbüslərinin formalaşmasına töhfə verməkdir.
Araşdırmalar aşağıdakı sahələri əhatə edəcək:
- dəri ayaqqabıların istehsalı;
- perlit tərkibli inşaat məhsulları istehsalı;
- dializ aparatı üçün filtr istehsalı;
- məişət avadanlıqlarının yığımı;
- saxsı (keramik) sanitar məmulatlar istehsalı;
- vertikal əkinçilik (qiymətli bitkilərin yetişdirilməsi) və s.
Ətraflı - https://smbgovaz.short.gy/OPeI2B
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə!
Avqustun 27-də Astara və Lənkəran şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes subyektlərinin qəbulu təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov müvafiq şəhərlər üzrə sahibkarların müraciətlərini dinləyəcək, suallarını cavablandıracaq.
Qəbul saat 11:00-dan etibarən Astara şəhərində Heydər Əliyev Mərkəzində (Ünvan: İstiqlaliyyət küçəsi, 26B) keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (Tel.: 055 500 12 53, e-mail: seymur.murtuzayev@smb.gov.az, Seymur Murtuzayev, KOB dostu).
Repost from Azərbaycan iqtisadiyyatı
🇦🇿 Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "Startap" şəhadətnaməsi alan “AllinUs” sorğu, tədqiqat və market validation sahəsində yeni imkanlar yaradır. Platforma istifadəçilərə həm real rəy bildirmək, həm də bu rəylər əsasında qazanc əldə etmək imkanı təqdim edir. “AllinUs” MMC-nin yaradılma ideyası, fəaliyyəti, biznes modeli və gələcək planları barədə daha ətraflı məlumat almaq üçün “AllinUS LLC”
Sorğu, Tədqiqat və Market Validation Platformasının baş icraçı direktoru Mərziyə Məmmədova AZƏRTAC-ın suallarını cavablandırıb.
Ətraflı - https://azertag.az/xeber/startap_rehberi_allinusu_qlobal_miqyasda_tetbiq_oluna_bilen_texnologiya_platformasina_chevirmek_hedefimizdir___musahibe-4370869
Repost from Azərbaycan iqtisadiyyatı
🔤🔤🔤🔤🔤
Naxçıvan Sənaye Parkında geniş istehsal imkanları
◼️Prezident İlham Əliyev tərəfindən avqustun 11-də təməli qoyulan Naxçıvan Sənaye Parkının yaradılması Naxçıvan Muxtar Respublikasında sənaye potensialının inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması və müasir istehsal sahələrinin formalaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdəndir.
◼️Parkın fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirlər çərçivəsində burada istehsal, emal və təkrar emal sahələri, habelə xidmətlər üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Sənaye Parkında kimya və qida sənayesi, tullantıların emalı, qara və əlvan metal emalı, tikinti materiallarının istehsalı, maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri sənayesi, qablaşdırma məhsulları, kağız və kağız məmulatlarının istehsalı istiqamətlərində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
◼️Parkın ərazisində istehsal binaları ilə yanaşı, inzibati bina, idman və sağlamlıq mərkəzinin daxil olduğu sosial zona, təmir emalatxanası, anbar binası, TIR parkı və logistika mərkəzinin yaradılması planlaşdırılır.
◼️İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Naxçıvan Sənaye Parkına potensial investor və sahibkarların cəlb olunması istiqamətində işlər davam etdirilir. Parkda digər sənaye parklarında olduğu kimi sahibkarların fəaliyyətinin təşviqi məqsədilə geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq.
◼️Belə ki, Parkın rezidentləri dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin olunacaqlar. Bu infrastruktura qaz, elektrik enerjisi, su və kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin müasir rabitə xətləri daxildir. Bundan əlavə, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. İstehsal məqsədləri üçün idxal olunan texnika və avadanlıqlar isə ƏDV və gömrük rüsumlarından azad edilir.
◼️Naxçıvan Sənaye Parkının yaradılması regionda sənayeləşmənin sürətləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, investisiya imkanlarının genişləndirilməsinə və sahibkarlıq fəaliyyətinin inkişafına mühüm töhfə verəcək.
Repost from Azərbaycan iqtisadiyyatı
Şəki rayonunda yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Şəki rayonu, Öryət kəndi, Qarasu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Dövlət Xidmətinin məlumatına görə, əmlak kompleksinin ümumi qiyməti 2.000.000 manatdır.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2.000.000 manatdan az olmayan investisiya proqramı, həmçinin 50-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidir.
Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (650.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilər.
İnvestisiya müsabiqəsinə çıxarılan səhmdar cəmiyyəti barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə ətraflı məlumat almaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu prosesi 22 sentyabr 2026-cı il tarixi daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 23 sentyabr 2026-cı il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcək.
+1
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün müraciətlər daxil olmaqda davam edir. “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında daha 16 layihəyə baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 292-yə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Ətraflı - https://smbgovaz.short.gy/2ZwzQ7
Repost from Azərbaycan iqtisadiyyatı
Bakıda dağ-mədən sənayesi üzrə ixtisaslaşmış "Azerbaijan Mining Expo" beynəlxalq sərgisi keçiriləcək
2027-ci ilin 8–10 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində dağ-mədən sənayesi, ağır maşınqayırma və tikinti sahələrinin ən irimiqyaslı ixtisaslaşmış tədbiri olan "Azerbaijan Mining Expo" beynəlxalq sərgisi keçiriləcək.
“True Expo”nun məlumatına görə, sərgidə 5 mindən çox ziyarətçinin və 150-dən artıq eksponent şirkətin qatılacağı gözlənilir. Tədbirin işgüzar proqramı çərçivəsində 50-dən çox məruzəçinin iştirakı ilə tematik konfransların təşkili nəzərdə tutulur.
Xəzər regionunun dağ-mədən və tikinti sektorları üzrə aparıcı B2B platforması olan "Azerbaijan Mining Expo" qabaqcıl texnologiyaların nümayişi və strateji tərəfdaşlıq əlaqələrinin qurulması məqsədilə sənaye liderlərini, rəhbər heyəti və novatorları bir araya toplayır. Tədbirdə əsas diqqət dövlət dəstəyi ilə həyata keçirilən Azərbaycanın dağ-mədən və infrastruktur layihələrinin yüksək inkişaf potensialından səmərəli istifadəyə yönəldilir.
Sərgi sahələrində ağır texnika nümunələri, tikinti avadanlıqları, eləcə də faydalı qazıntıların hasilatı üzrə innovativ həll yolları nümayiş olunacaq. Ümumilikdə, bu tədbir dünyanın ən dinamik inkişaf edən bazarlarından birində işgüzar əlaqələrin genişləndirilməsi və biznesin davamlı inkişafı üçün mühüm perspektivlər açır.
Sahibkarlığa başlamaq üçün hansı hüquqi formanı seçmək lazımdır?
Repost from Azərbaycan iqtisadiyyatı
Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq
◼️“Bimbo QSR Azərbaycan” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
◼️İnvestisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində burger və hot-doq üçün bulka istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 150 milyon ədəd təşkil edəcək. Layihə çərçivəsində 100-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə olunacaq. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur.
◼️Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,8 milyard manatdan artıq olan 43 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq iş yeri yaradılıb.
Repost from Azərbaycan iqtisadiyyatı
+1
🔤🔤🔤🔤🔤
📊 Kommersiya qurumlarının sayı 6,7 faiz artıb
2026-cı ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.715.746 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb.
Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 211.595 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.
2026-cı ilin iyul ayında 1.257 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,1 faizi yerli investisiyalı, 13,9 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 82,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – iyul aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
2026-cı ilin avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
Repost from Azərbaycan iqtisadiyyatı
📊 Sənaye zonalarına yatırılan investisiyanın həcmi açıqlanıb
◼️İqtisadiyyat nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına bu günədək 7,2 milyard manatdan çox investisiya yatırılıb. Agentliyin məlumatına görə sahibkarlar tərəfindən 20,9 milyard manatlıq məhsul istehsal edilərək satılıb, bunun 6,7 milyard manatdan çoxu ixrac olunub.
◼️Hazırda ölkədə fəaliyyət göstərən 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsində sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb, 11 200-dən çox daimi iş yeri yaradılıb və yüzlərlə layihənin reallaşdırılmasına dəstək verilib.
◼️Sənaye zonalarında indiyədək 148 rezident və 10 qeyri-rezident qeydiyyatdan keçib.
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
Rəqəmsal texnologiyaların inkişafı səhiyyə sektorunda da yeni yanaşmaların formalaşmasına səbəb olur. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən innovativ təşəbbüslərdən biri də “E-Tibb” MMC tərəfindən yaradılan rəqəmsal səhiyyə həlləridir. Şirkətin tərkibində fəaliyyət göstərən “iCheck Medical” platforması pasiyentlərin doğru ixtisaslı həkimə daha sürətli və sistemli şəkildə yönləndirilməsini, onlayn konsultasiya və tibbi məlumatların rəqəmsal idarə olunmasını təmin edir. Layihə səhiyyə xidmətlərinin daha əlçatan, planlı və data əsaslı modelə keçməsinə töhfə verməyi hədəfləyir. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) startap şəhadətnaməsini alıb. Platformanın yaranma ideyası, rəqəmsal səhiyyənin inkişaf istiqamətləri və gələcək planlar barədə “E-Tibb” MMC-nin təsisçisi Leyla Orucova AZƏRTAC-ın suallarını cavablandırıb.
Ətraflı - https://azertag.az/xeber/startap_geleceyin_sehiyyesi_ferdi_yanasma_uzerinde_qurulacaq-4359161
