ch
Feedback
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

前往频道在 Telegram

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı - https://smb.gov.az - https://twitter.com/smbgovaz - https://facebook.com/smb.gov.az - https://instagram.com/smb.gov.az - https://linkedin.com/company/kobia

显示更多
2 384
订阅者
+124 小时
-87
-3030
帖子存档
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq ◼️13-14 iyun tarixlərində “Aqrar Tədarük və Təchizat” AS
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq ◼️13-14 iyun tarixlərində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq. ◼️Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir. ◼️Tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar. ◼️Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı

“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib İşğaldan azad edilmiş ərazilərdə
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinin təşviqi və sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin olunmasına dəstək verən “Şuşa KOB evi”ndə 2026-cı ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib. KOB evinə daxil olan müraciətlər əsasən biznes fəaliyyətinin təşkili, kommunal şəbəkələrə qoşulma və vergi məsələləri ilə bağlı olub. Belə ki, 2026-cı ilin yanvar-may aylarında “Şuşa KOB evi”nə ən çox müraciət edilən “Azərişıq” ASC - 219 (39,18%), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - 161 (28,80%), “Azəriqaz” İB - 122 (21,82%) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - 50 (8,94%) tərəfindən göstərilən xidmətlər olub. “Şuşa KOB evi”nə Qarabağ iqtisadi rayonuna daxil olan bütün şəhər və rayonlardan sahibkarlar müraciət edə bilərlər. Ətraflı - https://smbgovaz.short.gy/xooutK

Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək ◼️Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlə
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək ◼️Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Nazirlikdən verilən məlumata görə, yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək. ◼️Əsas məqsəd kredit faizlərinin dövlət tərəfindən qarşılanması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir. ◼️Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 faizədək müəyyən edilib. ◼️Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək. Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti 1 ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər. ◼️Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq, fermerlərə əkin mövsümündə ehtiyacları olan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər. ◼️Qeyd edək ki, fermerlər tərəfindən götürülən kreditlərin faizləri Azərbaycan Respublikası Prezidentinin 5 mart 2026-cı il tarixli “Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, dövlət büdcəsi hesabına AKİA tərəfindən maliyyələşdiriləcək.

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti yekunlaşır Yazlıq taxıl sahələrinin sığortalanması üçün nəzərdə tutulan müddə
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti yekunlaşır Yazlıq taxıl sahələrinin sığortalanması üçün nəzərdə tutulan müddət iyunun 15-də başa çatır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, aqrar sığorta vasitəsilə istehsalçılara məxsus əkin sahələri dolu, fırtına, qasırğa, sel, subasma, yanğın, eləcə də üçüncü şəxslərin hərəkətləri və vəhşi heyvanların hücumu kimi risklərdən sığortalanır. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödənişlə taxıl sahələrini sığortalaya bilirlər. Belə ki, ölkənin əksər ərazilərində məhsul dəyəri 1000 manat olan 1 hektar buğda və ya arpa sahəsinin sığortalanması fermerlərə 6-12 manata başa gəlir. Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinin "Bitkiçilik məhsulları" bölməsindən və ya “Bitkiçilik kalkulyatoru” vasitəsilə tanış olmaq mümkündür.

🇦🇿 Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. *** 🇦🇿 Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Sahibkarların müraciət və təklifləri dinlənildi Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilmiş vətəndaş qəbu
+1
Sahibkarların müraciət və təklifləri dinlənildi Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilmiş vətəndaş qəbulunda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların müraciət və təkliflərini dinləyib. Qəbul zamanı sahibkarlarla biznesin inkişafına dair müxtəlif məsələləri əhatə edən müraciətləri üzrə fikir mübadiləsi aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb. Bildirilib ki, Agentlik səlahiyyətləri çərçivəsində qəbulda qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlarla birgə tədbirlər görəcək. Qəbulda həmçinin sahibkarlara dövlət dəstəyi mexanizmləri və onlardan səmərəli istifadə qaydaları barədə ətraflı məlumat verilib. Ətraflı - https://smbgovaz.short.gy/UF1vqB

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib “Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta B
+1
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib “Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 14 müraciət daxil olub. Müraciətlərə “Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 282-yə çatıb. Ətraflı -https://smbgovaz.short.gy/Ly2KOa

İyun ayında KOBİA-nın təşkilatçılığı ilə sahibkarlar üçün oflayn və onlayn formatda görüşlər təşkil olunacaq. Bakı, Qəbələ, Q
İyun ayında KOBİA-nın təşkilatçılığı ilə sahibkarlar üçün oflayn və onlayn formatda görüşlər təşkil olunacaq. Bakı, Qəbələ, Quba, Beyləqan, Laçın, Astara, Şəmkir və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonlarını əhatə edəcək görüşlər aşağıdakı mövzulara həsr olunacaq: ✅ heyvandarlıq ✅ arıçılıq ✅ turizm ✅ Azərbaycanda investisiya imkanları ✅ ticarət və xidmət ✅ idxal və ixrac sahəsində imkanlar ✅ çayçılıq, sitrusçuluq və çəltikçilik ✅ sahibkarlıq sahəsində imkanlar Görüşlərdə aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları məlumatlandıracaq, onları maraqlandıran sualları cavablandıracaqdır. Ətraflı - https://smbgovaz.short.gy/6HFTih

KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib Azərbaycan və Slovakiya arası
+1
KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib Azərbaycan və Slovakiya arasında sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes qurumları arasında əlaqələrin möhkəmləndirilməsi və KOB-lar üçün yeni tərəfdaşlıq imkanlarının araşdırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) heyəti Slovakiyada görüşlər keçirib. Səfər çərçivəsində Bratislava şəhərində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin (SARIO) baş icraçı direktoru Egon Zorad ilə görüşüb. Görüşdə iki ölkə arasında biznes və ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, eləcə də Azərbaycan və Slovakiyanın KOB subyektləri arasında işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. Ətraflı - https://smbgovaz.short.gy/CSCU8D

🔤🔤🔤🔤🔤 Ağdam Sənaye Parkında yeni rezident “Ceer Plastik” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya dəyəri 5 milyon manat olan layihə çərçivəsində şirkət tərəfindən Sənaye Parkının ərazisində plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 172 milyon manatdan çox investisiya qoyulub, 1000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq ◼️İyunun 6-7-də paytaxtda növbəti “Kənddən Şəhərə” həftə
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq ◼️İyunun 6-7-də paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq. ◼️Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar. ◼️Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. ◼️Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qarğıdalı bitkisinin əkin sahələrinin sığortası başlanıb ◼️Ölkə üzrə qarğıdalı sahələrinin sığortası başlanılıb. Məhsulu vaxt
Qarğıdalı bitkisinin əkin sahələrinin sığortası başlanıb ◼️Ölkə üzrə qarğıdalı sahələrinin sığortası başlanılıb. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən leysan yağışlardan qorumağa imkan verir. ◼️Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə, fermerlər qarğıdalı sahələrini sərfəli şərtlərlə sığortalaya bilərlər. ◼️Mil-Muğan bölgəsində qarğıdalının çoxsaylı risklərdən sığortalanması 15 manat, Şirvan-Salyan bölgəsində 17 manat, Şəki-Zaqatala bölgəsində 58 manat, Qazax-Tovuz bölgəsində isə 38 manata başa gələcək. ℹ️ Qeyd edək ki, qarğıdalı aqrar sığorta üzrə ən çox zərər ödənişi edilən bitkilərdəndir. ASF qarğıdalı sahələri üzrə fermer və təsərrüfatlara indiyədək 777 min manat ödənişlər həyata keçirib və bu ödənişlər hər gün artmaqdadır. Qarğıdalı sahələri üzrə ödənişlərin əsas hissəsi Balakən, Tovuz, Ağsu, Hacıqabul və Ağcabədi rayonlarında həyata keçirilib.

İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir Yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq su
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir Yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa imkan yaradan İnvestisiya Portalında (invest.smb.gov.az) indiyədək 173 layihə yerləşdirilib. Bu layihələrdən 147-si investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal və digər istiqamətləri əhatə edir. Bugünədək 1300-dən çox sahibkar, investor və startap müvafiq layihələrlə tanış olmaq, layihəsini portalda yerləşdirmək üçün invest.smb.gov.az saytında qeydiyyatdan keçib. Ətraflı - https://smbgovaz.short.gy/ZME4zP

💊 Əczaçılıq məhsullarının istehsalında artım var ◼️Bu ilin yanvar-aprel ayı ərzində Azərbaycanda 9,1 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub. ◼️Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal dəyəri 34,3 faiz artıb. ◼️Cari ilin ilk dörd ayında 4 188,2 min manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 1,5 faiz çoxdur. Bu ilin may ayının 1-nə sənaye müəssisələrinin anbarlarında 560,9 min manatlıq hazır məhsul ehtiyatı olub.

🖋🖋🖋🖋 Sahibkarlıq mühiti: dayanıqlı inkişafı təşviq edən mexanizmlər, güclü stimullar Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf nəticəsində formalaşan yüksək maliyyə imkanları uzun illər ərzində makroiqtisadi sabitliyin və davamlı artımın təmin olunmasına mühüm töhfə verərək əlverişli və təhlükəsiz biznes mühiti üçün güclü zəmin yaradıb. 2021–2024-cü illərdə qeyri-neft sektoru orta hesabla illik 6,7% artıb, onun iqtisadiyyatda payı isə 68%-ə yüksəlib. 2019-2025-ci illərdə qeyri-neft ixracının təxminən iki dəfə artması ölkənin rəqabət qabiliyyətinin güclənməsinin mühüm göstəricilərindən biridir. ▶️ Ətraflı: vergiler.az

Uşaq məhsullarına dair yeni dövlət standartları qəbul edilib ◼️Azərbaycan Standartlaşdırma İnstitutu uşaq mallarının təhlükəsizliyini təmin etmək və beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə 25 yeni dövlət standartı qəbul edib. ◼️İnstitutun məlumatına görə, 2026-cı il indeksli bu sənədlər əsasən elektrikli və boyalı oyuncaqların təhlükəsizliyini, oyun meydançaları ilə zərbəuducu örtüklərin keyfiyyətini, uşaq bezlərinin texniki şərtlərini, eləcə də məktəb və bağçalarda istifadə olunan mebellərin funksional ölçülərini tənzimləyir. Yeni standart layihələri müvafiq Texniki Komitələrin təqdimatı əsasında təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Bakı Enerji Həftəsi çə
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) öz işinə başlayıb. Neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgidə yerli KOB-lar da təmsil olunur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB-lara dəstək məqsədilə qurduğu xüsusi stenddə alternativ və bərpa olunan enerji, aqrar texnologiyalar, sənaye, İKT, avtomatlaşdırma sistemləri, ekologiya və ətraf mühit xidmətləri sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənir. Ətraflı - https://smbgovaz.short.gy/gtuVGe

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA - Telegram 频道 @smbgovaz 的统计与分析