cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Azərbaycan iqtisadiyyatı

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı. Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru, ingilis dilində “Economy of Azerbaijan” versiyası ilə isə @economy_azen ünvanında tanış olmaq mümkündür.

Больше
Рекламные посты
3 671
Подписчики
+324 часа
+27 дней
+2730 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
Фото недоступноПоказать в Telegram
Фото недоступноПоказать в Telegram
15.07.2024Prezident İlham Əliyev Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib Prezident İlham Əliyev 2 sazişi təsdiqləyib Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması müzakirə olunub İsraillə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanları dəyərləndirilib ✅ Vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz artıbNaxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb Kaiser Navab: “Azərbaycan Prezidentinin Pakistana səfəri yeni əməkdaşlıq üfüqləri yaradır” İqtisadi icmal (8 - 14 iyul 2024-cü il)
Показать все...
🔤🔤🔤🔤🔤 Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb ◼️2024-cü ilin yanvar - iyun aylarında Naxçıvan Muxtar Respublikasında 3.567 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 3.404-ü fiziki şəxslər, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20,6 faiz artıb. ◼️Cari ilin 6 ayında kommersiya qurumlarının 61,3 faizi elektron qaydada, 38,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Показать все...
👍 1
Фото недоступноПоказать в Telegram
👍 2
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir ◼️Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir. ◼️Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Çeçenistanın Qroznı şəhərində Qafqaz İnvestisiya Forumu çərçivəsində keçirilən “Avrasiyadakı tərəfdaşlarla beynəlxalq əməkdaşlığın inkişafı üçün Qafqazın rəqabət üstünlükləri” adlı dəyirmi masada çıxış edərkən deyib. ◼️Ölkəmizin Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu xəttinə malik olduğunu xatırladan nazir müavini qeyd edib ki, yükgöndərənlərin artan ehtiyacları bu yolun bəzi hissələrində logistik imkanların modernləşdirilməsi və şimaldan Hind okeanı və Orta Dəhliz vasitəsilə Türkiyəyə və daha sonra dünyanın digər regionlarına unikal nəqliyyat marşrutunun təmin edilməsi zərurətini diktə edir.
Показать все...
🔤🔤🔤🔤🔤 Vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz artıb ◼️2024-cü ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.556.028 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 95.037 vahid (6,5 faiz), o cümlədən fiziki şəxslərin sayı 81.340 vahid (6,4 faiz), hüquqi şəxslərin sayı 13.697 vahid (7,4 faiz) artıb. ◼️İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 182.304 vahid təşkil edib və 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 8,1 faiz artım qeyd alınıb. ◼️2024-cü ilin yanvar-iyun aylarında 6.172 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 5.528-i (89,6 faiz) yerli investisiyalı, 644-ü (10,4 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 4.961-i (80,4 faizi) elektron qaydada, onların isə 4.027-si Asan İmza ilə, 923-ü yeni üsulla (finkod+mobil nömrə), 11-i “SİMA” rəqəmsal imzası vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb. ◼️İyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 37.636 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,9 faiz təşkil edib. ◼️Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. ◼️İyul ayının 1-nə dövlət qeydiyyatında olan 117.802 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,7 faiz artıb.
Показать все...
👍 2
04:55
Видео недоступноПоказать в Telegram
İqtisadi icmal (8 - 14 iyul 2024-cü il)
Показать все...
İCMAL (8-14 İYUL 2024)_AZ (1).mp421.41 MB
👍 1
Ölçmə vasitələri üzrə fəaliyyətə dair statistika açıqlanıb ◼️İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu cari ilin yanvar-iyun ayları ərzində ölçmə vasitələri üzrə fəaliyyətinə dair statistikanı açıqlayıb. ◼️İnstitutun məlumatına görə, hesabat dövründə 16.784 yoxlanılma şəhadətnaməsi, 412 kalibrləmə sertifikatı və 3.096 sınaq avadanlığına attestat verilib.
Показать все...
👍 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.