en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

HR asimos | İnsan Resursları | Karyera | Təcrübə | İş | Vakansiya | Əmək Məcəlləsi

HR asimos | İnsan Resursları | Karyera | Təcrübə | İş | Vakansiya | Əmək Məcəlləsi

Open in Telegram

Asim Həsənov HR & Karyera Məsləhətləri İnsan Resursları üzrə peşəkar tövsiyə, işə qəbul sirri, ekskluziv test, iş imkanı və könüllü təcrübə fürsəti 🚀 https://linktr.ee/asimos https://asimos.az Əməkdaşlıq +994555555586 Wp

Show more
2 238
Subscribers
+1724 hours
+247 days
-130 days
Posts Archive
🎲 Quiz 'HR test Dance' Stress atmağın ən yaxşı yolu rəqs etməkdir 🖊 15 questions · ⏱ 2 min
24 Nov, 00:27

Yeni işə başlayanda ən vacib addım nədir? 🌱 Michael Watkins-in "The First 90 Days" əsərinə görə yeni vəzifədə ilk üç ay gələcək uğurun əsasını qoyur. Əsas yanaşmalar: - Əvvəl öyrən, sonra dəyiş: mühiti və gözləntiləri anla - Rəhbərlə gözləntiləri erkən dəqiqləşdir - Tez və görünən kiçik uğurlar qazan - Əlaqələr qur, çünki nəticələr insanlar vasitəsilə əldə olunur İlk təəssürat həmişə yekun deyil, amma istiqaməti müəyyən edir.
16 Nov, 23:14

Müəssisə nədir? AR Ə.M. maddə 3: Dövlət və ya bələdiyyə orqanı, mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq AR qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.
12 Nov, 01:24

Komanda nəticə vermir amma təklikdə hamı yaxşı işləyir. Niyə? Patrick Lencioni "Komandanın beş disfunksiyası" modelində göstərir ki, komanda problemləri piramida kimi bir-birinə bağlıdır: Etibarın olmaması Münaqişədən qorxu Öhdəliyin olmaması Məsuliyyətdən qaçmaq Nəticələrə diqqətsizlik 🌱 Komandada bütün quruluşun bünövrəsi etibardır. Etibar olmadan açıq müzakirə, öhdəlik və məsuliyyət də formalaşmır.
03 Nov, 00:02

Networking nədir? Granovetter-in "zəif əlaqələrin gücü" tədqiqatı göstərdi ki, yeni imkanlar çox vaxt yaxın dostlardan yox, daha az görüşdüyümüz tanışlar dairəsindən gəlir. Networking-i səmərəli etmək üçün:
✅ Qarşılıqlı fayda düşün: əvvəl nə verə biləcəyini soruş ✅ Tədbirdən sonra 48 saat içində qısa təşəkkür mesajı yaz ✅ Əlaqəni yalnız ehtiyac olanda yox, mütəmadi saxla
Güclü şəbəkə bir gündə qurulmur, kiçik və ardıcıl addımlarla formalaşır!
30 Oct, 10:50

Hər səhər atılan kiçik addımlar, illər sonra qazanılacaq böyük qələbələrin təməlidir!
29 Oct, 06:13

Öyrənən təşkilat konsepsiyası belə deyir: davamlı uğur qazanan təşkilatlar öz səhvlərindən və təcrübəsindən sistemli şəkildə öyrənə bilənlərdir. 🧠 Bunun üçün üç şərt vacibdir: • Səhvlərin cəzalandırılması yox, təhlil edilməsi; • Biliyin fərdlərdə qalmayıb komanda daxilində paylaşılması; • Dəyişən şəraitə uyğunlaşmağa açıqlıq. Bu yanaşma HR-dan təlimi birdəfəlik tədbir kimi yox, davamlı proses kimi görməyi tələb edir. Sizcə, öyrənmə mədəniyyətini ən çox nə gücləndirir?
25 Oct, 23:41

HR araşdırması zamanı məlum olur ki, şikayət olunan menecer şirkət rəhbərliyinin qohumudur. HR obyektivliyi necə təmin etməlidir?
Anonymous voting
14 Oct, 13:45

İşçilər “iş yükü çoxdur” deyə şikayət edir, lakin HR analiz edir ki, real iş həcmi ciddi artmayıb. HR bu vəziyyəti necə qiymətləndirməlidir?
Anonymous voting
13 Oct, 13:57

Necə disiplinli oldum?
(Şəxsi təcrübəmdən)
- Bu üsulların adını belə bilmədən onların prinsiplərini həyatıma tətbiq edərək! 🎯 Shugyo: özünə kiçik bir tapşırıq qoy və bunu 100 gün (məs: hər gün 10 jim) davam etdir. Əgər 1 gün belə həmin tapşırığı etməyi unutsan və ya çatdırmasan, nəticən sıfırlanır və yenidən 1-ci gündən başlamalısan! 🔥 Ganbaru: Maraq və həvəs tamamilə bitsə belə, sadəcə özünə söz verdiyin üçün başladığın işi sona çatdırmalısan! 🧘‍♂️ Seyza (Seiza): Heç bir texnoloji vasitə olmadan, tam səssizlikdə 5 dəqiqə dik oturmaq (öz sinir sistemini və səssizliyi test et).! 🍽️ Hara Haçi Bu: Mədənin 80%-i dolduqda yemək yeməyi dayandır (nəfsi idarə etmək sınağı)! Özün üçün qeyd götür və elə bugün başla 🌱
09 Oct, 12:51

Hər zaman bizə nəsə öyrədən insanın adı #müəllim olmur! 📚 Bəzən bir həmkar, bir dost, bir rəhbər, bir ailə üzvü, hətta həyatımıza qısa müddətlik daxil olan bir insan bizə çox dəyərli bir şey öyrədir. Mənə öyrədən, dünyagörüşümə təsir edən və inkişafıma səbəb olan hər kəsə təşəkkür edirəm. 🌿Çünki həyatın özü böyük bir məktəbdir
04 Oct, 22:10

Hansı sahə mənə uyğundur? Karyera seçərkən özünüzə 5 sual verin: 🧠 Nəyi yaxşı bacarıram? ❤️ Mənə nə maraqlıdır? 🎯 Hansı iş mühiti mənə uyğundur? 💰 Bu sahəyə keçmək üçün büdcəm var? 🚀 Özümü bu sahədə praktiki olaraq nə vaxtsa sınamışam? Düzgün seçim — bacarıq, maraq və imkanın kəsişdiyi yerdir.
02 Oct, 13:34

Yeni iş mühitində uğurlu olmaq üçün 3 QIZIL QAYDA: Sual verməkdən çəkinməyin: İş prosesini tam anlamaq üçün ilk dövrlərdə doğru və yerində verilən suallar daxili mexanizmi daha tez qavramağa kömək edir. Daxili mədəniyyəti müşahidə edin: Hər bir təşkilatın özünəməxsus iş prinsipləri, korporativ etikası və ünsiyyət dili var. Bunu anlamaq adaptasiyanı 50% sürətləndirir. Təşəbbüskar olun: Kiçik daxili tapşırıqlarda belə məsuliyyət nümayiş etdirmək komandada sizə olan etibarı artırır.
01 Oct, 06:04

Təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilmir.
29 Sep, 23:41

Müsahibədə sizə verilən ən gözlənilməz sual nə olub?
26 Sep, 09:13

Müsahibədə sizə verilən ən gözlənilməz sual nə olub?
26 Sep, 09:13
26 Sep, ~09:14

Necə edim ki, HR-lar CV-imi tez görsün? 📧 "Subject" (Mövzu) hissəsini düzgün yazaraq! Normalda HR olaraq inboxda xüsusi avtomatlaşdırılmış filtrlər (Search Folders / Rules) qururuq. Məsələn, elanda "Maliyyə Mütəxəssisi" yazılması istənilibsə, sistem həmin sözü "Subject" hissəsində görən kimi məktubu avtomatik olaraq yalnız həmin vakansiya üçün açılmış xüsusi papkaya atır. Beləcə heç bir namizəd gözdən qaçmır və namizədlər dəyərləndirilərkən ilk o papkanı açıb seçim edib, zəng edirik. Bəs Mövzu (Subject) hissəsini boş saxladıqda və ya yanlış yazdıqda nə olur? ❌ CV-niz kənarda qala bilər: Avtomatik filtr "Subject"də axtarılan açar sözü tapa bilmədiyi üçün mail ümumi inboxa düşür. Vakansiya üzrə müraciətlər bir papkada toplanarkən, sizin CV-niz ümumi inboxda qala, gözdən qaça və ya gec görünə bilər. ❌ İlk peşəkar təəssürat hissi: Mailin mövzusuz, "CV", "İş üçün" və ya tamamilə boş göndərilməsi işəgötürəndə namizədin rəqəmsal iş etikasına tam bələd olmaması təəssüratını yarada bilər. 💡 Tez iş tapmaq üçün elanda qeyd olunan başlığı (məsələn: Maliyyə Mütəxəssis) olduğu kimi "Subject" hissəsinə köçürün. Bu, sadəcə bir tələb deyil, müraciətinizin doğru ünvana və vaxtında çatmasının qarantiyasıdır.
P.S. 🎬 HR üçün kiçik bir texniki tövsiyə: Filtrləri quranda oxşar və ya alternativ açar sözləri də qaydalara əlavə edin ki, namizəd başlığı azca fərqli yazsa (məsələn az-eng şrifti ilə) CV-lər itməsin, bir yerə toplansın
23 Sep, 15:57

Hamiləsən və ya 3 yaşınadək uşağı olan qadınsan - Tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi gün işə gəlməmisən. Bəs həmin gün üçün maaşın necə ödənilir?
Anonymous voting
22 Sep, 11:34