HR asimos | İnsan Resursları | Karyera | Təcrübə | İş | Vakansiya | Əmək Məcəlləsi
Открыть в Telegram
Asim Həsənov HR & Karyera Məsləhətləri İnsan Resursları üzrə peşəkar tövsiyə, işə qəbul sirri, ekskluziv test, iş imkanı və könüllü təcrübə fürsəti 🚀 https://linktr.ee/asimos https://asimos.az Əməkdaşlıq +994555555586 Wp
Больше2 248
Подписчики
-424 часа
+47 дней
-930 день
Архив постов
+3
İş elanlarının həqiqi olduğunu necə bilmək olar? 🤩
Planlar pozulanda yadda saxlamalı olduğun 4 soyuqqanlı həqiqət var:
Kontrolda olmayan şeylərə energi xərcləmə 🚧 Havaya, imtahan nəticələrinə, başqalarının qərarlarına və ya keçmişə təsir edə bilməzsən. Bütün diqqətini yalnız növbəti addımına yönəlt.
A planının bitməsi, oyunun bitməsi demək deyil ⏳ Həyatda və peşəkar mühitdə ən güclü şəxslər ilk planı mükəmməl olanlar yox, böhran anında B və C planlarını tez qurub icra edənlərdir.
Nəticə yox, proses səni formalaşdırır 🗽 İstədiyin nöqtəyə çatmayanda əldə etdiyin təcrübə, növbəti cəhddə səni daha dözümlü və strateji edir. Pərtlik keçicidir, qazanılan intizam isə qalıcı.
Fasilə vermək geriləmək deyil, mövqe tutmaqdır 💪 Bəzən prosesin dayanması hədəfləri yenidən gözərdən keçirmək və resursları daha doğru bölüşdürmək üçün ən yaxşı fürsətdir.
Uğur qazanmaq hər şeyin hamar getməsi yox, gözlənilməz zərbələrdən sonra belə intizamı itirmədən yola davam edə bilmək bacarığıdır. 🧳 İndi dayan, vəziyyəti qiymətləndir və növbəti gedişini et.
“İşinizi yaxşılaşdırmalısınız” - bu qeyri-müəyyənlikdir. 💡 Konkret tələb olmalıdır: hansı tapşırıq, hansı göstərici, hansı standartdan aşağıdır.
Ölçülə bilən hədəf olmalıdır: işçi 60 gün sonra hansı nəticəni göstərməlidir - rəqəm, tarix və ya konkret nəticə ilə ifadə olunmalıdır. 💡 “Daha yaxşı çalışmaq” ölçülə bilməz.
Dəstək mexanizmi olmalıdır: hansı resurslar (mentorluq, əlavə təlim, tez-tez əks-əlaqə) təmin olunacağını da göstərməlidir. 💡 Dəstəksiz atılan hər addım formal prosedur, real şans deyil.
Aydın nəticə ssenariləri olmalıdır: işçi hədəfə çatarsa nə baş verir, çatmazsa nə baş verir - əvvəlcədən aydın olmalıdır. 💡 Qeyri-müəyyənlik ən çox etimadsızlıq yaradan hissədir.
♾️ HR-ın məqsədi işçiyə gözləntiləri aydın göstərmək və bu gözləntilərə çatmaq üçün dəstək və vaxt verməkdir.
🎲 Quiz 'HR test Telephone'
Sürətli ünsiyyət fayda verdiyi qədər bəzən bizi ondan asılı hala gətirir ☎️
🖊 15 questions · ⏱ 3 min
💡 HR üçün vacib qayda:
Hər işçiyə eyni yanaşmaq düzgün yanaşma deyil.
❤️ Yeni işçi sizdən daha çox “Nə etməliyəm?“ soruşur.
🧠 Təcrübəli işçi isə “Niyə bunu etməliyəm?“ sualını verir.
Biri üçün aydın təlimat, digəri üçün məna və məqsəd lazımdır.
🎯 HR-ın işi hamıya eyni şeyi öyrətmək deyil, ehtiyaca uyğun #inkişaf mühiti yaratmaqdır.
Təcrübəli işçi təlimdən nə gözləyir?
Təcrübəli işçinin ehtiyacı: məna axtarışıdır. 💡 O, artıq əsas işini bilir, ona yeni bir şey öyrətmək üçün “niyə” sualına inandırıcı cavab lazımdır.
• Motivasiya “məcburiyyət”dən deyil, karyera əlaqəsindən gəlməlidir: bu bacarıq onun növbəti addımına necə xidmət edir?
• Təcrübəli işçi öz təcrübəsini töhfə kimi görmək istəyir, təlim dialoq formatında olanda daha yaxşı qəbul edilir.
• Format önəmlidir: uzun kurs əvəzinə, konkret layihə üzərində tətbiq olunan mikroöyrənmə daha effektiv ola bilər.
Təlim çox maraqlı idi. Bəs faydalı idi?
Kirkpatrick Modeli təlimin təsirini 4 səviyyədə ölçür:Səviyyə 1️⃣ Reaksiya İştirakçılar təlimdən razı qaldı? Səviyyə 2️⃣ Öyrənmə İştirakçı nə öyrəndi? Səviyyə 3️⃣ Davranış Öyrənilən iş yerində tətbiq olunur? Səviyyə 4️⃣ Nəticə Təlim biznes göstəricisinə təsir etdi? Maraqlı təlim - faydalı təlim demək deyil!
❤️ İnkişafının qarşısını nə alır?
Mentorluq, Koçinq, Təlim… HR hansını seçməlidir?
🎯 Bu üç termin tez-tez qarışdırılır, amma məqsədləri fərqlidir. Səhv metod seçimi vaxt və büdcə itkisinə səbəb olur.
— Mentorluq 🍀
Təcrübəli işçi öz bilik və təcrübəsini daha az təcrübəli işçiyə ötürür. Uzunmüddətli əlaqədir, çox vaxt qeyri-formal başlayır.
Nə vaxt istifadə olunur: Yeni işçinin şirkət mədəniyyətinə inteqrasiyası, karyera istiqamətləndirməsi, sahə üzrə “yol xəritəsi” lazım olanda.— Koçinq 🌱 Koç cavab vermir, sual verir. Məqsəd insanın öz cavabını özü tapmasına kömək etməkdir, bilik ötürmək deyil. Adətən müəyyən məqsədə yönəlmiş, vaxt çərçivəli prosesdir.
Nə vaxt istifadə olunur: Performans problemi aydın deyil, işçi öz potensialını tam açmır, davranış dəyişikliyi lazımdır (məsələn, liderlik keçidi).— Təlim 🌱 Strukturlaşdırılmış, əvvəlcədən hazırlanmış - kurs, seminar, sertifikat proqramı.
Nə vaxt istifadə olunur: Standart bilik ötürülməli olanda (qanunvericilik, texniki bacarıq, alət istifadəsi) yəni fərdiləşdirmə tələb etməyən mövzularda.
🌱 Güclü rəhbərlər qərar verərkən 3 suala cavab axtarırlar:
1️⃣ Bu qərar bizim məqsədə xidmət edir?
2️⃣ Bu qərar komandaya necə təsir edəcək?
3️⃣ Uzunmüddətli nəticəsi nə olacaq?
Qərar vermək tələsmək deyil. Doğru qərarı vaxtında vermək idarəetmənin ən vacib bacarıqlarından biridir.
I can only show you the door. You’re the one that has to walk through it.
— The Matrix 💊🎬
Mən sənə ancaq qapını göstərə bilərəm. O qapıdan keçməli olan isə sənsən.
Bəzən inkişaf üçün ən böyük maneə resurs çatışmazlığı deyil, ilk addımı atmamaqdır.
🌱 Güclü rəhbər hər şeyi özü etməyə çalışmır.
Komandasına güvənir, işi düzgün bölür və lazım olanda geri çəkilib insanlara məsuliyyət verir. Çünki rəhbərlik etmək hər şeyi özün etmək deyil, başqalarının da yaxşı nəticə göstərməsinə şərait yaratmaqdır.
Bu gün, Beynəlxalq Dostluq Günüdür! 🌎 ✨
#Dostluq bizə nə qazandırır?
🤝 Bir-birimizə güvənməyi
💬 Açıq və səmimi ünsiyyəti
💡 Bilik və təcrübə paylaşımını
🚀 Birlikdə inkişaf etməyi
Bəzən iş gününü daha gözəl edən böyük uğurlar deyil, “necəsən?”, “kömək edim?” və ya birlikdə içilən kofe olur.
Bu gün dostlarınıza və iş yoldaşlarınıza onları dəyərləndirdiyinizi hiss etdirin.Kiçik bir təşəkkür belə münasibətləri daha da möhkəmləndirə bilər. 💙 Beynəlxalq Dostluq Gününüz mübarək! 🎉
Hər sahəni öyrənsəm çox bilikli görünərəm yoxsa qərarsız?
🪣 Hər şey:
- nə dərəcə öyrəndiyindən,
- öyrəndiyini harada tətbiq etdiyindən,
- tətbiq etdiyini necə təqdim etdiyindən asılıdır.
Niyə öyrənməliyəm❓
Bu sual inkişafın qarşısındakı ən böyük maneələrdən biridir. 🔖
Əsl sual isə budur:
“Öyrənməsəm, 2-3 ildən sonra harada olacağam?” 🤔
Texnologiya dəyişir, peşələr dəyişir, iş bazarı dəyişir. 💼
Dəyişməyən isə daim öyrənən insanların dəyəridir.
Öyrənmək sadəcə diplom almaq üçün deyil. Daha yaxşı qərarlar vermək, yeni imkanlar qazanmaq və gələcəyini gücləndirmək üçündür. 🚀
🎲 Quiz 'HR test Building'
Hündür binalar şəhərə yaxşı mənzərə açır
🖊 15 questions · ⏱ 3 min
Vizitkart barədə qəbul olunmuş qaydalar:
✅ Vizit kartını elə təqdim edin ki, qarşı tərəf məlumatları rahat oxuya bilsin.
✅ Kartı qəbul etdikdən sonra dərhal cibə və ya çantaya qoymayın. Bir neçə saniyə ərzində üzərindəki ad və vəzifəyə baxın.
✅ Mümkündürsə, görüş zamanı kartı masanın üzərində saxlayın və söhbət zamanı adla müraciət edin.
Kiçik görünən bu detallar peşəkarlıq və #hörmət hissi yaradır. 💳
Hamı eyni üsulla öyrənə bilmir!
🔖 Honey & Mumford modelinə əsasən insanlar 4 öyrənmə tərzinə bölünür:
🚀 Activist: Təcrübə edərək, iştirak edərək öyrənir.
Necə öyrədə bilərik? Praktiki tapşırıqlar, oyunlar, simulyasiyalar və qrup fəaliyyətləri ilə.🤔 Reflector: Müşahidə edir, düşünür, analiz edir.
Necə öyrədə bilərik? Case study, müzakirələr, qeydlər aparmaq və düşünmək üçün vaxt verməklə.🔭 Theorist: Məntiqi, nəzəriyyəni və sistemi anlamaqla öyrənir.
Necə öyrədə bilərik? Modellər, konsepsiyalar, təqdimatlar və strukturlaşdırılmış izahlarla.⛏ Pragmatist: Öyrəndiyini real işdə tətbiq etməklə öyrənir.
Necə öyrədə bilərik? Real nümunələr, workshoplar, praktiki məşğələlər və iş üzərində tətbiqlə.
🙅 "Yox" deyə bilmədiyin üçün yorulmusan?
Hamı bilir ki, sən kömək edəcəksən. Ona görə də hər əlavə tapşırıq ilk olaraq sənə gəlir. Günün sonunda isə öz işlərini çatdıra bilmirsən.
💡 Həll yolu: Hər xahişə "HƏ" demək peşəkarlıq deyil. Nəzakətli "YOX" demək də iş bacarığıdır.
Dedi-qoduya qoşulmağa çağırırlar?
🎙 Həmkarın başqa bir əməkdaş haqqında danışmağa başlayır və səndən də fikir gözləyir. O an maraqlı görünə bilər, amma sabah eyni söhbətin mövzusu sən ola bilərsən.
🖥 Mövzunu dəyişmək bəzən ən peşəkar cavabdır.
