Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
Open in Telegram
• Bütöv Azərbaycan tarixinə dair önəmli bilgilər, sənəd və qaynaqlar • Reklam və Təkliflər üçün 👇 📨Contact: @kzmv_227
Show more5 446
Subscribers
-124 hours
-137 days
-11630 days
Posts Archive
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün vəfatının 88-ci ildönümüdür
Bu gün böyük dövlət xadimi, İstiqlal Savaşının sərkərdəsi və müasir Türkiyədə köklü dəyişikliklərin və islahatların lideri, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümüdür.
Türkiyə xalqı bu gün Atatürkün vəfat etdiyi an olan saat 09:05-də bir dəqiqəlik sükut və dövlət himninin ifası ilə cümhuriyyətin qurucusunun xatirəsini yad edir.
Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı dövlətinin Səlanik şəhərində (bugünkü Yunanıstan) anadan olub. Atasının adı Əli Rza əfəndi, anasının adı isə Zübeydə xanım idi. Atatürk ibtidai təhsilini Səlanikdə başa vurub, 1902-ci ildə İstanbul Hərbiyyə Məktəbini leytenant, 1905-ci ildə isə Hərb Akademiyasını kapitan rütbəsi ilə bitirib.
Atatürk 1905–1907-ci illərdə Suriyadakı 5-ci Ordu və Makedoniyadakı 3-cü Orduda xidmət edib. 1909-cu ildə İstanbulda 31 Mart üsyanının yatırılmasında iştirak edib, 1911-ci ildə İtaliyanın hərbi hücumundan sonra Liviyaya (Qərbi Trablus) göndərilib. Liviyadakı uğurlarından sonra mayor rütbəsi alıb, ardınca 1912–1913-cü illərdə Balkan müharibələrində iştirak edib.
Birinci Dünya müharibəsində Atatürk Osmanlı ordusunun 19-cu diviziyasının komandiri kimi Çanaqqala döyüşlərində vuruşub və Gəliboluda düşmən hücumlarını dayandırmaqdakı uğuru ilə böyük şöhrət qazanıb.
Şərq cəbhəsində qələbə qazandıqdan sonra general rütbəsinə yüksəlib və Şərq cəbhəsində Rusiyanın hücumlarını dayandırmağa nail olub. Daha sonra, 1917-ci ildə Fələstin və Suriyadakı 7-ci Ordunun komandanlığını öz üzərinə götürüb. Həmin il Osmanlı vəliəhdi Vahidəddinlə birlikdə Almaniyaya səfər edib.
1918-ci ildə Suriya cəbhəsində döyüşərkən Mondros barışığının imzalanması və müharibənin bitməsi ilə İstanbula geri çağırılıb. Ölkəni düşmən işğalından qurtarmağı qarşısına məqsəd qoyan Atatürk ordu müfəttişliyi vəzifəsinə təyinat alaraq İstanbulu tərk edib. O, 19 may 1919-cu ildə Qara dəniz sahilindəki Samsuna çıxıb, 22 iyun 1919-cu ildə isə Amasya bəyannaməsini elan edib. 23 iyul və 4 sentyabr 1919-cu ildə Ərzurum və Sivas konqresləri onun sədrliyi ilə keçirilib.
Türkiyə Böyük Millət Məclisi 23 aprel 1920-ci ildə Ankarada ilk iclasını keçirib və Mustafa Kamal Atatürk Məclisin və hökumətin sədri seçilib. Sakarya döyüşündə türk ordusunun qələbəsindən sonra Məclis ona "Qazi" adı verib. İstiqlal Savaşı başa çatdıqdan sonra, 29 oktyabr 1923-cü ildə Türkiyə Məclisi cümhuriyyət quruluşunu qəbul edəndə Atatürk prezident seçilib.
Bundan sonra Atatürk ardıcıl dörd dəfə prezident seçilib və adını İstiqlal Savaşının qəhrəmanı və böyük dövlət xadimi kimi tarixə yazıb.
Mustafa Kamal Atatürk 88 il əvvəl bu gün, 10 noyabr 1938-ci ildə 57 yaşında vəfat edib.
Ruhu şad, yolu davamlı olsun.❤️🇹🇷
10 Nov, 10:43
893234016_18428321326153436_5444684002617038628_n.webp0.20 KB
10 Nov, 10:42
893234016_18428321326153436_5444684002617038628_n.webp0.20 KB
10 Nov, 10:42
10 Nov, ~10:43
+1
Bu gün Azərbaycan Respublikasında "Bayraq günüdür." 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur.
Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir.
1918 ci il dekabr ayının 7-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk iclası keçirilir,o zaman Məhəmməd Əmin Rəsulzadə demişdir:" Bir kərə yüksələn bayraq bir daha enməz!"
Şükürlər olsun ki,bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarında dalğalanır...
Hər zaman ucalarda ol, Bayrağım!🇦🇿❤️
Bayraq gününüz mübarək!
09 Nov, 01:59
📌Zəfər günün mübarək, Vətən🇦🇿♥️
Hörmətli izləyicilər, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin 6-cı ildönümünü qürurla qeyd edirik.
8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi ilə xalqımız illərdir gözlədiyi günə qovuşdu. Qarabağ yenidən öz doğma sahiblərinə qayıtdı, Cıdır düzündə bayrağımız dalğalandı, Xarıbülbülə yenidən nəfəs gəldi. Bu Zəfər təkcə döyüş meydanında qazanılmadı: o xalqımızın birliyinin, iradəsinin və tarixi yaddaşının qələbəsi idi eyni zamanda
Bu müqəddəs gündə ilk növbədə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi ehtiramla anır, onların ailəsinə səbr və güc diləyirik. Onlar bizə ən qiymətli əmanəti, azad torpaqlarımızı miras qoydular. Ruhlarına dərin özləmlə!
Qazilərimizə cansağlığı arzulayır, bu Qələbəni bizə yaşadan hər bir əsgərə, zabitə və arxa cəbhədə dayanan hər kəsə minnətdarlığımızı bildiririk.
Tarix yaddaşdır. Yaddaşını qoruyan xalq heç vaxt məğlub olmaz.
Sənə həmişə zəfər yaraşır, Azərbaycan!🇦🇿
Hörmətlə,
Bütöv Azərbaycan Tarixi kanalı
07 Nov, 15:46
📌Əli Quşçu – böyük türk alimi
Əmir Teymur imperiyasından Osmanlı dövlətinə uzanan zəngin bir ömür
Ələəddin Əli ibn Məhəmməd Səmərqəndi, daha çox Molla Əli Quşçu adı ilə tanınan (1403–1474), türk əsilli fizik, riyaziyyatçı, astronom, dilçi və kəlam alimi idi. O, həmçinin sünni məzhəbinin görkəmli fəqih və alimlərindən biri olmuşdur.
Atası Məhəmməd Səmərqəndi Şahzadə Uluqbəyin (Şahruxun oğlu və Əmir Teymurun nəvəsi) sarayında quşçu vəzifəsində çalışdığı üçün Əli də "Molla Əli Quşçu" adı ilə tanınmışdır.
Əli Quşçu Səmərqənddə dövrünün əsas elmlərini öyrənmiş, astronomiya və riyaziyyat sahəsindəki biliklərini isə Qazızadə Rumi və riyaziyyat elminin görkəmli bilicisi olan Uluqbəydən almışdır.
Osmanlı sultanı II Mehmed Fatehin dəvəti ilə İstanbula gələn Əli Quşçu Ayasofya mədrəsəsində dərs demiş, elmi fəaliyyətini davam etdirərək "Risaləyi Məhəmmədiyyə" kimi əsərlər qələmə almışdır. Hesab elminə həsr olunan bu əsər Sultan II Mehmedin adına yazılmışdır. Əli Quşçu 16 dekabr 1474-cü ildə İstanbulda vəfat etmişdir.
Teymurilər dövrünün İntibahını təmsil edən böyük türk alimi Əli Quşçu Ayın xəritəsini ilk çəkən alim kimi tanınır. O, fizika, ballistika (atılan cisimlərin hərəkətini öyrənən elm) və astronomiya sahələrində də tədqiqatlar aparmışdır.
Əli Quşçunun əsərləri:
📍Astronomiya
• Şərhi-Zici-Uluqbəy
• Risalə fi həlli-əşkali-müadələti-qəmər lil-məsir
• Risalə fi əsli-xaric yümkin fi-süfliyyeyn
• Şərh əla ət-Tuhfəti-şahiyyə fi-l-həyət
• Risalə dər elmi-həyət
• Əl-Fəthiyyə fi elmi-l-həyət
• Risalə fi həlli-əşkali-qəmər
📍Riyaziyyat
• Risalət əl-Məhəmmədiyyə fi-l-hisab
• Risalə dər elmi-l-hisab (Süleymaniyyə)
📍Kəlam və fiqh
• Şərhi-cədid ət-Təcrid
•Haşiyə əla ət-Təlvih
• Unqud əz-Zəvahir fi nəzmi-l-Cəvahir
📍Mexanika
•Təzkirə fi aləti-r-ruhaniyyə
📍Dilçilik və bəlağət
• Şərhi-Risalət əl-Vəziyyə
•Əl-İfsah
• Əl-Unqud əz-Zəvahir fi nəzmi-l-Cəvahir
• Şərh əş-Şafiyə
• Risalə fi bəyanı vəz'i-l-müfrədət
• Fa'idə li-təhqiqi Lami ət-Tərif
• Risalə ma ənə qultu
• Risalə fi-l-həmd
• Risalə fi elmi-l-məani
• Risalə fi bəhs əl-müfrəd
• Risalə fi-l-fənni-s-sani min elmi-l-bəyan
• Təfsiri-Bəqərə və Ali-İmran
• Risalə fi-l-istişarə
• Məhbub əl-Həmail fi kəşf əl-məsail
• Təcrid əl-Kəlam
📌Yurdunuz
03 Nov, 05:56
Paniranistərə görə əgər Əhəməni dili və onların kitabələrinin ingilislər tərəfindən son üç yüz ildə uydurulduğunu qəbul etməsək və ya bu dilin oxşarlıqlarını qədim hindlilərin sanskrit dilindən ayrılması ilə izah etsək, onda farslardan daha çox Əhəməniləri Hindistan qucaratlılarının əcdadları hesab etməliyik.
Çünki söz və qrammatik oxşarlıqlar Hindistanın Qucarat bölgəsində müasir fars dilinə nisbətən daha çoxdur. Təbii ki, tədqiqatçılar Hindistanın Qucarat torpağında araşdırma aparmalı və bu hind ləhcəsinin daha çox hansı kənddən köçürüldüyünü müəyyən etməlidirlər. Bununla belə, qucarat və əhəməni dili arasındaki oxşarlığa bir neçə örnək verək.
Məsələn:
• વિનાશ થઈ ગયા — Vināśa tha'ī gayā ("Vinaş tayi qaya") qucarat dilində "məhv etmək" deməkdir.
• Əhəməni dilində "Vinaş yati y" eyni mənanı verir, "Vinaş t h ya" isə "zərər" deməkdir.
Əhəməni sözlərinin kökünü araşdırmaq göstərir ki, bu dil hind-qucarat ləhcəsi olub və sözləri bu gün də orada işlədilir. Məsələn:
• ફરમાના — (فرمان)fərman — farmānā, əmr
• પિતા —(پدر) prdər — pitā, ata
• માતા — (مادر)madər — mātā ,ana
• સ્થાન — (مح )məhəl — sthān ,yer
• દૂર (دور)dur — dūr, uzaq
• पूर्व — (سابق)sabiq — pūrv, əvvəlki
• નવમી —(نهام) nohom — navamī, doqquzuncu
• દરિયો —(دریا) dərya — dariyo, dəniz
• દેશો — (کشورها)keşvərha — deśo, ölkələr
• નામ —( اسم)esm — nām, ad
Daha bir misal, əhəməni rəqəmlərinin hamısı hind mənşəlidir. (Aşağıda göstərdiyimiz mənbədə ( Kitabın 9-cu səhifəsində)) qeyd olunur ki, kitabələrdə cəmi üç rəqəm mövcuddur.)
Bəzən sözlər arasında cüzi fərqlər olur. Məsələn, Əhəməni dilində "torpaq" mənasını verən bumim sözü qucarat dilində ભૂમિ — bhūmi, yəni "bhumı" şəklindədir.
Yaxud qucarat dilində મૃત્યુ — mṛtyu "ölüm" deməkdir. Əhəməni dilində isə bu söz "həlak olmaq" mənasında işlənir, marta sözü də "ölmüş" kimi tərcümə olunur.
Başqa bir nümunə: Əhəməni dilində visa "hamı" deməkdir, qucarat dilində isə ડીસા — dīsā "bir neçə" mənasını verir.
Əhəməni dilində baga "tanrı" deməkdir. Qucarat dilində ભગવાન — bhagavān da "tanrı" mənasındadır.
Bəzi sözləri də hind mənşəli köklər əsasında araşdırmaq lazımdır. Məsələn, Əhəməni dilində "ay" mənasını verən māhiyā sözü fars dilindəkindən daha çox hind dilindəki māhinā sözünə bənzəyir. Elə indiki fars dilində də ay " mah" (ماه) dəməkdir.
Bir çox tərcümələr də yenidən nəzərdən keçirilməlidir. Məsələn, Əhəməni dilində "pis il və quraqlıq" kimi tərcümə olunan dušiyārā sözü əslində qucarat dilindəki તુ શિયાળા — tu śiyāḷā, yəni "qışda" ifadəsi kimi anlaşılmalıdır.
Hind dilindəki खोदना — khodnā ("qazmaq") sözü ilə Əhəməni dilində qazıntı mənasında işlənən katan sözü də ortaqdır. Elə indi də fars dilində kəndən (کندن) qazmaq deməkdir.
Qucarat dilindəki હું હતી — huṁ hatī ("mən idim") ifadəsi ilə Əhəməni dilindəki āham sözü hər ikisi "olmaq" mənasını verir.
Məsələn, qucarat dilində નાક — nāk "burun" deməkdir, Əhəməni dilində isə bu söz nāham şəklindədir.
Qucarat dilində ત્રીજો — trījo “üçüncü" deməkdir. Əhəməni dilində isə bu söz tritāmča şəklindədir.
Qucarat dilində tamē “sən” deməkdir və Əhəməni dilindəki tūvam sözü ilə müqayisə edilir. ( Fars dilində to تو sən deməkdir) Həmçinin qucarat dilində jīvan "həyat" sözü ilə Əhəməni dilində eyni mənada işlənən jīva sözü arasında oxşarlıq vardır.
📝Qaynaq: Əhəməni sözlərinin mənbəyi: Ralf Norman Şarpın lüğəti. Pazinə nəşriyyatı, 1388-ci il (2009–2010)
Mətnin müəllifi: Dr. Rəhim Ağ Bayraq ( Əsgəri)
30 Oct, 06:15
+1
📌18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür!
Bu gün milli kimliyimizin, azadlıq ideyalarının və dövlətçilik iradəsinin bayramıdır.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, Vətənimizə daim müstəqillik, sülh və tərəqqi arzulayırıq! 🇦🇿
18 oktyabr müstəqillik günümüzdə, o tarixədək meydanlarda başı yarılan, hələ Sovetlər dövründə belə dissident həyatı yaşamış Əbülfəz Elçibəyin, parlamentdə bir an susmayan istiqlal mücahidləri Nəcəf Nəcəfov, İbrahim İbrahimli, Tofiq Qasımov, Aydın Məmmədov, Dilarə Əliyeva, Məryəm Həsənova, Hicran Kərimli, Ədalət Rəhimli, Şahmərdan Cəfərov və başqalarının ruhları şad olsun, məzarları nurla dolsun!
Bütöv Azərbaycan tarixi olaraq müstəqillik uğrunda şəhid olanların, dünyasını dəyişənləri sayğı ilə anır, həyatda olub mövqeyini dəyişməyənlərə, istiqlal ruhunu yaşadanlara isə can sağlığı diləyirik!
28 may və 18 oktyabr ruhu əbədi olsun!
Yaşasın Güneyli - Quzeyli Bütöv Azərbaycanımız!🇦🇿
☪@MutluTurkum
18 Oct, 05:58
📌 Hazırda Azərbaycan tarixinin qədim dövrünün araşdırmacısı, şumerşünas Dr. Rahim Ağbayraqın yuxarıdakı linkdə "Azərbaycanın təqdis olunmuş Cəlayirləri" başlıqlı seminarı baş tutmaqdadır.
Qeyd edək ki, Dr. Rahim Əsgərinin silsilə elmi seminarları, hər şənbə Bakı vaxtı ilə saat 10-da keçirilir.
Arzu edənlər dəvətlidir!
🇦🇿Bizi izləyin: t.me/MutluTurkum
17 Oct, 14:07
hey - you should join us for this live room happening now "💠جلایرهای تدهین شده آذربایجان( یاغلی اَر ها)-جلسه ۶۵". https://www.clubhouse.com/i/جلایرهای-تدهین-شده-آذربایجان-یاغلی-ار-ها-جلسه-۶۵/z01jafpt
17 Oct, 14:01
🔺 Herodotun tarix kitabı 5 cilddən ibarətdir, bəzən isə 9 cild olduğu deyilir. Bu kitabı həmin papirus parçasından bərpa ediblər. İnanırsınızmı ki, cəmi 11 sətirdən ibarət bir papirus parçasından 9 kitab ortaya çıxarıblar? Üstəlik, bu parçanın Herodota aid olub-olmadığı da məlum deyil...
Herodotun hekayələri əslində son iki əsrdə ortaya çıxmış, tarixdə heç bir izi olmayan, kimliyi naməlum bir qrupun özünə şəcərə yaratmaq cəhdidir. Hekayəçilər Herodotu papirusun həmin dövrdə və həmin bölgədə ümumiyyətlə geniş yayılmadığı bir dövrə aid edirlər. Halbuki Herodotun hekayələrində yazı yazmaq üçün guya yunan adlandırılan xalqın mal-qara dərisindən istifadə etdiyi, taxta lövhələrdən və mumdan bəhs olunur.
Deməli, Herodotun yazıları gil lövhələrə, taxta lövhələrə və ya mal-qara dərisinə yazılmış olmalıdır.
HERODOTUN “TARİX” ƏSƏRİ: ƏLYAZMALAR, PAPİRUSLAR VƏ TARİXİ MƏNBƏLƏR
Herodotun (e.ə. V əsr) “Tarix” əsəri qədim dünyanın mühüm tarixi mənbələrindən biridir. Əsər sonrakı ellinistik dövrdə doqquz kitaba bölünüb. Bu bölgü Herodotun öz dövründə deyil, daha sonrakı mərhələdə həyata keçirilib.
Qədim dövrdə yazı yazmaq üçün papirusdan, heyvan dərisindən, mumla örtülmüş taxta lövhələrdən və digər materiallardan istifadə olunurdu. Herodotun əsərinin ilkin olaraq hansı materiallar üzərində yazıldığı dəqiq məlum deyil. Bu gün əlimizdə olan papirus parçaları isə əsərin bütöv nüsxəsi deyil, onun ayrı-ayrı hissələridir.
Burada əsas sual budur: Qədim dövrə aid tarixi mənbələr bizə hansı formada gəlib çatıb, onların mətnləri necə qorunub saxlanılıb və sonrakı dövrlərdə necə köçürülüb?
Tarixi məlumatları qiymətləndirərkən irəli sürülən iddiaları mövcud əlyazmalar, arxeoloji tapıntılar və elmi araşdırmalarla müqayisə etmək vacibdir. Herodotun verdiyi məlumatların etibarlılığı da məhz bu cür tənqidi yanaşma əsasında araşdırılmalıdır.
Mənbələr
1. Encyclopaedia Iranica — “Herodotus: Introduction to the Histories”
2. *British Library* — Herodotun V kitabından parçaları ehtiva edən Papyrus 1109 kataloqu
3. *Herodotus Helpline* — Herodotun istifadə etdiyi yazı materialları haqqında Anna Willinin araşdırması
#Herodot #Tarix #QədimDünya #Papirus #TarixiMənbələr #Əlyazmalar #Arxeologiya #TarixiAraşdırma
14 Oct, 14:29
📌Teymərə tamğaları haqqında araşdırma (I hissə)
1⃣. İlk əvvəl Tamğa nədir sualı ilə başlayaq.
Təmğa / damğa türk mənşəli söz olub, möhür və ya nişan mənasını verir. Tamğalar türk tayfa və boylarının qədim əcdadlarından gələn inancları, əfsanələri, tarixçələri və dünyagörüşləri ilə bağlı olmuşdur.
Tamğalar türk boyları arasında xüsusi əhəmiyyət daşıyırdı. Məsələn, 24 Oğuz boyunun hər birinin özünəməxsus tamğası var idi.
2⃣. Tamğaların istifadəsi nə kimi əhəmiyyət daşıyırdı?
Bir tayfanın digər tayfalardan fərqləndirilməsi üçün;
Tamğaların sikkələrin üzərinə vurulması yolu ilə dövlət və tayfaların kimliyinin müəyyənləşdirilməsi üçün;
Qəbir daşları, müqəddəs məkanlar, tikililər və qayalar üzərində tamğaların həkk olunması ilə tayfa mənsubiyyətinin göstərilməsi üçün;
Xalça, kilim və digər sənət əsərlərində tamğalardan istifadə etməklə bədii nümunələrin yaradılması üçün;
3⃣. Teymərə harada yerləşir?
Teymərə Luristan, Mərkəzi və İsfahan olmaqla üç ostan ərazisində yerləşən qədim bir bölgədir.
İlk dəfə Teymərə təmğalarını Dr. Məhəmməd Nasiri Fərd aşkar etmişdir. O, arxeoloq, qayaüstü təsvirlər üzrə tədqiqatçı olub, Malayziyanın Lidon Universitetində sənət arxeologiyası üzrə doktorluq dərəcəsi almışdır və hazırda universitetdə professor vəzifəsində çalışır.
4⃣. Teymərədə hansı Oğuz boylarının təmğaları aşkar edilib?
1. İmur / İmir
2. Bayat / Bayat
3.Bayındır
4. Salur / Salğur
5. Qayı
Teymərədəki türk mifoloji nişanlar və təmğalar e.ə. I minillikdən e.ə. IX minilliyə qədər, yəni təxminən 11 min il əvvələ aid olduğu iddia edilir. Bunlar Azərbaycandakı Kür-Araz sivilizasiyasına aid edilir və 4–5 min ildən artıq tarixə malikdir.
5⃣. Teymərədə tamğaları aşkar edilmiş Oğuz boyları haqqında qısa məlumat verək:
📍İmur / İmir boyu
24 Oğuz-Türkmən boyundan biridir. Fəzlullah Rəşidədinin Came- Ət Təvarix kitabında onlardan bəhs edir. (Rəşidəddin, səh. 35, 36, 42)
Etnik tərkib baxımından Türkmənistan səhrasındakı türkmənlər (Yomut tayfası), Qaşqay türkləri və başqaları arasında bu boyun izlərinə rast gəlinməkdədir.
📍Bayat boyu
24 Oğuz-Türkmən boyundan biridir.
(Bax: Rəşidəddin, səh. 35, 36, 39)
Etnik tərkib baxımından Azərbaycan türkləri, Türkmənistan səhrasındakı türkmənlər (Göklən tayfası) və başqaları arasında bu boyun izlərinə rast gəlinir. Hətta bəzi tədqiqatçıların fikrincə, Qacar sülaləsi də Bayat boyundan olmuşdur.
📍Bayındır boyu
24 Oğuz-Türkmən boyundan biridir. (Bax: Rəşidəddin, səh. 35, 36, 41)
Etnik tərkib baxımından Azərbaycan türkləri, Türkmənistan səhrasındakı türkmənlər (Göklən tayfası) və başqaları arasında yer alır. Bayındır tayfası Ağqoyunlu hökmdarlarının mənsub olduğu hakim Oğuz-türk tayfası idi.(Həsənzadə, səh. 75)
Ardı olacaq.
1.
10 Oct, 01:13
+1
📌Dünyada ilk müəllim, Şumer ölkəsinin
Şuruppak şəhər-dövlətinin hökmdarı Ziusudra olub.
"Yaradılış" ("Genezis") eposunun müəllifi. Ziusudra, müqəddəs mətnlərdəki Noah (Nuh) peyğəmbərin prototipidir.
5 oktyabr " Müəllimlər günü" münasibət ilə bütün Azərbaycan müəllimlərini təbrik edirik!
Bütöv Azərbaycan Tarixi olaraq işini şərəflə yerinə yetirən bütün müəllimlərin bayramını təbrik edirik!
Nə yaxşı varsınız, Azərbaycan müəllimii!🇦🇿❤️
#YaşasınAzərbaycanmüəllimləri
Hörmətlə: Bütöv Azərbaycan tarixi kanalı....
☪@MutluTurkum
05 Oct, 01:51
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
+1
📌Dünyada ilk müəllim, Şumer ölkəsinin
Şuruppak şəhər-dövlətinin hökmdarı Ziusudra olub.
"Yaradılış" ("Genezis") eposunun müəllifi. Ziusudra, müqəddəs mətnlərdəki Noah (Nuh) peyğəmbərin prototipidir.
5 oktyabr " Müəllimlər günü" münasibət ilə bütün Azərbaycan müəllimlərini təbrik edirik!
Bütöv Azərbaycan Tarixi olaraq işini şərəflə yerinə yetirən bütün müəllimlərin bayramını təbrik edirik!
Nə yaxşı varsınız, Azərbaycan müəllimii!🇦🇿❤️
#YaşasınAzərbaycanmüəllimləri
Hörmətlə: Bütöv Azərbaycan tarixi kanalı....
☪@MutluTurkum
05 Oct, 01:50
05 Oct, ~01:51
🌍 3 OKTYABR — TÜRK DÜNYASI GÜNÜ
_ NAXÇIVANDAN TÜRK DÜNYASININ ORTAQ GƏLƏCƏYİNƏ
📜 3 oktyabr 2009-cu il — Türk dünyasının müasir tarixində mühüm günlərdən biri.
Həmin gün Azərbaycanın qədim Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən Naxçıvan Sazişi imzalandı. Bu saziş əsasında Türk Şurası yaradıldı və sonradan təşkilat Türk Dövlətləri Təşkilatına çevrildi.
🇦🇿 🇹🇷 🇰🇿 🇰🇬 🇺🇿
Bu gün Türk Dövlətləri Təşkilatı ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platformadır.
🏛️ Türk dünyasının tarixi yalnız keçmişdən ibarət deyil.
Orxon kitabələrindən Qutadğu Biliyə, Mahmud Kaşğaridən Nizami və Nəsimiyə, Əlişir Nəvaidən müasir türk ədəbiyyatına qədər uzanan zəngin irs böyük bir mədəni coğrafiyanın yaddaşını yaşadır.
📚 Ortaq tarix — yaddaşımızdır.
🗣️ Ortaq dil irsi — bağımızdır.
🎭 Ortaq mədəniyyət — sərvətimizdir.
🤝 Əməkdaşlıq — gələcəyə açılan yolumuzdur.
Naxçıvanda imzalanan saziş türk dövlətlərinin müasir dövrdə daha sıx əməkdaşlığı istiqamətində mühüm addım oldu.
🌐 3 Oktyabr bizə xatırladır:
Türk dünyasının gücü yalnız onun keçmişinin böyüklüyündə deyil, ortaq mədəni irsin qorunmasında, dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafında və gələcəyə birlikdə baxa bilməsindədir.
🇦🇿🇹🇷🇰🇿🇰🇬🇺🇿
3 Oktyabr — Türk Dünyası Günü mübarək!
🌿 Ortaq tariximizi qoruyaq, mədəniyyətimizi yaşadaq, gələcəyə birlikdə baxaq!
━━━━━━━━━━━━━━
#3Oktyabr
#TürkDünyasıGünü
#TürkDünyası
#TürkDövlətləriTəşkilatı
#NaxçıvanSazişi
#Azərbaycan
#Türkiyə
#Qazaxıstan
#Qırğızıstan
#Özbəkistan
#TürkDövlətləri
#TürkMədəniyyəti
#TürkTarixi
#OrtaqMədəniyyət
#TürkXalqları
#TürkDünyasıBirliyi
03 Oct, 05:59
