Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
الذهاب إلى القناة على Telegram
• Bütöv Azərbaycan tarixinə dair önəmli bilgilər, sənəd və qaynaqlar • Reklam və Təkliflər üçün 👇 📨Contact: @kzmv_227
إظهار المزيد6 235
المشتركون
+124 ساعات
-117 أيام
+9730 أيام
أرشيف المشاركات
📖 Hazırlaşdığınız Qrupu seçib imtahanlarınıza sürətli hazırlaşın, yeni sınaqların təmiz PDF-lərini, cavablarını və izahlarını əldə edin:
📖 Blok düşmüş suallara, izahlarına, lazımlı pdflərə nəzər yetirmək üçün seçim edin ⬇
Səfəvilər dövründə isə dövlətinin əsas dayağı olan qızılbaş tayfalarının böyük hissəsi Urmuda məskunlaşmışdı. Əfşar (Avşar ) eli də həmin tayfalardan biri idi.
Müasir tədqiqatlar, o cümlədən Nobuaki Kondonun araşdırmaları göstərir ki, Urmiya əfşarları Səfəvi dövlətinin siyasi və hərbi sistemində mühüm yer tutan nüfuzlu bir el olmuşlar. Onlar dövlətlə sıx əlaqələrə malik olmaqla yanaşı, böyük torpaq sahib idilər və siyasi nüfuzları olduqca yüksək idi.
Bu məqam onu göstərir ki, Urmu əfşarlarının gücü Nadir şahın ölümündən sonra birdən-birə yaranmamışdı. Onlar əsrlər boyu bölgənin siyasi həyatında mühüm rol oynamışdılar.
Siyasi tarixdə çox vaxt diqqətdən kənarda qalan məsələlərdən biri də iqtisadiyyatın yerli hakimiyyətlərin formalaşmasındakı roludur.
Urmiya düzü Azərbaycanın ən məhsuldar bölgələrindən biri idi. Burada əkinçilik, bağçılıq və maldarlıq xüsusi inkişaf etmişdi. XVII-XVIII əsrlərə aid Avropa səyyahlarının qeydlərində Urmu geniş bağları, üzüm sahələri və münbit əkin torpaqları ilə zəngin olan bir bölgə kimi yazılmaqdadır.
Bundan əlavə, şəhərin Təbriz, Van və Mosul arasındakı ticarət yolları üzərində yerləşməsi çoxsaylı tacirlərin buradan keçməsinə səbəb olurdu. Kənd təsərrüfatı torpaqlarından alınan vergilər və ticarət yollarına nəzarət yerli hakimlərə mühüm maliyyə imkanları qazandırırdı.
Əslində, Fətəli xan Əfşarın uğur qazanmasının əsas səbəblərindən biri də yalnız tayfa hərbi qüvvəsinə deyil, eyni zamanda güclü iqtisadi resurslara söykənməsi idi.
İndi isə əsas suala qayıdaq:
Niyə Güney Azərbaycanın onlarla şəhəri arasında məhz Urmiya güclü bir xanlığın mərkəzinə çevrilə bildi?
1⃣. Səfəvi və Osmanlı sərhədində strateji mövqe;
mühüm ticarət yolları üzərində yerləşməsi
2⃣Məhsuldar düzənlik və geniş iqtisadi imkanlar,
3⃣. Əfşarlar kimi təşkilatlanmış hərbi qüvvənin mövcudluğu
4⃣. Səfəvi hakimiyyət sistemində əsrlərlə formalaşmış siyasi təcrübə.
Məhz buna görə də Nadir şahın ölümündən sonra bu coğrafiyanın siyasi nizamı dağıldıqda, Urmu bir çox digər bölgələrdən daha hazırlıqlı vəziyyətdə idi və qısa müddətdə müstəqil xanlığın mərkəzinə çevrilə bildi.
✍🏻İstifadə olunan ədəbiyyatlar: Kondo, Nobuaki. "Qizilbash Afterwards: The Afshars in Urmiya from the Seventeenth to the Nineteenth Century." Iranian Studies 55, no. 5 (2022). Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. London: I.B. Tauris, 2012. Floor, Willem. A Safavid Government Institution: The Provincial Administration. Costa Mesa: Mazda Publishers, 2001. Encyclopaedia Iranica, entries: "Afshar," "Azerbaijan," and “Urmia." 🇦🇿🇹🇷Bizi izləyin: t.me/MutluTurkum 2.
📍Urmu ( Urmiya ) xanlığının adı çəkiləndə adətən daha çox Fətəli xan Əfşar, onun Zəndlərlə mübarizəsi və ya XVIII əsr Cənubi Azərbaycanındakı siyasi hadisələrindən danışılmaqdadır. Lakin Urmu xanlığının yaranmasının səbəblərini anlamaq üçün bir qədər geriyə qayıtmaq, əvvəlcədən Urmiyanın tarixinə nəzər salmaq lazımdır.
Qeyd: Biz mənbələrdə daha çox Urmu adının işləndiyini gördüyümüz üçün Urmiya deyil, Urmu yazacağın. Urmiyə ( Urmiyəh ) Pəhləvi ( Palani ) zamanından etibarən məqsədi şəkildə işlənmişdir.Tarixi proseslər göstərir ki, dövlətlər və siyasi hakimiyyətlər adətən siyasi boşluq şəraitində meydana çıxmırlar. Əksinə, onlar uzun müddət ərzində formalaşmış coğrafi, iqtisadi, sosial və mədəni əsaslar üzərində təşəkkül tapırlar. Bir çox hallarda yerli hakimiyyət özlərinin meydana çıxdığı dövlət qurumlarından daha qədim tarixi ənənələrə malikdirlər. Məsələn, Səfəvi dövləti Ərdəbildə formalaşmış Səfəviyyə təriqətinin siyasi davamı kimi meydana çıxmış, Nadir şahın qurduğu dövlət isə böyük ölçüdə Səfəvi dövlətçilik ənənəsinin varisi olmuşdur Urmiya Xanlığı da bu baxımdan istisna deyildi. Əfşarlar Urmuda hakimiyyət qurmazdan əvvəl də bu bölgə Azərbaycanın ən mühüm coğrafi məkanlarından biri hesab olunurdu. Bunun əsas səbəblərindən biri Urmiyanın əlverişli və strateji coğrafi mövqeyə malik olması idi. Şəhər öz adını daşıyan Urmu gölünün qərb sahilində yerləşirdi. Tarix boyu Urmu gölü Azərbaycanın siyasi və iqtisadi coğrafiyasının formalaşmasında mühüm rol oynamışdır. Urmu düzü Zaqros dağlarının ətəklərində, Anadolu, İraq və Azərbaycanın əsas ticarət yollarının kəsişdiyi bir ərazidə yerləşirdi. Buradan Təbrizə, Xoya, Salmasa, Vana, Mosula və hətta Qafqaza gedən yollar uzanırdı. Bu səbəbdən Urmuya nəzarət edən siyasi qüvvə regionun mühüm ticarət yollarına, hərbi keçidlərinə və bölgələrarası əlaqələrinə təsir göstərmək imkanına malik olurdu. Səfəvilər dövründə bu mövqenin əhəmiyyəti daha da artmışdı. Səfəvi və Osmanlı imperiyaları Azərbaycan və Anadolu sərhəd bölgələrinə nəzarət uğrunda dəfələrlə müharibə aparmış, Urmiya isə bu uzunmüddətli qarşıdurmanın əsas məkanlarından biri olmuşdu. Səfəvi-Osmanlı müharibələrinin xəritəsinə baxdıqda görərik ki, bir çox hərbi yürüşlər məhz Urmu ətrafından keçirdi. Beləliklə, XVIII əsrdə mərkəzi hakimiyyət zəifləyəndə Urmiya artıq yerli siyasi güc mərkəzinə çevrilmək üçün lazım olan bütün imkanlara sahib idi: iqtisadi resurslar, müdafiə üstünlükləri və ticarət yollarına çıxış. 🇦🇿🇹🇷Bizi izləyin: t.me/MutluTurkum 1.
📕 Seçim edərək imtahanlarınıza ödənişsiz hazırlaşın, sınaqların cavablı pdflərini, izahlarını, keçid ballarını əldə edin ⬇
📚 İmtahan model cavablı suallara, keçid ballarına nəzər yetirmək üçün seçim edin ⬇
📌Otrar — Türk dünyasının unudulmuş elm və mədəniyyət paytaxtı
Böyük İpək Yolundan danışarkən, çox vaxt insanların ağlına ticarət karvanları gəlir. Halbuki bu gün tarix səhnəsindən silinmiş böyük dövlətlərin (mədəniyyətlərin ) formalaşdığı bir məkan idi İpək yolu.
Bu mədəniyyətlərdən biri də bugünkü Qazaxıstan ərazisində yerləşən qədim Otrar şəhəri idi.
Bir zamanlar bu şəhər Türk dünyasının elm və ticarət mərkəzlərindən biri sayılırdı.
Otrar təkcə ticarət mərkəzi deyil, həm də elm və fəlsəfə ocağı idi. Bu şəhər böyük türk əsilli mütəfəkkir Əbu Nəsr Farabinin vətəni hesab olunur. Həmçinin burada qədim dünyanın ən böyük ikinci kitabxanasının yerləşdiyi, minlərlə kitab və əlyazmaların bu kitabxanada qorunduğu bilinməkdədir.
Otrarın tarixini yenidən oxumaq, Türküstanın qəlbində elm, bilik və mədəniyyət işığını yayan şəhərlərin mövcud olduğu dövrləri xatırlamaq deməkdir.
‼ Hazırlaşdığınız Qrupu seçib imtahanlarınıza sürətli hazırlaşın, Sınaq və imtahan suallarının cavablı təmiz PDF-lərini, videoizahlarını əldə edin. ⤵
Repost from XƏBƏRLƏR l LİVE
🇦🇿🥀 Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından 5 il ötür
Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyevin şəhid olmalarından dörd il ötür.
t.me/xeberlerlive
✅ İmtahan tip cavablı suallara, videoizahlara, lazımlı pdflərə, keçid ballarına nəzər yetirmək üçün seçim edin:
Yok_Olma_Tehlikesi_Karşısında_Halaç_Türkçesi_ve_Ali_Asgar_Cemrâsî’nin.pdf1.17 MB
📌Xələç Türk Ədəbiyatının Əlişir Nəvaisi - Əli Əsgər Cəmrasi ( Fərahani )
Dünyada cəmi 40-50 min insanın danışdığı və yoxolma təhlükəsi altında olan ən qədim türk dilini – Xələc türkcəsini təkbaşına yaşadan bir dilçi tanıyırsınızmı? O, May ayında itirdiyimiz dəyərli dilçilərdən biri, tək başına " Xələc Akedemiyası" quran Əli Əsgər Cəmrasidir.
İndi isə onun qısaca Xələc dili və ədəbiyyatına verdiyi töhfələrdən bəhs edək:
1⃣. Xələc Dilində İlk Nəsr (Düz yazı) yaradıcısı: Xələc türkcəsində əvvəllər sadəcə şifahi xalq ədəbiyyatı və bir neçə folklorik şeir var idi. Cəmrasi bu dildə ilk hekayə, nağıl və elmi mətni yazaraq Xələc nəsrinin əsasını qoymuş, həmçinin İranda xələclərin yaşadığı kəndləri tək-tək dolaşaraq unudulmaqda olan sözləri, nağılları və şifahi xalq ədəbiyyatı nümunələrini yenidən yazıya almışdır.
2⃣. İki Əlifbalı Metodologiya ilə türkoloq və dilçilərin bu dili rahat araşdırması üçün Cəmrasi öz əsərlərini həm Ərəb həm də Latın qrafikası ilə paralel şəkildə nəşr etdirmişdir.
3⃣. Umut Başarın məqaləsinə görə, Cəmrasi internet saytları və sosial media vasitəsilə gənclərə hər gün Xələc dili dərsləri öyrədir, bu dilin zənginliyini yaşatmağa çalışırdı.
4⃣. Yeri gəlmişkən O, Şəhriyarın "Heydərbabaya salam" mənzuməsindən ilhamlanaraq Xələc dilində "Qarşubalukka salam" əsərini yazmışdır. Onun "Süleyman Şah və Qarışqa" adlı Xələc dilinədə yazmış olduğu əsəri 2015-ci ildə Turuz - Dil və Etimologiya Kitabxanası tərəfindən yayımlanmışdır. ( Sayt bağlı olduğundan kitabı paylaşa bilmirik ).
5⃣.Cəmrasinin eyni zamanda "Halaçha Yâdegâri Turkha-yi Bastan" (Qədim Türklərin Yadigarı Xələccə - 2006) və "Helec Ordu" (2012) kimi elmi-tədqiqat xarakterli kitabları da bu dilə verdiyi töhfələri bir daha göstərir.
🗯Bəs Əli Əsgər Cəmrasi niyə Xələc dilinə bu qədər önəm verirdi? Biraz da bu dilin xüsusiyyətlərindən danışaq:
Dilçilik elmində Xələc dili "ən arxaik (əski) canlı türk dili" sayılır. Digər türk dillərində çoxdan itmiş Göytürk dövrünün xüsusiyyətlərini qoruyur. Məsələn:Müasir türkcədə itən qədim "h-" samiti bu dildə hələ də yaşamaqdadır. Ayaq ➡️ Hadaq, İt ➡️ Hışt. Dünyada yeganə türk dilidir ki, saitləri qısa, uzun və ultra-uzun olmaqla üç qrupa bölünür.
Cəmrasi isə bu qədim mirası gələcəyə daşımaqla böyük bir Xələc Dili Akedemiyası yaratdı.
Vurğulayaq ki, Cəmrasi Türkiyə, Azərbaycan və digər ölkələrin türkoloq alimləri ilə sıx əlaqə saxlayaraq, Xələc dilini beynəlxalq elmi konfranslarda gündəmə gətirilməsinə böyük səy göstərmişdir
Türk dünyasınının adına böyük itkidir. Ruhu şad, yolu davamlı olsun. Adının daim yaşanması və yaşadılması diləyi ilə!❤️
🎓 Seçim edərək N1 təhsil kanallarına və qruplarına qoşulun, hər birindən faydalanmağa başlayın. ⤵
📖 İmtahan tipli suallara, izahlarına, keçid ballarına nəzər yetirmək üçün seçim edin, ikinci cəhdə sürətli hazırlaşın ⬇
Azərbaycanın qədim xalçası — “Ədən bağı”,
Tarix: XVIII əsrin əvvəlləri. Hazırda Luvr Muzeyində saxlanılır.
Xalçada Uluqayın (türklərin həyat ağacı) simvolu və oğuz türklərinin Qayı boyunun tamğası təsvir olunmuşdur.
✅ Hazırlaşdığınız Qrupu seçib imtahanlarınıza sürətli hazırlaşın, sınaqların cavablı PDF-lərini, videoizahlarını, keçid ballarını əldə edin. ⤵
✅ İmtahan tipli model cavablı suallara nəzər yetirmək üçün aşağıdakı butonlardan seçim edin ⬇
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
