ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭

Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭

Открыть в Telegram

• Bütöv Azərbaycan tarixinə dair önəmli bilgilər, sənəd və qaynaqlar • Reklam və Təkliflər üçün 👇 📨Contact: @kzmv_227

Больше
5 518
Подписчики
-224 часа
-267 дней
-11930 дней
Архив постов
Paniranistərə görə əgər Əhəməni dili və onların kitabələrinin ingilislər tərəfindən son üç yüz ildə uydurulduğunu qəbul etməsək və ya bu dilin oxşarlıqlarını qədim hindlilərin sanskrit dilindən ayrılması ilə izah etsək, onda farslardan daha çox Əhəməniləri Hindistan qucaratlılarının əcdadları hesab etməliyik. Çünki söz və qrammatik oxşarlıqlar Hindistanın Qucarat bölgəsində müasir fars dilinə nisbətən daha çoxdur. Təbii ki, tədqiqatçılar Hindistanın Qucarat torpağında araşdırma aparmalı və bu hind ləhcəsinin daha çox hansı kənddən köçürüldüyünü müəyyən etməlidirlər. Bununla belə, qucarat və əhəməni dili arasındaki oxşarlığa bir neçə örnək verək. Məsələn: • વિનાશ થઈ ગયા — Vināśa tha'ī gayā ("Vinaş tayi qaya") qucarat dilində "məhv etmək" deməkdir. • Əhəməni dilində "Vinaş yati y" eyni mənanı verir, "Vinaş t h ya" isə "zərər" deməkdir. Əhəməni sözlərinin kökünü araşdırmaq göstərir ki, bu dil hind-qucarat ləhcəsi olub və sözləri bu gün də orada işlədilir. Məsələn: • ફરમાના — (فرمان)fərman — farmānā, əmr • પિતા —(پدر) prdər — pitā, ata • માતા — (مادر)madər — mātā ,ana • સ્થાન — (مح )məhəl — sthān ,yer • દૂર (دور)dur — dūr, uzaq • पूर्व — (سابق)sabiq — pūrv, əvvəlki • નવમી —(نه‌ام) nohom — navamī, doqquzuncu • દરિયો —(دریا) dərya — dariyo, dəniz • દેશો — (کشورها)keşvərha — deśo, ölkələr • નામ —( اسم)esm — nām, ad Daha bir misal, əhəməni rəqəmlərinin hamısı hind mənşəlidir. (Aşağıda göstərdiyimiz mənbədə ( Kitabın 9-cu səhifəsində)) qeyd olunur ki, kitabələrdə cəmi üç rəqəm mövcuddur.) Bəzən sözlər arasında cüzi fərqlər olur. Məsələn, Əhəməni dilində "torpaq" mənasını verən bumim sözü qucarat dilində ભૂમિ — bhūmi, yəni "bhumı" şəklindədir. Yaxud qucarat dilində મૃત્યુ — mṛtyu "ölüm" deməkdir. Əhəməni dilində isə bu söz "həlak olmaq" mənasında işlənir, marta sözü də "ölmüş" kimi tərcümə olunur. Başqa bir nümunə: Əhəməni dilində visa "hamı" deməkdir, qucarat dilində isə ડીસા — dīsā "bir neçə" mənasını verir. Əhəməni dilində baga "tanrı" deməkdir. Qucarat dilində ભગવાન — bhagavān da "tanrı" mənasındadır. Bəzi sözləri də hind mənşəli köklər əsasında araşdırmaq lazımdır. Məsələn, Əhəməni dilində "ay" mənasını verən māhiyā sözü fars dilindəkindən daha çox hind dilindəki māhinā sözünə bənzəyir. Elə indiki fars dilində də ay " mah" (ماه) dəməkdir. Bir çox tərcümələr də yenidən nəzərdən keçirilməlidir. Məsələn, Əhəməni dilində "pis il və quraqlıq" kimi tərcümə olunan dušiyārā sözü əslində qucarat dilindəki તુ શિયાળા — tu śiyāḷā, yəni "qışda" ifadəsi kimi anlaşılmalıdır. Hind dilindəki खोदना — khodnā ("qazmaq") sözü ilə Əhəməni dilində qazıntı mənasında işlənən katan sözü də ortaqdır. Elə indi də fars dilində kəndən (کندن) qazmaq deməkdir. Qucarat dilindəki હું હતી — huṁ hatī ("mən idim") ifadəsi ilə Əhəməni dilindəki āham sözü hər ikisi "olmaq" mənasını verir. Məsələn, qucarat dilində નાક — nāk "burun" deməkdir, Əhəməni dilində isə bu söz nāham şəklindədir. Qucarat dilində ત્રીજો — trījo “üçüncü" deməkdir. Əhəməni dilində isə bu söz tritāmča şəklindədir. Qucarat dilində tamē “sən” deməkdir və Əhəməni dilindəki tūvam sözü ilə müqayisə edilir. ( Fars dilində to تو sən deməkdir) Həmçinin qucarat dilində jīvan "həyat" sözü ilə Əhəməni dilində eyni mənada işlənən jīva sözü arasında oxşarlıq vardır. 📝Qaynaq: Əhəməni sözlərinin mənbəyi: Ralf Norman Şarpın lüğəti. Pazinə nəşriyyatı, 1388-ci il (2009–2010) Mətnin müəllifi: Dr. Rəhim Ağ Bayraq ( Əsgəri)

📌18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür! Bu gün milli kimliyimizin, azadlıq ideyalarının və dövlətçilik iradəsinin bayra
+1
📌18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür! Bu gün milli kimliyimizin, azadlıq ideyalarının və dövlətçilik iradəsinin bayramıdır. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, Vətənimizə daim müstəqillik, sülh və tərəqqi arzulayırıq! 🇦🇿 18 oktyabr müstəqillik günümüzdə, o tarixədək meydanlarda başı yarılan, hələ Sovetlər dövründə belə dissident həyatı yaşamış Əbülfəz Elçibəyin, parlamentdə bir an susmayan istiqlal mücahidləri Nəcəf Nəcəfov, İbrahim İbrahimli, Tofiq Qasımov, Aydın Məmmədov, Dilarə Əliyeva, Məryəm Həsənova, Hicran Kərimli, Ədalət Rəhimli, Şahmərdan Cəfərov və başqalarının ruhları şad olsun, məzarları nurla dolsun! Bütöv Azərbaycan tarixi olaraq müstəqillik uğrunda şəhid olanların, dünyasını dəyişənləri sayğı ilə anır, həyatda olub mövqeyini dəyişməyənlərə, istiqlal ruhunu yaşadanlara isə can sağlığı diləyirik! 28 may və 18 oktyabr ruhu əbədi olsun! Yaşasın Güneyli - Quzeyli Bütöv Azərbaycanımız!🇦🇿
☪@MutluTurkum

📌 Hazırda Azərbaycan tarixinin qədim dövrünün araşdırmacısı, şumerşünas Dr. Rahim Ağbayraqın yuxarıdakı linkdə "Azərbaycanın təqdis olunmuş Cəlayirləri" başlıqlı seminarı baş tutmaqdadır. Qeyd edək ki, Dr. Rahim Əsgərinin silsilə elmi seminarları, hər şənbə Bakı vaxtı ilə saat 10-da keçirilir. Arzu edənlər dəvətlidir! 🇦🇿Bizi izləyin: t.me/MutluTurkum

hey - you should join us for this live room happening now "💠جلایرهای تدهین شده آذربایجان( یاغلی اَر ها)-جلسه ۶۵". https://www.clubhouse.com/i/جلایرهای-تدهین-شده-آذربایجان-یاغلی-ار-ها-جلسه-۶۵/z01jafpt

🔺 Herodotun tarix kitabı 5 cilddən ibarətdir, bəzən isə 9 cild olduğu deyilir. Bu kitabı həmin papirus parçasından bərpa ediblər. İnanırsınızmı ki, cəmi 11 sətirdən ibarət bir papirus parçasından 9 kitab ortaya çıxarıblar? Üstəlik, bu parçanın Herodota aid olub-olmadığı da məlum deyil... Herodotun hekayələri əslində son iki əsrdə ortaya çıxmış, tarixdə heç bir izi olmayan, kimliyi naməlum bir qrupun özünə şəcərə yaratmaq cəhdidir. Hekayəçilər Herodotu papirusun həmin dövrdə və həmin bölgədə ümumiyyətlə geniş yayılmadığı bir dövrə aid edirlər. Halbuki Herodotun hekayələrində yazı yazmaq üçün guya yunan adlandırılan xalqın mal-qara dərisindən istifadə etdiyi, taxta lövhələrdən və mumdan bəhs olunur. Deməli, Herodotun yazıları gil lövhələrə, taxta lövhələrə və ya mal-qara dərisinə yazılmış olmalıdır. HERODOTUN “TARİX” ƏSƏRİ: ƏLYAZMALAR, PAPİRUSLAR VƏ TARİXİ MƏNBƏLƏR Herodotun (e.ə. V əsr) “Tarix” əsəri qədim dünyanın mühüm tarixi mənbələrindən biridir. Əsər sonrakı ellinistik dövrdə doqquz kitaba bölünüb. Bu bölgü Herodotun öz dövründə deyil, daha sonrakı mərhələdə həyata keçirilib. Qədim dövrdə yazı yazmaq üçün papirusdan, heyvan dərisindən, mumla örtülmüş taxta lövhələrdən və digər materiallardan istifadə olunurdu. Herodotun əsərinin ilkin olaraq hansı materiallar üzərində yazıldığı dəqiq məlum deyil. Bu gün əlimizdə olan papirus parçaları isə əsərin bütöv nüsxəsi deyil, onun ayrı-ayrı hissələridir. Burada əsas sual budur: Qədim dövrə aid tarixi mənbələr bizə hansı formada gəlib çatıb, onların mətnləri necə qorunub saxlanılıb və sonrakı dövrlərdə necə köçürülüb? Tarixi məlumatları qiymətləndirərkən irəli sürülən iddiaları mövcud əlyazmalar, arxeoloji tapıntılar və elmi araşdırmalarla müqayisə etmək vacibdir. Herodotun verdiyi məlumatların etibarlılığı da məhz bu cür tənqidi yanaşma əsasında araşdırılmalıdır. Mənbələr 1. Encyclopaedia Iranica — “Herodotus: Introduction to the Histories” 2. *British Library* — Herodotun V kitabından parçaları ehtiva edən Papyrus 1109 kataloqu 3. *Herodotus Helpline* — Herodotun istifadə etdiyi yazı materialları haqqında Anna Willinin araşdırması #Herodot #Tarix #QədimDünya #Papirus #TarixiMənbələr #Əlyazmalar #Arxeologiya #TarixiAraşdırma

📌Teymərə tamğaları haqqında araşdırma (I hissə) 1⃣. İlk əvvəl Tamğa nədir sualı ilə başlayaq. Təmğa / damğa türk mənşəli söz olub, möhür və ya nişan mənasını verir. Tamğalar türk tayfa və boylarının qədim əcdadlarından gələn inancları, əfsanələri, tarixçələri və dünyagörüşləri ilə bağlı olmuşdur. Tamğalar türk boyları arasında xüsusi əhəmiyyət daşıyırdı. Məsələn, 24 Oğuz boyunun hər birinin özünəməxsus tamğası var idi. 2⃣. Tamğaların istifadəsi nə kimi əhəmiyyət daşıyırdı? Bir tayfanın digər tayfalardan fərqləndirilməsi üçün; Tamğaların sikkələrin üzərinə vurulması yolu ilə dövlət və tayfaların kimliyinin müəyyənləşdirilməsi üçün; Qəbir daşları, müqəddəs məkanlar, tikililər və qayalar üzərində tamğaların həkk olunması ilə tayfa mənsubiyyətinin göstərilməsi üçün; Xalça, kilim və digər sənət əsərlərində tamğalardan istifadə etməklə bədii nümunələrin yaradılması üçün; 3⃣. Teymərə harada yerləşir? Teymərə Luristan, Mərkəzi və İsfahan olmaqla üç ostan ərazisində yerləşən qədim bir bölgədir. İlk dəfə Teymərə təmğalarını Dr. Məhəmməd Nasiri Fərd aşkar etmişdir. O, arxeoloq, qayaüstü təsvirlər üzrə tədqiqatçı olub, Malayziyanın Lidon Universitetində sənət arxeologiyası üzrə doktorluq dərəcəsi almışdır və hazırda universitetdə professor vəzifəsində çalışır. 4⃣. Teymərədə hansı Oğuz boylarının təmğaları aşkar edilib? 1. İmur / İmir 2. Bayat / Bayat 3.Bayındır 4. Salur / Salğur 5. Qayı Teymərədəki türk mifoloji nişanlar və təmğalar e.ə. I minillikdən e.ə. IX minilliyə qədər, yəni təxminən 11 min il əvvələ aid olduğu iddia edilir. Bunlar Azərbaycandakı Kür-Araz sivilizasiyasına aid edilir və 4–5 min ildən artıq tarixə malikdir. 5⃣. Teymərədə tamğaları aşkar edilmiş Oğuz boyları haqqında qısa məlumat verək: 📍İmur / İmir boyu 24 Oğuz-Türkmən boyundan biridir. Fəzlullah Rəşidədinin Came- Ət Təvarix kitabında onlardan bəhs edir. (Rəşidəddin, səh. 35, 36, 42) Etnik tərkib baxımından Türkmənistan səhrasındakı türkmənlər (Yomut tayfası), Qaşqay türkləri və başqaları arasında bu boyun izlərinə rast gəlinməkdədir. 📍Bayat boyu 24 Oğuz-Türkmən boyundan biridir. (Bax: Rəşidəddin, səh. 35, 36, 39) Etnik tərkib baxımından Azərbaycan türkləri, Türkmənistan səhrasındakı türkmənlər (Göklən tayfası) və başqaları arasında bu boyun izlərinə rast gəlinir. Hətta bəzi tədqiqatçıların fikrincə, Qacar sülaləsi də Bayat boyundan olmuşdur. 📍Bayındır boyu 24 Oğuz-Türkmən boyundan biridir. (Bax: Rəşidəddin, səh. 35, 36, 41) Etnik tərkib baxımından Azərbaycan türkləri, Türkmənistan səhrasındakı türkmənlər (Göklən tayfası) və başqaları arasında yer alır. Bayındır tayfası Ağqoyunlu hökmdarlarının mənsub olduğu hakim Oğuz-türk tayfası idi.(Həsənzadə, səh. 75) Ardı olacaq. 1.

📌Dünyada ilk müəllim, Şumer ölkəsinin Şuruppak şəhər-dövlətinin hökmdarı Ziusudra olub. "Yaradılış" ("Genezis") eposunun müə
+1
📌Dünyada ilk müəllim, Şumer ölkəsinin Şuruppak şəhər-dövlətinin hökmdarı Ziusudra olub. "Yaradılış" ("Genezis") eposunun müəllifi. Ziusudra, müqəddəs mətnlərdəki Noah (Nuh) peyğəmbərin prototipidir. 5 oktyabr " Müəllimlər günü" münasibət ilə bütün Azərbaycan müəllimlərini təbrik edirik! Bütöv Azərbaycan Tarixi olaraq işini şərəflə yerinə yetirən bütün müəllimlərin bayramını təbrik edirik! Nə yaxşı varsınız, Azərbaycan müəllimii!🇦🇿❤️ #YaşasınAzərbaycanmüəllimləri Hörmətlə: Bütöv Azərbaycan tarixi kanalı....
☪@MutluTurkum

📌Dünyada ilk müəllim, Şumer ölkəsinin Şuruppak şəhər-dövlətinin hökmdarı Ziusudra olub. "Yaradılış" ("Genezis") eposunun müə
+1
📌Dünyada ilk müəllim, Şumer ölkəsinin Şuruppak şəhər-dövlətinin hökmdarı Ziusudra olub. "Yaradılış" ("Genezis") eposunun müəllifi. Ziusudra, müqəddəs mətnlərdəki Noah (Nuh) peyğəmbərin prototipidir. 5 oktyabr " Müəllimlər günü" münasibət ilə bütün Azərbaycan müəllimlərini təbrik edirik! Bütöv Azərbaycan Tarixi olaraq işini şərəflə yerinə yetirən bütün müəllimlərin bayramını təbrik edirik! Nə yaxşı varsınız, Azərbaycan müəllimii!🇦🇿❤️ #YaşasınAzərbaycanmüəllimləri Hörmətlə: Bütöv Azərbaycan tarixi kanalı....
☪@MutluTurkum

🌍 3 OKTYABR — TÜRK DÜNYASI GÜNÜ _ NAXÇIVANDAN TÜRK DÜNYASININ ORTAQ GƏLƏCƏYİNƏ 📜 3 oktyabr 2009-cu il — Türk dünyasının müasir tarixində mühüm günlərdən biri. Həmin gün Azərbaycanın qədim Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən Naxçıvan Sazişi imzalandı. Bu saziş əsasında Türk Şurası yaradıldı və sonradan təşkilat Türk Dövlətləri Təşkilatına çevrildi. 🇦🇿 🇹🇷 🇰🇿 🇰🇬 🇺🇿 Bu gün Türk Dövlətləri Təşkilatı ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platformadır. 🏛️ Türk dünyasının tarixi yalnız keçmişdən ibarət deyil. Orxon kitabələrindən Qutadğu Biliyə, Mahmud Kaşğaridən Nizami və Nəsimiyə, Əlişir Nəvaidən müasir türk ədəbiyyatına qədər uzanan zəngin irs böyük bir mədəni coğrafiyanın yaddaşını yaşadır. 📚 Ortaq tarix — yaddaşımızdır. 🗣️ Ortaq dil irsi — bağımızdır. 🎭 Ortaq mədəniyyət — sərvətimizdir. 🤝 Əməkdaşlıq — gələcəyə açılan yolumuzdur. Naxçıvanda imzalanan saziş türk dövlətlərinin müasir dövrdə daha sıx əməkdaşlığı istiqamətində mühüm addım oldu. 🌐 3 Oktyabr bizə xatırladır: Türk dünyasının gücü yalnız onun keçmişinin böyüklüyündə deyil, ortaq mədəni irsin qorunmasında, dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafında və gələcəyə birlikdə baxa bilməsindədir. 🇦🇿🇹🇷🇰🇿🇰🇬🇺🇿 3 Oktyabr — Türk Dünyası Günü mübarək! 🌿 Ortaq tariximizi qoruyaq, mədəniyyətimizi yaşadaq, gələcəyə birlikdə baxaq! ━━━━━━━━━━━━━━ #3Oktyabr #TürkDünyasıGünü #TürkDünyası #TürkDövlətləriTəşkilatı #NaxçıvanSazişi #Azərbaycan #Türkiyə #Qazaxıstan #Qırğızıstan #Özbəkistan #TürkDövlətləri #TürkMədəniyyəti #TürkTarixi #OrtaqMədəniyyət #TürkXalqları #TürkDünyasıBirliyi

📌Türk ədəbiyyatı və mədəni irsinin ən qiymətli əsərlərindən 1️⃣0️⃣ - u təqdim edirik 1️⃣. "Divanü Lüğət-it-Türk"dən əvvəl yazılmış "Qutadğu Bilig" (Qutadqu Bilig) — mənası "səadət kitabı" deməkdir və bu kitab " Türklərin Şahnaməsi" kimi tanınır. Çin türklərindən olan IV əsr filosofu Yusif Xas Hacib tərəfindən 6645 beytdə, mədəniyyət və dövlətçilik mövzusunda qələmə alınmışdır. Əsər qədim uyğur türkcəsində yazılmışdır. Bu əsəri siyasi sosiologiyanın əsas mənbələrindən biri, yaxud "Siyasətnamə" kitabı da adlandırmaq olar. 2️⃣. "Divanü Lüğət-it-Türk" — böyük alim Mahmud Kaşğari tərəfindən (1072–1074-cü illər, 466 h.q.) ərəblərə türk dilini öyrətmək məqsədilə hazırlanmışdır. Əsərdə türklərin tarixi, folkloru, mifologiyası, coğrafiyası, etnoqrafiyası, İslamdan əvvəlki və sonrakı ədəbiyyatı, türklərin dünyadakı yayılmasını göstərən xəritə, türk dilinin qaydaları, müxtəlif dialektlər və s. haqqında məlumat verilir. Bu lüğət 8 cilddən ibarət yazılmış və ən qədim lüğətlərdən biri hesab olunur. 3️⃣. "Oğuznamə" və ya "Türkmənlərin şəcərəsi" — Əbülqazi Bahadır xan tərəfindən Rəşidəddin Fəzlullah Həmədaninin "Cami ət-Təvarix" əsərindəki məlumatlardan istifadə edilərək yazılmışdır. Əsərdə Oğuz xanın 24 oğuz boyu, onların törəmələri və məskunlaşdıqları yerlər haqqında məlumat verilir. 4️⃣. "Dədə Qorqud" — Oğuz türklərin dəyərli salnaməsi olaraq XV əsrdə yazıya alınmışdır. Bu böyük şəxsiyyətin məzarı Qorqud bölgəsində — Qazaxıstanın Qızılorda vilayətinin Qazalı ərazisində yerləşir. Əsərin əsasında 12 boy dayanır. UNESCO 1998-ci ili "Dədə Qorqud ili" elan etmiş, 2000-ci ildə isə bu əsərin 1300 illiyi Bakı və Zəncanda qeyd edilmişdir. 5️⃣. "Nəhcül-Fəradis" — Mahmud ibn Əlinin əsəridir. 1342-ci ildə (VIII əsr) din, əxlaq və möcüzələr mövzusunda orta türk dilində, Xarəzm türkcəsi ləhcəsində (Kaşğari, qıpçaq və oğuz türkcələrinin qarışığı) yazılmışdır. 6️⃣. "Məhəbbətnamə" — Xarəzminin əsəridir. 731-ci hicri ilində məsnəvi formasında yazılmış və 11 məktubdan ibarətdir. Əsər Altın Orda əmiri tərəfindən Məhəmməd Xocaya müraciətlə yazdırılmışdır. "Məhəbbətnamə" Misirdə də geniş şöhrət qazanmışdır. 7️⃣. "Səhahül-Əcəm" — farscadan türkcəyə lüğət olub, Hinduşah ibn Səncər Sahib Naxçıvani tərəfindən yazılmışdır. İki cilddən ibarət olan bu əsərdə ümumilikdə təxminən 16 min söz yer alır və şeir nümunələrindən istifadə edilməyib. Lüğətin xüsusiyyətlərindən biri fars dilinin yeni başlayan türkdilli şəxslər üçün qrammatikasını da təqdim etməsidir. Müəllif əsəri fars dilini öyrənənlərə hədiyyə olaraq təqdim etmiş və ona “Töhfətül-Üşşaq” adını da vermişdir. 8️⃣. "Ətəbətül-Həqayiq" — XII əsrdə şair və ədib Əhməd Yüknəki tərəfindən yazılmışdır və 14 fəsildən ibarətdir. Əsər Qaraxanlıların böyük şəxsiyyətlərindən olan sərkərdə Məhəmməd Dad İsfahanə təqdim edilmişdir. Kitabda əxlaq, insanlıq və nəsihət mövzularına xüsusi diqqət yetirilir və hədislərdən istifadə olunur. 9️⃣. "Divani-Hikmət" — Xoca Əhməd Yəsəvi (Türküstan piri) tərəfindən yazılmışdır. O, 562-ci hicri ilində vəfat etmişdir. Əsərdəki bəzi beytlər Əttar tərəfindən "Məntiqüt-Teyr" əsərində fars dilinə çevrilmişdir. 🔟. " Cəvahirün-Nəhv fi Lüğatit-Türk" — böyük alim Mahmud Kaşğarinin əsəridir. 📚 Mənbələr: 1. Mahmud Kaşğari, Divanü Lüğət-it-Türk, Dr. Məhəmmədzadə Sadiqin tərcüməsi, Əxtər nəşriyyatı. 2. Əbülqazi Bahadır xan, Türkmənlərin şəcərəsi (Oğuznamə), Pınar nəşriyyatı, 1384. 3. Əbdüləli Kərəng, Dədə Qorqud kitabı. 4. UNESCO, 1996-cı ildən etibarən UNESCO-nun iştirak etdiyi yubiley tədbirləri. 5. Qutadğu Bilig, Azərbaycan dilinə tərcümə: Məhəmməd Sadiq Naibi. 6. Səhahül-Əcəm, farscadan türkcəyə lüğət, Hinduşah ibn Səncər Sahib Naxçıvani; Dr. Qulam Hüseyn Beygdilinin tərcümə və redaktəsi. 7. Türkmən Bayrağı Ensiklopediyası, 1378.

✴️ Məhəmməd Əmin Rəsulzadənin Atatürk haqqında fikri “Qardaş Türkiyə dövlət xadimlərinin və xalqının tarixi uğuru münasibətil
✴️ Məhəmməd Əmin Rəsulzadənin Atatürk haqqında fikri “Qardaş Türkiyə dövlət xadimlərinin və xalqının tarixi uğuru münasibətilə, başında milli və dövlət mənafelərinin keşiyində duran nüfuzlu bir şəxsiyyət Atatürk olduğu halda, biz azərbaycanlıların dərin sevincimizi ifadə etməyimizə ehtiyac varmı?” Mənbə: Qurtuluş qəzeti, Berlin, il 4, say 28, 1937. “O, Atatürk, Şərqin XX əsrində və Qərbin XIX əsrində, Amerika üsyan içində olduğu, Fransa isə inqilab etdiyi bir dövrdə bu tarixi işi – Türkiyə Cümhuriyyətini qurmağın zərurətini gördü. Mustafa Kamalın böyüklüyü, əslində, bu tarixi zərurəti dərk etməsində idi. Bununla yanaşı, o, türk millətçilərinin (türkçülərin) əzəmətli lideri və həm də Şərqin qurtuluşunun simvoludur.” Mənbə: Qurtuluş – Şərq Simvolu, Ankara, il 2, say 8–9, noyabr–dekabr 1953. #MəhəmmədƏminRəsulzadə #Atatürk #MustafaKamal #Türkiyə #Azərbaycan #Türkçülük #Cümhuriyyət #Qurtuluş

Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün🇦🇿🥀 Bu gün Vətən mübaribəsinin başlamasından 5 il ötür. Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizi Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik! Vətən bağı al- əlvandır, Var içində Xarı Bülbül Hörmətlə: Bütöv Azərbaycan Tarixi kanalı
🇦🇿@MutluTurkum

📜 Arxeoloqlar Türkiyənin mərkəzində yerləşən Hattuşa şəhərində (Hittit imperiyasının qədim paytaxtı) apardıqları qazıntılar zamanı Qadeş sülh müqaviləsinə aid yeni mixi yazılı gil lövhə parçası aşkar ediblər. Tarixçilərin araşdırmasına görə, bu fraqment təxminən 3200 il əvvəl tərtib olunmuş müqavilənin Hittit nüsxəsinə məxsusdur. 📚 Tarixi əhəmiyyəti - Tarix: e.ə. 1258 -ci il - Tərəflər: III Hattuşili və II Ramzes - Məzmun: Kadeş döyüşündən sonra bağlanmış sülh və qarşılıqlı yardım sazişi Bu sənəd bərabərhüquqlu dövlətlər arasında bağlanmış dünyanın ən qədim yazılı beynəlxalq sülh müqaviləsi kimi tanınır. Onun nüsxəsi bu gün BMT-nin Nyu-York qərargahında sülhün rəmzi olaraq nümayiş etdirilir. Yeni gil lövhə nəyi açıqlayır? Tədqiqatçılar bildirirlər ki, lövhə müqavilənin 12–20-ci maddələrinə aiddir. Burada: - qaçqınların geri qaytarılması, - sığınan insanların hüquqları, - ev və əmlaklarının qorunması kimi müddəalar yer alır. Bu da göstərir ki, müqavilə yalnız hökmdarlar arasında deyil, adi insanların hüquqlarını da nəzərə alırdı. ✍🏻Qeyd : Orijinal müqavilə gümüş lövhələr üzərində yazılmışdı, lakin günümüzə çatmayıb. Bu gün məlum olan mətnlər Hattuşada tapılmış Akkad dilində mixi yazılı gil lövhələrdən və Misirdə məbəd divarlarına həkk olunmuş heroqlif mətnlərindən ibarətdir. #QadeşMüqaviləsi #Hattuşa #Hittit #Arxeologiya #QədimAnadolu #MixiYazı #Tarix #UNESCO

📌QADEŞ ( Kadeş ) MÜQAVİLƏSİ — Dünyanın ən qədim yazılı sülh sazişi
+2
📌QADEŞ ( Kadeş ) MÜQAVİLƏSİ — Dünyanın ən qədim yazılı sülh sazişi