DOST Agentliyi
Открыть в Telegram
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) rəsmi teleqram kanalı
Больше1 247
Подписчики
-224 часа
-17 дней
-1430 дней
Архив постов
1 247
+9
Xidmətinizdəyik! 😊
Çağrı mərkəzi: ☎️142
#ƏƏSMN #DOST #DOSTAgentliyi #xidmətinizdəyik
1 247
20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günüdür!
#DOSTAgentliyi #20Sentyabr #ŞəhərGünləri
1 247
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşıb.
➡️ https://www.facebook.com/share/r/19G9kHK7vc/
1 247
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.
➡️ https://www.facebook.com/share/p/19moGC28qE/
1 247
🇦🇿 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür!
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpası təmin edildi və dövlətçilik tariximizin mühüm səhifələrindən biri kimi xalqımızın yaddaşına yazıldı.
#DOSTAgentliyi #20Sentyabr #DövlətSuverenliyiGünü
1 247
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.
➡️ https://www.facebook.com/share/p/1DcVM1Kh7u/?mibextid=wwXIfr
1 247
"DOST Çağrı Mərkəzi 142" tərəfindən bu ilin yanvar-avqust ayları ərzində ərzində 940 minə yaxın zəng cavablandırılıb. Bu barədə qurumun fəaliyyəti ilə bağlı keçirilən iclasda bildirilib.
Onlayn formatda baş tutan görüşdə Çağrı Mərkəzinin hesabat dövrü ərzində fəaliyyətini özündə əks etdirən təqdimat nümayiş olunub və görülən işlər barədə məlumat verilib.
↪️ https://dost.gov.az/news/1600
#ƏƏSMN #DOSTAgentliyi #142ÇağrıMərkəzi
1 247
+4
Nazir müavini Hidayət Abdullayev 📍 Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edib.
✅ Vətəndaşların məşğulluq, əlillik, pensiya, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciətləri cavablandırılıb və müvafiq məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
➡️ https://dost.gov.az/news/1599
#ƏƏSMN #VətəndaşQəbulu
1 247
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Onlayn formatda baş tutan görüşdə qurumun gündəliyində duran cari məsələlər müzakirə olunub.
↪️ https://dost.gov.az/news/1598
#ƏƏSMN #DOSTAgentliyi
1 247
18 Sentyabr - Milli Musiqi Günüdür! 🎼
Azərbaycan musiqisi milli-mədəni irsimizin mühüm tərkib hissəsi, xalqımızın zəngin tarixini, duyğularını və mənəvi dəyərlərini əks etdirən sənət xəzinəsidir.
#DOSTAgentliyi #18Sentyabr #MilliMusiqiGünü
1 247
+6
Ölkəmizdə səfərdə olan Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin “Enerji sektorunda qadınların liderliyi” proqramının iştirakçıları DOST Agentliyini ziyarət ediblər.
Səfərin məqsədi layihələrin idarə olunması, süni intellekt, rəqəmsallaşma və innovativ idarəetmə sahəsində iştirakçıların bilik və bacarıqlarını artırmaq, müasir idarəetmə alətlərinin tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparmaqdır.
↪️ https://dost.gov.az/news/1597
#ƏƏSMN #DOSTAgentliyi #DOSTMərkəzi #DOSTxidmətləri
1 247
Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində təşkil olunan ”AI4DOST Sosial Mükafatı 2026” beynəlxalq müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.
DOST Agentliyi tərəfindən keçirilən müsabiqəyə ümumilikdə 84 müraciət daxil olub. Müraciətlərin 32-si beynəlxalq, 52-si isə milli istiqamət üzrə qeydə alınıb. Aparılan təhlillərin nəticələrinə əsasən, ümumilikdə 32 layihə ilkin qiymətləndirmə mərhələsinə vəsiqə qazanıb.
↪️ https://dost.gov.az/news/1596
#ƏƏSMN #DOSTAgentliyi #SOCGOV2026
1 247
Eksperti tanıyın | Corciya Çimbani (Linkedin - Georgia C.) 🇪🇺
Avropa Sosial Şəbəkəsinin İdarə Heyəti sədrinin müavini
SOCGOV 2026-nın spikeri
Sosial qayğı sahəsindəki 27 ildən çox fəaliyyəti dövründə Corciya Çimbani, icmaların və insanların həyatında müsbət dəyişikliklərə nail olmaq üçün elmi tədqiqatla praktikanın vəhdətini vacib hesab edir. Bərabərlik, inklüzivlik və icmaların inkişafı onun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.💡
***
Meet the Expert | Georgia Chimbani 🇪🇺
Vice-Chair of the Board of the European Social Network
Speaker at SOCGOV 2026
Throughout her career, spanning over 27 years in social care organisations, she has been a strong advocate for practitioner led research and practice to deliver positive outcomes for people and communities. She is passionate about the promotion of equality, non-discriminatory practice, and empowerment of communitie.💡
#SOCGOV2026 #MeetTheExpert #MLSPP #DOSTAgency #AI
1 247
+8
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində DOST Agentliyində “Şəhər infrastrukturunda müyəssərlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, eləcə də ekspertlər iştirak ediblər.
Tədbir çərçivəsində şəhər infrastrukturunda mövcud çağırışlar, müyəssər və inklüziv mühitin formalaşdırılması, eləcə də bu istiqamətdə dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq imkanları müzakirə olunub.
↪️ https://dost.gov.az/news/1595
#ƏƏSMN #DOSTAgentliyi #ŞəhərsalmavəMemarlıqİli #MüyəssərŞəhər
1 247
⏰ “Sosial saat”ın budəfəki qonağı “DOST Çağrı Mərkəzi 142”nin Xidmətlərin təşkili və təkmilləşdirilməsi departamentinin müdirinin müavini Arzu Əlizadədir.
ℹ️ 17 sentyabr saat 11:30-da DOST TV-də canlı yayımlanacaq verilişdə ""DOST Çağrı Mərkəzi 142"nin fəaliyyətinin təkmilləşdirilməsi və inkişaf perspektivləri" mövzusu ətrafında danışılacaq, həmçinin sizi maraqlandıran suallar cavablandırılacaq.
Kanala keçid linki:
👉 https://www.youtube.com/@dostmediatv
#ƏƏSMN #DostTV #DOSTÇağrıMərkəzi142 #SosialSaat
1 247
+9
Ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın Əmək və Məşğulluq Agentliyinin direktoru İvan Barbaliçin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyini ziyarət edib.
Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Daha sonra keçirilən görüşdə nümayəndə heyəti üçün DOST xidmətləri və ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri barədə təqdimatlar edilib.
Görüş zamanı ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
↪️ https://dost.gov.az/news/1594
#ƏƏSMN #DOSTAgentliyi #DOSTMərkəzi #DOSTxidmətləri
1 247
Şəxs əmək pensiyası təyin edilərkən sosial sığorta stajını təsdiq edən sənədləri tam şəkildə təqdim etmədikdə və sonradan həmin sənədləri təqdim etdikdə, yaşa görə əmək pensiyaçısının pensiya təyin olunduqdan sonra 72 ay sosial sığorta stajı yarandıqda və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə əmək pensiyasının yenidən hesablanması üçün müraciət edə bilər. ✅
#ƏƏSMN #DOSTAgentliyi #DSMF #142ÇağrıMərkəzi #pensiya
1 247
❗️❗️ Nazir Anar Əliyev 📍 Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar 15-17 sentyabr tarixlərində Nazirliyə rəsmi şəkildə 📧 info@sosial.gov.az elektron ünvanı və ya 📩 ️poçt vasitəsilə müraciət edərək, yaxud ☎️ “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
➡️ https://dost.gov.az/news/1593
#ƏƏSMN #VətəndaşQəbulu
1 247
📚 15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagird və tələbələri təbrik edir, onlara təhsildə uğurlar, yeni biliklər və parlaq nailiyyətlər arzulayırıq!
#DOSTAgentliyi #15Sentyabr #BilikGünü
1 247
Əlçatan dayanacaq — əlilliyi olan şəxslərin, xüsusilə əlil arabası istifadəçilərinin, eləcə də yaşlıların və digər şəxslərin ictimai nəqliyyatdan rahat, təhlükəsiz və müstəqil istifadə edə bilməsi üçün uyğunlaşdırılmış dayanacaqdır.
Əsas xüsusiyyətləri:
♿ Pilləsiz və maneəsiz giriş
🚌 Avtobusa rahat minmək və düşmək üçün uyğun səki hündürlüyü
🦯 Görmə məhdudiyyətli şəxslər üçün taktil döşəmələr
🔊 Lazım olduqda səsli məlumatlandırma
📍 Marşrut və dayanacaq haqqında aydın və oxunaqlı məlumat
🪑 Rahat oturacaq və kifayət qədər hərəkət sahəsi
🌧️ Günəş və yağışdan qoruyan örtük
♿ Əlil arabasının yerləşməsi üçün kifayət qədər boş sahə
Unutmayaq, əlçatan şəhər hər kəs üçün rahat və bərabər imkanlar deməkdir!
#DOSTAgentliyi #MüyəssərŞəhər #ŞəhərsalmavəMemarlıqİli #İnklüzivCəmiyyət
