es
Feedback
DOST Agentliyi

DOST Agentliyi

Ir al canal en Telegram

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) rəsmi teleqram kanalı

Mostrar más
1 261
Suscriptores
-124 horas
-57 días
+1430 días
Archivo de publicaciones
🏢 Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xidmətlər də göstəri
🏢 Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xidmətlər də göstərilir. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs DOST məntəqəsindəki yüksək sürətli internetlə təmin olunan özünəxidmət masalarında sosial yardımın alınması üçün müraciət edə bilər. ✅ Ünvanlı dövlət sosial yardımın təyin edilməsi sahəsində göstərilən xidmətlərlə bağlı ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz. 🔗 https://dost.gov.az/services/targeted-state-social-assistance/?kt=27 📍 Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi 🗓️ Bazar ertəsi - cümə: 09:00-18:00 #ƏƏSMN #DOSTAgentliyi #QarabağRegionalDOSTMərkəzi #əlillik #BöyükQayıdış

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi şöbəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil
+9
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi şöbəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə “Şuşada bir gün” adlı tədbir keçirilib. ℹ️ Tədbir çərçivəsində həssas kateqoriyalardan olan uşaq və gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Üzeyir Hacıbəylinin ev-muzeyinə və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına ekskursiya, Şuşa şəhərinin mərkəzi meydanı ilə tanışlıq məqsədilə infotur da təşkil edilib. Sonda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim olunub. ➡️ https://dost.gov.az/news/1580 #ƏƏSMN #DOSTAgentliyi #DİİYM #RİİB #İnklüzivCəmiyyət

photo content

💜 “Könüllü DOST” proqramına bu ilin yanvar-iyul aylarında 23 min müraciət olub, 881 şəxs proqrama cəlb olunub. ℹ️ Könüllülər
💜 “Könüllü DOST” proqramına bu ilin yanvar-iyul aylarında 23 min müraciət olub, 881 şəxs proqrama cəlb olunub. ℹ️ Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir. ➡️ https://dost.gov.az/news/1579 #ƏƏSMN #DOSTagentliyi #KönüllüDOST #SosialGöstəricilər

26 Avqust - Laçın Şəhəri Günüdür. Qədim tariximizin və zəngin mədəniyyətimizin beşiklərindən olan Laçında artıq doğma nəfəs,
26 Avqust - Laçın Şəhəri Günüdür. Qədim tariximizin və zəngin mədəniyyətimizin beşiklərindən olan Laçında artıq doğma nəfəs, yeni həyat var. #DOSTAgentliyi #26avqust #Laçın

Elxan Elman oğlu Mütəllimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin Satınalmalar və təmi
Elxan Elman oğlu Mütəllimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin Satınalmalar və təminat departamentinin müdiri təyin edilib. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bu barədə əmr imzalayıb. Elxan Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində “Menecment” ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində “Maliyyə bazarları” ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayan E.Mütəllimov 2018-2022-ci illərdə özəl sektorda, 2022–2023-cü illərdə DOST Agentliyində, 2023–2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb. #ƏƏSMN #DOSTAgentliyi #YeniTəyinat

Latviya Respublikasının nümayəndə heyəti DOST Agentliyini ziyarət edib. Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə
+8
Latviya Respublikasının nümayəndə heyəti DOST Agentliyini ziyarət edib. Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və yaradılan şəraitlə tanış olublar. ↪️ https://dost.gov.az/news/1577 #ƏƏSMN #DOSTAgentliyi #DOSTMərkəzi

📣 Bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Beləliklə, bu ayın bütün sosial ödəniş
📣 Bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Beləliklə, bu ayın bütün sosial ödənişləri başa çatdırılıb. ℹ️ Bundan əvvəl iyulun 14-də 📍 Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib. #ƏƏSMN #DSMF #DOSTAgentliyi #ÖdənişlərYekunlaşdı

Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə qəbul tarixindən asılı olmayaraq, adətən məktəblərdə yay tətili dövründə verilir. İşəgötürənin razılığı ilə məzuniyyət tədris ili ərzində də verilə bilər. ✅ #ƏƏSMN #DOSTAgentliyi #142ÇağrıMərkəzi

Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər xidmət məntəqəsinin açılışından 1 il ötür. 🎉 Bu müddət ərzində məntəqədə 384 vətən
Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər xidmət məntəqəsinin açılışından 1 il ötür. 🎉 Bu müddət ərzində məntəqədə 384 vətəndaşa xidmət göstərilib. DOST mərkəzlərində xidmətlərdən vətəndaş məmnunluğu isə 98,9 faizdir. #ƏƏSMN #DOSTAgentliyi #DOSTXidmətMəntəqəsi #DOSTxidmətləri #Kəlbəcər

Будущее государственного управления: искусственный интеллект или человек❓ SOCGOV 2026 — международная платформа для поиска ответов, обсуждения новых подходов и инновационных решений. #DOST #SOCGOV #SOCGOV2026

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. ℹ️ Tədbirdə digər əməkdaşlıq sənədləri ilə yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” də mübadilə edilib. ➡️ https://president.az/az/articles/view/73327

Xidmətinizdəyik! 😊 Çağrı mərkəzi: ☎️142 #ƏƏSMN #DOST #DOSTAgentliyi #xidmətinizdəyik
+8
Xidmətinizdəyik! 😊 Çağrı mərkəzi: ☎️142 #ƏƏSMN #DOST #DOSTAgentliyi #xidmətinizdəyik

📍 Naxçıvan Regional DOST Mərkəzinin binası müasir memarlıq üslubu və dizaynı baxımından Naxçıvanın diqqətçəkən sosial obyektlərindən biridir. 💠 Modern və konstruktiv elementlərdən istifadə edilərək neoklassik üslubda layihələndirilən bina mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir. Ümumi tikinti sahəsi 3454 m² olan 3 mərtəbəli Mərkəzdə 117 işçi və 50 könüllü fəaliyyət göstərir. #ƏƏSMN #DOSTagentliyi #ŞəhərsalmaVəMemarlıqİli

Public Administration of the Future: AI or the Human Factor❓ SOCGOV 2026 — an international platform for exploring answers, discussing new approaches and sharing innovative solutions. #DOST #SOCGOV #SOCGOV2026

Koxlear implant nədir❓ 🦻 Koxlear implant eşitmə məhdudiyyəti olan şəxslər üçün nəzərdə tutulmuş yüksək texnologiyalı elektron tibbi cihazdır. Eşitmə cihazından fərqli olaraq o səsi sadəcə gücləndirmir, səs siqnallarını elektrik impulslarına çevirərək birbaşa eşitmə sinirini stimullaşdırır və beynin səsləri qəbul etməsinə kömək edir. Bu texnologiya sayəsində bir çox uşaq və böyüklər nitqi daha yaxşı eşidə, ünsiyyət qura, təhsil ala və sosial həyata daha fəal qoşula bilirlər. ⚠️ Unutmayaq ki, erkən diaqnostika, düzgün müalicə və davamlı reabilitasiya eşitmə məhdudiyyəti olan şəxslərin həyat keyfiyyətini yüksəldən və onların cəmiyyətə bərabər imkanlarla qoşulmasına şərait yaradan əsas amillərdəndir. İnklüziv cəmiyyət naminə birlikdə çalışaq! 🤝 #ƏƏSMN #DOSTAgentliyi #DOSTTV #DOSTMəlumatı

📣 Respublika üzrə avqust ayının pensiya ödənişi yekunlaşdırılıb. Avqustun 14-də 📍 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon
📣 Respublika üzrə avqust ayının pensiya ödənişi yekunlaşdırılıb. Avqustun 14-də 📍 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. #ƏƏSMN #DSMF #PensiyalarÖdənildi

📊 Bu ilin 7 ayında DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib. ✅ Xidmətlərdən məmnunluq səviyyəsi 99,2% olub. ℹ️
📊 Bu ilin 7 ayında DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib. ✅ Xidmətlərdən məmnunluq səviyyəsi 99,2% olub. ℹ️ Hazırda ölkəmizdə 8 DOST mərkəzi (Bakı, Abşeron, Bərdə, Naxçıvan), 4 DOST filialı (Şuşa, Tərtər, Neftçala, İmişli) və 3 DOST məntəqəsi (Zəngilan, Kəlbəcər, Füzuli) fəaliyyət göstərir. ➡️ https://dost.gov.az/news/1576 #ƏƏSMN #DOSTagentliyi #DOSTmərkəzləri #SosialGöstəricilər

🔸 Yenicə fəaliyyətə başlayan Naxçıvan Regional DOST Mərkəzinin xidmətlərindən elə ilk günlərdə artıq 300-dək vətəndaş faydal
+9
🔸 Yenicə fəaliyyətə başlayan Naxçıvan Regional DOST Mərkəzinin xidmətlərindən elə ilk günlərdə artıq 300-dək vətəndaş faydalanıb. ℹ️ 164 sosial xidmətin vahid məkanda təqdim edildiyi, 117 işçi və 50 könüllünün çalışdığı Mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. 📌 Yaxın dövrdə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST qəbul şöbələri də yaradılacaq. ➡️ https://dost.gov.az/news/1575 #ƏƏSMN #DOSTagentliyi #DOSTmərkəzləri #DOSTxidmətləri

✅ 11 avqust 2026-cı il tarixində açılışı olan Naxçıvan Regional DOST Mərkəzinə artıq 200-dən çox vətəndaş müraciəti daxil olub. Mərkəzdə sakinlər üçün yaradılan rahat şərait və göstərilən operativ xidmətlə bağlı DOST TV-nin hazırladığı 🎥 süjeti təqdim edirik. #ƏƏSMN #DOSTAgentliyi #DOSTxidmətləri