DOST Agentliyi
Открыть в Telegram
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) rəsmi teleqram kanalı
Больше1 255
Подписчики
Нет данных24 часа
-57 дней
+930 дней
Загрузка данных...
Похожие каналы
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
октябрь '26окт. '26
октябрь '26
+8
в 0 каналах
сентябрь '26
+49
в 0 каналах
Get PRO
август '26
+45
в 0 каналах
Get PRO
июль '26
+35
в 0 каналах
Get PRO
июнь '26
+35
в 0 каналах
Get PRO
май '26
+39
в 0 каналах
Get PRO
апрель '26
+40
в 0 каналах
Get PRO
март '26
+17
в 1 каналах
Get PRO
февраль '26
+37
в 0 каналах
Get PRO
январь '26
+72
в 0 каналах
Get PRO
декабрь '25
+44
в 1 каналах
Get PRO
ноябрь '25
+37
в 0 каналах
Get PRO
октябрь '25
+35
в 0 каналах
Get PRO
сентябрь '25
+44
в 0 каналах
Get PRO
август '25
+41
в 1 каналах
Get PRO
июль '25
+44
в 0 каналах
Get PRO
июнь '25
+38
в 0 каналах
Get PRO
май '25
+44
в 0 каналах
Get PRO
апрель '25
+44
в 1 каналах
Get PRO
март '25
+46
в 0 каналах
Get PRO
февраль '25
+72
в 0 каналах
Get PRO
январь '25
+93
в 1 каналах
Get PRO
декабрь '24
+115
в 0 каналах
Get PRO
ноябрь '24
+128
в 0 каналах
Get PRO
октябрь '24
+107
в 1 каналах
Get PRO
сентябрь '24
+77
в 0 каналах
Get PRO
август '24
+866
в 0 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 10 октября | 0 | |||
| 09 октября | 0 | |||
| 08 октября | 0 | |||
| 07 октября | +1 | |||
| 06 октября | 0 | |||
| 05 октября | +2 | |||
| 04 октября | 0 | |||
| 03 октября | +2 | |||
| 02 октября | +3 | |||
| 01 октября | 0 |
Посты канала
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin dinc sakinlərini növbəti dəfə raket hücumuna məruz qoymasından 6 il ötür.
Bu terror aktı nəticəsində 10 mülki şəxs həlak olmuş, 40-dan çox insan yaralanmışdır.
#DOSTAgentliyi #GəncəTerroru
| 2 | Eksperti tanıyın | Mihay Qabriel Çobanu 🇲🇩
Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi
Dövlət katibi
SOCGOV 2026-nın spikeri
Əsas fəaliyyət istiqamətləri qeyri-formal məşğulluğun azaldılması, sosial xidmətlərin “vahid pəncərə” prinsipi əsasında təşkili, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və sosial sığorta sahəsində islahatlardır. Moldova-Aİ üzvlük prosesi çərçivəsində “Sosial siyasət və məşğulluq” üzrə 19-cu fəsil üzrə İşçi Qrupun sədri kimi fəaliyyət göstərib və Aİ qanunvericiliyinin Moldova milli qanunvericiliyinə uyğunlaşdırılması prosesində iştirak edir. 💡
#SOCGOV2026 #MeetTheExpert #MLSPP #DOSTAgency #AI | 69 |
| 3 | Süni intellekt əlilliyi olan şəxslər üçün daha əlçatan və müstəqil həyat imkanları yaradır. ♿
🔶 Ətraf mühitin səslə təsvirindən tutmuş ağıllı protezlərə, rəqəmsal köməkçilərə və fərdiləşdirilmiş reabilitasiya imkanlarına qədər müasir texnologiyalar inklüziv cəmiyyətin inkişafına töhfə verir.
🔶 Burada əsas məqsəd texnologiyanın insanı əvəz etməsi deyil, onun imkanlarını genişləndirməsi və daha müstəqil həyat sürməsinə dəstək olmasıdır.
🤝 İnklüziv cəmiyyət naminə birlikdə çalışaq və müasir texnologiyanın imkanlarından faydalanaq!
#ƏƏSMN #DOSTAgentliyi #DOSTMəlumatı #Süniİntellekt #İnklüzivCəmiyyət | 50 |
| 4 | ⏳ QEYDİYYATIN BİTMƏSİNƏ 1 GÜN QALIR!
Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026” Beynəlxalq Forumunda iştirak üçün qeydiyyat sabah saat 18:00-da yekunlaşır!
📌 Ağıllı idarəetmə, rəqəmsal sosial həllər və süni intellekt texnologiyalarının müzakirə olunacağı bu möhtəşəm platformada yerinizi almaq üçün tələsin.
🌐 Qeydiyyat: https://socgov.az/az/registration
🕒 Son tarix: 09.10.2026, saat 18:00
#DOST #SOCGOV2026 #Khankendi #DigitalGovernance #SmartGovernance | 56 |
| 5 | 🌐 Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.
🔹 Nazir Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, D.Şlapaçenkonun ölkəmizdəki fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişafına dəyərli töhfələr veriləcəyinə əminliyini ifadə edib.
➡️ https://dost.gov.az/news/1618
#ƏƏSMN #BMT #UnitedNations | 69 |
| 6 | Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Dəyişiklik sığortaolunanların sığortaçıda uçotunun FİN əsasında həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericilik aktlarında müvafiq uyğunlaşdırmanın aparılması məqsədi daşıyır.
https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-nazirler-kabinetinin-2022-9817 | 65 |
| 7 | 📍 Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. ✅
🏢 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb.
#ƏƏSMN #DSMF #DOST #PensiyalarÖdənildi | 61 |
| 8 | DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Aygün Musayeva "İctimai" radionun "Can Azərbaycan" verilişinin qonağı olacaq.
📌 Oktyabrın 8-i ⏰ 21:00-da yayımlanacaq proqramda Xankəndi şəhərində keçiriləcək "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" Beynəlxalq Konfransı müzakirə olunacaq.
Maraqlanan hər kəs 90 FM dalğasında verilişi dinləyə bilər.
#ƏƏSMN #DOSTAgentliyi #İTV #CanAzərbaycan | 59 |
| 9 | 🔊 DOST deyir ki... 👩👧👦
Beşdən çox uşağı olan qadınlara aylıq müavinət ödənilir!
Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, altıncı uşağı bir yaşına çatdıqda hər uşaq üçün aylıq sosial müavinət təyin olunur.
Müavinət hüququ yarandıqda aşağıdakı sənədlərlə "DOST" mərkəzlərinə müraciət edə bilərsiniz:
🔹 Şəxsiyyət vəsiqəsi
🔹 Uşaqların doğum haqqında şəhadətnamələri
Ətraflı: 🔗➡️ https://dost.gov.az/services/services-provided-in-the-field-of-social-benefits/?kt=23
Sizə DOST doğmalığı ilə... 💙
#ƏƏSMN #DOSTAgentliyi #SosialMüavinət #DOSTDeyirKi #DOSTdoğma | 59 |
| 10 | Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin başçılıq etdiyi nümayəndə heyəti Nazirliyin tabeliyindəki 🏢 DOST Agentliyində olub.
ℹ️ Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar. Keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib.
👉 https://dost.gov.az/news/1617
#ƏƏSMN #DOSTAgentliyi #DOSTMərkəzi | 73 |
| 11 | Eksperti tanıyın | Fərid Məmmədov 🇦🇿
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
İdarə Heyətinin sədri
SOCGOV 2026-nın moderatoru
Fərid Məmmədov institusional idarəetmə, sosial xidmətlər və layihələrin idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir. Onun rəhbərliyi ilə DOST Agentliyində vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərin əlçatanlığının və şəffaflığının artırılması, innovativ həllərin tətbiqi istiqamətində islahatlar həyata keçirilir.
Dövlət və özəl sektorda, eləcə də beynəlxalq şirkət və layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin noyabrından Avropa Sosial Şəbəkəsinin (ESN) İdarə Heyətinin üzvüdür. Eyni zamanda, 2026-2028-ci illər üzrə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) Sosial Təminat Siyasətinin Təhlili və Tədqiqatı üzrə Texniki Komissiyasının sədridir. 💡
#SOCGOV2026 #MeetTheExpert #MLSPP #DOSTAgency #AI | 57 |
| 12 | 🏢 DOST Mərkəzi Naxçıvanda sakinlər üçün sosial xidmətlərə əlçatanlığın yeni ünvanına çevrilib.
🔹 Mərkəzdə göstərilən xidmətlər operativlik, şəffaflıq və yüksək xidmət standartları əsasında həyata keçirilir.Peşəkar əməkdaşların diqqətli və qayğıkeş yanaşması vətəndaş məmnuniyyətinin təmin olunmasına mühüm töhfə verir.
🔹 Müraciət edən vətəndaşların rahatlığı, ehtiyaclarının çevik şəkildə qarşılanması və göstərilən xidmətlərin keyfiyyəti əsas prioritetlərdəndir.
Mövzu ilə bağlı 📺 DOST TV-nin süjetini təqdim edirik.
#ƏƏSMN #DOSTMərkəzi #DOSTXidmətləri | 59 |
| 13 | Prezident İlham Əliyevin yeni Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişikliklər edilib.
ℹ️ Dəyişikliklər övladlığa götürmə prosesinin sürətləndirilməsi yolu ilə uşaqların institusional mühitdə qalma müddətinin azaldılması və onların ailə mühitinə daha qısa müddətdə inteqrasiyasının təmin edilməsinə xidmət edir.
➡️ https://president.az/az/articles/view/73644
➡️ https://sosial.gov.az/az/media/xeberler/dovlet-bascisinin-yeni-fermani-ovladligagoturme-prosesinin-daha-cevik-ve-elcatan-olmasina-imkan-yaradir-9893 | 67 |
| 14 | 📍 Naxçıvan Regional DOST Mərkəzinin Şərur rayonunda 🏢 DOST Qəbul şöbəsinin tikinti-quraşdırma işləri artıq başa çatmaq üzrədir.
🔹 Binada müasir tələblərə uyğun şərait yaradılıb, əlilliyi olan şəxslərin binaya rahat girişi və çıxışı, onların istifadəsi üçün uyğunlaşdırma işləri aparılıb. Hazırda binanın mebel və texnoloji avadanlıqlarla təchiz edilməsi, isitmə və soyutma sistemlərinin quraşdırılması, daxili bədii tərtibat istiqamətində işlər davam etdirilir.
➡️ https://dost.gov.az/news/1616
#ƏƏSMN #DOSTMərkəzi | 53 |
| 15 | 🏢 Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerovun videokonfrans formatında görüşü olub.
🔸 Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
➡️ https://dost.gov.az/news/1615
#ƏƏSMN | 49 |
| 16 | Nazirlikdə Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
ℹ️ Nazir Anar Əliyev Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu, əmək və sosial müdafiə sahəsində əməkdaşlığın da daim inkişaf etdiyini bildirib.
ℹ️ Görüşdə iki nazirlik arasında əməkdaşlıq gündəliyi, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
➡️ https://dost.gov.az/news/1614
#ƏƏSMN #CSGBakanlik | 54 |
| 17 | 📊 Sentyabr ayında DOST mərkəzlərində 90 minə yaxın vətəndaşa xidmət göstərilib. Bu xidmətlərdən vətəndaş məmnunluğu 99,2 faiz təşkil edib.
🔹 Göstərilən xidmətlər arasında sosial müdafiə, məşğulluq və əlillik istiqamətləri üzrə müraciətlər üstünlük təşkil edib.
#ƏƏSMN #DOSTAgentliyi #DOSTmərkəzləri #DOSTxidmətləri #DOSTrəqəmlərdə | 54 |
| 18 | Xidmətinizdəyik! 😊
Çağrı mərkəzi: ☎️142
#ƏƏSMN #DOST #DOSTAgentliyi #xidmətinizdəyik | 83 |
| 19 | Əziz müəllimlər! 💐
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!
Gələcək nəsillərin yetişdirilməsində göstərdiyiniz fədakar əməyə görə təşəkkür edir, hər birinizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayırıq.
#DOSTAgentliyi #MüəllimlərGünü #5Oktyabr | 72 |
| 20 | 4 Oktyabr - Cəbrayıl Şəhəri Günüdür.
Müzəffər Azərbaycan Ordusunun Cəbrayıl şəhərini işğaldan azad etməsindən 6 il ötür. 🇦🇿
#DOSTAgentliyi #QarabağAzərbaycandır #Cəbrayıl | 77 |
