fa
Feedback
DOST Agentliyi

DOST Agentliyi

رفتن به کانال در Telegram

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) rəsmi teleqram kanalı

نمایش بیشتر
1 250
مشترکین
+124 ساعت
+37 روز
+330 روز
آرشیو پست ها
DOST Agentliyində “TeleDOST” altproqramı çərçivəsində DOST TV-də təcrübə keçən könüllülərin növbəti buraxılış mərasimi təşkil
+5
DOST Agentliyində “TeleDOST” altproqramı çərçivəsində DOST TV-də təcrübə keçən könüllülərin növbəti buraxılış mərasimi təşkil olunub. Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatlarla təltif ediliblər. ↪️ https://dost.gov.az/news/1545 #DOSTAgentliyi #KönüllüDOST #TeleDOST #DOSTTV

DOST Agentliyində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sosial təminat sahəsində təcrübə mübadiləsi məqsədilə Tacikist
DOST Agentliyində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sosial təminat sahəsində təcrübə mübadiləsi məqsədilə Tacikistan və Belarus nümayəndə heyətləri ilə onlayn görüşlər keçirilib. Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək və Məşğulluq Agentliyi ilə keçirilən görüşdə qurumlar arasında ilkin əməkdaşlıq münasibətlərinin qurulması, əmək bazarı və məşğulluq sahəsində məlumat mübadiləsinin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib. ↪️ https://dost.gov.az/news/1544 #ƏƏSMN #DOSTAgentliyi

2 İyul – Azərbaycan Polisi Günüdür! 👮🏻‍♂️ İctimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi naminə
2 İyul – Azərbaycan Polisi Günüdür! 👮🏻‍♂️ İctimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi naminə fədakarlıqla xidmət edən bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. #DOSTAgentliyi #2İyul #AzərbaycanPolisiGünü

DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramına cəlb olunan tələbələrə EY şirkətində yumşaq bacarıqların in
+9
DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramına cəlb olunan tələbələrə EY şirkətində yumşaq bacarıqların inkişafı və karyera quruculuğu təlimi keçirilib. Təlimdə iştirakçılara professional CV hazırlanması, işəqəbul prosesində müsahibədə suallara düzgün cavab verilməsi və növbəti mərhələlər barədə ətraflı məlumat verilib. ↪️ https://dost.gov.az/news/1543 #DOSTAgentliyi #TAP #TələbələrinAkselerasiyaProqramı

Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur. 🎉 Bu illər ərzində sosial xidmətlərin əlçatanlığının
Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur. 🎉 Bu illər ərzində sosial xidmətlərin əlçatanlığının artırılması, həssas əhali qruplarına dəstəyin gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görən Agentliyin kollektivini təbrik edir, məsuliyyətli fəaliyyətlərində davamlı uğurlar arzulayırıq! #ƏƏSMN #SXA #DOSTAgentliyi #30iyun #6il #sosialxidmət

Dövlət Sosial Müdafiə Fondu BMT-nin nüfuzlu Dövlət Xidməti Mükafatı ilə təltif edilib. 🎉 Bu beynəlxalq mükafat sosial müdafi
Dövlət Sosial Müdafiə Fondu BMT-nin nüfuzlu Dövlət Xidməti Mükafatı ilə təltif edilib. 🎉 Bu beynəlxalq mükafat sosial müdafiə sahəsində həyata keçirilən uğurlu islahatların və innovativ xidmətlərin yüksək qiymətləndirilməsinin bariz göstəricisidir. Dövlət Sosial Müdafiə Fondunun kollektivini bu əlamətdar nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. 👏 #ƏƏSMN #DSMF #DOSTAgentliyi #BeynəlxalqMükafat #UNPSA

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən sınaq müddəti müqavilənin müddətindən asılı olaraq müəyyən olunur. ✅ #ƏƏSMN #DOSTAgentliyi #142ÇağrıMərkəzi #ƏməkMəcəlləsi

Xidmətinizdəyik! 😊 Çağrı mərkəzi: ☎️142 #ƏƏSMN #DOST #DOSTAgentliyi #xidmətinizdəyik
+9
Xidmətinizdəyik! 😊 Çağrı mərkəzi: ☎️142 #ƏƏSMN #DOST #DOSTAgentliyi #xidmətinizdəyik

🔸 Bir neçə gün öncə fəaliyyətə başlayan Neftçala DOST filialının inzibati binası modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 🔹 Ümumi sahəsi 535 m² olan ikimərtəbəli binada gün ərzində orta hesabla 100-dək vətəndaşın qəbulu nəzərdə tutulur. #ƏƏSMN #DOSTagentliyi #DOSTmərkəzi #ŞəhərsalmaVəMemarlıqİli

DOST TV və ARB TV-nin birgə layihəsi olan “Mənim Hekayəm”in budəfəki buraxılışında həyatın çətinliklərini əzmi və iradəsi ilə gücə çevirən bir qəhrəmanın hekayəsini təqdim edirik. Radio və televiziya sahəsində uzun illərdir fəaliyyət göstərən, rejissor kimi uğurlu layihələrə imza atan Üzeyir Hacıyevin həyat yolu, qarşılaşdığı çətinliklər və uğura aparan mübarizəsini 📌 bu şənbə ⏰ saat 09:30-da “Mənim Hekayəm”də izləyin! #MənimHekayəm #DOSTAgentliyi #DOSTTV #ARBTV #Əzm #İradə #İlham #Güc

Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. ➡️ https://www.facebook.com
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. ➡️ https://www.facebook.com/share/1Czqi4avCD/

Prezident İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı video paylaşıb. ➡️ https://www.facebook.com/share/r/1LSeN3uNWR/

🇦🇿 26 İyun – Silahlı Qüvvələr Günüdür! Vətənimizin təhlükəsizliyi və suverenliyinin keşiyində mətin dayanan Azərbaycan Ordu
🇦🇿 26 İyun – Silahlı Qüvvələr Günüdür! Vətənimizin təhlükəsizliyi və suverenliyinin keşiyində mətin dayanan Azərbaycan Ordusu ilə qürur duyur, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq. #DOSTAgentliyi #26İyun #SilahlıQüvvələrGünü

Prezident İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. ➡️ https://www.facebook.com/share/p/1XnckU2h8
Prezident İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. ➡️ https://www.facebook.com/share/p/1XnckU2h81/

Prezident İlham Əliyev 2025-ci il iyunun 5-də Düşənbə şəhərində MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış “Yaşadıq
Prezident İlham Əliyev 2025-ci il iyunun 5-də Düşənbə şəhərində MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış “Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında” 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol”u təsdiq edib. ✍️ ℹ️ Dövlətimizin başçısının bununla əlaqədar imzaladığı Fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həmin Protokol qüvvəyə mindikdən sonra onun müddəalarını həyata keçirmək tapşırılıb. ➡️ https://president.az/az/articles/view/72831

Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi
Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında yaradılmış Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsinin təsdiq edilməsinə dair Fərman imzalayıb. ✍️ Dövlətimizin başçısı həmçinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edib. ➡️ https://president.az/az/articles/view/72829 ➡️ https://president.az/az/articles/view/72836

❗️❗️ Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
❗️❗️ Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. ✅ ℹ️ Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb. #ƏƏSMN #DSMF #DOST #ÖdənişlərYekunlaşdı

#DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin davamı olaraq, 📍 Neftçala rayonunda DOST filialı fəaliyyə
+6
#DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin davamı olaraq, 📍 Neftçala rayonunda DOST filialı fəaliyyətə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov filialda yaradılan şəraiti və vətəndaşların qəbulu, onlara xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər. 10 nəfər işçi heyətlə xidmət göstərəcək Neftçala DOST filialında gün ərzində orta hesabla 100-dək vətəndaşın qəbulu nəzərdə tutulur. ℹ️ İndiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib. ➡️ https://dost.gov.az/news/1542 #ƏƏSMN #DOSTagentliyi #DOSTmərkəzi #DOSTxidmətləri

“Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi” xidməti üzrə müraciətlər elektron qaydada həyata keçi
“Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi” xidməti üzrə müraciətlər elektron qaydada həyata keçirilir. Vətəndaşlar DOST mərkəzlərinə yaxınlaşmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi (ƏMAS) və ya "mygov" tətbiqi vasitəsilə müraciət edə bilərlər. ƏMAS vasitəsilə müraciət qaydası: ↩️ 🔹 ƏMAS-da “Müraciət ərizələri” bölməsinə daxil olun. 🔹 “Əmək qanunvericiliyinin pozulmasına dair müraciət” xidmətini seçin. 🔹 Müraciətin məzmununu daxil edərək göndərin. "mygov" tətbiqi vasitəsilə müraciət qaydası: ↩️ 🔹Tətbiqdə “Daha çox” bölməsini seçin. 🔹 “Dövlət qurumlarına rəsmi məktub” bölməsindən yeni müraciət xanasına daxil olun. 🔹 “Qurum” bölməsindən Dövlət Əmək Müfəttişliyi Xidmətini seçin. 🔹 Müraciətin növünü və məzmununu qeyd edərək göndərin. #ƏƏSMN #DOSTAgentliyi #DƏMX #ElektronXidmət #onlinemüraciət #mygov

Silahlı Qüvvələr Günü ilə əlaqədar 26 iyun tarixində DOST mərkəzləri və "DOST Çağrı Mərkəzi 142"də qeyri-iş günüdür. 29 iyun
Silahlı Qüvvələr Günü ilə əlaqədar 26 iyun tarixində DOST mərkəzləri və "DOST Çağrı Mərkəzi 142"də qeyri-iş günüdür. 29 iyun tarixindən yenidən xidmətinizdəyik. 😊 #ƏƏSMN #DOSTAgentliyi #26İyun #SilahlıQüvvələrGünü #Xidmətinizdəyik