DOST Agentliyi
Kanalga Telegram’da o‘tish
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) rəsmi teleqram kanalı
Ko'proq ko'rsatish1 252
Obunachilar
-324 soatlar
+77 kunlar
+330 kunlar
Postlar arxiv
1 252
+6
2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə “Park Cinema”da DOST Agentliyinin "Gənc DOST" və "Gümüşü DOST" altproqramlarının üzvləri üçün "Tağıyev 4: Məktəb" filminin nümayişi təşkil edilib.
ℹ️ Gənclər və yaşlı nəslin nümayəndələrinin birlikdə film izləməsi nəsillərarası inteqrasiya və asudə vaxtın səmərəli təşkilinə gözəl nümunə olub.
↪️ https://dost.gov.az/news/1570
#DOSTAgentliyi #KönüllüDOST #AzərbaycanKinosuGünü #kino
1 252
📞 "DOST Çağrı Mərkəzi 142" – 3 ildir ki, xidmətinizdədir!
Məqsədi hər bir müraciətə diqqətlə yanaşmaq, vətəndaşların suallarını çevik şəkildə cavablandırmaq və onlara keyfiyyətli xidmət göstərmək olan "DOST Çağrı Mərkəzi 142"nin kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!
#ƏƏSMN #DOSTAgentliyi #142ÇağrıMərkəzi #3il
1 252
Dövlət Məşğulluq Agentliyinin yaradılmasından 35 il ötür. 🎉
Əhalinin məşğulluğunun təmin edilməsi, aktiv məşğulluq proqramlarının həyata keçirilməsi və müasir dövrün tələblərinə uyğun peşəkar kadrların hazırlanması istiqamətində böyük nailiyyətlər əldə edən Dövlət Məşğulluq Agentliyinin kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
#ƏƏSMN #DOSTAgentliyi #DMA #35il #Məşğulluq
1 252
Azərbaycan dili xalqımızın milli kimliyini, zəngin mədəni irsini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən biridir.
Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Sərəncamına əsasən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Ana dilimizin saflığının qorunması, düzgün istifadəsi və gələcək nəsillərə ötürülməsi milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
#DOSTAgentliyi #1Avqust #AzərbaycanƏlifbasıvəAzərbaycanDiliGünü #DilimiziQoruyaq
1 252
Prezident İlham Əliyev 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib.
➡️ https://www.facebook.com/share/p/1CaCsNFSmE/
1 252
🏢 Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialında vətəndaşlara sosial müavinətlər sahəsində xidmətlər də göstərilir. ✅
Sosial müavinətlər sahəsində göstərilən xidmətlərlə bağlı ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz.
https://dost.gov.az/services/services-provided-in-the-field-of-social-benefits
📍 Tərtər şəhəri, E.Səfərov küçəsi 199
🗓️ Bazar ertəsi - cümə: 09:00-18:00
#ƏƏSMN #DOSTAgentliyi #QarabağRegionalDOSTMərkəzi #TərtərDOSTFilialı #BöyükQayıdış
1 252
Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən bu ilin ilk yarımilində 4409 şəxs evlərində səyyar formada sosial xidmətlə təmin olunub.
Onlardan 4075 nəfəri tənha ahıl, 334 nəfəri isə əlilliyi olan şəxslərdir.
➡️ https://dost.gov.az/news/1567
#ƏƏSMN #SosialGöstəricilər
1 252
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Onlayn formatda baş tutan görüşdə qurumun gündəliyində duran cari məsələlər müzakirə olunub.
↪️ https://dost.gov.az/news/1566
#ƏƏSMN #DOSTAgentliyi
1 252
Dostluq qayğı göstərməkdir. Təəssübkeşlikdir. Dəyər verməkdir...
DOST Agentliyi olaraq fəaliyyətimizdə bu dəyərləri əsas tutur, bütün dostlarımızı 30 İyul - Beynəlxalq Dostluq Günü münasibətilə təbrik edirik! 🤝
#DOSTAgentliyi #30İyul #BeynəlxalqDostluqGünü
1 252
🔊 DOST deyir ki...
Dövlət satınalmalarında iştirakla bağlı “Uyğunluğa dair sənədlər toplusu”na daxil olan “İnzibati cərimələr haqqında arayış”ı elektron qaydada əldə etmək mümkündür!
13 aprel tarixindən etibarən proses sadələşdirilərək tam rəqəmsallaşdırılıb.
Arayış hansı məlumatları əhatə edir❓
Son 1 il ərzində 2 dəfə və ya daha çox əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsinə görə tətbiq olunmuş inzibati cərimə hallarını.
Arayışı necə əldə etmək olar?
🔹 ƏMAS platformasına daxil olun
🔹 "İşəgötürənlər üzrə arayışlar" bölməsini seçin
🔹 "İnzibati cərimələr haqqında arayış" altbölməsinə keçin
🔹 "Yeni arayış" düyməsini sıxın
Sizə DOST doğmalığı ilə... 💙
#ƏƏSMN #DOSTAgentliyi #ƏMAS #RəqəmsalXidmətlər #DOSTDeyirKi #DOSTdoğma
1 252
Bu müavinət ƏMAS-a daxil edilən sığortaolunana qismən ödənişli sosial məzuniyyət verilməsi barədə əmr və uşağın anadan olması ilə bağlı əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunur və sığortaçı tərəfindən ödənilir. ✅
#ƏƏSMN #DOSTAgentliyi #DSMF #142ÇağrıMərkəzi
1 252
🔸 24 iyul 2026-cı ildə fəaliyyətə başlayan İmişli DOST filialının binası müasir memarlıq, inklüzivlik prinsipləri nəzərə alınmaqla layihələndirilərək burada hər kəs üçün bərabər xidmət imkanı yaradılıb.
🔹 Ümumi sahəsi 698,1 m² olan Filialda gün ərzində 100-dək vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulur.
📍 Ünvan: İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsi, 8A.
#ƏƏSMN #DOSTagentliyi #İnklüzivCəmiyyət #ŞəhərsalmavəMemarlıqİli
1 252
Artıq DOST İmişli sakinlərinə daha yaxındır. 🤝
24 iyul 2026-cı il tarixində Qarabağ Regional DOST Mərkəzinin İmişli DOST filialı istifadəyə verildi.
Beləliklə, ölkə üzrə 7 DOST Mərkəzi, 4 DOST filialı və 3 DOST məntəqəsi vətəndaşlara bir pəncərə prinsipi əsasında şəffaf, operativ və keyfiyyətli xidmət təqdim edir. 🤗
#ƏƏSMN #DOSTAgentliyi #DOSTMərkəzi #DOSTXidmətləri
1 252
+9
Xidmətinizdəyik! 😊
Çağrı mərkəzi: ☎️142
#ƏƏSMN #DOST #DOSTAgentliyi #xidmətinizdəyik
1 252
+8
📍 İmişli rayonunda yeni DOST filialı fəaliyyətə başlayıb. 🎉
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev filialda yaradılmış şəraiti və vətəndaşların qəbulu, onlara xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.
ℹ️ İmişli filialının istifadəyə verilməsi ilə hazırda 7 DOST Mərkəzi, 4 DOST filialı və 3 DOST məntəqəsi vətəndaşlara xidmət göstərir.
➡️ https://dost.gov.az/news/1565
#ƏƏSMN #DOSTAgentliyi #DOSTmərkəzləri #DOSTxidmətləri
1 252
📣 Bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Beləliklə, bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.
ℹ️ Bundan əvvəl iyulun 14-də 📍 Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.
#ƏƏSMN #DSMF #DOSTAgentliyi #ÖdənişlərYekunlaşdı
1 252
+4
Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edən nazir Anar Əliyev daha sonra 📍 Zəngilanın Ağalı kəndindəki "Smart DOST" məntəqəsində olub.
ℹ️ Məntəqədə xidmətlərin təşkili ilə tanışlıq olub və həmin kənddə özünüməşğulluq proqramı üzrə qurulmuş məişət xidməti obyektinə baxış keçirilib.
➡️ https://dost.gov.az/news/1564
#ƏƏSMN #DOSTagentliyi #DMA #Özünüməşğulluq
1 252
+8
Nazir Anar Əliyev 📍 Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb.
✅ Qəbul zamanı hər bir müraciət araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.
➡️ https://dost.gov.az/news/1564
#ƏƏSMN #VətəndaşQəbulu
1 252
+7
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən həyata keçirilən Tələbələrin Akselerasiya Proqramının (TAP) növbəti iki qrupu inkişaf proqramının birinci modulunu uğurla tamamlayıb.
ℹ️ Proqram vasitəsilə iştirakçılar yerli və beynəlxalq tərəfdaşlarların təşkil etdiyi təlimlərdə, mentorluq görüşlərində və inkişaf fəaliyyətlərində iştirak edərək şəxsi və peşəkar bacarıqlarını inkişaf etdiriblər.
↪️ https://dost.gov.az/news/1563
#ƏƏSMN #DOSTAgentliyi #TələbələrinAkselerasiyaProqramı
1 252
📣 DOST TV və ARB TV-nin birgə layihəsi olan “Mənim Hekayəm”də bu dəfə 📻 Azərbaycan Radiosunun “Sport Plus” proqramının aparıcısı, idman jurnalisti Anar Nəbinin ilhamverici həyat hekayəsini dinləyəcəyik.
Gənc yaşlarında görmə qabiliyyətini tamamilə itirsə də, həyata sevgisini, peşəsinə bağlılığını və mübarizə əzmini heç vaxt itirməyən Anar Nəbinin yaşadıqlarını və uğura aparan yolunu 📌 bu şənbə ⏰ 09:30-da 🎬 "Mənim Hekayəm"də izləməyi unutmayın.
#ƏƏSMN #DOSTAgentliyi #DOSTTV #MənimHekayəm
